Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Arxadan vurulan zərbə (film, 1977)
Arxadan vurulan zərbə filmi rejissor Arif Babayev tərəfindən 1977-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Müəlliflər burada insan iradəsinin yenilməzliyindən, Vətən məhəbbətinin hər şeydən üstün olmasından söhbət açmışlar. Filmə SSRİ-də 17 milyon adam baxıb. Əsas rolları Şahmar Ələkbərov, Adil İsgəndərov, Yusif Vəliyev, Hamlet Xanızadə, Amaliya Pənahova, Akif Əli və Rasim Balayev ifa edirlər. == Məzmun == Film Əhməd Qəmərlinin (Həsən Məmmədov) müəmmalı şəraitdə qətlə yetirilməsi haqqındadır. Respublika cinayət axtarışı müstəntiqi Gündüz Kərimbəyli (Şahmar Ələkbərov) cinayətkarı tapmaq üçün uzun axtarışlar aparmalı olur. Müəlliflər burada insan iradəsinin yenilməzliyindən, Vətən məhəbbətinin hər şeydən üstün olmasından söhbət açmışlar. == Film haqqında == Film SSRİ Dövlət Təhlükəsizliyi orqanlarının 60 illiyinə həsr olunub. Film ali kateqoriyaya layiq görülüb.
Aradan
Aradan — İranın Simnan ostanının şəhərlərindən və Aradan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,959 nəfər və 1,380 ailədən ibarət idi.
Arxaşan (Çaldıran)
Arxaşan (fars. ارخشان‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 150 nəfər yaşayır (31 ailə).
Aradan şəhristanı
Aradan şəhristanı — İranın Simnan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Aradan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 15,418 nəfər və 4,437 ailədən ibarət idi.
Arxada iz qoyma
Arxada iz qoyma (ing. Leave No Trace) — amerikalı rejissor Debra Qranikin 2018-ci ildə ekranlara çıxan dram filmi. == Süjet == Ata və qızı xeyli müddətdir ki, Portlend yaxınlığındakı təbiət qoruğunda dinc və təcrid olunmuş həyat sürür. Bu həyat tərzi onlardan biri kiçik bir səhv edənə qədər davam edir.
Beynəlxalq gərginliyin aradan qaldırılması
Beynəlxalq gərginliyin azaldılması (mediada və xarici ədəbiyyatda - detent adlanır) — sosialist və kapitalist düşərgələri ölkələri arasında qarşıdurmanın aqressivliyini azaltmağa yönəlmiş siyasət. Termin fr. détente-dən gələn kalkadır,lakin 1960-cı illərin sonundan (nüvə paritetinin əldə edildiyi zaman) 1970-ci illərin sonlarına qədər SSRİ ilə ABŞ arasındakı münasibətlərdə siyasi proseslərə münasibətdə tez-tez istifadə olunur. “Beynəlxalq münasibətlərin istiləşməsi” termini beynəlxalq münasibətlərin əvvəlki dövrünə tətbiq edilir, çünki silahların bərabərsizliyini nəzərə alaraq münasibətlərdə “gərginliyin azaldılması” ağlasığmaz idi. 1969-1979-cu illər iki sistem arasında qarşıdurmanın intensivliyinin azalması və SSRİ ilə Qərb arasında müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsi ilə xarakterizə olunur. Sovet lideri Brejnev ABŞ prezidentləri Nikson, Ford və Cimmi Karter, Fransa prezidentləri Corc Pompidu və (xüsusilə) Valeri Jiskar d'Esten, Almaniya kansleri Brandt və Şmidtlə yaxşı münasibətlər qurur. SSRİ ilə Qərb arasında münasibətlərdə yeni pisləşmə 1979-cu ildə sovet qoşunlarının Əfqanıstana daxil olması ilə baş verdi və 1987-ci ilə qədər davam etdi. Sonra “yeni siyasi təfəkkür” mərhələsi başladı və bu, nəticədə Soyuq müharibənin sona çatmasına səbəb oldu.
