Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ani
Ani (erm: Անի, yun: Ανίον, lat: Abnicum) — Türkiyə Cümhuriyyətinin Şərqində, Anadolunun qədim mədəniyyət mərkəzlərindən biri, şəhərlər şəhəri, yalnız şəhər, min bir kilsəli şəhər kimi tanınmış qədim erməni şəhəri. Bu möhtəşəm şəhərin dövrümüzə yalnız xarabalıqları çatmışdır. 961–1045 ilərdə Erməni Ani çarlığının paytaxtı olub. 1064-cü ildə şəhər səlcuqlu türklərinin əlinə keçib. 1072-ci ildən şəhər Şəddadilərin hakimiyyəti altında olub. 1236-cı ildə şəhər monqollar tərəfindən işğal edilib. 1319-cu ildə zəlzələ zamanı şəhərin xeyli hissəsi dağılıb və tədricən şəhər xarabalığa çevrilib.1878-ci ildə Rusiya ərazini işğal etsə də 1914–1918-ci illərdə türklər ərazini yenidən geri qaytarıblar. Şəhərin adını indi Ermənistan Respublikasında bir rayona veriblər. Akademik Nikolay Marr 1892-ci ildən başlayaraq kiçik fasilələrlə 14 il bu ərazidə arxeoloji qazıntılar aparıb. == Tarixi == Şəhərlə bağlı əfsanədə qeyd edilir ki, bir zaman Ani şəhərində Urum baba adlı bir qoca yaşayırmış.
Oni
Oni (bələdiyyə) — Fransada bələdiyyə. Oni (şəhər) — Gürcüstanda şəhər. Oni (iblis) — yapon mifologiyasında iblis.
Ani (dəqiqləşdirmə)
Ani
Ani Lorak
Ani Lorak (ukr. Ані Лорак; əsl adı: Karolina Miroslavovna Kuek – ukr. Кароліна Мирославівна Куєк; 27 sentyabr 1978, Kitsman, Çernovitsk, Ukrayna SSR, SSRİ) – Ukrayna estrada müğənnisi, Ukraynanın xalq artisti (2008). == Həyatı == Ani Lorak 27 sentyabr 1978-ci ildə Ukraynanın Çernovitsk vilayətinin Kitsman şəhərində anadan olmuşdur. O, 10 albom, 2 sinql, 1 bioqrafik videofilm və 24 videoklipin sahibidir. Ən böyük uğuru 2008-ci ildə Ukraynanı Avroviziya Mahnı Müsabiqəsində "Shady Lady" mahnısı ilə təmsil edərək qazandığı 2-ci yerdir.Ani Lorak 2009 Avroviziya Uşaq Mahnı Müsabiqəsinin aparıcısı olmuşdur. Türk iş adamı ilə evli olub boşanmışdır və bu evlilikdən bir qızı var. == Ümumi == Ani Lorakın şəkli "Cosmopolitan", "FHM", "Viva" kimi jurnalların üz qabığını bəzəmişdir. Ani Lorak həmçinin "Schwarzkopf & Henkel" kosmetik firmanın siması sayılır. Müğənni xeyirxah işlərlə də məşğul olmağı unutmur.
Ani Yudhoyono
Ani Yudhoyono (Kristiani Herrouati; 6 iyul 1952, Cokyakarta – 1 iyun 2019) — İndoneziya Respublikasının keçmiş prezidenti Susilo Bambanq Yudhoyononun xanımı və 2004-cü ildən 2014-cü ilədək İndoneziyanın birinci xanımıdır. == Ailə və təhsil == Kristiani Herrouati 6 iyul 1952-ci ildə Cokyakarta şəhərində general-leytenant Sarvo Edi Vibovo və Hj. Sri Sunarti Hadiyah ailəsində anadan olmuşdur. 1973-cü ildə İndoneziyanın Xristian Universitetində tibb tələbəsi oldu, lakin üçüncü ildə Cənubi Koreyada səfir vəzifəsinə təyin olunmuş atasını izləməkdən imtina etdi. Daha sonra 1976-cı ildə Susilo Bambanq Yudhoyonoyla evləndi. Anni Terbuka Universitetində təhsilini davam etdirdi və 1998-ci ildə Siyasət elmləri üzrə bakalavr dərəcəsi aldı. == Karyera == Onun siyasi fəaliyyəti 2004-cü ildə Demokratik Partiyanın sədr müavini vəzifəsinə təyin olunması aiddir. İndoneziya Respublikasının Prezidenti seçkisi uğrunda ərinin seçilməsi üçün kampaniya təşkil etdi. Ərinin prezidentliyə seçilməsi ərəfəsi uşaqlar üçün oxumaq üçün kitablarla dolu olan polio immunizasiya kampaniyaları və Mobil Pintar (Smart Cars) təşkil olundu. Zəlzələ və sunami Aceh və Niyasi vurduqda yardım səyləri etdi.
