Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alyona Alyona
Alyona Alyona təxəllüsü ilə çıxış edən Alyona Oleqovna Savranenko (ukr. Альона Олегівна Савраненко; 14 iyun 1991, Kapitanovka[d], Kirovoqrad vilayəti) — Ukrayna hip-hop və rep ifaçısı. == Həyatı == Alyona Savranenko 14 iyun 1991-ci ildə Kirovoqrad vilayətinin Kapitanovka şəhərində anadan olub. İki ali təhsili var. Qriqori Skovoroda adına Pereyaslav-Xmelnitski Dövlət Pedaqoji Universitetini bitirmişdir. Barışevka şəhərində yerləşən Teremok uşaq bağçasında müəllim işləmişdir. Həmçinin, Kiyev yaxınlığındakı Dernovka kəndində uşaq bağçasının müdiri vəzifəsində çalışıb. Uşaq bağçasında 4 il çalışdı. Rep mətnlərini uşaq yaşlarından yazmağa başlamışdır, ancaq geniş kütləyə yaradıcılığını 27 yaşında "YouTube" videohostingində paylaşımlar edəndən sonra təqdim etdi. 2018-ci ilin oktyabr ayında "Ribki" (ukr.
Acıyonca
Acıyonca (lat. Coronilla) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Ayona
Ayona (ing. Iona; şot.kelt I Chaluim Chille, ) — Böyük Britaniyanın tərkindəki Şotlandiyanın qərbində, Daxili Hebrid arxipelaqında ada. Arqayl-end-Büt dairəsi ərazisində yerləşir. Bərə vasitəsilə bağlanan Mall adasından təxminən 1 mil (1.6 km) uzaqda yerləşir. 2011-ci ilin əhali siyahıyaalmasına görə, adanın 177 nəfərlik bir əhalisi var. Adanın ölçüsü – 5,6 km × 1,6 km. == Etimologiya == Toponim gel dilindən tərcümədə "Müqəddəs Kolumbanın adası" deməkdir. Ada əsasən Müqəddəs Kolumbanın tikdirdiyi abbatlığa görə tanınır. == Tarix == 563-cü ildə İrlandiya keşişi olan Müqəddəs Kolumba daha on iki din adamı ilə birlikdə adada bir monastır qurur. Bu, Şotlandiya və Şimali İngiltərədə yaşayan büdpərəstləri xristianlaşdırmaqda ilk addım idi.
Yonca
Yonca (lat. Trifolium) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Yonca cinsinin nümayəndələri çoxillik ot bitkisidir. Boyu 50–80 sm-dir. Dərin bir kök sistemi vardır. Əlverişli şəraitdə bitkinin kökü torpaqda 8–10 metrə qədər dərinliyə uzana bilir. Paxlalı yem bitkilərindən səpin yoncasının (lat. Medicaqo sativa) 80-ə qədər yabanı və mədəni sort və formaları, çəmənlik üçyarpaq yoncasının (lat. Trifolium pratense) 6 yabanı forması vardır. Yem bitkiləri içərisində ən çox bəsləyicilik dəyəri olan yoncada 10 qədər vitamin var.
Ala acıyonca
Securigera varia (lat. Securigera varia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin securigera cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 80 sm-ə qədər, gövdəsi zəif, əyilib qalxan və ya düz, uzun, tin-tin və içi boş, çılpaq və ya tüklü, adətən budaqlanan çoxillik ot bitkisidir. Yalançı zoğları sərbəst olub, kiçikdir, xətvarineştərşəkilidir və uzunluğu 3 mm-dir. Yarpaqları tək lələkvaridir, qısa saplaq üzərində 15-25 ədəd oval və ya uzunsov, küt yarpaqcıqlar yerləşmişdir. Çiçəkləri 12-20 ədəd olmaqla, çiçək oxunun uzunluğu 3-15 sm-ə qədər olan, qısa başcığaoxşar çətirlərdə toplanmışdır; çiçək saplağı kasacıqdan iki dəfə uzun, ona bərabərvə ya ondan qısadır. Tac çəhrayı və ya bənövşəyi rəngdə olub, ağ zolaqlıdır. Paxlaları qəhvəyi rəngdədir, düz və ya qövsşəkilli əyilmişdir, 1-10 ədəd yastı-dördtilli buğumlardan ibarətdir. Toxumları uzunsovovaldır, qəhvəyi və ya qonur rəngdədir. May ayında çiçəkləyir, may-iyul aylarında meyvə verir.