Arxada qalmış gələcək (film, 2004)
Arxada qalmış gələcək tammetrajlı bədii filmi rejissor Rüfət Əsədov tərəfindən 2004-cü ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. 2004-cü ildə qaçqın düşərgəsində yaşayan dəcəl oğlan Səməd yıxılaraq huşunu itirir və keçmişə — 90-cı illərə, müharibə bölgəsinə, əsgərlərin arasına düşür. O burada onların qəhrəmanlığının şahidi və iştirakçısı olur. Filmdə əsas rolları Fuad Poladov, Ağamehdi Abidov, Azərin,Ömür Nağıyev, Abbas Qəhrəmanov, Pərviz Məmmədrzayev, Mikayıl Mikayılov və Leyla Şahvəliyeva ifa edirlər. == Məzmun == 2004-cü ildə qaçqın düşərgəsində yaşayan dəcəl oğlan Səməd yıxılaraq huşunu itirir və keçmişə — 90-cı illərə, müharibə bölgəsinə, əsgərlərin arasına düşür. O burada onların qəhrəmanlığının şahidi və iştirakçısı olur. Oğlan özünə gələndən sonra tamamilə dəyişir. Filmin ən təsiredici kadrlarından biri qaçqınların özlərinə ev etdikləri vaqonları Səmədin hərəkətə gətirməsidir. Vaqonlar bir-birinə calanaraq hərəkətə başlayır.
Misirdə Kapitulyasiyaların aradan qaldırılmasına dair Montrö Konvensiyası
Misirdə Kapitulyasiyaların aradan qaldırılmasına dair Montrö Konvensiyası — Misirdə əcnəbilər üçün kapitulyasiya kimi tanınan ekstraterritorial hüquq sisteminin ləğvinə səbəb olan beynəlxalq konvensiya. Konvensiya 8 may 1937-ci ildə bağlanmışdır. Onu Misir, ABŞ, Belçika, Böyük Britaniya, Danimarka, İspaniya (vətəndaş müharibəsi zamanı respublika tərəfi), Fransa, Yunanıstan, İtaliya, Efiopiya, Norveç, Hollandiya, Portuqaliya və İsveç hökumətləri tərəfindən imzalanıb. O, 1937-ci il oktyabrın 15-də qüvvəyə minib və həmin gün Millətlər Liqasının Müqavilə Seriyasında qeydə alınıb. == Tarixi == Kapitulyasiya sistemi XIX əsrdə Misir xidivliyi dövründə xarici qüvvələrin təzyiqi nəticəsində tətbiq edilib. Bundan öncə isə Misir ərazisində Osmanlı imperiyası kapitulyasiyaları qüvvədə idi. Birinci Dünya müharibəsindən sonra Misirdə millətçilik dalğası yarandı. Yeni yaradılmış Vəfd Partiyasının dəstəklədiyi hökumət Misirə nəzarət edən İngiltərə hökumətindən kapitulyasiya sisteminin ləğvi tələblərini artırdı. Onlar həmçinin əcnəbilərin yerli Misir hüquq sisteminə tabe olması tələbini irəli sürürdü. Nəticədə, 1920-1921-ci illərdə bir neçə xarici konsulluq məhkəmələri ləğv edildi, onların vətəndaşları isə Britaniya konsulluq yurisdiksiyasına verildi.
Nüvə Silahlarının Tamamilə Aradan Qaldırılması üçün Beynəlxalq Kampaniya
Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniya (ing. : International Campaign to Abolish Nuclear Weapons-ICAN), 2007-ci ildə Melbourne, Avstraliyada yaradılmış və Nüvə Silahlarının Qadağası Müqaviləsinin icrası üçün fəaliyyət göstərən beynəlxalq mülki koalisiya. ICAN 2007-ci ildə fəaliyyətə başlamış və 2019-cu ilə kimi 103 ölkədə 541 tərəfdaş təşkilatı özündə birləşdirmişdir.
Arbatan
Arbatan (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd. Arbatan (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd.
Ardahan
Ərdəhan — Türkiyənin Ərdəhan ilinin inzibati mərkəzi.
