Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Arnavut ciyəri
== Tərkibi == 1 qoyun qaraciyəri, 1/2 stəkan un, 1 stəkan duru yağ, 1.5 şorba qaşığı qırmızı bibər, 2 soğan, 1 dəstə cəfəri, duz. == Hazırlanması == Ciyərin pərdələrini soyun. Yarım barmaq enində dilimlərə doğrayın. Yuyun və sularını süzün. Ciyərlərin suyu yaxşıca süzülüb quruyduqdan sonra una bulayın. Qızğın maye yağa düzərək gözləyin. 1 dəqiqyə qədər bişirin. Tavadan alın. Çıxarıb, üzərinə duz səpin. Tavadaki yağın üçdə birinə qırmızı bibəri səpin.
Cəfərli
Cəfərli — Azərbaycanda daha çox işlədilən soyad. Bu soyadı olan tanınmış insanlar Elman Cəfərli — azərbaycanlı jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Seyran Cəfərli — "Kirpi" satirik jurnalında karikaturaçı rəssam. Tahir Cəfərli — Rusiya alimi. Kəndlər Azərbaycan Cəfərli (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Cəfərli (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Cəfərli (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Cəfərli (İmişli) — Azərbaycanın İmişli rayonunda kənd. Cəfərli (Qazax) — Azərbaycanın Qazax rayonunda kənd. Bala Cəfərli Gürcüstan Cəfərli (Borçalı) — Gürcüstanın Bolnisi rayonunda kənd.
Cəyirli
Kəndlər Cəyirli (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Cəyirli (Qobustan) — Azərbaycanın Qobustan rayonunda kənd. Cəyirli (Şəki) — Azərbaycanın Şəki rayonunda kənd. Cəyirli (Göyçay) — Azərbaycanın Göyçay rayonunda kənd.
Düyərli
Düyərli (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda kənd. Düyərli (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd.
Həmid Cəfərli
Mirsəməd Cəfərli
Mir Səməd Cəfərli (24 dekabr 1972, Bakı) – azərbaycanlı jurnalist, teleaparıcı, bloqqer, səyyah. == Həyatı == Cəfərli Mir Səməd Mir Abtalıb oğlu 24 dekabr, 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1989-cu ildə 4 saylı fars təmayüllü internat məktəbini bitirmişdir. Həmin il Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə qəbul olmuşdur. 1994-cü ildə BDU-nu ərəbşünas kimi bitirmişdir. Daha sonra isə təhsilini Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda davam etdirmişdir. == Fəaliyyəti == Mir Səməd Cəfərli Azərbaycanın müxtəlif TV kanallarında jurnalist, ictimai-siyasi verilişlərin və “talk-show”ların aparıcısı kimi çalışmışdır. İlk dəfə efirdə 1997-ci ildə Space TV-də Xəbərlər proqramının aparıcısı kimi tanınmışdır. 2012-ci ildə ATV kanalında teleməkanda səyahətlə bağlı olan çox məşhur – Turne verilişi efirə başlayır. Müəllif və aparıcı olan M. Cəfərli bu verilişlə 40-a yaxın ölkədən 80-dən çox veriliş hazırlayır.
Məhərrəm Cəfərli
Məhərrəm Allahqulu oğlu Cəfərli — azərbaycanlı folklorşünas alim, filologiya elmləri doktoru (2003). == Həyatı == Məhərrəm Cəfərli 1946-ci il yanvarın 5-də Naxçıvan MSSR-in Şərur rayonunun Xok kəndində anadan olub. 1964-1969-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində təhsil almışdır. 1984-ci ildə "Osman Sarıvəlli və şifahi xalq ədəbiyyatı" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2003-ci ildə filologiya elmləri doktoru dərəcəsi almaq üçün "Azərbaycan məhəbbət dastanlarının poetikası" mövzusunda dissertasiya müdafiə etmişdir. 40 ilə yaxındı Naxçıvan Dövlət Universitetində dərs deyir. 2004-ci ildən AMEA-nın Naxçıvan bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun folklorşünaslıq şöbəsinin müdiridir. Naxçıvan MR, folklorşünaslıq tarixi və nəzəri tədqiqi və öyrənilməsi folklor toplamaqla məşğuldur. == Elmi fəaliyyət == Məhərrəm Cəfərli dərc olunmuş 150-dən çox elmi məqalənin, 25 kitabın müəllifidir. "Yazıçı və folklor" Azərbaycan folklorşünaslığının inkişafı problemlərinə, dastan poetikasına, aşıq sənətinə həsr edilmişdir.
