Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alraun
Alraun (alm. Alraune‎) — Avropa xalqlarının mifologiyasında mandraqoranın köklərində yaşayan humanoid mifik varlıqlar. Onlar aşağı dərəcəli ruhlardır. == Xüsusiyyətləri == Ümumi olaraq, onlar insanlara qarşı mehribandırlar, lakin təxribat törədə də bilərlər. Alraunlar pişiklərə, qurdlara və kiçik uşaqlara çevrilərək formasını dəyişdirə bilirlər. Onlar daha qəddar xasiyyətə malik olan, mədənlərdə və aditlərdə yaşayan koboldlara bənzəyirlər. Müasir alraunlar demonoloqlar tərəfindən mandraqoralardan insan məskənlərinə köçürülmüşdür. Onların xüsusiyyətləri poltergeystlərə oxşardır. İnsanlar evlərindən zibil çıxarıb süd içməsələr, alraunlar orada məskunlaşırlar. Odur ki, insanların alraunlardan qurtulması faktiki olaraq mümkün deyil.
Uluqun
Uluqun və ya Uluqoyun - türk və altay mifologiyasında işıq ilahisi. O, Yer üzündə işığı təmin edər. Ulukun/Ulugun (Ulu Gün) eyni zamanda novruz bayramı deməkdir və işıq, atəş ilə də əlaqəlidir.
Alison Carroll
Alison Carroll (21 may 1985, Kroydon, London) — Tomb Raider oyunu üçün seçilən İngilis modeldir.
Alison Mailyar
Alison Pill
Elison Pill (27 noyabr 1985, Toronto) — Kanada aktrisası. == Filmoqrafiyası == === Film === 2002: Perfect Pie 2003: Fast Food High 2003: Eprilin qonaqlığı 2005: Dear Wendy 2007: Dan in Real Life 2008: Milk 2010: Skott Pilqrem dünyaya qarşı 2011: Goon 2011: Portraits in Dramatic Time 2014: Cooties 2015: Zoom 2016: Yaşasın Sezar! 2017: Goon: Last of the Enforcers === Televiziya === 1998: Anatole 2006: The Book of Daniel 2012: The Newsroom 2016: The Family 2019: Devs === Telefilmlər === 1998: Degas and the Dancer 1999: Different 1999: What Katy Did 2000: Baby 2000: The Other Me 2000: Redwall: The Movie 2001: Midwives 2001: What Girls Learn 2002: The Pilot's Wife 2003: An Unexpected Love 2004: Plain Truth === Video filmlər === 2010: Scott Pilgrim vs. The World vs.
Alison Qreqorka
Alison Qreqorka (29 iyun 1985, Ann-Arbor, Miçiqan) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Alison Qreqorka, ABŞ yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Niderland yığmasına 10:11 hesabı ilə məğlub olan ABŞ yığması, XXIX Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.
Alovun səsi
Alovun səsi (ing. Voice of Fire) - Abstrakt ekspressionist və Rəngli Sahə rəssamlığının görkəmli nümayəndəsi amerikan rəssam Barnett Nyumanın məşhur əsərlərindən biri.
Aluçin (Çaroymaq)
Aluçin (fars. الوچين‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 85 nəfər yaşayır (16 ailə).
Dzosotın-Elisun
Dzosotın-Elisun, həmcinin Kurbantonqut və ya Qurbantyonqyot — Çinin sahəsinə görə ikinci böyük səhradır. Dzosotın-Elisun Cunqariyanın mərkəzində qərarlaşır. Dzosotın-Elisun monqol kökənli sozdür Qumlu səhranın sahəsi 45 000—50 000 km² təşkil edir. Ərazisinin 38 000 km² barxanlarla örtülüdür. Digər hissəsi isə gilli düzənliklərdən ibarət olub, takırlarla zəngindir. Barxanlar meridional istiqamətdə uzanlr və hündürlüyü 30 metrə çatır. Şimal hissəsədə isə hündürlük 100 metrdir. Ərazisində yovşan və saksaul biktiləri bitir. Takırların arasında yulğun bitsə də kolluqlar geniş ərazini əhatə etmir. Səhra dəvə və qoyunlar üçün otlaq rolu oynayır.
