Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Smirna
Smirna (yun. Σμύρνη) — Kiçik Asiyada antik şəhər. Hazırda bu şəhər İzmir şəhərinin daxildədir. İzmir, yunan şairi Homerin, tarixin atası Herodotun vətəni sayılır. Qədim mənbələrdə adı Smirna kimi çəkilən bu şəhərin tarixni dəqiq söyləmək çətindir. Tarixçilərin dediyinə görə Smirna şəhərinin bir yaşayış məskəni kimi yaranması eramızdan əvvəl 3000-ci ilə aiddir. Lakin son dövrklərdə aparılan arxeoloji qazəntılar nəticəsində aydın oldu ki, izmirdə ilk yaşayış məskənləri e.ə. 6000-cı ilə gedib çıxır. Miladdan öncə 1500-cü ildə Smirna Het dövlətinin tərkibində idi. 1200-cü ildə yunan xalqlarının başda Aqamemnon olmaqla Troya şəhərinə yürüşü nəticədə Troya ilə bərabər Hett dövlətinin də süqutuna gətirib çıxarırdı.
Stavka
Stavka (rus. Ставка) - Rusiya imperiyasının (Birinci dünya müharibəsi) və SSRİ-nin (İkinci dünya müharibəsi) ümumi qərargahı. İkinci dünya müharibəsində, 23 iyun 1941-də Sovet Xalq Komissarlığı Şurası və Partiya Mərkəzi Komitəsinin əmri ilə Yüksək Sovet Hərbi Assambleya Təşkilatı oldu. Bu assambleyada Xalq Müdafiəsi Komissarı general Georgi Jukov, İosif Stalin, Vyaçeslav Molotov, marşal Kliment Voroşilov, marşal Semyon Budyonnı və xalq komissarı (narkom) və admiral Nikolay Gerasimoviç Kuznetsov vardı. Stavka Sovet Silahlı Qüvvələrinin bütün fəaliyyətlərini idarə edirdi, lakin bu idarə dövlət müdafiə komitəsinin göstlərişləri çərçivəsində gedirdi. Stavka ilə cəbhədə döyüşən komandirlər arasındakı əməkdaşlıq və əlaqə komandirlərin Stavkaya çağırılaraq məlumat verilməsi surətiylə reallaşırdı. Həmçinin, bu əlaqə bəzən assambleya təmsilçilərinin də şəxsən cəbhələrə gedərək yoxlanış və əməkdaşlıq etmələri ilə də təmin edilirdi.
Sitka
Sitka (ingiliscə Sitka, rusca köhnəlmiş “Sitkha”, 1867-ci ilə qədər - Novo-Arxangelsk) — Baranova adasında ( Alexandra Arxipelaqı, Alyaska) yerləşən Amerika şəhəridir. Əhalisi təxminən 9 min nəfərdir. Keçmiş Rusiyanın Novo-Arxangelsk şəhəri Rusiya Amerikasının paytaxtı idi. Ruslar gələnə qədər bu ərazidə ovçuluq və balıqçılıqla məşğul olan tlinqit hindliləri yaşayırdı. Tlinqitlər döyüşkənliyi ilə məşhur idilər, digər qəbilələrdə qorxu hissi yaradırdılar. Şəhər 1799-cu ildə Aleksandr Andreeviç Baranov tərəfindən tlinqit ağsaqqallarının icazəsi ilə Arxangel Mixael qalası kimi kiçik bir çayın mənsəbinin sahilində qurulmuşdur. Hazırda bu ərazi “Starriqavan” adlanır. İlkin yaşayış məntəqəsinin indiki yeri isə "Köhnə Sitka" adlandırılır . 1802-ci ildə Rusiya-Tlinqit müharibəsi zamanı qala hindular tərəfindən dağıdıldı və onun sakinləri öldürüldü. 1804-cü ildə Sitka döyüşündən sonra ruslar aleutlərin köməyi və "Neva" topları ilə bu ərazini yenidən işğal etdilər.
