Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Atmosfer
Atmosfer — ətrafında bir cazibə qüvvəsi ilə tutulmuş bir göy cisminin qaz zərfi. Atmosferlə planetlərarası məkan arasında kəskin bir sərhəd olmadığından, atmosfer ümumiyyətlə qaz mühitinin özü ilə birlikdə döndüyü bir səma cisminin ətrafındakı bölgə hesab olunur. Əsasən qazlardan (qaz planetlərindən) ibarət olan bəzi planetlərin atmosferinin qalınlığı çox böyük ola bilər. Yer atmosferində əksər canlı orqanizmlərin tənəffüs üçün istifadə etdiyi oksigen və fotosintez zamanı bitkilər və siyanobakteriyalar tərəfindən istehlak edilən karbon dioksid var. Atmosfer həm də planetin qoruyucu təbəqəsidir, sakinlərini günəş ultrabənövşəyi radiasiyadan və meteoritlərdən qoruyur. Bütün nəhəng cisimlərdə - qaz nəhənglərində və əksər yer planetlərində (Günəş sistemində - Merkuri istisna olmaqla) bir atmosfer var. == Etimologiya == "Atmosfer" sözü yunanca "ἀτμός" — "buxar" və "σφαῖρα" — "sfera" sözlərindən əmələ gəlmişdir. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə kürəhava (کورهاوا) adlandırılmışdır. == Həmçinin bax == Azərbaycanda atmosferin çirklənməsi Atmosfer əlavələri Atmosferin təmizlənməsi == İstinadlar == == Xarici keçidlər == Atmosfer // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.).
Atmosfer cəbhələri
Atmosfer cəbhəsi — müxtəlif fiziki xassəyə malik olan qonşu hava kütlələrini bir-birindən ayıran və meteoroloji elementlərin kəskin dəyişməsi ilə xarakterizə olunan səthə deyilir. Hava kütlələri bir-birindən öz fiziki xassələrinə görə fərqlənir. Bir hava kütləsi digərindən atmosfer cəbhəsilə ayrılır. Cəbhə xətti yer səthində kiçik bucaq altında (1°-dən az) meyilli olur. Cəbhə xəttinə müxtəlif fiziki xassəli hava kütlələri həm yan-yana, həm də biri digərinin üzərində yerləşərək hərəkət edir. Cəbhə eni bir neçə kilometrədək,uzunluğu isə min kilometrlərlə ölçülən atmosfer cəbhəsi zolağı əmələ gətirir. Atmosfer cəbhəsi əksər hallarda 12–15 km hündürlüyədək,bütün troposferi tutur. Atmosfer cəbhəsi zolağında geniş əraziləri əhatə edən buludlar əmələ gəlir və yağıntı düşür. Bu yağıntılar cəbhə yağıntıları adlanır. Hava kütləsinin atmosfer cəbhəsinin hansı tərəfinə daha fəal hərəkət etməsindən asılı olaraq, isti və soyuq atmosfer cəbhəsi ayrılır.
Atmosfer cəbhəsi
Atmosfer cəbhəsi — müxtəlif fiziki xassəyə malik olan qonşu hava kütlələrini bir-birindən ayıran və meteoroloji elementlərin kəskin dəyişməsi ilə xarakterizə olunan səthə deyilir. Hava kütlələri bir-birindən öz fiziki xassələrinə görə fərqlənir. Bir hava kütləsi digərindən atmosfer cəbhəsilə ayrılır. Cəbhə xətti yer səthində kiçik bucaq altında (1°-dən az) meyilli olur. Cəbhə xəttinə müxtəlif fiziki xassəli hava kütlələri həm yan-yana, həm də biri digərinin üzərində yerləşərək hərəkət edir. Cəbhə eni bir neçə kilometrədək,uzunluğu isə min kilometrlərlə ölçülən atmosfer cəbhəsi zolağı əmələ gətirir. Atmosfer cəbhəsi əksər hallarda 12–15 km hündürlüyədək,bütün troposferi tutur. Atmosfer cəbhəsi zolağında geniş əraziləri əhatə edən buludlar əmələ gəlir və yağıntı düşür. Bu yağıntılar cəbhə yağıntıları adlanır. Hava kütləsinin atmosfer cəbhəsinin hansı tərəfinə daha fəal hərəkət etməsindən asılı olaraq, isti və soyuq atmosfer cəbhəsi ayrılır.