Ani atəşgahı
Ani atəşgahı — Türkiyə Cümhuriyyətində, Qars ilinin Ani şəhər xarabalığında olan qədim atəşgah. Abidə Birinci Dünya Müharibəsindən qısa müddət sonra, 1909 - cu ildə Anidə arxeoloji qazıntılar aparan tanınmış qafqazşünas və şərqşünas alim, akademik N. Y. Marr tərəfindən aşkarlanmışdır. Lakin bu qazıntılardan sonra abidəyə diqqət yetirilməmiş, abidə Aninin xəritələrinə salınmamışdır. Qalıntıların e.ə. I - IV əsrlərə aid bir atəşpərəstlik məbədinə aid olduğu gümün edilir. Digər tərəfdən qalıqların erkən xristianlıq dönəminə aid bir açıq hava şəhidliyi olması ehtimalı da var. Lakin qədim Ermənistan ərazisində bir çox yeraltı şəhidliklərin olması faktı məlum olsa da açıq hava şəhidliyi örnəyi məlum deyil. Təyinatı hər nə olursa olsun böyük ehtimalla Aninin ən qədim abidələrindən biridir və əgər həqiqətən də abidədirsə o zaman bu tikili şəhərdə, xristianlıqdan əvvəlki dövrə aid olan yeganə abidədir. Onu da qeyd edək ki, tarixin sonrakı dövründə dörd sütunlu abidənin sütunlarının arası hörülərək kilsə kimi istifadə olunmuşdur. 1998 - 1999 - cu illərdə atəşgahın ərazisində Ani qazıntılarının rəhbəri professor Beyhan Karamağaralı tərəfindən yenidən arxeoloji qazıntılara başlanılıb.
Ani kafedralı
Ani kafedralı (həmçinin Müqəddəs Bakirə kafedralı (erm: Սուրբ Աստուածածին Եկեղեցի), Müqəddəs Ana kilsəsi (erm: Մայր Եկեղեցի) — Türkiyə Cümhuriyyətinin Qars ilində, Ani şəhər xarabalığında olan qədim erməni kafedralı və erməni memarlığının şah əsərlərindən biri. Müxtəlif tarixi qaynaqların verdiyi məlumata görə kafedralın tikintisi 989-cu ildə kral II Smbatın (977-989) dövründə başlamış, qısa fasilədən sonra II Smbatın varisi kral Qagik Baqratinin hakimiyyəti dövründə onun arvadı, Qafqaz Albaniyasının Sünik vilayətinin hakimi Vasaqın qızı kraliça Katranidenin əmri ilə tikinti davam etdirilmiş və 1100-cü ildə tamamlanmışdır. Bu haqqda kafedralın Cənub divarındakı kitabədə deyilir: "Erməni təqviminin 450-ci ilində (miladi 1001-ci il) ...Tanrı və ermənilərin ruhani lideri katolikos tərəfindən şərəfləndirilmiş Sarkis, erməni və gürcülərin şahənşahı Qagikin şanlı hökmdarlığı zamanında mən, Sünik kralı Vasaqın qızı, ermənilərin kraliçası Katranide özümü Allahın lütfünə əmanət edərək ərim şahənşah Qagikin əmri ilə ulu Smbatın təməlini qoyduğu bu kafedralı inşa etdirdim..." Ani şəhərinin Cənub tərəfində yerləşən kafedral şəhərin ən iri və mühüm memarlıq abidəsidir. Kafedral orta əsrlərin ən məşhur erməni memarı Trdatın əsəridir. 1064 -cü ildə şəhərin türklər tərəfindən mühasirə edilməsi zamanı kafedral xüsusi simvolik əhəmiyyət daşıyıb. Belə ki, şəhər ələ keçirildikdən sonra Kafedralın üstündəki xaç çıxarılıb və Ani kafedralı Fəthiyyə Camisi adı ilə cami kimi istifadə olunmağa başlayıb. Kafedral 1124 - cü ildə təkrarən xristianların istifadəsinə geri verilib və kitabələr binanın XIII əsrin əvvəllərində bərpa olunmasından bəhs edirlər. 1319 - cu ildə baş verən zəlzələ kafedralın qübbəsinin çökməsi ilə nəticələnmişdir və bu da binanın dini məqsədlə istifadə edilməsinə son verilməsi ilə nəticələnmişdir. == Memarlıq xüsusiyyətləri == Bazilika planın sahib olmasına baxmayaraq planlaşdırmada uzunluğun az olması diqqəti cəlb edir. Binanın uzunluğu eni və hündürlüyü ilə müqayisədə olduqca qısadır.
Ani körpüsü
Ani körpüsü (və ya İpək Yolu körpüsü) — Türkiyə Cümhuriyyətinin Qars ilinin Ani şəhər xarabalığında, Arpaçayın üstündə, Türkiyə-Ermənistan sərhəddində olan tarixi abidə. Körpünün yarısı Türkiyə Cümhuriyyəti ərazisində, yarısı isə Ermənistan Respublikası ərazisindədir. Bəzi mütəxəssislər abidəni X–XI əsrlərə aidb edirlər, bu isə körpünün erməni Baqratilər (əslində Baqratilər sülaləsi yəhudi mənşəli sülalə olmuşdur) xanədanının hakimiyyəti dövründə inşa edilməsi anlamına gəlir, lakin ətraf ərazidən tapılmış bir kitabə burada XIII–XIV əsrlərdə inşaat işlərini aparılmasından xəbər verir. Körpü tək aşırımlı olmuşdur və həmin aşırım da çökmüşdür. Körpüdən dövrümüzə iki dayaq hissə — ayaqlar qalmışdır ki, onların da biri Türkiyə, digəri isə Ermənistan ərazisindədir.
