Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bülbülcan
Bülbülcan (əsl adı: Əbdülbaqi Kərbəlayi Əli oğlu Zülalov; 1841, Şuşa, Kaspi vilayəti – avqust 1927, Bakı) — Azərbaycan xanəndəsi. == Həyatı == Bülbülcan adıyla daha çox tanınan Əbdülbaqi Zülalov Şuşada anadan olub. Hələ cavan yaşında Qafqazı və İranı gəzib öz istedadı və müxtəlif dillərdə muğam ifa etmə məharəti ilə muğamsevərlər arasında məşhurluq qazanmışdır. İran şahı Müzəffərəddin şah tərəfindən Şiri-Xurşid ordeninə layiq görülmüşdür. 1875-ci ildən başlayaraq ömrünün 30 ilini Tbilisidə yaşamışdır. Gürcü dilini öyrənib Azərbaycan muğamatlarını o dildə ifa edərdi və onu dinləyən Tbilisililəri mükəmməl səsi, yaraşıqlı xarici görünüşü və artistik davranışı ilə heyran edərdi. Tez-tez yaxın dostu və məşhur tarzən Sadıqcanla çıxış edərdi. 1905-ci ildə Bülbülcan Şuşaya qayıtdı və vaxtını yetim qalan qardaşı uşaqları Əli Zülalovun və Qəmbər Zülalovun böyütməsinə həsr etdi. 1920-ci illərdən bəri Bakıda yeni açılmış ali musiqi məktəblərdə dərs demişdir. 1927-ci ildə vəfat etdi.
Bülbülə
Bülbülə – Bakının Suraxanı rayonunda qəsəbə (1936-cı ildən). == Tarixi == Abşeronun qədim yaşayış məntəqələrindəndir. Bülbülədə orta əsrlərə dair bir sıra abidələr, o cümlədən 1624-cü ildə tikilmiş Şeyx Nəcməddin məscidi var. Bülbülə kəndində bir sıra tarixi abidələr olmuşdur. Bunların arasında "İmamzadə"xüsusi yer tutur. Bülbülə "İmamzadə"sində beşinci İmam Mühəmməd Baqirin övladı Mühəmməd Sadiq, onun xanımı, həmçinin nökəri də dəfn olunmuşdur. Onların Bülbülə torpağında dəfn olunması bu torpağın müqəddəsliyini bir daha təsdiq etmiş, onların dəfn olunduğu yer bu günə qədər ziyarətgaha çevrilmişdir. Kərbalayı Ağabalabəy Bakıxanov Azərbaycanın böyük mütəfəkkir şairi və alimi Abbasqulu Ağa Bakıxanovun qardaşı oğludur. Kərbalayı Ağabalabəyin adı ilə bağlı olan Kərbalayı Ağabalabəy məscidi 1850-1860-cı illərdə tikilmişdir. Qəriblər məscidi Bülbülənin yuxarı hissəsində lahıclar məhəlləsində yerləşir.
Bülbülün abidəsi
Bülbülün abidəsi — Bakı şəhərində Bülbülün xatirəsinə ucaldılmış abidə. == Məzmun == Bülbülün abidəsinin müəllifi heykəltaraş Akif Əsgərovdur. Tuncdan hazırlanan abidə Bakının mərkəzində, Bülbülün yaşadığı evin yaxınlığında Bülbül prospektində ucaldılmışdır. == Açılışı == 31 oktyabr 2012-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev abidənin açılışında iştirak etmişdir. Açılış mərasimində həmçinin Rusiyanın xalq artisti, Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin münsiflər heyətinin sədri Sergey Leyferkus, Fransanın Lion Opera Teatrının ifaçılıq direktoru Robert Körner, Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli, Xalq Artisti Arif Babayev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və başqaları iştirak etmişlər.
Bülbülün büstü
Bülbülün bürünc büstü — Şuşa şəhərində ucaldılmış bürünc büst. Abidə ermənilər tərəfindən gülləylə deşik-deşik edilmiş, dəmir tullantısı kimi Gürcüstana satılmışdır. 1992-ci ildə Şuşanın işğalından sonra büst (Natəvan və Üzeyir Hacıbəyovun büstləri ilə birlikdə) Gürcüstan ərazisinə çıxarılır ki, orada metal kimi satılsın. Sonralar bu büstlər Azərbaycan hakimiyyəti tərəfindən alınır. Namiq Dadaşov Xurşidbanu Natəvana qoyulan, sonradan ermənilər tərəfindən gülləbaran edilən, hazırda isə Ramiz Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində saxlanılan heykəllərinin də müəllifi məhz odur. Böyük nəğməkarımız Bülbülün, eləcə də dahi sənətkarlarımız Üzeyir Hacıbəyov və Natəvanın erməni vəhşiləri tərəfindən güllələnmiş heykəlləri ölməz Bülbülün ləyaqətli oğlu Polad Bülbüloğlunun səyləri nəticəsində Bakıya gətirilib.