Atmosfer dövranı
Atmosfer dövranı və ya Atmosfer sirkulyasiyası— yarımkürə və ya bütün yer kürəsi miqyasında məlum olan hava kütlələrinin qapalı axın sistemidir. Belə axınlar atmosferdə maddə və enerjinin həm paralel, həm də meridian istiqamətində daşınmasını təmin edir. Bu proses çox əhəmiyyətli prosesdir. Atmosfer dövranın əsas səbəbi — günəş enerjisidir. Bilirik ki, Günəş Yer kürəsinin səthini eyni dərəcədə qızdırmır, buna görə də torpağın və havanın ayrı-ayrı sahələri müxtəlif temperatura və müvafiq olaraq, müxtəlif atmosfer təzyiqinə malikdir. Yer kürəsinin öz oxu ətrafında fırlanması da atmosfer dövranın əsas səbəblərindən biridir. Hava axınları miqyasına görə on, yüz metrlikdən yüz, min kilometrə qədər hündürlükdə siklon, antisiklon, musson və passatları troposferdə formalaşdırır.
Atmosfer elektriki
Yerin elektrik sahəsi — atmosferin ionosfer adlanan qatı ilə yer səthinin birlikdə kondensator əmələ gətirməsinə deyilir. Atmosfer ionosfer adlanan qatı yerin səthi ilə birlikdə sferik kondensator əmələ gətirir. İonosfer müsbət, litosfer isə mənfi statik elektrik yüklərinə malikdir. Atmosferin sıx hava təbəqəsi bu iki qat arasında naqil rolunu oynayır. Kondensatorun elektrik yükü qiymətcə yüksəkdir. Atmosferin aşağı qatlarında elektrik sahəsinin gərginliyi təxminən 100 B/m, ildırımlı havada isə daha çox olur. Atmosferdə elektrik sahəsinin yaranması Günəş şüalarının təsiri altında onun üst qatlarında gedən ionlaşma prosesi ilə əlaqədardır. Günəşin səthində qısamüddətli xromosom partlayışları müşahidə olunur və onlar atmosferin 100–300 km hündürlüyündə müxtəlif cinsli ionlaşma əmələ gətirir; bu kütlə yüksəkdə əsasən küləklə qarışaraq atmosferdə və yer qabığında dəyişən elektromaqnit sahəsi yaradır. Beləliklə, litosferdə tellurik cərəyan yaranir. Bunu torpağa basdırılmiş və ucu qalvonometrlə birləşdirilmiş elektrodlar vasitəsilə qeydə almaq mümkündür.
Atmosfer faktoru
Atmosfer fizikası
== Atmosfer == Atmosfer – Yerin aerozol hissəciklərinin tərkibində olan qaz örtüyüdür. Yerlə birgə fəzada hərəkət edərək, eyni vaxtda Yerin fırlanmasında iştirak edir. Atmosferin dibində əsasən bizim yerdə həyatımız baş verir. Atmosferin yer kürəsində insanın həyatı və fəaliyyəti üçün əhəmiyyəti çox böyükdür. Əgər yerdə atmosfer olmasa idi, canlı aləm olmazdı. Atmosferin tərkibinə daxil olan qazlardan biri oksigen canlı aləmin nəfəs almasına və yanma prosesinə kömək edir. Karbon qazı isə bitkilərin, yarpaqların qidalanması üçün istifadə olunur və bitkilər tərəfindən atmosferə oksigen buraxılır. Atmosferin əsas qazı azot zülal və azotlu birləşmələrin tərkibinə daxil olub yerdə həyatın inkişafı ilə sıx əlaqədardir. Atmosfer Azotun, Oksigenin, Arqonun, Neonun və başqa qazların sənaye üsulu ilə alınmasında tükənməz rol oynayır. Atmosfer gündüzlər yerin günəş şüaları tərəfindən hədsiz qızmasının, gecələr isə hədsiz soyumasının qarşısını alır, eyni zamanda canlı orqanizmləri günəşin ultrabənövşəyi və kosmik şüalarından qoruyur.
Atmosfer hadisələri
Atmosfer hadisələri-Duman, çovğun, buzbağlama, dolu atmosfer hadisələridir.