Ani mesajlaşma
Ani mesajlaşma ( ing. instant messaging (= IM) ~ ru. мгновенный обмен сообщениями ~ tr. anlık mesajlaşma) – İnternet üzərindən real vaxt rejimli mətn ötürməsini təklif edən onlayn söhbətin tipidir. qısa mətn məlumatının şəbəkənin başqa istifadəçilərinə proqram təminatı vasitəsilə ani olaraq göndərilməsi; AOL Instant Messenger, Windows Live Messenger, ICQ, yaxud UNIX sistemində talk komandası belə proqramlardandır. Kompüterlərlə yanaşı, ani məlumatlar veb-səhifələrdən və mobil telefonlardan da göndərilə bilər. ShazzleChat məxfi, sürətli, zənglər və mesajlar üçün istifadəsi asan bir tətbiqdir. Göndərdiyiniz hər bir mesaj sizin və adresat arasında qalır. Video və səsli zəngləri iki nəfər arasında p2p Shazzle texnologiyası ilə təmin edilmiş təhlükəsizdir bir tətbiqdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ani qalası
Ani qalası — Türkiyə Cümhuriyyətinin Qars ilində, qədim Ani şəhərini əhatə edən qala divarları. Təxminən X–XIV əsrlərdə inşa edilmiş qala divarları bir neçə hissədən ibarətdir. Onlardan İçqala adlandırılan hissə daha mürəkkəb memarlıq quruluşuna malikdir və içində çoxlu mülki tiklililərin qalıqları var. == İçqala == İçqala Ani şəhərinin Cənub hissəsində, hündür təpənin üstündə yerləşir. Qala ərazidə yerləşən Baqrati hökmdarlarının və onlardan sonra Aniyə hakimlik etmiş digər xanədan nümayəndələrinin saraylarını müdafiə etmək məqsədi ilə inşa edilmişdir. Qalanın Şimal — Qərb küncündə böyük ehtimal ki, kənardan gətirilən qara bazalt daşlarla inşa edilmiş bir bürc var. Bürcün inşa edildiyi daşların ortasında dairəvi oyuqlar vardır. Bu isə qədim inşa texnikasını yansıdan bir özəllikdir. Belə ki, erkən orta əsrlər memarlığında rast gəlinən bir texnikaya görə daşların ortası dairəvi şəkildə oyulur və inşa prosesində həmin oyuqlardan axıdılan qurğuşunla daşların daha möhkəm birləşdirilməsi təmin edilirdi, lakin bürcün inşası zamanı bu texnika tətbiq edilməmişdir. Sadəcə olaraq istifadə edilən daşlar həmin texnikanı həyata keçirmək üçün yonulçuşdur.
Azəraeronaviqasiya HHİ
"Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi (və ya qısaca AZANS) — Azərbaycan Respublikasının hava məkanında uçuşların təhlükəsizliyinin, hava hərəkətinin əlaqələndirilməsi və xidmət funksiyasını yerinə yetirir. "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin Hava Hərəkətinin İdarəedilməsi Baş Mərkəzinin yeni binası Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yerləşir. Baş Mərkəzin yeni binası rəsmi olaraq 2013-cü ildə açılmışdır. Açılışda Prezident İlham Əliyev şəxsən iştirak etmişdir. == "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin tarixi == 1996-cı il aprelin 1-də Dövlət Konserninin müdiriyyətinin qərarı ilə, ICAO və Avropa İnkişaf Bankının himayəsi altında, "Azərbaycan Hava Yolları" Dövlət Konserninin struktur bölmələri arasında ilk olaraq hüquqi müstəqillik statusu əldə etmiş "Azəraeronaviqasiya" (AZANS) aeronaviqasiya xidməti müəssisəsi yaradılmışdır. Yeni müəssisənin başlıca vəzifəsi, Azərbaycan Respublikasının hava məkanında uçuşların təhlükəsizliyinin təmin edilməsi olmuş və eyni zamanda, ona hava hərəkətinin əlaqələndirilməsi və xidmət funksiyası da həvalə edilmişdir. Müəssisənin fəaliyyətinin əsas məqsədləri aşağıdakılardır: beynəlxalq standartlar əsasında yüksək keyfiyyətli aeronaviqasiya xidmətinin təmin edilməsi; yeni beynəlxalq standartların və tövsiyələrin çevik tətbiqi, texniki sistemlərin və informasiya təminatının inkişafı və müasirləşdirilməsi; səriştəli və ixtisaslı heyətin öyrədilməsi və hazırlanması; etibarlı və yüksək keyfiyyətli aeronaviqasiya və meteorologiya məlumatlarının təqdim edilməsi. Yeni təşkilatın qarşısında qoyulmuş başlıca məqsədlərdən biri ICAO CNS|ATM konsepsiyasının tələblərinə uyğun olaraq, texniki və texnoloji baxımdan yenidən tam təchizetmə məsələsindən ibarətdir. "Azəraeronaviqasiya" müəssisəsi yaradıldığı ilk gündən etibarən uçuşların aeronaviqasiya təminatının milli sisteminin qurulması ilə bağlı mürəkkəb vəzifələrin həll edilməsi üçün intensiv işə başlanmışdır. Buna, həmçinin dövlət başçısı, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin də böyük töhfəsi olmuşdur.
