Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Eynal Əliyev
Eynalı kanat yolu
Eynalı kanat yolu — Təbriz şəhərində Pasdaran yolunun üzərində yerləşən kanat yolu üç mərhələli layihədir. 2010-cu ildə istifadəyə verilmiş birinci mərhələdə kanat yolunun uzunluğu 1450 metrdir. Kanat yolu bir saata 1000 sərnişin daşımaq gücünə malikdir. Kanat yolu vasitəsilə Təbriz şəhərini quş baxışı seyr etmək mümkündür.
Eynallı
Eynallı — Azərbaycan Respublikasının Ağstafa rayonunun Eynallı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Ağstafa rayonunun Eynallı kəndi Köçəsgər kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Eynallı kənd Soveti yaradılmışdır.
Ağbulaq-Eynalı (Ərdəbil)
Ağbulaq-Eynalı — İranın Ərdəbil ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Mərkəzi bölgəsinin Kəlxoran kəndistanında, Ərdəbil şəhərindən 15 km şərqdədir.
Eynallı bələdiyyəsi
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Zeynal
Zeynal — ad. Zeynal Zeynalov Zeynal Zeynalov (nazir) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR avtomobil nəqliyyatı naziri (1956–1961). Zeynal Zeynalov (futbolçu) — Azərbaycan futbolçusu. Yarımmüdafiəçi. Zeynal bəy Bayandur — Uzun Həsənin oğlu, Ağqoyunlu şəhzadəsidir. Zeynal Şahhüseynli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Zeynal Xəlil — Azərbaycan şairi, dramaturq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1960). II Zeynal xan Şamlı — qızılbaş sərkərdəsi, Bağdadın hakimi, Zeynal xan Şamlının nəvəsi. Zeynal Abdullayev — Azərbaycanlı şəhid Zeynal Nağdəliyev — Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Tağızadə — dilçi, alim, filologiya elmləri doktoru (1968) pofessor (1968).
Məşədi Zeynal
Məşədi Zeynal Haqverdiyev (1850-ci illər, Kərkicahan, Şuşa qəzası – 1918, Bakı) — XIX–XX əsr Azərbaycan tarzəni, Azərbaycan musiqi tarixində ilk solo çalan tarzənlərdən biri. Məşədi Zeynal Haqverdiyev 1850-ci illərdə (bəzi mənbələrə əsasən 1861-ci ildə) Şuşa qəzasının Kərkicahan kəndində anadan olmuşdur. Şuşa real məktəbində oxuyarkən Firudin bəy Köçərli, Yusif bəy Məlikhaqnəzərov, Azad bəy Əmirov, Kərim bəy Mehmandarov, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Cabbar Qaryağdıoğlu kimi tanınmış mədəniyyət xadimlərinin mühitində böyümüşdür. Məşədi Zeynal dövrünün tanınmış tarzənləri Əli Əsgərdən və Sadıqcandan dərs almış, gənc yaşlarından Şuşa məclislərində iştirak etmişdir. O, sədəfli tarı ilə uzun illər xalq məclisləri və "Şərq konsertləri"ndə Şahnaz Abbası, Əbdülbaqi Zülalovu, Çəkməçi Məhəmmədi, Məşədi Məhəmməd Fərzəliyevi, Segah İslamı, Məcid Behbudovu, sonralar isə Seyid Şuşinskini və başqalarını müşayiət etmişdir. Şuşada keçirilən ilk "Şərq konsertləri"ndə çıxış etmişdir. 1911–1918-ci illərdə Bakı, Tiflis və Şuşa şəhərlərində verilən opera, dram tamaşalarında və xeyriyyə gecələrində Məşədi Zeynal tarzən kimi çıxış etmiş, teatr tamaşalarının fasilələrində xanəndələri — Segah İslamı, Seyid Şuşinskini, Məcid Behbudovu müşayiət etmişdir. 1907-ci il yanvarın 20-də Müsəlman Xeyriyyə Cəmiyyəti tərəfindən yoxsul müsəlmanların xeyrinə həsr edilmiş gecədə digər sənətçilərlə birlikdə iştirak etmişdir. O, Üzeyir Hacıbəyov tərəfindən opera tamaşalarına dəvət edilmiş, 1911-ci ildə "Leyli və Məcnun" operasında tar ifa etmişdir. 1915-ci ilin mart ayının 13-də Bakıda Nicat Cəmiyyəti tərəfindən keçirilən "Şərq gecəsi"ndə Məşədi "Rahab" muğamını çalmışdır.
Zeynal (Bicar)
Zeynal (fars. زينل‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 915 nəfər yaşayır (172 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Zeynal Abdullayev
Zeynal Ağaəli
Zeynalağalı, Aleksandrovka, Çkalovka (erm. Չկալովկա, rus. Чкаловка) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, sonralar Sevan rayonunda kənd. Toponim Zeynalağa şəxs adına mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə düzəlib "Zeynalağaya mənsub yer, kənd" deməkdir. Antropotoponimdir. Quruluşca düzəltmə toponimdir. 1850-ci illərdə kəndin adı dəyişdirilib Aleksandrovka qoyulmuşdur. Sonra Erm. SSR AS RH-nin 26.04.1946-cı il fərmanı ilə kəndin adı ikinci dəfə dəyişdirilərək Çkalovka adlandırılmışdır. Kənddə 1831-ci ildə 45 nəfər, 1897-ci ildə 6 nəfər azərbaycanlı yaşamışdır.