Hündür acıyonca
Hündür acıyonca (lat. Coronilla coronata) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin acıyonca cinsinə aid bitki növü. == Arealı == Mərkəzi Avropadan Türkiyəyə qədər yayılmışdır. == Botaniki xarakteristikası == Hündürlüyü 20-40 sm, gövdəsi düz və ya əyilib qalxan, budaqlanan, çılpaq, göyümtül çoxillik ot bitkisidir. Yalançı zoğları uzunsov, kiçik, uzunluğu 3 mm-ə qədər, aşağıdakılar bitişən, yuxarıdakılar isə sərbəstdir. Yarpaqları tək lələkvaridir, əksinəyumurtaşəkilli və ya oval yarpaqcıqlardan 9-13 ədədi kiçik saplaq üzərində yerləşir, aşağı hissədəki yarpaq cütləri çox vaxt saplağın qaidə hissəsində yerləşir. Çiçəkləri 10-20 ədəd olmaqla çiçək oxunun sonunda qısa çətirlərdə toplanmışdır. Tac sarı rəngdədir; yelkən 10 mm uzunluqdadır, qanadlardan azca qısadır, lakin qayıqcıqdan uzundur. Paxlaları düzdür və enəndir, 1-4 ədəd dördtilli, yastılaşmış, uzunsov-xətvari buğumlardan ibarətdir. May ayında çiçəkləyir, may-iyul aylarında meyvə verir.
Kolvari acıyonca
Hippocrepis emerus (lat. Hippocrepis emerus) — paxlakimilər fəsiləsinin hippocrepis cinsinə aid bitki növü. == Təbii yayılması == Aralıq dənizyanı ölkələrində, İspaniyadan Kiçik Asiyaya qədər olan ərazilərdə və Şərqi Avropada yayılmışdır. == Botaniki təsviri == 0,5-1,5 m hündürlüyündə, yarpağını tökən koldur. Budaqları yaşıl rəngli, tillidir. Yarpaqları təklələkvari, 5-9 ədəd tərs yumurtavari formalı yarpaqcıqdan ibarətdir. Onların uzunluğu 0,6-2,3 sm, eni 0,3-1 sm olub, qısa saplaqlı və ya oturaqdır. Yarpaq altlığı üçkünc, çiçəkləri qızılı-sarı rəngdə, 3-8 ədədi birlikdə qoltuqlarda çətirvari çiçək qrupu təşkil edir. Onlar yarpaqdan 2-3 dəfə iridir. Kasacığı zəngvari, 3-5 mm uzunluqda, ensiz, tərs-yumurtavari, qayıqcıq formalı, oraqvaridir.
Qıvrım acıyonca
Qıvrım acıyonca (lat. Coronilla scorpioides) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin acıyonca cinsinə aid bitki növü.
Ərhan Afyoncu
Ərhan Afyoncu (türk. Erhan Afyoncu d.1967, Tokat, Türkiyə) — Türk tarixçisi, yazıçı, akademik, televiziya proqramçısı və köşə yazarı, Milli Müdafiə Universitetinin rektoru. Ərhan Afyoncu ibtidai və orta təhsilini doğulduğu yer olan Tokatda almışdır. Qazi Osman Paşa Liseyini bitirdikdən sonra 1984-cü ildə Mərmərə Universiteti Atatürk Pedaqoji fakültəsi Sosial Araşdırmalar Təhsil şöbəsinə daxil olmuş, 1988-ci ildə məzun olduqdan bir il sonra isə həmin şöbədə elmi işçi vəzifəsində işləməyə başlamışdır. Magistratura pilləsini Necati Əfəndi Krımın tarixi (Rus Sefaratname) tezisi ilə, Doktoranturanı isə 1997-ci ildə Osmanlı Dövlət Təşkilatında dəftərxana əmiri (XVI-XVIII əsrlər) tezisi ilə bitirmişdir. 2000-ci ildə köməkçi dosent, 2008-ci ildə dosent, 2014-cü ildə isə professora qədər yüksəlmişdir. 2007-ci ildə 24 televeziya kanalında həftədə 1 dəfə verilən "Keçmiş zaman olur ki" adlı proqrama qatılan Ərhan Afyoncu daha sonra Xəbərtürk televeziyasında Murat Bardakçı və Pelin Batu ilə birlikdə "Tarixin arxa otağı" adlı tarix haqqında proqram hazırladı. Həmçinin ilk nömrəsi 30 may 2010-cu ildə çıxan və 2011-ci ilin 22 may tarixində yayımı dayandırılan "Xəbərtürk tarix" jurnalında köşə yazarı kimi fəaliyyət göstərmiş, eyni zamanda jurnalın akademik vəzifəsini icra etmişdir. 2011-ci ildə Show TV-də yayımlanan “Muhteşem Yüzyıl” ın ilk mövsümündə tarix məsləhətçisi vəzifəsində çalışsa da, serialın ikinci mövsümündə vəzifəsini tərk etmişdi. 11 noyabr 2012-ci il tarixində Türkiyənin o dövrki prezidenti Abdullah Gül tərəfindən Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu idarə heyətinin üzvü olaraq gətirilmişdir.
