Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Badımcan
Badımcan (lat. Solanum melongena) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. Tərkibində karotin, A vitamini, B qrupu vitaminlər, C vitamini, şəkər [3,2 %] olmaqla yanaşı, xeyli miqdarda kalium, fosfor, kalsium və dəmir duzları da vardır. Badımcan istisevən birillik bitkidir. Əsasən Moldaviyada, Orta Asiya və Zaqafqaziya respublikalarında becərilir. Badımcan quruluşuna görə iri meyvə olub, qabıqla örtülmüşdür. Daxilində qalın ətli hissəsi və çoxlu toxumu vardır. Badımcanın tərkibində 4,2% şəkər, 1,3% sellüloza, 0,2% üzvi turşu, 0,5% kül, 0,6% zülal, 0,5–0,7% pektin maddəsi, 0,0044–0,093%-ə qədər solanin qlükozidi vardır. Yetişib ötmüş badımcanın tərkibində solanin qlükozidi nisbətən çoxdur. Kal badımcanın tərkibində 0,8–3,7% nişasta olur.
Badımcan dolması
Badımcan dolması — Azərbaycanın milli mətbəxinə aid olan xörəkdir. == Lazım olan ərzaqlar == qoyun əti – 163 q, badımcan – 300 q, baş soğan – 20 q, ərinmiş yağ – 20 q, pomidor – 50 q, göyərti (reyhan, keşniş) – 15 q, darçın – 0,2 q, qatıq – 50 q, istiot −0,1 q, duz. == Hazırlanma qaydası == Badımcanın saplağı ilə birlikdə ucu kəsilir, soyuq duzlu suya salınıb qaynayana kimi qızdırılır. 1–2 dəq. pörtülür. Uzununa kəsilib tumdan təmizlənir. Qoyun ətindən soğanla birlikdə qiymə hazırlanır, duz, istiot vurulur, arasıkəsilmədən qarışdırılaraq qızardılır. Qiyməyə doğranmış göyərti və darçın qatılıb qarışdırılır və badımcanlara doldurulur. Qiymə ilə doldurulmuş badımcanlar dayaz qazana yağılıb ətrafına pomidor dilimləri düzülür, az miqdar bulyon tökülüb öz buğunda bişirilir. Süfrəyə verildikdə üstünə öz sousundan tökülür.
Badımcan mürəbbəsi
Badımcan mürəbbəsi — çeşidlənmiş və doğranmış badımcanın şəkərlə qaynadılması ilə hazırlanan, gürcü mətbəxinə məxsus ekzotik şirniyyatdır. Badımcan mürəbbəsindən çay süfrəsində istifadə olunur. Tərkibi badımcan, şərbət, çay sodası, zəy, limon turşusundan ibarətdir. == Həmçinin bax == Mürəbbə == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, "Gənclik", 2010.
Badımcan qəlyanaltısı
Badımcan qəlyanaltısı — badımcandan hazırlanmış salat, kürü, çığırtma və s. üçün ümumiləşdirici addır. Dünyada əsas tərkib hissəsi badımcan olan bir çox oxşar xörək növləri var. Badımcan salatları və badımcan kürüsünün mühüm fərqi yalnız onların tərkibinin müxtəlif olması ilə deyil, əsasən onların hazırlanma üsulu — texnologiyası ilə izah olunur. Badımcan sobada, qrildə bişirilə bilər, suda qaynadıla bilər, pörtlədilə və ya qızardıla bilər. Badımcanın doğranmasından da çox şey asılıdır — bəzi qəlyanaltılar üçün badımcan ətçəkən maşından keçirilir, bəzi qəlyanaltılar üçün üzun dilimlərə bölünür, bəziləri üçün isə xırda-xırda doğranır. == Badımcandan xörək növləri == Badımcan cığırtması, badımcan dolması, badımcan kababı, badımcan salatı və s. == Qalereya == == Həmçinin bax == Yunan qabağı (кабачок) kürüsü Salatların siyahısı == Xarici keçid == https://yemek.com/tarif/karniyarik/ == İstinadlar == Vikianbarda Badımcan xörəkləri ilə əlaqəli mediafayllar var.
