Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Uşaq
Uşaq — yaşından asılı olmayaraq insanın balasıdır. Ümummiyətlə uşaq buluğa çatmamış insana deyilir. Körpəlik mərhələsi uşaqlıqdan öncədir və körpə ayaq açıb yeriş qabiliyyəti tapanda uşaq sayılır. Azərbaycanda adətən uşaq ilk dişini çıxardıqda hədik bişirilir və qonum-qonşuya paylanır. == Uşaqlıq mərhələləri == == Əsas qruplar == Uşaq oyunlarından bəhs edərkən onları iki qrupa ayırır ki, onun bu fikirlərini əslində bütün uşaq folkloru nümunələrinə də aid etmək olar: “1) Böyüklərin köməyi ilə oynanan oyunlar. Bu cür oyunlar kiçikyaşlı uşaqlar arasında oynanılır... 2) Müstəqil oyunlar. Bu oyunlar nisbətən böyükyaşlı uşaqlar arasında oynanılır.
Avroviziya Uşaq
Avroviziya Uşaq Mahnı Müsabiqəsi (ing. Junior Eurovision Song Contest) — 2003-cü ildən bəri Avropa Yayım İttifaqına üzv olan ölkələr arasında keçirilir. Müsabiqənin əsas məqsədi gənc istedadların inkişafına yardım göstərməkdir. Müsabiqə hər il müxtəlif Avropa ölkələrində baş tutur. Lakin eyni şəhər, ölkə müsabiqəyə bir neçə dəfə ev sahibliyi edə bilər. Avroviziya Mahnı Müsabiqəsindən fərqli olaraq bu müsabiqədə ötən il qalib gələn ölkə növbəti müsabiqəyə ev sahibliyi etmir və ev sahibi ölkələr müsabiqənin təşkilat komitəsinin qərarı ilə seçilir. Müsabiqə adından da bəlli olduğu kimi Avroviziya Mahnı Müsabiqəsinə çox bənzərdir. Müsabiqədə iştirak edən hər bir ölkə Avropa Yayım İttifaqına canlı yayımda ifa olunacaq orijinal mahnı təqdim edir və qaydalara əsasən ölkə təmsilçiləri yalnız 9-14 yaş aralarında ola bilərlər. Mahnıların müddəti üçün qoyulan zaman 2 dəqiqə 45 saniyədən 3 dəqiqəyə kimidir. Müsabiqədə iştirak edən hər bir ölkədən olan izləyicilər öz bəyəndikləri ifalara SMS ilə dəstək ola bilir və eyni zamanda həmin ölkələrdən olan peşəkar münsif heyəti arasında da səsvermə keçirilir.
Uşaq (dəqiqləşdirmə)
Uşaq — yaşından asılı olmayaraq insanın balasıdır. Uşaq filmi — Uşaqlar üçün nəzərdə tutularaq çəkilən filmlərdir. Belə filmlərin qəhrəmanları da əsasən uşaqlar olur. Uşaq (film, 1921) — rejissor Çarli Çaplinin filmi.
Uşaq Bağçası
1837-ci ildə alman pedaqoqu Fridrix Föbel (Friedrich Fröbel) uşaqlar üçün maarifləndirici-tərbiyələndirici mərkəz açır, harada ki, körpələr həm oynayırlar, oxuyurlar, rəqs edirlər, həm də həyati mühüm vərdişlərə öyrədilirlər. Mərkəzi də "Kindergarten" adlandırır, hansı ki, "uşaq bağçası" mənasını verir. Bu anlayış üzərində Föbel belə bir müəssisə və adət edilmiş bağça ilə analogiya etmək istəyirdi: gərək bitkilərə necə ki, qayğı və qulluq edirlər, körpələrə də eləcə nəvaziş göstərilməlidir. Dünyanın bir çox dillərində, bugünkü günlərdə məktəbəqədərki idarələr uşaq bağçası adlandırılır.
Uşaq bizquyruğu
Uşaq bizquyruğu (lat. Enterobius vermicularis) Dəyirmi qurdlar tipinin Nematodlar sinfinə aid olan növ. == Xarici quruluşu == Uşaq bizquyruğu uzunluğu 5–10 mm olan çox balaca qurddur. Erkəyin arxa tərəfi spiralvari burulmuş, dişilərdə isə biz kimi uzun və sivridir.. Dişi qurdların uzunluğu 9–12 mm, erkəklərin 2–5 mm çatır. == Həyat tərzi == Parazit həyat tərzi keçirir. Bizquyruq insanın nazik və yoğun bağırsağında yaşayır. Çox vaxt uşaqlarda rast gəlinir. Mayalanmış dişilər anal dəliyinə tərəf enir, burada uzun müddət yaşayır və şiddətli qaşınma əmələ gətirir. Yumurtalar anal dəliyinə yaxın dəri üzərinə qoyulur..Bizquyruqlar yoluxmuş adamın əsasən nazik bağırsağının aşağı hissəsində və yoğun bağırsaqda yaşayırlar.
Uşaq doğumu
Uşaq doğumu — bir qadının hamiləliyini sona çatdıran və bu vəziyyətdə doğum kanalı adlandırılan servikal kanal və vagina vasitəsilə dölün və plasentanın uşaqlıqdan çıxarılmasından ibarət olan təbii fizioloji proses.
Uşaq evi
Yetimxana — kimsəsiz uşaqların saxlanılması üçün nəzərdə tutulmuş evlər.
Uşaq folkloru
Uşaq folkloru — uşaq folkloru nəsr, qiraət, mahnı və oyun əsərlərindən ibarət çox janrlı bir sistemdir. Uşaq folkloru dedikdə, hər şeydən əvvəl, şifahi xalq yaradıcılığının böyüklər və uşaqlar tərəfindən yaradılan elə nümunələri nəzərdə tutulur ki, uşaqların məişətini, oyunlarını, əyləncəsini, istirahətini, məşğuliyyətlərini, istəklərini, arzularını ifadə etsin və əhatə etdiyi mövzuları, ideyaları, forması, məzmunu, üslubu, hətta sözlərin seçilibdüzülməsi, ifadə tərzi körpələrin zövqünə, biliyinə, dünyaya baxışına, yaş səviyyəsinə, psixikasına uyğunlaşdırılsın. == Uşaq folklorunun növləri == Azərbaycan uşaq folklorunun tarixi kökləri ən əski inamlarla bağlanır. Birbaşa körpələrə ünvanlanan nəğmələr xalq poetik yaradıcılığının ilk ünsürləri- fallar, alqışlar, qarğışlar, dualar, yuxuyozmalarla yaşıddır. Uşaqlara təbii qüvvələrdən, fəlakətlərdən (soyuqdan, istidən, tufandan, yanğından), xəstəliklərdən qorunmağın, maddi nemətlər əldə etməyin yollarını göstərmək, yırtıcı heyvanların və yağıların qəfil hücumları zamanı ov alətlərindən, silahlardan istifadə etmək bacarığını aşılamaq folklor vasitəsi ilə həyata keçirilmişdir. Azərbaycan folklorunun uşaqlarla bağlı inanclarının ən əski yazılı mənbəsi "Avesta" və Herodotun "Tarix" kitabıdır. Astiaq və Tomiris haqqında xalq söyləmələri əsasında tarixi hadisələri qələmə alan yunan tarixçisi Azərbaycanda (Midiyada) uşağın doğulması, bəslənməsi, oyunları, dünyabaxışı barədə maraqlı epizodlara müraciət etmişdir. Uşaq folkloru həm uşaqların öz yaradıcılığını, həm də böyüklər tərəfindən uşaqlar üçün tərtib edilmiş əsərləri əhatə edir. Bu bölgü uşaqların oyun və ritmik-intonasiya bacarıqlarının yaşdan asılı olması səbəbindən meydana gəlir. Erkən yaşda (doğuşun ilk günlərindən 3–3,5 yaşına qədər) bir uşağın emosional, motor və zehni inkişafı tamamilə böyüklərdən asılıdır.