Dong Hoi
Donqhoy (vyet. Đồng Hới) — Vyetnamda şəhər, Kuanqbin vilayətinin paytaxtı. Hanoydan 480 km cənubda yerləşir. Əhalisi 108,045 min nəfər (2009), sahəsi 154,55 km2-dir. Əhalisi 160,325 nəfərdir. == İstinadlar == == Xarici keçidlər == "Сайт администрации города Донгхой" (vyetnam). 2017-05-05 tarixində arxivləşdirilib.
Huni (gəmi)
Huni, əlavə və gəminin əsas göyərtəsində hazırlanmış bir başlıq, verilmiş dizayndır. Bu qazan və ya motor işlənmiş qazların his və tüstü aradan qaldırılması üçün istifadə olunur. O, həmçinin adətən baca adlanır. == İstifadə == Gəmi hunisinin əsas funksiyası gəminin strukturunu və göyərtəsini çirkləndirməmək və ekipajın işləmə qabiliyyətini pozmamaq üçün mühərriklərdən və digər mexanizmlərdən işlənmiş qazları dağıtmaq üçün egzoz borularının və ya egzozların hündürlüyünü artırmaqdır. öz funksiyalarını yerinə yetirirlər.
Oni (bələdiyyə)
Oni (fr. Osny) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Serji. Əhalisi — 16.274 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 32 km şimal-qərbdə, Serji belediyyənin 4 km şimalda yerləşir.
Oni (iblis)
Oni (yap. 鬼) — yapon mifologiyasında qırmızı, mavi və qara dəriyə malik olan, cəhənnəmin yaponlarda analoqu olan Ciqokuda yaşayan, böyük caynaqları və buynuzu olan insanabənzər iblisdir. Oninin Avropadakı analoqu şeytan və cindir. Oni çox güclü və çətin öldürüləndir. Beləki bədəninin kəsilmiş hissələrinin yerində yenisi çıxır. Döyüşdə tikanları olan dəmir əmuddan — kanabodan istifadə eləyir. Pələng dərisindən hazırlanan fundosi adlanan yan sarğı geyinirlər. Axmağa bənzər xarici görünüşünə baxmayaraq, oni çox hiyləgər və ağıllıdır, həmçinin, insanlara çevrilməyi bacarır. İnsan ətini xoşlayır. Bəzi əfsanələrdə, onların soyaya nifrət eləməsi bildirilir.
Oni (şəhər)
Oni — Qərbi Gürcüstanda şəhər. Dərin vadidə Rioni çayının sol sahilində yerləşir. Oni Bələdiyyəsinin inzibati mərkəzidir Dəniz səviyyəsindən 830m, Tbilisidən 210 km uzaqda yerləşir. Oni mənbələrdə ilk dəfə XV-XVI əsrlərdə qeyd olunur. Feodal şəhəri Oninin iqtisadi əhəmiyyəti orta əsrlərdə böyüdü. Raçanın əhəmiyyətli ticarət nöqtəsi inkişaf etdirildi və sənətkarlıq inkişaf etdi. 1846-cı ildən Kutaisi vilayətinin Raça Mazur inzibati mərkəzi var idi. Oni ərazisində bürünc baltalar (Tunc dövrü) tapılmışdır. Şəhərin sənaye müəssisələri, səhiyyə, təhsil və mədəniyyət müəssisələri var. Oni Nikorcminda yeparxiyasının iqamətgahıdır.
Senecio hoi
Senecio hoi (lat. Senecio hoi) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Typhlodromus hui
Typhlodromus hui (lat. Typhlodromus hui) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. Typhlodromus hui Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Vitis hui
Vitis hui (lat. Vitis hui) — üzümkimilər fəsiləsinin üzüm cinsinə aid bitki növü.
İni (hərf)
Ի, ի — (Adı: ini, erm. ինի) — erməni əlifbasının 11-ci hərfi. Transkripsiya "i". Tələffüzü "İ". Rəqəm işarəsi "20". Mesrop Maştots tərəfindən 405—406-ci illərdə yaradılıb. Orta əsrlərdə "erkatagir", "qrçagir", "notrgir", "şhagir" yazı növləri istifadə olunub. Erməni dilindəki Bibliya ini hərfi ilə başlayır.