Kampimoseiulella altusus
Kampimoseiulella altusus (lat. Kampimoseiulella altusus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin kampimoseiulella cinsinə aid heyvan növü.
Typhlodromips ablusus
Kabusun gözüylə
Kabusun gözüylə — Azərbaycan və Fransanın ilk birgə layihəsi olan film. Filmin ssenari müəllifi və rejissoru Rüstəm İbrahimbəyovdur. == Mükafat və festivallar == 24-cü "Nika" kino mükafatının laureatı. "MDB və Baltik ölkələrinin ən yaxşı xarici filmi" nominasiyası — Moskva, Opera teatrı. == Heyəti == Filmin ssenari müəllifi və rejissoru Rüstəm İbrahimbəyovdur. Filmdə Mələk Abbaszadə, Şükufə Yusupova, Fatimə İbrahimbəyova, Tofiq Mirzəyev iştirak ediblər. Baş rolun ifaçısı, Marsel şəhərinin "Turski" teatrının bədii rəhbəri Rişar Martendir. == Təqdimatı == 2010-cu ildə, Milli kino günündə "Kabusun gözüylə" filminin Heydər Əliyev Sarayında təqdimatı keçirilmişdir.
Alsu
Alsu Ralifovna Abramova (Tatar dili: Rälif qızı Alsu Abramova, Rusca: Алсу́ Рали́фовна Абра́мова. Alsou (Rusca: Алсу) olaraq da tanınır) - Rusiyanın tanınmış müğənnisidir. Tatarıstan Respublikasının əməkdar artisti (2000). Tatarıstan Respublikasının xalq artisti (2010). Sülh adına YUNESKO artisti (2011). == Həyatı == Alsu 27 iyun 1983-cü ildə Tatarıstanın Bögilme bölgəsində dünyaya gəldi. Atası Ralif Rafilovich Safın zəngin bir iş adamıdır. "Lukoyl" neft şirkətinin keçmiş vitse-prezidenti idi. Rusiyanın siyasi aləmində tanınmış şəxsdir. Anası Raziye Iskhakovna bir memardır.
Jıqan ulusu
Jıqan ulusu (saxa Эдьигээн улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Jıqansk kəndidir. == Coğrafiyası == Sahəsi - 140,2 min km²-dir. Saxanın şimalında yerləşir. Şimaldan Bulun ulusu ilə, şərqdən Even-Bıtantay, cənub-şərqdən Kobyay, cənub-qərbdən Vilyoy və qərbdən Olenok ulusları ilə həmsərhəddir. === Təbii şərait === Ulus Mərkəzi Yakut yaylasında, Verxoyansk silsiləsinin ətəklərində yerləşir. Ulus Lena çayını cənubdan şimala keçir. Lenanın çoxsaylı qolları ulus ərazisindən axır - Linde, Muna. Yanvar ayının orta temperaturu −36 ... −40 °C, iyul + 14 ...
Kobyay ulusu
Kobyay ulusu (saxa Кэбээйи улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi şəhər tipli Sanqar qəsəbəsidir. == Coğrafiyası == Sahəsi — 107,8 min km²-dir. Mərkəzi Saxanın şimal hissəsində yerləşir. Şimaldan Even-Bıtantay ulusu, şimal-şərqdən Verxoyansk, şərqdən Tompon ulusu, cənubdan Ust-Aldan, Nam və Qornı ulusları ilə, qərbdən Vilyoy ilə və şimal-qərbdən Jigan ulusu ilə həmsərhəddir. === Təbii şərait === Ulusun relyefi dağlıq və düzəndir: şimalda və şimal-şərqdə Verxoyansk silsiləsi, ulusun qalan hissəsi Mərkəzi Yakut ovalığı. Yanvar ayının orta temperaturu dağlarda −36 ° C-dən, vadidə −40 ° C-yə, iyul ayı dağlarda +10 ° C-dən, vadidə +18 ° C-ə qədərdir. Yağıntının miqdarı illik olaraq düzənliklərdə 200–250 mm, dağlarda isə 500–600 mm-ə düşür. Əsas çayları: Lena (Aldan və Linda çayları) və Vilyoy. Digər çayları: Lampu.ka (uzunluğu 299 km), Lunkubey (uzunluğu 114 km), Mundalıq (103 km uzun), Balamakan (65 km).