Uşaq hüquqları
Uşaq hüquqları — dünyadakı bütün uşaqların qanunla və ya əxlaqi baxımdan doğulduqları gündən sahib olduqları, təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının hamısının birdən təyinində istifadə edilən universal anlayışdır. Uşaq hüquqları insan hüquqları anlayışının bir hissəsi kimi dəyərləndirilməlidir. Bu gün, dünyanın bir çox yerində mövcud olan insan hüquqları pozuntuları, uşaq ölçüsündə daha geniş əhatəli və böyüyərək, müdaxilə edilməsi daha çətin bir şəkildə iştirak etməkdədir. Beynəlxalq Əfv Təşkilatının bildirdiyinə görə, az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə əmək istismarı, pornoqrafiya, şiddət, qanundankənar mənfi faktorların daxilində, uşaq hüquqlarının pozulması daha böyük ölçülərdə olur. Uşaqların yeniyetmələrdən fərqli fiziki, fizioloji, davranış və xüsusiyyətləri olduğu, davamlı böyümə və inkişaf göstərdiyi şüurunun yerləşməsi, uşaqların baxımının bir cəmiyyət problemi olduğu və elmi yanaşmalarla hər kəsin bu məsuliyyəti yüklənməsi lazım olduğu düşüncəsi, Cenevrə Uşaq Hüquqları Bəyannaməsi ilə təsbit edilmişdir. Hazırda uşaq hüquqları ilə əlaqədar olan beynəlxalq sənəd 20 noyabr 1989-cu ildə BMT tərəfindən qəbul edilən və 193 ölkə tərəfindən təsdiq edilmiş olan Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Haqqında Konvensiyasıdır. == Konseptual çərçivə == === Uşaq və uşaq hüquqları konsepsiyası === Uşaqlar üzərində aparılan tədqiqatlarda ilk növbədə uşaq anlayışından nəyin başa düşülməsi, uşaqların anlayışını böyüklərdən necə fərqləndirməsi göstərilməlidir. İnkişaf etməmiş ölkələrdə mövcud olan anlayışa görə, uşaq potensiyal olaraq ailənin fenomenindən kənarda ailənin iqtisadi inkişafına töhfə verə biləcək potensial işçi qüvvəsi və ailənin sonrakı çağlarında sosial təminat vasitəsi olaraq görülür.Başqa sözlə, kənd təsərrüfatı cəmiyyətlərində uşaq iqtisadi cəhətdən səmərəli bir vasitədir. Belə cəmiyyətlərdə uşaq bir tərəfdən istehsala töhfə verir və qocalıq dövründə sığorta rolunu oynayır. Uşaq anlayışının sonrakı dövrlərdə dəyişdiyi görülür.
Uşaq nikahı
Uşaq nikahı — UNICEF-in qərarına əsasən 18 yaşına çatmamış bir şəxslə qeyri-rəsmi birliyin ya da rəsmi bağlanmış nikahın olması. Bu zaman müxtəlif mədəniyyətlər və dinlərdə, müxtəlif xalqlarda və müxtəlif dövrlərdə hansı nikahın nə üçün çox erkən hesab edilməsi barədə bənzəməyən məlumatlar tapmaq olar.Müasir təsəvvürlərə görə uzun əsrlər boyu nikah tamamilə adi bir iş idi; din, qanun və adətlərə görə icazə verilirdi. İndi ayrı-ayrı ölkələrdə və regionlarda nikaha daxil olmanın qanunla müəyyən edilmiş minimal yaşı 18 yaşdan az təşkil edir; digərlərinə - 18 yaşdan əvvəl nikaha daxil olma valideynlərin icazəsi ilə, hamiləliklə bağlı və ya digər xüsusi hallarda icazə verilir; üçüncüsü - mədəni ənənələr və dini qayda-qanunlar rəsmi hüquq normalarından daha güclü ola bilər.XX əsrin sonu - XXI əsrin əvvəlində uşaq nikahları ən çox inkişaf etməkdə olan yoxsul ölkələrdə və aztəminatlı ailələrdə bağlanıb. Son mövcud məlumatlara görə, uşaq nikahı ən çox Afrikanın bəzi yerlərində, Cənubi, Cənub-Şərqi və Qərbi Asiya, Latın Amerikası və Okeaniyada yayılmışdır. Əksər yerlərdə uşaq nikahlarının faiz nisbəti mütəmadi olaraq azalır, amma Nigeriya, Çad, Mali, Banqladeş, Qvineya və Mərkəzi Afrika Respublikasında çox yüksək olaraq - 60%-dən yuxarı qalır. Ən erkən nikahlar kütləvi şəkildə Nigeriya, Çad, Banqladeş, Mali və Efiopiyada müşahidə olunur - evliliklərin 20%-dən çoxu 15 yaşından əvvəl baş verir (2003-2009-cu illərin tədqiqatlarına əsasən).Uşaq nikahlarının bağlanmasının səbəbləri arasında yoxsulluq, gəlinin satın alınması adəti və cehiz vermə, yerli mədəniyyət ənənələri, erkən nikahlara icazə verən qanunlar, dini və sosial təzyiqlər, dini qaydalar, yetkinlik dövründə ərə getməmək/evlənməmək qorxusu, savadsızlıq, qadınları ödənişli işlə təmin etməyin (mövcud olan və ya gözlənilən) qeyri-mümkünlüyünü qeyd etmək olar.Həm oğlanlar, həm də qızlar erkən yaşda nikaha daxil olurlar, amma azyaşlı gəlinlər daha çoxdur və onların əksəriyyəti ağır sosial-iqtisadi vəziyyətdə yaşayan ailələrin qızlarıdır. == Tarixi == Müasir təsəvvürlərə görə uzun əsrlər boyu erkən nikah dünyanın yaşayış yerlərinin əksəriyyətində hamı tərəfindən adi qəbul edilmişdir. Qədim və Orta əsrlərdə qızlar yetkinlik dövründə və hətta ondan əvvəl nişanlanırdılar. XX əsrdə ilk nikah yaşının artırılması tendensiyası müşahidə olunmağa başlananda bu ənənələr sual altına alındı, sonra isə dövlətlər nikaha daxil olmanın minimal yaş həddini artırmağa başladılar.M.A. Fridman iddia edirdi ki, Qədim İsraildə yalnız ata qızının kimə və nə vaxt ərə gedəcəyinə qərar verə bilərdi və hətta bu, müzakirə olunmurdu; bir çox qızlar 15 yaşından əvvəl - yetkinlik dövrünün lap başlanğıcında ərə verilirdilər. Orta əsrlərdə, həmçinin yəhudi qadınların əksəriyyəti gənc yaşda ərə gedirdilər.
