Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dilə (Astara, İran)
Dilə (fars. ديله‎) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 71 nəfər yaşayır (12 ailə).
Gətirmə konusu
Gətirmə konusu (yerüstü) -relyef forması, daima və müvəqqəti su axarlarının gətirdiyi kövrək materialların dərə, qobu və yarğanların aşağı hissəsində, dağlardan düzənliyə çıxdığı sahələrdə, axının canlı qüvvəsinin kəskin azalması nəticəsində, toplanmasından əmələ gəlir.Yastı yarımkonus görkəmində olub, zirvə hissəsi su axımının istiqamətinin əksinə yönəlir.Əsasən böyük gətirmə konusları dağ çaylarının qonşu düzənliyə çıxan sahələrində əmələ gəlir.
Ailə
Ailə sözü — aralarında qohumluq münasibəti olan insanlar üçün işlədilir. == Ailəm == Ailə sosiologiya baxımından evlənmək ya da qohumluq xətti ilə gələn bir həyat birliyidir. Ailə sözü Qərbdə əsasən ana-ata və uşaqlar anlayışını verir. Şərq xalqlarında ailə daha çox eyni evdə yaşayan, ya da eyni nəsildən gələn insanların cəminə deyilir. Biologiyada ailə sözü bir-birlərinə qohumluq dərəcəsi baxımından bir qrupda birləşən heyvanat ya da nəbatat üçün işlədilir. == Sözün mənşəyi == Ailə sözünün əsli ərəbcədən gələn عائلة (ailə) sözündəndir. Bu söz ərəbcədə dayanmaq mənasında olan عول (avl) kökündəndir. Bir-birlərinə dayanan, etimad edən insanlar üçün işlədilir. Ailə sözü müştərək xüsusiyyətləri olan elmi, texniki və sosial qruplar üçün də işlədilir. Misal üçün, bir istehsalçının bir məhsul xəttindəki məhsullara o istehsalçının məhsul ailəsi də deyilə bilər.
Dili
Dili port. Díli — Şərqi Timorun paytaxtı və ən iri şəhəri. Kiçik Zond adalarının ən şərqində yerləşən Timor adasının şimali hissəsində yerləşir. Dili Şərqi Timorun iri portu və kommersiya mərkəzidir. Əhalisi 150 min nəfərdir. Burada milli qəhrəman Nikolau Lobatu adını daşıyan Komor aeroportu yerləşir.
Dizə
Dizə (Ordubad) — Azərbaycanın Ordubad rayonunda kənd. Dizə (Culfa) — Azərbaycanın Culfa rayonunda kənd. Dizə (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd. Dizə nekropolu - Şərur rayonundakı eyniadlı kəndin yaxınlığında yerləşən nekropol. Nəcəfəlidizə (keçmiş yazılış qaydası Nəcəfəli Dizə) — Azərbaycanın Babək rayonunda bir kənd. Dizəzinə dağı - Babək rayonundakı Nəcəfəlidizə kəndinin yaxınlığında, Zəngəzur silsiləsində yerləşən dağ. Kalbaoruc Dizə (keçmiş adı Oruc Dizə) — Azərbaycanın Babək rayonunda bir kənd. Kələntər Dizə — Azərbaycanın Ordubad rayonunda bir kənd. Məmmədrza Dizə (keçmiş adı Yeniyol) — Azərbaycanın Babək rayonunda bir kənd.
Dələ
Dələ və ya bəzi bölgələrdə sovsar (lat. Martes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan cinsi.
Xilə
Əmircan — Bakının Suraxanı rayonunda şəhər tipli qəsəbə. Hazırda Əmircan kəndində 53 küçə, 6 məktəb, 10 uşaq bağçası, 3 xəstəxana, 1 internat məktəbi, park, Səttar Bəhlulzadə adına mədəniyyət sarayı, Tofiq İsmayılov adına qəsəbə stadionu (Azərsun Arena), Məşədi Əzizbəyov adına klub, A.Bakıxanov adına və Neftçilər kitabxanaları var. == Coğrafi mövqeyi == Əmircan Bakının şərqində, Şor gölünün sahilində yerləşir. Bakının Suraxanı rayonunun mərkəzi sayılır.1936-cı ildə qəsəbə statusu almışdır. Abşeronun ən qədim kəndlərindən biri olan Əmircanın köhnə adı Xilə olmuşdur. Təsadüfi deyil ki, Abşeronun əksər kəndləri və Bakını birləşdirən ticarət yolları buradan keçdiyi üçün bura Dərxilə,yəni Xilə qapısı deyirdilər. Maştağaya gedən yol isə Xiləlan adlanırdı. XIV əsrdə Əmir Nizaməddin hacıların ziyarətinə başçılıq etdiyi üçün onun əmirhac titulu kəndə verilir. == Əhalisi == Əmircan əhalisinin sayı haqqında ilk məlumatlar XIX əsrin əvvəllərinə aid olsa da, tarixi dövrün təhlillərinə görə, orta əsrlərdə və hətta XVIII əsrdə də bu kəndin əhalisi dəfələrlə çox olmuşdur. Əmircanda evlərin sayı 1849-cu ildə 277, 1886-cı ildə 379 və 1921-ci ildə 615 idi.
Çilə
Çilə — Sufi dərvişlərin nəfslərini tərbiyə edib təsəvvüf yolunda irəlləmək üçün qırx gün inzivaya çəkilib riyazət (dünyanın rahatlıq və ləzzətlərindən əl çəkmə) və ibadətlə məşğul olmaları.
Şilə
Şilə (türk. Şile) — İstanbul ilinin ilçəsi. Mərmərə regionunun şimal-şərqində, Qara dəniz sahilində yerləşir. Şərqdə Kandıra, cənub-şərqdə Dərincə və Körfəz, cənubda Pendik və Qəbzə, cənub-qərbdə Çəkməköy, qərbdə isə Beykoz ilçələri ilə həmsərhəddir.
Azərbaycan qadını
Azərbaycanda qadınların rəsmi olaraq kişi ilə hüquqları bir olsa da, sosial diskriminasiya hələ də problemdir. Ölkənin kənd ərazilərində ənənəvi sosial normalar və iqtisadi inkişafın zəif olması, iqtisadiyyatda qadının rolunu məhdud olmasına səbəb olur və cinsi diskriminasiyaya görə qadınlar qanuni hüquqlarından istifadə etməkdə çətinlik çəkir.Azərbaycanda qadının statusu son bir neçə minillik ərzində çox böyük dəyişikliklərə məruz olmuşdur. Buna baxmayaraq, Azərbaycanda qadınlar ölkə tarixinin bütün dövrlərində xalqın taleyüklü məsələlərinin həll edilməsinə öz töhfələrini veriblər. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkə ərazisində yaşayan bütün xalqların və hər iki cinsin bərabər seçki hüququ qanunla təsbit edilirdi. Bununla da, Azərbaycan Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə oldu. == Statusu == Orta əsrlərdə Azərbaycan hökmdarlarından Qızıl Arslanın arvadı Qətibə xanım, Özbək xanım arvadı Mehrican xanım, Uzun Həsənin anası Sara xatun, Şah İsmayıl Xətainin qızı Məhinbanu Sultan, Şirvanşah Xəlilullanın arvadı Pəri xanım, Şah Abbasın anası Xeyransa bəyim, əfsanəvi Tuti Bikə və başqaları kimi görkəmli siyasi və dövlət xadimləri ölkənin tarixində böyük iz qoymuşdur.Azərbaycanda ilk qadın xeyriyyə cəmiyyəti 1908-ci ildə yaranıb və bu qadın təşkilatının yaradılmasının təşəbbüsçüşü Azərbaycanın ictimai xadimi Həsən bəy Zərdabinin xanımı Hənifə Məlikova olub. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsi bərabərhüquqluluq prinsipini, seçmək və seçilmək hüququnu təsbit etdi. Bunun, nəticəsində Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə oldu.Sovet hakimiyyəti illərində də Azərbaycan qadını çox mürəkkəb və şərəfli yol keçmişdir. Qadın emansipasiyası, qısa bir müddətdə qadınlar arasında savadsızlığın ləğvi, qadınların müəllim, həkim, mühəndis və sair peşələrə yiyələnərək cəmiyyətdə kişilərlə bərabər hüquqları malik olması, öz istedad və bacarıqlarını gerçəkləşdirə bilməsi həmin dövrün başlıca nailiyyətləridir. 1921-ci il Azərbaycan tarixinə qadınların ilk qurultayı ili kimi daxil olmuşdur.