Natiq Cəfərli
Natiq Cəfərli (22 fevral 1972, Babakişilər, Bolnisi rayonu) — Azərbaycan iqtisadçısı, Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin sədri. == Həyatı == 1972-ci ildə Bolnisi rayonunun Babakişilər kəndində doğulmuşdur. Natiq Cəfərli 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu bitirmişdir. O, 1996-2005-ci illərdə biznes fəaliyyəti ilə məşğul olmuşdur. 2008-ci ildə Strasburqda Avropa Şurasının nəzdində Siyasi Biliklər Məktəbini, 2009-cu ildə isə Vaşinqtonda ABŞ Dövlət Departamentinin Liderlik Proqramını bitirmişdir. == Siyasi fəaliyyəti == 2008-ci ildə yaradılmış "Respublikaçı Alternativ" (REAL) hərəkatının həmtəsisçisi olmuş, hazırda isə Respublikaçı Alternativ Partiyasının icraçı katibi olmuşdur. 6 noyabr 2023-cü il tarixində Respublikaçı Alternativ Partiyasının II Qurultayı keçirilmişdir. Qurultayda partiyanın nizamnamə və proqramı "Siyasi partiyalar haqqında" yeni qanunun tələblərinə uyğunlaşdırılaraq səsverməyə çıxarılmış və qəbul edilmişdir. Qurultayda Partiya Siyasi Komitəsinə 8 üzv seçilmişdir. Partiya Siyasi Komitəsinin 20 noyabr 2023 tarixli iclasında İlqar Məmmədov Siyasi Komitənin sədri, Mahmud Məmmədov və Natiq Cəfərli isə partiya katibi seçilmişdir.
Orxan Cəfərli
Qorqud Cəfərli
Qorqud Əlisəmid oğlu Cəfərli (6 avqust 1990, Bakı) — Aktyor, Rejissor. == Həyatı == Qorqud Əlisəmid oğlu Cəfərli 1990-cı il avqustun 6-da Bakıda anadan olub. Respublika İncəsənət Gimnaziyasıında təhsil alıb.Rüstəm İbrahimbəyovun Kino Akademiyasını bitirib.2008-ci ildən 2012-ci ilə qədər "İbrus" teatrında aktyor çalışıb. Hələ məktəb vaxtlarından səhnədə dram lirik-psixoloji üsluba bir neçə obrazlar ifa edib. Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolları ifa edib. Məmmədkamal Kazımov, Muxtar Maniyev, Zemfira Əbdülsəmədova, Şəfiqə Məmmədova, Rüstəm İbrahimbəyov kimi şəxsiyyətlərdən dərs alıb. Səhnədə yaratdığı obrazlar arasında Xosrov("Xosrov və Şirin"), Vəzir ("Vaqif"), Şahzadə ( "Balaca şahzadə"), Ramiz ("Tartyuf Ağayev") xüsusilə seçilir. Qorqud Cəfər kino fəaliyyətində ilk dəfə 18 yaşında kino rejissor Çingiz Rəsulzadənin "Kuklalar" bədii filmində Mikki obrazı ilə film debütünü etmişdir. Daha sonra O, bir çox bədii filmlərdə və teleseriallarda əsas rollara çəkilib. Gənclərin I Ümumrespublika Teatr Festivalının qalibi..
Qəzənfər Cəfərli
Qəzənfər Musa oğlu Cəfərli (25 may 1920, Gəncə – 25 sentyabr 1973) — Azərbaycan-sovet partiya və dövlət xadimi, Azərbaycan SSR Ali Sovetinin sədri (1959). == Həyatı == Qəzənfər Musa oğlu Cəfərli 1920-ci ildə Gəncədə bağban ailəsində anadan olmuşdur. Elə həmin il atası vəfat etmiş və o, müəllimlik edən qardaşının himayəsində qalmışdır. 1937-ci ildə orta məktəbi bitirdikdən sonra Qəzənfər Cəfərli Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə qəbul olmuş, 1941-ci ildə oranı bitirmişdir. Təhsil aldığı illərdə Bakı məktəblərində müəllim vəzifəsində də işləmişdir. Texnika elmləri namizədi elmi dərəcəsini, dosent elmi adını almışdır. Böyük Vətən müharibəsi başlanan zaman Qəzənfər Cəfərli Sovet Ordusu sıralarına qatılmış, zenit-topçu hərbi məktəbini bitirərək vzvod komandiri və batareya komandiri kimi Volxov, Leninqrad, Birinci Ukrayna cəbhələrində, Polşa, Çexoslovakiya, Macarıstan və başqa ölkələrdə vuruşmuşdur. Sovet Ordusu sıralarında o, əvvəlcə Kommunist Partiyası üzvlüyünə namizəd, 1943-cü ilin aprelindən isə partiyanın üzvü olmuşdur. Elə həmin illərdə batareyanın partiya təşkilatçısı, polk partiya bürosunun üzvü seçilmişdir. Müharibədən sonra Qəzənfər Cəfərli ordu sıralarından tərxis olunaraq ÜİK(b)P Mərkəzi Komitəsi yanında partiya nəzarəti komissiyasının Azərbaycan SSR üzrə müvəkkil köməkçisi, sonra isə məsul nəzarətçi vəzifəsində işləmişdir.