Ariadna
Ariadna (q.yun. Ἀριάδνη) — qədim yunan mifologiyasında Krit hökmdarı Minosun qızı, Fedranın bacısı. Əfsanəvi qəhrəman Tesey Minotavrı öldürərkən Ariadnanın köməyindən istifadə etmişdir.Minotavr yolu tapa bilməsin deyə kral mahir usta Dedala labirint düzəltməyi əmr etmişdi və Minotavrı bu labirintə həbs etmişdi.Tesey isə xalqı bu qorxulu varlıqdan xilas etmək üçün labirintə girdiyi zaman Ariadna ona ip verir.Beləliklə,Tesey labirintə girir və nəhəng Minotavrı öldürür və Ariadnanın ipi vasitəsilə ordan xilas olmağı bacarır.Ariadna Minotavrı öldürməsi üçün Teseyə kömək etdikdən sonra onlar Kriti birlikdə tərk edirlər. Sonra Tesey məlum olmayan səbəblərə görə Ariadnanı Dia adasında qoyub gedir. Bundan sonra Ariadna şərab və ehtiras allahı Dionisə ərə gedir. == Film və seriallar == Kristofer Nolanın məşhur "Başlanğıc" ("İnception") filmində öz qurduğu xəyali labirintdə azan Cebbə kömək edən və onu buradan çıxarmağı bacaran tələbə qız obrazı Ariadna adını daşıyır. == Ədəbiyyat == Aqata Kristinin məşhur detektiv qəhrəmanı Herkül Puaroya bəzi hekayələrdə kömək edən və ona ipucu verməyi bacaran detektiv əsərlər yazarı xanım Ariadna Oliver adını daşıyır. Umberto Ekonun məşhur "Qızılgülün adı" kitabının baş qəhrəmanı Baskervilli Uilyam hadisələrin baş verdiyi monastırın nəhəng kitabxanasında azarkən onun tələbəsi geyim kimi istifadə etdiyi örtüyünü sökür və bu zaman əsərdə "Ariadna ipi" ifadəsi xatırlanır.
Arkadak
Arkadak — Rusiya Federasiyasında yerləşən şəhər. Saratov vilayətinə daxildir.
Artavan
Cul, Artavan — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km cənub-şərqdə, Arpaçayın sağ qolu olan Culçayın yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Tarixi mənbələrdə XIII əsrdən xatırlanır. Toponim çul türk etnonimi əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 19. IV. 1950-ci il fərmanı ilə adı dəyişdirilib Artavan qoyulmuşdur.
Xarxatan
Xarxatan — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 2054 nəfərdir. Tanınmış ziyalısı Şahab müəllim Babayev. Belə ehtimal edilir ki, oykonim XIII əsrdə Yaxın Şərqin, o cümlədən Cənubi Qafqazın işğallarında iştirak etmiş monqol tayfalarından olan xartaqanların adı ilə bağlıdır. Güman ki, Hülakülərin talış zonasına köçürdüyü monqol tayfaları içərisində xarlaqanlar da olmuşdur. Kəndin adı XIX əsrdə Xortaqan variantında qeydə alınmışdır. Rusiya ərazisində eyniadlı göl mövcuddur. Xarxatan yerli sakinlər tərəfindən talış dilində Xəxərton adlandırılır. Xəxərton-Xarxatan qeyri-şəffaf toponimdir. Toponimin izahı ilə bağlı bir neçə mülahizə vardır.
Arxaplan
Arxa plan və ya Fon (Background) Ekranda üzərində simvolların təsvir olunduğu rəngdir; məsələn, ağ fonda qara simvollar. Həmçinin, arxa plan istifadəçinin birdəfəyə bir neçə proqram və ya sənədlə işləyə biləcəyi sistemdə: verilmiş anda açıq olan, ancaq aktiv olmayan pəncərədir. Bundan əlavə, arxa plan əməliyyat sistemlərində: mikroprosessorun vaxt bölgüsündə az öncüllüyü (prioriteti) olan, yəni öncəlikli olmayan, proses və ya məsələdir. İstifadəçi informasiyanın yenilənməsini tələb etmirsə, yaxud verilmiş məsələni öncəlikli rejimə keçirmirsə, fon prosesi (məsələn, çap və ya elektron poçtun daxil olmasının yoxlanması) çox zaman istifadəçi üçün görünməz olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Abadan
Abadan (fars. آبادان‎) — İranın Xuzistan ostanında yerləşən liman şəhəri. Şəttülərəb çayı sahilində portdur. Əhalisi 415 min (2005) nəfər. Avtomobil yolları qovşağıdır, beynəlxalq aeroporta malikdir. Ölkənin iri neft emalı və neft-kimya sənayesi mərkəzidir. Tehran və İsfahan boru kəmərlərinin başlanğıc məntəqəsidir. Xam neft və neft məhsulları ixrac edilir. == Tarixi == Şəhər 8-ci əsrdən məlumdur. Abbasilər dövründə liman şəhəri kimi fəaliyyət göstərirdi.