Erhan Afyoncu
Ərhan Afyoncu (türk. Erhan Afyoncu 1967, Tokat) — Türk tarixçisi, yazıçı, akademik, televiziya proqramçısı və köşə yazarı, Milli Müdafiə Universitetinin rektoru. == Həyatı == Ərhan Afyoncu ibtidai və orta təhsilini doğulduğu yer olan Tokatda almışdır. Qazi Osman Paşa Liseyini bitirdikdən sonra 1984-cü ildə Mərmərə Universiteti Atatürk Pedaqoji fakültəsi Sosial Araşdırmalar Təhsil şöbəsinə daxil olmuş, 1988-ci ildə məzun olduqdan bir il sonra isə həmin şöbədə elmi işçi vəzifəsində işləməyə başlamışdır. Magistratura pilləsini Necati Əfəndi Krımın tarixi (Rus Sefaratname) tezisi ilə, Doktoranturanı isə 1997-ci ildə Osmanlı Dövlət Təşkilatında dəftərxana əmiri (XVI–XVIII əsrlər) tezisi ilə bitirmişdir. 2000-ci ildə köməkçi dosent, 2008-ci ildə dosent, 2014-cü ildə isə professora qədər yüksəlmişdir. 2007-ci ildə 24 televeziya kanalında həftədə 1 dəfə verilən "Keçmiş zaman olur ki" adlı proqrama qatılan Ərhan Afyoncu daha sonra Xəbərtürk televeziyasında Murat Bardakçı və Pelin Batu ilə birlikdə "Tarixin arxa otağı" adlı tarix haqqında proqram hazırladı. Həmçinin ilk nömrəsi 30 may 2010-cu ildə çıxan və 2011-ci ilin 22 may tarixində yayımı dayandırılan "Xəbərtürk tarix" jurnalında köşə yazarı kimi fəaliyyət göstərmiş, eyni zamanda jurnalın akademik vəzifəsini icra etmişdir. 2011-ci ildə Show TV-də yayımlanan "Muhteşem Yüzyıl" ın ilk mövsümündə tarix məsləhətçisi vəzifəsində çalışsa da, serialın ikinci mövsümündə vəzifəsini tərk etmişdi. 11 noyabr 2012-ci ildə Türkiyənin o dövrki prezidenti Abdullah Gül tərəfindən Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu idarə heyətinin üzvü olaraq gətirilmişdir.
