Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tarazlar
Tarazlar quruluşuna görə iki cür olur: Silindrik taraz - içərisi yaxşı cilalanmış şüşə silndrdən ibarətdir. Dairəvi taraz - aləti təxminən, silindrik taraz isə dəqiq üfüqi vəziyyətə gətirmək üçündür. == Taraz == Spirt və ya efir qızdırılıb şüşəyə töküldükdən sonra silindrin ağzı möhkəm bağlanır. Maye soyuduqdan, onun həcmi kiçilir və şüşədə boşluq (qabarcıq) əmələ gəlir. Silindrin səthində 2 mm-lik bölgülər vardır. Orta bölgü sıfır bölgüsü adlanır. Qabarcığın bir bölgü qaçması nəticəsində tarazın şaquli oxunun meyl etməsinə tarazın bir bölgüsünün qiyməti deyilir. Tarazın dəqiqliyi onun bir bölgüsünün qiymətindən, axırıncı isə silindr qövsünün radiusundan asılıdır. Silindrin radiusu böyüdükcə, tarazın bir bölgüsünün qiyməti kiçilir, dəqiqliyi isə artır. Üfuqi vəziyyət silndrik tarazın düzəldici vinti ilə təzim olunur.
Akın
Akın — qazax, qırğız və bəzi başqa xalqlarda el şairi və nəğməkarı. Akınlar mahnılarını çalğı aləti dombranın müşaiyəti ilə ifa edirlər. Qazax akını Cambul Cabayevin (1846–1945), qızğız akını Toktoqul Satılqanovun (1864–1939) adı və əsərləri məşhurdur. Bu akınlar xalq akını adı almışdır. Hazırda peşəkar şairlərə də akın deyirlər.
Akt
Akt (lat. actus - təsir — fəaliyyət; lat. actum est — həyata keçirildi, baş verdi) — müəyyən edilmiş fakt və hadisələri təsdiq edən sənəddir. Bir qayda olaraq o bir neçə şəxs (kollegiyal) və ya xüsusi olaraq təyin edilmiş şəxs tərəfindən tərtib edilir. Akt: əməl, iş, hərəkət, hadisə; rəsmi sənəd, qeyd, protokol; hüquqi qüvvəyə malik olan, şahidlərin iştirakı ilə yazılmış, yaxud yoxlama nəticəsində müəyyən edilən bir faktın, bir hadisənin təsdiqi üçün tərtib edilmiş rəsmi sənəd, yazı, protokol və s. Məsələn, akt tərtib etmək, akta qol çəkmək, notarial aktı; müəyyən faktın qeydə alındığı protokol; müəssisələrin, təşkilatların, vəzifəli şəxslərin, vətəndaşların hərəkətləri, adətən bu cür hərəkətlər əsasında hüquqi normalara riayət edilməsi və pozulması barədə mühakimə yürüdürlər; fərman, qanun, dövlət və ya ictimai əhəmiyyəti olan qərar, hökm; tədris müəssisələrində: təntənəli yığıncaq. == Həmçinin bax == İnzibati akt Normativ hüquqi akt == Ədəbiyyat == Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Azra Akın
Azra Akın (8 dekabr 1981) — 2002 Türkiyə gözəli seçilmiş və sonra Miss World Dünya Gözəllik Müsabiqəsində dünya gözəli seçilmiş maneken , model ve aktrisa. Hollandiyada balet, rəsm və musiqi kimi sənət sahələrində təhsil almışdır.
Bakıt Torobayev
Bakıt Erqeşeviç Torobayev (qırğ. Бакыт Эргешевич Төрөбаев, rus. Бакыт Эргешевич Торобаев; 5 aprel 1973, Cəlalabad, Oş vilayəti) — Qırğızıstan siyasətçisi, Qırğızıstan Ali Məclisinin deputatı və Önüqüü-Proqress partiyasının qurucusu və sədri. Müxtəlif təşkilati rollarda fəaliyyət göstərdikdən sonra, 2007-ci il Qırğızıstan parlament seçkiləri zamanı Torobayev Qurmanbek Bakıyevin Ak Jol partiyasına qoşulmuş və ölkənin Ali Məclisinin Deputatı seçilmişdir. 2010 Qırğızıstan qiyamının nəticəsində Bakıyev vəzifədən azad edilmiş, Torobayev isə Qırğızıstanın Respublika Partiyasına qoşulmuşdur. O, partiyanın sədri Ömürbek Babanovla münaqişəyə girmiş, partiyanı tərk etmiş və daha sonra Önüqüü-Proqress partiyası qurmuşdur. Torobayev 2017-ci il Qırğızıstan prezident seçkiləri zamanı 13 namizəddən biri idi, ancaq o və daha iki namizəd seçkilər başlamazdan əvvəl namizədliklərindən imtina etmişdir. == Həyatı == Bakıt Erqeşeviç Torobayev 5 aprel 1973-cü il tarixində SSRİ respublikası olan Qırğızıstan SSR-nin (hal-hazırkı Qırğızıstan Respublikası) cənub-qərbində yerləşən Cəlalabad şəhərində anadan olmuşdur. Torobayev 1995-ci ildə Qazaxıstan-əsaslı neft məhsullarının satışı və yanacaqdoldurma məntəqələrinin tikintisi üzrə ixtisaslaşan istehsal və kommersiya şirkəti olan "Jamliya i K"-nin rəhbəri olaraq fəaliyyət göstərmişdir. 1998–1999-cu illərdə "Asiya-Suzak" adlı bir fermanın sədri olaraq fəaliyyət göstərmişdir.
Evrim Akın
Evrim Akın — Türkiyə kino və teatr aktrisası, teleaparıcı. == Həyatı == Evrim Akın 12 iyun 1979-cu ildə Türkiyənin paytaxtı Ankara şəhərində anadan olmuşdur. Boyu 160 sm-dir. O, 17 yaşında ikən atası dünyasını dəyişmişdir. == Karyerası == Karyerasına İzmirdə Konak Bələdiyyə Teatrında başlayan Evrim Akın daha sonra Müjdət Gəzən Sənət Məktəbinə daxil olmuşdur. === Filmləri === ==== Bədii filmləri ==== Şaşqın | 2006 | Zeynəb rolunda ==== Televiziya filmləri ==== Memleket Hikayeleri - Ana Beni Eversene | 2006 | Handan Karadağ rolunda === TV serialları === Güldür Güldür | 2019 | Özge rolunda Alemin Kralı | 2011 | Jülide Mermercin rolunda Bez Bebek | 2007 | Bez Bebek Nana rolunda Avrupa Yakası | 2004-2006 (cəmi 52 bölümdə) | Selin Yerebakan rolunda Estağfurullah Yokuşu | 2003 | Gümüş rolunda Analık | 2003 | ...
Fatih Akın
Fatih Akın (25 avqust 1973[…], Hamburq) — türk mənşəli alman kinorejissor və ssenarist. == Həyatı == Fatih Akın 1973-cü il avqustun 25-də Almaniyanın Hamburq şəhərində anadan olub. 2004-cü ildə Avropadakı türk mühacirlərinin həyatını əks etdirən "Divara qarşı" filmi ilə Berlin kinofestivalının baş mükafatı – "Qızıl ayı"ya layiq görülüb. 2007-ci ildə ekranlaşdırdığı "Həyatın kənarında" filmi isə Kann kinofestivalında "ən yaxşı ssenari" nominasiyasında qalib olub.
Filiz Akın
Filiz Akın (2 yanvar 1943, Ankara) — türk kinoaktrisa. Türk kinosunun nəcib, müasir, şəhərli və zərif siması kimi kinosevərlərin rəğbətini qazanan Filiz Akın həm də Avropa siması, kollec qızı və böyük ekranın sarışın ulduzu kimi tanınır. O, kino aktyorları Türkan Şoray, Hülya Koçyiğit və Fatma Girik ilə yanaşı türk kinosunun bir dönəmində iz qoyan dörd önəmli aktrisadan biri hesab olunur.Filiz Akın orta təhsilini başa vurduqdan sonra bir turizm şirkətinin Ankara agentliyində işləməyə başlayıb. Göndərdiyi fotoşəkillə 1962-ci ildə Artist jurnalının müsabiqəsinin qalibi olur. Memduh Ün təkidi ilə Akasyalar Açarken filmi üçün kamera qarşısına keçməyə razılıq verdi. Beləliklə, onun 13 il davam edəcək aktiv aktyorluq karyerası başladı. 1964-cü ildə "Qadın Bərbər" filminin çəkiliş meydançasında tanış olduğu prodüser-rejissor Türker İnanoğlu ilə evləndi. 1965-ci ildə oğlu İlkər İnanoğlu dünyaya gəlib. 1974-cü ildə Türker İnanoğlu ilə boşanan Akın 1975-ci ildə "Ataların atası" filmi ilə kinoya vidalaşıb.
Helsinki aktı
Helsinki aktı — 1975-ci il avqustun 1-də Finlandiyanın paytaxtı Helsinkidə Avropanın 33 dövlətinin, ABŞ və Kanadanın dövlət və hökumət başçılarının müşavirəsi oldu. Onlar Avropada təhlükəsizlik və əməkdaşlıq haqqında Zirvə aktını imzaladılar. 1960-cı illərin sonu 70-ci illərin əvvəllərində sosialist və kapitalist ölkələri arasında münasibətlərin yaxşılaşması, NATO ilə Varşava Müqaviləsi Təşkilatı arasında hərbi-strateji tarazlığın yaranması beynəlxalq aləmdə "soyuq müharibə"dən gərginliyin zəiflədilməsinə doğru dönüş yaratmış oldu. 1970-ci ildə SSRİ-AFR, AFR-Polşa arasında müqavilələrin imzanlanması, 1971-ci ildə SSRİ, ABŞ, İngiltərə və Fransa arasında Qərbi Berlinə dair dördtərəfli sazişin bağlanması, 1972-ci ildə AFR və ADR arasında münasibətlərin normallaşması haqqında müqavilənin bağlanması gərginliyin zəiflədilməsinə güclü təkan verdi. Bu da Ümümavropa müşavirəsinin hazırlanması və çağırılmasına şərait yaratdı. 1969-cu ildə Vyanada təhlükəsizlik və əməkdaşlıq uğrunda Ümumavropa qeyri-hökumət konfransı keçirildi. Konfransda Avropanın 26 ölkəsinin və 23 beynəlxalq ictimai təşkilatı təmsil edən 300 nümayəndə iştirak edirdi. Onlar Ümumavropa təhlükəsizlik sisteminin yaradılması üçün Helsinkidə müşavirənin çağırılmasını müdadifə etdilər. 1972-ci ildə NATO ölkələri Ümumavopra müşavirəsini hazırlamaq üçün məslətələşmələrdə iştirak etməyi qərara aldılar. Çoxtərəfli məsləhətləşmələrdən sonra 1973-cü ildə "Mavi kitab" adı almış yekun tövsiyələri razılaşdırıldı.