Beyin aхını
Beyin aхını (ing. Brain drain, rus. Утечкa мозгов) — mütəxəssis, alim və ixtisaslı işçilərin siyasi, iqtisadi, dini və digər səbəblərdən ölkə və ya regiondan kütləvi surətdə miqrasiya etməsidir. Bu anlayış elmi ədəbiyyata ilk dəfə 1962-ci ildə mühəndis, teхnik və alimlərin Böyük Britaniyadan ABŞ-yə miqrasiya etməsindən sonra istifadə olunmağa başlanıb. Qeyd etmək lazımdır ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvü olan ölkələr arasında bu ölkə mühacirət etmiş mütəxəssislərin sayına görə öndə olmuşdur. Əhalinin ən savadlı hissəsinin kütləvi surətdə ölkəni tərk etməsinin əsas səbəbləri qazanc əldə etmək, daşınmaz əmlak qiymətlərinin, vergilərin yüksək olması, əlverişsiz iqlim şəraiti və s.-dir. "Beyin aхını” prosesinin ölkədaхili (yüksəkiхtisaslı mütəxəssislərin digər sahələrə, хüsusən biznes və gəliri çoх olan işlərə qoşulması) və хaricə miqrasiya (yüksək qazanc və karyera ardınca inkişaf edən ölkələrə köçmə) tərəfləri vardır. Beləliklə, "beyin aхını” əsas ölkə üçün “beyin itkisi” (brain waste), gedilən ölkə üçün isə “bilik və təcrübənin paylanması” (brain eхchange) kimi qiymətləndirilə bilər. Hazırkı dövrdə İnternetin yaranması və İT-nin imkanları "beyin aхını”nın yeni, fiziki yerdəyişmədən fərqli olaraq, ölkəni tərk etmədən onlayn mühitdə fəaliyyətlə xarakterizə olunan virtual formasını yaratmışdır. Onu da əlavə edək ki, “beyin aхını”, elm və teхnikanın güclü inkişafına gətirib çıxarmış, kompüterlərin, İT-nin, İnternetin, yüksək texnologiyaların və s.
Giriş axını
Giriş axını ( en. input stream ~ ru. поток ввода ~ tr. giriş akışı) – proqramda spesifik məsələ ilə bağlı olan baytlar ardıcıllığı kimi istifadə olunan informasiya axını. Proqramlaşdırmada giriş axını klaviaturadan yaddaşa oxunan simvollar sırası, yaxud diskdə konkret fayldan oxunan və ya ora yazılan verilənlər bloku ola bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Hava axını
Hava axını– troposferdə və strotosferdə əmələ gəlib, geniş sahəni əhatə edən külək sistemi. Atmosferin ümumi sirkulyasiyasına (siklon, passat, musson) daxil ola bilər; yerli adlar (brizlər, dağ-dərə küləkləri və b.) da daşıyır.
Lava axını
Lava axını – (rus. лавовый поток, ing. lava flow) vul­kandan axan lavanın yatım for­ması; lavanın qatılığından və yer səthinin meylliyindən asılı olaraq ensiz və xeyli uzun olması ilə səciyyələnir. Turş lava axını adə­tən qısa /1–10 km/ və qalın, bazalt axını isə uzun /60–80 km-ə qədər/ və nazik olur.
Material axını
Material axını - materialın əldə olunması, emalı, həmçinin müəyyən olunmuş sahə daxilində paylanması ilə bağlı bütün proseslərin birləşdirilməsi. Material axınının təşkili materialın hərəkəti, anbarlanması ilə bağlı tapşırıqları əhatə edir. Burada müəssisə xarici və daxili material axını fərqlənirlər. Müəssisə xarici hərəkətlər materialın əldə olunması və müəssisəyə çatdırılması ilə bağlı işləri əhatə edir və müəssisəni yalnız o vaxt əhatə edir ki, o, material axının icrasında iştirak edir. Müəssisə daxili material axını material xərcləri, material daxili, materialın yoxlanması, materialın anbarlanması və verilməsi mərhələlərinə bölünür. Maşınqayırmada material axını [[istehsal]ın planlanmasında yerinə yetirilən əsas işlərdəndir. İstehsal üçün vacib olan material axınının təşkili üçün aparılan analiz ona təsir edən bütün amilləri araşdıraraq material axını üçün vaxtin minimallaşdırılması, materialın anbarlarda gözləmə vaxtini kiçiltməyə, nəqliyyatın təşkilini yaxşılaşdırmağa və anbarların optimal yüklənməsinə nail olmağa xidmət edir. == Mənbə == Rezo Əliyev. Maşınqayırma leksikonu. II hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 423 s.
Türk axını
Türx axını (türk. Türk Akını, rus. Турецкий поток) ya da rəsmi adı ilə TürkAxın — Rusiyadan başlayıb Qaradəniz üzərindən Türkiyəyə köçürülməsi planlanan təbii qaz boru xətti layihəsinin adı. Layihənin tövsiyəsi Türkiyəyə etdiyi bir dövlət ziyarəti vaxtı 1 dekabr 2014 tarixində Rusiya dövlət başçısı Vladimir Putin tərəfindən edildi. Daha əvvəlcədən edilməsi planlanan "Cənub Axın Layihəsi"nin yerini alan layihə 10 oktyabr 2016 tarixində imzalanan Dövlətlərarası Müqavilə ilə rəsmiyyət qazanmışdır.Boru xəttinin Anapa yaxınlarındakı Russkaya kompressor dayanacağından başladılması planlanarkən, Türkiyəyə haradan giriş edəcəyi hələ qərar bağlanmamışdır. Xəttin Türkiyədəki başlanğıc nöqtəsinə qərar verildiyinə "Gazprom"un boru döşəmə işlərinə tezliklə başlaması gözlənilməkdədir. Həmçinin iki dənə boru döşəmə gəmisi Qaradənizdə hal-hazırda gözləyir.Boru xəttinin planlanan təxmini daşınma tutumu ildə 31.5 milyard kub metrdir. Türkiyənin bu layihədən ildə 15.75 milyard kub metr təbii qaz alması və qalan 15.75 milyard kub metr qazın Avropaya ixrac edilməsi düşünülür. Ancaq, Türk-Yunan sərhədində Avropaya köçürüləcək təbii qaz xəttinin bu miqdarı daşımaq üçün yetərli tutumu olmadığı tərəfdən narahatlıqlar da vardır. Avropa Enerji Komissiya başçısı Maroş Şefçoviç isə tövsiyə edilən boru xəttinin müştərilərinin tələblərini aşdığını müəyyən edir.
İngilis dili xarici dil qismində
TOEFL (ingilis dilində Test of English as a Foreign Language – Xarici Dil Qismində İngilis dili Testi deməkdir) imtahan verən şəxsin ingilis dilini akademik səviyyədə necə qavraya bildiyini dəyərləndirən imtahandır. ABŞ və digər ingilis dilli ölkələrdəki universitetlərdə təhsil almaq üçün əvvəlcə TOEFL imtahanlarından keçmək tələb olunur. Bununla bərabər həmçinin dövlət qurumları, biznes və ya təqaüd proqramları da bu imtahanı tələb edə bilər. == TOEFL və IELTS == TOEFL-a bənzər IELTS imtahanı da var. Bir çox Amerika kollec və universitetləri iki testdən birini və ya hər ikisinin nəticələrini qəbul edir. TOEFL imtahanının nəticələri 2 il müddətində keçərlidir və bu müddət bitdikdən sonra imtahanın nəticələri rəsmi olaraq etibarsız sayılırlar, belə ki bu müddət ərzində imtahan verən şəxsin dil biliyi əhəmiyyətli dərəcədə zəifləyə bilər. Bir çox kollec və universitetlər adətən yaxın zamanlarda nəticəsi elan olunmuş TOEFL qiymətlərini tərcih edirlər. TOEFL ABŞ Təhsil İmtahan Xidməti (ETS) tərəfindən idarə olunur və ona məxsus ticarət markasıdır. TOEFL imtahanları dünyanın 80 ölkəsində keçirilir. TOEFL idarə heyəti 16 nəfərdən ibarət komitədən ibarətdir.
Dil
Dil — ancaq insanlara aid olan, özündə məzmun və eyni tip səslənmə (yazılış) qaydaları daşıyan şərti sistem. O, yalnız ünsiyyət vasitəsi deyil, dünya haqqında təsəvvür yaradan təbii intellektual sistemdir. Hər bir dil ayrılıqda dünya haqqında bilik, dünyanı görmək və anlamaq üçün vasitədir. Dilləri linqvistika öyrənir. Dildə şərti işarələr semiotikanın predmetidir. Dilin insan təfəkkürünə və fəaliyyətinə təsirini psixolinqvistika tədqiq edir. == Tipologiya == linqvistikanın predmeti olan insan dilləri : təbii insan dilləri, süni insan dilləri, məsələn, (esperanto), karlar üçün jest dili, formal dillər kompüter dili,məsələn Alqol, Heyvanların ünsiyyət dili. == Dillər haqqında ümumi məlumat == Hazırda Yer üzündə 7000-ə yaxın dil mövcuddur. Dünyanın yeddi dili dünya dilləri hesab olunur: ingilis dili, ispan dili, ərəb dili, rus dili, fransız dili, alman dili, portuqal dili Alimlərin fikrinə görə, son 100 il ərzində 3000-dən 6000-ə qədər dili ölüm təhlükəsi gözləyir. Dilin saxlanması üçün həmin dildə ən azı 100 min insan danışmalıdır.
Xarici Dil Qismində İngilis dili Testi
TOEFL (ingilis dilində Test of English as a Foreign Language – Xarici Dil Qismində İngilis dili Testi deməkdir) imtahan verən şəxsin ingilis dilini akademik səviyyədə necə qavraya bildiyini dəyərləndirən imtahandır. ABŞ və digər ingilis dilli ölkələrdəki universitetlərdə təhsil almaq üçün əvvəlcə TOEFL imtahanlarından keçmək tələb olunur. Bununla bərabər həmçinin dövlət qurumları, biznes və ya təqaüd proqramları da bu imtahanı tələb edə bilər. == TOEFL və IELTS == TOEFL-a bənzər IELTS imtahanı da var. Bir çox Amerika kollec və universitetləri iki testdən birini və ya hər ikisinin nəticələrini qəbul edir. TOEFL imtahanının nəticələri 2 il müddətində keçərlidir və bu müddət bitdikdən sonra imtahanın nəticələri rəsmi olaraq etibarsız sayılırlar, belə ki bu müddət ərzində imtahan verən şəxsin dil biliyi əhəmiyyətli dərəcədə zəifləyə bilər. Bir çox kollec və universitetlər adətən yaxın zamanlarda nəticəsi elan olunmuş TOEFL qiymətlərini tərcih edirlər. TOEFL ABŞ Təhsil İmtahan Xidməti (ETS) tərəfindən idarə olunur və ona məxsus ticarət markasıdır. TOEFL imtahanları dünyanın 80 ölkəsində keçirilir. TOEFL idarə heyəti 16 nəfərdən ibarət komitədən ibarətdir.