Spika
Spika və ya Başaq (α Vir / α Qız / ) - Qız bürcünün α ulduzu. Tipik "Qoşa Ulduzdur". Qırmızı rəngi ilə seçilir. Parlaqlığına görə 16-cı olub, Günəşdən təqribən 2100 dəfə parlaqdır. Bu parlaqlıq özlüyündə yanıldıcıdır, çünki Spika bir-birinə çox yaxın yerləşən iki ulduzdan ibarət sistemdir. Bu da onları ayrı-ayrılıqda incələməyə imkan vermir. Bizdən təqribən 260 işıq ili (80 Parsek) uzaqda yerləşir. Qız bürcü və gecə səmada 16 parlaq ulduzun ən parlaq ulduzu olan Spika (/ spaɪkə /), eyni zamanda Alpha Virginis (α Virginis, qısaldılmış Alpha Vir, α Vir) olaraq ifadə edilmişdir. Parallaks analizi, Günəşdən 250 ± 10 işıq ili uzaqlıqda olduğunu göstərir. Bu spektroskopik bir ikili və dönən elipsoidal dəyişkəndir; iki ana ulduzu bir-birinə çox yaxın olan bir sistemdir, qlobal olmaqdan çox yumurta şəklindədir və yalnız spektral analiz nəticəsində ayrıla bilər.
Mıs Şmidta
Mıs Şmidta (rus. Мыс Шмидта) — Rusiya Federasiyası Çukot Muxtar Dairəsi, İultinski rayonunda yerləşəşən şəhər tipli qəsəbə. Qəsəbə Arktika araşdırmaşısı Otto Yuleviç Şmitdın şərəfinə adlandırılmışdır. Mıs Şmitda qəsəbəsi Otto Şmidt burnunda, Çukot dənizi sahilində yerləşir. Anadır şəhərindən 650 km şimalda qərarlaşır. Qəsəbəyə ən yaxın yaşayış məntəqəsi Rırkaypiy kəndidir. Şimal dəniz yolu üzərində yerləşməsi onun əhəmiyyətini artırır. Qəsəbənin salnmasına da səbəb bu olmuşdur. Otto Şmitd burnu Çukot dənizi sahillərində,Lonq boğazında yerləşir. Burun ilk dəfə 1778-ci ildə ingilis dəniz səyyahı Ceyms Kuk tərəfindən kəşf edilmişdir.
Smirna aqorası
Smirna aqorası və ya İzmir aqorası — Smirna şəhərində (indiki İzmir, Türkiyə) yerləşən qədim Roma aqorası. Eramızdan əvvəl 4-cü əsrdə yunanlar tərəfindən inşa edilmiş aqora eramızdan əvvəl 178-ci ildə zəlzələ nəticəsində dağılmışdır. Roma İmperatoru Mark Avreli onun yenidən qurulmasını əmr etmişdir. Tarixi məkanın qazıntı işləri 1933-cu ildə başlamışdır. 2020-ci ildə Smirna aqorası, "Tarixi liman şəhəri İzmir" proyekti çərçivəsində UNESCO ümumdünya irsi siyahısına əlavə olundu.
Stınka-Kosteşti
Stınka-Kosteşti suanbarı (rum. Lacul Stânca - Costești) — süni göl Prut çayı üzərində, Moldova və Rumıniya sərhədində 1973-1978 ci illərdə inşa edilmişdir. Sahəsinə görə Rumıniyanın ikinci ən böyük suanbarıdır. Suanbarının Rumıniya hissəsi xüsusi qorunan ərazi (ing. special protection area, SPA) elan edilmişdir. Ərazinin qorunma statusunun verilməsinin səbəbi ərazidə çoxlu sayda nafir quş növlərinin yaşaması ilə əlaqədardır. Suanbarı Prut çayının Dunay çayına töküldüyü yerdən 580 kilometr yuxarıda yerləşir. Suanbarı elektrik enerjisinə olan ehtiyacdan irəli gələrək 1973-1978 illərdə inşa edilir. Suanbarının önündə suelektrik stnansiya fəaliyyət göstərir. Su anbarının bəndlərinin hündürlüyü 47 metr, uzunluğu 3000 metrdir.
