QIRXLAR

Qırx nəfərdən ibarət abdallar.

Prof. Bəşir Əhmədov “Etimologiya lüğəti”ndə R.Gülpınarın “İslamda təriqətlər və məzhəblər” kitabına istinadən yazır: Peyğəmbər qohumlarından 40 nəfəri yanına dəvət edir və islamı yaymaq üçün kömək göstərmələrini arzulayır. Əli birinci razılığını verir və xəlifə rütbəsini Məhəmməd ona tövsiyə edir. Qırxlar bu şəxslərdir. Əli də onlardan biridir.

Alı xan deyərlər mənim adıma,

Darda qalsam, qırxlar yetər dadıma.

Hər vaxt mənim Pəri düşər yadıma,

Pərim, gedərgisən, haçan gələssən?

                                                      (“Alı xan”)

                               *

Qurbani der, arayıban tapmışam,

Qırxlar məclisindən bir pay qapmışam.

Kəbədisə mən də birin yapmışam,

Min könüldən bir yol gedə o burca.

                                                 (“Qurbani”)

                              *

Qırxlar məclisində söylənir adım,

Ərşə bülənd olub dadü fəryadım...

                                                 (“Qurbani”)

                              *

Qırxlar məclisində əzildi gilə,

Oxudu lal dilim, döndü bülbülə,

Xuda, sən kömək et Şah İsmayilə,

Bəlkə, ala bilə bu Gülüzarı.

                            (“Şah İsmayıl”)