Zeynal Cabbarzadə
Cabbarov Zeynal Əliabbas oğlu (31 dekabr 1920, Bakı – 20 yanvar 1977, Bakı) — Azərbaycan şairi, publisist, 1943-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1970). Zeynal Cabbarzadə 1920-ci il dekabrın 31-də Bakının Bilgəh kəndində dənizçi ailəsində doğulmuşdur. Şairin atası Əliabbas kişi ömrünün sonunadək bu kənddə yaşamışdır. Orta məktəbi bitirdikdən sonra fəhlə fakültəsində təhsil almışdır (1934–1937). APİ-nin ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1937–1941). Eyni zamanda "Balıq cəbhəsi" qəzeti redaksiyasında işləmiş (1938–1939), "Krasnı kurinets" ("Qırmızı kürçaylı") qəzeti redaksiyasına dəyişilmişdir (1939–1940). 1940-cı ilin yanvar-iyun aylarında Şamaxı rayonunun Mədrəsə kənd orta məktəbində dil və ədəbiyyat müəllimi olmuşdur. İkinci Dünya müharibəsi başlanan il avqustun 1-də səfərbərliyə alınmış, 1941–1942-ci illərdə piyada məktəbində kursant olmuş, Kiçik leytenant rütbəsi ilə 416-cı atıcı piyada diviziyasında hərbi xidmətini davam etdirmişdir. Naursk rayonunda hərbi əməliyyatda ağır zədələndiyindən eşitmə və görmə qabiliyyətini itirmişdir. 1943-cü ildə hərbi xəstəxanadan Baş leytenant rütbəsində tərxis olunmuşdur.
Zeynal Həsənalıyev
Zeynal Mədət oğlu Həsənalıyev (20 yanvar 1953, Ələyəz, Mikoyan rayonu) — Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı, tarix elmləri doktoru, Beynəlxalq münasibətlər kafedrasının professoru. Zeynal Həsənalıyev 1953-cü il yanvarında Dərələyəz mahalının Ələyəz kəndində anadan olub. Orta məktəbi Dərələyəz mahalının Qovşuq kəndində bitirmişdir. 1976-cı ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olur. Daha sonra həmin ixtisas üzrə universitetin aspiranturasına daxil olur. O, Səfəvi dövlətinin tarixi, inkişafı diqqətini cəlb edir, çətin bir tədqiqat yoluna qədəm qoyur. Beləliklə, 1991-ci ildə "Səfəvi dövlətinin ictimai-siyasi vəziyyəti (Alman səyyahı Adam Oleyarinin məlumatları əsasında)" mövzusunda namizədlik dissertasiyasını müdafiə edir. 2005-ci ildə isə "Səfəvi dövləti XXVII əsrdə (Avropa səyyahlarının məlumatları əsasında)" doktorluq işini müdafiə edir. 1982-ci ildə BDU-nun Tarix fakültəsinin Qədim Dünya və Orta Əsrlər Tarixi kafedrasında baş laborant vəzifəsinə təyin olunur. Doğma universitetdə laborant vəzifəsindən müəllim, baş müəllim, dosent, professor vəzifələrinə öz zəhməti, öz qabiliyyəti ilə gəlib çıxan bu adam 2006-cı ildən 2022-ci ilədək Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinə tarix elmləri doktoru, professor Zeynal Həsənalıyev rəhbərlik etmişdir.
Zeynal Məmmədli
Məmmədli Zeynal Əsgər oğlu (5 may 1953, Güllübulaq, Amasiya rayonu) — tanınmış media eksperti, TV və radio jurnalistikası kafedrasının baş müəllimi Zeynal Məmmədli 1953-cü il may ayının 5-də Qərbi Azərbaycanda Qarsa yaxın Güllübulaq kəndində dünyaya göz açıb. 5-6 yaşından Bakıda yaşayır. Uşaqlığı Bakı ilə bağlıdır. 1970-ci ildə orta məktəbi bitirib. 1970-1976-cı illərdə BDU-da və MDU-da jurnalistika təhsili alaraq, TV və radioda ədəbi işçi, jurnalist ixtisasına yiyələnib. 1976-1981-ci illərdə Azərbaycan (SSR) Dövlət Teleradio Komitəsində kiçik redaktor, redaktor, böyük redaktor vəzifələrində çalışıb. 1981-ci ildən (31 ildir) Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, tanınmış media eksperti Zeynal Məmmədli BDU-dan öz ərizəsi ilə işdən azad olunub. 1992-2008-ci illərdə „Azadlıq", „PressFakt" və digər qəzetlərdə məsləhətçi-redaktor, „İnternyus" təşkilatında prodüser, Niderland Jurnalistika Kurslarında təlimçi-müəllim vəzifələrində çalışıb. 1981-ci ildən TV və radio jurnalistikası kafedrasında çalışır. 1986-cı ildən TV və radio jurnalistikası kafedrasınin baş müəllimidir.