Ruslan Cəfərli
Röyal Cəfərli
Seyran Cəfərli
1966-cı ildə İmişli rayonunda anadan olub. 1982-ci ildən "Kirpi" satirik jurnalında karikaturaçı kimi fəaliyyət göstərib. 1992-ci ildə Azərbaycan Jurnalist Sənətkarlığı kursunu bitirib. 2002-2005-ci illər "Molla Nəsrəddin" beynəlxalq karikatura müsabiqələrinin təşkilatçısı olub. Dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq müsabiqə və sərgilərin münsiflər heyətinin üzvü olub. 2002-ci ildən "WITTY WORLD" (ABŞ) elektron jurnalında karikaturaçılar qrupunun üzvüdür. Beynəlxalq karikatura yarışmalarında 60-dan çox mükafat alıb. Əsərləri qızıl, gümüş, bürünc medallara və xüsusi diplomlara layiq görülüb, 200-ə yaxın kataloqlarda əsərləri çap olunub. 2003-cü ildə "Karikaturistlər Birliyi"-ni təsis edib. "Beynəlxalq Karikatura Xəbər Mərkəzi" saytının direktorudur.
Tahir Cəfərli
Tahir Cəfərli (Cəfərli Tahir Barat oğlu; 24 mart 1970, Bakı) — Rusiya alimi və həkimi; Tibb elmləri namizədi. “Doktor Vizus” Tibbi Oftalmoloji Mərkəzin baş həkimi. "I dərəcəli Hippokrat ordeni" laureatı. == Həyatı == Cəfərli Tahir Barat oğlu 1970-ci il martın 24-də Bakıda anadan olub. 1986-cı ildə 223 nömrəli orta məktəbi bitirib, N.İ.Piroqov adına 2-ci Moskva Dövlət Tibb İnstitutunun müalicə fakültəsinə qəbul olunub. Göz xəstəlikləri kafedrası yanında elmi dərnəkdə fəal iştirak edib, tələbə elmi konfranslarında daim çıxış edib, Lenin ordenli 2-ci Moskva Dövlət Tibb İnstitutunun həvəsləndirici diplom və fərmanları ilə təltif olunub. T.Cəfərli 1993-cü ildə Rusiya Dövlət Tibb Universitetinin (Moskva) müalicə fakültəsini əla qiymətlərlə bitirib. 1993-1995-ci illərdə Rusiya Dövlət Tibb Universitetinin göz xəstəlikləri kafedrasında klinik ordinaturada “göz xəstəlikləri” ixtisası üzrə təhsil alıb. 1995-ci ildə həmin kafedrada da “göz xəstəlikləri” ixtisası üzrə aspiranturada oxuyub. T.Cəfərli 1993-1995-ci illərdə paralel olaraq Rusiya Dövlət Tibb Universitetinin normal anatomiya kafedrasının tədris laboratoriyasının müdiri işləyib.