İvar Smilqa
İvar Smilqa (2 dekabr 1892 – 10 yanvar 1937, Moskva) — Bakının sovet Rusiyası tərəfindən işğalının (1920) təşkilatçılarından biri. 1892-ci ildə Rusiya imperiyasına daxil olan, idiki Latviya torpaqlarında yerləşən Litvoniya quberniyasının Aloja məntəqəsində anadan olmuşdur. 1907-ci ildən Rusiya Sosial Demokrat Fəhlə (bolşeviklər) Partiyasının üzvü olub. Fevral inqilabından (1917) sonra Rusiya Sosial Demokrat Fəhlə (bolşeviklər) Partiyası Kronştadt komitəsinin tərkibinə daxil olmuş, Finlandiya vilayət ordu, donanma və fəhlə icraiyyə komitəsinin sədri vəzifəsində işləmişdir. Oktyabr inqilabından (1917) sonra Rusiya Sovet Federativ Sosialist Respublikası Xalq Komissarları Sovetinin (RSFSR XKS) Finlandiyada müvəkkili, respublika hərbi-inqilab Şurasının üzvü, Ali Xalq Təsərrüfatı şurası sədrinin müavini olmuşdur. Qafqaz cəbhəsinin rəhbərlərindən biri kimi Bakının işğalı planının hazırlanması və həyata keçirilməsində iştirak etmişdir. 1920 il 16 yanvar- 21 may və 1921 il 26 yanvar — 26 mayda Qafqaz cəbhəsi hərbi-inqilab şurasının üzvü, həmin cəbhəyə daxil olan 11-ci Qırmızı ordunun Bakını işğalı zamanı Qafqaz cəbhəsinin müvəqqəti komandanı (1920, 24 aprel — 15 may) olmuşdur. RSFSR XKS-nın sədri V. Leninin Bakını işğal etmək haqqındakı 1920 il 17 mart tarixli şifrəli teleqramı Smilqa və Q. K. Orconikidzeyə ünvanlanmışdı. Teleqramda deyilirdi: Həmin teleqramın Leninin əlyazması ilə birlikdə arxivdən aşkar edilmiş surətində Orconikidze bu sözləri yazmışdır: Smilqa 1920–1921 illərdə həmkarlar ittifaqı diskussiyası zamanı L. D. Trotski platformasının tərəfdarı olmuşdur. Ümumittifaq Kommunist (bolşeviklər) Partiyasının 15-ci qurultayında (1927), trotskiçi müxalifətin fəal xadimi kimi partiyadan çıxanılmışdır.
Mika
Mika — əsl adı Maykl Holbruk Penniman olub (ing. Michael Holbrook Penniman) Livan əsilli britaniyalı müğənni və müğənni-söz yazarıdır. 1983-cü il Beyrutda anadan olmuşdur. Livanlı ana və amerikalı atanın üçüncü uşağıdır. Suriya kökləri var. Hələ gənc olanda, valideynləri Beyrutdan müharibə səbəbindən ayrılaraq Parisə köçdülər. İlk öyrəndiyi piano əsəri Joe Dassin'in "Les Champs-Élysées"-dir. O, doqquz yaşında olanda ailəsi Londona köçdü və burada Westminster Məktəbinə daxil oldu. Məktəb illərində sinif yoldaşları və müəllimlər tərəfindən yaşanan təzyiqlər və təhqirlərdən onda disleksiya yarandı , danışma və yazmağı dayandırdı. Bu səbəbdən 12 yaşından 6-8 ay müddətində ev təhsili almışdır.
Şiva
Şiva (sanskr. शिव) — hinduizmdə ən qədim tanrılardan biri. Hinduizm üç tanrı prinsipini gözləyir və bu tanrılar Brahma (yaradıcı), Vişnu (Qoruyucu) və Şivadır (dağıdıcı). Sanskrit dilində Şiva boz-qara, civə rəngli deməkdir. Şivanın simvolu linqamdır, Yeri Göylə birləşdirən parlaq sütundur, fallik kultun nişanəsidir. Şivaya həmçinin məhsuldarlıq tanrısı kimi tapınırlar. Şivanın ikinci obraz-təzahürünə Nataracə adı verilib (burada nata rəqs, aktyor, racə isə sultan mənalarında anlaşılır). Beləliklə, dini rəvayətlər Şivanı "rəqs sultanı" təqdim edir. Şivanın arvadı mərasim rəqslərinin himayədarı olan Şaktidir (Sati və Parvati kimi başqa-başqa təzahürləri var). Mifologiya fil başlı Qaneşanı Şiva və Parvatinin oğlu kimi təqdim edir.
Aşıq Şivğa
Aşıq Şivğa (əsl adı: gürc. ლუკა ბერიძე – Luka Beridze; 1838 və ya 1860, Gürcüstan – 1906 və ya 1907, Gürcüstan) — XIX əsr Gürcüstan aşıq–şairi. == Həyatı == Aşıq Şivğa 1838-ci ildə Prtena kəndində anadan olmuşdur. 1906-cı ildə (və ya 1907) vəfat etmişdir. Bəzi mənbələrdə isə 1860-cı ildə anadan olduğu bildirilir. Məzarı Prtena kənd qəbristanlığında, qədim kilsənin qənşərindədir. Ailəsinə kömək məqsədiylə səkkiz yaşından naxırçılıq etmişdir. Aşıq Şivğa on bir aşıq üzərində qələbə çalmış, sazını almışdır. Əsl adı Luka Beridze olan Prtenalı Aşıq Şivğa bu mahalın gürcü aşıq-şairlərindən ən qüdrətlisi olmuşdur. Şivğa qohumu Zaxariya Qvaramadzedən (Aşıq Müşgüldən) saz çalmağı öyrənmiş və get-gedə bölgədə kamil bir aşıq səviyyəsinə yüksəlmişdir.