Dil Dil Pakistan
Dil Dil Pakistan (urdu دل دل پاکستان‎) — Pakistanın musiqi ansamblı Vital Signs tərəfindən 1987-ci ildə yayımlanmış mahnı. Bu mahnı 1989-cu ildə ansamblın debüt albomu olan Vital Signs 1-ə daxil idi. == Qəbulu == Dil Dil Pakistan Pakistanın qeyri-rəsmi himni kimi qiymətləndirilir. == Musiqi videosu == Mahnının musiqi videosu Pakistanın paytaxtı İslamabadda çəkilib. Mahnının çox səhnələrində ansamblın üzvləri velosiped və ya şəhərin ətrafında cip sürür. Səhnələrin birində qrup kiçik bir təpənin yamacında mahnını oxuyur. Sonda isə qrupun bütün üzvləri sadə bir studiyada mahnını oxuyur və az bir müddətdən sonra video bitir. == Lirika == Mahnının müəllifinin kimliyi mübahisəlidir. Lakin mahnının ərsəyə gəlməsində əsas rolu Şoaib Mansor oynamışdır. Vital Signsin əsas vokalisti Junaid Camşed qeyd edir ki, qrup və prodüser məhəbbət mahnısı üzərində işləyirdi, ancaq bütün bu səylər uğursuz kimi görünürdü.
Yataq axını
Yataq axını – (rus. русловый поток, ing. stream, course) ölçülərindən və yaranmasından, axın sürətindən, yerin meylliyindən asılı olmayaraq bütün su axınlarını /çay, dağ axınları, qarın əriməsi və daşqın zamanı əmələgələn qollar, həmçinin kənallar/ birləşdirən termin.
Adına günü
Adına günü (az.-əbcəd آدینا گونو‎), Adna günü və ya Ata-baba günü — Azərbaycan təqvim inanclarında cümə axşamı və ya cümə üçün istifadə edilən gün. Ölülərin yad edilmə günüdür. == Mənası və icrası == Adına axşamı, cümə günü və ya cümə axşamı qədim dövrlərdə "ayna günü" də adlandırılmışdır. Bu gün ruhlarla əlaqələndirilərək Azərbaycanın bəzi yerlərində "ata-baba günü" adlandırılır. Adına günündə evlərdə xüsusi yemək bişirilir və qəbir üstünə gedilir, ölülər yad edilir. Azərbaycan xalq inanclarına görə, ölülərin ruhları adına günündə, hava qaralanda öz evlərinə ziyarətə gəlirlər.Adına günü Gəncə, Qazax, Lənkəran, Şəki, Şəmkir, Zəngilanda 4-cü gün olaraq, Gədəbəy və Tovuzda 5-ci gün olaraq qeyd edilir. Gəncədə ölən adam üçün dördüncü gün verilən ehsan "adnalıx" ("adnalıq") adlanır. Adına ertəsi (adınadan sonra gələn gün mənasında) Gədəbəydə 6-cı gün kimi istifadə edilir. Dərbənd dialektində 4-cü gün "ətinə", 5-ci gün "ətinə axşamı" adlanır. Bakı dialektində 4-cü və 5-ci günlər "Qatıqlı aş pişən gün" və "Küçik sütə düşən gün"dür.
İş axını
İş axını (ing. workflow) — resursların sistematik olaraq formalaşdırılması ilə materialları çevirən, xidmətlər göstərən və ya məlumatı emal edən proseslərə imkan verən təşkil edilmiş və təkrarlanan fəaliyyət nümunəsi. Bu, əməliyyatların ardıcıllığı, bir şəxsin və ya qrupun işi kimi, ya da daha mücərrəd və ya daha yüksək səviyyəli baxış bucağından real işin görünüşü və ya təsviri hesab edilə bilər.İş axını prosesi sənayedən və ya layihədən asılı olaraq dəyişə bilər, lakin bu, adətən vəzifələrin müəyyən edilməsini, məsuliyyətlərin təyin edilməsini, vaxt qrafiklərinin yaradılmasını və inkişafın izlənilməsini əhatə edir. Yaxşı tərtib edilmiş iş axını səmərəliliyi artırmağa, səhvləri azaltmağa və bütün lazımi tapşırıqların vaxtında yerinə yetirilməsini təmin etmədə mühüm rol oynayır. Effektiv iş axınının idarə edilməsi bütün ölçülərdə müəssisələr və təşkilatlar üçün vacibdir, çünki bu, məhsuldarlığı artırmağa, xərcləri azaltmağa və işin ümumi keyfiyyətini təkmilləşdirməyə kömək edə bilər. Aydın və səmərəli iş axını prosesi yaradan müəssisələr öz resurslarını maksimum dərəcədə artırır və məqsədlərinə mümkün olan ən effektiv şəkildə nail olurlar. == İstinadlar == == Əlavə ədəbiyyat == Ryan K. L. Ko, Stephen S. G. Lee, Eng Wah Lee (2009) Business Process Management (BPM) Standards: A Survey. In: Business Process Management Journal, Emerald Group Publishing Limited. Volume 15 Issue 5. ISSN 1463-7154.
İş qadını
İş adamı və ya biznes administratoru biznes sektorunda olan şəxsdir– xüsusi ilə iqtisadi, intellektual və fiziki kapitalın məcmusundan istifadə edərək satış həyata keçirmək və mənfəət əldə etmək məqsədilə fəaliyyətlər (kommersiya və ya sənaye) həyata keçirən və bu cür fəaliyyəti inkişaf etdirən şəxsdir.
Sənin adın
Sənin adın və ya Yaponiyada tanınan adı ilə Kimi no Na wa. (君の名は。) — Makoto Şinkayın ssenaristliyi və rejissorluğu ilə CoMix Wave Films studiyası tərəfindən 2016-cı ildə çəkilmiş elmi fantastika və fentezi anime filmi. Film Şinkay tərəfindən yazılmış eyniadlı roman əsasında çəkilmişdir. Masayoşi Tanaka filmin personaj dizayneridir. Film üçün musiqi Radwimps rok qrupu tərəfindən bəstələnmişdir. Film ilk öncə 3 iyul 2016-cı ildə Los-Anceles şəhərində baş tutmuş Anime Expo 2016 tədbirində nümayiş etdirilmişdir. Rəsmi premyerası 26 avqust 2016-cı ildə baş tutmuşdur. Film üçün ilham qaynağı olan roman 18 iyun 2016-cı ildə buraxılmışdır. Anime Expo 2016 tədbirində filmin Funimation tərəfindən lisenziyalaşdırıldığı açıqlanmışdır.
Adıge dili
Aşağı Adıqca (КӀахыбзэ; КӀах Адыгэ псалъэ) — Abxaz-adıq dillərindən Adıq dilinin (Адыгэ псалъэ) bir dialektidir. Adıgey Respublikasında, Lazarev və Tuapse bölgələrində və Krasnodar vilayətində yayılmışdır. Şərqi Avropanın yerlisi Adıq dilinin digər əsas dialekti isə Yuxarı Adıqdır (Kabarda-çərkəz). Aşağı Adıq dialektindən 120 mindən artıq adam ünsiyyət vasitəsi kimi istifadə edir. Aşağı Adıq dili əsas ağızları arasında temirgoi, abadzex, bjeduq və şapsuq kimi boyların ağızları tapılar. Temirgoi, bu dilaketin ədəbi standartıdır. Ədəbi dil intensiv şəkildə inkişaf edir.
İman gətirən
İman Lüğət mənası(e-m-n) kökündən ifal babının məstəri olan iman(ərəb. إيمان‎) lüğətdə, bir şəxsin sözünü təsdiq etmək, söylədiyini qəbul etmək, könül xoşluğu ilə qəbul etmək, qarşındakına güvənmək, şübhəyə yer verməyəcək şəkildə ürəkdən inanmaq mənasına gəlir. İman qorxunun ziddidir. Bütün dilçilərə görə iman ərəb dilində«mütləq təsdiq etmək» deməkdir. İman edən şəxsə mömin, iman edilən şeylərə isə möminun bih deyilir. Termin mənasıTermin olaraq hz.Peyğəmbərin Allah Taaladan gətirdiyi dəqiq olaraq bilinən hökümlərdə Onu təsdiq etmək,Onun xəbər verdiyi şeyləri tərəddüdsüz qəbul edib, buların həqiqət və doğru olduğuna qəlbən inanmaq deməkdir. == İslam kəlməsinin mənası == Lüğət mənası«S-L-M» (ərəb. الإسلام‎)kökündən törəyən və «İfaalun» babında olan islam lüğətdə itaət etmək, boyun əymək, bağlanmaq, təslim olmaq və amanda qalmaq kimi mənaları verir. Termin mənasıİstilahda isə uca Allaha itaət etmək və hz. Peyğəmbərmizin din adına gətirdiyi bütün şeyləri qəbul etmək deməkdir.