Asim Cəfərli
Ağ ciyərlər
Sağ və sol ağciyərlər (lat. pulmo dexter et sinister, yun. pneumon) — döş qəfəsində yerləşmişdir; aşağı səthləri diafraqmaya və içəri səthləri ürək kisəsinə söykənmişdir. Sağ diafraqma günbəzi sol günbəzdən yüksək olduğuna görə və ürək asimmetrik vəziyyət aldığı üçün, ağciyərlərin həcmi və şəkli müxtəlif olmalıdır. Sağ ağciyər sol ağciyərdən qısa, geniş və həcmlidir. Normal ağciyərlərin rəngi uşaqda açıq çəhrayı olur, böyüklərdə isə getdikcə rəngi dəyişib tündləşir, xarici səthində qara ləkələrə təsadüf olunur. Bu ləkələrin yaranması xaricdən hava ilə ağciyərlərə daxil olan kənar cisimlərdən (toz, tüstü və s.) asılıdır. Ağciyərlər böyüklərdə orta dərəcədə hava ilə dolduğu zaman aşağıdakı ölçülərdə olur; şaquli ölçüsü 25–27 sm, sagital ölçüsü (əsasında) 16–17 sm, frontal ölçüsü sağ tərəfdə 10 sm və sol tərəfdə 7 sm. Ağciyərlərin tutumuna gəldikdə görürük ki, insan dərin nəfəs aldıqda, yəni döş qəfəsi maksimum böyüdükdə, sağlam ağciyərlər 5000 sm³ hava tutur. Dərin nəfəs verdikdən sonra ağciyərlərdə 1500 sm³ hava qalır, beləliklə dərin nəfəs alma və dərin nəfəs vermə arasında 3500 sm³ fərq vardır.
Bala Cəfərli
Bala Cəfərli — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Bala Cəfərli kəndi dağətəyi ərazidədir. Toponim "kiçik Cəfərli kəndi" mənasındadır. == Toponimikası == Bala Cəfərli oyk., mür. Qazax r-nunun Cəfərli i.ə.v.-də kənd. Ağstafa çayının sahilində, Gəncə-Qazax düzənliyindədir. Oykonim "kiçik Cəfərli kəndi" deməkdir. Etnotoponimdir. == Əhalisi == 2009-cu ilin əhalinin siyahıyaalınmasına əsasən kəndə 221 nəfər əhali yaşayır. == Coğrafiyası və iqlimi == Bala Cəfərli kəndi Qazaxda dağətəyi ərazidir.
Xəyal Cəfərli
İman Cəfərli
İman Zeynalabdın oğlu Cəfərovun (1963, Qaraçuq, Naxçıvan rayonu) - Filologiya üzrə fəlsəfə doktoru, dosent, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi == Həyatı == İman Cəfərov 1963-cü ildə Naxçıvan MR Naxçıvan rayonunun Qaraçuq kəndində anadan olub. == Təhsili == 1970-1980-ci illərdə Qaraçuq kənd orta məktəbində təhsil alan İman Cəfərov 1981-ci ildə Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (indiki Naxçıvan Dövlət Universiteti) “Azərbaycan dili və ədəbiyyat müəllimi” ixtisasına qəbul olunmuş, dörd il bu ali məktəbdə Muxtar Respublikanın görkəmli alimlərindən biliklər almışdır. 1985-ci ildə görkəmli alim İsa Həbibbəylinin elmi rəhbərliyi ilə “Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” əsərinin ideya-bədii xüsusiyyətləri” mövzusunda diplom işi müdafiə edən İ.Z.Cəfərov ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. Prinsipcə qeyd edilən diplom işinin müdafiəsi İ.Z.Cəfərovun həyatında əsaslı dönüş mərhələsini təşkil etmişdir. Həmin diplom işinə ustad-müəllim İsa Həbibbəylinin əlyazma rəyindəki aşağıdakı cümlələr tələbənin həyat yolunu tamamilə dəyişmişdir: “Diplom işi müvəffəqiyyətlidir. Orijinal müşahidə və mülahizələrin nəticəsidir. Böyük elmə gedən yollarda iradə, təmkin, coşğun həvəs arzulayıram.” == Pedaqoji fəaliyyəti == 1985-1990-cı illərdə Babək rayonunun Payız kənd orta məktəbində ixtisası üzrə müəllim vəzifəsində çalışan İman Cəfərov əsl xalqçı müəllim ömrünü təkrarlamışdır. O, ucqar dağ kəndinin məktəbində radio qovuşağı təşkil etmiş, müəllim yoldaşların və şagirdlərin köməyi ilə böyük tənəffüslərdə radio-dərslər yaratmış, məktəbdə Məhəmmədhüseyn Şəhriyarla, Məmməd Arazla, Şah İsmayıl Xətai ilə bağlı elmi konfransların keçirilməsinə nail olmuşdur. 1990-cı ilin sentyabr-oktyabr aylarında qısa bir müddətdə Babək rayonunun Nehrəm kənd orta məktəbində müəllim vəzifəsində işləyən İman Cəfərov həmin ilin noyabr ayından Naxçıvan Dövlət Universitetində əmək fəaliyyətini davam etdirmişdir. O, bu ali məktəbdə əvvəlcə dispetçer vəzifəsini icra etmiş, daha sonra “Azərbaycan ədəbiyyatı” kafedrasında baş laborant, kabinə müdiri, müəllim, baş müəllim vəzifələrində çalışmışdır.