Konstitusiya aktı
Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı - Azərbaycan Ali Sovetində aparılan müzakirələrdən sonra 18 oktyabr 1991-ci ildə qəbul edilmişdir. Bu Konstitutsiya Aktı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa edilmişdir. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib. == Tarixi == 30 avqust 1991 — Ali Sovetin növbədənkənar sessiyasında gərgin müzakirələrdən sonra «Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında» Bəyannamə qəbul olundu. Sənəddə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı. Bununla yanaşı, parlament Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun – Konstitusiya Aktının hazırlanması barədə qərar qəbul etdi. Bəyannamənin mətni belə idi: 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs veriblər. Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul etmiş və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis etmişdir. Konstitusiya Aktı Azərbaycan Respublikası Ali Sovetinin 18 oktyabr 1991-ci il tarixli iclasında qəbul edilmişdir.
Kvebek aktı
Formal olaraq,Britaniyanın Şimali Amerika aktı kimi tanınan Kvebek aktı(1774),əyalətdə idarəetmə prosedurlarını müəyyənləşdirən Böyük Britaniya Parlamentinin aktı idi.Aktın əsas komponentləri bunlar idi: Protestant inama istinad sədaqət andından çıxarılırdı; Katolik məzhəbinin azad praktikasına icazə verilirdi; İngilis ümumi qanununa müvafiq olaraq,xüsusi hüquq məsələləri üzrə fransız mülki hüququnun istifadəsi bərpa edildi; İnzibati müraciətlər,məhkəmə proseduru və cinayət təqibi daxil olmaqla,ictimai hüquq məsələləri üzrə ingilis ümumi hüququ təsdiqləndi; Katolik kilsəsinin desyatinləri tətbiq etmək hüququnu bərpa etdi.Bu aktın 13 koloniyadakı kimi Kvebekin özündə də,genişmiqyaslı təsirləri vardı.Kvebekdə britaniya və cənubdan olan mühacirlər onun siyasi azadlığın aradan qaldırılması kimi gördükləri müddəalarına qarşı etiraz etdilər.Bu akt 13 koloniyada qəbul olunmuş 5 akta oxşar olan bir akt idi(5+1).Bunlar hamısı Britaniya Parlamentinin iclaslarında qəbul edilmişdi.Amerikalılar Kvebek aktını Katolik məzhəbinin yaradılması kimi şərh edirdilər.Amerikalılar Fransız-hindu müharibəsi zamanı ağır şəkildə mübarizə aparmışdılar və hazırda onlara bu aktda verilən müddəaları özlərinə təhqir kimi görürdülər.Yeddi illik müharibədən sonra sülh 1763-cü il Paris müqaviləsi ilə reallaşdı.Müqavilənin şərtlərinə görə,Fransa dəyərli bildiyi şəkər istehsalı olan Qvadelupa və Martinikanı saxlamaq əvəzini istəyərək,Yeni Fransanı güzəşt etdi.Britaniyaya Yeni Fransa az qiymətli hesab olunurdu.O zaman onun tək kommersiya məhsulu qunduz dərisi idi.Fransa tərəfindən Kanada adlandırılan Müqəddəs Lavrenti çayı ərazisi sonradan ingilislər tərəfindən Kvebek adlandırıldı.1774-cü il aktında Katolik dininin istifadəsinə icazə verilməsi ilk dəfə olaraq Fransız kanadalıların öz etiqadlarından imtina etmədən əyalət hakimiyyətində hüquqi cəhətdən iştirakına imkan verdi.Dayandırılmış desyatinlərin yığımını bərpa etdi və əyalətə qayıtmaq üçün yezuit keşişlərə icazə verdi.Akt həmçinin,əyalət hökumətinin hüquqlarını müəyyən etdi.Qubernator kral tərəfindən təyin olunurdu.O,qanunvericilik Şurasının köməyilə idarəçilik edirdi.Seçilmiş parlament Assambleyası üçün isə müddəalar yox idi.Torpaq bölgüsündə isə idarəedici vasitə kimi senyorial sistem bərpa edildi.Bu fransızların əyaləti idarə etdiyi sistem idi.Bu akt vətənpərvərləri qəzəbləndirdi və onlar tərəfindən bu akt dözülməz aktlardan biri adlandırıldı və amerikan inqilabının gəlməsinə də öz töhfəsini verdi.Kvebek aktı həmçini Kvebekin ənənəvi sərhədlərindən heç vaxt kənarda həyata keçirilmirdi.13 koloniyada isı mahiyyət ondan ibarəət idi ki,o vətənpərvərləri qəzəbləndirir və tacı dəstəkləyənləri təşvişə salırdı.
Maqnitski aktı
Maqnitski aktı (ing. Magnitsky Act) — 2012-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilmiş qanun, insan hüquqlarının pozulmasında günahkar olan şəxslərə tətbiq edilir. Sənəd Hermitage Capital Fondunun hüquqşünası Sergey Maqnitski Moskva təcridxanasında istintaq zamanı öldükdən sonra qəbul edilib. Hazırda Amerikanın siyahısına 18 nəfər daxildir. ABŞ Maliyyə Nazirliyi tərəfindən tərtib olunmuş siyahiya daxil edilən Rusiya və MDB dövlətlərindən olan 18 şəxsə qarşı maliyyə və viza qadağaları tətbiq edilib. == Zəmin == Sergey Maqnitski 2009-cu ildə Moskvanın istintaq təcridxanasında vəfat edib. Həbsindən əvvəl hüquqşünas çoxmilyardlıq büdcə vəsaitlərinin mənimsənilməsini araşdırıb. Hüquqşünasın təmsil etdiyi Hermitage Capital bildirib ki, Sergey Maqnitski oğurluqda suçladığı şəxslər tərəfindən şərlənərək məhbəsə atılmışdır. == Qanun == == Siyahı == Siyahıdakı ilkin 16 adam bilavasitə Hermitage Capital şirkətinin hüquqşünası Sergey Maqnitskinin ölümünə aidiyyatda şübhəli bilinən şəxslərdir. Siyahıda olanlardan biri - Artyom Kuznetsov 1975-ci ildə Bakıda anadan olub.
Serhat Akın
Niyazi Serhat Akın (türk. Niyazi Serhat Akın; 5 iyun 1981, Bretten) — türk futbolçu. Almaniyanın 4-cü liqası olan Regionalligada çıxış edən Berliner AK 07 klubunun heyətində peşəkar futbolçu karyerasını bitirmişdir. == Həyatı == == Karyera == === Milli komandadıkı çıxışı === Qeyd: Türkiyə milli futbol komandasının heyətində oynadığı oyunlar.
Vəcihi Akın
Vəcihi Akın (23 iyul 1916, Aydın – 26 yanvar 1992, İstanbul) — türk əsgəri və siyasətçisi. == Həyatı və hərbi xidməti == Vəcihi Akın 23 iyul 1916-cı ildə Aydında anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 1938-ci ildə Türk Hərbi Akademiyasını topçu zabiti kimi bitirdi. 1940-cı ildə Topçu Məktəbini bitirdikdən sonra 1946-cı ilədək müxtəlif topçu hissələrində xidmət etmişdir. 1949-cu ildə Türk Hərbi Akademiyasını bitirmişdir. 1949-cu ildə Baş Qərargahın stajçı zabiti vəzifəsinə təyin edildi. Daha sonra bölük komandiri və qərargah zabiti vəzifələrini icra etdi. 1950–1952 arasında 28. Tümən Topçu Alayı 5. Batareya komandiri oldu.
İttiham aktı
İttiham aktı istintaqın hazırlıq prosesinin ictimai iddianın başlanması üçün kifayət edəcək səviyyəyə çatdığı başa düşüldükdən sonra prokurorun iddia qaldırdığını bildirən yazılı sənəddir. İttiham aktı, müttəhimin hansısa günahını üzə çıxarmaq üçün onun haqqında hazırlanmış sənəddir. Qanun, qanunla səlahiyyətlər verilmiş orqanlar və şəxslər tərəfindən irəli sürülən və dəstəklənən qanun pozuntularının ittihamında nəzərdə tutur. Adətən, ittihamın irəli sürülməsindən sonra ya cinayət və ya digər məsuliyyətə cəlb edilmiş şəxsin təqsirinin sübuta yetirilməsində ifadə olunan dəstək, ya da ittihamın rədd edilməsi ilə müşayiət olunur.
Əli Akış
Əli Akış (tatar. Гали Акыш) — tanınmış tatar, türk və alman jurnalist və yazıçısı, görkəmli ictimai-siyasi xadim, Tatarıstan Milli Məclisinin fəxri deputatı, Dünya Tatarlar Liqasının fəxri prezidenti, Qayyaz İsxakinin varisi. == Bioqrafiyası == Şimali Mançuriyadakı Haylar şəhərində tatar icmasında anadan olub böyüyüb. Anası Lətifə və atası Xisamutdin, əslən Penza quberniyasının Ust-Raxmanovski volostunun tatar əsilli Yunki kəndindəndir. Əli tatar ibtidai məktəbini bitirdikdən sonra rus gimnaziyasında oxuyur. 1934-cü ildə o, təsadüfən şəhərin tatar icması qarşısında tatar mühacirlərinin rəhbəri Qayaz İsxakinin çıxışını eşidir və bu, gənc Əlidə silinməz təəssürat oyadır. 1936-cı ildən Əli Akış Qahirədə Əl-Əzhər Universitetində təhsil alır. 1938-ci ildə Varşavaya səfər edir, burada Qayaz İsxaki ilə şəxsən tanış olur və onun təsiri altında xalqına xidmət etmək ideyası alovlanır. 1940-cı ildə Türkiyəyə köçür, burada ali təhsil alır, jurnalist və ictimai xadim kimi fəaliyyətə başlayır. 1963-cü ildə Ankarada onun “İdel-Ural Dağvası həm Sovet İmperializmi” (“İdel-Ural Problemi və Sovet İmperializmi”) adlı ilk kitabı nəşr olunur.