QIRĞUN
QIRIM
OBASTAN VİKİ
Qırxlar
‎Qırxlar (Bicar)
Qırxlar (Bicar)
Qırxlar (fars. قرخلر‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 271 nəfər yaşayır (58 ailə). Əhalisini kürdlər təşkil edir.
Qırxlar (Mərənd)
Qırxlar (fars. قرخلار‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 44 nəfər yaşayır (13 ailə).
Qırxlar (övliya)
Qırxlar cəmi
Qırxlar cəmi (türk. Kırklar Cemi) və ya Qırxlar məclisi (türk. Kırklar Meclisi) — Ələvilik və Bəktaşilikdə toplu ibadət. Ənənəyə görə, Məhəmməd 621-ci ildə Meracdan qayıtdıqdan sonra "qırx müqəddəs"i ziyarət etmiş və onlarla bu ibadəti yerinə yetirmişdir. Bu toplu ibadət məsciddə yox, cəm evində yerinə yetirilir.
Qırxlar dağı
Qırxlar dağı — Zəngəzur silsiləsində dağ. Qırxlar dağı Zəngəzur mahalının Sisian rayonunda Ərəfsə kəndi ilə Naxçıvan MR Culfa rayonunun Ləkətağ kəndinin və Ordubadın torpaqları ilə həmsərhəddir. Qırxlar dağının dəniz səviyyəsindən hündürlüyü 3089,2 metrdir. Zirvəsi ilin bütün aylarında qarla örtülü olur. Ətəkləri çox geniş alp çəmənləridir. Yay aylarında təkcə Ərəfsənin deyil, Qarabağdan yaylağa gəlmiş bir sıra rayonların qoyun sürülərinin yemlə təmin olunmasına kifayət edirdi. Mənbəyini Qırxlar dağının ətəklərindən götürən çay Dəliçay adlanır və Ərəfsə kəndində Salvartıçay, Taxtakörpüçay və Xırdaçayla qovuşur, aşağı axarında isə Bazarçayla birləşib, Araza qovuşan Bərgüşad çayına tökülür. Qırxlar dağının zirvəsində əfsanələrlə dolu eyniadlı ziyarətgah - pir vardır. Ətraf kəndlərin müsəlman əhalisi həm Sisian kəndlərindən, həm də Naxçıvan rayonlarının — Culfa və Ordubadın kəndlərindən Qırxlar pirinə ziyarətə gələrdi.
Qırxlar məclisi
Qırxlar cəmi (türk. Kırklar Cemi) və ya Qırxlar məclisi (türk. Kırklar Meclisi) — Ələvilik və Bəktaşilikdə toplu ibadət. Ənənəyə görə, Məhəmməd 621-ci ildə Meracdan qayıtdıqdan sonra "qırx müqəddəs"i ziyarət etmiş və onlarla bu ibadəti yerinə yetirmişdir. Bu toplu ibadət məsciddə yox, cəm evində yerinə yetirilir.
Qırxlar qalası
Qırxlar qalası — Culfa rayonunda Əlincə qaladan qərbdə yerləşən arxeolagi abidədir. Qala təpənin relyefinə uyğun olaraq üçbucaq formasında tikilmişdir. Qala divarının eni 1,65 metrdir. Divarlar sökülüb dağıdıldığından onların yalnız bünövrəsi qalmışdır. Qalanın içərisində dördkünc formalı yaşayış binalarının qalıqları vardır. Onlar orta həcmli qaya parçalarından tikilmişdir. Qalanın sahəsi 136 m-dir. Tədqiqat zamanı qalanın ərazisindən şirsiz və şirli keramika nümunələri aşkar edilmişdir. Aşkar edilmiş keramika nümunələrinə əsasən qalanı XI-XV əsrlərə aid etmək olar.
Qırxlar qəbiristanlığı
Qırxlar qəbiristanlığı — Qafqazın ən qədim dəfn yerlərindən biri olan Dərbənd qəbiristanlığı. Qəbiristanlıq Qırxlar-qapı darvazasından bir kilometr şimalda yerləşir. Qəbiristanlıq yaxşı işlənmiş daşlardan iki metrlik hasarla hasarlanıb. Bu hasar iki pillədən ibarətdir və görünür ki, bir neçə dəfə yenidən qurulmuşdur. Hasarın şimal tərəfində bir giriş portalı qurulmuşdur.. Orta əsr ərəb mənbələrinə və "Dərbəndnamə" yerli tarixi salnaməsinə görə, bu qəbrstanlıq Salman ibn Rəbiə əl-Bahilinin rəhbərliyi altında Dərbəndə edilən ilk ərəb yürüşü ilə əlaqədardır. Əfsanələrdən birinə görə, ərəb fəthçilərinin yerli sakinlərlə 6 günlük döyüşü nəticəsində sırasıyla 40 və 20 min əsgər şəhid olur. Ölən 40 ərəb Qırxlar qəbiristanlığında dəfn olunur. Daha sonra qəbiristanlığda bir sıra məzarlar qurulur. Qırxlar şəhərin şimal qəbiristanlığının bir hissəsidir.
Uğuldayan qırxlar
Uğuldayan qırxlar (ing. Roaring Forties) — Yerin Cənub yarımkürəsində, 40°-cı və 50°-ci enlik arasında qalan okean ərazisinə dənizçilərin verdiyi ad. Məhz bu bölgədə güclü və daima Qərb küləkləri əsir. Çox zaman dəhşətli tufanlara səbəb olur. Ərazidə quru hissələrinin az olması nəticəsində küləklər heç bir zəiflədici təsirə məruz qalmır və Hind okeanının cənubunda daha dağıdıcı gücə malik olurlar.. Uğuldayan qırxlar enliyi üzrə Yeri Antarktik sirkumpolyar cərəyanı dövrələyir. Uğuldayan qırxlar küləkləri Kliper (Clipper route ) marşrutunda önəmli rol oynamış. Bu küləklər haqqında ilk məlumatı 1611-ci ildə holland dənizçisi Hendrik Brauver vermişdir. O göstərmişdir ki, bu yolla daha tez Hind okeanının keçərək Cakartaya çatmaq olar. Hollandiyanın Ost-Hind kompaniyası sonralar bu marşrutu onun şərəfinə «Brauver marşrutu» adlandırmış.
Qırxlardağ
Qırxlardağ — Culfa rayonu ərazisində dağ. Əlincəçayın sağ sahilində yerləşir. Qazançı kəndindən 4 km cənub-qərbdə yerləşir. Hündürlüyü 1742 metrdir. Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan Dibəkli qolunun eyniadlı şaxəsində ən yüksək zirvə. Əlincəçayın sağ sahilində, Qazançı kəndindən 4 km cənub-qərbdədir. Orta Miosenin Tarxan regiomərtəbəsinin alt hissəsinə aid Çaşırdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Şimal və şərq yamaclarında Üst Oliqosen-Alt Miosen yaşlı vulkanogen-çökmə törəmələr açılır. Tektonik cəhətdən Naxçıvan çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Sirab sinklinalının geniş şimal-şərq qanadında yerləşir.
Qırxlardağ 2
Qırxlardağ - Culfa rayonu ərazisində dağ (hünd. 3175,3 m). Zəngəzur silsiləsinin cənub-qərb istiqamətli Dəmirlidağ-Göydağ qolunun başlanğıc hissəsinin suayırıcısında zirvə. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin andezitli porfirit lavalarından təşkil olunmuş, şimal-qərb və cənub-şərq yamacları sıldırımlı konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-şərq qurtaracağında müşahidə edilən Əyridağ sinklinalının şimal qanadında yerləşir. Yamaclarından şimal-şərq istiqamətli fay-yerdəyişmə qırılmaları keçir.

Digər lüğətlərdə