Atmosfer prosesləri
== Ümumi atmosfer dövranı == Ümumi atmosfer dövranı iqlim yaradan amillərdən biridir. Coxillik iqlim yaradan amillərdən biridir. Çoxillik iqlim dəyişmələrini hərtərəfli tədqiq etmək üçün müxtəlif zaman intervallarında dayanıqlıq halını saxlayan və böyük coğrafi əraziləri əhatə edən makroproseslərin dəyişilmə qanunauyğunluqlarını bilmək olduqca vacibdir. == Atmosfer prosesləri == İlk dəfə olaraq 1896-cı ildə Van –Bebber Avropa sinoptik rayonunda müşahidə olunan sinoptik prorseslərin təsnifatıını vermişdir. Böyük rus alimi B. P. Multanovski və onun tələbələrinin apardıqları tədqiqatlarda irimiqyaslı atmosfer hərəkətlərinin ümumiləşdirilməsinə və tipləşdirilməsinə böyük yer ayırmışlar. Multanovski müəyyən etmişdir ki, tədiqat aparan rayonun bir hissəsində siklon mərkəzlərinin, o biri hissəsində isə antisiklon mərkəzlərinin konsentrasiyası müşahidə edilir. Bu hal adətən 5–7 sutka davam edir. Multanovski by muddəti təbii sinoptik dövr adlandırmışdır.
Atmosfer sirkulyasiyası
Atmosfer dövranı və ya Atmosfer sirkulyasiyası— yarımkürə və ya bütün yer kürəsi miqyasında məlum olan hava kütlələrinin qapalı axın sistemidir. Belə axınlar atmosferdə maddə və enerjinin həm paralel, həm də meridian istiqamətində daşınmasını təmin edir. Bu proses çox əhəmiyyətli prosesdir. Atmosfer dövranın əsas səbəbi — günəş enerjisidir. Bilirik ki, Günəş Yer kürəsinin səthini eyni dərəcədə qızdırmır, buna görə də torpağın və havanın ayrı-ayrı sahələri müxtəlif temperatura və müvafiq olaraq, müxtəlif atmosfer təzyiqinə malikdir. Yer kürəsinin öz oxu ətrafında fırlanması da atmosfer dövranın əsas səbəblərindən biridir. Hava axınları miqyasına görə on, yüz metrlikdən yüz, min kilometrə qədər hündürlükdə siklon, antisiklon, musson və passatları troposferdə formalaşdırır.
Atmosfer suyu
Atmosfer tozu
Atmosfer tozu- xırda hissəciklər şəklində havada asılı halında olan bərk maddələrdir. Havaya torpaq səthindən, vulkan püskürmələrindən, kosmik fəzadan və s.-dən düşür. == Ümumi məlumat == Yer səthində tozun konsentrasiyası sənaye mərkəzlərində xüsusilə çoxdur. Atmosfer tozu atmosferin şəffaflığını və uzaq görünüşü azaldır. Son onilliklərdə sənaye tozlarının konsentrasiyasının yalnız şəhərlərdə, sənaye mərkəzlərində deyil, onlardan daha uzaq rayonlarda da artması müşahidə olunur. Bütün dünyada şəhərlərdə hər il atmosferə 1 milyard ton antropogen mənşəli bərk hissəciklər atılır. Ona görə də şəhərin hava hövzəsinin tozluluq dərəcəsi kənd yerlərinə nisbətən 2-3 dəfə çox olur. Sənaye mənşəli toz hissəciklərinin payına orta hesabla 15% düşür və çoxlu miqdarda mürəkkəb kimyəvi tərkibli hissəciklər olur. Atmosferin tozluluğunun artmasına xam və dincə qoyulmuş torpaqların şum sahələrinin çoxalması və s. böyük təsir göstərir.
Atmosfer təbəqələri
== Atmosfer təbəqələri == Yüksəklikdən asılı olaraq temperaturun dəyişmə xarakterinə görə atmosfer 5 əsas təbəqəyə ayrılır: Troposfer Stratosfer Mezosfer Termosfer Ekzosfer. === Troposfer === Yer səthindən polyar en dairələrində 8-10km, tropiklərdə 15-18km yüksəkliyə qədər atmosferin yerüstü təbəqəsidir. === Stratosfer === Bu qat troposferdən sonrakı qat olub 50-55km yüksəkliyə qədər yayılır. === Mezosfer === Stratosferdən sonrakı təbəqədir, onun yuxarı sərhəddi 80- 0km- də yerləşir. === Termosfer === Bu təbəqənin yuxarı sərhəddi 800km-ə qədər davam edir. === Ekzosfer === Başqa sözlə səpilmə sferası atmosferin fövqəladə seyrək xarici təbəqəsi olub hidrogen və helium kimi daha yüngül atmosfer qazlarından ibarətdir.