AKT (test)
AKT - Amerikada kolleclərə qəbul üçün nəzərdə tutulmuş test. Amerika Birləşmiş Ştatlarında AKT Korporasiyası tərəfindən yaradılmış, kolleclərə tələbə qəbulu üçün tərtib olunan standartlaşdırılmış uğurlu imtahan. Bu test ilk dəfə 1959-cu ildə Everet Franklin Linqvest tərəfindən Kollec İdarə Heyətinin Sxolastik Qabiliyyət Testinə (indi SQT Məntiq Testi kimi tanınır) qarşı rəqib olaraq tətbiq olunmuşdur. AKT tarixən 4 testdən ibarət olmuşdur: ingilis dili, riyaziyyat, oxu və təbiət elmləri düşüncə testi. 2005-ci ilin fevralında könüllü yazı testi AKT-yə əlavə olundu və həmin ilin martında eynilə SQT-də də dəyişiklər olundu.ABŞ-də bütün 4 illik kollec və universitetlər AKT-ni qəbul edir. Tarixən, SQT sahilboyu zonalardakı kolleclərdə, AKT isə Orta Qərb və Cənubda daha çox məşhurluq qazanmışdı. Hal-hazırda bəzi kolleclər insanların işə təyin olunması ilə bağlı olaraq AKT-ni tələb edirlər, buna baxmayaraq bir neçə məktəb AKT-ni qətiyyən qəbul etmir.
Normativ akt
Normativ akt– 1) Tənzimlənməsi Azərbaycan Respublikası Konstitusiyası ilə,qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsləkər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş rəsmi sənəddir. Normativ hüquqi aktlar qeyri-müəyyən subyekt dairəsi üçün Və dəfələrlə tətbiq olunması üçün nəzərdə tutulur. 2)hüquqi akt – hüquq mənbələri növlərindən biri. Normativ akt hüquq normalarının müəyyənləşdirilməsi, dəyişdirilməsi, ləğv edilməsi məqsədi ilə dövlət orqanı tərəfindən verilir. Hüquqi aktlar kateqoriyasına normativ hüquqi aktlarla yanaşı normativ xarakterli hüquqi aktlar və qeyri-normativ hüquqi aktlar da daxildir. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı İnformasiya Texnologiyaları, 2009, 201 s.
İnzibati akt
İnzibati akt - İnzibati orqan tərəfindən, inzibati fəaliyyət ilə əlaqədar alınan, tək tərəfli hüquqi əqd. İnzibati akt qarşı tərəfin iradəsindən asılı olmadan hüquqi nəticə yaradır. O, hüquqa uyğun və etibarlı sayılır, əks nəticə ancaq məhkəmə tərəfindən müəyyən edilə bilər.
1867 Konstitusiya Aktı
1867 Konstitusiya Aktı və ya İngilis Şimali Amerika Qanunu, 1 iyul 1867-ci ildə imzalanmış və Kanadaya Britaniya İmperiyasından müstəqil bir idarəetmə sistemi qazandırmağa imkan verən qanundur. Bu qanunun qəbul edilməsi ilə Britaniya Krallığı Şimali Amerikadakı dörd ştatdan formalaşmış federasiyası formasındakı koloniyalarına yerli özünüidarəetmə hüququ verdi. Bu ştatlardan "Kanada" ikiyə bölünərək Kvebek və Ontario əyalətlərini meydana gətirdi, digər iki ştat isə Nyu-Bransuik və Yeni Şotlandiya idi. Kanada Konfederasiyası termini bu birləşməyə aiddir və tez-tez meydana gələn federasiya üçün də istifadə olunur.
Film İstehsalı Aktı
Film İstehsalı Aktı, Hays Qanunu, Hays kodeksi və ya Hays Qaydaları Hollivudda 1924-1966-cı illər arasında qüvvədə olmuş özünüsenzura tətbiqi idi. Filmlərin gənclərə əxlaqsızlıq aşıladığı ilə bağlı mühafizəkar dairələrin illərdir apardığı qarayaxma kampaniyası nəhayət Hollivudu ehtiyat tədbirləri görməyə vadar etmişdir. 1922-ci ildə MPPDA (Motion Picture Producers and Distributors of America/Amerika Kino Filmləri İstehsalçıları və Distribyutorları) yaradılmışdır. Təşkilatı yaradanlar kino aləmindən kənar bir adamı təşkilatın rəhbərliyinə gətirmək qərarına gəlirlər. Bu şəxs dindar, vətənini sevən, siyasətçilərlə yaxşı münasibətlərdə olan biri olmalı idi. William Harrison Hays ildə 150 ​​min dollar kimi çox yüksək bir maaşla bu vəzifəyə təyin edilir. Ştatdan ştata dəyişən və bir çox filmin qadağan edilməsinə səbəb olan senzuradan qaçmaq üçün o, “özünüsenzura”ya əl atdı. 1924-cü ildə kinoprodüserlər çəkəcəkləri filmlərin mövzu xülasəsini Haysın Ofisinə (Hays Office) göndərmək məcburiyyətində buraxıldılar. İki ildən sonra isə Studiya ilə əlaqələr departamenti (Studio Relations Department) yaradılmışdır. Bu departamentdə studiyaların nələrə diqqət etməli olduğuna dair əsasnamə hazırlanmışdır.
Havana aktı (1940)
Havana aktı(1940) (Amerika kontingentində Avropa mülklərinin statusu haqqında) - İkinci dünya müharibəsi şəraitində Amerikadakı Avropa müstəmləkələrinin vəziyyətini tənzimləyən sənəd. 1940-cı il 21-30 iyul tarixlərində Havanada Amerika dövlətlərinin xarici işlər nazirlərinin İkinci məşvərət müşavirəsinin gedişində, 29 iyulda imzalanmışdır. Havana aktı Amerikadakı ingilis (həmçinin digər Avropa ölkələrinin) mülklərinin faşist Almaniyası tərəfindən işğalı təhlükəsi ilə əlaqədar Amerika Birləşmiş Ştatlarının təklifi ilə müzakirə olunmuş və qəbul edilmişdir. 1940-cı il Havana aktında qeyd olunurdu ki, Amerika kontingentindəki Avropa mülkləri üçün təhlükə yaranarsa, "istənilən Amerika ölkəsi bu mülklərin müdafiəsini tələb etmək"hüququna malikdır, sonra isə bu mülklərin idarəçiliyi məsələsinə baxıla bilər. Havana aktı Amerika Birləşmiş Ştatlarına Amerikadakı Avropa mülklərinə münasibətdə birtərəfli qaydada hərəkət etmək imkanı verirdi. == Mənbə == Гонионский С. А. «Латинская Америка и США. 1939—1959 годы», Москва 1960.
Mumbaya terror aktı
Mumbaya Terror Aktı — Bombey şəhərində silsilə terror aktı. 2008-ci ilin 26 noyabrından 29 noyabra qədər Hindistanın Mumbay şəhərində baş vermişdir. == Haqqında == Fərziyyələrə görə, islam terror təşkilatı "Dəkkan Mücahəddin" ( təşkilat əvvələr naməlum idi, Əl-Qaidə təşkilatı ilə əlaqəli ola bilər) bir neçə mobil qruplarla güclü hücum etdilər.Qruplardan biri Viktoriya dəmiryol vagzal binasında avtomat Kalaşnikovdan aramsız atəş açdı. Digər iki qrup Hindistan qapılarının əks tərəfində " Tac Mahal " və "Oberoy" otellərində əsir götürdülər.(ing. Obroi Trident otel), dördüncü qrup polis məntəqəsinə hücum etdi. Yeddi hücum qeydə alınmışdı ( həmçinin Leopold kafe, hospital və Nəriman adlı Yəhudi iş mərkəzi). Nəticədə 166 dinc əhalı güc strukturunun əməkdaşları həlak olmuşlar və 10 dan 9 terrorist. Həmçinin 300 dən 600 dək insan yaralanmışdır. == Terraktdan əvvəl == Yerli vaxtla saat 22:00 radələrində, 21 noyabr 2008-ci il 10 hazırlanmış terrorist: Acmal Qasab, Abu Əli, Abu Soxeb Abdul, Rəhman Çota, Fəhad Ullah, Abu Dəra İsamal Xan, Nəsir Umar, Babar İmran Akaşa, Akir Əli Xama və Badi Abdulla Rəhman Karaca şəhərini hava qayıqları ilə tərk etdilər. Onların istiqamətləri - Mumbay şəhəridir.
Suruç terror aktı
Suruç terror aktı (türk. Suruç saldırısı) - 2015-ci ilin 20 iyul tarixində Türkiyənin Şanlıurfa vilayətinin Suruç səmtində yerli vaxtla saat 12:00-da baş vermiş bombalı intihar hücumu. Terror aktı nəticəsində ən azı 31 nəfərin həlak olduğu və 100 nəfərdən çox şəxsin yaralandığı bildirilir. Hücum; Sosialist Gənclik Dərnəklər Federasiyasının üzvlərinin toplaşdığı Amara Mədəniyyət Mərkəzinin baxçasında 300 nəfərlik qrupa qarşı həyata keçirilmişdir. Silahlı kamikadze özünü SGDF olaraq tanınan sol yönümlü qrupun uzun müddətdir ki, İraq Şam İslam Dövləti terror təşkilatı tərəfindən mühasirədə saxlanılan Kobani şəhərinin yenidən bərpa edilməsi ilə bağlı çıxış edərkən partlatmışdır. Əsas ehtimallar terror hücumunun İraq Şam İslam Dövləti terror təşkilatı tərəfindən həyata keçirilməsi ilə bağlıdır.