Bülbülün heykəli
Bülbülün abidəsi — Bakı şəhərində Bülbülün xatirəsinə ucaldılmış abidə. == Məzmun == Bülbülün abidəsinin müəllifi heykəltaraş Akif Əsgərovdur. Tuncdan hazırlanan abidə Bakının mərkəzində, Bülbülün yaşadığı evin yaxınlığında Bülbül prospektində ucaldılmışdır. == Açılışı == 31 oktyabr 2012-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev abidənin açılışında iştirak etmişdir. Açılış mərasimində həmçinin Rusiyanın xalq artisti, Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin münsiflər heyətinin sədri Sergey Leyferkus, Fransanın Lion Opera Teatrının ifaçılıq direktoru Robert Körner, Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli, Xalq Artisti Arif Babayev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və başqaları iştirak etmişlər.
Bülbülə bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bülbülə gölü
Bülbülə gölü — Abşeron yarımadasının mərkəzində, Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində göl. == Haqqında == Bülbülə gölü səthinin sahəsi 99 ha, dərinliyi 2,5 m olmaqla Abşeron yarımadasının mərkəzində, Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində yerləşir. Gölün suyu şortəhər olmaqla minerallaşma dərəcəsi 1,7 q/l-dir. Kationların (kalsium və maqneziumun) konsentrasiyası norma daxilində tərəddüd edir, anionların (xloridlər və sulaftların) miqdarı isə normadan cüzi dərəcədə yüksəkdir. Detergenlərin miqdarı YVHQ-dən 9,5 dəfə, fenolların miqdarı 8 dəfə, neft məhsullarının və misin konsentrasiyası isə 3,5-4 dəfə artıqdır. Gölün oksigen rejimi norma daxilindədir. == Mənbə == Ş.Əhmədov. Mühəndis ekologiyası. Bakı, 2012 == İstinadlar == == Xarici keçid == Bülbülə gölünün ətrafında bulvar salınacaq (VİDEO) [2] Bülbülə gölü.
Bülbülə qəsəbəsi
Bülbülə – Bakının Suraxanı rayonunda qəsəbə (1936-cı ildən). == Tarixi == Abşeronun qədim yaşayış məntəqələrindəndir. Bülbülədə orta əsrlərə dair bir sıra abidələr, o cümlədən 1624-cü ildə tikilmiş Şeyx Nəcməddin məscidi var. Bülbülə kəndində bir sıra tarixi abidələr olmuşdur. Bunların arasında "İmamzadə"xüsusi yer tutur. Bülbülə "İmamzadə"sində beşinci İmam Mühəmməd Baqirin övladı Mühəmməd Sadiq, onun xanımı, həmçinin nökəri də dəfn olunmuşdur. Onların Bülbülə torpağında dəfn olunması bu torpağın müqəddəsliyini bir daha təsdiq etmiş, onların dəfn olunduğu yer bu günə qədər ziyarətgaha çevrilmişdir. Kərbalayı Ağabalabəy Bakıxanov Azərbaycanın böyük mütəfəkkir şairi və alimi Abbasqulu Ağa Bakıxanovun qardaşı oğludur. Kərbalayı Ağabalabəyin adı ilə bağlı olan Kərbalayı Ağabalabəy məscidi 1850-1860-cı illərdə tikilmişdir. Qəriblər məscidi Bülbülənin yuxarı hissəsində lahıclar məhəlləsində yerləşir.
Pərviz Bülbülə
Pərviz Bülbülə (1 aprel 1985, Bülbülə) — Azərbaycan meyxanaçısı, müğənni. Pərviz Bülbülə 1 aprel 1985-ci ildə Bülbülə qəsəbəsində doğulub. Suraxanı rayonu 208 nömrəli məktəbdə təhsil alıb. Orta təhsillidir. 2001–2013-cü illərdə ANS telekanalında yayımlanan De, Gəlsin! yarışma verilişində iştirak etmişdir. Türkan Vəlizadə, Damla kimi qadın sənətçilərlə düetlər etmişdir. Ailəsinin 2-ci övladıdır, özündən böyük Taleh adında bir qardaşı var. Evlidir, bir qızı, bir oğlu var.