Kür dili adası
Kür dili adası — Xəzər dənizində Azərbaycana məxsus ada. Aran iqtisadi-coğrafi rayonunun şərqində yerləşir. İnzibati cəhətdən isə adanın şərqi Neftçala, qərbi isə Lənkəran inzibati rayonlarına məxsusdur. Neftçala şəhərindən 33 km, Bakıdan isə 150 km cənubda yerləşir. Ada Azərbaycanın sahəsinə görə ən böyük adasıdır. Adada mövcud olmuş Kürdili kəndinin adı adanın adından götürülmüşdür. == Coğrafiyası == Ada Kürün tarixi deltasında yerləşir. Belə ki, gətirmə suxurların mənsəbə yığılması nəticəsində əmələ gəlmişdir. Hazırda isə Kürün deltası yarımadadan 35–40 km şimalda yerləşir. Xəzər dənizinin qalxıb enməsi ilə əlaqədar yarımada və ada arasında tərəddüt edir.
Aditi
Aditi (sanskr. अदिति – nəhayətsiz) — hinduizmdə Veda ilahəsi, sonsuzluğun təcəssümü. Veda tanrıları Varuna, Surya, Puşan, Mitra, Savitar, İndra, Vinşu və başqaları "tanrılar anası" hesab edilən Aditinin oğulları sayılır. == İstinadlar == == Əlavə ədəbiyyat == Aditi (Hindu deity) // Encyclopædia Britannica. Ancient Religions & Mythology. 1998-06-20. 5981. İstifadə tarixi: 2021-06-30. Gopal, Madan. Gautam, K.S. (redaktor).
Adişi
Adişi Kutaisi quberniyasının Leçxum qəzasında (indi Mesti rayonunda) kənd adı. == Toponimkası == Adişi- Kutaisi quberniyasının Leçxum qəzasında (indi Mesti rayonunda) kənd adı. Əsli Edişə. Azərbaycanda Hadrut və Cəlilabad rayonlarında Edişə, Qars əyalətində Edişa kənd adları ilə mənşəcə eynidir. XIX əsrdə Şimali Qafqazda noqaylar içərisində Edişə tayfası vardı.
ADİN
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi — Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycanın daxili işlər naziri Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Prezidenti tərəfindən təyin edilir və vəzifədən azad edilir. Hal-hazırkı daxili işlər naziri Vilayət Eyvazovdur. == Tarixi == Daxili İşlər Nazirliyi ilk olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin nəzdində yaradılmışdır. Polis qüvvələrinə cavabdeh olan bir dövlət orqanı olduğu üçün Azərbaycanın dövlət quruculuğunda mühüm rol oynamışdır. Lakin 28 aprel 1920-ci ildə Azərbaycan Sovet hakimiyyətinin altına düşəndən sonra SSRİ Daxili İşlər Nazirliyinin səlahiyyətinə verildi. 18 oktyabr 1991-ci ildə nazirlik yenidən Azərbaycanın tabeliyinə verildi. Birinci Qarabağ müharibəsi zamanı polis işçilərinin 60-ı Azərbaycanın Milli Qəhrəmanı adını aldı, onlardan 86-sı Azərbaycan Bayrağı, 247-si isə digər medal və ordenlər ilə təltif olundu. 1992-ci ildə Azərbaycan Beynəlxalq Cinayət Polis Təşkilatına (İnterpol) üzv oldu və 24 noyabr 1992-ci ildə Daxili İşlər Nazirliyinin tərkibində İnterpolun Milli Mərkəzi Bürosu yaradıldı. 30 iyun 2004-cü ildə DİN xidmətləri üzərində korporativ nəzarəti həyata keçirmək, Azərbaycan polisinin xidməti ilə uyğun olmayan işlərin qarşısının alınması, korrupsiya məmurlarının ifşası üçün Daxili Təhlükəsizlik Departamenti yaradıldı.
Müqəddəs rəbbani ayini ilə münaqişə
Müqəddəs ayinlə bağlı mübahisə (it. Disputa del Sacramento) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Bu əsər 1509-1510-cu illərə, rəssamın yaradıcılığının Roma dövrünə aid edilir. "Müqəddəs ayinlə bağlı mübahisə" əsəri hal-hazırda Vatikanda saxlanılır.
Bəhai dini və köməkçi dil
Bəhai dini öyrədir ki, dünya bir beynəlxalq köməkçi dil seçə və öz ana dilləri ilə yanaşı ondan istifadə edə bilərlər. Bu təlimin məqsədi dünya xalqları və millətləri arasında rabitənin təkmilləşdirilməsi və birliyin bəslənməsidir. Bəhai təlimləri bəyan edir ki, bununla belə, beynəlxalq köməkçi dil xalqların mövcud ana dilini zəiflətməməli və müxtəliflikdə birlik prinsipi tətbiq olunmalıdır ki, dünyadakı mədəni müxtəliflik qorunsun. == Təlim və məqsəd == Bəhai dininin təlimləri insanlığın birliyinə böyük diqqət ayırır. Bəhai təlimləri insanlar arasında rabitənin təkmilləşdirilməsini dünya birliyi və sülhü üçün həyati-vacib vasitə kimi görür. Bəhai təlimləri dillərin çoxluğunu birliyin qarşısındakı əsas maneə kimi görür, belə ki, çoxlu dilin mövcudluğu informasiyanın sərbəst axınının qarşısını alır və sıravi insanın dünyadakı proseslər haqqında hərtərəfli perspektiv əldə etməsini çətinləşdirir.Ümumi/beynəlxalq köməkçi dilin seçilməsi və qurumsallaşdırılması prinsipi Bəhai dinin əsas ehkamları arasındadır. Bəhaullah, Bəhai dininin peyğəmbəri, İşraqar və Məqsud Lövhlərində yazır və öyrədir ki, ortaq dilin əskikliyi dünya birliyinin qarşısında əsas baryerdir, belə ki, fərqli dillərdə danışan insanlar arasında rabitənin əskikliyi dünyada sülhün bərqərar edilməsi səylərinə xələl gətirir. O çağırırdı ki, insanlıq köməkçi bir dil seçə və bunu məktəblərdə öz ana dilləri ilə yanaşı öyrədə bilərlə və beləliklə bütün insanlar bir-birini anlayarlar.
Diler
Diler (ing. dealer) — birja əqdlərinin müəyyənləşdirilmiş qaydada öz adından, öz hesabına bağlanmasını həyata keçirən və sonradan onu birjada satmaqla məşğul olan birja vasitəçisidir. Diler — hər hansı bir şirkətin məhsullarını topdan alıb, sonradan pərakəndə və kiçik topdan satılması ilə məşğul olan hüquqi və ya fiziki şəxsdir (məsələn: avtomobil dileri).Dilerlər sırf vasitəçilikdən başqa öz adından (özü üçün) və öz hesabına sonradan satmaq məqsədilə qiymətli kağız almaq hüququna malikdirlər. Onlar həm öz aralarında, həm də brokerlərlə əqdlər bağlaya bilər. Dilerlərin gəliri qiymətli kağızı sərfəli qiymətlə sonradan satmaq hesabına əmələ gəlir, yəni məzənnə fərqi kimi çıxış edir. Demək olar ki, dilerlər birjada möhtəkirliklə məşğuldur. Müasir fond birjası indi də əksər hallarda zahirən hələ keçən əsrlərdə inşa edilmiş, lakin daxilən ən yeni avadanlıqla, xüsusilə də tele- kommunikasiya avadanlığı ilə təchiz edilmiş böyük bir binadır. Birjalar hər iş günü bunun üçün ayrılmış saatlarda işləyir. Fond birjasında mühüm yeri tiker adlanan elektron tablo tutur. Tablo fond birjasının məcburi atributlarındandır.
Nile
Dinle
Dinle (türk. Dinle) — 1997 Avroviziya Mahnı Müsabiqəsində Türkiyə təmsilçiləri Şəbnəm Paker və Grup Etnic tərəfindən türk dilində səsləndirilən mahnı. Mahnının sözləri Mehtap Alnıtemizin, musiqisi isə Levent Çokerindir."Dinle" 3 may 1997-ci ildə baş tutmuş Avroviziya Mahnı Müsabiqəsinin final mərhələsində 121 xal toplamış və 25 mahnı arasında 3-cü yeri tutmuşdur. Bu 3-cülük, 2003-cü ilə qədər Türkiyənin müsabiqədəki ən yaxşı nəticəsi hesab olunur. Mahnı Şəbnəm Pakerin 1997-ci ilin avqust ayında buraxılan və müğənninin ilk və yeganə albomu olan "Dinle"yə daxil edilib.
Maks Amini
Maks Amini (ing. Max Amini; fars. مکس امینی‎‎; 23 sentyabr 1977, Tuson, Arizona) — ABŞ komediyaçısı. == Həyatı == Atası İranın İsfahan şəhərindən olan fars, anası isə Təbriz azərbaycanlısıdır.
Sucəddim ayini
Sucəddim ayini (az.-əbcəd سو جدیم آیینی‎) — Azərbaycanın bir çox yerində və Ermənistan azərbaycanlıları arasında yayılmış adət. Bu ayində insanlar bir-birinə su atır və ya insanlar suya atılır. Yaz ayında keçirilir. == Etimologiyası == Sucəddim "su" və "cəddim-baba" sözlərindən yaranmış mürəkkəb sözdür. Sucəddim (Subaba) mürəkkəb sözünün özündə də suya inamın izi var. Elə buna görə də mərasim "Sucəddim" adlanmışdır. Türk xalqlarında müqəddəslərə, məbudlara arabir baba da deyirlər. == Tarixi == 1623-cü ildə Səfəviləri ziyarət edən rus taciri 15 avqust tarixində Səfəvi sarayında Şah I Abbasın iştirakı ilə insanların bir-birinə necə su atdığını təsvir edir. Sucəddim ayini, yəni insanların bir-birini sulaması və ya suya atması Azərbaycanın bir çox yerində və Ermənistan azərbaycanlıları arasında ən son dövrlərə qədər davam etmişdir. Bu ayin Səfəvilərdən fərqli olaraq yaz dövründə icra edilirdi.