Vətəndaşlıq vəziyyəti aktı
Vətəndaşlıq vəziyyəti aktı — doğum sertifikatları, nikah lisenziyaları (və ya nikah sertifikatları) və ölüm sənədləri daxil olmaqla dövlət qurumları tərəfindən həyata keçirilən həyat hadisələrinin qeydləridir. Bəzi yurisdiksiyalarda həyati qeydlərə vətəndaş birlik və ya ailə qeydləri də daxil edilə bilər. Qeyd edək ki, yalnız həyat hadisələrinin əhəmiyyəti hökumət tərəfindən məhdudlaşdırılır; Bu məqalədəki qeydlərin idarə edilməsinin mənası həm dövlət, həm də qeyri-hökumət təşkilatları üçün tətbiq olunur. == Amerika Birləşmiş Ştatları == ABŞ-da həyati qeydlər ümumiyyətlə həm ştat həm də əyalət səviyyələrində aparılır. Birləşmiş Krallıqda və bir çox başqa ölkədə həyati qeydlər mülki qeydlərə yazılır. ABŞ-da həyati qeydlər ictimaiyyət üçün açıqdır və əksər hallarda bir dövlət qurumundakı hər kəs baxa bilər. Nüsxələri də ödənişlə tələb oluna bilər. İki növ nüsxə vardır: təsdiqlənmiş və təsdiqlənməmiş. Sertifikatlaşdırılmış nüsxələr şəxsiyyət vəsiqəsi üçün istifadə edilə bilən rəsmi nüsxələrdir, təsdiqlənməmiş nüsxələrdə isə dövlət möhürü yoxdur və əksər hallarda identifikasiya üçün istifadə edilə bilməyəcəyi qeyd olunur. Yaxın bir ailə üzvü və ya yazılı icazəsi olan birisi kimi təsdiqlənmiş bir nüsxəni kimin tələb edə biləcəyinə dair əlavə məhdudiyyətlər ola bilər.
Karaylar
Kəraimlər (kəraimcə. krım dialektində: tək. къарай, cəm. къарайлар; trakay dialektində: tək. karaj, cəm. karajlar; ivr. ‏קָרָאִים‏‎ — "kəraim", hərfən oxuyanlar) — Belarus, Litva, Krım, Qərbi Ukrayna, Polşa, ABŞ, Rusiya, Dağıstan, Türkiyə, İsrail və Rumıniyada yaşayan Yəhudi Krım Türk xalqı. == Tarixi == Kəraim xalqının və dininin adı "Bibliyanı oxumaq, öyrənmək, şöhrətləndirmək, onun davamçısı olmaq" mənasını daşıyan ərəb və qədim yəhudi sözü "kara"-dan gəlir. "Karaim" ifadəsi etnik, dil, və dini mənsubiyyəti göstərmək üçün işlənilir. Litva karaimləri nəzərdə tutulduqda bu iki ifadə üst-üstə düşür.
Marallar
Marallar (lat. Cervidae) — cütdırnaqlılar dəstəsiə aid fəsilə. 40 növə malikdir. Avrasiya, Şimali Amerika, Cənubi Amerikada yayılıb, eləcə də insanlar tərəfindən Avstraliya və Yeni Zelandiyaya gətirilib. Azərbaycan folklorunda adı ən çox hallanan heyvanlar arasında maral sözsüz ki, birincilər sırasındadır. Lap qədim dövrlərdən indiyə kimi həmişə insanın bu "dağlar və meşələr gözəli"nə xüsusi marağı olub. Ona görə də məişət və təsərrüfat fəaliyyətində maraldan zaman-zaman istifadə ediblər. Maralın qidalığına görə əti və südü, sənaye əhəmiyyətinə görə isə dərisi və buynuzu əvəzsiz sayılıb. Maral estetik baxımdan və mənəvi tələbatı ödəmək cəhətdən müqayisəolunmazdır. Gözəl təbiət müşahidəçisi, yazıçı-ekoloq Zaman Novruz onu bu cəhətdən belə ifadə edirdi: "Təbiətcə çox da sakit olmayan maralın görkəmindəki zəriflik, baxışlarındakı mehribanlıq, cəlbedicilik, duruşundakı vüqar, əzəmət və incəlik onu gözəllik rəmzi kimi dilə-dişə salmış, adı nağıllara, dastanlara, şeirlərə düşmüş, neçə-neçə maral ünvanlı əfsanə yaranmışdır".
Qaraylar
Qarayilər, Gəraylılər, Qaraylar, Qara Tatarlar və ya Karayitlər(fars. قرایی ها،گرایلی ها‎) İranda yaşayan Türk soylu xalqlardandır.Qəraylərin çoxu Rəzavi Xorasan ostanının Türbət Heydəriyə şəhərində sakindirlər.Bu şəhəri İshaq xan Qarayi təsis edib. Qarayilər həm də Rəzavi Xorasan ostanının Türbət Cam şəhərində, Kirman ostanının Sircan və Bərdsir şəhərlərində və Qaşqayların arasında da yaşayırlar və Qaşqay elinin oymaqlarının birini təşkil edirlər. == Tarixçə == XII əsrdə Qəraylər Monqolustanın Qaraqum məntəqəsin işğal etdilər amma sonra Monqollar onları məğlub etdilər. Monqolların qələbəsindən sonra iki qrupa bölündülər.Bir qrup ərazilərin öz ata-baba torpaqlarında saxladılar Digər qrup Hülaku xan ilə İran və Azərbaycanı fəth etmək üçün əməkdaşlıq etdilər.Monqulların hakimiyyətinin tənəzzülündən sonra Türkiyə hicrət etdilər. 14-cü əsrdə Əmir Teymur 40000 Qarayi ailəsin Türkiyədən Səmərqənddə köçürdü ki onlardan 12000 ailə Xorasana getdilər. 16-cı əsrdə Səfəvilər dövləti onların bir qismin Hərat və Mərvdə sakinləşdirdi. Amma sonra bu qəbilər Məşhədin cənubuna qayıtdılar.18-ci əsrdə Nadir şah Əfşar, Xorasanın şərqin onlara verdi və Türbət Heydəriyə onların mərkəzi oldu.Qacarlar dövründə onlar müstəqilliklərini mərkəzi hökumətdən saxlamışdırlar amma Abbas mirzə Qovanlı-Qacar, onların liderləri Məhəmməd xanı həbs edəndən sonra Qarayilərin müstəqillikləri və Türbət Heydəriyədə ki hakimiyyətləri sona çatdı və Qacar şahları və şahzadələri məntəqənin hakimiyyətin ələ aldılar və ondan sonra Qarayi elinin liderləri bütün 19-cu əsrin boyunda məntəqənin Qacar hökmdarının vəziri və müavini kimi oldular.Məhəmməd xan Təbrizdə bir hörmətli məhbus kimi şəxsi evində yaşadı və sonra orada da vəfat etdi. == Dil və Məzhəb == Qarayilər əski zamanlarda kamilən Türk dilli xalqlardan idilər və dinləri Şamanizm, Yəhudilik, Xristianlıq və İslam idi. Hal-hazırda İrandakı Qarayilərin əksəriyyəti Fars dilli və Bəluc dilli olublar və çox azı Türk dilində danışırlar, və əksəriyyətinin dini İslam və şiə məzhəbidir.
Qaraşlar
Qaraşlar — Azərbaycan Respublikasının Ağdam rayonunun Sırxavənd kənd inzibati ərazi dairəsində kənd. == Tarix == Kənd Ağdərə rayonunun tərkibində olub. 1992-ci Ağdərə rayonu ləğv edilib ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra kənd Ağdam rayonunun ərazisinə düşüb. Erməni silahlı qüvvələri tərəfindən işğalı altındadır.
Sarallar
Sarallar — Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeliyində kənd. == Tarixi == Qarapapaqlar bugünkü Azərbaycan türklərinin əsas hissəsini təşkil edir. Qafqaza ilk dəfə XI əsrdə ayaq basan Qıpcaqların soyundan olan bu boy, Gürcü Çarının dəvəti ilə burada yaşamağa başlamışdır. Sonrakı illərdə daim Oğuzlarla savaş şəraitində yaşamış, bir neçə əsr içində onlarla qarışmışdır. Azərbaycanda qurulan Ağqoyunlu, Qaraqoyunlu, Səfəvi dövlətlərinin tərkibində yer alıb. XVI əsrdən etibarən formalaşan Azərbaycan xalqının özəyini təşkil edib. XIX əsrdə rus çarizminə qarşı mübarizə aparan qaçaqların bir çoxu Qarapapaq tayfasından çıxmışdir. XX əsrin əvvəllərində Qarapapaqlar, təkbaşına təşkilatlanaraq erməni daşnaqlarına və rus işğalçılarına qarşı müharibə aparmış. Nəticədə, Cənub-Qərbi Qafqaz Türk Cumhuriyyətini qurmuşlar. Daha sonra ləğv olunaraq Azərbaycan Demokratik Respublikasinin terkibinə qatılmışdır!
