BİVÜQUF
BİYABAN
OBASTAN VİKİ
Biya (mifologiya)
Kratos (yun. Βία — "qüvvət, zor" ) — yunan mifologiyasında qüvvət, zor ilahəsi titan tanrı Pallantın və ilahə Stiksin qızı, Kratos(güc), Zel (qısqanc), Nikanın (zəfər) bacısı, Psevdo-Apollodora görə Titanomaxiya zamanı Zevsin müttəfiqi. Esxilin "Zəncirlənmiş Prometey" faciəsində Zevsin qulluqçusu. Əfsanələrin birində Prometeyi Hefestin rəhbərliyi altında zəncirləyən personaj.
Biya çayı
Biya (c.alt. Бий-суу: Bıy — «bəy», suu — «su») — Altay Respublikası və Altay diyarı ərazisindən axan, Ob çayını sağ qolunu təşkil edən çay. == Coğrafiyası == Çayın uzunluğu — 301 km, hövzəsinin sahəsi — 37 000 km² təşkil edir. Teleskoe gölündən başlayaraq Katun çayı ilə birləşir, sonradan isə Ob çayın məbərində bu çayı əmələ gətirir. Yuxarı axarkarda çayı suyu nisbətən soyuqdur (10-15 °C), aşağıya doğru isə temperaturu qalxır. Çay turistik məqsədlərlə istifadə edilir. Burada çoxlu sayda astana vardır. Onların hündürlüyü bəzən bir metrə çatır. Əsas astabaları: Yurtok, Pıjinski, Kebezenski, Sarıkoşinski, Turaçok kəndində yerləşən Kipyatok. Sonuncu astana Udalovka kəndində yerləşir.
Pol Biya
Pol Bartelemi Biya bi Mvondo (ing. Paul Barthélemy Biya'a bi Mvondo; fr. Paul Barthélemy Biya'a bi Mvondo; 13 fevral 1933, Mvomekaa[d]) — 6 noyabr 1982-ci ildən etibarən Kamerun Prezidenti vəzifəsində çalışan kamerunlu siyasətçi.Kamerun cənubunda anadan olan Biya 1960-cı illərdə Prezident Əhmədu Əhidyo dövründə bürokrat olaraq sürətlə yüksəldi, 1968–1975-ci illərdə Prezidentin baş katibi, 1975–1982-ci illərdə Kamerunun Baş naziri vəzifəsini icra etdi.Hökumətini Fransa dəstəkləyir və silahla təmin edir. Fransa ABŞ-la birlikdə onun rejiminin ən böyük sərmayədarıdır. Ölkədə yerləşən 105 fransız sərmayədar ölkədəki bütün əsas sektorlarda paylanmışdır. Biya 1980-ci illərdə tək partiyalı sistem çərçivəsində siyasi islahatlara başladı. Ciddi təzyiq altında 1990-cı illərin əvvəllərində çoxpartiyalı siyasətin tətbiq olunmasını qəbul etdi. Mübahisəli 1992-ci il prezident seçkilərini 40%-lik səs çoxluğu ilə qazandı, lakin 1997, 2004, 2011 və 2018-ci illərdə bu fərq artdı. Müxalifət və qərb dövlətləri səsvermədə qanun pozuntuları və saxtakarlıqlar aşkar etdiklərini iddia etdi. Bir çox müstəqil mənbələr onun 1992-ci ildə keçirilən seçkilərdə qalib gəlmədiyini və sonrakı seçkilərin saxtakarlıqla qazanıldığını yazdı.Biya Kamerunun keçmiş müstəmləkəçilərindən biri olan Fransa ilə Kamerunun sıx münasibətlərini qoruyub saxladı.
Biyac
Biyac (fars. بیاج‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 104 nəfər yaşayır (31 ailə).
Biyambare
Biyambare (bosn. Bijambare) — mağaraları ilə məşhur olan Bosniya və Herseqovinanın dağlıq bölgəsi. İliyaş icmasının şimal-şərq hissəsində, Nişiçi və Krivaeviçi kəndləri arasında yerləşir. Buraya Sarayevo-Olovo avtomobil yolu ilə çatmaq olar, orada dağlara və Biyambara mağaralarına aparan asfalt yolu var. Bu mağaraların əksəriyyəti ictimaiyyət üçün açıqdır. Biyambare xüsusi qorunan təbiət ərazisi hesab olunur (sahəsi 370.3 ha). Yenidən qurulma işləri sayəsində yollar çəkildi, elektrik işıqlandırma işləri aparıldı, məlumat lövhələri quraşdırıldı və s. Dəniz səviyyəsindən optimal hündürlük (orta hesabla 950 m), sıx iynəyarpaq meşələri, çəmənliklər, göllər və dərələri olan iki çay, səkkiz mağara, qaya massivləri və təmiz hava alpinizm, speleologiya, xizək sürmə və ya sadəcə gəzinti üçün ideal şərait yaradırlar. Biyambarenin orta hissəsi mağaralar, itən çaylar, qıfabənzər çökəkliklər və qayalı massivlər kimi xüsusiyyətlərə sahib bir karst anklavıdır. Səkkiz mağara üç üfüqdə kifayət qədər kiçik ərazidə yerləşir.