Dalnı adası
Dalnı adası — Kuril adalarının Kiçik Kuril cərgəsinə daxil olan ada. Sakit okean suları ilə əhatələnmişdir. == Coğrafiyası == Ada Şikotan adası sahilində yerləşən Dimitrov buxtasında yerləşir. Şikotan adasından 100 metr aralıda yerləşir. Bu buxtanın şimal-qərbində digər kiçik ada olan Srednı yerləşir. Adanın adı buxtada yerləşən mövqeyi ilə əlaqədardır.
Xəyallar hara gətirə bilər (film, 1998)
Xəyallar hara gətirə bilər (ing. What Dreams May Come) — Riçard Metisonun eyniadlı əsəri əsasında Vinsent Uord tərəfindən çəkilmiş fentezi-dram filmi. Film ən yaxşı vizual effektlər nominasiyasında Oskar mükafatının laureatı olmuşdu. == Məzmun == Kris və Enni tətildə olarkən tanış olurlar. Aşiq olduqdan sonra evlənirlər, vaxt keçdikcə bir oğul və bir qızları da olur. Amma bir gün hər iki övladını avtomobil qəzasında itirirlər. Enni depressiyaya düşür, Kris isə unutmağa çalışaraq pediatr peşəsinə çoxlu vaxt ayırır. Dörd il sonra Kris də avtomobil qəzasına düşərək dünyasın; dəyişir. Ruhu arvadı Enninin yanında qalır, Enni bunu hiss edir, lakin psixikası dözmür. Buna görə Kris onu tərk edir və cənnətə düşür.
İnkar edilə bilən şifrləmə
İnkar edilə bilən şifrləmə (deniable encryption) — Şifrlənmiş informasiya haqqında tam səlahiyyətli bir adamın ələ keçirilməsi vəziyyətində, qarşı tərəfi aldatmaq üçün istifadə olunan üsuldur. == İşləmə prinsipi == Bu üsulda ələ keçərilən adam, şifrləmə sisteminin hiyləli açarını söyləyir, qarşı tərəf açarı istifadə edərək sistemdəki açıq məlumata çatdığını zənn edir, ancaq əslində əldə etdiyi məlumat yanlışdır, çünki ona yanlış(hiyləli açar) verilib. Yuxarıdakı bu vəziyyəti sadə bir nümunə ilə izah edək. Məqsədimiz iki ədəd açar çıxarmaq və açarlardan birsini gerçək məlumatı açmaq üçün, digərini isə inkar etmək üçün istifadə edək. Açıq mesaj: SabahMarsda İnkar mesaj: SabahAyda Açar: 2 İnkar Açarı: 3 Alqoritm ilk öncə açarla açıq mesajı, daha sonra inkar açarı ilə inkar mesajını şifrləyir. Daha sonra hər iki şifrlənmiş mətni cəmləyərək şifrli mesajı hasil edir. Şifrlənmiş mətn hər hansı bir yolla ələ keçirlərsə qarşı tərəfi aldatmaq üçün açıq mesajın açar ilə şifrlənmiş halını və inkar açarını verir. Qarşı tərəfdə şifrli mesajdan bu mesajı çıxaraq yanlış informasiyanı ələ keçirir. == C++ kodu == == Analizi == Kodun çıxışından da aydın olacağı üzrə şifrli mesaj olaraq toplanmış mesaj göndəriləcək. Bu mesajı alan qarşı tərəf mesajı açmaq üçün aşağıdakı düsturu istifadə edəcək: açıq mesaj = toplanmış - şifrli inkar - açar Bu düstur nəticəsində, "SabahMarsda" mesajı alınacaq.
Tərsinə çevirmək
Tərsinə çevirmək (ing. invert ~ ru. инвертировать ~ tr. ters çevirmek) – əksinə dəyişdirmək, məsələn, monoxrom displeydə rəngin tərsinə çevrilməsi ağı qaraya, qaranı isə ağa dəyişdirir. Analoji olaraq, tərsinə çevirən rəqəmsal mikrosxem, onun girişinə verilən siqnalları tərsinə çevirərək çıxışa ötürür. Belə əməl DEYİL (NOT) inkar Bul əməlinin elektron ekvivalentidir, məsələn, əgər “A” doğrudursa, onda “DEYİL A” yalandır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Adile Naşit
Adile Naşit (əsl adı: Adela; 17 iyun 1930, İstanbul – 11 dekabr 1987, İstanbul) — Türkiyə kinoaktrisası. 300-dən artıq filmdə rol almışdır. == Həyatı == Adile Naşit 1930-cu ildə İstanbulda anadan olub. Adile Naşitin həyatı uşaqlıqdan teatrla bağlıdır. Çünki mənşəcə türk atası Naşit Özcan teatr rejissoru, erməni anası Amaliya isə teatr aktrisası idi. 1944-cü ildən İstanbul Uşaq Teatrında çalışmağa başlayan Adile Naşit 1948-ci ildə "Lüks Həyat" komediya filmi ilə kino karyerasının əsasını qoyur. Onun aktyor karyerasının zirvəsi 1975-ci ildə "Hababam sinfi" filmindəki Hafizə Ana rolu hesab olunur. Populyar filmin davamı olaraq çəkilən 1976-cı ildə "Hababam sinfi oyanır"‚ 1977-ci ildə "Hababam sinfi tətildə" və 1978-ci ildə "Hababam sinfi doqquz doğur" onun uğurunu möhkəmləndirir. Məhsuldar yaradıcıllığı boyu Adile Naşit bir çox komediya filmlərində oynamaqla yanaşı, teatrdakı çıxışlarını da davam etdirib.. 11 dekabr 1987-ci ildə doğulduğu şəhər İstanbulda uzun müddətdir tutulduğu bağırsaq xərçəngindən vəfat etmişdir.
Adilə Abbasova
Adilə Ziyat qızı Abbasova (3 avqust 1942, Zəngilan rayonu) — Fizika elmləri doktoru, professor. == Həyat və fəaliyyəti == Adilə Abbasova 3 avqust 1942-ci ildə Zəngilan rayonunda anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin bitirib. 1987-ci ildən Fizika-riyaziyyat elmləri doktoru olan A.Abbasova əmək fəaliyyətinə Azərbaycan EA Fizika İnstitutunda başlamışdır. 1974-cü ildən Moskvanın Elmi-Tədqiqat Tətbiqi Fizika İnstitutunda baş elmi işçi, laboratoriya müdiri, 1992-ci ildən Azərbaycan Respublikası Ali Soveti Katibliyində bölmə müdiri, şöbə müdiri işləmişdir. 1995-ci ildən Bakı Dövlət Universitetinin yarımkeçiricilər fizikası kafedrasında professor vəzifəsində çalışmaqla yanaşı həm də Azərbaycan Respublikası Milli Məclisi Aparatının sosial qanunvericilik şöbəsinin müdiri olmuşdur. Bir sıra beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış etmişdir. Elmi və ictimai fəaliyyətindəki uğurlarına görə İngiltərə Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən 1999-cu və 2001-ci ilin qadını elan edilmiş, haqqında həmin Mərkəzin nəşr etdirdiyi "XX əsrin görkəmli adamları" ensiklopedik kitabına məlumat daxil edilmişdir. Monoqrafiyanın, 100-ədək elmi əsərin, 5 ixtiranın müəllifidir.
Adilə Ayda
Adilə Ayda (Rusca: Гадиле Садреевна Максудова / Gadile Sadreyevna Maksudova, Tatarca: Гадилә Садри кызы Максудова / Ğädilä Sadri qızı Maqsudova, d. 1912 – ö. 1992), Türkiyənin ilk qadın diplomatıdır. Ancaq müasir dövrdə daha çox Etrusklar mövzusunda kitabları və mülahizələri ilə tanınır. Kontenjan senatorluğuna seçilmişdir. == Həyatı == 1912-ci ildə dönemin Duma üzvü Sadretdin Nizametdinoviç Maksudov (sonraki Sadri Maksudi Arsal) ilə Orenburqlu qızıl mədəni sahibi Rami ailəsinden Kamilə Rami (Arsal)nin qızı olaraq Sankt-Peterburqda doğuldu. Ayda Türkiyə Cümhuriyəti Roma səfirliyində elçi-müsteşar vəzifəsində çalışdığı illərdə Etrusklar mövzusunda araşdırma aparmış və fransızca və türkcə olaraq yazdığı əsərlərdə Etruskların proto-türk olduğu görüşünü işləmişdir. Xarici İşlər Nazirliyindən təqaüdə çıxdıqdan sonra prezident Fəxri Korutürk tərəfindən kontenjan senatoru seçilmişdir. Ayda iki dəfə ailə qurmuşdu. Doktor olan ilk ərinden uşağı olmamışdır.