Uşaq parkı
Uşaq meydançası; Uşaqların oynaması üçün hazırlanmış bir parkdır. Ümumiyyətlə açıq havada tapılsa da, qapalı yerlərdə də tapıla bilər. Uşaq bağçalarında ən çox yayılmış oyuncaqlar; sürüşdürün, mişar mişarını və yellənmək . Həm də müxtəlif kiçik ölçülü gimnastika, zəncir nərdivanları, ip körpüləri və labirintlər ola bilər . Bu hovuz oyuncaqların əhatə etdiyi ərazidən daha böyükdür. Oyun meydançaları uşaqların fiziki və zehni inkişafına kömək edir, yaradıcılıqlarını artırır; onları ictimailəşdirir və əyləndirir. Əsasən xalqa açıq olsa da, oyun meydançaları da xüsusi mülkiyyətdə ola bilər. Şəhər parklarındakı və dövlət məktəblərindəki oyun meydançaları ictimai parklara nümunədir.
Uşaq pornoqrafiyası
Uşaq pornoqrafiyası — ümumilikdə 18 yaşından kiçik qız və oğlanların cinsi istismarını özündə əks etdirən film və fotoşəkillərdən ibarət olan və beynəlxalq səviyyədə qadağan edilmiş pornoqrafiya növüdür. Bu cür filmləri və fotoşəkilləri çəkmək, hazırlamaq, yükləmək, yaymaq və paylaşmaq ağır cinayət işi hesab olunur. Uşaq pornoqrafiyası isə uşaqların pornoqrafiya vasitəsi kimi istifadə edildiyi nəşrlərdir. Bir çox ölkələrdə bu cür nəşrlərin yayılmasının qanunsuz olmasına baxmayaraq adıçəkilən sənaye sahəsi çox böyük sürətlə inkişaf etməkdədir. Hər il 2 milyon uşağın seks köləsi edildiyi və bu bazarın ümumi dəyərinin 20 milyard dollara çatdığı təxmin edilir. Bu işdə təkcə polisin gördüyü tədbirlər yetərli deyildir.
Uşaq qalası
Uşaq qalası — Laçın rayonu Quşçu kəndi ərazisində yerləşən orta əsrlər (XV əsr) qalası. Uşaq qalası Laçın rayonunun Quşçu kəndinin "Qalacıq" adlanan ərazisində inşa edilib. Qala çox-çox əvvəllər uçub dağılmış, 4-5 daş hündürlüyündə özülü qalmış qalanın heç bir təsviri günümüzə qədər gəlib çıxmamışdır.
Uşaq ədəbiyyatı
Uşaq ədəbiyyatı—Uşaqlar üçün nəzərdə tutulmuş ədəbiyyat. == Azərbaycan uşaq ədəbiyyatı == Ədəbiyyatın digər sahələri kimi uşaq ədəbiyyatının da əsası uşaq folkloruna (xüsusən,nağıllara, laylalara, oxşamalara və s.-yə) söykənir. Ancaq Azərbaycanda peşəkar uşaq ədəbiyyatının yaranması XX əsrin əvvəllərinə təsadüf edir. XX əsrin əvvəllərindən başlayaraq maarif və mədəniyyət sahəsində ciddi canlanma əmələ gəldi: bir sıra maarif ocaqları, xeyriyyə cəmiyyətləri, nəşriyyatlar, kitabxanalar yaradıldı. Uşaq ədəbiyyatı ilə məşğul olan yazıçılar ilk növbədə yeni üsullu məktəblər üçün hazırlanan dərsliklərin səhifələrində, dövri mətbuatda, xüsusilə, uşaq dövri mətbuatında öz əsərlərini çap etdirirdilər. Yeni üsullu məktəblər yeni məzmun və mündəricəli dərsliklərin yaranmasını təxirəsalınmaz bir məsələ kimi qarşıya qoymuşdu. Bu sahədə cəsarətli addımlar atan N.Nərimanov hələ 1899-cu ildə “Türk Azərbaycan dilinin müxtəsər sərf-nəhvi” kitabını yazmış, sabit ədəbi dil və vahid imla qaydalarından bəhs etmişdir. O, həmçinin, S.M.Qənizadə ilə birlikdə “Sovqat” (1896) adlı şəkilli uşaq jurnalı və “Məktəb” (1900) adlı elmi-pedaqoji aylıq jurnal nəşr etmək təşəbbüsündə olmuşdur. R.B.Əfəndiyev də “Uşaq bağçası” (1898) kitabında təlim və tərbiyənin vəhdətinə (K.D.Uşinskinin təlimi – Q.N.) əsaslanaraq orijinal və tərcümə əsərləri, coğrafiya, tarixi hadisələrə və kainatın quruluşuna dair materiallar vermişdir. Uzun müddət mükəmməl vəsait kimi istifadə olunan (Birinci il, “İkinci il”; “Üçüncü il”) dərsliklərdə istər milli uşaq ədəbiyyatının, istərsə tərcümə ədəbiyyatının ən yaxşı nümunələri seçilib toplanmışdı.
Uşaq cərrahiyyəsi
Uşaq cərrahiyyəsi və ya pediatrik cərrahiyyə — döllərin, körpələrin, uşaqların, yeniyetmələrin və gənclərin cərrahiyyəsini əhatə edən cərrahiyyənin alt ixtisası. == Tarix == Uşaq cərrahiyyəsi 1879-cu əsrin ortalarında ortaya çıxdı və anadangəlmə qüsurların cərrahi müalicəsi yeni texnika və üsullar tələb etdiyi üçün daha çox uşaq xəstəxanalarında yer almağa başladı. Bu yeniliyin baş verdiyi yerlərdən biri Filadelfiya Uşaq Xəstəxanası olub. Çarlz Everett Koopun cərrahi rəhbərliyi altında 1940-cı illərdən etibarən körpələrin endotraxeal anesteziyasının yeni üsulları əvvəllər sağalmayan anadangəlmə qüsurların cərrahi yolla bərpasına imkan verdi. 1970-ci illərin sonlarına qədər bir çox əsas anadangəlmə qüsur sindromlarından uşaq ölüm nisbəti demək olar ki, sıfıra endirildi. == İxtisaslar == Uşaq cərrahiyyəsinin alt ixtisaslarına aşağıdakılar daxildir: neonatal cərrahiyyə və fetal cərrahiyyə.
