Pərviz Məmmədzadə

Pərviz Zahid oğlu Məmmədzadə (31 iyul 2001, Qaraxanbəyli, Naxçıvan Muxtar Respublikası6 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kursantı, İkinci Qarabağ müharibəsinin şəhidi.

Pərviz Məmmədzadə
Pərviz Zahid oğlu Məmmədzadə
Şəxsi məlumatlar
Doğum tarixi 31 iyul 2001(2001-07-31)
Doğum yeri
Vəfat tarixi 6 noyabr 2020(2020-11-06) (19 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Milliyyəti azərbaycanlı
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2015-2020
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Hadrutun azad edilməsi
Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2022 "Vətən uğrunda" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2020

Pərviz Məmmədzadə 31 iyul 2001-ci ildə Babək rayonunun Qaraxanbəyli kəndində dünyaya göz açmışdır.[1] 2007-2015-ci illərdə Qaraçuq kəndində yerləşən Vilayət Mahmudov adına 9 nömrəli tam orta məktəbdə təhsil alıb.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

2015-ci ildə Naxçıvan şəhərindəki Heydər Əliyev adına hərbi liseyə daxil olub. 2018-ci ildə bu liseydən məzun olaraq Bakıdakı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərb sənətinin dərinliklərinə yilənmək üçün kursant kimi təhsilini davam etdirib.

O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi-də iştirak edib.

Pərviz Məmmadzadə 2020-ci il noyabrın 6-da Xocavənd-in işğaldan azad olunması uğrunda döyüşlərdə şəhid olub. 2020-ci il noyabrın 19-da Qaraçuq kənd məzarlığında dəfn olunub.

Azərbaycan-ın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyev -in 2020-ci il 15 dekabr tarixli Sərəncam-na əsasən Pərviz Məmmədzadə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 25 dekabr tarixli Sərəncamına əsasən ” Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib .

  1. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycanın Müdafiə Nazirliyi). 08.12.2020. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 08.12.2020.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". 25.12.2020. 2020-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  4. "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı) (az.)). 25.06.2022. 2022-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.06.2022.