Atmosfer təzyiqi
Atmosfer təzyiqi — atmosferin Yer səthinə və cisimlərə etdiyi təzyiqdir. Hər bir nöqtədə Atmosfer təzyiqi o nöqtədən atmosferin üst sərhədinə qədər olan hava sutununun ağırlığı ilə muəyyən olunur. Okean səviyyəsində, 450 en dairəsində, 00 C temperaturda yer səthinin 1sm2 sahəsinə atmosfer sütunu 1033,2 qr. ağırlıqla təzyiq göstərir ki , bu da 760mm hündürlüyündə olan civə sütununun həmin səthə göstərdiyi təzyiqlə eynidir. Buna görə də şərti olaraq civə sütununun 760mm-ə bərabər təzyiqi NORMAL ATMOSFER TƏZYİQİ kimi qəbul edilmişdir. Normal atmosfer təzyiqi 760 mm hundurluyundə civə sutununun ağırlığına bərabərdir. Atmosfer təzyiqini olçmək ucun təzyiq vahidi olaraq bar qəbul edilmişdir. Atmosfer təzyiqi barometrlə ölçülür.2 cür barometr olur:civəli və metal barometr. Havada toz hissəcikləri və havanın öz çəkisi atmosfer təzyiqini əmələ gətirir. Demək olar ki, hava yer səthində bütün cisimlərə və canlılara təsir göstərir.
Atmosfer yağıntıları
Atmosfer yağıntıları — buludlardan damcı (yağış) və ya bərk halda (qar, dolu) yerə tökülən və havadan yer səthinə və ya əşya üstünə çökən (şeh, qırov) su. Yağıntının miqdarı düşən suyun əmələ gətirdiyi qatın qalınlığı ilə, mm-lə ölçülür. Atmosfer yağıntıları Yer kürəsində qeyri-bərabər, lakin qanunauyğun paylanır. Azərbaycanda yağıntıların miqdarı və rejimi müxtəlifdir. Yağıntının orta illik miqdarı 110 mm-dən (Puta) 1750 mm-ə qədər (Kəkiran, Lənkəran) dəyişir. Atmosfer yağıntıları hava və iqlimin mühüm elementlərindən olub kənd təsərrüfatı üçün böyük əhəmiyyətə malikdir. Atmosfer yağıntıları xüsusi cihazlarla (yağışölçən, plüvioqraf və s.) ölçülür. Respublika ərazisində yağıntıların miqdarındakı böyük fərqlər relyef xüsusiyyətləri, dağ silsilələrinin hündürlük fərqi, yamacların dikliyi və səmtinin müxtəlifliyi, böyük su hövzələrinə yaxınlıq və verilmiş ərazi üçün səciyyəvi olan atmosfer dövranı ilə qarşılıqlı əlaqələrlə izah edilir. İlin soyuq dövründə (noyabr-mart) ən az yağıntı Kür-Araz ovalığında - Kür çayı vadisində, xüsusilə də qərb hissədə 150 mm, bəzi yerlərdə isə 100 mm-dən az olur. Böyük Qafqazın şimal-şərq yamacında bu kəmiyyət 250 mm, cənub yamacda 350 mm və daha çox, Kiçik Qafqazın şimal və cənub hissələrində müvafiq olaraq 150–200 mm, Naxçıvanda 300 mm, Talış dağlarında isə 1600 mm-dən çox olur.
Atmosfer əlavələri
== Atmosfer akustikası == Akustikanın bir bölməsi; atmosferdə səs dalğalarının yayıl­masını öyrənir və atmosferi akustik üsullarla tədqiq edir. Atmosfer akustikasının mühüm vəzifələri atmosferin yer səthinə yaxın və yuxarı təbəqələrim tədqiq etmək, səs-küyün aradan qaldırılması yollarını, səs dalğalarının yayılmasını və s.öyrənir. == Atmosfer amili == Atmosferin fiziki vəziyyəti və kimyəvi tərkibi ilə bağlı amil (atmosferin seyrəkliyi, temperaturu, tərkibi, çirklənməsi və i.a.). == Atmosfer buzu == Bulud və dumanın tərkibində havanın yer səthinə, yerüstü əşyalara düşən sülb (bərk) halında olan su. Buludlardan qar, dolu, buzlu yağış və s. formalı Atmosfer buzu düşür; havadan şeh, qrov ayrılır. == Atmosfer çöküntüləri == Buludlardan damcı (yağış) və ya bərk halda (qar, dolu) yerə tökülən və havadan yer səthinə və ya əşya üstünə çökən (şeh, qrov) su. Yağıntının miqdarı düşən suyun əmələ gətirdiyi qatın qalınlığı ilə, mm-lə ölçülür. Atmosfer çöküntüləri yer kürəsində qeyri-bərabər, lakin qanunauyğun paylanır. Azərbaycanda yağıntıların miqdarı və rejimi müxtəlifdir.