Alyona Apina
Alyona Apina (Еле́на Евге́ньевна А́пина; qızlıq familiyası — Levoçkina; 23 avqust 1964, Saratov) — Sovet və rus müğənnisi, aktrisa, bəstəkar, Rusiya Federasiyasının əməkdar artisti (2002) == Həyatı == Alyona 1964-cü il 23 Avqust tarixində Saratov şəhərində doğulub. 5 yaşı olanda valideynləri onu lokal musiqi məktəbinə qoydular. O, musiqi məktəbini uğurla bitirdikdən sonra musiqi kollecinə daxil olub. Musiqi kollecindən sonra Saratov Dövlət Konservatoriyasında təhsilinə davam edib. == Fəaliyyəti == Konservatoriyada oxuyarkən Alyona bir dostu tərəfindən bir qrupda müğənni olaraq əlavə pul qazanmaq üçün yay tətilinə dəvət edilir və 1988-1991-ci illərdə Rusiya qadın qrupu Kombinaciya-nın aparıcı müğənnisi olur. Qrupun populyarlığı 1989-1993-cü illər arasında "Rus Qızları", "Amerikan oğlan", "Mühasib" (Бухгалтер) və "İki Dilim Sosis" (Два кусочека колбаски) kimi məşhur hitləri ilə zirvəyə çatdı. 1991-ci ildə Alyona Apina solo ifaçı kimi uğurlu karyerasını davam etdirmək üçün qrupdan ayrıldı. İlk solo mahnısı "Xenia" dərhal hit oldu. 1992-ci ildə ilk solo albomu 'Street of love' nı çıxardı, lakin ikinci albomu "Səhərə qədər rəqs et" ən uğurlu hesab olunur. Bu albomdakı səkkiz mahnının hamısı bütün Rusların tanıdığı və oxuduğu populyar hit oldu.
Alyona Kolesnik
Alyona Kolesnik (29 yanvar 1995, Krivoy Roq) — Azərbaycanı təmsil edən qadın güləşçi. == Karyerası == Alyona Kolesnik 2012-ci ildə Polşada yeniyetmələr arasında Avropa Çempionatını və Azərbaycanda yeniyetmələr arasında Dünya Çempionatını beşinci pillələrdə başa vurdu. 2013-cü ildə Bolqarıstanda D. Kolov - N. Petrov Turnirinin bürünc medalına sahib olan Alyona Kolesnik 2015-ci il ərzində Paris şəhərində Paris Qran-Prisini, Sofiya şəhərində D. Kolov - N. Petrov Turnirini və İstanbul şəhərində gənclər arasında Avropa Çempionatını gümüş medallarla başa vurdu. Həmin il Alyona Kolesnik həm də Polşada U23 Avropa Çempionatının qalibi oldu. Alyona Kolesnik 2016-cı ildə martda Bolqarıstanda U23 Avropa Çempionatının gümüş medalına sahib oldu, noyabrda isə Azərbaycanın sabiq Prezidenti Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turniri bürünc medalla başa vurdu. 2017-ci ildə Alyona Kolesnik martda Macarıstanda U23 Avropa Çempionatını və mayda Serbiyada Avropa Çempionatını bürünc medallarla başa vurdu. Həmin il Alyona Kolesnik həm də IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu. 2018-ci ildə Alyona Kolesnik Kiyev və İstanbul şəhərlərində baş tutan beynəlxalq turnirləri bürünc medallarla başa vurdu. Apreldə Rusiyada baş tutan Avropa Çempionatında isə Alyona Kolesnik bürünc medalın sahibi oldu. Karyerasının ən uğurlu mövsümü 2019-cu ilə təsadüf edən Alyona Kolesnik Fransada Henri Deglane Turnirinin qalibi oldu, Rumıniyada Avropa Çempionatının və Belarusda Avropa Oyunlarının isə bürünc medallarına sahib oldu.
Alyona Kostornaya
Alyona Kostornaya (24 avqust 2003, Moskva) – Rusiyanı təmsil edən fiqurçu. O, 2020-ci ildə Avropa Çempionatının və ISU Qran-Pri Finalının qızıl medalına sahib olub. Alyona Kostornaya həm də, Fransa Qran-Prisinin (2019) və Yaponiya Qran-Prisinin (2019) qalibi olub. Rusiya Çempionatlarında 2017 və 2018-ci illərdə bürünc, 2019-cu ildə isə gümüş medala sahib olan Alyona Kostornaya, gənclər arasında Polşa (2017), Avstriya (2017) və Çexiya (2018) Qran-Prilərinin qalibi olub, gənclər arasında ISU Qran-Pri Finalında isə 2017-ci ildə gümüş, 2018-ci ildə isə qızl medala sahib olub. 2018-ci ildə gənclər arasında Dünya Çempionatının qalibi olmağı da bacaran Alyona Kostornaya, həm də gənclər arasında Rusiya Çempionatında 2018 və 2019-cu illərdə gümüş medala sahib oldu. == Həyatı == Alyona Kostornaya 2004-cü il avqustun 24-də anadan olub. O, 4 yaşından 1 №-li UGİM-də Marina Çerhasovanın rəhbərliyi altında idmanla məşğul olmağa başlayıb. 2017-ci ildən isə Alyona Kostornaya, Eteri Tutberidzenin məşqçiliyi altında məşq etməyə başladı. == Karyerası == === 2016–2017-ci illər mövsümü: Gənclərin Rusiya Çempionatında dördüncü pillə === Alyona Kostornaya 2017-ci ilin 1–5 fevralında St. Peterburq şəhərində baş tutan gənclər arasında Rusiya Çempionatında mübarizə apardı.
