Pərviz Həsən oğlu Məmmədli (30 mart 1996, Neftçala rayonu – 24 oktyabr 2020, Şuşa rayonu) — Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri, kəşfiyyatçı İkinci Qarabağ müharibəsi şəhidi.Məmmədl Pərviz 2019-ci ilde rəsmi nigaha girmiş və bu nigahdan 14.02.2020- çi il tarixdə Miray adlı qız övladı dünyaya gəlmişdir.Pərviz Məmmədli 6 aylığından anası ile birlikdə baba evində qalmış ve baba tərbiyəsi almış,baba Pərvizi sevə sevə her qaygisn çeken çəkə baba böyütmüşdü.Perviz 7 aylığından ata qayğısından uzaq qalmışdır.Tale ele bir oyun oynadiki Pərvizin qızıda 7-ayligindan ata nəvazişindən uzaq qaldı.Qəhrəman övladım Pərviz aprel döyüşlərində de sucaətlə döyüşmüş ermeni serefsizleri tərəfindən snayperlə ağır yaralanmışdı.iki dəfə əməliyyat olunmasına baxmayaraq hekimin yazdigi rəyə qarşı gelerek yenidən öz xidmət etdiyi hərbi hissəyə qayıtmağa can atmışdır.Hormetli Ali Baş kamandanin bir əmrini gözləyən XTQ 052 kəşfiyyatçı Məmmədli Pərviz vetenmizin müstəqilliyini qorumaq üçün düşmənlərimizi məhv etmək üçün müharibəyə can atır və necə necə erməni postunu yararaq torpaqlarımızdan düşmənlərmizi qovur və 24.10.2020- çi il tarixində geden qızğın döyüşlerde Şusaya 2-km qalmış serefsiz ermeni tərəfindən 5.45-lə çiyin nahiyəsindən vurularaq şəhidliye ucalır.Allah bütün sehidlərin ruhun şad məkanın cənnət elesin Amin ilahi amin.
Pərviz Məmmədli | |
---|---|
Pərviz Həsən oğlu Məmmədli | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Neftçala rayonu, Azərbaycan |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Şuşa rayonu, Azərbaycan |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Dəfn yeri | Neftçala rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Uşağı | Miray (d. 14 fevral 2020-ci il |
Anası | Təranə Ələkərova |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | 2014; 2016; 2020 |
Rütbəsi | K/gizir |
Döyüşlər |
Aprel döyüşləri İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Cəbrayılın azad edilməsi • Hadrutun azad edilməsi Kelbecerin azad olunması,Xocevendin azad edilməsi,Şuşanın azad edilməsi |
Təltifləri |
Pərviz Məmmədli 30 mart 1996-cı ildə Neftçala rayonunda anadan olmuşdur.[1] 2002-ci ildə Neftçala rayonu E. Həbibov adına 4 saylı orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 5-ci sinfi Neftçala rayon Humanitar Təmayüllü Muğan Liseyində, 6–8-ci sinfləri isə Bakı şəhərində yerləşən Respublika Olimpiya İdman Liseyində, təhsilini boks uzrə davam etdirmişdir. Orda da bir neçə nailiyyətlər qazanmışdır. 2019-cu ildə ailə həyatı qurmuşdur, və bu evlilikdən Miray (d. 14 fevral 2020-ci il) adlı övladı dünyaya gəlmişdir.
2014-cü ilin aprel ayında Neftçala rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır. Pərviz ilk xidmətini Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsi N saylı hərbi hissədə xidmətə başlayır. Xidməti dövrundə hərbi hissədə rabitə bölüyündə baş rabitəçi xidmətini davam etdirir. Bir müddət sonra Qusar rayonu 651 saylı hərbi hissəyə ezam olunur və xidmətini orda davam etdirir. Bir il xidmət etdikdən sonra Pərviz komandirləri tərəfindən yüksək qiymətləndirilir və Xüsusi Təyinatlı Qüvvələrin kursuna yollayırlar. 400 nəfərin iştirak etdiyi 180 günlük kursda Pərviz daxil olmaqla 16 nəfər kursu müvəffəqiyyətlə başa vurur. Türkiyə Özəl Qüvvələri Komandirliyi tərfindən alqışlanır və xüsusi hədiyyə verilir.
Pərviz Xüsusi Təyinatlıların kursunu bitirdikdən sonra yeni işinə Cəlilabad rayonunda N saylı hərbi hissədə başlayır.
2016-ci ilin Aprel döyüşlərində Pərviz iştirak edir. Və snayperlə sol bud nahiyyəsindən vurularaq ağır yaralanır. Bir müddət Gəncə Hospitalında yatır və 2 dəfə əməliyyat olunur.
2020-ci il ancaq təlimlərdə olur. Dağçılıq, amfibiya (dənizçilik) təlimlərində də nailiyyətlər əldə etmişdi.
2020-ci ilin sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində Pərviz 26 sentyabr XTQ birlikdə müharibəyə yollanır. Füzuli, Cəbrayıl, Hadrut, Laçın, Xankəndi və Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına döyüşmüşdür.
Məmmədli Pərviz Həsən oğlu 24 oktyabr 2020-ci il tarixində Şuşa uğrunda gedən döyüşlərdə snayperlə vurularaq həlak olmuşdur. O doğma Neftçala rayonunda dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Məmmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Məmmədli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Pərviz Məmmədli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Pərviz Məmmədli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[5]