Şahin Şamil oğlu Cəfərli (28 iyun 1994, Xalxalqışlaq, Oğuz rayonu – 1 oktyabr 2020, Murovdağ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Şahin Cəfərli | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 iyun 1994(1994-06-28) |
Doğum yeri | |
Vəfat tarixi | 1 oktyabr 2020(2020-10-01) (26 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2012-2014 / 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
Aprel döyüşləri İkinci Qarabağ müharibəsi • Murovdağ döyüşləri |
Təltifləri | 2020 2020 2020 |
Şahin Cəfərli 28 iyun 1994-cü ildə Oğuz rayonunun Xalxalqışlaq kəndində anadan olub. 2000-2011-ci illərdə şəhid İntizam Rəhimov adına Qumlaq kənd tam orta məktəbini bitirmişdir. Şahin Cəfərov uşaqlıqdan texnikaya xüsusi maraq göstərirdi. Onda bu həvəs atası traktorçu olduğu üçün yaranmışdır. Ailəli idi, 1 övladı yadigar qaldı.
Şahin Cəfərli 2012-2014-cü illərdə Gəncə şəhərində N saylı hərbi hissədə hərbi xidmətdə olmuşdur. Xidmətdə olarkən atası Şamil dayı dəfələrlə komandanlığın təşəkkür məktublarını almışdır. Şahinin ən böyük arzusu torpaqlarımızın düşməndən azad edilməsi idi. 2016-cı ildə Aprel döyüşlərində sərrast atıcı kimi iştirak etmişdir. 2020-ci ilin sentyabrında səfərbərliklə bağlı hərbi təlim toplanışına cəlb edilmişdi.
Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Şahin Cəfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ döyüşlərində savaşıb. Şahin Cəfərli oktyabrın 1-də Murovdağ döyüşlərində qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Şahin Cəfərli oktyabrın 2-də Xalxalqışlaq kəndində dəfn olunmuşdur.[1]
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Cəfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Cəfərli ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Cəfərli ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.