Aratan
Aratan — qədim türkcə ər "kişi", "igid", "sərrast atıcı", və tən "bərabər", "sanki özü", "elə bil" sözlərindən; ümumi mənası: "igid kimi", "sanki igid", "igidə tay" və s. Qədim türkcə təng (sonunda qovuşuq "nq" fonemi ilə) öz inkişafında eyni mənalı iki söz yaratmışdır: tən və tək. Azərbaycan dilində bu sözlərin ikisi də vardır. Məsələn, Aytən qız adı "Ay kimi", "Sanki ay" mənasını verir; tək sözü isə, məsələn, "aslan tək döyüşdü", yəni "şair kimi döyüşdü" ifadəsində qalır. Bu söz dilimizdə təkin formasında da işlənir. == Tarixi == Aratan- İrəvan xanlığının Karpibasar mahalında kənd adı. XIX əsrin II yarısından etibarən adı çəkilmir. Musa Kalankatlının "Alban tarixi"ndə Albaniyanın Arsak bölgəsində Tancik (yəni "Kiçik Tan"), Bulu-Tan (1828-ci ildə İrandan gəlmə ermənilər yerləşdikdən sonra təhrif olunmuş Plıtans şəklindədir) yəni "Ulu (böyük) Tan" və 1727-ci il arxiv sənədinə görə orada Müsəlman-Tan kənd adları ilə sıra təşkil edir. 1949-1950-ci illərdə kəndin əhalisi Azərbaycana köçürülmüşdür.
Arkada
Arkada — tağla örtülən, təkrarlanan eyni oyuqların sırasıdır. Arkadanın qurulması üçün bir sıra ölçülər – oyuqların eni və hündürlüyü, divarın pəncərə və qapılar arasındakı hissəsi, o cümlədən divarın qalınlığı müəyyənləşdirilməlidir. Bütün deyilən ölçülər bir-birindən qarşılıqlı asılıdır. Roma memarlığının öyrənilməsi göstərir ki, Roma memarları müəyyənləşmiş münasibətlər hazırlamışlar. Oyuqların eni onun hündürlüyündən iki dəfə azdır, aralıq divarın eni oyuqların enindən iki dəfə azdır, divarın qalınlığı isə aralıq divarın enindən iki dəfə azdır. Başqa sözlə, oyuğun forması özünü düzbucaqlı kimi göstərir.
Arbatan (Heris)
Arbatan (fars. اربطان‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,824 nəfər yaşayır (670 ailə).
Arbatan (Mərənd)
Arbatan (fars. ارباتان‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,582 nəfər yaşayır (336 ailə).
Arbatan (Salyan)
Arbatan — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Arbatan Salyan rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Kür çayının sağ sahilindən bir qədər aralı, Salyan düzündədir.
Arbatan (Şərur)
Arbatan — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası və tarixi == Arazboyu düzənlikdədir, Oykonim "sayalıq, çınqıllıq" deməkdir. SSRİ dövründə Babəki, Çərçiboğan, Dərvişlər, Keştaz, Sovetabad və Qara Həsənəli kəndləri ilə birlikdə "SSRİ-nin 50 illiyi" adına kolxozda birləşmişdir. == İnfrastruktur == 1982-ci ildə kəndə qaz və su kəməri çəkilib. == Əhalisi == Əhalisi 826 nəfərdir.
Ariadna Şengelaya
Ariadna Vsevolodovna Şengeleya (13 yanvar 1937, Daşkənd) — sovet və rus aktrisası, Gürcüstan SSR və Rusiyanın xalq artisti. == Həyatı == Ariadna Şengelaya (Ariadna Şprink) 13 yanvar 1937-ci ildə Daşkənddə anadan olub. ÜDKİ-də təhsil alıb (1960). "Yevgeni Onegin" filmində canlandırdığı Tatyana Larina obrazına görə II Ümumittifaq Kinofestivalının "Aktyorlar üçün mükafat" nominasiyasının laureatı olub. Tbilisidə Rus Dram Teatrında, "Gürcüstanfilm"də (1960-1980), M.Qorki adına kinostudiyada (1980) çalışıb. Eləcə də C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi bir neçə filmdə çəkilmişdir. Gürcüstan SSR-in (1979) və Rusiyanın (2002) xalq artistidir. == Filmoqrafiya == Yevgeni Onegin (film, 1958) Romeo mənim qonşumdur (film, 1963) Qəm yemə! (1969) Ən vacib müsahibə (film, 1971) Bizi bağışlayın (film, 1979) == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред.