Sərbəst atmosfer
Atmosfer çirklənməsi
Yer atmosferinin kirlənməsi — təbii proseslər və insan fəaliyyətinin nəticəsində atmosferə yeni maddələrin qatılması, ya da onun təbii durumunun dəyişilməsi. == İstixana effekti == İstixana effekti qazların qızması nəticəsində yaranan istilik enerjisinin vasitəsi ilə planetimizin qızmasıdır. Bu qazlar da əsasən su buxarı və karbondur. Elə istixana effektinə görə yerdə həyatı təmin etmək və inkişaf etdirmək baxımından yararlı temperaturun saxlanması mümkün olur. Bu olmasaydı, yerin temperaturu indikindən çox aşağı ola bilərdi. Bununla belə, istixana effekti sonrası yerə infraqırmızı şüaların düşməsi azalır, bu da yerin həddindən çox qızmasına gətirib çıxardır. 2007-ci ildə 130 ölkənin mindən artıq alimini birləşdirən İqlimin Dəyişməsi üzrə Ekspertlərin Hökumətlərarası Qrupu (İDEHQ) öz hesabatını təqdim etmişdir. Orada keçmişdəki və bugünkü iqlim dəyişmələri, bunun insana və təbiətə təsiri, eləcə də bu dəyişmələrin qarşısının alınması imkanları göstərilmişdir. Çap olunmuş materiallara görə, 1906–2005-ci il arası yer temperaturu 0,74 dərəcə artmışdır. Ən yaxın 20 il ərzində hər onillikdə temperatur orta hesabla 0,2 dərəcəyə qədər artacaq.
Atmosfer (dəqiqləşdirmə)
Atmosfer — ətrafında bir cazibə qüvvəsi ilə tutulmuş bir göy cisminin qaz zərfi. Atmosfer (film) — isveçli rejissor Anders Veberqin eksperimental filmi.
Atmosfer (film)
Atmosfer (isv. Ambiancé) — isveçli rejissor Anders Veberqin eksperimental filmi. Filmin 720 saat (və ya 30 gün) uzunluğunda olacağı və ilkin olaraq 31 dekabr 2020-ci ildə göstəriləcəyi proqnozlaşdırılırdı. Filmin ilkin nümayişi başa çatdıqdan sonra, filmin yeganə mövcud nüsxəsi məhv edilməli idi.
Səhralaşmış ekosistemlərin monitorinqi
Səhralaşmış ekosistemlərin monitorinqi — Monitorinqin bir növüdür Səhralaşmaуa məruz qalmış ekosistemlərin vəziyyətinin monitorinqinin qarşılıqlı əlaqədə olan üç istiqaməti var I) ictimai-iqtisadi. 2) sanitar-gigiyena. 3) ekoloji Burda hadisələrin hərtərəfli əhəmiyyəti, bu cür ekosistemlərin ekoloji vəziyyətinə nəzarətin prinsip və metodlarının müxtəlifliyi əks olunur və o monitorinq zamanı alınmış məlumatların əsas fərqlərini göstərir. Monitorinqin bu növünün həyata keçirilməsində işin əsas mahiyyəti kompleksliliyin tələb edilməsidir. Səhralaşma zamanı təbii sistemlərin dinamikasının başa düşülməsi səhralaşmanın bütün amilləri, şəraiti və nəticələrinə nəzarət edilmədən mümkün deyil. Qarşılıqlı əlaqədə olan şaxələnmiş struktura malik bu mürəkkəb dinamik sistemin komponentlərindən hər hansı birinə təsir bütövlükdə bütün sistemin dəyişməsinə səbəb ola bilər. Torpaq—arid sistemlərdə maddə və enerji daşınmasının əsas tənzimləyicisidir qoruqlarin ekoloji monitorinqinin təşkil edilməsi nəinki torpağın özünü deqradasiyaya aparan proseslərə, hətta landşaftın digər komponentlərinin vəziyyətini tənzimləyən və onun deqradasiyası haqqında məlumat verə bilən torpaq xassələri, prosesləri və rejimlərinə sistematik nəzarət edilməsini tələb edir. Səhralaşmanın bütün göstəriciləri üzərində monitorinqin təşkil edilməsi lazımdır: iqlim; torpaq; bitki; hidroloji; geomorfoloji.Səhralaşmanın indikatorlarının seçilməsi bu tələblərə uyğundur. Səhralaşmanın monitorinqi zamanı tez-tez səhralaşmanın xarakteri, sürəti (tempi), dərəcəsi və dərinliyi kimi anlayışlardan istifadə edilir. “Səhralaşmanın xarakteri" termini səhralaşmanın əsas səbəblərini və onların səhralaşma prosesinə səbəb olmasını göstərmək üçün işlədilir ki, bu da səhralaşmanın tiplərini ayırmaq üçün əsasdır.