Lena ulusu
Lena ulusu (saxa Лиэнскэй улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Lensk şəhəridir. == Coğrafiyası == Respublikanın cənub-qərbində, Prilenski yaylasının daxilində yerləşir. Rayonun ərazisi 77,0 min km²-dir. Ulus şimaldan respublikanın Mirnin, şimal-şərqdən Suntar, şərqdən Olyokmin ulusları, qərbdən və cənubdan İrkutsk vilayəti ilə həmsərhəddir. Böyük çayı: Lena çayı. Digər çayları: Vitim, Nuya, Peleduy. == Tarixi == Rayon 30 yanvar 1930-cu ildə yaranmışdır. == Əhalisi == Urbanizasiya Şəhər şəraitində (Lensk şəhəri, Vitim və Lepeduy qəsəbələri) ulus əhalisinin 87,15 % -i yaşayır. == Yerli özünü idarəetmə == Lena ulusu ərazisinə 3 şəhər və 8 kənd inzibati vahidliyinə ümumilikdə 19 yaşayış məntəqəsi daxildir.
Luson adası
Luson adası (taqal Luzon, isp. Luzón) — Filippin adaları arasında ərazisinə görə ən böyük ada. Adaların dünyada sahəsinə görə sıralamasında 15-ci yerdə gedir. Adanın sahəsi 109 964,9 km² təşkil edir. Burada 52 990 000 nəfər (2015) yaşayır. Adanın cənubunda Filippinin ən böyük iki şəhəri yerlışir: Manila və Keson. Manila ölkənin paytaxtıdır. Keson isə ölkədə ən çox əhalisi olan şəhərdir. Qədim xəritələrdə adanın adı Lusoniya və ya Yeni Kastilya olmuşdur. Adada yaşıyanlara hər zaman Lusonlular deyilirdi.
Mirnı ulusu
Mirnı ulusu (saxa Мииринэй улууhа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Mirnı şəhəridir. == Coğrafiyası == Sahəsi 165,8 min km²-dir. Şimaldan və şimal-şərqdən Olenok ulusu, şərqdən Nyurba və Suntar ulusları, cənubdan Lena ulusu, qərbdən İrkutsk və Krasnoyarsk vilayətləri ilə həmsərhəddir. Bu ərazidə böyük bir anomal vadilərdən biri Ölüm vadisi yerləşir. === Təbii şərait === Relyefi platodur. Ulusun şimalında Vilyoy yaylası, cənubda Prilensi yaylası yerləşir. Böyük çayı Vilyoydur. Ulus ərazisində Vilyoy su anbarı yerləşir. Yanvar ayının orta temperaturu cənubda -32 ° C-dən şimalda -40 ° C, iyulda + 14 ...
Muoma ulusu
Muoma ulusu (saxa Муома улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Xonuu kəndidir. Ulus ərazisində Muoma milli parkı yerləşir. == Coğrafiyası == Yakutiyanın şimal-şərqində yerləşir. Rayonun ərazisində Çerski silsiləsinin ən yüksək nöqtəsi Pobeda dağı yerləşir. Sahəsi 104,6 min km²-dir. Cənubdan Oymoyakon, cənub-qərbdən Tompo, şimaldan Abıy, şimal-şərqdən Yuxarı kolıma, şimal-qərbdən Ust Yanski, qərbdən Verxoyansk ulusu ilə həmsərhəddir. Muoma ulusunun inzibati mərkəzi Xonuu kəndidir. Kənd Muoma çayının sağ sahilində yerləşir. Muoma çayı İndigirka çayının bir qoludur.
Nam ulusu
Nam ulusu (saxa Нам улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Nam kəndidir. Kənd respublikanın paytaxtı Yakutskdan quru ilə 84 km, su yolu ilə 96 km məsafədə yerləşir. == Coğrafiyası == Mərkəzi Yakutiyada yerləşdi. Sahəsi - 11,9 min km²-dir. Relyef düzdür, ulus Mərkəzi Yakut düzənliyində yerləşir. Yanvar ayının orta temperaturu -42 °C, iyul + 17 ... + 18 °C arasında dəyişir. Yağıntının illik miqdarı 200–250 mm-dir. Ulusun ərazisindən axan ən böyük çay çoxsaylı Lenadır.