İni fayl
İni fayl (ing. INI file (Initialization file)) – Microsoft Windows, Windows NT, OS/2 əməliyyat sistemləri və bəzi tətbiqi proqramlarda: sistemin (proqramın) bəzi parametrlərini kökləmək üçün fayl. Windows əməliyyat sisteminin ilk versiyasında meydana çıxıb. Windows 1.01 versiyasında yalnız bir WIN.INI faylı vardı, Windows 3.0 sistemində SYSTEM.INI faylı da əlavə olunmuşdu. Sonra isə onların sayı sürətlə və nəzarətsiz artmağa başladı. INI-faylları adi mətn fayllarıdır, onlara istənilən mətn redaktorunda baxmaq və redaktə etmək olar. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Şeymas Hini
Şeymas Hini (ing. Seamus Heaney; 13 aprel 1939[…], Kastledavson[d], Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 30 avqust 2013[…], Dublin) — irland yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1995). Şeymas Jastin Hini irland şairi, nasir və tərcüməçidir. Şimali İrlandiyanın Derri qraflığında, doqquz uşaqlı ailənin birinci övladı kimi doğulmuşdur. 1957–1961-ci illərdə Bel-fast universitetində ingilis filologiyası üzrə təhsil almışdır. Hazırda Dublində yaşayan müəllif ötən əsrin 60-cı illərindən başlayaraq indiyə qədər ədəbi yaradıcılığı ilə bir sırada pedaqoji fəaliyyətini də davam etdirir. Müxtəlif vaxtlarda Şeymas Hini Dublindəki Kerisfort-Kollecin, Belfast Kraliça universitetinin, habelə Berkli (Kaliforniya, ABŞ) və Harvard universitetlərinin professoru olmuşdur. Bir müddət Oksford universitetində müasir poeziyadan mühazirələr oxumuşdur. Yaradıcılığa nisbətən gec, ali təhsilini başa vurduqdan sonra başlamışdır. "Naturalistin ölümü" (1966), "Zülmətə qapı" (1969), "Qışın sonu" (1972), "Çöl işləri" (1979) adlı kitablarında toplanan şeir və poemalar Şeymas Hinini müasir irland poeziyasında öz yeri və dəsti-xətti olan şair kimi tanıtmışdır.
Vəkil hanı?
"Vəkil hanı?" — rejissor Ülviyyə Könülün 2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Sınaq Film Prodüser Mərkəzində ekranlaşdırdığı film. Cavan vəkil (Bəhruz Vaqifoğlu) həmkarının (Kamilə Babayeva) xahişi ilə onu əvəz etmək üçün məhkəmə salonuna yollanır, lakin otaqları səhv salıb qatı cinayətkarın məhkəməsində vəkillik etməyə başlayır. Çox keçmir ki, aləm dəyir bir-birinə... Filmin premyerası 25 may 2011-ci ildə "Azərbaycan" kinoteatrında keçirilmişdir. Filmdə "Rast" və "Queen" qruplarının, Zülfiyyə Xanbabayevanın, Faiq Ağayevin, Elariz Məmmədoğlunun, Xumar Qədimovanın, Natəvan Həbibinin repertuarlarındakı parçalardan istifadə olunmuşdur. Ssenari müəllifləri: Elza Ağayeva, Ramiz Fətəliyev Quruluşçu rejissor : Ülviyyə Könül Quruluşçu operator : Rafiq Quliyev Quruluşçu rəssam : Rafiq Nəsirov Bəstəkar : Rəşad Haşımov Aktyor seçimi : Sənubər İsgəndərli (Sənubər İsgəndərova kimi) Rejissor : Ənvər Həsənov Operator : Ceyhun Quliyev Səs rejissoru : Teymur Abdullayev Montaj : Ramiz Hüseynov Redaktor : İlhamə Kərimova Geyim üzrə rəssam : Aygün Mahmudova Qrim üzrə rəssam : Kristina Qrim : Mziya Kençiaşvili, İradə Gülbabayeva Rejissor assistentləri : Pərviz Həsənov, Anar Almazov, Xədicə Qarayeva Operator assistentləri : Pərvanə Bədəlova, Rauf Qurbanəliyev, Ruslan Ağazadə Mexanik : Qoça Brolaşvili Dekor üzrə rəssamlar : İbrahimxəlil Əminov, Elyaz Səfərov Səs operatoru : Elvin Bayramzadə Fotoqraf : Babək Quliyev Geyim ustası : Gülxar Sadıqova (Gülxar Sadıxova kimi) Əlbəsə ustası : Füzuli Ağayev İşıqçılar : Qabil Yəhyayev, Həsən Əliyev, Əminağa Əliyev Kaskadyorlar qrupunun rəhbəri : Əli Məmmədov Kaskadyorlar : Əhməd Cəfərov, Bəxtiyar Abbasov, İlham Abbasov, Etibar Məmmədov Pirotexnik : Əlibala Məmmədov, Vaqif Qurbanov