Biyan
Biyan (lat. Glycyrrhiza) — paxlakimilər fəsiləsinə aid bitki cinsi.Biyan qiymətli texniki bitkilərdən biridir. Biyan latın dilində "qlisseraza" adlanır,"şirin kök" mənasını verir. Biyan bitkisinin dünyada 18 növü yayılmışdır. Azərbaycanda onun 8 növünə təsadüf olunur. Şirinbiyan Azərbaycan çöllərində heç bir qulluq, qayğı görmədən külli miqdarda yetişir. Bu bitki Azərbaycanın Kür-Araz, Samur-Dəvəçi ovalıqlarında, Xəzərsahili düzənliklərdə, Muğanda, Qobustanda, Abşeronda, Alazan-Əyriçay vadisində, Kürdəmirdə, Ucarda,Qazaxda, Bərdədə, Böyük Qafqazın şimal-şərqində, Kiçik Qafqazın mərkəzi və cənub hissələrində, Naxçıvanın düzənliklərində yayılmışdır. == Növləri == === Azərbaycanın dərman bitkiləri === Şirinbiyan, Çılpaq biyan (Glycyrrhiza glabra L.) (=Liquiritia officinalis Moench) Korjinski biyanı (Glycyrrhiza korshinskyi Grig.) Ural biyanı (Glycyrrhiza uralensis Fisch.) (=Vəzili biyan (Glycyrrhiza glandulifera Waldst.
Biyanyarpaq gəvən
Biyanyarpaq gəvən (lat. Astragalus glycyphyllos) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.
Biyançəli (Maku)
Biyançəli — İranın Qərbi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Maku şəhristanının Poldəşt bölgəsinin Sarı Subasar kəndistanında, Poldəşt qəsəbəsindən 26,5 km. cənub-qərbdə, Maku-Poldəşt avtomobil yolunun üstündədir.
Biyar
Biyar (Farsca bigar - muzdsuz, müftə) — işləyib - ödəmə rentası. Orta əsrlərdə geniş yayılmış torpaq rentası formalarından biri. == Tarixi == Biyar Roma imperiyasının son dövründə kolonat sisteminin inkişafı ilə birlikdə meydana gəlmiş, orta əsrlərdə Qərbi Avropa ölkələrində geniş yayılmışdı. Şərq ölkələrində biyarın renta forması natural və pul rentaları ilə yanaşı mövcud idi. Lakin Şərq ölkələrində dövlət biyarı (müxtəlif dövlət mükəlləfiyyətləri) mühüm yer tuturdu. Azərbaycanda biyar istilahına VI-VII əsrlərdə təsadüf edilir. Eyni mənanı daşıyan "süxrə" və "kilan" XIII-XIV əsrlərdə daha geniş yayılmışdı. Kəndlilər ilin müəyyən günlərində öz iş heyvanları ilə torpaq sahibləri üçün, divan, xass, xanədan, vəqf və sair torpaqlarında müftə işləyirdilər. Azərbaycanda 14 may 1870-ci il Kəndli islahatından sonra işləyib-ödəmə rentası, əsasən, pulla əvəz edildi. Kəndlilər biyar əvəzinə hər desyatin torpaq sahəsi üçün müəyyən qədər məhsul, bəzi yerlərdə isə mülkədarın razılığı ilə məhsulun əvəzinə pul verirdilər.
Biyarcomənd
Biyarcümənd — İranın Simnan ostanının Şahrud şəhristanının Biyarcümənd bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,246 nəfər və 706 ailədən ibarət idi.
Biyarcümənd
Biyarcümənd — İranın Simnan ostanının Şahrud şəhristanının Biyarcümənd bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,246 nəfər və 706 ailədən ibarət idi.