Neryunqri ulusu
Neryunqri ulusu (saxa Нүөрүҥгүрү улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Neryunqri şəhəridir. == Coğrafiyası == Neryungri rayonu 1975-ci ilin noyabrında Neryungri sənaye mərkəzi yarandıqdan sonra 1976-cı ildə qurulmuşdur. 1977-ci ildə Tında-Berkakit dəmir yolu xətti şəhərdən 15 kilometr məsafədə yerləşən Berkakit kəndinə çəkilir. Sonra rayonda uzun müddət bütün Uzaq Şərqin enerji mərkəzi olan dövlət rayon elektrik stansiyaları şəbəkəsi (Çulman Dövlət Rayon Elektrik Stansiyası, SBGRES, Neryunqri Dövlət Rayon Elektrik Stansiyası) meydana gəlir. Kömür yataqlarının və qızıl yataqlarının işlənməsinə başlanılır. Bu proses bu günə qədər davam edir. Bu sahə Neryunqi ulusu iqtisadiyyatının əsasını təşkil edir. 1980-1990-cı illərdə Neryunqrinin özünə və daha sonra Aldan ulusuna (Tommot qəsəbəsi) dəmir yolu çəkilir. 2008-ci ildə Neryunqri ulusu yenidən qurulur.
Nyurba ulusu
Nyurba ulusu (saxa Ньурба улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. Respublikanın ən böyük sənaye, mədəni və inzibati uluslarından biridir. İnzibati mərkəzi Nyurba şəhəridir. == Coğrafiyası == Rayonun sahəsi 52,4 min km²-dir. Şimaldan cənuba doğru uzunluğu 275 km, qərbdən şərqə isə 187 km-dir. Rayon şimalda Olenyok ulusu, şərqdə Yuxarı Vilyoy ulusu, cənub və cənub-qərbdən Suntar ulus və şimal-qərbdən Mirnı ulusu ilə həmsərhəddir. === Təbii şərait === Ulus Mərkəzi Yakut düzənliyində yerləşir. Vilyoy çayı rayon ərazisi boyunca axır. Burada ona Marxa, Tyuken və Iıatta çayları birləşir. Yanvar ayının orta temperaturu −36 ...
Olenok ulusu
Olenok ulusu (saxa Өлөөн улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Olenok kəndidir. == Coğrafiyası == Ulusun sahəsi 318.0 min km²-dir. Saxanın ən böyük ulusudur. Sahəsi Saxa Respublikasındakı ən kiçik olan Meqino-Xanqalas ulusundan 27 dəfə daha böyükdür. Ulus şimaldan Anabar ulusu, şimal-şərqdən Bulun ulusu, şərqdən Jıqan, Vilyoy ulusu, Yuxarı Vilyoy ulusu, cənub-şərqdən Nyurba ulusu, cənubdan Mirnı ulusu ilə həmsərhəddir. Həmçinin Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ilə həmsərhədə malikdir. Respublikanın şimal-qərbində, Arktika Dairəsindən kənarda, Olenok və Anabar çaylarının hövzələrində yerləşir. Yakutskdan rayon mərkəzinə getmək üçün min kilometrdən çox yol qət etmək lazımdır. Avtomobil yolu ilə 2026 km, su ilə 3989 km.
Olyokminski ulusu
Olyokminski ulusu (saxa Өлүөхүмэ улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Olyokminsk şəhəridir. == Coğrafiyası == Saxanın cənub-qərbində, Sibir platformasında yerləşir. Ərazisinin əksəriyyəti əhəng daşından ibarətdir. Relyefi orta dağlıqdır. Ulusun çox hissəsi Olekmo-Çarski və Çuqinski yaylaları, şimalda Prilenski yaylası, cənubda Udokan silsiləsinin şimal hissəsi tərəfindən əhatələnir. Yanvar ayının orta temperaturu −30 ° C-dən 35 ° C-dək, iyulda +12 ° C-dən, vadidə +18 ° C-dək. İllik yağıntının miqdarı 200 ilə 300 mm arasında dəyişir. Ən böyük çay Lenadır. == Tarixi == Olyokminskinin quruluş tarixi, kazaklar Lenanın sol sahilində bir qala qurduğu zaman, 1635-ci il sayılır.