Uşaq endokrinologiyası
Uşaq endokrinologiyası (ing. pediatric) — uşaqlarda fiziki böyümə və cinsi inkişaf dəyişiklikləri, şəkərli diabet və bir çox digər endokrin vəzilərin pozuntuları ilə məşğul olan tibbi ixtisas. == Müalicə etdiyi xəstəliklər == Uşaq endokrinoloqları yaş qrupundan asılı olaraq — körpəlikdən gec yeniyetməlik və gənc yetkinlik dövrünə qədər xəstələri müalicə edirlər. İxtisas üzrə ən çox rast gəlinən xəstəlik — 1-ci tip diabetdir, adətən tipik klinik praktikanın ən azı 50%-nı təşkil edir. Növbəti çox rast gəlinən problem — böyümə pozuntularıdır, xüsusən də böyümə hormonu müalicəsi uyğun olanlar üçün. Uşaq endokrinoloqları adətən interseks pozuntusu olan körpə və uşaqlara tibbi yardım göstərən əsas həkimlərdir. İxtisas həmçinin uşaqlarda hipoqlikemiya və hiperqlikemiyanın digər formaları, yetkinlik dövründəki dəyişikliklər, eləcə də böyrəküstü vəzilər, qalxanabənzər vəzi və hipofiz vəzinin digər problemləri ilə məşğul olur. Bir çox uşaq endokrinoloqu sümük metabolizması, lipid metabolizması, yeniyetmə ginekologiyası və ya anadangəlmə metabolik pozuntularla maraqlanır və təcrübəyə malikdir. ABŞ və Kanadada pediatrik endokrinologiya Amerika Pediatriya Şurasının və ya Amerika Pediatriya Osteopatik Şurasının təcrübə təlimindən sonra şuranın sertifikatına malik olur. Bu, bir neçə prosedura və diaqnostik qiymətləndirməyə diqqət yetirən nisbətən kiçik və ilk növbədə koqnitiv ixtisasdır.
Avroviziya Uşaq 2003
2003 Avroviziya Uşaq Mahnı Müsabiqəsi – ilk Avroviziya Uşaq Mahnı Müsabiqəsi idi. Müsabiqə 15 noyabr 2003-cü ildə Danimarkanın paytaxtı Kopenhagenin Forum Kopenhagen arenasında təşkil olundu. Uşaq müğənnilər 8-15 yaş arasında idi. Müsabiqənin aparıcısı Camilla Ottesen və Remee olmuşdur. Müsabiqədə 16 ölkə iştirak etmişdir. Müsabiqənin qalibi 11 yaşı olan Dino Jelusić oldu.O, Ti Si Moja Prva Ljubav(Sən mənim ilk və tək eşqimsən) mahnısı ilə Xorvatiyanı təmsil edirdi. Müsabiqənin qalibi olan ölkənin növbəti il müsabiqəni təşkil edə bilməyəcəyi qərara alındı. Beləliklə ilk dəfə təşkil olunan Avroviziya Uşaq Mahnı Müsabiqəsi başa çatdı.
Avroviziya Uşaq 2004
2004 Avroviziya Uşaq Mahnı Müsabiqəsi – uşaqlar üçün keçirilən ikinci Avroviziya Uşaq Mahnı Müsabiqəsidir. 20 noyabr 2004-cü ildə, Håkons Hall, Lillehammer, Norveçdə keçirilmişdir və 2 saat 15 dəqiqə ərzində müsabiqə yekunlaşmışdır. Müsabiqənin aparıcısı Stian Barsnes Simonsen və Nadia Hasnaoui olmuşdur, 20 ölkədə də yayımlanmışdır, bundan əlavə 100 milyon insan tərəfindən izlənmişdir. 18 ölkə iştirak etmişdir, Fransa və İsveçrə, ilk dəfə iştirak etmişdir. Müsabiqəni İspaniyanı təmsil edən 9 yaşındakı María Isabelin ox Antes Muerta Que Sencilla qazandı. 2003-cü ildəki qalib Dino Jelusić Maríaya mükafatı təqdim etdi.
Avroviziya Uşaq 2005
2005 Avroviziya Uşaq Mahnı Müsabiqəsi – üçüncü Avroviziya Uşaq Mahnı Müsabiqəsidir. 26 noyabr 2005-ci ildə, Belçikanın Ethias Arenasında təşkil olundu. Müsabiqənin aparıcıları Marcel Vanthilt ve Maureen Louys oldu. Kipr müsabiqədə mahnılarının oğurluq olduğu iddiaları səbəbiylə çəkildi. Bu hadisə, Kiprin səsvermədə iştirak etməsini çətinləşdirmədi və çəkilmələrinə rəğmən səsvermədə iştirak etdilər. Litva və Ukrayna iştirak etmələrini planlaşdırmışdılar, ancaq iqtisadi səbəblərdən çəkildilər. Gürcüstan da müsabiqədə iştirak etmək istədi, lakin müsabiqəyə son iştirak tarixi çoxdan keçmişdi. Həmin ilin mükafatını Belarusu təmsil edən 10 yaşındakı iştirakçı Kseniya Sitnik My Vmeste ("Biz bir yerdəyik") mahnısı ilə qazandı.
Avroviziya Uşaq 2006
2006 Avroviziya Uşaq Mahnı Müsabiqəsi - uşaqlar üçün təşkil olunan 4-cü müsabiqə idi.Bu dəfəki yer Rumıniyanın paytaxtı Buxarest idi. Müsabiqənin təşkil olunduğu stadionun adı 'Sala Polivalentă' idi. Bu il müsabiqədə 15 ölkə iştirak etdi. Portuqaliya, Serbiya və Ukrayna bu il müsabiqədə ilk dəfə iştirak edirdilər. Ötən il mahnısını seçsə də iştirak edə bilməyən Kipr bu il yenidən iştirak etdi. Keçən il müsabiqədə iştirak etmiş Danimarka, Litva və Norveç bu il müsabiqədə iştirak etmədilər. Böyük Britaniya da bu il müsabiqədə iştirak etməyəcəyini açıqladı. Bu ilki müsabiqəni Rusiyanı təmsil edən The Tolmaçevi Tvins 154 xal yığaraq qalib oldu. Mahnılarının adı Vesna idi (Azərbaycanca:Bahar Cazı). Keçən ilin qalibi Belorusu təmsil edən Ksenia Sitnik bu ilin qalibinə mükafatı təqdim etməsiylə budəfəki müsabiqə sona çatdı.
Avroviziya Uşaq 2007
2007 Avroviziya Uşaq Mahnı Müsabiqəsi − 5-ci Avroviziya Uşaq Mahnı Müsabiqəsidir. 8 dekabr 2007-ci il tarixində Niderlandın Rotterdam şəhərinin "Ahoy" arenasında təşkil olunmuşdur. Bu il müsabiqədə ilk dəfə olaraq Bolqarıstan, Ermənistan, Gürcüstan və Litva iştirak etmişdir. Ötən il iştirak edən və ilk iki müsabiqənin qalibləri Xorvatiya və İspaniya isə müsabiqədə iştirak etməyəcəklərini bildirmişlər. Bu ilki müsabiqənin qalibi 2005-ci ildəki müsabiqənin də qalibi olmuş Belarus olmuşdur. Belarusu Aleksey Jiqalkoviç S Druz'yami mahnısı ilə qalib etmişdir. 1-ci olan mahnı ilə 2-ci olan mahnı arasında cəmi 1 xal fərq vardı. Belarus 137 xalla 1-ci, Ermənistan 136 xalla 2-ci olmuşdur.