Şahin Cəfərli
Əli Cəfərli
Əliağa Cəfərli
Əliağa Cəfərov (Tam adı: Əliağa Qafar oğlu Cəfərov; 16 may 1954, Bakı) — nasir, publisist, filologiya elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2004), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2000), Beynəlxalq Ekologiya və Təbii Sərvətlərdən istifadə Akademiyasının həqiqi üzvü (2003). AMEA "Akademkitab" idarəsinin direktoru. == Həyat və fəaliyyəti == Əliağa Cəfərov 1954-cü ildə mayın 16-da Bakı şəhərində anadan olmuşdur. 1970-ci ildə Qubadlı rayonunun Əli-Qulu Uşağı kənd orta məktəbini bitirmişdir. 1970–1973-cü illərdə Sumqayıt Politexnik Tüxnikumunda təhsil almışdır. 1973–1975-ci illərdə Əliağa Cəfərov hərbi xidmətdə olmuşdur. 1975–1979-cu illərdə Sumqayıt Superfosfat zavodunda çalışmışdır. Burada o, 5-ci dərəcəli bənna, komsomol komitəsinin katibi, 1975–1982-ci illərdə isə maddi-texniki təchizat şöbəsində mühəndis işləmişdir. 1980–1982-ci illərdə həmin zavodda böyük mühəndis vəzifəsində çalışmışdır. 1978–1983-cü illərdə Azərbaycan Dövlət Universitetində kitabxanaçılıq fakültəsində təhsil almışdır.
Əmrah Cəfərli
Tural Cəfərli
Çayırlı
Çayırlı — Ərzincanın 9 ilçəsindən biri
Çimərlik
Çimərlik — su obyekti sahilində düzən relyefə malik ərazi. Çimərliklər əsasən su və küləyin eroziya fəaliyyəti nəticəsində meydana gəlir. Çimərliyi təşkil edən hissəciklər adətən qum, çınqıl, molyusk qabıqları və ya mərcan yosunları kimi bioloji mənbələrdən ibarətdir. Çöküntülər yerli dalğanın hərəkətindən və hava şəraitindən asılı olaraq müxtəlif sıxlıq və strukturlarda çökərək müxtəlif teksturalar, rənglər vəya material təbəqələri yaradır. Çimərlikdə akkumlyativ çöküntülər bir ərazilə yığılır. «Çimərlik» termini həm də insanların kütləvi istirahət, çimmək və günəş vannasının qəbul olunduğu məkan kimi də işlənir. == Çimərliyin növləri == Çimərlik səht örtüyünə görə qum, balıqqulağı, Çınqıl, mərcan və s. ibarət olur. Səht örtüyü Qumdan ibarət olan çimərlik. Səht örtürü Qum-balıqqulağıdan ibarət olan çimərlik.
Çinarlı
Qəsəbələr Çinarlı (Şəmkir) — Şəmkir rayonunda qəsəbə. Kəndlər Çinarlı (Biləsuvar) — Biləsuvar rayonunda kənd. Çinarlı (Xocavənd) — Xocavənd rayonunda kənd Çinarlı (Qax) — Qax rayonunda kənd. Çinarlı — Tiflis quberniyasının Borçalı qəzasında, indi Şəmşəddin rayonunda kənd.
Çiçəkli
Azərbaycanda Çiçəkli (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Çiçəkli (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd. Çiçəkli (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Çiçəkli (dağ) — Kəlbəcər rayonunda dağ. Çiçəkli (dərə) — Babək rayonunda dərə. Ermənistanda Çiçəkli (Dərəçiçək) — Dərəçiçək mahalıında kənd.
Karon (çimərlik)
Karon çimərliyi — Pxuket adasında yerləşən ən uzun çimərlikdən biri. Onun uzunluğu təqribi olaraq 6 kilometrdir. Çimərlik adanın qərbində, Pxuket hava limanından 45 km aralıda yerləşir. Patonq çimərliyindən sonra ikinci istirahət məkanıdır. Karon sahilləri iki hissəyə bölünür Kiçik Karon, Böyük Karon. Cənubunda mərcan riflərini görmək olar. Şimalında kafe, restoran və mağazalar mövcuddur.