Alyona Lanskaya
Alyona Lanskaya (Belarusca: Алена Ланская) 7 Senytabr 1985-ci ildə anadan olan Belarusiyalı müğənni. Alyona Lanskaya 2013 Avroviziya Mahnı Müsabiqəsində Belarusu "Solayoh" mahnısı ilə təmsil edib və Belarusa 16-cı yeri qazandırıb.
Alyona Tiron
Alyona Dimitriyevna Tiron (rus. Алёна Димитриевна Тирон, 8 dekabr 1993, Novosibirsk) — Rusiya reqbiçisi, MOİK komandasının və Rusiya reqbi milli komandasının müdafiəçisi. Qadınlardan ibarət Rusiya reqbi millisinin kapitanı. 2014, 2016, 2017, 2018 və 2019 Avropa çempionu. Rusiyanın əməkdar idman ustası. == Həyatı və karyerası == Alyona reqbi ilə məşğul olmamışdan əvvəl, 15 yaşında olarkən yüngül atletika ilə məşğul olmağa başlayıb. Yüngul atletika üzrə Rusiya çempionatının gümüş və bürünc mükafatçısı olub. Sibir Federal Universitetində təhsil alıb. Universitetdə oxuduğu zaman, universitet komandasının tərkibində Rusiya gənclərinin III Yay spartakiadasının gümüş mükafatçısı olub. Alyona 2011-ci ildə Omsk şəhərində Sibir Federal dairəsinin yarışlarında çıxış edərkən, "Yenisey-STM" reqbi klubunun məşqçisi Vladimir Nikolayeviç Demonov onun çıxışını görür və ona reqbiyə keçməyi təklif edir, lakin o, imtina edir.
Alyona Vıleqjanina
Alyona Vıleqjanina (14 avqust 1987, Zlatoust, Çelyabinsk vilayəti) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Alyona Vıleqjanina, Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Yunanıstan yığmasını 12:6 hesabı ilə məğlub edən Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını yeddinci pillədə başa vurdu.
Yonca bağacığı
Yonca bağacığı (lat. Adelphocoris lineolatus) — buğumayaqlılar tipinin həşəratlar cinsinin yarımsərtqanadlılar dəstəsinə aid olan növ. Uzunluğu 6,5–9,5 mm-dir. Bədəni uzunsovdur. Rəngi qonur, yaxud sarımtıl yaşıldır. Bağacığın qabaq kürəkciyində iki qara nöqtə vardır. Ayaqları qonur sarıdır. Sürfəsi yaşılımtıl-qonur olmaqla, ya tamamilə qanadsızdır, yaxud da kiçik qanad başlanğıclarına malikdir. Yonca bağacağı yumurta fazasında qidalandığı bitkilərin gövdələri daxilində qışlayır. Dişi bağacıqlar yumurtasını bitkinin gövdəsi daxilinə qoyur.
Yonca parabüzəni
Yonca parabüzəni (lat. Subcoccinella 24-punctata)-Azərbaycanın bütün təbii zonalarında yayılsa da, azsaylı növdür. Azərbaycanın bütün təbii zonalarında yayılsa da, azsaylı növdür. Əsasən yonca. Kartof, bostan-tərəvəz bitkilərinin yarpaqlarının və zoğlarının zərərvericisidir. Ən çox sayda may ayının sonunda görsənirlər. Forması yarımkürə şəklindədir, sarı-qırmızımtıl rəngdə olub, üzəri qısa, sərt tüklə örtülüb. Ağızda, bığcığında, buğumlar aydın görünür. Gözləri qara, fasetli və aydın görünəndir. Yuxarı köndələn çənəsində qərni dişciklər aydın görünür.