İnzibati qrup : Asif Ağayev, Pərviz Hacıyev, Ədalət Yunusov, Nəsib Hümbətov, Zaur Göyüşov Sürücülər : Vahid Kərimov, Əkbər Həsənov, Fuad Hüseynov, Bəhmən Qasımov, Süleyman Tağıyev İcraçı prodüser : Məhəmməd Ağabəyov Prodüser : Tofiq Musayev Bəhruz Vaqifoğlu – Rəşad Babayev Toğrul Rza – Fərid Səidə Quliyeva – Nisə xala Qorxmaz Əlilicanzadə – Dadaş Rəhimov Kamilə Babayeva – Nigar Fuad Osmanov – Elxan Naina İbrahimova – Ofeliya Bəhram Bağırzadə – Əfqan Rövşən Kərimduxt – Karuzo Həcər Ağayeva – Esya Gülşad Baxşıyeva – hakim Əkbər Əlizadə – katib Ağaxan Salmanov (Ağaxan Salmanlı kimi) – Zəki Sahibə Nəzərova – Könül Ramilə Məmmədova – Gülya Mətanət Atakişiyeva – Nigarın anası Əsgər Rəhimov – prokuror Ömür Nağıyev – müstəntiq Möhsün Hüseynxanlı – Əmirqulu Nahidə Orucova (Naidə Orucova kimi) – Əmirqulunun arvadı Ənvər Həsənov – baş həkim Lüdmila Duxovnaya – Faina Markovna Yevgeniya Nevmerjinskaya – Kristina Farizovna Kərəm Hacızadə – Sadıxov Mətləb Abdullayev – mühafizəçi Həsən Yaqubov – mühafizəçi Niyazi Abdullayev – mühafizəçi Ağa Rəhimov – mühafizəçi Nəzrin Heydərova – uşaq Murad Həsənov – uşaq Nərmin Heydərova – uşaq Aynur Məmmədova – jurnalist Asif Ağayev – həbsxana rəisi Ülvi Həsənov – yanacaq dolduran Ofa Səlimova – manikürçü qız Nigar Zakirova – manikürçü qız Ləman İmanova – qonşu Firuz Xudaverdiyev – qonşu Möhsün Quliyev – qonşu Nərmin İsmayılova – qonşu Natiq Əliyev – qonşu Tofiq Orucov Mehriban Həsənova Xələf Cəfərov İlahə Şıxlinskaya Məmmədəli Məmmədov (DJ Fateh) (radiomətnlər) Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası Sabunçu rayon xəstəxanası "Qoşa qala" restoranı "Nərgiz" Ticarət Mərkəzi "Azpetrol" MMC Azərbaycan Respublikası "Ovçuluq və Balıqçılıq" Cəmiyyəti Muzey Mərkəzi "Kristis" gözəllik salonu "G & A" gözəllik salonu Vəkil hanı? Arxivləşdirilib 2016-03-09 at the Wayback Machine Ülviyyə Könül. Vəkil hanı? Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Vəkil hanı?
Ani (Qars)
Ani — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 427 nəfərdir (2022).
Ani qəsri
Ani qəsri və ya Kamsarakan qəsri — Ani şəhər xarabalıqlarının cənub qurtaracağında, hündür təpə üzərində yerləşən qəsr. Ani qəsrinin qala divarları qədim şəhər divarlarının ən qədim hissəsi olmaqla, VII əsrdə Şirak və Arşakunik ərazilərini idarə edən Kamsarakan sülaləsi tərəfindən qoyulmuşdur. Ani qəsri ərazisində 1907–1908-ci illərdə akademik N. Marr tərəfindən arxeoloji qazıntı işləri aparılmışdır. == Tarixi və tədqiqi == Qəsrin inşası VII əsrə — Kamsarakan sülaləsinin hakimiyyəti dövrünə aid edilsə də , arxeoloji qazıntılar zamanı, XIII əsrə qədər onun dəfələrlə bərpa edildiyi aşkara çıxarılmışdır. Məsələn, akademik N. Marr, qəsrin giriş qapısının Şəddadilər dövründə (1072–1199) inşa edildiyini və daha qədim olan qəsr divarlarına birləşdirildiyini yazır. Arxeoloji tədqiqatlar zamanı, Şəddadilər dövrünə aid qəsr qapısı altında, ilkin yer səthindən yuxarıda qəsrə su ötürən gil borular aşkara çıxarılmışdır. Qəsrin təbii su təchizatı olmadığına görə, bu borular vasitəsilə 11 kilometr aralıda yerləşən bulaqdan xüsusi olaraq çəkilmiş boru xətti vasitəsilə qəsrə su çatdırılırdı. K. Basmacıyan 1904-cü ildə nəşr edilmiş "Ani xatirələri" (fr. Souvenir d'Ani) adlı broşurda qəsr yerində 1903-cü ildə aşkarlanmış yunan dilli kitabə haqqında xəbər verir. 1907-ci ildə qəsr ərazisində qazıntılar zamanı, N. Marr da yunan dilli kitabənin aşkar olunması haqqında məlumat verir və onu qısa müddətli Bizans idarəçiliyi dövrünə aid edir.
Хit
Xit (ərəb. هيت‎ — Heet) — İraqın Anbar mühafazasında şəhər. Əhalisi 65,000-dir.