Zeynal Nağdəliyev
Zeynal Nağdəliyev (tam adı: Zeynal Səfər oğlu Nağdəliyev; 5 noyabr 1957, Bakı) — Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri, 1-ci dərəcə dövlət müşaviri, tarix elmləri doktoru. Nağdəliyev Zeynal Səfər oğlu 1957-ci il noyabr ayının 5-də Bakı şəhərində anadan olub. 1974-cü ildə Bakıdakı 20 saylı orta məktəbi bitirib. 1979-cu ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini başa vurandan sonra Əzizbəyov rayonundakı 12 saylı internat məktəbində tərbiyəçi-müəllim kimi əmək fəaliyyətinə başlayıb. 1981-ci ildə 55 saylı texniki peşə məktəbində komsomol komitə katibi, 1982–1984-cü illərdə Azərbaycan Lenin Komsomolu Gənclər İttifaqı Mərkəzi Komitəsində təlimatçı və məsul təşkilatçı, 1984-cü ilin noyabrından Əzizbəyov rayon Komsomol Komitəsinin I katibi, 1986-cı ilin aprelindən 1990-cı ilin fevralınadək Azərbaycan Komsomolu Mərkəzi Komitəsində şöbə müdiri, 1990-cı ilin iyulundan isə Azərbaycan Lenin Komsomolu Mərkəzi Komitənin katibi vəzifələrində işləyib. 1994-cü ilin fevralında Moskva Gənclər İnstitutunun doktoranturasına daxil olub. 2001-ci ildən Ümumrusiya Azərbaycanlılar Konqresinin icraçı direktoru işləyib. 1992-ci ildə tarix elmləri namizədi, 2000-ci ildə isə tarix elmləri doktoru alimlik dərəcəsi alıb. Zeynal Nağdəliyev bir müddət Azərbaycan Demokratik Sahibkarlar Partiyası üzvü olmuşdur. 1995-ci il parlament seçkilərində partiyanın poporsional seçki üzrə vahid namizədlər siyahısında dördüncü sırada olmuşdur.
Zeynal Tağızadə
Tağızadə Zeynal Xuduş oğlu (1905, Şuşa-1975, Bakı) — dilçi, alim, filologiya elmləri doktoru (1968) pofessor (1968). İbtidai təhsililnin "Nəşri-maarif" məktəbində almiş, bir müddət Şuşa Real Məktəbində oxumuş, Şuşa Müəllimlər Seminariyasının (1925) bitirmişdir. Həmin ildən pedaqoji fəaliyyətə başlayan gənc müəllim 1928-ci ildə Azərbaycan Dövlət Universitetinə daxil olmuş, 1932-ci ildən başlayaraq Bakının müxtəlif orta məktəblərində, ali həmkarlar məktəbində, fəhlə fakültəsində dil və ədəbiyyat dərsi demişdir. Zeynal Tağızadə 1945-ci ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedoqoji İnstitutunun aspiranturasına daxil olmuş, burda oxumaqla yanaşı, Azərbaycan dilçiliyi kafedrasında asstent, baş müəllim, dil-ədəbiyyat fakültəsində dekan müavini, aspirantura müdiri vəzifələrində çalışmışdır. XIX–XX əsrlərdə Azərbaycan nəsrində tabeli mürəkkəb cümləsinin inkişafı mövzusunda namizədlik disertasiyasi müdafiə edən (1949) genc alim 1950-ci ildə Azərbaycan dilçiliyi kafedrsında dosent vəzifəsinə keçmiş, sonra uzun müddət Azərbaycan dili kafedrasının müdiri olmuş, eyni zamanda Azərbaycan qiyabi Pedoqoji İnstitutunda, H. Zərdabi adina Kirovobad Pedaqoji İnstitutunda dilçilik kafedralarına rəhbərlik etmişdir. "Müasir Azərbaycan ədəbi dilində mürəkkəb cümlə" mövzusunda uğurla direktorluq dissertasiyası müdafiə edən (1968) alim son illərdə M. F. Axundov adına Azərbaycan Pedoqoji Dillər İnstitutunda eksperimental fonolaborotoriya elmi rəhbəri vəzifəsində çalışmışdır. Professor Moskva, Leninqrad, Kiyev, Daşkənd, Alma-Ata, Aşqabad, Kazan, Frunze, Tiflis, İrəvan kimi şəhərlərdə dilçilik problemlərinə həsr olunmuş SSRİ miqyaslı simpozium və konfranslarda iştirak etmiş dilçiliyin bu ali məclislərində çıxış etmişdir. Onun elmi və pedoqoji kadrların hazırlanmasında mühüm xidmətləri var. Görkəmli alimin respublika və Ümumittifaq mətbuatında əllidən artıq elmi məqaləsi, "Müasir Azərbaycan dilinin sintaksisi" (1960), "Müasir Azərbaycan dilində mürəkkəb cümlə (1961), "Müasir Azərbaycan dilində felin quruluşu" (1962) kitabları nəşr olunmuşdur. Zeynal Sayalı Hüseynəli qızı Hacıyeva ilə ailə qurmuşdu.