Bülbülün ev-muzeyi
Bülbülün ev muzeyi — tanınmış Azərbaycan peşəkar vokal sənətinin banisi, SSRİ xalq artisti, Stalin mükafatı laureatı, ictimai xadim, professor Bülbülün Memorial Muzeyinin ekspozisiyası yaşayış evinin quruluşu ilə birlikdə onun həyat və fəaliyyətini əks etdirən kompleksdən ibarətdir. Muzey Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi 43 ünvanında yerləşir. == Tarixi == Muzey 1976-cı ildə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əlirza oğlu Əliyevin şəxsi təşəbbüsü ilə Bülbülün Memorial muzeyi yaradıldı. Bu mənzildə Bülbül 1937-ci ildən ömrünün son günlərinədək, yəni 1961-ci ilin sentyabr ayının 26-dək yaşayıb yaratmışdır. 1977-ci il, iyulun 1-də Bülbülün Memorial muzeyinin direktoru vəzifəsində onun xanımı Adelaida Məmmədova təyin olundu. 1982-ci il, iyun ayının 10-da Bakıda Bülbülün Memorial muzeyin təntənəli açılışı olmuşdur. == Ekspozisiyası == Muzey 4 ekspozisiya otağında yerləşdirilmişdir. 3 otaq xatirə kimi saxlanmışdır, biri isə sərgi otağıdır.Muzeydə Bülbülün yaradıcı, elmi-tədqiqi, pedaqoji, ictimai fəaliyyəti haqqında sənəd və materiallar toplanmışdır. Onların arasında əsli əlyazmalar, qramofon valları, fotoşəkillər, notlar, kitablar, məişət əşyaları, incəsənət əsərləri və şəxsi əşyalar vardır. Filialları: Bülbülün Şuşada yerləşən ev muzeyi.
Eren Bülbülün ölümü
Ərən Bülbül (türk. Eren Bülbül; 1 yanvar 2002, Maçka, Trabzon ili – 11 avqust 2017, Körpüyanı[d], Trabzon ili) — Türkiyə təhlükəsizlik orqanları ilə PKK militanları arasında çıxan toqquşmada ölən uşaq. == Erkən həyatı == Ayşə və Həsən Bülbül cütlüyünün oğlu olaraq doğulan Ərən Bülbül ailəsinin 12 uşağından biri idi. Həyatını Trabzon ilinin Maçka ilçəsində keçirdi. 2016-cı ildə atasını itirdi. İfrat Trabzonspor azarkeşi idi. == Ölümü == 11 avqust 2017-ci ildə bir qrup PKK silahlısı ilə polis arasındakı toqquşmadan sonra, həmin qrup təchizat almaq üçün ərazidəki bir evə girdi. Bunu görən Bülbül bu barədə polisə məlumat verdi. Daha sonra polislə onlara evin yerini göstərməyə getdi. PKK-nın hücumu nəticəsində Bülbül və Fərhad Gedik adında bir polis öldü, bir polis yaralandı.
Ərən Bülbülün ölümü
Ərən Bülbül (türk. Eren Bülbül; d. 1 yanvar 2002, Maçka, Trabzon ili – 11 avqust 2017, Körpüyanı[d], Trabzon ili) — Türkiyə təhlükəsizlik orqanları ilə PKK militanları arasında çıxan toqquşmada ölən uşaq. Ayşə və Həsən Bülbül cütlüyünün oğlu olaraq doğulan Ərən Bülbül ailəsinin 12 uşağından biri idi. Həyatını Trabzon ilinin Maçka ilçəsində keçirdi. 2016-cı ildə atasını itirdi. İfrat Trabzonspor azarkeşi idi. 11 avqust 2017-ci ildə bir qrup PKK silahlısı ilə polis arasındakı toqquşmadan sonra, həmin qrup təchizat almaq üçün ərazidəki bir evə girdi. Bunu görən Bülbül bu barədə polisə məlumat verdi. Daha sonra polislə onlara evin yerini göstərməyə getdi.