Tatarlar
Tatarlar (öz adları tatar. татарлар, tatarlar) (digər adları: Qazan / Kazan tatarları, Volqa tatarları, Volqaboyu tatarları) ― türk xalqlarından biri. Əsasən Rusiyanın Avropa hissəsinin mərkəzi vilayətlərində — xüsusilə Tatarıstan Respublikasında, Volqaboyu və Uralətrafı ərazilərdə — və Rusiyanın digər bölgələrində (məsələn Sibirdə) və şəhərlərində, ondan başqa həmçinin Qazaxıstanda və digər Orta Asiya ölkələrində, Çinin Sintszyan Uyğur Muxtar Rayonunda (tarixi Şərqi Türkistan bölgəsi) yaşayırlar. Keçmiş SSRİ-nin bir çox bölgələrində milli icmaları vardır. Danışdıqları tatar dili, türk dilləri ailəsinin qıpçaq dilləri qoluna daxildir. Keçmişdə İdil (Volqa) Bulqar dövləti və Qazan xanlığı kimi dövlətləri olub, lakin 1552-ci ildə Rus Çarlığı tərəfindən Qazan xanlığı və onun paytaxtı Qazan şəhərinin işğalı və xanlığın darmadağın edilməsindən bəri Rusiyanın tərkib hissəsi olublar. == Adlanmaları == === İndiki tatarlar === Tatarların hazırda özlərini "tatarlar" (татарлар) adlandırmalarına, və başqaları tərəfindən də məhz tatar olaraq adlanmalarına baxmayaraq, keçmişdə (təxminən 19-cu əsrədək) onlar özlərini aşağıdakı adlarla adlandırırdılar: "Möselmannar" (мөселманнар), yəni "müsəlmanlar" (Qeyd: təxminən azərbaycanlıların özlərini keçmişdə bəzən sadəcə "müsəlman" adlandırmaları kimi)"Qazanlılar" (казанлылар), yəni "Qazan şəhəri / Qazan xanlığı sakinləri, qazanlılar" "Bulğarlar" (булгарлар), yəni "bulqarlar" (Qeyd: müasir slavyan xalqı olan bolqarlarla səhv salınmamalıdır) "Törklər" (төркләр), yəni "türklər" (Qeyd: təxminən azərbaycanlıların özlərini vaxtilə əsasən "türklər" adlandırmaları kimi; Anadolu/Türkiyə türkləri ilə səhv salınmamalıdır) (bu ad bəzən həmçinin başqırdlara da şamil olunurdu) === "Tatar" adı === Rusiya İmperiyası zamanı ruslar imperiya ərazisindəki bütün türk xalqlarını (o cümlədən azərbaycanlıları da) öz aralarında və rusdilli rəsmi sənədlərdə "tatar" (elmi ədəbiyyatda bəzən "türk-tatar") adıyla qeyd edirdilər. Bununla belə, ruslar bu sözü bir çox türk xalqının adlanmasında da istifadəyə yeritdilər. "Tatar" adını ruslar həmin zamanlarda azərbaycanlılara (Закавказские татары, yəni "Zaqafqaziya/Cənubi Qafqaz tatarları"; və ya Адербейджанские татары, yəni "Aderbeydjan/Azərbaycan tatarları"), qumuqlara (Дагестанские татары, yəni "Dağıstan tatarları"), noqaylara (Ногайские татары, yəni "noqay tatarları"), qaraçaylılar ilə balkarlara (Горские татары, yəni "dağlı tatarlar"), altaylılara (Алтайские татары, yəni "Altay tatarları"), xakaslara (Абаканские татары, yəni "Abakan tatarları"; Минусинские татары, yəni "Minusinsk tatarları"; Енисейские татары, yəni "Yenisey tatarları"; Áчинские татары, yəni "Aça tatarları"(bölgədəki Aça çayının adından)), şorlara (Кузнецкие татары, yəni "Kuznetsk tatarları"), çulımlar'a (Чулымские татары, yəni "Çulım tatarları"), və bir neçə digər türk xalqlarına şamil edirdilər (nadir hallarda isə "tatar" qavramı hətta qeyri-türk toplumları üçün də istifadə edilə bilərdi, məsələn monqoldilli xalqlardan biri olan buryatlar üçün "братские татары" (yəni "brat tatarları" ["brat" sözü burada "buryat" adının rus dilindəki köhnə yazılışını əks etdirir]) ifadəsi istifadə olunurdu. Belə şəkildə də indiki zamanda sadə dillə "tatar" adlanan, Tatarıstanın əsas əhalisi olan tatarları ruslar "Volqa tatarları" (волжские татары), "Volqaboyu tatarları" (приволжские татары), "Qazan/Kazan tatarları" (Казанские татары) kimi ifadələrlə adlandırırdılar.
Saraylar
Saray — Saray böyük iqamətgahdır, xüsusən də kral iqamətgahı və ya dövlət başçısının və ya yepiskop və ya arxiyepiskop kimi digər yüksək vəzifəli şəxslərin evidir. Bu söz Romada İmperator iqamətgahlarının yerləşdiyi Palatine təpəsinin Latın adı palatiumdan götürülüb. == Etimologiya == Saray sözü qədim fransızca palais (imperator iqamətgahı), Romanın yeddi təpəsindən birinin adı olan Latın Palatium sözündən gəlir. Palatin təpəsindəki orijinal "saraylar" imperiya hakimiyyətinin oturacağı, Kapitoliya təpəsindəki "kapitol" isə Romanın dini nüvəsi idi. Şəhər yeddi təpəyə qədər böyüdükdən çox sonra Palatine arzu olunan yaşayış sahəsi olaraq qaldı. İmperator Sezar Avqust orada, yalnız Senat tərəfindən verilən zəfər əlaməti olaraq ön qapının yanında əkilmiş iki dəfnə ağacı ilə qonşularından ayrılan məqsədyönlü təvazökar bir evdə yaşayırdı. Onun övladları, xüsusən də Neron "Domus Aurea" (Qızıl Ev) ilə binanı və onun ərazisini təpənin zirvəsinə qalxana qədər dəfələrlə genişləndirdilər. Palatium sözü təpənin üstündəki məhəllə deyil, imperatorun iqamətgahı mənasına gəldi. "Hökumət" mənasını verən saray, Paul Deacon-un c yazısında qeyd edilə bilər. AD 790 və 660-cı illərin hadisələrini təsvir edir: "Qrimuald Beneventuma yola düşərkən sarayını Lupusa həvalə etdi" (Historia Langobardorum, V.xvii).
Aratlar
Aratlar (monqolca ard — əməkçi, xalq) — Monqolustanda əməkçi maldar kəndlilər. Aratlar feodalların istismar etdiyi təhkimli kəndlilər idi. Aratlar üç qrupa, yəni silkə bölünürdü: Albatu, inabinar, xamçilqa. 1921-ci il Monqolustan inqilabında aratlar həlledici rol oynamışdılar. Monqolustan Xalq Respublikasında aratlar fəhlə sinfi və əməkçı ziyalılarla birlikdə sosializm quran azad sinfə çevrilmişdir. Onlar kənd təsərrüfatı kooperativlərində birləşmişdilər. Tıvadakı kəndlilər də aratlar adlanır.
Maaflar
Məaflar — Azərbaycan xanlıqlarında seçkin zümrələrdən biri, ictimai asayiş qoruyucuları. Məaf ərəbcə vergidən azad olunmuş anlamındadır. Məaf terminin türkcə sinonimi tarxandır. == Tarixşünaslıqda məaflar haqqında fərqli mülahizələr == Bir çox tədqiqatçılar maafları feodal sinfinə aid edirdilər. Məsələn, Azərbaycan kəndinin istər çar Rusiyası işğalından əvvəlki, istərsə də sonrakı dövrünün tarixini tədqiq edən Ə.Ubaydulin maafları feodal sinfinə aid edərək yazırdı: «Feodal pilləsinin ən aşağı mərhələsində maaflar dayanırdılar. Onları Azərbaycanın bəzi yerlərində tərxan da adlandırırlar». İ.P.Petruşevski isə maafları kəndlilər sinfinə daxil edir: «XVIII əsr Azərbaycan kəndliləri içərisində eyni cür hüququ olmayan bir neçə qrup var idi. Onlardan, ilk növbədə, maafları qeyd etməliyik». Digər bir əsərində isə İ.P.Petruşevski maafları feodal sinfinə aid edir: «Öz ictimai vəziyyətlərinə görə bəylərdən və bəzi köçərilərdən aşağıda duran, öz vilayətlərində hərbi qulluqda və feodal dəstələrində (çərik) olmaqdan başqa torpaq sahiblərinə heç bir vergi verməyən və mükəlləfiyyət daşımayan kiçik torpaq sahibləri maaflar adlanırdılar». Ümumiyyətlə, qafqazşünasların əsərlərində, mənbələrdə, bu məsələyə baxışda fərqli fikirlər mövcuddur.
Parflar
Parflar — Parflar mürəkkəb etnogenezisə mənsubdurlar. == Etnogenez == Antik dövrdə Mərkəzi Asiyanın çöllərində parf adlı tayfa köç edirdi. Bu tayfa bəzi qaynaqlarda Daxa adlanırdı. Təqribən eradan əvvəl III əsrdə bu tayfanın bəzi qolları daxlar adı altında birləşdilər. Daxların aparıcı tayfası parna adlanırdı. Parna tayfasından məşhur Parfiya şahları I Arsak və I Tiridat çıxmışdı. Parna sonralar üç qrupa bölündü: Parflar, Parslar, Martlar. I Arsak daxları birləşdirib əyləşdirdi. Onlar qədim İran qaynaqlarında Apartik adlanan ərazidə yerləşdilər. Əkinçiliklə məşğul olmağa başladılar.
Qaralar
AzərbaycandaQaralar (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Qaralar (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd. Qaralar (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Qaralar (Tovuz) — Azərbaycanın Tovuz rayonunda kənd. Qaralar (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda kənd. Yuxarı Qaralar — Azərbaycanın İmişli rayonunda kənd. Yeni Qaralar — Azərbaycanın Ağdam rayonunda kənd.Qaralar — Oğuz rayonu ərazisində dağ.ErmənistandaQaralar (Vedibasar) — Qərbi Azərbaycanın Vedibasar mahalında kənd.
Talalar
Talalar — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd.
Yaralar
Yara — mexaniki təsirdən dəri və selikli qişaların, bədən boşluğunda yerləşən üzvlərin: ürək, ağciyər, qaraciyər, mədə-bağırsaq, böyrəklər, sidik kisəsi və s. tamlığının pozulmasıdır. Mexaniki zədə kəsici, deşici alətlərlə törənirsə və dəri tamlığı pozulursa, bu yaradır. Məsələn, qarına vurulan bıçaqla dəri tamlığı pozulur, mədənin divarında, qaraciyərin parenximasında yara törənir. Qarnın küt zədələnmələri zamanı dəri tamlığı pozulmur və yalnız dalağın zədələnməsi qanaxmaya səbəb olur, bu zaman söhbət yaradan deyil, dalağın cırılmasından getməlidir. Yaranın 3 əsas əlaməti vardır: ağrı, qanaxma, yara səthi. == Yaraların təsnifatı == Yaralar əmələgəlmə səbəblərinə, toxumaların zədələnmə xüsusiyyətinə, infeksiyalaşma ehtimalına, yara kanalının bədən boşluqlarına münasibətinə və s. görə təsnif olunur. Əmələ gəlməsinə görə bütün yaralar 2 qrupa bölünür: məqsədyönlü və təsadüfi yaralar. Məqsədyönlü yaralar — özləri də 2 qrupa bölünür: tibbi və kriminal yaralar (müharibələr, qəsd, intiqam, intihar).