Zeynal Vəfa
Zeynal Vəfa (Zeynalov Zeynalabdin İsmayıl oğlu; 2 dekabr 1938, Naxçıvan – 14 mart 2024) — şair, publisist. Zeynalabdin İsmayıl oğlu Zeynalov 1938-ci il dekabrın 2-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. Atası Böyük Vətən Müharibəsi cəbhələrində həlak olub. Anasının himayəsində böyüyüb. M. T. Sidqi adına Naxçıvan şəhər 4 nömrəli orta məktəbini bitirdikdən sonra ADU-nun (indiki BDU) filologiya fakültəsində (1957–1962) təhsilini davam etdirib. İlk əmək fəaliyyətinə 1962-ci ildə Naxçıvan Vilayət Partiya Komitəsinin orqanı olan "Şərq Qapısı" qəzetində başlayıb. Sonra Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor (1963–1969) və Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor (1969–1990) işləyib. Arada Azərbaycan Xarici Dillər İnstitutu nəzdində 2 illik ərəb dili kursunu bitirərək tərcüməçi kimi Yəmən Xalq Demokratik Respublikasında çalışıb(1980–1982). Orada savadsızlığın ləğvi sahəsində fəaliyyət göstərib. Sonra yenə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor (1982–1987), Yəmən Ərəb Respublikasında tərcüməçi (1987–1989), "Aydınlıq" qəzetində baş redaktorun birinci müavini (1990–1992), "Meydan" qəzetində baş redaktor (1992–1993) vəzifələrində çalışıb.
Zeynal Xəlil
Xəlilov Zeynal Rza oğlu (23 mart 1914, Yelizavetpol – 11 avqust 1973, Bakı) — Azərbaycan şairi, dramaturq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1960). On yeddi yaşında ikən poeziya aləminə gələn Zeynal Xəlil, az bir müddət ərzində özünü tanıtmağa, XX əsrin 30-cu illərində sürətlə irəli çıxan S. Vurğun, M. Müşfiq, R. Rza, S. Rüstəm, M. Rahim, O. Sarıvəlli kimi qüdrətli söz ustaları arasında görünməyə başlayır. "İstək" adlı ilk şe‘rlər kitabı 1936-cı ildə nəşr olunmuşdur. Böyük Vətən müharibəsi illərində döyüşçülərin qəhrəmanlığını tərənnüm edən əsərlər: "Yəhərləyin atları", "416", "Döyüşçünün vəsiyyəti" və s. şeirlər; Zoya Kosmodemyanskayaya həsr olunmuş "Tatyana" poeması , (1942) yazmışdır. "Düşüncələr" (1943), "E‘tibar" (1947), "Arzular" (1949), "İki dünya" (1952), "Bənövşə" (1956), "Şe‘rlər" (1963), "Sevdiyim rəng" (1970), "Günəş, dəniz və insan" (1973) və s. şe‘r kitablarının, "Ulduzlar" (1961) mənzum romanın müəllifidir. "İntiqam" (1941), "Qatır Məmməd" (1945), "Gənc ustalar" (1954), "Ata yolu" (1966) pyesləri var. "Qatır Məmməd"in motivləri əsasında eyniadlı film çəkilmişdir. Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur.
Zeynal Zeynalov
Zeynal Abbas oğlu Zeynalov — futbolçu. Zeynal Abdulla oğlu Zeynalov — dövlət xadimi, Azərbaycan SSR avtomobil nəqliyyatı naziri (1956–1961). Zeynal Eynal oğlu Zeynalov — ictimai-siyasi xadim, 2-ci Dövlət Dumasının üzvü.