Badımcan rəngi
Badımcan rəngi — Avropa badımcanlarının xarici qabığının rənginə bənzəyən qaranlıq bir bənövşəyi və ya qəhvəyi-bənövşəyi rəngdir. Badımcan rənginin digər adı aubergine-dir. İngilis dilində badımcanın bir rəng adı kimi ilk qeydə alınması 1915-ci ildə olmuşdur. 1998-ci ildə Crayola tərəfindən badımcan rəngi rəng qutusunda çəhrayı-bənövşəyi rəng kimi təqdim edilmişdir. Badımcanın müxtəlif növləri indiqodan ağa qədər dəyişə bilər. Çin badımcanları Avropa badımcanları ilə eyni şəklindədir, lakin rəngləri daha bənövşəyidir. Tay badımcanları kiçik, dəyirmi və rəngli meşə yaşıllıqlarıdır.
Badımcan turşusu
Badımcan çığırtması
Qızardılmış badımcan
Badamdar
Badamdar — Bakının Səbail rayonunda qəsəbə. == Haqqında == Şəhərin cənubunda yüksəklikdə yerləşmiş Badamdar qəsəbəsi vaxtı ilə məşhur yayla olmuşdur. Bakıdakı kənd və məskun yerlərin adları əksərən fars sözləri ilə düzəldiyindən Badamdar da farsca badam olan yer deməkdir. Dar fars dilində yer, məkan bildirir. Bəziləri bu sözün badam dər mənası verdiyini iddia edirlər. Guya Şubanı dağları arxasında Güldər dərəsi sözü kimi ismin axırına dər əlavə etməklə yaradılmışdır. Əlbəttə, bu səhvdir. Badamdar sözünü ruslar Patamdar kimi tələffüz etməklə bəzi rəsmi sənədlərdə də bu yerin adı Patamdar kimi yazılır. 1990-cı ildə qəsəbə statusu almışdır. Əhalisi 21,6 min nəfərdir.
Badaşqan
Badaşqan (əvvəlki adı: Bədəşxan) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yarımca kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yarımca kənd inzibati ərazi dairəsi tərkibindəki Bədəşxan kəndi Badaşqan kəndi adlandırılmışdır. == Toponimikası == Tədqiqatçıların mülahizəsinə görə, badaşqan "qəlbən bir olanlar, yaxın, qohum" deməkdir. Lakin həmçinin kəndin adının hazırkı Əfqanıstanın şimal-şərqi və Tacikistanın şərqindəki tarixi dağlıq Bədəxşan bölgəsi ilə də əlaqəli ola bilər. Bu adda Əfqanıstanda Bədəxşan vilayəti, Tacikistanda isə Dağlıq Bədəxşan (Kuhistoni Badaxşon) Muxtar Vilayəti mövcuddur. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Naxçıvan düzündə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Adamxan
Adamxan, Vardadzor (erm. Վարդաձոր) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14 km məsafədə yerləşir. Kəndin digər adı Atamxan olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.VII.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vardadzor (erm. Վարդաձոր) qoyulmuşdur.
Babacan
Babacan (Göyçə)
Basaman
Basaman Xan - türk və altay mifologiyasında dəniz tanrısı. Dənizlərdən məsuldur. Qorxusuz bir qəhrəman olaraq xarakterizə edilər. Əlində üç çəngəlli yabası vardır. Yanında daşıdığı doqquz qollu tuğu yırtıcı heyvan quyruqlarından yaradılmışdır. == Etimologiya == (Bas) kökündən törəmişdir. Basqın edən, əzən, qazanan deməkdir. Çoxluq bildirən "basa" sözü ilə eyni kökdən törəmişdir. Yaymaq mənası da var. Monqol, türk və tunqus dillərində at sürmək mənasını ehtiva edən "basa" söz köküylə əlaqəli görünməkdədir.