Akif
Akif — Azərbaycanlı kişi adı. Akif Əlizadə — Azərbaycanın görkəmli geoloq alimi, əməkdar elm xadimi, Akif Paşa — Osmanlı dövlət adamı, şair və yazıçı. Akif Salamoğlu — mühəndis-yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Akif Ağabalayev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, I Qarabağ müharibəsinin şəhidi. Akif Bağırov — Akif NəcəfovAkif MirzəyevAkif Mirzəyev (aktyor) — aktyor.
Akita
Akita (şəhər) — Yaponiyada yerləşən şəhər. Akita (it) — Yapon işçi it növü. Akita prefekturası — Yaponiyada yerləşən prefektura.
Avit
Mark Mesili Flavi Eparxi Avit (rus. Marcus Maecilius Flavius Eparchius Avitus), Roma tarixşünaslığında daha çox Avit kimi tanınır (395, Klermon-Feran – 457) — 455–456-cı illərdə Qərbi Roma imperatoru. 455-ci ildə Petroni Maksim vəfat etdikdən sonra Şimali Afrikada məskunlaşan vandallara qarşı mübarizəyə rəhbərlik etmək üçün vestqotlar tərəfindən imperator seçilmişdir. Şərqi Roma imperiyasından kömək ala bilmədiyi üçün 456-cı ildə vestqotlar tərəfindən taxtdan salınmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Sidonius Apollinaris, Panegyric for Avitus Hydatius, Chronicle John of Antioch, Chronicle Jones, Arnold Hugh Martin, John Robert Martindale, John Morris, "Eparchius Avitus 5", Prosopography of the Later Roman Empire, Volume 2, Cambridge University Press, 1992, ISBN 0-521-20159-4, pp. 196–198. Mathisen, Ralph W., "Avitus (9/10 July 455 – 17/18 October 456)", De Imperatoribus Romanis Max, Gerald E., Political Intrigue During the Reigns of the Western Roman Emperors Avitus and Majorian, Historia, 1979, pp. 225–237. Randers-Pehrson, Justine Davis. "Barbarians and Romans: The Birth Struggle of Europe, A.D. 400–700".
Azərbaycanda tatarlar
Azərbaycan Respublikasında tatarlar — Azərbaycan Respublikasında yaşayan, bu ölkənin vətəndaşı olan tatar əsilli əhali. Azərbaycan Respublikasında 2009-cu il siyahıya alınmasına görə 25 882 nəfər tatar yaşayır. Bu isə ümumi əhalinin 0,29 % təşkil edir. == İcma == Tatarlar əsasən Azərbaycanın iri şəhərlərində cəmləşmişlər:Bakı, Sumqayıt, Gəncə, Xaçmaz, Quba, İsmayıllı, Qəbələ və s. Bakı şəhərində tatar icmasının 90%-dən çoxu yerləşir. Burada 25171 nəfər tatar yaşayır. Onlar Bakı əhalisinin azərbaycan türkləri və ruslardan sonra üçüncü böyük etnik qrupdur. Azərbaycanda yaşayan tatarların bölgələr üzrə yerləşməsi: == Din və dil == Tatarlar əsasən müsəlmandırlar. İslam dininin hənəfi məzhəbində etiqat edirlər. == Cəmiyyət == Azərbaycan Respublikasında tatarlara aid icmalar: Azərbaycan Respublikasında tatarların "Tuqan Tel" cəmiyyəti (Bakı) Azərbaycan Respublikasında tatarların "Yaşlek" cəmiyyəti (Bakı) == Bayramlar == Azərbaycanda yaşayan tatarlar azərbaycanlılarla birgə Novruz, Yeni il, Qurban, Ramazan bayramı ilə yanaşı özlərinin milli bayramı olan Sabantuy bayramını da qeyd edirlər.
Qulaqsız varanlar
Qulaqsız varanlar (lat. Lanthanotidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Əsl marallar
Əsl marallar (lat. Cervinae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Əsl varanlar
Əsl varanlar (lat. Varanidae) — Pulcuqlular dəstəsinə aid fəsilə.
Paralar (Həştrud)
Paralar (fars. پارالار‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 238 nəfər yaşayır (42 ailə).
Qaralar (Ağdərə)
Yeni Qaralar — Azərbaycan Respublikasının Ağdam rayonunun Yeni Qaralar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Prezidentinin 4 noyabr 1991-ci il tarixli, 441 saylı Fərmanı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin Mardakert rayonunda Yeni Qaralar kənd Soveti yaradılmış və Yeni Qaralar kəndi Sırxavənd kənd Sovetinin tərkibindən onun tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Yeni Qaralar kəndi Ağdam rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuş, 2020-ci il noyabrın 20-də işğaldan azad olunmuşdur. == Tarixi == Kənd Ağdərə rayonunun tərkibində olub. 1992-ci Ağdərə rayonu ləğv edilib və ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra kənd Ağdam rayonunun ərazisinə düşüb.
Qaralar (Qubadlı)
Qaralar — Azərbaycan Respublikasının Qubadlı rayonunun Qaralar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qubadlı rayonunun Qaralar kəndi Ulaşlı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qaralar kənd Soveti yaradılmışdır. == Etimologiyası == Tədqiqatçılara görə, oykonim Qara şəxs adından və -lar cəm şəkilçisindən ibarət olub, "Qaranın nəslindən olanlar" mənasını bildirir. Yerli məlumata görə, qaralar İranın Kəbirli kəndindən gəlmiş nəslin adıdır. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Əhalisi == Məhəmmədhəsən Baharlının məlumatına görə, kəndin əhalisi kürdlərdən ibarət olmuşdur. == Coğrafiyası == Kənd Yazı düzündə yerləşir.
Aki
Aki (yapon dilində 安芸国 Aki no Kuni) və yaxud Qeysyu (yap.芸州) — Yaponiyanın Honşu adasının qərbində yerləşən tarixi vilayət. Müasir dövrdə Hiroşima prefekturasının qərb hissəsini təşkil edir. Öncəki dövrlər vilayətin adı başqa iyeroqliflərlə 阿岐 yazılırdı. Müasir - 安芸 iyeroqliflərin qəbulu VII əsrdə baş vermişdir. Heyan dövrünün sonundan etibarən, Aki vilayətinin şöhrətini artıran amil, İsukusima məbədinin yerləşməsi olmuşdur. Məşhur sərkərdə Tayra no Kiyomori bu məbədə yeni binalar və dini mətn əlyazmaları hədiyyə etmişdir. İsukusima məbədi limana malik idi və vacib strateji əhəmiyyətli yer hesab olunurdu. Senqoku dönəmində Akidə Mori klanı hakim idi. 1555-ci ildə Mori Motonari İsukusima döyüşündə Sue Xaratukanı məğlub edərək, Honşu adasının bütün qərb hissəsini tamamilə əlinə keçirmişdir. Totoyami Xideyesinin öz oğlu üçün təyin etdiyi beş qəyyumdan biri olan Mori Terimoto, Sekiqahara döyüşündən öncə, İsida Misunarinin tərəfinə keçmiş və bununla da torpaqlarından çoxunu, o cümlədən də Aki vilayətini itirmişdir.
Qaralar (Saatlı)
Qaralar — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Saatlı rayonunun Varxan kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qaralar kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Əhalisi == Əhalisi təxminən 3000-3500 nəfərdir. Əhalinin tərkibi əsasən azərbaycanlılar, qismən axısqa türklərindən ibarətdir. == İqtisadiyyatı == Əsas məşğuliyyət növləri əkinçilik və heyvandarlıqdan ibarətdir.
Qaralar (Sabirabad)
Qaralar — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Qaralar (Tovuz)
Qaralar — Azərbaycan Respublikasının Tovuz rayonunun Qaralar kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim XIX əsrdə Qazax qəzasında yaşamış qaralar nəslinin adındandır. Böyük Qışlaq bölgəsinə daxil olan kiçik kəndlərdən biri də Qaralardır. XV əsrdən sonrakı nəsil şəcərəsinə söykənən söyləmələrə görə, indiki Füzuli rayonunun Qoçəhmədli kəndində bəylikdən salınmış beş qardaşın öldü-qaldısından xəbərsiz iki qardaş — Qara və Qoç Əhməd qaçıb, indiki Tovuz rayonu ərazisində Qaralar adlı kənd salır və orada məskunlaşır­lar. 1930-cu ilədək Tərtər rayonu ərazisində də Qaralar adlı kənd mövcud olmuşdur. Keçən əsrin 30-cu illərində Ermənistan ərazisində iki Qaralar kəndi, Krımın Yevpatoriya rayonunda Karallar Kıpçak kəndi qeydə alınmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Murğuz silsiləsinin ətəyində, ­Tovuz maqistral yolundan 52 kilometr aralıda yerləşir. Qışı sərt, yayı sərin keçir. Yaylaq kimi istifadə olunur.
Akif Abbasov
Akif Nurağa oğlu Abbasov (28 may 1950, Əli-Bayramlı) — Azərbaycan pedaqoqu, yazıçı, tərcüməçi, 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2000), pedaqoji elmlər doktoru (1995), professor (2004), əməkdar müəllim (2012), Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü (2009). == Həyatı == Akif Abbasov 1950-ci il mayın 28-də Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuşdur. Burada Nəriman Nərimanov adına 2 saylı orta məktəbi bitirdikdən sonra "İşıq" şəhər qəzeti redaksiyasında müxbir işləmişdir (1967–1968). M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis və Azərbaycan dilləri fakültəsində təhsil almışdır (1968–1973). Təyinatı Sabirabad rayonuna verilmiş, rayonun Şıxsalahlı və Qaragünə kənd orta məktəblərində ingilis dili müəllimi işləmişdir (1973–1975). Müsabiqə yolu ilə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun (hazırda Azərbaycan Respublikasının Təhsil İnstitutu) tərbiyənin ümumi problemləri şöbəsinə kiçik elmi işçi vəzifəsinə qəbul olunmuşdur (1975). Sonralar elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində işləmişdir (1975–2001). 2001-ci ildən həmin institutun elmi katibidir. Namizədlik (1987) və doktorluq dissertasiyaları (1995) müdafiə etmişdir. Tədqiqatları təlim və tərbiyə prosesinin optimallaşdırılmasına, didaktikanın müasir problemlərinə və s.-ə həsr olunmuşdur.