Yonca taxtabitisi
Yonca taxtabitisi (lat. Codophila varia F.- ) — Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar və ya Taxtabitilər dəstəsinə aid olan növ. Yonca taxtabitisi Miridae fəsiləsinə mənsubdur. Bu zərərvericinin rəngi açıq yaşıl və ya bozumtul – yaşıldır. Erkək fərdlərdə bu rəng bir qədər tutqun olur. Belin qabaq hissəsi üzərində iki dənə qara nöqtə vardır. Qalxancığın üzərində bir – birinə paralel iki tutqun xətt gedir. Başı üçbucaq şəklində olub parlaqdır. Bığcıqları 4 buğumludur. Uzuluğu 7,5 – 9 mm – dir.
Yonca yoğunayağı
Yonca yoğunayağı (lat. Bruchophagus gibbus) — Buğumayaqlılar tipinin Pərdəqanadlılar dəstəsinin Yoğunayaqlılar fəsiləsinə aid olan növ. Yetkin yonca yoğunayağı 2 mm böyüklükdə həşəratdır. Bədəni qara rəngli olub, ayaqlarının baldır və pəncələri sarıdır. Bığcığı 8 buğumludur. Əsas buğum o birilərinə nisbətən xeyli uzundur. Saplaqlı qarıncığa malikdir. Qarıncıq yumurtavarıdır, parlaqdır. Qanadları şüşə kimi şəffafdır və kənarlarında külli miqdarda tükcüklər vardır. Yumurtası olduqca kiçik (0,04 mm uzunluqda, 0,02 mm enində) olub, ovalvarı, yarımşəffaf və saplaqlıdır.
Çiyələyəbənzər yonca
Boşmeyvə yonca (lat. Trifolium fragiferum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü. Amoria fragifera (L.) Roskov Galearia fragifera (L.) C.Presl Xerosphaera fragifera (L.) Soják Trifolium fragiferum var. fragiferum Trifolium fragiferum var.
Qaralan yonca
Qaralan yonca (lat. Trifolium nigrescens) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü. Amoria nigrescens (Viv.) Fourr. Trifolium nigrescens subsp. nigrescens Trifolium nigrescens subsp.
Ağ yonca
Ağ yonca (lat. Trifolium repens) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü.
Baştüklü yonca
Baştüklü yonca (lat. Trifolium trichocephalum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 15-70 sm, gövdəsi düz, möhkəm, sərt, 5-3 sayda olub, sadədir, nadir halda zəif budaqlanmış, adətən içi boş olan çoxillik, sıx qabarıq-tüklü ot bitkisidir. Aşağı yarpaqları uzun saplaq üzərindədir. Yarpaqcıqları iridir, uzunsovyumurtaşəkilli və ya ellipsşəkillidir, neştərvari formayadək dəyişir, tüklüdür, uzunluğu 2-6 smdir. Başcığı tək olub, oturaq, sıxçiçəkli, iridir, şarşəkilli və ya yumurtaşəkilli-şarşəkillidir, uzinluğu 3,5-5 sm, qaidə hissəsində təpə yarpaqları ilə sarınmışdır. Çiçəkləri 2,5-3 sm uzunluqdadır, solğun-sarı rəngdədir. Meyvəsi paxla birtoxumludur, təpə hissədə qığırdaqlı qapağı vardır. İyunda çiçəkləyir, iyulda meyvə verir. == Azərbaycanda yayılması == BQ (Quba), BQ şərq, KQ şimal, KQ mərkəzi, Nax.
Üçyarpaq yonca
Qyona
Qyona (yun. Γκιώνα) — Yunanıstanda dağ. Ölkənin mərkəzi hissəsində, Parnas və Vardusiya dağları arasında yerləşir. Yunanıstanın beşinci ən yüksək zirvəsidir. Zirvənin hündürlüyü dəniz səviyyəsindən 2510 metrdir. "GIONA MOUNTAIN". 2008-06-16 tarixində arxivləşdirilib.
Qayanca (Bükan)
Qayanca (fars. ‎‎‎گاينجه‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 97 nəfər yaşayır (21 ailə).
Qonca Naxçıvanlı
Qonca Naxçıvanlı (d. 29 iyun 1979) — Türkiyəni təmsil edən həndbolçu. Qonca Naxçıvanlı, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. Qonca Naxçıvanlı, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.