İmamzadə türbəsi (Bülbülə)
İmamzadə türbəsi (Bülbülə) Abbasqulu Ağa Bakıxanov 1841-ci ildə yazdığı məşhur "Gülüstaniİrəm" əsərində belə qeyd etmişdir. "Bir çox cəhətcə kənd xarabaları, aran şəhərlərində yüksək dərəcəli üç imamzadənin Şamaxı, Gəncə və Bərdə şəhərlərində olan türbələri, Bülbülə kəndindəki İmamzadə göstərir ki, bu ölkə həmişə din böyüklərinin vətəni olmuşdur" Hal — hazırda imamzadə kompleksindən yadigar qalan təkcə bir yazılı daşdır ki, o da Bakıda Qız qalası ilə üzbəüz açıq sərgidə nümayiş etdirilir. Ərəbcə gözəl süls xətti ilə yazılmış bu kitabədə deyilir: "Bu böyük abidənin tikilməsinə əzəmətli sultan Şah Abbas əl-Hüseyni vaxtında Şeyx Kamalın oğlu Şeyx Nəcməddin əmr etmişdir. 1033 (1623–1624)". İmamzadə kompleksi 4 binadan ibarət olub, müqəddəs imam övladının dəfn olunduğu düzbucaqlı plana malik türbə binasının tavanı qismən çatma, qismən isə günbəzlə örtülübmüş. Qəbrin üzərində daş sənduqə (2–10x0,73 metr) varmış. Türbənin şərq divarından açılan qapıdan daxil olunan 2-ci otağın planı düzbucaqlı imiş. Burada isə 3 qəbir varmış ki, imamın nökərləri dəfn olunubmuş. Hər iki türbə xalça ilə döşənmiş, qəbirlər örtüyə bürünmüş və ələmlərlə bəzədilmişdi. Türbənin şimal divarına bitişik məscid binası (8,77x9,55 m.) varmış.
Bülbülün ev-muzeyi (Bakı)
Bülbülün ev muzeyi — tanınmış Azərbaycan peşəkar vokal sənətinin banisi, SSRİ xalq artisti, Stalin mükafatı laureatı, ictimai xadim, professor Bülbülün Memorial Muzeyinin ekspozisiyası yaşayış evinin quruluşu ilə birlikdə onun həyat və fəaliyyətini əks etdirən kompleksdən ibarətdir. Muzey Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi 43 ünvanında yerləşir. == Tarixi == Muzey 1976-cı ildə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əlirza oğlu Əliyevin şəxsi təşəbbüsü ilə Bülbülün Memorial muzeyi yaradıldı. Bu mənzildə Bülbül 1937-ci ildən ömrünün son günlərinədək, yəni 1961-ci ilin sentyabr ayının 26-dək yaşayıb yaratmışdır. 1977-ci il, iyulun 1-də Bülbülün Memorial muzeyinin direktoru vəzifəsində onun xanımı Adelaida Məmmədova təyin olundu. 1982-ci il, iyun ayının 10-da Bakıda Bülbülün Memorial muzeyin təntənəli açılışı olmuşdur. == Ekspozisiyası == Muzey 4 ekspozisiya otağında yerləşdirilmişdir. 3 otaq xatirə kimi saxlanmışdır, biri isə sərgi otağıdır.Muzeydə Bülbülün yaradıcı, elmi-tədqiqi, pedaqoji, ictimai fəaliyyəti haqqında sənəd və materiallar toplanmışdır. Onların arasında əsli əlyazmalar, qramofon valları, fotoşəkillər, notlar, kitablar, məişət əşyaları, incəsənət əsərləri və şəxsi əşyalar vardır. Filialları: Bülbülün Şuşada yerləşən ev muzeyi.
Bülbülün ev-muzeyi (Şuşa)
Bülbülün ev-muzeyi — Azərbaycan müğənnisi Bülbülün yaşadığı ev. 1992-ci ilə qədər Şuşada yerləşən ev muzeyi onun Bakı şəhərindəki memorial muzeyinin filialı olmuşdur. Ev iki otaq və eyvandan ibarət idi. Bülbül bu evdə anadan olmuş və uşaqlıq illərini burada keçirmiş, burada ilk dəfə musiqi aləminə qədəm qoymuş, məşhur xanəndə və musiqiçilərə qulaq asmışdır. == Tarixi == Divarın üzərində yeni aşkar olunmuş yazıda göstərilir ki, bina 1788-ci ildə inşa edilmişdir. Ümummilli lider Heydər Əliyevin göstərişi əsasında Şuşa Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi 1982-ci il 31 avqust tarixli qərarı ilə Bülbülün doğulduğu və yaşadığı evin ev-muzeyinə çevrilməsi barədə qərar qəbul edilmişdir. Bina 1982-1983-cü illərdə təmir olunub, muzey ekspozisiyası qurulub və önündə inzibati bina inşa edilmişdir. Muzeydə Bülbülün yaradıcılıq, elmi-tədqiqat, pedoqoji, ictimai fəaliyyətini əks etdirən 9 minə yaxın sənəd toplanmışdı. Ev-muzeyi 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırmış və 2020-ci ilədək erməni işğalı altında olmuşdur. 2021-ci ilin avqustunda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bülbülün Şuşadakı ev-muzeyinin yenidən açılışı baş tutmuşdur.
Tənha bülbülün rəqsi (film, 2003)