Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çikara Fucimoto
Çikara Fucimoto (d. 31 oktyabr 1977) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Çikara Haşimoto
Çikara Haşimoto (20 oktyabr 1933, Hokkaydo, Hokkaydo prefekturası – 11 oktyabr 2017) — Riki Haşimoto adı ilə tanınan yapon aktyor və beysbol oyunçusu. Haşimoto 1950-ci illərdə Mainichi Orionları komandasında beysbol oynuyurdu. Zədə səbəbi ilə 1958-ci ildə karyerasını bitirmək məcburiyyətində qaldı. Bundan sonra Deiei studiyasına qoşularaq aktyorluğa başladı. Aktyor olaraq 1960-cı illərdə Daimajin rolu ilə filmlərdə oynamağa başladı. 1972-ci ildə döyüş sənəti ustası, aktyor Brüs Li ilə bərabər rol aldığı "Fist of Fury" filmində Hiroşi Suzuki rolu ilə tanındı. Keçmiş yapon beysbol oyunçusu və aktyor Çikara Haşimoto 11 oktyabr 2017-ci ildə 83 yaşında vəfat etdi.
Bişara əl-Xuri
Bişara Əl-Xuri (ərəb. بشارة الخوري‎; 10 avqust 1890 – 11 yanvar 1964[…], Beyrut) — Livan dövlət xadimi. Müstəqil Liviya Respublikasının ilk prezidenti. == Həyatı == Yüksək vəzifəli dövlət məmurunun oğlu olan Xuri, Parisdə hüquqşünaslıq ixtisası üzrə təhsil alır. Müstəqillik düşüncəsində qərarlı olan və Ərəb ölkələrini birləşdirən bir federasiya ideyasına qarşı çıxan Xuri, ərəb ölkələri ilə dostluq münasibəti qurulmasında maraqlı idi. 1920-ci ildə Livan valiliyində vəzifə aldı və bir neçə ay sonra təşkil olunan hökumətdə seçildi. 1922-ci ilə qədər hökumətdəki bu vəzifədə qaldı. 1926-cı ildə Edib hökumətinin Daxili İşlər Naziri olaraq yer aldı. II Dünya Müharibəsi dövründə Böyük Britaniya ilə münasibətləri sıxlaşdı. 1943-cü ildə müstəqil respublika üçün baş tutan seçkilərdə ən fəal iştirakçılardan idi və ölkənin ilk prezidenti seçildi.
Nikara qala kompleksi
Никарa (çeç. Никара) — Çeçenistan Respublikasının orta əsr memarlığının ən yaxşı qorunan abidələrindən biri, qədim qala kompleksi. Qala kompleksinin tikilmə tarixi XII əsrə aid edilir. Kompleks Çeçenistan Respublikasının cənub-qərbində,Qalançoj rayonunun dağlıq ərazisində keçmiş Nikaro kəndində yerləşir. Qala üç tərəfdən dağ silsilələri ilə əhatələnmiş Nikar-exk çayının iki qolunun qovşağında dar, əlçatmaz qayalı silsilədə ucaldılmışdır. Qala kompleksi dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşir. Qala memarlığı Çeçenistanın dağlıq bölgələrində ən yüksək inkişafa çatdı. Bu, xüsusilə orta əsrlər memarlığının zirvəsi olan müdafiə qalalarının memarlığında özünü büruzə verirdi. Nikara ayrıca XIV əsrə aid ayrı bir qala kompleksidir. Terloyev dərəsinin yüksək dağlıq bölgəsində yerləşir.