Kata (çimərlik)
Kata çimərliyi (tay หาดกะตะ) — Andaman dənizində, Pxunet adasının qərb sahilində, ən çox ziyarət olunan çimərlik. Şimaldan Karon çimərliyi ilə sərhədlənir. Kata-Noy çimərliyindən 10 km, Pxunet şəhərindən 17 km, Pxunet hava limanından 47 km aralıda yerləşir. İnzibati baxımından Pxunet vilayətinin Karon rayonuna daxildir. 1970-ci illərdən ərazidə yurizm inkişaf edir. 26 dekabr 2004-cü ildə Hind okeanında zəlzələ və sunami nəticəsində ərazi böyük zərər görmüşdür. Sahil xəttinin uzunluğu 1,5 km-dir. Sahil aypara formasındadır. Çimərliyin şimal hissədə eni 70 m, cənubda isə 50 metrdir. Çimərliyin qarşı tərəfində Pu adası yerləşir.
La-Qiyermi
La-Qiyermi (fr. La Guillermie) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Meye-de-Montan kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03125. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 151 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 89 yaşında (15-64 yaş arasında) 57 nəfər iqtisadi cəhətdən, 32 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 64.0%, 1999-cu ildə bu 62.0%). Fəal olan 57 nəfərdən 46 nəfər (29 kişi və 17 qadın), 11 nəfər işsiz (5 kişi və 6 qadın) idi. 32 hərəkətsiz 7 nəfər arasında şagird və ya tələbə, 9 nəfər təqaüdçü, 16 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Teresitas (çimərlik)
Teresitas çimərliyi — Uzunluğu 1.3 km olan çimərlik. Çimərlik İspaniyanın Kanar adalarına daxil olan Tenerife adasında yerləşir. 1960-cı illərin sonların okean kənarına gəmilərlə Saxaradan sarı qum gətirilmişdir. Qumun yuyulmaması üçün sahildən müəyyən qədər aralıda suyun daxilinə dalğaqıran yerləşdirilmişdir.
Uilyam Uiçerli
Vilyam Uiçerli(ing. William Wycherley, 1640 — 1 yanvar 1716) — ingilis dramaturqu. == Həyatı == Bərpa dövrünün ingilis komediyasının ən nümayəndəsi U.Uiçerlidir. Onun komediyalarının qəhrəmanı soyuq, abırsız, xudbin, ancaq öz ehtiraslarını təmin etməyə can atan bir zadəgandır. Dvoryan, yaxud iri burjua dairələrinə mənsub olmasından asılı olmayaraq o, ikrahedici, alçaq, əxlaqsız bir varlıqdır. Dramaturqun "Kənd arvadı" adlı komediyası bu baxımdan səciyyəvidir. Əsərin qəhrəmanı pozğun bir adamdır. London-da keçirdiyi sevgi macəralarından doyan qəhrəman kəndə gəlir, burada qonşu arvadlarla əylənməyə başlayır. Komediya kobud, açıq-saçıq səhnələrlə doludur. Dramaturq belə yüngül, sənətə zidd bir yolla tamaşaçıların diqqətini cəlb etməyə çalışır.
Vilyam Viçerli
Vilyam Uiçerli(ing. William Wycherley, 1640 — 1 yanvar 1716) — ingilis dramaturqu. == Həyatı == Bərpa dövrünün ingilis komediyasının ən nümayəndəsi U.Uiçerlidir. Onun komediyalarının qəhrəmanı soyuq, abırsız, xudbin, ancaq öz ehtiraslarını təmin etməyə can atan bir zadəgandır. Dvoryan, yaxud iri burjua dairələrinə mənsub olmasından asılı olmayaraq o, ikrahedici, alçaq, əxlaqsız bir varlıqdır. Dramaturqun "Kənd arvadı" adlı komediyası bu baxımdan səciyyəvidir. Əsərin qəhrəmanı pozğun bir adamdır. London-da keçirdiyi sevgi macəralarından doyan qəhrəman kəndə gəlir, burada qonşu arvadlarla əylənməyə başlayır. Komediya kobud, açıq-saçıq səhnələrlə doludur. Dramaturq belə yüngül, sənətə zidd bir yolla tamaşaçıların diqqətini cəlb etməyə çalışır.