Olimpiko Regional Arnaldo Busatto stadionu
Olimpiko Regional Arnaldo Busatto stadionu — Digər adı olan Ninyo das Kobras (mənası İlan yuvası) tanınan, Braziliyanın Parana ştatının Kaskavel şəhərində yerləşən stadiondur. Stadion hal-hazırda futbol oyunlarının keçirilməsi üçün istifadə olunur. Kaskavel FK, Kaskavel İdman Klubu və Kaskavel Rekreativo FK öz ev oyunlarını bu stadionda keçirir. Stadionun tamaşaçı tutumu 28125 nəfərə bərabərdir və 1982-ci ildə inşa edilmişdir.
Stadionun sahibi Kaskavel Siti Holl şirkətidir. Stadion alderman (Portuqal dilində vereador), dövlət müavini və federal müavin olan Arnaldo Busattonun adını daşıyır.
1982-ci ildə stadionundakı işlər başa çatdırılmışdır. Stadionda ilk oyun həmin ilin 10 noyabr tarixində baş tutmuşdur. Həmin oyunda San-Paulu klubu Kaskaveli 1-0 hesabı ilə məğlub etmişdir. Stadionda ilk qolu isə San-Pauludan Paulo Sesar vurmuşdur.