Ankara
Ankara (türk. Ankara) — Türkiyə Respublikasının paytaxtı. İstanbuldan sonra ölkənin ən böyük ikinci şəhəridir. == Etimologiya == Ankara şəhərinin adı tarix boyu dəyişmişdir. Şəhər, frigiyalılar, qalatiyalılar və qədim romalılar (Antik, Helenistik ve Bizans dövrlərində) tərəfindən mənası gəmi lövbəri olan Ἄγκυρα [Anqira] olaraq adlandırıldı; bu ad latın əlifbası ilə qərb mənbələrində Ankyra və Ancyra olaraq yazılmışdır. Ankara şəhəri, ərəb mənbələrində "Bəldəyi-əl Səlasil", "Məmuriyə" və "Mə'muriyə-i Səlasə" olaraq yazılmışdır. Qədim yunan dilində "Anküra" olaraq tələffüz edilən şəhər adı ərəblər tərəfindən qorunub saxlanılmışdı. Böyük Səlcuq İmperiyasının Anadoluya gəlməsindən sonra bu ad "Anqara" və "Əngürü", qərb dillərində isə "Anqora" (Angora) olaraq dəyişmişdir. "Əngürü" (Engürü) adı, ərəb şəkilçisiylə "Əngüriyyə" olmuşdur. Ankaranı suverenliyi altında saxlayan dövlətlər tərəfindən zərb edilən sikkələrdə istifadə olunan rəsmi ad, Böyük Səlcuq İmperiyasında "Ankara", Elxanilər Dövlətində "Əngürü" və "Əngüriyyə", Osmanlı İmperiyasında isə "Əngürü" və "Anqara" olmuşdur.
Badara
Badara — Azərbaycan Respublikasının Xocalı rayonununun Daşbulaq kənd inzibati ərazi dairəsində kənd. Yuxarı Qarabağın Xaçın nahiyəsində kənd adı.Azərbaycanda dağlıq yerlərə xas olan kicik əkin sahəsinə badar deyilir. Oykonim "kiçik əkin sahəsi olan yer" deməkdir. == Tarixi == Keçmişdə Xaçın nahiyəsində kənd olub. Qarabağ xanı İbrahim xana məxsus mülklərin siyahısında adı Badarat kimidir. 1828-ci ildə İrandan köçürülmüş ermənilər burada yerləşdirildikdən sonra Ptresek adlandırılmışdır. Gürcüstanda Başeti adı ilə eynidir. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Badara kəndinin əhalisinin faktiki sayı 827 nəfər, qeydiyyatdakı əhalinin sayı 849 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Badara kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətində olmuş, 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qvvələrinin nəzarətinə qaytarılmışdır.
Bitaga
Bitaga (gürc. ბითაგა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 720m hündürlüktə, Suxumidən 70 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ენციკლოპედია „საქართველო“, ტ. 1, თბ., 1997. — გვ. 433.
Biçura
Biçura — türk və tatar mifologiyasında anbar cini. Bayçora olaraq da bilinir. Evlərdə və zirzəmilərdə yaşayır. Qadın qılığına girir. Qırmızı geyimli olaraq təsvir edilirlər. Ümumiyyətlə evdə, ocağın arxasında və ya anbar və ya dam altında yaşayır. Heç çəkinmədən səs-küy edər. "Küves" deyilən içkini çox sevər. Tatarlarda "Ocaq başında Bıçura belini boğmuş oturar" şəklindəki tapmacaya cavab, "Küves" çəlləyidir. Yeməyə çox düşkündür.
Bukarka
Bukarka (lat. Neocoenorhinidius pauxillus) — Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Borulayıcı böcəklər fəsiləsinə aid olan növ. == Həyat tərzi == Ağac və kol dekorativ bitkilərinin yarpaqlarına, xüsusilə cicəkli bitkilərdən ərik, gavalı ağaclarına və digər bəzək bitkilərinə (katalpa, söyüd, qovaq və s.) 14–22% zərər verir. Böcək imaqo mərhələsində torpaqda qışlayır. Mart-aprel aylarında ağaclarda tumurcuqlar əmələ gələndə qışlama yerlərindən çıxırlar və tumurcuqlarla qidalanırlar. Bu vaxt havanın orta günlük temperatur 12–16oC olur. Müşahidələrimizə əsasən, böcəklər 2–3 ay təbiətdə görünürlər. Abşeronda zərərvericinin yumurta qoyması bitkilərin çiçəkləməsi ilə eyni vaxta düşür. Yumurtalarını (bir ədəd olmaqla) yarpağın alt səthinə, yarpaq damarlarının bitişən yerlərinə qoyur. Ümumiyyətlə bir dişi fərd 100–120-yə qədər yumurta qoya bilir.