Avroviziya Uşaq 2008
2008 Avroviziya Uşaq Mahnı Müsabiqəsi 6-cı baş tutan ənənəvi Avroviziya Uşaq Mahnı Müsabiqəsidir. Müsabiqə 22 noyabr 2008-ci il tarixində Kiprin Limasol şəhərində keçirilmişdir. Kipr müsabiqəyə ilk dəfə ev sahibliyi etmişdir. Müsabiqədə 15 ölkə iştirak etmişdir. 2007-ci ildə müsabiqədə iştirak edən İsveç və Portuqaliya 2008 Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirakdan imtina etmişdir. Azərbaycan müsabiqədə iştirak etməyi planlaşdırsa da, son anda iştirak etməyəcəyini bildirmişdir. Limasolda keçirilən 2008 Avroviziya Uşaq Mahnı Müsabiqəsində "Bzz..." mahnısı ilə Gürcüstan təmsilçiləri Bzikebi qrupu qalib gəlmişdir.
Avroviziya Uşaq 2009
2009 Avroviziya Uşaq Mahnı Müsabiqəsi 7-ci baş tutan ənənəvi Avroviziya Uşaq Mahnı Müsabiqəsidir. Müsabiqə 21 noyabr 2009-cu il tarixində Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilmişdir. Ukrayna müsabiqəyə ilk dəfə ev sahibliyi etmişdir. Müsabiqədə 13 ölkə iştirak etmişdir. Bu ölkələrdən İsveç 1 illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. Lakin 2008-ci ildə müsabiqədə iştirak edən Bolqarıstan, Litva və Yunanıstan 2009 Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirakdan imtina etmişdir. Kiyevdə keçirilən 2009 Avroviziya Uşaq Mahnı Müsabiqəsində "Click Clack" mahnısı ilə Niderland təmsilçiləri Ralf Makenbax qalib gəlmişdir.
Avroviziya Uşaq 2010
2010 Avroviziya Uşaq Mahnı Müsabiqəsi 8-ci baş tutan ənənəvi Avroviziya Uşaq Mahnı Müsabiqəsidir. Müsabiqə 20 noyabr 2010-cu il tarixində Belarusun paytaxtı Minsk şəhərində keçirilmişdir. Bu Belarusun müsabiqəyə ikinci (2005) ev sahibliyi olmuşdur. Müsabiqədə 14 ölkə iştirak etmişdir. Bu ölkələrdən Moldova müsabiqəyə ilk dəfə qatılmışdır. Latviya 4 illik və Litva isə 1 illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. Lakin 2009-cu ildə müsabiqədə iştirak edən Kipr və Rumıniya 2010 Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirakdan imtina etmişdir. Minskdə keçirilən 2010 Avroviziya Uşaq Mahnı Müsabiqəsində "Mama" mahnısı ilə Ermənistan təmsilçisi Vladimir Arzumanyan qalib gəlmişdir.
BMT Uşaq Fondu
UNICEF, BMT-nin Uşaq Fondu (ing. United Nations International Children’s Emergency Fond; azərb. BMT-nin Uşaq Fondu‎) — 1954-cü ildə uşaq hüquqlarının qorunması üçün qurulmuş təşkilat. == Haqqında == BMT-nin Uşaq Fondu uşaq və körpələrin problemlərini ön plana çəkən universal qurumlardan hesab olunur. Təşkilatın əsası 1946-cı il dekabrın 11-də qoyulmuş və ilk dövrlərdə Beynəlxalq Fövqəladə Uşaqlara Yardım Fondu (UNİCEF — United Nations International Children’s Emergency Fund) adlandırılmışdır. BMT Baş Mərkəzi 1953-cü ilin aprelində Fondun fəaliyyətini müddətsiz elan etdi və adını müasir formaya saldı. 1959-cu ildə "Uşaq hüquqları" bəyannaməsi qəbul edildi. Uşaq Fondunun yardımları aşağıdakı üç formada həyata keçirilir. Proseslər bunlardır: -Uşaqlara yardım proqram və planlarının hazırlanmasının dəstəklənməsi; -bu proqramların həyata keçirilməsi üçün material və avadanlıqların verilməsi; -İnkişaf etməkdə olan ölkələrin özündə Fond heyətinin hazırlanması üçün lazımı vəsait və kadrların ayrılması.1965-ci ildə Uşaq Fondunun son dərəcə məhsuldar fəaliyyəti və yubileyi onun dünya Nobel mükafatına layiq görülməsi ilə nəticələndi. 1976-cı il dekabrın 21-də isə BMT 1979-cu ili Uşaq ili, habelə UNİCEF-i BMT sisteminin uşaq və körpələrlə bağlı başlıca orqanı elan etdi.
Dürmək
Dürmək — Azərbaycan milli mətbəxinə daxil olan qəlyanaltı növlərindən biri. Adətən səhər yeyilir. Tez və asan hazırlanması ilə seçilən yeməkdir. == Haqqında == Dürməyin iki forması məlumdur: bükmə dürmək və cibli dürmək. Bükmə dürməkdə yaxma ərzaq (pendir, göyərti, qızardılmış ət, yumurta və s.) yuxanın bir qırağına qoyulur, yuxanı alt tərəfdən bir az içliyin üzərinə büküb dürməkləyirlər. Alt tərəfi də qatlandığı üçün içlik tökülmür. Silindr şəklində bükülmüş, bürmələnmiş bu yemək çox ləzzətli olur. Çox vaxt quymaq, halva, eləcə də pendir, yağ, şor və s. ağartı məhsulları bu qayda ilə dürmək edilərək yeyilir. Azərbaycanın bir çox bölgələrində yas üçün bişirilən halvalar yuxaya bükülərək süfrəyə qoyulur.
Düşmən
Düşmən — fərdi və ya güclü şəkildə mənfi və ya təhlükəli olaraq təsdiqlənmiş bir qrup. Düşmən anlayışı "fərdlər və icmalar üçün əsasdır". "Düşmən" termini müəyyən bir şəxsin təhlükə kimi təyin edilməsi ilə bağlı sosial funksiyaya xidmət edir, buna görə də həmin şəxsin sıx bir emosional cavabını tələb edir.Kollektiv bir düşmənin varlığı və ya aşkarlanması qrupun birləşməsini artırmağa çalışır. Ancaq digər qurumların düşmən kimi tanınması və rəftarı səmərəsiz ola bilər və psixoloji disfunksiyanın əlaməti ola bilər. Məsələn, qrup polarizasiyası digər qrupları düşmən olaraq qəbul etməyə qadir ola biləcək qrupun birləşməsinə gətirib çıxara bilər.
Boyuna eyakulyasiya
Boyuna eyakulyasiya, boyuna boşalma, boyun boşalması — cinsi akt üçün istifadə edilən jarqondur. Kişinin spermasını başqasının boynuna, döşünə, döşünün üstünə, sinəsinə və ya sinəsinin üstünə eyakulyasiya etməsidir. Bu üsul prezervativ taxmamağı üstün tutan insanlar üçün təhlükəsiz seks alternativi kimi seks işçiləri tərəfindən müntəzəm olaraq istifadə edilir.