Zeynal Zülfüqarlı
Zeynal Şahhüseynli
Zeynal Əkpərov
Zeynal Əkpərov (Zeynal İba oğlu Əkpərov; d. 28.09.1952, Cəlilabad rayonu, Privolnı kəndi) — genetik, aqronom, seleksiyaçı alim, bioloq, botanik, fizioloq, aqrar elmlər üzrə elmlər doktoru, Genetik Ehtiyatlar İnstitutunun direktoru (2002). AMEA-nın müxbir üzvü (2014). 1952-ci ildə Cəlilabad rayonunun Privolnı kəndində anadan olub. 1971-ci ildə Privolnı kənd orta məktəbini bitirib. 1973-1978-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (Gəncə) “Aqronomluq” fakültəsini fərqlənmə diplomu ilə, 1978-1981-ci illərdə ET Əkinçilik İnstitutunda bitkilərin fiziologiyası ixtisası üzrə əyani aspiranturanı bitirib. 1987-ci ildə Moldova Respublikasının Elmlər Akaemiyasının Fiziologiya və Biokimya İnstitutunda fiziologiya ixtisası üzrə “Soyadan yüksək və keyfiyyətli məhsul alınmasını təmin edən fotosintez fəaliyyəti” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi alıb. 1987-2010-cu illərdə ET Əkinçilik İnstitutunda və AMEA Genetik Ehtiyatlar İnstitutunda bitki genetik müxtəlifliyinin tədqiqi, toplanması, mühafizəsi, seleksiyada səmərəli istifadəsi və idarə olunmasının elmi-nəzəri əsaslarının işlənib hazırlanması istiqamətində apardığı tədqiqatların nəticəsində 2010-cu ildə ET Əkinçilik İnstitutunda seleksiya və toxumçuluq ixtisasında “Azərbaycanın bitki genetik ehtiyatlarının öyrənilməsi və seleksiyada istifadəsi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və aqrar elmlər üzrə elmlər doktoru elmi dərəcəsi almışdır.140-dan çox elmi əsərin (66-i xaricdə), 5 kitabın (2-i xaricdə), o cümlədən 3 monoqrafiyanın, 2 kitabçanın, 2 tövsiyənin müəllifidir. Bitki genetik müxtəlifliyinin tədqiqi, toplanması, mühafizəsi, seleksiyada səmərəli istifadəsi və yeni sortların yaradılması,Bitkilərin becərilmə texnologiyasının elmi əsasları 1996 - “Seleksiya nailiyyətləri haqqında”, 1998 - “Toxumçuluq haqqında”, 2011 - Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası qanunlarının hazırlanması, 2004-2011 Bitki Genetik Ehtiyatlarının Mühafizəsi üzrə Milli Genbankın yaradılması, Milli toxum genefondunun burada toplanması və mühafizəsinin təşkili, 2004 - Bioloji Müxtəliflik üzrə Konvensiya çərçivəsində Azərbaycan Respublikasında biomüxtəlifliyin vəziyyəti ilə bağlı I Milli Məruzənin hazırlanması, 2006 - Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə qəbul edilmiş “Azərbaycan Respublikasında Biomüxtəlifliyin Qorunması və davamlı İstifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı”nın hazırlanması, 1996-2006 - Ərzaq və Kənd Təsərrüfatı Bitki Genetik Ehtiyatları üzrə I və II Ölkə Hesabatlarının hazırlanması, 2006-2010 - Milli İnformasiya Mübadiləsi Mexanizminin yaradılması, 2009-2010 - Ərzaq və Kənd Təsərrüfatı Bitki Genetik Ehtiyatları üzrə Dünya Hesabatının hazırlanması, 2004-2006 - Respublikanın zəngin bitki müxtəlifliyi olan Şəki və Lerik rayonlarında elmi-tədqiqat bazalarının yaradılması 2010-2011 - Ərzaq və Kənd Təsərrüfatı Bitki Genetik Ehtiyatları üzrə Qlobal Fəaliyyət Planının yeni variantının hazırlanması, 2011 - Bitki Genetik Ehtiyatları üzrə Milli Strategiya və Fəaliyyət Planının hazırlanması 1981-1988 - ET Əkinçilik İnstitutunda kiçik elmi işçi 1988-1992- ET Əkinçilik İnstitutunda böyük elmi işçi 1992-2000- ET Əkinçilik İnstitutunda elmi işlər üzrə direktor müavini, laboratoriya müdiri 2000-2002 - Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyində, Dünya Bankının Kənd Təsərrüfatının Kreditləşməsi və İnkişafı layihəsində, Müsabiqəli Qrantlar Proqramında Kənd Təsərrüfatı Tədqiqatları Şurasının icraçı katibliyində müşavir 2002-ci ildən bu günə kimi AMEA Genetik Ehtiyatlar İnstitutunun direktorudur. 1. Əliyev C.Ə., Əkpərov Z.İ., Nəbiyev M.H. Azərbaycanda suvarma şə-raitində soyanın becərilməsi, Azərnəşr, Bakı, 1982, 54 s.
Zeynal Əliyev
Zeynal Həsən oğlu Əliyev — Azərbaycan SSR əməkdar mühəndisi. 24 yanvar 1991-ci ildə tikinti materialları sənayesinin və əsaslı tikintinin inkişafına böyük köməyinə görə ona "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı verilmişdir.