Torpaqların çirklənməsinin monitorinqi
Torpaqların çirklənməsinin monitorinqi — “Ətraf mühit və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq həyata keçirilir (Nazirlər Kabinetinin 1 iyul 2004-cü il tarixli, 90 saylı qərarı ilə təsdiq edilmişdir). Torpaqların çirklənməsinin monitorinqi ölkə torpaqlarının çirklənmədən mühafizəsi, onlardan səmərəli istifadəsi üzrə layihələrin hazırlanması və çirklənməyə məruz qalmış ərazilərin rekultivasiyası üzrə müvafiq işlərin görülməsi üçün çirklənmə səviyyəsi haqqında məlumatların əldə edilməsi məqsədilə aparılır. Gübrələrin kortəbii, heç bir elmi mülahizəyə söykənmədən tətbiq olunduğu sahələrdə torpaqların ekoloji vəziyyəti pisləşməkdə davam edir. Belə ki, torpağın tərkibində olan qida maddələrinin miqdarı müəyyən olunmadan aparılan gübrələmə işi torpaq sahələrində toksiki mühit yaradır. Bu halda torpaqda olan minlərlə mikroorqanizmlər məhv olmaqla yanaşı torpağın bioloji fəallığı azalır, biokimyəvi proseslərin intensivliyi aşağı düşür, nəticədə isə torpaq “cansızlaşır”. Qeyd olunan cəhəti əkin sahələrində tətbiq olunan digər zəhərli maddələrə də aid etmək olar. Bu səbəbdən torpaqların keyfiyyətinin monitorinqi üzrə əsas istiqamətlərdən biri onların pestisid və herbisidlərlə çirklənməsi sahəsində aparılan müşahidələrdir. Belə mütəmadi müşahidələr Ağdam, Ağdaş, Ağcabədi, Şirvan, Biləsuvar, Bərdə, Göyçay, Gəncə, Cəlilabad, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Quba, Qəbələ, Masallı, Neftçala, Sabirabad, Saatlı, Salyan, Şamaxı, Şəki və Göygöl rayonlarında müxtəlif kənd təsərrüfatı bitkilərinin (pambıq, üzüm, taxıl, tərəvəz, meyvə, yem bitkiləri) əkin sahələrində aparılır. Torpaqların çirklənmə səviyyəsinə DDT, DDE, həmçinin sulfat, nitrat ionlarının qatılıqları, humusun miqdarı, elektrik keçiriciliyi və hidrogen göstəricisi üzrə nəzarət edilir. Torpağı çirkləndieən yalnız gübrələr deyil.