Buxara
Buxara (özb. Buxoro) — Özbəkistanın qədim şəhəri. Tarixi yerlərlə zəngin olan Buxara şəhərində təqribən 140 memarlıq abidəsi var. 31 avqust 2016-cı il tarixinə olan məlumata əsasən şəhər əhalisi 247,644 nəfər təşkil edir ki, bu da onu əhalisinin sayına görə Özbəkistanın beşinci ən böyük şəhəri edir. Əhalinin əksəriyyətinin ana dili Özbək dilidir. Böyük ipək yolu üzərində yerləşən bu şəhər uzun müddət ticarət, elm, mədəniyyət və din mərkəzi kimi fəaliyyət göstərmişdir. UNESCO təşkilatı Buxaranın tarixi mərkəzini (bir çox məscid və mədrəsələrdən ibarətdir) Ümumdünya irsi siyahısına daxil etmişdir. == Adları == Buxara şəhəri 19-cu və 20-ci əsr ingilis nəşrlərində Boxara, Xan çincəsində isə Buhe və ya Puhe şəklində adlandırılmışdır. İranika Ensiklopediyasında yazılana əsasən "Buxara" adı soqd dilində "bərəkətli torpaq" mənası verən βuxārak sözündən törəmişdir. X əsr Orta Asiya tarixçisi Əbu Bəkr Narşahi özünün "Buxara tarixi" əsərində belə yazmışdır: "Buxaranın bir çox adı var.
Gitara
Gitara — simli-dartımlı musiqi aləti; solo və müşayiətedici alət kimi istifadə olunur. Adətən barmaqlarla, yaxud da təzənəylə (mizrab) çalınan simli alətdir. Görünüşcə Uda oxşasa da, bir az fərqlidir. Tarixi orta əsrlər hesab olunur. Taxta yaxud balqabaqdan hazırlanır. Bəzən bu alətə qısaca olaraq "Gitar"-deyilir == Adının mənası == "Gitara" və "tar" sözləri eyniköklüdür: "setar / sitara" sözü farscadan yunan dili vasitəsiylə ("kithara", "kifara" biçimində) Avropa dillərinə "gitara" kimi gəlib çatmışdır. "Dütar" sözü farsca "ikitelli", "setar" — "üçtelli", "çahartar" — "dördtelli", "pənctar" — "beştelli", "şeştar" — "altıtelli" deməkdir. Bəzi dilçilər "tar" sözünün farskökənli olduğunu yazır. Ancaq sözün hər hansı dildə mövcudluğu hələ onun həmin dildə doğma olduğuna dəlalət eləmir. Hind-avropa dillərinin heç birində "tar" kökünün məntiqli etimoloji və fonetik açıqlaması yoxdur.
Hikari
Hikari — Yaponiya qadın adı. Hikari Nakade — Yaponiya qadın futbolçusu. Hikari Takaqi — Yaponiya qadın futbolçusu. Hikaru Kitaqava — Yaponiya qadın futbolçusu. Hikaru Naomoto — Yaponiya qadın futbolçusu.
Kifara
Kifara (yun: κιθάρα) qədim yunan simli musiqi alətidir və hal-hazırda müasir yunan dilində klassik gitaranı da təsvir etmək üçün bu sözdən istifadə olunur. Bayramlarda, xüsusilə Apollon ilahının şərəfinə keçirilən kult mərasimlərində çalınmasına üstünlük verilmiş xüsusi bir musiqi aləti idi. Liraya oxşar olduğu düşünülsə də, lira daha kiçikdir və ayaqları yoxdur. Kifara beş-on iki arası simləri olan simli alətdir və inkişafını eramızdan əvvəl VIII-VII əsrlər arasında dörd simli musiqi aləti olan Phorminksə (φόρμιγξ) borcludur. Hər iki alət ilah Apollona aid edilir. Əsas hissəsini əl işləməsi olan taxta səs qutusu təşkil edir. Qabaq tərəfi yastı, arxa tərəfi günbəzlidir (sikkə və heykəllərdə), alt tərəfi isə yenə də yastıdır. Səs gövdəsinin hər iki tərəfindən əyilərək bir-birlərinə oval formada yüksələn iki qol bir-birinə paralel formada bitirlər. Beləliklə, alət başı aşağı dayanan böyük Omeqaya (Ω) oxşayır. Bir boyunduruq iki paralel qolu birləşdirir və həmçinin simlər üçün bir kiriş rolunu oynayır.