Düşmən (film, 2013)
Düşmən (ing. Enemy) — Deni Vilnyovun psixoloji detektiv janrında çəkdiyi film. Kino Joze Saramaqonun "Double" romanının əsasında ekranlaşdırılıb. Ceyk Cillenhol filmdə fiziki cəhətdən eyni, lakin şəxsiyyət baxımından müxtəlif olan iki kişi rolunu birdən ifa edir. Kişilərin sevgilliləri rollarını Melani Loran və Sara Gadon almışdı. İlk göstərimi 2013-cü ildə Toronto Beynəxalq Film Festivalında olmuşdur. Düşmən 5 dənə Kanada Film Mükafatını almışdır: ən yaxşı rejissor (D. Vilynov), ikinci plan qadın rolu (Sara Gadon), operator işi (Nikolya Boldyuk), montaj (Metyu Hannam), orijinal musiqi (Denni Bensi, Sonder Yurriaans). Həmçinin film 5 kateqoriyada namizəd idi: ən yaxşı film, uyğunlaşdırılmış ssenari (Havyer Qullon), kişi rolu (Ceyk Cillenhol), rəssam işi (Patris Vermett), vizual effektlər. == Süjet == Adam Bell asıq sifətli (?), dağınıq bir tarix professorudur. Bir iş yoldaşının tövsiyəsi ilə video prokatdan baxmadığı komediya filmini götürür.
Ulaq
Ulaq, uzunqulaq və ya eşşək (lat. Equus asinus asinus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinə aid afrika eşşəyi növünün əhliləşdirilmiş yarımnövü. Təsərrüfatda mühüm əhəmiyyət kəsb etmişdir. Eşşəkləri hündürlükləri 1-1.4 metrə çatır. Onların iri başları və uzun yumşaq qulaqları olur. Vəhşi afrika eşşəkləri qırmızı dəniz sahillərində Somalidə, Eritreyadq və Şimali Efiopiyada yaşayırlar. == Ulaq nəqliyyat vasitəsi kimi == Atlar cinsindәn tәkdırnaqlı mәmәli heyvan yarımcinsi. Uzun vә hәrәkәtli qulaqlarının, ensiz dırnaqlarının vә ucunda uzun tüklәrdәn ibarәt fırçası olan nazik quyruğunun olması ilә әsl atlardan fәrqlәnir. Rәngi boz, ağ, qara, qәhvәyi olur. Vәhşi Ulaq Afrikada, Ön, Orta vә Mәrkәzi Asiyada yayılmışdır.
Uçaq
Təyyarə, uçaq və ya aeroplan — havadan ağır, atmosferdə mühərriklərin və tərpənməz qanadların yardımıyla uçuş etmək üçün uçuş vasitəsi. Təyyarə qanadların qaldırıcılıq qüvvəsindən istifadə edərək özünü havada böyük sürətlə hərəkət etdirmək qabiliyyətinə malikdir. Tərpənməz qanadlar və mühərrikləri onları yelpəkciklərlə uçaqlardan və planerlərdən fərqləndirirlər. Təyyarələr müxtəlif konstruksiyalara malik olsalar da onların bir ümumi cəhətləri vardır. Onlar dinamik qaldırma qüvvəsindən istifadə edirlər. Havadan yüngül uçaqlardan (hava balonları, hava gəmiləri) fərqli olaraq təyyarələrdə qalxma, hava qanadların səthi üzrə axmağa başlayandan sonra baş verir. == Tipləri == Təyyarələr müxtəlif göstəriçilərinə görə (məs. təyinatı, konstruksiyası, mühərrikin növünə görə, üçüş-texniki parametrləri və s.) səciyyələnirlər. Təyinatına görə Sərnişin Hərbi Qırıcı Qırıcı-bombardmançı Bombardmançı Raketdaşıyıcılar Hücumçular Kəşfiyyat Korrektəçilər Çoxməqsədli və xüsusi Nəqliyyat Desant Havada yanacaq dolduranlar Hava təyyarə daşıyıcısıMülki təyyarələr Sərnişin nəql edənlər Nəqliyyat (yüklərin daşınması) Poçt Kənd təsərrüfatında kübrələrin işlənməsi Tədris-təlim İdman Sanitar Geoloji-kəşfiyyat YanğısəndürməMühərriklərin tipinə görə Porşenli Turbinli TurbinreaktorluMühərriklərin sayına görə bir mühərrikli iki mühərrikli üç mühərrikli dörd mühərrikli altı mühərrikli səkkiz mühərrikliSürətinə görə Səs sürətinə qədər Səs sürətindən yuxarı HipersəsEniş orqanlarına görə Quruda Gəmidə Hidrotəyyarələr Uçan gəmilərUçuş və enişə görə Şaquli Qısa AdiÇəkmə mənbəyinə görə Vintli Reaktivİdarəetmə növünə görə Pilotlu Avtomatlaşdırılmış, Pilotsuz ==== Yaranma tarixi haqqında ==== Daxili yanma mühərriklərinin yaranması aviasiyanın da yaranmasında əsas rol oynamışdır. Öncə fikirləşirdilər ki, mühərrikin qanadlı apparata quraşdırılması nəticəsində uçmaq mümkün olar.
Uşak
Uşak — Türkiyənin Uşak ilinin inzibati mərkəzi. == İstinadlar == Uşakın Əhali Artır: TÜİK-in Mart 2023 Hesabatına Baxış Uşakın Əhali Artır.
Qapıdakı düşmən (film, 2001)
Qapıdakı düşmən (ing. Enemy at the Gates) — Cean-Cacques Annaud tərəfindən 2001-ci ili Paramount Pictures istehsalı müharibə filmi. Filmin adı William Craigin "Enemy at the Gates: The Battle for Stalingrad" kitabından alınmışdır. Ümumiyyətlə Sovet snayperi Vasili Zaytsevin necə iti snayperçi olması və Stalinqrad Döyüşündə rəqibi Alman snayperi Mayor Erwin Königlə mübarizəsi canlandırılmışdır. == Məzmun == Bu film 1942 ci ildə Stalininqrad uğrunda gedən amansız döyüşlərdən bəhs edir.Almanlar ən yaxşı atıcıları olan mayor Keninqi Stalininqrada xüsusi tapşırıqla yollayırlar.O rusların "ölüm mələyi" ləqəbi ilə tanınan atıcısını məhv etməli idi.
Düstək (Üşnəviyyə)
Düstək (fars. دوستك‎) - İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 384 nəfər yaşayır (87 ailə).
Yan Düssek
Yan Düssek (d. 12.2.1760, Çaslav, Bohemiya krallığı - ö. 20.3.1812, Sen-Jermen-an-Le, Fransa) — Çexiyalı bəstəkar. Yan Antonin Kojeluxun qohumu və şagirdi.
Dişmok
Dişmok — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının Kohgiluyə şəhristanının Dişmok bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,053 nəfər və 710 ailədən ibarət idi.
Dözmək
Dözmək — Davam gətirmək, tab gətirmək, səbirlə keçirmək, qatlaşmaq. Ağrıya dözmək. Əziyyətə dözmək.Misal: Səbir etmək, təhəmmül etmək, səbirlə gözləmək. Dözürsən döz bu ayrılıq dağına; Mən dayannam, amma sən dayanmazsan! M.P.Vaqif.Razılaşmaq, barışmaq, keçirmək, yol vermək.Misal: Belə şeylərə dözmək olmaz. – Yox, sən buna dözməzsən, elin vuran qolusan; Sən namus aşiqisən, şərəflisən, ulusan. M.Rahim.