Bulon-Biyankur
Bulon-Biyankur (fr. Boulogne-Billancourt) — Fransada şəhər. Parisin cənub-qərbində sənaye peyki. == Əhalisi == Əhalisi 116,2 min (2011) nəfərdir. == Coğrafiyası == Sena çayının döngəsində, Bulon meşəsinin kənarındadır. == Tarixi == 1924-cü ilə qədər Bulon-sür-Sen adlanırdı. Şəhərdə 1920–30-cu illərin tikililəri (memarlar Le Korbüzye, J. Fidler, J. Pinqusson və b.) saxlanılmışdır. == Memarlığı == 30-cu illər muzeyi (1998-ci ildə yaradılmışdır; 1920–30-cu illərin boyakarlıq, heykəltaraşlıq, dekorativ-tətbiqi sənət kolleksiyası) fəaliyyət göstərir. Avtomobil (o cümlədən “Reno” zavodları) və aviasiya sənayesi; dəzgah və alətlər, elektrotexnika və elektron məhsulları, kimyəvi preparatlar, telefon aparatları; ətriyyat istehsalı inkişaf etmişdir.
Bulon-Biyankur (rayon)
Bonvil (fr. Bonneville) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — O-de-Sen. Suprefektura — Bulon-Biyankur. Rayonun əhalisi 2006-cı ildə 173 495 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 111 nəf / km² . Rayon ərazisi — 1558 km².
Korjinski biyanı
Korjinski biyanı (lat. Glycyrrhiza korshinskyi) - biyan cinsinə aid bitki növü.
Tüksüz biyan
Tüksüz biyan (lat. Glycyrrhiza glabra) — paxlakimilər fəsiləsinin biyan cinsindən olan çoxillik ot bitkisi. == Botanik təsviri == Hündürlüyü 1,5 m-ə qədər, yoğun və dərin kökü vardır. Gövdəsi, yarpaqlarının saplaq və oxları, eləcə də çiçək qrupu qısa tüklüdür. Yarpaqları ardıcıl 9-15 yarpaqcıqlardan ibarət, mürəkkəb lələkvaridir, yarpaqcıqlar uzunsov yumurtavaridir, alt tərəfindən bir qədər parıltılı, xırda qatranlı vəziciklərin mövcudluğu səbəbindən yapışqanlıdır. Çiçəkləri xırda, açıq bənövşəyi rəngdədir. Meyvəsi qonur rəngli, yasti-uazunsov lobyavari, bir və ya bir neçə toxumludur. Kökünün rəngi sarı, iyi zəif, dadı isə şirindir. İyun-iyul aylarında çiçəkləyərək iyul-sentyabr aylarında meyvə verir. == Yayılması == Quba, Qusar, Xaçmaz, Füzuli, Laçın, Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarında, Samur-Dəvəçi, Xəzəryanı, Kür- Araz və Lənkəran ovalıqlarında, Kür və Naxçıvan düzənliklərində, Abşeronda və Qobustanda arandan dağətəyi hündürlük qurşagına kimi (dəniz səviyyəsindən 400 m-ə qədər) rast gəlinir.
Ural biyanı
Ural biyanı (lat. Glycyrrhiza uralensis) — biyan cinsinə aid bitki növü. 60-80, bəzən isə 150 sm-ə qədər hündürlüyü ola bilən çoxillik ot btkisidir. Gövdəsi dik qalxır, möhkəmdir, şaxəli-budaqlıdır, qısa tükcüklüdür, bəzən kələkötül vəzilərlə örtülü olur. Yarpaqcıqları 5-17 (19) ədəd olmaqla yerləşir və uzunsov, ellips formasında, lanset formasında, aşağı hissəsində adi vəzilər yerləşməklə ümumi saplaq üzərində düzülmüşdür və teztöküləndir. Salxımları uzunsovdur, lətli və yumşaqdır. Yarpaqdan bir az qısa olur. Çiçək tacı açıq-bənövşəyi rəngdə olub uzunluğu 10-12 mm-ə çatır. Kasacıq yarpaqları birvaridir (uc hissədən əyilmiş formada), kasacıq uzunluğunda və ya ondan nisbətən uzun olur. paxlameyvəsi az-çox itburnu meyvəsi tipli-vəzili olur, uzunsovdur və qalınqabıqlıdır və bozumtul rəngdə olur.