Badamdar bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Badamdar (otel)
Bakı "Kempinski Hotel-Badamdar" kompleksi — Bakı şəhərində yerləşən otel, mənzillər və ofis binaları, alış-veriş və əyləncə mərkəzi. == Ümumi məlumat == Ekoloji cəhətdən təmiz təbiəti olan 2,5 hektar ərazidə inşa edilmiş otel kompleksinin ümumi sahəsi 84 min kvadratmetrdir. "Gilan-İnşaat" MMC tərəfindən aparılmış tikinti işləri 2008-ci ilin sentyabrında başlanmış, 2011-ci ilin mayında sona çatdırılmışdır. Kompleksə otel, mənzillər və ofis binaları, alış-veriş və əyləncə mərkəzi daxildir. Həmin binalarda istirahət otaqları, mənzillər, konfrans zalı, toplantı otaqları, yerli və xarici mətbəx nümunələri təqdim edən üç restoran, şadlıq mərasimlərinin keçirilməsi üçün 750 nəfərlik ziyafət zalı, SPA mərkəzi, tennis kortu, basketbol, buz-sürüşmə meydançaları, boulinq zalı, açıq və qapalı üzgüçülük hovuzları, örtülü avtomobil dayanacağı, mağazalar, amfiteatr və aquapark yerləşir. == Otel == Kompleksin birinci mərhələsi – otel binasında ən yüksək standartlara cavab verən 283 nömrədə müştərilərin rahatlığı və istirahəti üçün hər cür şərait yaradılmışdır. Hoteldəki iki restoran və üç bar qonaqlara yerli və xarici mətbəxin nümunələrini təqdim edir. Hotelin Azərbaycanda bənzəri olmayan 3,5 min kvadratmetr sahəni əhatə edən SPA mərkəzi, 24 masaj otağı, üzgüçülük hovuzu, gözəllik salonları, sauna, hamam və s. müştərilərin sağlamlığının və rahatlığının yüksək səviyyədə təşkilinə imkan yaradır. Kompleks Kempinski otellər şəbəkəsinə daxildir.
Babacan (Göyçə)
Babacan — Göyçə mahalında kənd. == Tarixi == İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı. Tam adı Babacan dərəsi. 1728-ci ilə aid mənbədə Qırxbulaq nahiyəsində kənd adı kimi qeyd olunub. Kənd Babacan dərəsində yaranmışdır. Dərə mülkədar Babacana aid olmuşdur. Babacan kəndi XVII əsrin əvvəlində (1715) yaradılmışdır. Qədim Babacan əhalisi taun və ya hansısa epdemiya ilə əlaqədar kəndi tərk edərək təxminən Kür qırağına bir ehtimala görə Sabirabad rayonunu ərazisinə köçüblər. Ehtimala görə epidemiyadan xilas olmaq üçün belə bir əraziyə köçmə zərurəti olub. İllər Sonra Kənd növbəti dəfə Şişqaya kəndinən 2–3 ailənin (yeznə qayın olan bu ailələr töstü və şəbəndə nəsillərindən olublar) köçməsi ilə yenidən yaşayış məskəninə çevrilib.
Babacan (çay)
Babacan çayı (erm. Մարց գետի (Мarts qeti)) — Ermənistanda çay. Ən böyük qolu (sol sahildə çaya tökülür) Sarıbulaq çayıdır.