Oymyakon ulusu
Oymyakon ulusu (saxa Өймөкөөн улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi şəhər tipli Ust Nera qəsəbəsidir. == Coğrafiyası == Ulusun sahəsi 92,3 min km²-dir. Saxanın şərqində yerləşir. Bu Saxa Respublikasında ən böyük uluslar arasında 14-cüdür. Cənub-qərbdən Ust-May ulusu ilə, qərbdən Tompon ulusu ilə, şimaldan Muom ulusu, şərqdən Magadan vilayəti və cənubdan Xabarovsk diyarı ilə həmsərhəddir. === Təbii şərait === Relyefi dağlıqdır. Ulusun şərqində Nerskoye yaylası; mərkəzi hissədə Tas-Kistabıt silsiləsi; qərbdə Oymyakon dağları, Elqa yaylası, Suntar-Xayat silsiləsi; şimalda Çerski dağ sisteminin silsilələri. Ulusun bütün ərazisi İndigirka çayı hövzəsində yerləşir. Oymyakon kəndində, şimal yarımkürəsində ən aşağı temperaturdan biri (−71.2 ° C.) qeydə alınmışdır.
Alaşan
Alaşan — Mərkəzi Asiya ərazisində (Çin), Qobi səhrasının bir hissəsini təşkil edir ("Alaşan Qobisi"). Səhra cənub-qərbdən Nanşan dağları, şimaldan Çin, Monqolustan sərhədi, cənub-şərqdən Xuanxe çayı əhatələnir. Burada Badln-Caran, Holalis, Tenqer və Ulanpuxo adlı qumlu massivlər yerləşir. Səhra ərazisində dünyanın ən hürndur barxanı yerləşir (39°53′09″ şm. e. 102°26′52″ ş. u.). Barxanın hündürlüyü 405 metr təşkil edir.
Alişan
Alişan (19 iyun 1976, İstanbul) — Türkiyə müğənnisi Məşhur türkiyəli Zaza müğənni Alişan əsgər getməmək üçün maraqlı üsuldan istifadə edib. Sənətçi hərbi xidmətdən yayınmaq üçün futbolçu olmaq qərarına gəlib. Belə ki, 2008-ci ildə qəbul olunan qanuna əsasən 3 liqada çıxış edən peşəkar futbolçulara 38 yaşına qədər hərbi xidmətdən möhlət hüququ verir. Bu qanundan yararlanmaq istəyən 33 yaşlı Alişan 2-ci liqa təmsilçisi "Tepecikspor"la müqavilə imzalayıb. Özü də müğənni klubdan transfer haqqı almaq əvəzinə, özü transfer haqqı ödəyib. yəni müqaviləni pul qarşılığında imzalayıb. Lakin o, arxada qalan 14 tur ərzində bir dəfə də olsun "Tepecikspor"un formasını geyinməyib. Alişanın 33 yaşında olmasına baxmayaraq hərbi xidmətə getməməsi Türkiyədə böyük narazılıqlarla qarşılanıb. Hətta 2009-cu ildə "Facebook"da "Alişan əsgərliyə getsin" adlı kampaniya da başlayıb. İlk dəfə iki il öncə hərbi xidmətdən yayınmaqda Təqsirlənәn müğənni 2008-ci ildə dəyişdirilən hərbi qanundan yararlanmaq qərarına gəlib.