Rabadan Nurov
Rabadan Nurov (1889, Dağıstan vilayəti – 1942) — Dargin şairi və dramaturqu, Dargin sovet ədəbiyyatının banilərindən biri. 1934-cü ildən SSRİ Yazıçılar Birliyinin üzvü. Rabadan Nurov 1889-cu ildə Sanamaxı kəndində (indiki Dağıstanın Levaşi rayonunda) kəndli ailəsində anadan olmuşdur. Mədrəsədə təhsil almışdır. Gəncliyində Maykopdakı neft yataqlarında çalışır və burada bir gizli təşkilatın üzvü olur. 1914-1917-ci illərdə tətildə iştirak etdiyi üçün həbsxanaya salınır. Oktyabr inqilabından sonra Maykopa qayıdır. Əvvəlcə Sovetlər İcraiyyə Komitəsinin üzvü, sonra isə nümayəndəsi seçilir. 1918-ci ildə Rabadan Nurov Dağıstana qayıdır. Dağıstanda Sovet hakimiyyətinin qurulması uğrunda mübarizədə fəal iştirak edir.
Rafadan Tayfa
Xarxatan bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ardahan ili
Ərdahan ili — Türkiyədə il. İnzibati cəhətdən Çıldır, Posof, Damal, Hanak, Ərdəhan və Gölə ilçələrindən ibarətdir. Çıldır ilçəsinin Məryəm kəndinin əhalisini azərbaycanlıların etnoqrafik qrupu olan tərəkəmələr, qarapapaqlar təşkil edir. Gölə ilçəsinin Yeni Dəmirqapı kəndinin əhalisini azərbaycanlıların etnoqrafik qrupu olan tərəkəmələr təşkil edir. Gölə ilçəsinin Uğurdaşı kəndinin əhalisini azərbaycanlıların etnoqrafik qrupu olan tərəkəmələr təşkil edir. Gölə ilçəsinin Karlıyazı kəndinin əhalisini kürdlər təşkil edir. == İstinadlar == == Xarici keçidlər == Dr. Yaşar Kalafat. "Çıldır ve Yakın Çevresinin Etnososyal Yapısı" (türk). Haber Açısı Portalı.
Makbule Atadan
Makbulə Atadan (1885, Saloniki – 18 yanvar 1956, Ankara), Türk yazıçı və siyasətçidir. Mustafa Kamal Atatürkün bacısıdır. == Həyatı == 1885-ci ildə Salonikidə dünyaya gəlib. Balkan müharibələrindən sonra anası Zibeydə xanım ilə birlikdə İstanbula köçüb. Cümhuriyyətin elanından sonra Ankaraya getdi. Bir müddət qardaşı Mustafa Kamal ilə qaldıqdan sonra Çankaya Köşkü ərazisi içində onun üçün inşa edilən Camlı Köşkə yerləşdi. 1930-cu ildə Atatürkün istəyi ilə Fəthi Okyarın qurduğu Sərbəst Cümhuriyyət Firqəsinə girən Makbulə Xanım bir neçə ay sonra partiya bağlandıqdan sonra siyasətdən çəkildi. Atadan əslən Gümülcinəli bir fabrik sahibi olan Ədirnə millətvəkili Məcdi Boysan ilə evləndi və daha sonra boşandı. Qardaşı haqqında xatirələri Böyük Qardaşım Atatürk (1952) ve Qardaşım Mustafa Kamal (1952) adları elə yayımlandı. 18 yanvar 1956-cı il tarixində saat 12:55 də 71 yaşında Camlı Köşk, Ankarada vəfat etdi.
Məğlubedilməz armada
Məğlubedilməz armada (isp. Armada Invencible) yaxud Möhtəşəm və şərəfli armada (isp. Grande y Felicísima Armada) — ingilis-ispan (1587-1604) müharibəsi zamanı, ispanlar tərəfindən toplanan (130 gəmidən ibarət) nəhəng hərbi donanma. Armadanın yürüşü 1588 ilin may-sentyabr aylarında, Alonso Peres de Qusman, Medina-Sidoniya hersoqunun komandanlığı altında baş tutub. Məğlubedilməz armada, Çarlz Hovardın komandanlığı altında, kiçik holland və ingilis gəmilərindən ibarət donanma tərəfindən, Qravelin döyüşü ilə bitən bir neçə toqquşmada yüngülcə şilküt edilib. Bu döyüşlərdə seçilən “Yelizavetanın piratları”ndan biri - Frensis Dreyk idi. Döyüş iki həftə davam etdi. Armada yenidən qruplaşa bilməyərək, döyüşdən vaz keçərək, şimala tərəf getdi, bununla belə ingilis donanması, İngiltərənin şərq sahili boyunca məsafə saxlayaraq onu izləməyə davam edirdi. Ispaniya qayıdış ağır idi: Armada şimali Atlantika ilə getdi, İrlandiyanın qərb sahili boyunca. Güclü boran və ştormlar nəticəsində gəmilər bu adanın şimal və qərb sahilinə çırpıldı.