Akif Ağabalayev
Akif Ağabala oğlu Ağabalayev (d. 13 may 1974; Xaçmaz, Azərbaycan - ö. 1992; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, I Qarabağ müharibəsinin şəhidi. == Həyatı və hərbi xidməti == Akif Ağabalayev 1974-cü il 13 mayda Xaçmaz şəhərində anadan olub. 1992-ci ildə hərbi xidmətə yollanan Akif Ağabalayev, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri qismində I Qarabağ müharibəsinin bir sıra döyüşlərinə qatıldı. O, 1992-ci ildə şəhid oldu. Əsgər Akif Ağabalayev, Xaçmaz şəhərində dəfn olunub.
Akif Ağatalıbov
Akif Ağatalıbov — "Tərəqqi" medalı laureatı, Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzi Assosiasiyasının sədri. == Həyatı == Akif Ağatalıbov 1957-ci ildə iyulun 18-də Bakı şəhərində anadan olub. 2010-cu ildə avqustun 6-da Özbəkistan Respublikasında Azərbaycan Mədəniyyət Mərkəzi Assosiasiyasının sədri təyin edilib. == Mükafatları == "Özbəkistan Respublikasının müstəqilliyinin 15-ci ildönümü" ilə əlaqədar yubiley medalı, 2011-ci il iyulun 4-də isə Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
Akif Ağayev
Akiv Ağayev - fotoqraf, fotojurnalist. == Həyatı == Akif Ağayev 3 May 1946-cı il, Bakı şəhərində anadan olmuşdur. 1963-cü ildə, orta məktəbi bitirdikdən sonra o M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutun filologiya fakultəsinə daxil olmuşdur. Axırıncı kursda oxuyarkən "Bakı" qəzetində ştatdankənar fotomüxbir kimi çalışmışdır. İnstitutu bitirdikdən dərhal sonra, 1968-ci ildə o "Bakı" qəzetinin "Mədəniyyət və İncəsənət" şöbəsinin müdiri vəzifəsinə qəbul olunmuşdur. Bu qəzetin ən populyar rubrikalarından biri olan "Axtarışlar və tapıntılar" silsiləsinin yaradılması ideyası məhz ona məxsus idi. Həmin illərdə o Bakı şəhərinin, Azərbaycanın tarixi, memarlıq abidələri haqqında, tanınmış mədəniyyət xadimləri, təzə-təzə yazmağa başlayan, hal-hazırda isə bütün dünyada tanılan istedadlı yazıçılar, müğənnilər haqqında məqalələr yazardı və bu məqalələri öz cəkdiyi fotoqrafiyalarla müşaiət edərdi. Elə məhz bu silsilə məqalələrinə görə Azərbaycan Jurnalistlər Birliyi Akif Ağayevi "Qızıl qələm" mükafatı ilə təltif etdi. 1976-cı ildə o APN-nin (Aqenstvo Peçati Novosti) Azərbaycan bölməsinin rəhbəri vəzifəsinə təyin edilmişdir. 1984-cü ildən Akif Ağayev Qafqaz Müsəlmanları İdarəsinin informasiya şöbəsinə rəhbərlik etmişdir.
Akif Aşırlı
Akif Abduləzim oğlu Vəliyev (Aşırlı) (15 fevral 1969, Daş Salahlı, Qazax rayonu) — Azərbaycan Respublikasının Əməkdar jurnalisti, tarix üzrə fəlsəfə doktoru, "Şərq" qəzetinin təsisçisi və baş redaktoru, "Tərəqqi" və "Azərbaycan Xalq Cümhuriyyəti-100" medalı laureatı == Həyatı == Akif Aşırlı 1969-cu il fevralın 15-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 1986-cı ildə Daş Salahlı kənd 1 saylı orta məktəbini bitirib. 1988–1990-cı illərdə keçmiş SSRİ ordusunda hərbi xidmətdə olub. 1998-ci ildə BDU-nun tarix fakültəsini bitirib. BDU-da təhsil aldığı illərdə paralel olaraq Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunda oxuyub. 2005-ci ildə "Təfəkkür" Universitetində jurnalist ixtisası üzrə magistr dərəcəsi alıb. 1993-cü ildə ABŞ-nin rəsmi dövlət agentliyi YUSİA-nın dəvəti ilə bu ölkədə olub. 2005-ci ildə İsveçin Stokholm şəhərində keçirilən Dünya Azərbaycanlıları Konqresində Məclis üzvü və məclis katibi seçilib. 2007-ci ilə qədər bu vəzifəni icra edib. Bir qrup ziyalı ilə birgə 1918–1920-ci illərdə fəaliyyət göstərən Azərbaycan Türk Ocağı təşkilatını barpa edib.
Akif Bakıxanov
Akif Bakıxanov (1933, Bakı – 2020, Bakı) — musiqiçi. == Həyatı == Bakıxanov Akif Məmmədxan oğlu 1933-cü ildə Bakı şəhərində musiqiçi ailəsində anadan olub. Məşhur Bakıxanovlar ailəsinin yaxın dostu dahi bəstəkar Üzeyir Hacıbəyovun məsləhəti və təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki (indiki Bülbül adına Orta İxtisas Musiqi Məktəbi, 1940-cı il) 10 illik musiqi məktəbinin skripka sinfinə qəbul olunur. Onun ixtisas müəllimi Üzeyir Hacıbəyovun dəvəti ilə Xarkov şəhərindən Bakıya gələrək, Azərbaycan Dövlət Konservatoriyasında skripka sinfi üzrə müəllim işləyən Nison İliç Simberov olub. Görkəmli incəsənət xadimlərimizdən Ə.Bədəlbəyli, C.Hacıyev, Ç.Hacıbəyov, Ə.Həsənov, T.Bakıxanov və başqaları onun yetirmələridir. Akif Bakıxanov bir solist kimi görkəmli bəstəkar Qara Qarayevə həsr etdiyi viola ilə simfonik orkestr üçün "Konsert-vokaliz"i müvəffəqiyyətlə ifa edib və həmin ifa hazırda qızıl fondda saxlanılır. A.Bakıxanov rus, Qərbi Avropa bəstəkarları ilə yanaşı, Azərbaycan bəstəkarlarının kamera-instrumental əsərlərini də ifaçılıq proqramına daxil edib. Tofiq Bakıxanovun viola və fortepiano üçün 1 saylı sonatasının və bəstəkarın "Elegiya" əsərinin ifaçısıdır. 1950-ci ildə o, Azərbaycan Dövlət Konservatoriyasına viola üzrə dosent Qrosmanın sinfinə təyin olunur və 1955-ci ildə oranı əla qiymətlərlə bitirir. Oxuduğu dövrdə müxtəlif proqramlarla tez-tez uğurlu çıxışları olur.
Akif Bağırov
Akif Məmməd oğlu Bağırov (27 oktyabr 1959, Şahbuz rayonu) — Azərbaycan həkimi, uroloqu, tibb elmləri doktoru, professoru. == Həyatı == Akif Bağırov 27 oktyabr 1959-cu ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Nurs kəndində müəllim ailəsində anadan olmuşdur. 1976-cı ildə orta məktəbi bitirib indiki Azərbaycan Tibb Universitetinə qəbul olunmuş, 1982-ci ildə Universiteti adlı təqaüdlə bitirib. 1983-cü ilin sentyabrında elmi şuranın qərarı ilə Universitetin Urologiya kafedrasında baş laborant vəzifəsində işə başlamış, 1986-cı ildə kafedranın assistenti, 1998-ci ildə dosenti, 2018-ci ildə professoru seçilmişdir. 1990-cı ildə Moskva Vilayət Elmi-Tədqiqat İnstitutunda namizədlik dissertasiyasını müdafiə etmiş, 1993-1997-ci illərdə Azərbaycan Tibb Universitetinin göndərişi ilə İstanbul Universiteti Cərrahpaşa Tibb fakultəsində renal transplantastiya üzrə doktoranturada olmuşdur. 2000-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş və 2001-ci ildə tibb elmləri doktoru elmi dərəcəsi almışdır. 1997-ci ildən başlayaraq klinik fəaliyyətimdə bir çox müasir və yeni cərrahi müalicə üsullarının Azərbaycanda tətbiq edilməsində fəal iştirak etmişdir. Böyrəkköçürmə, radikal uroonkologiya və rekonstruktiv əməliyyatların tətbiqinə nail olmuşdur. Hazırda bu sahədə fəaliyyətini ATU-nun cərrahi klinikasında davam etdirir. Azərbaycan, türk, rus və ingilis dillərində müxtəlif ölkələrdə nəşr olunmuş 94 elmi məqalənin, 2 metodik dərs vəsaiti, 5 kitabın, 1 elmi ixtiranın müəllifidir.