Aluşta
Aluşta (rus. Алу́шта, ukr. Алу́шта, krımtat. Aluşta) — Ukraynada, Krımın Cənub sahilində şəhər, Aluşta rayonunun mərkəzi. == Əhali == 1805-ci ildə — 208 nəfər (ümumi Krım tatarları) 1849-cu ildə — 429 nəf. 1864-cü ildə — 763 nəf. 1887-ci ildə — 1172 nəf. 1897-ci ildə — 2182 nəf. (1 568 Krım tatarı) 1926-cı ildə — 4800 nəf. (2 070 Krım tatarı, 1 450 rus, 480 ukraynalı, 270 yəhudi, 250 yunan, 30 alman, 20 erməni, 10 bolqar) 1939-cu ildə — 9689 nəf.
Alışan
Alışan (lat. Dictamnus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinə aid bitki cinsi. Latınca "Dictamnus" adlanır. Lüğəti mənası Dikte — Krit dağlarının birinin adı, Thamnos isə "kol" deməkdir. Qaratikan kolları arasında bitən bu bitkinin yayın qızmar günlərində öz-özünə alışıb yandığı haqqında rəvayətlər gəzir. Elə buna görə də bitkiyə xalq arasında "alışdım-yandım" da deyirlər. "Alışdım-yandım" quraqlığadavamlı olmaqdan ötrü öz ətrafında efir yağı ilə zəngin atmosfer yaradır. Kibriti yandırıb bu bitkiyə yaxın tutduqda o ani olaraq alovlanır. Bu bitkinin tərkibində diktamin alkalloidi, saponin və 0,5%-ə qədər efir yağı vardır. Çində sarılıq, öd kisəsi iltihabı xəstəliklərinin müalicəsində, qaşların tökülməsində və keçəlləşmənin qarşısının alınmasında istifadə edilir.
Hüşün
Hüşün — Azərbaycan Respublikasının Ağdaş rayonunun Kükəl kənd inzibati ərazi dairəsində kənd. Şirvan düzündədir. Oykonimin monqol dilinə mənsub xuşun/Xoşun sözündən olub, "feodal malikanəsi, feodal mulku" mənasında olması ehtimal edilir. == İnfrastruktur == 2009-cu ildə kəndin əhalisinə təbii qazın verilməsi bərpa olunub.
Luşan
Luşan və ya Mount Lu (çin. 廬山) — qədim zamanlarda Kuanglu (匡庐) adı ilə bilinən, Çinin cənub-şərqindəki Szyansi əyalətinin şimal hissəsindəki ən məşhur dağlardan biridir. Oval formalı dağlar təxminən 25 km uzunluğunda və 10 km genişliyindədir. Şimalda Şanxay şəhəri və Yanszı çayı, cənubda Nançanq şəhəri və Poyanq gölü ilə əhatə olunmuşdur. Dağın ən yüksək nöqtəsi Dahanyang təpəsidir (大 汉阳 峰) və dəniz səviyyəsindən 1474 metr yüksəklikdədir. Mount Lu dağı möhtəşəmliyi, dikliyi və gözəlliyi ilə seçilir və Lushan Milli Parkı 1996-cı ildən bəri YUNESKO-nun Dünya İrsinə daxil edilmişdir və xüsusilə yay aylarında hava soyuduğunda bu yer turistləri özünə cəzb edir. Lushan Çindəki Qərb missionerləri üçün yay kurortu idi. Perl Bakın atası Avessalom Sidenstriker dağda daşınmaz əmlak alan ilk beş missionerdən bir idi. == Siyasi əhəmiyyəti == 1935-ci ilin əvvəllərində mart ayında kommunist və respublikaçı qüvvələr arasında bu bölgədə bir döyüş baş verdi, bundan sonra Çin Kommunist Partiyasının baş katibi olan Hu Yaoban ağır yaralandı. Luşan dağı vaxtilə Çin Respublikasının xiadu ("yay paytaxtı") adını almışdı.
Lüsen
Lüsen— Bolzanonun təxminən 40 kilometr şimal-şərqində İtaliyanın şimalındakı Cənubi Tirol əyalətində bir bələdiyyə. == Coğrafiyası == 30 noyabr 2010-cu ilə görə əhalisi 1,543 nəfər və ərazisi 74.2 kvadrat kilometrdir. Lüsen aşağıdakı bələdiyyələrlə sərhədlənir: Brixen, Mareo, Natz-Sçabs, Rodenek, St. Lorenzen və San Martin de Tor. == Tarixi == Emblem zirehdə nizəli, at üstündə sola baxan cəngavəri ifadə edir. Emblem 1967-ci ildə qəbul edilmişdir, 1607-ci ildən Brixen hökuməti tərəfindən istifadə olunan silahlar bərpa edilir. == Cəmiyyət == === İstifadə dilinin yayılması === 2011-ci il əhalinin siyahıya alınmasına əsasən, əhalinin 97.77% -i alman dili, 1.39% italyan dili və 0.83% Ladin dilində birinci dil kimi danışırlar.