Hovannes Adamyan
Hovannes Adamyan (erm. Հովհաննես Ադամյան; 5 (17) fevral 1879, Bakı, Bakı quberniyası, Rusiya imperiyası[…] – 12 sentyabr 1932[…], Leninqrad[…]) — erməni əsilli sovet mühəndisi və ixtiraçısı. Yazıçı kimi də fəaliyyət göstərmiş Adamyan, ümumilikdə 20-dən çox müxtəlif ixtiranın sahibi kimi tanınmaqdadır. Dünyada ilk eksperimental rəngli televiziya Hovannes Adamyanın üçrəngli prinsipi əsasında 1928-ci ildə Londonda nümayiş olunmuşdur. İxtiraçı rəngli televziyanın yaradıcılarından biri hesab olunur. == Həyatı == Hovannes Adamyan 1879-cu ilin 5 fevral tarixində Rusiya imperiyasının Bakı quberniyasının mərkəzi olan Bakı şəhərində, varlı erməni ailəsində anadan olmuşdur. Adamyanlar ailəsi Bakı və ətraf ərazilərdə bəzi neft sahələrinə sahib idilər və eyni zamanda da İran üzərindən ipək malların gətirilməsi və satılması ticarəti ilə məşğul olurdular. Hoavannes 1897-ci ildə Bakı şəhərində məktəbi bitirdikdən sonra ali təhsil almaq üçün ailəsi tərəfindən İsveçrəyə göndərilmişdir. Sürix və Berlin şəhərlərində yerləşən universitetlərdə müxtəlif vaxtlarda təhsil almışdır. Təhsilini bitirdikdən sonra televiziyaların təkminləşdirilməsi ilə məşğul olmağa başlayan ixtiraçı, özünə qədərki alimlər Le Blank və Nipkovun rəngli televiziya ilə bağlı olan nəzəri işlərini inkişaf etdirmiş və rəngli televiziya sisteminin yaradılması üçün əməli fəaliyyət göstərmişdir.
Petros Adamyan
Petros İeronimoviç Adamyan (erm. Պետրոս Հերոնիմոսի Ադամեան; 21 dekabr 1849, Karaköy[d], Konstantinopol, Osmanlı imperiyası – 4 iyun 1891, Konstantinopol) — erməni aktyoru. Petros İeronimoviç Adamyan 21 dekabr 1849-cı ildə Osmanlı imperiyasının paytaxtı İstanbul şəhərində anadan olmuşdur. Səhnə fəaliyyətinə 1866-cı ildən İstanbul erməni teatrında başlamışdır. 1879-cu ildən Tiflisdə, Bakıda, Şuşada, həmçinin Rusiya və Ukrayna şəhərlərində çıxış etmişdir. 1888-ci ildə Adamyan İstanbula qayıtmışdır. 200-dən çox rol oynamışdır. Adamyanın yaradıcılığı üçün intellektuallıq, emosionallıq və yüksək sənətkarlıq xarakterik idi. Əsas rolları: Arbenin ("Maskarad", Lermontov), Hamlet, Otello ("Hamlet", "Otello", Şekspir), Karl Moor ("Qaçaqlar", Şiller), Masistan ("Xatabala", Sundukyan). "Şekspir və onun "Hamlet" faciəsinin tənqidi" kitabının müəllifidir.
Sungun Babacan
Sungun Babacan (5 oktyabr 1958, Ankara – 6 avqust 2022) – Türkiyədən olan səsləndirmə aktyoru. 1958-ci ildə Türkiyənin Ankara şəhərində doğulmuşdur. Hacettepe Universitetinin iqtisadiyyat və idarəçilik fakültəsindən məzun olmuşdur. Dublaj sənətinə TRT kanalında başlamışdır. 1980-ci illərin ortalarında TRT kanalında yayımlanan "Şənbədən şənbəyə" verilişinin aparıcısı olmuşdur. Bir çox film və serialın aktoyorlarının dublajını edən Babacan tərcümə və dublaj rejissorluğu da etmişdir. Televiziya filmləri və reklamlar üçün səsləndirmələrdə iştirak etmişdir. "League of Legends" video oyununun türkcə versiyasında Lyuşian personajını səsləndirmişdir. "Keçmişdən evim möhtəşəm" və "Gülə-gülə oturun" verilişlərinin səsləndirilməsində iştirak etmişdir. Paytaxt Kommunikasiya Elmləri Akademiyasında dublaj mövzusunda dərslər vermişdir.