Zeynal Əlizadə
Əli­yev Zey­na­lab­din bəy Ha­ca­ğa oğ­lu (24 aprel 1894, Ba­kı – 1937) — Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) milli mədəniyyətin tərəqqisində yaxından iştirak etmiş mədəniyyət xadimi. Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti Par­la­men­ti­nin xü­su­si qə­ra­rı­na əsa­sən, döv­lət he­sa­bı­na ali təh­sil al­maq üçün xa­ri­cə gön­də­ril­miş tə­lə­bə­lər­dən bi­ri. Par­la­men­tin 1919 il 1 sent­yabr ta­rix­li qə­ra­rı­na əsa­sən, təh­si­li­ni me­mar­lıq sa­hə­sin­də da­vam et­dir­mək üçün Ro­ma Kral Rəs­sam­lıq Aka­de­mi­ya­sı­na (İta­li­ya) gön­də­ril­miş­di. Son­ra­kı ta­le­yi ba­rə­də mə­lu­mat aş­kar olun­ma­mış­dır". Zeynal Əlizadə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1919-cu il 23 mart və 1920-ci il 30 yanvar tarixli qərarları ilə dövlət gerbinin, hərbi orden-medalların və dövlət möhürünün layihələrinin hazırlanması məqsədilə elan olunmuş müsabiqədə fəal iştirak etmişdir. Onun layihəsi əsasında buraxılmış döş nişanları və xatirə medallarında Parlamentin binası, bayraq, aypara, səkkizguşəli ulduz, günəşin doğması, gül çələngi həkk olunmuşdur. "Azər­bay­can Yurd bil­gi­si" dər­gi­sin­də­ki mə­qa­lə­lər "Hey­kəl­tə­raş Zey­nal A. Sa­ray" və "Zey­nal Ak­koç" im­za­la­rı ilə çap olun­muş­dur. "1919-cu il­də, av­qust ayı­nın 27-ci gü­nün­də ve­ri­lib şə­ha­dət­na­mə xü­su­sun­da ki, Ağa Zey­na­lab­din bəy Ha­cı Ağa­bəy oğ­lu Əli­yev Ba­kı şə­hə­ri­nin sa­ki­ni, Ha­cı Qa­sım­bəy məs­ci­di­nin ca­maa­tı­na mən­sub­dur. Tə­vəl­lü­dü va­qe olub 1894-cü il­də ap­rel ayı­nın 24-cü gü­nün­də, ne­cə ki, tə­vəl­lü­dü sü­but olu­nub məs­ci­din met­rik dəf­tə­rin­də İm­za­nı təs­diq edi­rəm. Ha­cı Qa­sım­bəy məs­ci­di­nin mol­la­sı Mol­la Ru­hul­la Ha­cı Ab­dul­la oğ­lu." Mövsüm Əliyevin yaz­mış ol­du­ğu mə­qa­lə­lərdə, Zey­nal Ha­cıa­ğa oğ­lu Əli­za­dənin 1895-ci il­də Ba­kı şə­hə­rin­də ana­dan ol­duğu qeyd olunub.
Eynar Selvik
Eynar Selvik (18 noyabr 1979, Bergen), eyni zamanda Kvitrafn ("ağ qarğa") səhnə adlı, 2000–2004-cü illərdə Gorgoroth black metal qrupunda nağara ifaçısı və 2002-ci ildə əsası qoyulmuş Nordik folklor layihəsi olan Wardruna qrupunun solisti kimi tanınan norveçli musiqiçidir Selvikin Vikinqlər serialı üçün yazdığı açılış mahnısı ona və Vardrunaya beynəlxalq şöhrət qazandırdı. Eynar həm də şouda aktyor kimi iştirak edib. == Şəxsi həyat == Eynar Selvik Bergen şəhərindən avtomobillə təxminən 35 dəqiqəlik məsafədə, Norveçin qərb sahilində yerləşən, kiçik bir daxili ada olan Osteroyda doğulub böyüyüb. Yeniyetməlik illərində runlar haqqında tapdığı əski kitab onu xristianlıqdan öncəki vikinq mədəniyyəti ilə tanış olmağa təşviq etdi. Eynar Selvik animizmlə səciyyələnən müasir bütpərəstliyin tərəfdarıdır. 2017-ci ildə Morgenbladet -ə verdiyi müsahibədə o, dünyagörüşündən danışdı: "Zənnimcə hər kəs özünə və öz addımlarına cavabdehdir. Heç kim mənim günahlarım üçün ölməyib. Tanrılar özünə kömək edənlərə kömək edir . Sən öz tanrınsan, bu dünyada necə davrandığın, necə töhfə verdiyin sənin məsuliyyətindir".
Eyal Golan
Eyal Biton (səhnə adı ilə Eyal Golan (אייל גולן) İvr.: ביטון אייל 12 aprel 1971, Rexovot, İsrail) — İsrailli müğənni, köhnə futbolçudur.
Eynar fon Şuler
Eynar fon Şuler (alm. Einar von Schuler‎; 28 oktyabr 1930, Leypsiq, Prussiya[d] – 14 fevral 1990) — Almaniya şərqşünası. == Həyatı == Eynar fon Şuler 28 oktyabr 1930-cu ildə Almaniyanın Leypsiq şəhərində anadan olmuşdur. O, Leypsiqdəki Tomas məktəbində təhsil almışdır. Şuler daha sonra Leypsiq Universitetində və Azad Berlin Universitetində İohann Fridrixin rəhbərliyi altında qədim Yaxın Şərq (xüsusilə hetologiya) üzrə təhsil almışdır. O, 1954-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Şuler daha sonra Heydelberq və Münster Universitetlərində Adam Falkenşteynin köməkçisi olmuşdur. O, Berlinə qayıdaraq habilitasiya təcrübəsindən keçmişdir. Şuler 1963-cü ildə Azad Berlin Universitetində qədim şərq filologiyası üzrə professor olmuşdur. O, 1969-cu ildə Suriyada Həbubə Qəbirə və Təll Munbəqat qazıntılarına rəhbərlik etmişdir.