Akif Bəşirov
Akif Vahid oğlu Bəşirov (8 noyabr 1988, Soyuqbulaq, Ağstafa rayonu – 3 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Akif Bəşirov 1988-ci il noyabrın 8-də Ağstafa rayonunun Soyuqbulaq qəsəbəsində dünyaya göz açıb. 1995–2006-cı illərdə M. Omarov adına Soyuqbulaq qəsəbə tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Akif Bəşirov 2007–2008-ci illərdə Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Akif Bəşirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Akif Bəşirov oktyabrın 3-də Madagizin azad edilməsi zamanı snayper gülləsinə tuş gələrək şəhid olub. Ağstafa rayonunun Soyuqbulaq qəsəbəsindı dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Akif Bəşirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Akif Bəşirov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Akif Bəşirov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Akim (vəzifə)
Akim (qaz. әкім, qırğ. аким) — Qazaxıstan və Qırğızıstanda yerli dövlət hakimiyyəti orqanının başçısı. Akim ölkə prezidentinin rəsmi nümayəndəsidir. == Qazaxıstanda Akim == Qazaxıstanda bələdiyyə başçısı respublika prezidentinin və hökumətinin nümayəndəsi olan (bölgənin, respublika əhəmiyyətli şəhərlərin və ya paytaxtın, bölgənin rayonları və bölgənin kənd rayonlarının rəhbərliyi) rəhbərliyin rəhbəridir. Ölkənin bütün bələdiyyə sədrlərinin (rayon əhəmiyyətli şəhərlər, kənd rayonları, qəsəbə və kəndlər) 91% -i dolayı səsvermə yolu ilə seçilir. Bölgələrin, respublika əhəmiyyətli şəhərlərin və paytaxtın rəhbərləri Qazaxıstan Baş nazirinin təklifi ilə Prezident tərəfindən təyin edilir. 2013-cü ildən bu yana Qazaxıstan Respublikasının kənd əhəmiyyətli bir hissəsi olmayan kənd şəhərləri, kənd bölgələri, qəsəbə və kəndlərinin rəhbərləri dolayı seçkilər yolu ilə dörd il müddətinə seçilirlər. Seçicilər müvafiq bölgənin məsləhət müavinləridir. 2018-ci ildə yerli özünüidarəetmənin inkişafı konsepsiyası çərçivəsində rayon və rayon əhəmiyyətli şəhərlərin bələdiyyə sədrləri seçkilərinin tətbiq olunmasının məqsədəuyğunluğu məsələsinin hazırlanması nəzərdə tutulmuşdur.
Akim Abbasov
Akim Əli oğlu Abbasov (25 may 1911, Zəngəzur – 27 fevral 1992, Bakı) — sovet hərbi və dövlət xadimi, general-mayor (1957), İkinci Dünya müharibəsinin iştirakçısı, Azərbaycan SSR Ali Sovetinin deputatı. == Həyatı == Akim Abbasov 25 may 1911-ci ildə Zəngəzur qəzasının Ərikli kəndində anadan olmuşdur. 1918-ci ildə 7 yaşlı Akim Abbasov anasını itirir və 1920-ci ildə ailə Babək rayonunun Nəzərabad kəndinə köçür amma həmin il Akim Abbasovun atasıda vəfat edir. Bu səbəblərdən o 1923-cü ilə gədər dayısı Ələkbər Ələkbərovun himayəsində böyümüşdür. Naxçıvanda olarkən 1923-cü ildə 3 saylı Zəhmət məktəbinin uşaq evinə köçürülmüş və oradada təhsilini bitirmişdir. 1927-ci ildə Fəhlə-Kəndli Qızıl Ordusunun Zaqafqaziya hərbi hazırlıq məktəbinə daxil olmuşdur. Məktəbi bitirdikdən sonra 1930-cu ilin may ayında təhsilini davam etdirmək üçün Tbilisiyə, Zaqafqaziya quru qoşunlarının hərbi kurslarına yollanır və Bolşeviklərin Ümumsovet Kommunist Partiyasının üzvü olur. 1932-ci ildə 77-ci dağ-atıcı taqımının komandiri təyin edilir. Bir müddətdən sonra isə 4-cü dağ-atıcı alayının komandiri təyin olunur. Daha sonra 76-cı atıcı diviziyanın əməliyyat şöbəsinin qərargah rəisi təyin olunur.
Akim Cemilyev
Akim Əbdürrəhman oğlu Cemilyev (krımtat. Akim Abdurahman oğlu Cemilev, Аким Абдурахман огълу Джемилев; 9 may 1918 – 11 dekabr 2001, Simferopol) — Krım Tatar xoreoqrafı, rəqqası və ictimai xadimi. Krım tatarların milli hərəkatının fəal üzvü. Böyük Vətən müharibəsi iştirakşısı. Ukraynanın əməkdar artisti (1994). == Həyatı == 9 may 1918-ci ildə Küçük-Uzən kəndində anadan olub. 1933-cü ildə atası, kənd sovetinin sədri, Simferopolda Qujtransportun müdiri vəzifəsinə gətirildi. Akim fabrik məktəbinə daxil oldu və eyni zamanda istehlakçı kooperasiya klubunun rəqs ansamblına qoşuldu. Müasir krım tatar xoreoqrafiyasının banisi Hüseyn Baqqalın şagirdi olub.1936-cı ildə Krım Tatar Opera və Balet Teatrının Krım Dövlət Rəqs Ansamblının solisti oldu. Krım tatar rəqsləri - "Ağır-ava", "Çoban-oyunu", "Haitarma" və SSRİ-nin müxtəlif xalqlarının rəqslərini ifa etmişdir.
Akim Latifu
Akim Latifu (16 noyabr 1989) — Zirə FK klubunda müdafiəçi kimi çıxış etmiş Nigeriyalı peşəkar futbolçudur.
Akim Muxtarlı
Akim Muxtarlı – (10 sentyabr 1949, Sisian, Ermənistan SSR — 26 may 2017, Bakı, Azərbaycan) Cərrah-travmatoloq,tibb elmləri üzrə fəlsəfə doktoru. == Həyatı və Fəaliyyəti == Akim Muxtarlı 10 sentyabr 1949-cu ildə Qərbi Azərbaycanın Sisian (keçmiş Qarakilsə) şəhərinin Comərdli kəndində anadan olub. 1976-cı ildə N.Nərimanov adına ADTU-i Uşaq cərrahı ixtisası ilə bitirmişdir. İlk əvvəl Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasında uşaq cərrahı, Bakı-Almaniya hərbi hospitalında cərrah-travmatoloq, Bakıda Tibb Universitetinin M.Nağıyev adına Təcili tibbi yardım xəstəxanasında cərrahı xəstəliklər kafedrasında müəllim cərrah və İran İslam Respublikasında cərrah-travmatoloq və ginekoloq vəzifələrində çalışmışdır. Akim Muxtarlı Azərbaycan tibb sahəsinə yeni üsullarını gətirərək yeniliklər etmişdir. Özü tərəfindən ixtira edilmiş, dünyada bərabəri olmayan, ultra səs aparatı vasitəsi ilə bir çox xəstəliklər — o cümlədən öd daşları, mədə xorası, bağırsaq xəstəlikləri, hemikoloektamiya, çat, siviş, uşağlığın fibroması, borunun və yumurtalığların xəstəlikləri, kriptarxizm, sünnət, bədxassəli şişlər, dəbəliklər, uşaq serebral iflici, mioteapiya ,meningit, onurğa, oynaq ağrıları və s. kimi xəstəliklərin müalicəsi təmin edilmişdir. Akim Muxtarlının müalicə metodları əsasən xalq təbabətində bitkilərdən alınan dəmləmələri,lasiyonlar,antiseptiklər, arı məhsullarına, gümüş suyuna əsaslanırdı. Alimin elmi işləri, elmi təqdiqatları və müalicə üsulları İran, Rusiya, Türkiyə, Amerika, Almaniya, İsrail və başqa ölkələrdə böyük maraqla qarşılanmışdır. O, dəfələrlə ölkəmizdə və xarici ölkələrdə elmi-konfranslarda iştirak etmiş, bir sıra xəstəxanalar və elmi instutlarla əməkdaşlıq etmişdir.
Akita (it)
Akita — Yapon işçi it növü, əsasən ailə keşikçisi kimi və ov üçün istifadə edilir. == Ümumi məlumat == Akitanın əcdadları uzaq keçmişə söykənir, və bu it hələ də Yaponyada öz mənəvi əhəmiyyətini saxlayır. 1931-ci ildə Yapon hökuməti bu cinsi milli xəzinə kimi təyin etmişdir. Akitaların heykəlləri uşaq doğumunda və ya bir kəs xəstə olanda hədiyyə edilir. Mülkiyyəti əvvəllər krallar və güc sahibi zadəganlarla məhdudlaşdırılmış bu itlər qidalandırılması və qayğısı xüsusi təlimatlar əsasında aparılır və bu itlərə müraciət etdikdə xüsusi lüğətlərdən istifadə edilir. 17-ci əsrdən Akitalar Şimali Yaponiyanın dağlarında vəhşi heyvan və quşları ovlamaq üçün istifadə edilirdi. Hazırda bu itlər polis və mühafizə işlərində təlim keçirilərək istifadə edilir. Akitalar 20-ci əsirin ikinci yarısından başlayaraq populyarlaşmışdır. == Xüsusiyyələri == Akita böyük və güclü olub, iri başlı, geniş əzələli, geniş və qara burunlu olurlar. Qulaqları səciyyəvi olaraq başına nisbətdə kiçik, cüzi gözlərə tərəf yönəlmiş, dik olur.
Akita (şəhər)
Akita (yap. 秋田市) — Yaponiyanın Tohoku regionunun Akita prefekturasının eyniadlı paytaxtı.
Akita prefekturası
Akita prefekturası (yap. 秋田県 Akita ken) — Yaponiyanın Honşu adasında yerləşən Tohoku regionunda prefektura. Prefekturanın inzibati mərkəzi Akita şəhəridir.
Akiu şəlaləsi
Akiu şəlaləsi (秋保大滝, Akiu Ōtaki) – Yaponiyanın Miyaqi prefekturasının Senday şəhərinin Tayhaku rayonunda yerləşən şəlalə. Yaponiya Ətraf Mühit Nazirliyi tərəfindən 1990-cı ildə nəşr olunmuş "Yaponiyanın Top-100 şəlaləsi" siyahısına daxildir. Mənzərəli Gözəllik Yeri statusuna malikdir.
Amit Quluzadə
Amit Quluzadə — Larrisa FK oyunçusu. == Həyatı == 20 noyabr 1992-ci ildə Bakıda anadan olub. Amit peşəkar futbolçu karyerasına "Neftçi"də başlayıb. 2009-2011-ci illərdə paytaxt təmsilçisinin şərəfini qoruyan yarımmüdafiəçi 2011-2012 mövsümünü Türkiyənin "Kayseri Erciyesspor" klubunda keçirib. Quluzadə 2012-2013-cü futbol ilinin ilk yarısında Bakı təmsilçisi "Rəvan"da top qovub. 2013-cü ildə "Qəbələ" FK yarımmüdafiəçi ilə 1,5 illik müqavilə imzalayıb. 2017-ci ilin Yanvar ayında isə Yunanıstanın Larrisa FK klubu ilə 2.5 illik müqavilə imzaladı..