Ətraf mühitin monitorinqi
Monitorinq (ing. monitoring, lat. monitor) – yad edici, nəzarət edici) – Ekosistemin (ekoloji M.) və biosferin (biosfer M.) dəyişilməsi üzrə yerinə yetirilən uzunmüddətli kompleks müşahidələr və eksperimentlər sistemi. Xüsusi stansiyalarda (o cümlədən hidrometeoroloji) və biosfer qoruqlarında yerinə yetirilir. Monitorinq antropogen təsir altında olan biosferin və onun ayrı-ayrı elementlərinin vəziyyətinin dəyişməsinə qiymət vermək və onu proqnozlaşdırmağa yönəldilir. Monitorinqin vəzifəsi biosferin davamlığının zəifləməsi və bioloji məhsuldarlığının azalmasına səbəb olan mümkün antropogen yükün həddinin aşmasını vaxtında aşkar etməkdir. Ekosistemin miqyasına görə lokal monitorinq, regional monitorinq və qlobal monitorinq ayrılır. Lokal monitorinq - İnsan fəaliyyətinin təsiri ilə biosferin lokal dəyişməsi ayrı-ayrı bitkilərin fizioloji vəziyyətinin bilavasitə ölçülməsi yolu ilə aparılır: Regional Monitorinqdə - əsas obyekt bitki populyasiyası, fitosenoz və bitki qruplaşmasının tipi hesab olunur, bitki örtüyünün növ zənginliyi, quruluşu və sahəsinin dəyişməsi aşkar olunur. Qlobal Monitorinqdə - geniş ekosistemlərin dəyişməsi distansion və avtomatik müşahidə metodları (həmçinin aero və kosmik fotoşəkilçəkmək) ilə yerinə yetirilir. Monitorinq sistemi ekoloji proqnozlaşdırma üçün ilkin məlumatlar əldə edir.
Halo (atmosfer hadisəsi)
Normal atmosfer təzyiqi
Normal atmosfer təzyiqi – dəniz səviyyəsində 0°S temperaturda atmosfer təzyiqi. Normal təzyiq orta hesabla 760 mm hundurlukdə olan civə sutununun təzyiqinə deyilir. Hava yer səthinin hər bir 1 sm2-nə 1 kq (1033 q) təzyiq edir. Normal atmosfer təzyiqi 45 dərəcə paraleldə, okean səviyyəsində, 0 dərəcə temperaturda 760 mm c.s.-na bərabərdir. Atmosfer təzyiqi 760 mm c.s.-dan çox olarsa yüksək təzyiq, az olarsa alçaq təzyiq hesab olunur. Coğrafi enliklər üzrə Günəşin istiliyi qeyri-bərabər paylanmışdır. Bu da Yer səthində müxtəlif təzyiq sahələrinin yaranmasına səbəb olur. Ekvatorial enliklərdə hava qızaraq yüngülləşir və troposferin yuxarı qatlarına qalxır. Havanın qalxan hərəkəti atmosfer təzyiqinin ekvatorda aşağı düşməsinə səbəb olur. Troposferin yuxarı qatlarından tropik enliklərə (30 dərəcə şimal və cənub enliyi) hərəkət edən hava axınları soyuyaraq Yer səthinə enir və yüksək təzyiq sahəsi yaradır.
Monitorinq
Dövrlər və sosial idarəetmənin effektivliyi monitorinq keçirilməsini tələb edir. Monitorinq – informasiya toplanması, müşahidə, təhlil, qiymətləndirmə və idarəetmənin effektivlik vəziyyətinin proqnozlaşdırılmasıdır. Monitorinq sabit sosial-mədəni və iqtisadi inkişafın tənzimlənməsi və proqnozlaşdırılması sisteminin bir hissəsidir. Monitorinq fəaliyyətinin effektivliyi və prosesin, layihənin, proqramın, təşkilatın, dövlətin təhlükəsizliyini təmin edən informativ-analitik funksiyaları yerinə yetirir. · Ötən əsrin 90-cı illərindən başlayaraq təhsil sahəsində aparılan eksperimentlərin, tətbiq olunan yeniliklərin səmərəliliyinin artırılması, nəticələrin izlənilməsi, proqnozlaşdırılması və korreksiya işlərinin vaxtında həyata keçirilməsi məqsədilə təhsildə monitorinq və qiymətləndirmə mexanizmi tətbiq olunmağa başlanmışdır. Hazırda nəinki Azərbaycanda, hətta dünyanın inkişaf etmiş bir sıra digər ölkələrində də təhsildə monitorinq və qiymətləndirmə sistemi kifayət qədər mükəmməl qurulmayıb və əksər hallarda bu, lokal xarakter daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2009-cu il tarixliqərarı ilə "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası" təsdiq