Mikasa
Mikasa (yap. 三笠市) — Yaponiyanın Hokkaydo adasında və eyni adlı prefekturanın Soraçi sabprefekturada yerləşən şəhər.
Biafra
Biafra Respublikası (ing. Republic of Biafra) — Nigeriyanın cənub-şərq hissəsində 30 may 1967-ci ildən 15 yanvar 1970-ci ilə qədər mövcud olan qismən tanınan dövlət. Dövlət Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmasa da, Qabon, Haiti, Fil Dişi Sahili, Tanzaniya və Zambiya kimi dövlətlər tərəfindən tanınmışdı.
Elektrik Gitara
Elektrogitara və ya elektrikli gitara — polad simlərin titrəyişlərini elektrik siqnallarına çevirən və onu səsgücləndiriciyə ötürməklə səslər yaradan gitara növü. Elektrogitara ilk dəfə olaraq cazda istifadə olunmuş, ondan həm də pop musiqisində, rok-n-rol, kantri, blyuz, embiyent, nyu-eyc və hətta çağdaş klassik musiqidə də geniş istifadə olunur.
Fragaria bifera
Yaşıl çiyələk (lat. Fragaria viridis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü. == Arealı == Avropadan Sibir və Türkiyəyə qədər yayılmışdır.
Hikari Nakade
Hikari Nakade (d. 6 dekabr 1988) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Hikari Takaqi
Hikari Takaqi (d. 21 may 1993) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 19 oyun keçirib, 1 qol vurub.
Hikaru Kitaqava
Hikaru Kitaqava (d. 10 may 1997) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Hikaru Nakamura
Hikaru Nakamura (yap. ヒカル・ナカムラ; 9 dekabr 1987, Hirakata, Osaka prefekturası) — Amerika şahmatçısı, qrosmeyster, 4 dəfə ABŞ Çempionu, 5 dəfə Olimpiada iştirak etmiş və iki dəfə komanda hesabında bürünc medal qazanmışdı. == Həyatı == Hikaru Nakamura 9 dekabr 1987-ci ildə Yaponiyada anadan olmuşdur. Hikaru 2 yaşı olanda ailəsi ilə ABŞ-yə köçür. == Şahmat karyerası == 2004-cü il Liviyada keçirilən FİDE Dünya Çempionatının iştirakçısı olmuşdur. 4-cü raunda Maykl Adamsa məğlub olaraq yarışı tərk etmişdir. 20 iyun 2005-ci ildə Nakamura Frank Samford Chess Fellow tərəfindən təyin edilən $32,000O məbləğində qrantı öz şahmat həyatına xərcləmə imkanı əldə etdi. 2005-ci ABŞ Çempionatının qalibi oldu və Bobbi Fişerdən sonra ən gənc çempion oldu. Bu qələbədən sonra vunderkindin dueli adı altında Meksikada Ukraynalı Sergey Karyakin ilə matç keçirdi. 2005-ci ilin noyabrında keçirilən FİDE Dünya Kubokunun iştirakçısı oldu.
Hikaru Naomoto
Hikaru Naomoto (d. 3 mart 1994) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 18 oyun keçirib.