Vəzili biyan
Ural biyanı (lat. Glycyrrhiza uralensis) — biyan cinsinə aid bitki növü. 60-80, bəzən isə 150 sm-ə qədər hündürlüyü ola bilən çoxillik ot btkisidir. Gövdəsi dik qalxır, möhkəmdir, şaxəli-budaqlıdır, qısa tükcüklüdür, bəzən kələkötül vəzilərlə örtülü olur. Yarpaqcıqları 5-17 (19) ədəd olmaqla yerləşir və uzunsov, ellips formasında, lanset formasında, aşağı hissəsində adi vəzilər yerləşməklə ümumi saplaq üzərində düzülmüşdür və teztöküləndir. Salxımları uzunsovdur, lətli və yumşaqdır. Yarpaqdan bir az qısa olur. Çiçək tacı açıq-bənövşəyi rəngdə olub uzunluğu 10-12 mm-ə çatır. Kasacıq yarpaqları birvaridir (uc hissədən əyilmiş formada), kasacıq uzunluğunda və ya ondan nisbətən uzun olur. paxlameyvəsi az-çox itburnu meyvəsi tipli-vəzili olur, uzunsovdur və qalınqabıqlıdır və bozumtul rəngdə olur.
Xur və Biyabanək şəhristanı
Xur və Biyabanək şəhristanı— İranın İsfahan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Xur şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 17,488 nəfər və 4,924 ailədən ibarət idi.
Çılpaq biyan
Şirinbiyan (lat. Glycyrrhiza glabra) — biyan cinsinə aid bitki növü.Şirinbiyan bitkisi Paxlalılar fəsiləsinə daxildir. Biyan latın dilində qlisseraza deməkdir. Lüğəti mənası şirin kök deməkdir. Biyan cinsinin dünya florasının tərkibində 18 növü yayılmışdır. Azərbaycanda 8 növünə təsadüf olunur. Bunlardan ən geniş yayılanı şirinbiyandır – Glyeyrrhiza glabra. Bu, çoxillik yarımkol bitki olub, iri yeraltı kök sisteminə malikdir. Ana kökdən yanlara çoxlu xırda yan köklər ayrılır. Biyanı qiymətli edən də məhz bu kök və kökümsovlardakı müxtəlif mənşəli maddələrdir.
Biyarə İslam Əmirliyi
Biyarə İslam Əmirliyi (kürd. میرنشینی ئیسلامیی بیارە) ya Kürdüstan İslam Əmirliyi 2001-ci ildə İraqdan müstəqilliyini elan edən və 2003-cü ildə sona çatan Şəriət qanunları ilə idarə olunan qısa müddətli tanınmamış kürd islam dövləti idi. == Tarix == === Təməl === 2001-ci ilin sentyabrında Havraman bölgəsində yerləşən Biyarə rayonunda Ənsarül-İslam adlı kürd sələfi qrupu, Kürdüstan İslam Qrupu və Kürdüstan İslam Hərəkatı ilə yanaşı, paytaxtı Biyarə şəhəri olmaqla Biyarə İslam Əmirliyini qurdu. Ənsarül-İslamın lideri Molla Krekar Əmirliyin əmiri, Virya Salih və Əli Bapir isə onun müavinləri idi. Əmirlik ilk dəfə idi ki, kürd-islam sintezcilari öz məqsədlərinə nail oldular və şəriət əsasında bir kürd dövləti qurdular. Hər tərəfdən faktiki embarqo altında olan ərazi ilə İrandan olan kürd cihadçılar Əmirliyə həyati transsərhəd dəstək verdilər və əraziyə qeyri-qanuni qaçaqmalçılıq şəbəkələri qurdular. === İslam Əmirliyi altında həyat === Byara İslam Əmirliyindəki Ənsarül-İslam döyüşçüləri həm kürd, həm də müsəlman kimliklərini qəbul edərək dini, mədəni və ənənəvi həyat tərzini müdafiə edirdilər, buna görə də Ənsarül-İslam döyüşçüləri kürd paltarı geyinir və yalnız kürd dilində danışır və öz tərəfdarlarını təşviq edirdilər. eyni şeyi etmək. Həmçinin məlumat verilib ki, Ənsarül-İslam qeyri-müsəlmanlara qarşı qeyri-insani vəhşiliklər edib, sərt şəriət qanunlarını tətbiq edib, onların "qeyri-islam" olduğunu iddia etdikləri hər şeyi məhv edib və sufi dərgahlarını təhqir edib. Human Rights Watch təşkilatı Ənsar əl-İslamı məhbuslara işgəncə verməkdə və əsir götürülmüş peşmərgə, İraq ordusu, ABŞ ordusu və ya hər hansı xarici əsgəri adətən başını kəsməklə edam etməkdə ittiham edib.
высокова́тый зардева́ться соединя́ться шифрова́ть заяви́ться курбе́т лингви́ст обма́нчивый патристи́ческий предаукцио́нный разгуля́ться усласти́ть фемини́нность сытый azurmalachite cithern coxswain curvature fulgurate prut soul-sick tank truck миллиард нагель нащипать