Məhəmmədsalah хan
Muğanlı Məhəmmədsalah xan və ya Qalaqayınlı Məhəmmədsalah xan (fars. محمداصالح خان‎; d. 1741, Qalaqayın, Muğan mahalı, Cavad xanlığı – ö. 1795, Qalaqayın, Muğan mahalı, Cavad xanlığı) — Şahsevən elinə mənsub olan xan, sərkərdə. Məhəmmədsalah xan tarix kitablarında Qalaqayınlı Məhəmmədsalah xan kimi tanınır. Cavad xanlığının hakimi Həsən xan Muğanlının oğludur. O dövrdə xanlıqlar diplomatik nikahdan istifadə edirdlər. O, öz qızları Xeyrənisəni Lənkəran xanı Mir Həsən xana, Pəricahan xanımı isə Şirvan xanı Mustafa xana ərə vermişdir. Xeyrənisənin Mir Abdulla bəy, Cavad bəy və Xanlar bəy adlı oğlanları, Nisə xanım və Zəhra xanım adlı qızları olmuşdur. Pəricahan xanım 1789-cu ildə ərə getmişdir.
Хok məscidi
Orta əsrlər zamanı Naxçıvan ərazisində özünəməxsus yeri olan sosial-siyasi və ideoloji mərkəzlərdən biri də Kəngərli bölgəsinin Xok kəndinin mərkəzində yerləşən Came məscididir. Daşdan və bişmiş kərpicdən inşa edilən məscidin binası yarandığı vaxtdan indiyədək keçən müddətdə müəyyən dağıntı və aşınmalara uğrasa da, bu günədək əsasən salamat vəziyyətdə gəlib çatmışdır. Məscidin həcmi, möhtəşəmliyi və s. əlamətləri təsdiq edir ki, bu məscid inşa edildiyi zamandan ticarət karvan yollarının üstündə yerləşən Xok kəndinin sosial-siyasi və ideoloji həyatında mühüm yer tutmuş, cəmiyyətin həyatında fəal rol oynamışdır. Bir sıra memarlıq abidələrində olduğu kimi bu məscidin də üzərində abidə haqqında müəyyən məlumatları özündə əks etdirən bir neçə kitabə vardır. Bu kitabələrdən biri məscidin şərqdən giriş qapısının sol yanında qoyulmuşdur. Dörd sətirdə, fars dilində boz daşa həkk edilmiş kitabənin mətnindən aydın olur ki, məscid binasının təmiri 1910-cu ildə, böyük çillədə başlamış, kiçik çillənin axırında, qış dövründə tamam olmuşdur. Kitabənin sonunda qeyd edilən 17 məhərrəm 1328-ci il tarixli miladi ilə 29 yanvar 1910-cu ilə müvafiq gəlir. Göründüyü kimi, Quranın "Allahın məscidlərini yalnız Allaha və axirət (qiyamət) gününə iman gətirənlər təmir edərlər" ayəsinə (IX surə, 18-ci ayə) uyğun olaraq Xok kənd məscidi 1910-cu ildə təmir etdirilmişdir. Təmir zamanı giriş qapısının başında daha iki ədəd kitabə qoyulmuşdur.
Əbülfət хan Sarıcalı-Cavanşir
Əbülfət xan Tuti (v. 1839) — dövlət xadimi, şair, İbrahimxəlil xan Cavanşirin oğlu. Əbülfət xan Tuti Şuşa şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili görmüşdü. Özünü tanıyandan saray işlərində atasına kömək edirdi. 1796-cı ildə qraf Valerian Zubov çoxsaylı rus qoşununun başında Azərbaycana gəlir. Kür çayının yaxasında düşərgə qurur. İbrahimxəlil xan Cavanşir Ağaməhəmməd şah Qacarın yeni yürüşündən əndişələnib V. Zubovla ilişki qurmaq qərarına gəlir. Qərarını saray adamlarına bildirib, gənəşik istəyir. Baş vəziri Molla Pənah Vaqifin məsləhəti ilə oğlu Əbülfət ağanı V. Zubovun yanına göndərir.