Dalğaqanad sovka
Göybaftalı sovka
Kruqlaya Şişka
Kruqlaya Şişka — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənd.
Müxtəlifrəngli sovka
Çəhrayı sovka
Şilka çayı
Şilka — Rusiyanın Zabaykal diyarı ərazisindən axan bir çay. Amur çayının sol qolu. Onon və İnqoda çaylarının birləşməsi ilə meydana gəlir. Şimaldakı Şilkinski və Amazarski silsilələri ilə cənubda Borşçovoçnı silsiləsi arasındakı vadidə axır Demək olar ki, bütün uzunluğu boyu dağlıq bir xüsusiyyətə malikdir və davamlı zəncirvari uzanan və yalnız ara-sıra dar keşidlər əmələ gətirən dağların arasındakı vadidə axır. Çay yatağının yüksək sahilləri var; dibi daş və qayalıqlardan ibarətdir. Üst hissədə astana və şəlalələr var. Şilkanın uzunluğu (Onon və İnqodanın birləşməsindən Arqun ilə birləşənədək) 560 km-dir; İnqoda ilə uzunluğu 1210 km, Onon ilə birlikdə 1455 km. Hövzənin sahəsi 206 min km²-dir. Əsas qollar: Nerça, Quenqa, Çornaya (sol). Şilka çayı arqun çayı ilə birləşərək amuer çayını əmələ gətirir.
Şüalı sovka
Siyka Çonçeva
Siyka Kostadinova Çonçeva (bolq. Сийка Костадинова Цончева; 22 sentyabr 1926 – 17 sentyabr 1971) ― bolqar hərbi pilot. O həm hərbi təyyarə, həm mülki təyyarə, həm hidrotəyyarə, həm də helikopter idarə etmiş yeganə bolqar qadındır. Pilotluq karyerası ərzində o, ən azı 11 növ təyyarə idarə edib. Siyka Çonçeva 22 sentyabr 1926-cı ildə Bolqarıstanın Veliko Tırnovo vilayətinin Dzulunitsa şəhərində anadan olub. O, Qorna-Oryaxovitsa şəhərində orta məktəbi bitirdikdən sonra Varnada tibb bacısı kimi təhsilini davam etdirib. Universitetdə oxuduğu müddətdə Varnadakı aerokluba qoşulmuş və paraşütlə tullanma və üzgüçülük kursları almağa başlamışdır. O, doğulduğu kənddə ilk gimnastika məşqçisi olub. Çonçeva 1948-ci ildə Qraf-İqnatievo kəndində imtahan verərək uçuş sertifikatı almışdır. O, məktəbi bitirdikdən sonra 1949-cu ildə Pleven şəhərindəki "G. Benkovski" aviasiya məktəbinə kursant kimi daxil olub.
Omiçka Omsk QVK
"Omiçka" (rus. Омичка) — 1965-ci ildə yaradılmış qadın voleybol klubudur. Komanda Rusiyanın Omsk vilayətində yerləşən Omsk şəhərini təmsil edir. Komandanın tarixindəki ən böyük uğuru CEV Qadınlar Çempionlar Liqasının 2013-14 mövsümü üçün olan yarışlarında son 12-yə qalmasıdır. 2005-ci ildən klubunun prezidenti rus biznesmen Vladimir Sumakovdur.
Omiçka Omsk VK
"Omiçka" (rus. Омичка) — 1965-ci ildə yaradılmış qadın voleybol klubudur. Komanda Rusiyanın Omsk vilayətində yerləşən Omsk şəhərini təmsil edir. Komandanın tarixindəki ən böyük uğuru CEV Qadınlar Çempionlar Liqasının 2013-14 mövsümü üçün olan yarışlarında son 12-yə qalmasıdır. 2005-ci ildən klubunun prezidenti rus biznesmen Vladimir Sumakovdur.
Gümüşü başlıqlı sovka
Qəşəng yaşıl sovka
Tünd rəngli sovka
Mika FK
Mika – Ermənistannın futbol klubu.