Adilə Mütəllibova
Adilə Mütəllibova, Ədilə Mütəllibova (1938, Bakı – 5 iyul 2019, Bakı) — Azərbaycan Respublikasının ilk birinci xanımı, prezident Ayaz Mütəllibovun həyat yoldaşı. İxtisasca həkim idi. == Həyatı == Adilə Mütəllibova 1938-ci ildə Bakı şəhərində anadan olub. Həyat yoldaşı ilə 1961-ci ildə Bakıda ailə qurub və Bakıda yaşayıblar. Ayaz Mütəllibov 1992-ci ildə hakimiyyətdən gedəndən sonra Adilə Mütəllibova onunla birlikdə Moskvada yaşamışdır. 2011-ci ilin avqustunda oğlu Azad Mütəllibov vəfat edəndə, o da Ayaz Mütəllibovla birlikdə Bakıya gəlmişdi. Mətbuatla ünsiyyət saxlamırdı. Mütəllibova 5 iyul 2019-cu ildə uzun sürən bir xəstəlikdən sonra 81 yaşında vəfat edib. Onun dəfn mərasimi həmin gün Bakıda Təzə Pir məscidində keçirilib. Bakı Yasamal qəbiristanlığında oğlu Azadın yanında dəfn edilib.
Adilə Namazova
Ədilə Namazova (bəzi mənbələrdə:Adilə Namazova, tam adı: Ədilə Əvəz qızı Namazova; 9 sentyabr 1926, Seyidli – 16 dekabr 2020, Bakı) — Azərbaycan pediatrı, kardioloq. Tibb elmləri doktoru (1965), professor (1966), SSRİ Tibb EA-nın müxbir üzvü (1971), Əməkdar elm xadimi (1981), Azərbaycan EA-nın həqiqi üzvü (1983), Rusiya Federasiyası Tibb EA-nın həqiqi üzvü (1993), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1982). == Həyatı == Ədilə Namazova 1926-cı ildə Ağdam rayonunun Seyidli kəndində anadan olmuşdur. Orta təhsilini Ağdamda almış, 1949-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə Ağdam rayon mərkəzi xəstəxanasında başlamışdır. 1965-ci ildən Azərbaycan Dövlət Tibb İnstitutunun klinik pediatriya kafedrasının müdiridir. 1965-ci ildə tibb elmləri doktoru dərəcəsi almışdır. 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilmişdir. Hazırda Rusiya Federasiyası Tibb Elmləri Akademiyasının üzvüdür. 1982-ci ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşdür.
Adilə Naşit
Adile Naşit (əsl adı: Adela; 17 iyun 1930, İstanbul – 11 dekabr 1987, İstanbul) — Türkiyə kinoaktrisası. 300-dən artıq filmdə rol almışdır. == Həyatı == Adile Naşit 1930-cu ildə İstanbulda anadan olub. Adile Naşitin həyatı uşaqlıqdan teatrla bağlıdır. Çünki mənşəcə türk atası Naşit Özcan teatr rejissoru, erməni anası Amaliya isə teatr aktrisası idi. 1944-cü ildən İstanbul Uşaq Teatrında çalışmağa başlayan Adile Naşit 1948-ci ildə "Lüks Həyat" komediya filmi ilə kino karyerasının əsasını qoyur. Onun aktyor karyerasının zirvəsi 1975-ci ildə "Hababam sinfi" filmindəki Hafizə Ana rolu hesab olunur. Populyar filmin davamı olaraq çəkilən 1976-cı ildə "Hababam sinfi oyanır"‚ 1977-ci ildə "Hababam sinfi tətildə" və 1978-ci ildə "Hababam sinfi doqquz doğur" onun uğurunu möhkəmləndirir. Məhsuldar yaradıcıllığı boyu Adile Naşit bir çox komediya filmlərində oynamaqla yanaşı, teatrdakı çıxışlarını da davam etdirib.. 11 dekabr 1987-ci ildə doğulduğu şəhər İstanbulda uzun müddətdir tutulduğu bağırsaq xərçəngindən vəfat etmişdir.
Adilə Sultan
Adilə Sultan (23 may 1826, Konstantinopol – 12 fevral 1899, Konstantinopol) — 30. Osmanlı sultanı II Mahmudun qızı. == Həyatı == 23 may 1826 tarixində İstanbulda dünyaya gələn Adilə Sultanın anası Zərnigar Sultandır. Adil ləqəbi ilə şeirlər yazan atası II Mahmud yeni dünya gələn qızına öz ləqəbinə uyğun ad qoydu. Hələ 4 yaşındaykən anası vəfat etmiş, sonrakı illərdə atasının bir digər xanımı olan Nevfidan Sultanın himayəsində böyümüşdür. 13 yaşında isə atası vəfat etmiş, təhsil və tərbiyəsi ilə böyük qardaşı Sultan Əbdülməcid maraqlanmışdır. 28 aprel 1845 tarixində gələcəkdə sədrəzəmliyə qədər yüksələn Mehmed Əli Paşa ilə nigahlandı və ertəsi ilin fevral ayında bir həftə davam edən möhtəşəm bir toy mərasimi ilə evləndi. Adilə Sultanın toy mərasimi XIX əsrdə Osmanlı sarayında yaşanan ən maraqlı hadisələrdən biri oldu. Belə ki, Osmanlı tarixində ilk dəfə möhtəşəm hava balonları uçuruldu. Hal-hazırda Memar Sənan Universitetinin yerləşdiyi Beyoğlu səmtindəki Neşətabad Sarayı, evləndikdən sonra Adilə Sultana hədiyyə edildi.
Adilə Yusifova
Adilə Niyazi qızı Yusifova — Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, sənətşünaslıq namizədi alimlik dərəcəsini almış professor. == Həyatı == 1956-cı il iyul ayının 30-da Bakı şəhərində anadan olmuşdur. 1975-1980-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq şöbəsində, professor C. Hacıyevin sinfində təhsil almış, təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. 1992-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. 1997-ci ildə dissertasiya işini müdafiə edərək, sənətşünaslıq namizədi alimlik dərəcəsini almışdır. == Pedaqoji fəaliyyəti == 1975-1999-cu illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda konsertmeystr, nəzəriyyə fənnlərindən dərs demişdir. 1991-ci ildən Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasında müəllim, 2006-cı ildən dosent, 2012-ci ildən professor vəzifəsində çalışır. == Əsərləri == Adilə Yusifova fortepiano ilə orkestr üçün konsert (1980), fleyta və fortepiano üçün üç miniatür (1981), qoboy və fortepiano üçün "Triptix" (1981), Azərbaycan xalq rəqs işləmələri (1981), kamera orkestri üçün beş konsert pyesi (1984), "Milli naxışlar" (1993), İ. Tapdıq və B. Vahabzadənin sözlərinə uşaq xoru, kvartet və fortepiano üçün "Bahar nağılı"-7 hissəli kantata (1993), fleyta və fortepiano üçün "Unudulmuş duyğu" pyesi (1994), simli kvartet, səs, klarnet və fortepiano üçün "Biz eyni səma altındayıq" (1997), tar və fortepiano üçün "Alov" fantaziyası (2003), R. Mirzəyevanın sözlərinə "Qadın obrazlarının siluetləri" süitası (2003), (2007), truba, violin və fortepiano üçün "Reqtaym ruhunda" (2007), soprano, tenor və fortepiano üçün "Nənə çin sandığında" süitası (2009), fortepiano üçün "İthaf" (Cövdət Hacıyevə həsr olunub (2012), R. Mirzəyevanın sözlərinə səs, simli kvartet, qoboy, balaban və fortepiano üçün "Xəyallarımdakı şəhər" fantaziyası (2014) və s. əsərlərini yazmışdır. Bundan əlavə bəstəkar N. Kərimovla birlikdə rus dilində "Azərbaycanda peşəkar təhsilin salnaməsi (1985–1995-ci illər)", musiqi təhsil ocaqlarının tələbələri üçün "Azərbaycan xalq melodiyalarının işləməsi və aranjimanı", "Azərbaycan bəstəkarlarının işləmələri" adlı kitablar, Azərbaycan və rus dillərində "Soltan Hacıbəyov.
Adilə Şahtaxtinskaya
Adilə Şahtaxtinskaya (17 aprel 1894, Tiflis — 30 mart 1951, yenə orda) — Azərbaycan sovet mama-ginekoloq, tibb elmləri doktoru (1930), professor (1936). Tibb elmləri doktoru və professor adını alan ilk azərbaycanlı qadın. == Həyatı == Adilə Şahtaxtinskaya 1894-cü il aprelin 17-də Tiflis şəhərində publisist və kollec müşaviri İsa Sultan Şahtaxtinskinin ailəsində anadan olub. Şahtaxtinskaya 1930-cu ildə tibb elmləri doktoru dərəcəsini, 1936-cı ildə isə professor elmi adını qazandı, bununla da tibb elmləri doktoru və professor adını alan ilk azərbaycanlı qadın oldu. 1933-cü ildən Şahtaxtinskaya Azərbaycan Dövlət Tibb İnstitutunun (hazırda Azərbaycan Tibb Universiteti) mamalıq və ginekologiya kafedrasına başçılıq edirdi. Adilə Şahtaxtinskaya Azərbaycanda ilk qadın kafedra müdirlərindən biri olub. Tədqiqatları, əsasən, qadın gigiyenasına, kəsilib götürülmüş uşaqlığın yumurtalıqlara təsirinə, eklampsiyaya həsr olunmuşdur.Adilə Şahtaxtinskaya 30 mart 1951-ci ildə Tiflisdə vəfat etmişdir. Tiflisin köhnə müsəlman qəbiristanlığında dəfn edilib (indiki botanika bağının ərazisində yerləşən Görkəmli Azərbaycanlılar panteonunda). Onun adı panteonun ərazisində qoyulmuş abidəsində həkk olunub.