Hüseyn Baykara
Hüseyn Baykara (türk. Hüseyin Baykara; əsl adı: Qаrа Nəsir bəy oğlu Hüseynbəyli-Şirinbəyov; 1904, Şuşa – 1 iyul 1984, Kayseri) — Azərbaycanlı hüquqşünas, tarixçi, araşdırmaçı-yazıçı, publisist, şair. == Həyatı == Qаrа Hüseynbəyli-Şirinbəyov (Hüseyn Baykara) 1904-cü ildə Şuşada məşhur Şirinbəyovlar ailəsində anadan olub. Anası Mina xanım Həsən bəy Şirinbəyovun qızı, atası Hüseyn bəy Hüseynbəyovun oğlu olub. Ulu babası isə Şirin bəy Ənnağıoğlu olub. 1830-cu ildə rus mənbələrə əsasən, Şuşada 56 bəy ailəsi olub, bunlardan biri də Şirinbəyovlar və ya Kavalerli Şirinbəyovlar idi. Nəsir bəy Hüseynbəyovun 3 oğlu, 5 qızı olub. Böyük oğlu Bahadur 1918-ci ildə rus-türk müharibəsində türklər tərəfdə vuruşaraq həlak olub. İkinci oğlu Surxay filoloq olub, Qazax seminariyasında işləyib. Qızlarının adları Firəngiz, Uruh, Texu, Rəna, Sərəncam olub.
Lisa Vikari
Lisa Vikari (alm. Lisa Vicari‎; 11 fevral 1997, Münxen) — almaniyalı aktrisa. == Bioqrafiya == Vikari 1997-ci ildə Münhen şəhərində həkim ailəsində anadan olmuşdur. O on yaşında teatr təhsili aldı və qısa müddət sonra ilk qısa filmi olan Tunnelblicke-də rol aldı. 2010-cu ildə uşaqlar üçün olan Hanni və Nanni filmində rol aldı. Sonrakı il Hell filmində rol aldı. Vikari 2017-ci ildə Luna filmində baş rolu canlandırdı. 2017-2020-ci illər aralığında Netflix serialı Dark-da Marta Nilsen rolunu canlandırdı. Vikari Potsdamda media təhsili alır. Vikari 2020-ci ildə Netflix-in romantika-komediya janrında olan Isi və Ossi filmində rol aldı.
Mikura adası
Mikuracima adası (yap. 御蔵島) — Sakit okeanda yerləşən vulkanik ada. İzu adaları tərkibinə daxildir. Tokiodan 200 km, Miyakecima adasından 22 km cənubda yerləşir. Ada 11 km uzunluğa, 8 km enə malikdir. Ən hündür zirvəsi Oyama dağıdır (yap. 御山). Adada əhali Mikuracima kəndində cəmləşmişdir.
Bıçura
Biçura — türk və tatar mifologiyasında anbar cini. Bayçora olaraq da bilinir. Evlərdə və zirzəmilərdə yaşayır. Qadın qılığına girir. Qırmızı geyimli olaraq təsvir edilirlər. Ümumiyyətlə evdə, ocağın arxasında və ya anbar və ya dam altında yaşayır. Heç çəkinmədən səs-küy edər. "Küves" deyilən içkini çox sevər. Tatarlarda "Ocaq başında Bıçura belini boğmuş oturar" şəklindəki tapmacaya cavab, "Küves" çəlləyidir. Yeməyə çox düşkündür.
Pınara
Pınara (Likiya dili: Pinalə və yaxud Pinara) - Fəthiyənin 45 km-də, Minarə kəndi yaxınlığında yerləşən antik yaşayış yeri. Müasir dövrdə Minarə kəndinin adı, minarə formasında və üzərində quş yuvasına bənzəyən qaya məzarlarının yerləşdiyi bir qayadan götürüldüyü güman edilir. Xarabalığın adıda bu qayadan götürülüb. Pınara Likiya dilində "yuvarlaq" mənasındadır. Qədim qaynaqlara əsasən, şəhrin əsasını Ksanthosdan gələn kolonistlərin qoyduğu məlum olmuşdur. Pınaranın tarixi Troyaya gedib çıxır. Troya müharibəsində Pınaralı oxçu Pandarosdan bəhs edilir. Stroban və daha sonralar Stephan Bizantions Pınara şəhərinin Likiyanın əhəmiyyətli bir şəhəri olduğunu qeyd etmişdir. Likiya Birliyində "3 səs" haqqında sahib 6 şəhərdən biri olan Pınara Makedoniyalı İsgəndərin ölümü ilə Bergama Krallığına tabe olmuş, sonralar isə Romanın tərkibinə daxil edilmişdir. Roma dövründə şəhər inkişaf etmişdir.