Dümbək
Dümbək - qədəhvarı quruluşa malik qədim zərb alətlərindən biridir. == Tarixçə == Orta əsrlərdə Azərbaycanda geniş yayılmış bu alət XX əsrin əvvəllərindən tədricən unudulmağa başlansa da, hazırda istifadə olunmaqdadır. Cənub bölgələri üçün daha xarakterikdir. == Quruluşu == Bir üzünə dana və yaxud keçi dərisi çəkilən alətin gövdəsi ilk vaxtlar gildən düzəldilsə də, hal-hazırda ağac və misdən hazırlanır. Ümumi hündürlüyü 350-400 mm, diametri 280 mm-dir. Özünə məxsus bəm tembrinə malik dümbəkdə müxtəlif ritmlər və səs çalarları əldə etmək mümkündür.
Feşmək
Feşmək — karameləoxşar Azərbaycan şirniyyatı Tərkibinə un, şəkər tozu, kərə yağı, sirkə, cövhər, rəngli yeyinti boyaları daxildir. Mənbələrə əsasən pərvərdənin ilk reseptlərinin qədim İranda, xüsusilə ölkənin şimal hissəsində yaranmış, fars kulinariya mədəniyyətinin Azərbaycan kulinariya mədəniyyətinə təsiri nəticəsində bu şirniyyat Azərbaycan mətbəxində də geniş yayılmışdır. == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Gülmək
Gülüş — insanlarda ritmik olaraq diafraqma və digər tənəffüs orqanlarının eşidilə biləcək şəkildə fiziki hərəkəti. Bu hərəkət "ha-ha-ha" və ya "he-he-he" şəklindəki səslərin yaranması ilə nəticələnir. Gülüşün (qəhqəhənin) yaranması səbəbləri kimi qıdıqlanma formasında kənar mühit amilləri, yumorik hadisə və sözlər, düşüncələr göstərilir. Gülmək sevincin fiziki göstəricisi hesab olunur. Amma insanlar bəzi halldan utanmaq, təəccüblənmək kimi fərqli emosiyalarda belə gülürlər. Bəzən isə nəzakət xatirinə saxta gülüşlər baş verə bilər. İnsanlardan başqa bəzi primatlar da (şimpanze, qorilla, oranqutan) qəhqəhəyə bənzər səslər çıxarırlar. Ən çox sevinc, xoşbəxtlik, rahatlıq və s. kimi bir sıra müsbət emosional vəziyyətlərdə müşahidə olunsa da bəzi hallarda bunun əksinə xəcalət, təəccüb və ya əks duyğu halları zamanı da ortaya çıxa bilir.
Çeşmək
Eynək, gözlük və ya çeşmək — insanın gözlərinin qarşısında saxladığı, müxtəlif üsullarla bərkidilən bir cüt şüşə və ya digər şəffaf materialdan hazırlanan lövhəciklər. Eynəklərin müxtəlif təyinatları vardır: Optik eynəklər Günəş eynəkləri Üzgüçülər üçün eynəklər Sürücü eynəkləri Yüksək müdafiəli eynəklər "Xameleonlar" Şaxtaçılar üçün eynəklər 3 ölçülü film eynəyi və s.Adi gün eynəkləri orta qurşağın tələblərinə cavab verən yay eynəkləridir. Yüksək müdafiəli eynəklər isə ilk növbədə hündür dağlıq ərazi, qütbarxası ərazilər, ozon anomaliyalı regionlar üçün nəzərdə tutulub. Onlar həm yay, həm də qış mövsümü üçün vacibdir. == Optik eynəklər == Optik eynəklər görmə qabiliyyəti zəif olan insanlar üçün nəzərdə tutlur. Yaxındangörməni səpici linzalı eynək, uzaqdangörməni isə toplayıcı linzalı eynək taxmaqla aradan qaldırırlar. İlk eynək elə optik eynək olmuşdur. O 1280-ci ildə italyada ixtira olunmuşdur və bu ixtiranın müəllifi Salvinio delli Armati olmuşdur. Əşyaların daha yaxşı görünməsini təmin edirdi. Həmçinin ilk eynəklər dəstəksiz idi.
Boyun
Boyun — onurğalıların bədəninin başı gövdəyə bağlayan hissəsi. Boyun baş və çiyinlər arasındakı yerdir. (Aristotel) Boyun bir çox həyati funksiyanı yerinə yetirir və çox vaxt xüsusilə həssas bir yerdir. Boyun üzərindən müxtəlif təchizat marşrutları - qida borusu, bağırsaq, traxeya və beynin təchiz etdiyi qan damarları kimi keçir. Servikal vertebra və əzələlər başın ən böyük hərəkətliliyini təmin etmək üçündür. Bütün məməlilərin boyunlarında yeddi fəqərə var. Dünya heyvanlar tarixində qeydə alınan ilk boyun təxminən 375 milyon il əvvəl Devon dövrünün sonunda yaşayan tiktaalikə aid idi. Ancaq bədənin bu hissəsinin meydana gəlməsi ehtimalı daha əvvəl, təxminən 400 milyon il əvvəl, qədim balıqların bədənində yeni bir tənəffüs orqanı, ağciyərlər meydana gələndə ortaya çıxdı. Bəzi heyvanlarda (məsələn, bir zürafə), qidalanma üsulu səbəbindən boyun qeyri-mütənasib olaraq uzun ola bilər.
Düymə
Düymə (geyim)— geyim aksesuarı. Düymə (tumurcuq) — qönçə, puçur, tumurcuq. Düymə (ölçü vahidi) — ölçü vaidi.
Dəmək
Dəmək — Azərbaycanın əsasən Şimal rayonlarında ev quşlarının saxlanması üçün tikiliyə verilən ad. Kiçik və alçaq ev mənasında; daxma. Heyvanların torpaq altında qazıdıqları yuva. 1. Heyvanların torpaq altında qazıdıqları yuva. Tülkü dəməyi. Siçan dəməyi. – Günorta vaxtı siçan öz dəməyində olur, ona binaən ol zaman mallar yeri tapdalamaqdan dəməklərin deşikləri tutulduğuna siçanın nəfəsi darıxıb boğulub tələf olur. \"Əkinçi\". 2.
Sümək
Əlçim — yuyulub didilərək təmizlənmiş yunu daranmış yunun asan əyirmək məqsədilə hazırlanan əl içi boyda yun. Yunu daramaq üçün xüsusi daraqdan (yun darağından) istifadə edirdilər. Didilib hazırlanmış yunu yun darağı ilə darıyır, daranma zamanı yun sümək və ya əlçim (əlçək, əlçin) şəklinə salınır.
JSAG
ESƏD və ya "Erməni soyqırımına ədalət döyüşçüləri" (ing. Justice Commandos against Armenian Genocide) — erməni terror təşkilatı. 1975–1982-ci illərdə fəaliyyət göstərib, məqsədi "erməni soyqırımının" tanınmasına nail olmaq və müstəqil erməni dövlətini qurmaqdır. Təşkilat əsasən Avropa və Şimali Amerika ölkələrində fəaliyyət göstərmişdir. Təşkilat bir sıra türk diplomatına hücumlar və onların qətllərini törədmişdir. Bəzi tədqiqatçıların fikrinə görə, təşkilat Daşnaktutyun partiyası ilə sıx əlagədə olub. 1982-ci ildə təşkilatın rəhpəri Abram Asçan qətlə yetiriləndən sonra, təşkilat öz fəaliyyətini dayandırmışdır. İstisnə etmək olmaz ki, təşkilat "Erməni inqilab ordusu" adı altında fəaliyyətini davam etdirmişdir. ESƏD-in əsas aksiyaları: (bəzi hallarda terror aktına görə məsuliyyəti ASALA öz boynuna götürürdü). 1975-ci il Oktyabr, Türkiyənin Fransadakı səfiri İsmail Erezin öldürülməsi.