Məşədi Zeynal Haqverdiyev
Məşədi Zeynal Haqverdiyev (1850-ci illər, Kərkicahan, Şuşa qəzası – 1918, Bakı) — XIX–XX əsr Azərbaycan tarzəni, Azərbaycan musiqi tarixində ilk solo çalan tarzənlərdən biri. Məşədi Zeynal Haqverdiyev 1850-ci illərdə (bəzi mənbələrə əsasən 1861-ci ildə) Şuşa qəzasının Kərkicahan kəndində anadan olmuşdur. Şuşa real məktəbində oxuyarkən Firudin bəy Köçərli, Yusif bəy Məlikhaqnəzərov, Azad bəy Əmirov, Kərim bəy Mehmandarov, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Cabbar Qaryağdıoğlu kimi tanınmış mədəniyyət xadimlərinin mühitində böyümüşdür. Məşədi Zeynal dövrünün tanınmış tarzənləri Əli Əsgərdən və Sadıqcandan dərs almış, gənc yaşlarından Şuşa məclislərində iştirak etmişdir. O, sədəfli tarı ilə uzun illər xalq məclisləri və "Şərq konsertləri"ndə Şahnaz Abbası, Əbdülbaqi Zülalovu, Çəkməçi Məhəmmədi, Məşədi Məhəmməd Fərzəliyevi, Segah İslamı, Məcid Behbudovu, sonralar isə Seyid Şuşinskini və başqalarını müşayiət etmişdir. Şuşada keçirilən ilk "Şərq konsertləri"ndə çıxış etmişdir. 1911–1918-ci illərdə Bakı, Tiflis və Şuşa şəhərlərində verilən opera, dram tamaşalarında və xeyriyyə gecələrində Məşədi Zeynal tarzən kimi çıxış etmiş, teatr tamaşalarının fasilələrində xanəndələri — Segah İslamı, Seyid Şuşinskini, Məcid Behbudovu müşayiət etmişdir. 1907-ci il yanvarın 20-də Müsəlman Xeyriyyə Cəmiyyəti tərəfindən yoxsul müsəlmanların xeyrinə həsr edilmiş gecədə digər sənətçilərlə birlikdə iştirak etmişdir. O, Üzeyir Hacıbəyov tərəfindən opera tamaşalarına dəvət edilmiş, 1911-ci ildə "Leyli və Məcnun" operasında tar ifa etmişdir. 1915-ci ilin mart ayının 13-də Bakıda Nicat Cəmiyyəti tərəfindən keçirilən "Şərq gecəsi"ndə Məşədi "Rahab" muğamını çalmışdır.
Hacı Zeynal hamamı
Hacı Zeynal hamamı — Sabunçu rayonunun Kürdəxanı kəndində Məşədi Aqil küçəsində yerləşən tarixi abidə. == Tikili == Hamamı vestibül, soyunma zalı, aralıq kamerası, fərdi otağa malik yuyunma zalı, qaynar və soyuq su anbarı olan xəznə və odluq kamerası olan külxanadan ibarətdir. Hamam yarısı yerin altında olmaqla iki günbəzlidir. Hamamın giriş qapısı tağ şəklindədir. == Tarixi == Hacı Zeynal hamamı XVII əsrə aid tarixi abidədir.. Hamam həftənin bir günü kişilər, qalan günlər isə qadınlar üçün fəaliyyət göstərərmiş. Hamam XX əsrin 70-ci illərinə qədər fəaliyyət göstərmişdir. Hamamda 2020-ci ildə təmir və bərpa işləri aparılmışdır.
Əynul-Vərdə
Əynul-Vərdə döyüşü — 685-ci il yanvarın əvvəllərində Əməvi ordusu ilə Tövbəçilər arasında döyüş. Əynul-Vərdə (ərəb. عين الوردة‎) adada (Dəclə ilə Fərat arasında yerləşən bölgə) "Təvvabin" (tövbə edənlərin) qiyamının baş verdiyi bölgədir. "Təvvabin", İmam Hüseynin (ə) qanını almaq və İmama (ə) kömək edə bilməmələrinin əvəzini ödəmək üçün Süleyman ibn Sürəd Xüzainin komandanlığı ilə Əməvi hökumətinə qarşı qiyam edən bir qrup Kufə əhalisi idi. Onların çoxu həmin bölgədə şəhid oldular. Deyilənə görə, Əynul-Vərdə Kufə ilə Şam arasında yerləşən yaşayış məntəqələrindən də biridir. Bu ərazi Rəsul-Əyn kimi də tanınır. Rəsul-Əyn hazırkı Suriyanın şimal-şərqindəki əl-Həsəkə vilayətində yerləşir.