Şüşün
Şüşün — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Şüşün oyk. Kürdəmir r-nunun Köhünlü i.ə.v.-də kənd. Kür çayının sahilində, Şirvan düzündədir. Yerli məlumata görə, Kür çayının əmələ gətirdiyi lil üzərində bitən və dik qalxan söyüd va qovaq ağacları şüş, belə ağaclıq İsa şüşliik adlanır. Yaşayış məntəqəsi söyüdlük ərazisində Şüşün adlı yerdə salındığı üçün belə adlanmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1245 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Alişan dağları
Alişan (çin. 阿里山) — Tayvanda, Yuşan dağından bir qədər aralıda yerləşən dağ sistemi. Dağ sistemi ərazisində Alişan Milli Təbiət Parkı, (çin. 阿里山國家風景區), istirahət zonası və təbiət qoruğu yerləşir. Park ümumilikdə 415 km² ərazini əhatə edir (45 ha). Parka qoruq dağları, dörd qəsəbə, şəlalələr və yüksək dağlıq ərazidə çay plantasiyalarıdaxildir. Szyai şəhəri ilə Alişan meşə dəmiryolu xətti, avtomobil yolu vastəsi ilə əlaqələnir. Park gəzinti yolları və çığırların kəsişdiyi ərazidədir Alişan dağlıq vilayətini çoxlu sayda turist və alpinist ziyarət edir. Bu dağ Tayvanın ən görməli yerlərindən biri hesab edilir və ölkənin milli rəmzlərindən biridir. Burada yerli çay və vassabi xüsusi məşhurluğa sahibdir.
Ağ alışan
Ağ alışan (lat. Dictamnus albus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinin alışan cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Dictamnus generalis E.H.L.Krause Dictamnus odorus Salisb. Dictamnus solitarius Stokes Dictamnus suffultus Wallr. Fraxinella alba (L.) Gaertn.
Tükcüklümeyvə alışan
Tükcüklümeyvə alışan (lat. Dictamnus dasycarpus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinin alışan cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Dictamnus albus subsp. dasycarpus (Turcz.) N.A.Winter Dictamnus albus var. dasycarpus (Turcz.) Liou & Y.H.Chang Dictamnus fraxinella f. dasycarpus (Turcz.) Regel === Heterotipik sinonimləri === Dictamnus albus var.
Ölümün toxunuşu
Ölümün toxunuşu və ya Dim Mak (sadə çin heroqlifləri: 点脉 rəsmi çin heroqlifləri: 點脈, pinyin: diǎnmài, Yutping: dim2 mak6) — qədim çin döyüş sənətlərinin sistemidir. Bir sıra döyüş sənətlərində istifadə olunur. == Xarakteristika == "Ölümün toxunuşu" Şaolin rahiblərinin gizli döyüş sənətidir. Onun analoqları Vyetnam, Yaponiya, Tibet, Hindistan, Nepal, Laos, Seylonda mövcuddur. Adından bəlli olduğu kimi "Ölüm toxunuşu" ilə insanı istənilən hala gətirmək olar. Yəni, insan bu zaman ölə də bilər. Döyüş sənətinin əsasında tibb sənəti dayanır. Ölkələrdə daha çox Kyuşo Citsu istifadə edilir. Bu ad Yaponcadır. Əslində isə "Ölümün toxunuşu" sənətidir.
İlayda Alişan
İlayda Alişan (26 fevral 1996, İstanbul) — türkiyəli aktrisa. == Həyatı == İlayda Alişan 26 fevral 1996-cı ildə İstanbulda anadan olmuşdur. İstanbul Bilgi Universiteti məzunudur.