Adilə Əliyeva
Adilə Əliyeva — Fransada yaşayan Azərbaycan əsilli pianoçu. == Həyatı == Adilə Əliyeva Bakı şəhərində anadan olub. İlk çıxışı 7 yaşında Leo Qinzburqun dirijorluğu altında keçib. Bülbül adına orta ixtisas musiqi məktəbini bitirəndən sonra P.İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasına daxil olub, oranı qırmızı diplomla bitirib və aspiranturaya daxil olub. 1980-86-cı illərdə Bakının indiki Yasamal rayonunun deputatı olub. == Fəaliyyəti == 25 ilə yaxındır ki, Fransanın Annamesse şəhərində yaşayır. O, 50-dən çox ölkənin konsert salonlarında çıxış edib. Dünyanın bir sıra məşhur səsyazma studiyalarında 30-dan artıq kompakt-diski yazılıb, eləcə də 200-dən çox müxtəlif radio və TV-lərdə haqqında mütəmadi xəbərlər, xüsusi verilişlər çəkilib. Bu ölkələrə İngiltərə, Almaniya, Belçika, İsveçrə və s. daxildir.
Adilə Nəzər
Adilə Həsən qızı Nəzərova (26 may 1969, Şəhriyar, İliç rayonu) — Azərbaycan şairi, ədəbiyyatşünası. Filologiya üzrə fəlsəfə doktoru. Azərbaycan Yazıçılar Birliyinin və İraq–Türkmən Yazıçılar Birliyinin üzvü. == Həyatı == Adilə Həsən qızı Nəzərova 26 may 1969-cu ildə Şərur rayonunun Şəhriyar kəndində doğulub. Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə Azərbaycan Müəllimlər İnstitutunda bakalavr, Azərbaycan Dövlət Pedaqoji Universitetində isə magistr təhsili almışdır. == Elmi fəaliyyəti == AMEA Dilçilik İnstitutunun dissertantı olmuş, "Azərbaycan dilində fəlsəfi terminlərin leksik-semantik təhlili" mövzusunda dissertasiya müdafiə edərək Filologiya üzrə fəlsəfə doktoru elmi adı almışdır. Azərbaycan Respublikasının Təhsil İnstitutunun Elmi-pedaqoji kadr hazırlığı şöbəsidə aparıcı elmi işçi vəzifəsində çalışır. === Elmi əsərləri === "Azərbaycan dilində fəlsəfə terminlərinin izahlı lüğəti", Bakı, Elm və təhsil, 2014, 224 s. "Azərbaycan dilində fəlsəfə terminlərinin leksik-semantik xüsusiyyətləri", Monoqrafiya, Bakı, Elm və təhsil, 2017, 176 s. "İmadəddin Nəsimi yaradıcılığının tədrisi və bədii dil xüsusiyyətlərinin öyrənilməsi", Monoqrafiya, Bakı, 2021 == Bədii yaradıcılığı == Şeirləri Türkiyə türkcəsinə, rus, fars, fransız və özbək dillərinə tərcümə olunub.
Oktyabrın Qələbə Addımı ilə (1974)
== Məzmun == Film Azərbaycanda Oktyabr inqilabının ildönümünün bayram edilməsindən danışır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Zeynəb Kazımova Ssenari müəllifi: Zeynəb Kazımova Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.
Ən çox gəlir gətirən filmlərin siyahısı
Ən çox gəlir gətirən filmlər — Dünya üzrə gəlir gətirməsi miqyasına görə filmlərin siyahısı. Filmlər film icarəsi, rəqəmsal satış və icarə, ticarət və televiziya yayımı və yayım hüquqları da daxil olmaqla bir çox mənbədən gəlir əldə edir. Buna baxmayaraq, filmin kommersiya uğurunun əsas göstəricisi, əsasən digər göstəricilərlə müqayisədə məlumatların mövcudluğu və tarixi təcrübə səbəbindən teatr kassası hesab olunur. Məqalədə kino tarixində ən çox gəlir gətirən filmlərin siyahısı (həm nominal dəyəri, həm də inflyasiya nəzərə alınmaqla), ilin kassa liderləri və ən çox gəlir gətirən filmlərin xronologiyası, ən çox gəlir gətirən film seriyalarının və film franşizalarının siyahısı təqdim olunur. Bütün cədvəllər, başqa bir mənbə göstərilmədiyi təqdirdə, Box Office Mojo veb saytına görə beynəlxalq icarə əsasında tərtib edilir. Ənənəvi olaraq, musiqili filmlər, Müharibə filmləri və tarixi dramlar ən populyar janrlar idi, lakin XXI əsrdə kassada film franşizaları üstünlük təşkil etməyə başladı. Hal-hazırda onların arasında lider mövqeləri super qəhrəman filmləri tutur. Marvel Cinematic Universe filmlərinin ümumi haqları 27 milyard dollardan çoxdur və "Avengers: Endgame" filmi, "Avengers" dastanının dördüncü hissəsi və seriyanın 22-ci filmi siyahıda ikinci yerdədir. Həm də görkəmli bir yer tutur " J. J.-nin sehrli dünyası. K. Roulinq", "Orta yer", "Tez və qəzəbli"və" Karib Dənizinin Quldurları".
Abaza dili
Abaza dili — abazaların dili. Abxaz-adıq dillərindən biridir. Əsasən Qaraçay-Çərkəzdə yayılmışdır. Bu dildə 30 mindən çox adam danışır. İki əsas dialektə bölünür: tapanta və aşxaraua (şkaraua). 1932–33-cü illərdə latın qrafikası əsasında yazısı hazırlanmışdır. 1938-ci ildən isə kiril əlifbasına keçmişdir. == Orfoqrafiya == 1938-ci ildən bəri abaza dilində aşağıda göstərilən kiril əlifbasından istifadə eolunur.
Abazin dili
Abaza dili — abazaların dili. Abxaz-adıq dillərindən biridir. Əsasən Qaraçay-Çərkəzdə yayılmışdır. Bu dildə 30 mindən çox adam danışır. İki əsas dialektə bölünür: tapanta və aşxaraua (şkaraua). 1932–33-cü illərdə latın qrafikası əsasında yazısı hazırlanmışdır. 1938-ci ildən isə kiril əlifbasına keçmişdir. == Orfoqrafiya == 1938-ci ildən bəri abaza dilində aşağıda göstərilən kiril əlifbasından istifadə eolunur.
Abuzeydabad dili
Abuzeydabad dili və ya Bizovoy dili——Hind-Avropa dil ailəsinin Şimal-qərbi İran dillərinin Mərkəzi İran qrupuna aid olan dildir ki İsfahan ostanında xüsusilə Abuzeydabadda danışılır.
Abxaz dili
Abxaz dili – abxazların dili. Abxaz-adıq dillərindən biridir. Əsasən Abxaziya Muxtar Respublikasında (faktiki qondarma Abxaziya respublikası) geniş yayılmışdır. Təqribən 100 minə qədər adam bu dildə danışır. İki əsas dialektə bölünür: abjuy və bzıb. Hallanma yoxdur. Ədəbi dil kimi 1862-ci ildə rus qrafikası əsasında abxaz əlifbasının tərtibindən sonra başlamışdır. 1928-ci ildə latın qrafikasına, 1938-ci ildə gürcü qrafikasına, 1954-cü ildə isə rus qrafikasına keçmişdir.
Adilə Məmmədova (alim)
Adelaida Məmmədova (22 avqust 1922, Tiflis – 25 aprel 2015, Bakı) — musiqiçi alim, pedaqoq, ictimai xadim, SSRİ Dövlət Mükafatı laureatı Bülbülünün həyat yoldaşı və Polad Bülbüloğlunun anası. == Yaradıcılığı == Adelaida Məmmədova 1922-ci il avqust ayının 22-də Tiflis şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, Gürcüstan Xalq Ədliyyə Komissarlığı nəzdindəki Tbilisi Hüquq Məktəbində təhsil alaraq əmək fəaliyyətinə başlamışdır. 1977-ci ildə Azərbaycan peşəkar vokal sənətinin banisi Bülbülün Memorial Muzeyi yaradılarkən Adelaida Məmmədova onun direktoru təyin edilmişdir. Adelaida xanım 40 ildən artıq müddətdə, Bülbülün irsinin fədakar qoruyucusu və fəal təbliğçısı olmuşdur. Məhz onun gərgin əməyi sayəsində respublikanın ilk ev-muzeylərindən biri olan Bülbülün xatirə muzeyində görkəmli sənətkarın həyat və yaradıcılığını əks etdirən 6 mindən artıq sənəd, o cümlədən müğənninin iştirak etdiyi opera tamaşalarının afişaları, məktubları və redaktəsi ilə nəşr edilmiş toplu və dərsliklər, habelə onun mədəni, elmi, pedaqoji və ictimai fəaliyyətinə aid materiallar toplanmışdır. Onun səyi ilə Bakı və Şuşa şəhərində Bülbülün xatirə ev-muzeyləri yaradılmışdır. O, muzey direktoru olmaqla yanaşı, həm də Bülbülün zəngin irsinin yorulmaz tədqiqatçısı idi. Adelaida Məmmədova görkəmli vokal ustasının elmi fəaliyyətinə və çoxşaxəli yaradıcılığına həsr olunmuş çox sayda kitab və məqalələrin müəllifi olmuşdu. Təssüflər olsun ki, Şuşa şəhəri 1992-ci ildə Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra, Bülbülün xatirə ev-muzeyi vəhşicəsinə dağıdılmışdır.