Suren Adamyan
Suren Arutyunoviç Adamyan (erm. Սուրեն Հարությունի Ադամյան; 6 iyun 1913, Çartar, Şuşa qəzası – 27 fevral 1983, Çartar, DQMV) — Azərbaycan-sovet kənd təsərrüfatı qabaqcılı. Suren Arutyunoviç Adamyan 6 iyun 1913-cı ildə Şuşa qəzasının ərazisində yerləşən Çartar kəndində anadan olmuşdur. 1938-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olan Adamyan 1945-ci ildən Azərbaycan SSR Martuni rayonundakı "Kommunizm" kolxozunun sədri, 1948-ci ildən Sosialist Əməyi Qəhrəmanıdır. Onun rəhbərlik etdiyi kolxoz təsərrüfatda və mədəni quruculuqdakı nailiyyətlərə görə 1967-ci ildə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif olunmuşdur. Adamyan Sov.İKP 22–25-ci qurultaylarının nümayəndəsi olmuşdur. AKP 27–29-cu qurultaylarında MK üzvü seçilmişdir. SSRİ Ali Sovetinin (5–9-cı çağırış) deputatı olmuşdur. 3 dəfə "Lenin" ordeni və "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir. Suren Adamyan 27 fevral 1983-cü ildə Martuni rayonu Çartar kəndindəki mənzilində ermənilər tərəfindən güllələnmiş, həyat yoldaşı isə baltalanmışdır.
Terminalia badamia
Katappa terminaliyası (lat. Terminalia catappa) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin kombretkimilər fəsiləsinin terminaliya cinsinə aid bitki növü. Badamia commersonii Gaertn. Buceras catappa (L.) Hitchc. Juglans catappa (L.) Lour. Myrobalanus catappa (L.) Kuntze Terminalia badamia sensu Tul. Terminalia badamia DC. Terminalia catappa var. chlorocarpa Hassk. Terminalia catappa var. macrocarpa Hassk.
Əli Babacan
Əli Babacan (türk. Ali Babacan; 4 aprel 1967, Ankara) — Demokratiya və Sıçrayış Partiyası (DEVA) sədri. Türkiyənin keçmiş İqtisadiyyat naziri. Partiyanın adı və quruluş sənədi 9 mart 2020-ci il tarixində Türkiyə Daxili İşlər Nazirliyinə verilmişdir. Partiyanın təqdimat toplantısı 11 mart 2020-ci il tarixində keçirilmişdir. Təsisçilər heyətinin birinci toplantısında Əli Babacan səs çoxluğu ilə partiyanın sədri seçilmişdir. Partiyanın abreviaturası olan "DEVA" türk dilindən tərcümədə "əlac" və ya "dərman" deməkdir. İngilis dilini çox yaxşı bilən Babacan 1995-ci ildə Ülkü Zeynəb Babacanla ailə həyatı qurub. Mustafa Kərəm, Fatma Dilarə və Hilmi Əmir adlı üç övladı var.
Ali Babacan
Əli Babacan (türk. Ali Babacan; 4 aprel 1967, Ankara) — Demokratiya və Sıçrayış Partiyası (DEVA) sədri. Türkiyənin keçmiş İqtisadiyyat naziri. == Siyasi fəaliyyəti == Partiyanın adı və quruluş sənədi 9 mart 2020-ci ildə Türkiyə Daxili İşlər Nazirliyinə verilmişdir. Partiyanın təqdimat toplantısı 11 mart 2020-ci ildə keçirilmişdir. Təsisçilər heyətinin birinci toplantısında Əli Babacan səs çoxluğu ilə partiyanın sədri seçilmişdir. Partiyanın abreviaturu olan "DEVA" türk dilindən tərcümədə "əlac" və ya "dərman" deməkdir. == Şəxsi həyatı == İngilis dilini çox yaxşı bilən Babacan 1995-ci ildə Ülkü Zeynəb Babacanla ailə həyatı qurub. Mustafa Kərəm, Fatma Dilarə və Hilmi Əmir adlı üç övladı var.
Babacan (Aralıq)
Babacan — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. == Tarixi == Kəndin adı 1886-cı il qeydlərində Kobi kimi qeyd olunur. Əvvəllər Daşburun bucağına aid məhəllə idi, lakin 29 mart 1946-cı ildə kənd statusu almışdır. == Coğrafiyası == Kənd İğdır şəhər mərkəzinə 26 km, Aralıq qəsəbəsinin mərkəzindən 19 km məsafədədir.