Əli İsa oğlu Cəfərli (29 avqust 2001; Füzuli rayonu, Azərbaycan — 27 sentyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Əli Cəfərli | |
---|---|
Əli İsa oğlu Cəfərli | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Füzuli rayonu, Azərbaycan |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Suqovuşan, Tərtər rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020 2020 2020 |
Əli Cəfərli 29 avqust 2001-ci ildə Füzuli rayonunda dünyaya göz açmışdır.[1] Əslən Füzuli rayonunun Dövlətyarlı kəndindən idi. Orta təhsilini aldıqdan sonra həqiqi hərbi xidmət qulluqçusu olmuşdur.
Azərbaycan Ordusunun əsgəri olan Əli Cəfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əli Cəfərli 27 sentyabr 2020-ci ildə Suqovuşan istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Əli Cəfərlinin nəşi bir ay sonra, 28 oktyabr 2020-ci ildə DNT analizi ilə müəyyən olunaraq ailəsinə təhvil verilmiş və torpağa tapşırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Cəfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Cəfərli ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əli Cəfərli ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]