Usan
Usan Xan - türk, monqol və altay mifologiyasında su ilahı. Uhan Xan da deyilir. Yer üzündəki suları və su qaynaqlarını, bulaqları, mənbələri qoruyur. Suların bollaşmasını təmin edər. Qalxanı sudandır. Getdiyi yerlərdən sular fışqırar. Rəngi qırmızıdır. Monqolların 99 cənub tanrısının nümayəndəsidir. (Tatay Xan isə 77 şimali tanrısının nümayəndəsidir.) == Loson xan == Monqol və buryat mifologiyasında su tanrısıdır. Usan Xanın əmrindəki bir varlıqdır.
Püsək
Püsək — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 18 km cənub-qərbdə, Sofulu kəndinin yaxınlığında yerləşirdi. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl tarixi"ndə Pisək, 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə Püsyak formasında qeyd edilmişdir. Z. Qorqodyanın əsərində kəndin qədim adı Püsyək kimi göstərilmişdir. Toponim qədim türk dilində "gül çələngi" mənasında işlənən püsək (əsli psak) sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir. == Əhalisi == Kənddə 1886-cı ildə 332 nəfər, 1897-ci ildə 153 nəfər, 1908-ci ildə 260 nəfər, 1914-cü ildə 310 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə ermənilər azərbaycanlılar qırğınlarla deportasiya etmişlər. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar öz kəndlərinə dönmüşdür. Burada 1922-ci ildə 150 nəfər, 1926-cı ildə 149 nəfər, 1931-ci ildə 197 nəfər azərbaycanlı yaşamışdır.
Ada-Boyana
Ada-Boyana (serb. Ада Бојана) — Monteneqro ərazisində, Adriatik dənizi sahilində, Boyana çayı mənsəbində yerləşən ada. Ulsin şəhəri yaxınlığında, Albaniya və Monteneqro sərhəddin yaxınlığındadır. Adanın sahəsi 4,8 km²-dir. Ada-Boyana üçbucaq formaya malik çay adasıdır. Süni şəkildə formalaşan ada 1958-ci ildə "Merito" gəmisinin qəzası sonucunda meydana gəlir. Vaxtı ilə mövcud iki kiçik çay adasının qumla birləşməsindən sonra ortaya çıxır. Yuqoslaviya Sosialist Federativ Respublikası dövründə ada xarixi turistlərə xidmət edən istirahət mərkəzi olmuşdur. Hazırda 1000 nəfər adada sərbəst şəkildə istirahət edə bilir. 1973-cü ildən adada naturizm kənddi vardır.
Boyana Kilsəsi
Boyana kilsəsi — Sofiyanın 8 km. cənubunda, Vitoşa dağının ətəyində yerləşən bolqar ortadoks kilsəsi.
Boyana Popoviç
Boyana Popoviç (20 noyabr 1979, Niş) — Monteneqronu təmsil edən həndbolçu. == Karyerası == Boyana Popoviç Monteneqro yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 26:24 hesabı ilə məğlub olan Monteneqro yığması, London Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Boyana Popoviç Monteneqro yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Monteneqro yığması, Rio-de-Janeyro Olimpiadasını 11-ci yerdə başa vurdu.
Aleksandr Dubçek
Aleksandr Dubçek (slovak. Alexander Dubček; d. 27 noyabr 1921 – 7 noyabr 1992) — slovak dövlət xadimi. Çexoslovakiya KP MK-nın birinci katibi (1968–1969). Praqa baharının rəhbəri kimi tanınır. == Siyasi fəaliyyəti == 1968-ci ildə Çexoslovakiya KP MK-nın birinci katibi Aleksandr Dubçekin hazırladığı "Fəaliyyət proqramı"nda yeni, demokratik Çexoslovakiyanın şəraitində sosialist cəmiyyəti modelinə keçmək niyyəti ifadə olunur, partiyanın rəhbər rolu haqqında müddəadan imtina olunurdu. 1968-ci il 21 avqustda Varşava Müqaviləsi Təşkilatına üzv olan ölkələrdən SSRİ, Polşa, ADR, Macarıstan və Bolqarıstan Çexoslovakiya ərazisinə təcavüz etdilər. Dubçek və silahdaşları həbs edilərək Moskvaya gətirildi. Beynəlxalq ictimaiyyətin ittihamından çəkinən Sovet hökuməti Dubçeklə danışıqlar aparmağa məcbur oldu. Danışıqlar ölkədə vəziyyətin normal hala salınması və sovet qoşunlarının Çexoslovakiya ərazisində müvəqqəti qalmasının şərtləri haqqında saziş bağlanması ilə başa çatdı.
Coş Duamel
Coş Duamel (ing.: Joshua David Duhamel, 14 noyabr, 1972, Şimali Dakota, ABŞ) — Amerika aktyoru. == Həyatı == Coş Duyamel, bir katolik ailəsində Minot, Şimali Dakotada anadan olubdur. O, Bonni L. Kemper, bir bədən tərbiyəsi müəllimi və Larri Deyvid Duamel, bir reklam satıcısının oğludur.
Durmən (Şaran)
Durmən (başq. Дүрмән, rus. Дюрменево) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Çalmalı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 11 km, kənd sovetliyindən (Çalmalı): 3 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 30 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (83%) üstünlük təşkil edir.
Düşmüş mələklər
Düşmüş mələklər — Yəhudilikdə bəzi pis mələklərin Şeytanın hökmranlığı altında olduğuna və Cinlərin “düşmüş mələklər” olduğu inancı mövcuddur. == Yəhudilikdə == Yəhudi inancında düşmüş mələklərin özünə məxsus yeri vardır. Bu mələklər haqqında ən geniş məlumat Hanokun kitabında yer alıb. Hanok kitabında Tanrı oğulları olaraq bildirilən bu mələklər insan qızlarından xoşladıqları üçün yerə enirlər. Mənbələrdə yerə enən mələklərin sayı 200-ə qədər olduğu qeyd olunur. Bu mələklər özlərinə həyat yoldaşları seçib onlarla evlənirlər, bu evlilikdən böyük divlər dünyaya gəlir. Divlər hər şeyi yeməsinə baxmayaraq doymaq bilmirlər və insanlara hücum edirlər. Hətta doymaq bilmədikləri üçün bir-birlərinə hücum edərək qanlarını içirlər. Hanokun kitabının IX bölümündə isə yerdəki ölən şəxslərin ruhlarının hararyının Cənnətin qapılarına qədər yüksəldiyi bildirilir. Bunu görən baş mələklər (Gabriel, Uriel, Rafael, və d.) Tanrının bunun qarşısını almasını istəyirlər.