Oton (Эн)
Oton (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
XIX-ХХ əsrlərdə ermənilərin Cənubi Qafqaza köçürülməsi
Ermənilərin tarixi miqrasiyası yerləşdirilməsi — ermənilərin İrandan, Türkiyədən və digər ərazilərdən planlı sürətdə Cənubi Qafqaza köçürülməsi prosesi. Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, həmçinin ermənilərin İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi təsadüfi hadisə olmayıb, erməni-rus münasibətlərinin qanunauyğun nəticəsi idi ki, bu münasibətlərin əsasını rus və erməni tarixi ədəbiyyatında təbliğ edildiyi kimi, yalnız ticarət əlaqələri deyil, başlıca olaraq Şərqin müsəlman dövlətlərinə, xüsusilə Türkiyəyə, XVIII əsrdən etibarən isə həm də Azərbaycana qarşı düşmənçilik münasibəti təşkil edirdi. Səfəvilər dövlətinin zəifləməsindən istifadə edən I Pyotrun 1724-cü ilin noyabrın 10-da ermənilərin Azərbaycanın Xəzər dənizi sahillərində, Dərbənd və Bakı, həmçinin Gilan, Mazandaran və Gürgan ərazilərində məskunlaşmasını rəsmiləşdirən fərmanından sonra başladı. Bu fərmana görə ermənilər Rusiya İmperiyasının Cənubi Qafqazdan İran körfəzinə kimi geniş əraziləri ələ keçirmək planının həyata keçirilməsində "beşinci qüvvə" rolunu oynayacaqdılar. Bu planın bir hissəsi kimi Rusiya generalları Azərbaycan əhalisini hansı yolla olursa olsun yaşadığı yerlərdən didərgin salmaq əmri almışdılar. Lakin Rusiyanını Qafqazdakı hərbi uğursuzluqları onun ermənilərin planlı məskunlaşdırılması siyasətini bir müddətə dondurdu. Türkmənçay müqaviləsinin nəticəsi olaraq 40000 erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırıldı. 1829-cu ilin Ədirnə sülhünün nəticələrinə görə isə, Osmanlı İmperiyası ərazilərində yaşayan 90000 erməni də Azərbaycanda yerləşdirildi. Onlar əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarında məskunlaşdırıldılar. Məşhur rus diplomatı və yazıçısı A. S. Qriboyedov yazırdı: "Erməni əhalisi əsasən müsəlman torpaq sahiblərinin ərazilərində yerləşdirilirdilər … onlar yavaş-yavaş müsəlman əhalisini ərazilərdən sıxışdırıb çıxarmağa başlamışdılar.
XIX - ХХ əsrlərdə Ermənilərin Cənubi Qafqaza köçürülməsi
Ermənilərin tarixi miqrasiyası yerləşdirilməsi — ermənilərin İrandan, Türkiyədən və digər ərazilərdən planlı sürətdə Cənubi Qafqaza köçürülməsi prosesi. Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, həmçinin ermənilərin İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi təsadüfi hadisə olmayıb, erməni-rus münasibətlərinin qanunauyğun nəticəsi idi ki, bu münasibətlərin əsasını rus və erməni tarixi ədəbiyyatında təbliğ edildiyi kimi, yalnız ticarət əlaqələri deyil, başlıca olaraq Şərqin müsəlman dövlətlərinə, xüsusilə Türkiyəyə, XVIII əsrdən etibarən isə həm də Azərbaycana qarşı düşmənçilik münasibəti təşkil edirdi. Səfəvilər dövlətinin zəifləməsindən istifadə edən I Pyotrun 1724-cü ilin noyabrın 10-da ermənilərin Azərbaycanın Xəzər dənizi sahillərində, Dərbənd və Bakı, həmçinin Gilan, Mazandaran və Gürgan ərazilərində məskunlaşmasını rəsmiləşdirən fərmanından sonra başladı. Bu fərmana görə ermənilər Rusiya İmperiyasının Cənubi Qafqazdan İran körfəzinə kimi geniş əraziləri ələ keçirmək planının həyata keçirilməsində "beşinci qüvvə" rolunu oynayacaqdılar. Bu planın bir hissəsi kimi Rusiya generalları Azərbaycan əhalisini hansı yolla olursa olsun yaşadığı yerlərdən didərgin salmaq əmri almışdılar. Lakin Rusiyanını Qafqazdakı hərbi uğursuzluqları onun ermənilərin planlı məskunlaşdırılması siyasətini bir müddətə dondurdu. Türkmənçay müqaviləsinin nəticəsi olaraq 40000 erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırıldı. 1829-cu ilin Ədirnə sülhünün nəticələrinə görə isə, Osmanlı İmperiyası ərazilərində yaşayan 90000 erməni də Azərbaycanda yerləşdirildi. Onlar əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarında məskunlaşdırıldılar. Məşhur rus diplomatı və yazıçısı A. S. Qriboyedov yazırdı: "Erməni əhalisi əsasən müsəlman torpaq sahiblərinin ərazilərində yerləşdirilirdilər … onlar yavaş-yavaş müsəlman əhalisini ərazilərdən sıxışdırıb çıxarmağa başlamışdılar.
Хu Tsintao
Hu Cintao (çin 胡錦濤, 胡锦涛, Hú Jǐntāo; azərb. transkripsiya /hu: cintao/; 21 dekabr 1942) — Çin Xalq Respublikasının dövlət xadimi, 2003–2013-cü illərdə Çin Xalq Respublikasının Sədri, 2002-ci il noyabr ayından 10 il müddətinə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş Katibi, 2005-ci ilin mart ayından 2013-cü ilin 14 mart tarixinədək ÇXR Mərkəzi Hərbi Şurasının, 2004-cü ilin sentyabr ayından 2012-ci il 15 noyabr tarixinədək ÇKP MK Mərkəzi Hərbi Komitəsinin sədri.
Хо (hərf)
Հ, հ (Adı: ho, erm. հո) — erməni əlifbasının 16-ci hərfi. Transkripsiya "h". Tələffüzü "H". Rəqəm işarəsi "70". Mesrop Maştots tərəfindən 405-406-cı illərdə yaradılıb. Orta əsrlərdə "erkatagir", "qrçagir", "notrgir", "şhagir" yazı növləri istifadə olunub.