olunmuşdur. Sənəddə müasir dövrdə şagird nailiyyətlərinin qiymətləndirilməsi sisteminin vəzifələri, əsas xüsusiyyətləri, bu sahədə mövcud olan problemlər Konsepsiyanın yaradılması üçün zəruri səbəblər, əsas qiymətləndirmə növləri, qiymətləndirmə standartlarının və vasitələrinin hazırlanması və sairməsələlər əks olunmuşdur. Konsepsiyada təlim-tərbiyə işlərini müasir dövrün tələblərinə müvafiq qurmaq məqsədilə qiymətləndirmə fəaliyyətinin aşağıdakı tələbləri təmin etməsi qeyd edilir: — təhsildə müsbət dəyişikliklərin aparılması üçün mühüm vasitə rolunun yerinə yetirilməsi; təhsilin keyfiyyəti üçün əsas göstərici olan şagirdin təlim nəticələri haqqında etibarlı məlumatın verilməsi; — qiymətləndirmə vasitəsilə şagirdin bilik və bacarıqları haqqında kifayət qədər məlumat əldə edildikdən sonra fənn kurikulumlarında və dərsliklərdə müvafiq dəyişikliklərin aparılması; — təhsildə olan bəzi neqativ hallara qarşı mübarizə vasitəsi funksiyası; — qiymətləndirmədə yeni yanaşmaların yaddaşa əsaslanan qiymətləndirmənin əksinə olaraq, məntiqi təfəkkür vərdişlərinin inkişafına xidmət etməsi. Sənəddə qiymətləndirmə fəaliyyətinə qoyulan tələblərin əməli vəzifəsi, hər şeydən əvvəl, məktəblərimizdə təlim-tərbiyə işlərinin məzmun, forma, vasitə və metodlarını təkmilləşdirmək yolu ilə təhsilin keyfiyyətini əsaslı surətdə yaxşılaşdırmaqdan, müəllimlərin yaradıcılığını artırmaqdan və məktəb işlərinin keyfiyyətini bütünlüklə müasir dövrün tələbləri səviyyəsinə qaldırmaqdan ibarətdir.
Bioloji monitorinq
Bioloji monitorinq – antropogen təsirlər nəticəsində bioloji sistemdə baş verən dəyişikliklərin aşkar edilməsinə və qiymətləndirilməsinə xidmət edən informasiya toplama sistemidir. Monitorinqin əsas məqsədi əslində insanların sağlamlığı, heyvanların normal yaşayışı üçün yaranacaq təhlükəli şərait haqqında xəbərdarlığın öncədən edilməsidir.
Ekoloji monitorinq
Ekoloji monitorinq (Ecological monitoring) – biosferin qeyri-üzvi tərkibinin antropogen dəyişikliklərinin ölçülməsi, qiymətləndirilməsi, proqnozu və bu dəyişikliklərə cavab reaksiyaları, eləcə də təsirlərin nəticəsi kimi ekosistem dəyişiklikləri. UNEP-in tərifinə əsasən – biosferin bərpa olunan sərvətlərinin monitorinqi. Ekoloji monitoriq QSMOS-un əsas vəzifələri ilə sıx əlaqədardır. == Ekoloji monitorinq haqqında ümumi bilgilər == Monitorinq ətraf mühitin vəziyyətinin sistemli baxışı və təhlilidir Monitorinq zamanı, ilk olaraq onun çirklənmə dərəcəsinin, eləcə də biosferaya bu kirlənmələrin təsiri, ona edilən fəsadların dərəcəsi bəlliləşdirilir və kirlənmənin nəticəsinin nə olacağı haqqında proqnozlaşma aparılır. Monitorinq zamanı mühitin durumu haqında məlumatların yığımı ilə zaman və məkanda baş verən şirklənmələrin səviyyəsindən bilgilər əldə olunur. Hər bir monitorinq üç pillədən ibarətdir: baxış, olan durumun dəyərləndirilməsi və ola bilən dəyişmələrin proqnozu. Monitorinqin ən başlıca elementi təbii çevrənin durumunun dəyərləndirilməsidir. Bunu edərkən göstəricilərin seçimi, çevrənin obyektlərinin xarakteristikaları və onların dəyişmələri çox önəmlidir. Mühitin durumunu dəyərləndirmək və ola biləcək dəyişikliklərin proqnozunu vermək üçün biosferanın biotik və abiotik sahələrinə baxışların keçirilməsi olmalıdır. Coğrafi baxışların çevrəsi çox genişdir: mikromiqyasda edilən bu, ya da başqa təsirə reaksiyadan tutmuş, qlobal reaksiyalara, atmosferin kirlənməsi haqqında bilgilərə, çevrənin meteroloji və hidroloji xarakteristikalara, bir mühitdən başqa mühitə keçirilən maddələrin miqdarına qədər.