Adilə Sultan Qəsri
Adilə Sultan Qəsri — İstanbulun Üsküdar bölgəsində, Validəbağ qoruğu içində yer alır. Sultan Əbdüləziz tərəfindən kiçik bacısı Adilə Sultan üçün 1853-cü ildə tikdirilmişdir. Dördkünc planlı binanın girişinə iki qollu görkəmli pilləkənlərdən çıxılır. Qəsrin birinci və ikinci mərtəbələrində böyük orta dəhliz-salon var. Giriş istər birinci mərtəbədə, istərsə də ikinci mərtəbədə dəhlizə açılır. Bu məkanlar, dəhlizdən üç pillə və müqəvvalarla ayrılmışdır. Əvvəl otaq, böyük otaqlar və servis-gözləmə otaqları ilə bağlantılıdır. Hazırda müəllim evi kimi istifadə edilir. "Hababam Sinfi"nin ilk film seriyaları burada çəkilmişdir və otaqlardan biri Hababam Sinfi Muzeyi olaraq düzəldilmişdir. Memarı: Paris saint-barbe memarlıq məzunu Nigoğos Amirə Tayın, ya da qısaca Nigoğos bəydir.
Adice çayı
Adice (it. Adige; alm. Etsch‎; ven. Àdexe‎; romanş Adisch; lat. Athesis; q.yun. Ἄθεσις və ya Ἄταγις, Atagis)) — İtaliyanın şimalında çay. == Xüsusiyyətləri == Adice çayının uzunluğu 410 kilometr, hövzəsinin sahəsi 14,7 min kilometr2-dir. Adriatik dənizinə tökülür. == Tarixi == Adice çayı tarixdə bir çox müharibələrə şahid olmuşdur. 1799-cu ildə fransız general Bartelemi Lui Jozef Şerer Avstriyanı bu çayın sahilində məğlub etmişdir.
Adıge Respublikası
Adıge Respublikası (rus. Республика Адыгея, adıq Адыгэ Республик) — Rusiya Federasiyasının Krasnodar diyarı ərazisində respublika. Şimali Qafqazda, Kuban və Laba çaylarının sol sahillərindədir. Cənub federal dairəsinə daxildir. Sahəsi 7.600 km²-dir. Əhalisi 447.000 nəfərdir. Onların 120.000 nəfəri adıgeylərdir. Paytaxtı Maykop şəhəridir. Yeddi rayonu, iki şəhəri (Maykop və Adıgeysk), beş şəhər tipli qəsəbəsi var. Respublikada neft və qaz çıxarılır.
Adıge bayrağı
Adıge bayrağı (adıq Адыгэ Быракъ) — gerbi ilə birlikdə Rusiya Federasiyası Adıgey Respublikasının rəsmi dövlət simvollarından biridir. 25 mart 1992-ci ildə "Adıgey Respublikasının Dövlət Bayrağı haqqında" 2 saylı Adıgey Respublikası Qanunu ilə təsdiq edilmişdir.Adıgey Respublikasının 1 avqust 2013-cü il tarixli 231 nömrəli "Bayramlar və yaddaqalan tarixlər haqqında" Adıgey Respublikası Qanununun 3-cü maddəsində dəyişiklik edilməsi haqqında "Qanunu ilə 25 aprel tarixi Adıgey Respublikasının Dövlət Bayrağı Günü olaraq təsbit edildi. == Təsviri == Adıgey Respublikasının milli bayrağı, on iki qızıl ulduzu və yuxarıya doğru işarə edən üç qızıl çarpaz oxu əks etdirən düzbucaqlı yaşıl kətan parçadır. Bayrağın uzunluğunun eninə nisbəti 2: 1-dir.24 mart 1992-ci il tarixli qanununa əsasən parçanın rəngi tünd yaşıl rəngdə idi. == Simvolların əsaslandırılması == 12 ulduz 12 Adıge (Çərkəz) tayfasını və 3 oxu 3 ən qədim Adıge knyaz ailəsini ifadə edir. Üç çarpaz ox onların birliyini göstərir. Yaşıl rəng, meşələrlə əhatə olunan respublikanın həyatını, əbədiliyini və təbii xüsusiyyətlərindən birini simvollaşdırır. Müasir dövrdə, akuamarin rəngi İslam dini ilə əlaqəli yaşıl rəngə dəyişdirildi. Bayraq, bütün ərazi baxımından kabarda, çərkəz, şapsuq, adıqlar diasporasına bölünmüş bütün Çərkəzlərin (Çərkəzlərin) milli bayrağıdır. Hər il aprelin 25-də bütün dünyada Çərkəzlər Adıq (Çərkəz) bayrağı gününü qeyd edirlər.
Adıge coğrafiyası
Adıge Respublikasnın ərazisinin şimal hissəsi zəif dalğavarı Kubanboyu maili düzənliyindən, cənub hissəsi Böyük Qafqazın dağətəyi (hündürlüyü 300 m-ə qədər) və yamac (ən hündür nöqtəsi 3238 m, Çuquş dağı) hissələrindən ibarətdir. Adgenin sahəsi — 7790 kv.km, sərhədlərinin uzunluğu — 900 km, şimaldan cəbuba ölkə ərazisi — 208 km uzanır. Qərbdən şərqə isə — 165 km-dir. Adıge Respublikası Moskva vaxtı saat qurşağında yerləşir: UTC+3. == Ümumi məlumat == Neft, qaz, müxtəlif tikinti materialları və fosforit yataqları, həmçinin Masesta tipli müalicəvi mineral su bulaqları var. Respublikanın dağlıq hissələrində az miqdarda qızıl yataqları mövcuddur. İqlimi mülayim kontinental, isti və rütubətlidir. Orta temperatur yanvarda –2,4˚C, iyulda 22,2˚C-dir. İllik yağıntı təqribən 700 mm. İlin 180 günü şaxtasız olur.
Adıge iqtisadiyyatı
Adıge Respublikası - Rusiya Federasiyasınin Şimali Qafqaz iqtisadi rayonu tərkibindədir. == Ümumi məlumat == Sənaye məhsullarının həcmi dəyərinə görə kənd təsərrüfatı məhsullarının həcmini 1,2 dəfə üstələyir. Adıge RF-nin subyektləri arasında üzüm şərabı (6-cı yer), emallıq ağac-oduncaq (7-ci yer), karton (9-cu yer), şəkər tozu (15-ci yer), tərəvəz şirələri və meyvə-tərəvəz konservi istehsalında seçilir. Respublikanın ümumi məhsulunda ticarət və kommersiya fəaliyyəti 14,5%, k.t. 14,1%, sənaye 13,5%, tikinti 9,6%, nəqliyyat 2,7% paya malikdir (2002). İqtisadi cəhətdən fəal əhalinin (200 min nəfər) 16,9%-i sənaye sahələrində, 20,3%-i k.t.-da çalışır. İşsizlik səviyyəsi 13,5% – RF üzrə orta səviyyədən 1,7 dəfə yüksək, ayda adam başına düşən pul gəliri isə 45% azdır. Adıgenin enerji ehtiyatları tələbatının 50%- dən azını təmin edir. Bütün sənayesi, demək olar ki, Maykopda cəmləşmişdir. Yeyinti, taxta-şalban, ağac emalı və sellüloz-kağız, maşınqayırma və metal emalı, tikinti materialları sənayesi aparıcı sahələrdir.
Adıge musiqisi
Adıge musiqisi— Adıgeya ərazisində formalaşmış musiqi. == Tarixi == Adıge musiqisində müxtəlif xarakterli və məzmunlu mahnılar, rəqs musiqisi əsas yer tutur. Xalq mahnıları, başlıca olaraq, diatonik səs sırasına əsaslanır. Kamıl (nəfəs aləti), şiçepşin (kamanlı alət), pxaçiç (zərb aləti) əsas musiqi alətləridir. XIX əsrdən qarmon geniş yayılmışdır. Oktyabr inqilabından sonra musiqi folkloru öyrənilir. Peşəkar musiqi, əsasən, mahnı janrı sahəsində inkişaf etmişdir.
Adıge tarixi
Adıge ərazisində ilk insan izləri Erkən Paleolit dövrünə aiddir. E.ə.I-ci minilliyin ortalarına aid yazılı abidələrdə adıqların əcdadları meotlar, sindlər, kerketlər və s. adlarla məlumdur. Hunların ardınca IV–IX əsrlərdə Şimali Qafqaz avarların, Bizansın, bulqarların və xəzərlərin hücumlarına məruz qalmışdı. VI əsrin sonlarından 630-cu ilə dək Adıge Göytürk xaqanlığının nəzarəti altında olmuşdur. Adıge Dneprboyu slavyanlar, Qafqaz xalqları və Yaxın Şərq ölkələri ilə ticarət aparırdı. XIII əsrin 2-ci yarısından XV əsrin 1-ci yarısınadək Qara dəniz sahillərində yerləşən Genuya şəhər-koloniyaları Adıgenın tarixi-mədəni inkişafında və ticarətində mühüm rolu olmuşdur. Əsasən çörək, meyvə, kürü, mis, mum, xəz və qul ixrac olunur, duz, parça, silah və bəzək əşyaları idxal edilirdi. XIII əsrdə Adıge Qızıl Ordaya tabe oldu. 16–18 əsrlərdə Osmanlı imperiyası və Krım xanlığının Adıge ilə müharibələri nəticəsində burada islam dini yayılmağa başlamışdı.