Eynək
Eynək, gözlük və ya çeşmək — insanın gözlərinin qarşısında saxladığı, müxtəlif üsullarla bərkidilən bir cüt linza və ya digər şəffaf materialdan hazırlanan lövhəciklər. Eynəklərin müxtəlif təyinatları vardır: Optik eynəklər Günəş eynəkləri Üzgüçülər üçün eynəklər Sürücü eynəkləri Yüksək müdafiəli eynəklər "Xameleonlar" Şaxtaçılar üçün eynəklər 3 ölçülü film eynəyi və s. Adi gün eynəkləri orta qurşağın tələblərinə cavab verən yay eynəkləridir. Yüksək müdafiəli eynəklər isə ilk növbədə hündür dağlıq ərazi, qütbarxası ərazilər, ozon anomaliyalı regionlar üçün nəzərdə tutulub. Onlar həm yay, həm də qış mövsümü üçün vacibdir. == Optik eynəklər == Optik eynəklər görmə qabiliyyəti zəif olan insanlar üçün nəzərdə tutlur. Yaxındangörməni səpici linzalı eynək, uzaqdangörməni isə toplayıcı linzalı eynək taxmaqla aradan qaldırırlar. İlk eynək elə optik eynək olmuşdur. O 1280-ci ildə italyada ixtira olunmuşdur və bu ixtiranın müəllifi Salvinio delli Armati olmuşdur. Əşyaların daha yaxşı görünməsini təmin edirdi.
Eysay
Eysay (栄西, 15 dekabr 1141, Kaya rayonu[d] – 1 avqust 1215, Kennin məbədi[d]) – yapon buddist keşişi. Zed buddizminin Rinzay sektasını Yaponiyaya gətirmişdir və onun sayəsində Zen buddizmin müstəqil məktəbi kimi tanınmışdır. Eysay Yaponiyada çayçılığı populyarlaşdıran şəxs kimi də tanınır. == Həyatı == === Zen buddizmi === Yaponiyada "kokuşi" (milli müəllim) titulu ilə tanınan Eysay Okayama bölgəsində yaşayan Şinto rahiblərinin ailəsində anadan olmuşdur. Dövrün bir çox rahibi kimi o da Hiei dağında yerləşən Tenday mərkəzində təhsil almışdır. 1168-ci ildə ilk dəfə Çinə səyahət edərək Zen mərkəzlərini ziyarət etmişdir. Gördüklərindən təsirlənən Eysay Zen sektasının Yaponiyada buddizm inancına canlanma gətirəcəyini düşünmüşdür. 1187-ci ildə qitəyə səyahət edərək buddizmin Hindistandakı köklərini araşdırmaq istəmiş, lakin ona Çin sərhədlərini keçməyə icazə verilməmişdir. 1191-ci ilə kimi Çində qalaraq orda buddizmin Rinzay sektasını öyrənmişdir. Yaponiyaya qayıtdıqdan sonra Kyuşu adasında ilk Rinzay məbədi olan Şofuku məbədini tikdirmişdir.
Eyvan
Eyvan — İranın İlam ostanının şəhərlərindən və Eyvan şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 27,752 nəfər və 6,010 ailədən ibarət idi.
Eyfel
Eyfel qülləsi (fr. La Tour Eiffel) — Parisin metaldan hazırlanmış ən məşhur qülləsidir. Qüllə həm də bütün dünyada Fransanın simvoluna çevrilmişdir. "Eyfel" adı qülləyə onu inşa edən memarın - Qüstav Eyfelin (fr. Gustave Eiffel) adından miras qalmışdır. Memar özü isə qülləni "300 metrlik qüllə" adlandırmışdır. Dünyada turistləri özünə cəlb edən məkanlar arasında ön sıralardan birini tutan Eyfel qülləsinə ildə 6 milyon turist baş çəkir. Bütün tarixi boyu isə qülləni görməyə gələnlərin sayı 236 milyonu keçmişdir. Eyfel qülləsi Mars adlanan stadionun yanındakı İen sütunları ilə üzbəüz olan Sena çayının yaxınlığında yerləşir. == Tarixi == Eyfel qülləsi 1887-1889-cu illər arasında Qüstav Eyfelin firması tərəfindən inşa etdirilmişdir və fransız dövrünün 100 illik münasibətilə əlaqədar hazırlanmış mərasimlərə görə tikilmişdir.
Eyham
Eyham — kinayə məqsədilə işlənən ikibaşlı söz, incə işarə. Cəlil Məmmədquluzadənin "Ölülər" əsərində İsgəndərin, Cəfər Cabbarlının "Sevil"ində Gülüşün dilində dəfələrlə belə eyhamlar işlənmişdir.
Eylat
Eylat (ivr. ‏אילת‏‎) — İsrailin ucqar cənub hissəsində yerləşən şəhər. Aqaba körfəzinin və Qırmızı dənizin şimal sahillərində yerləşən məşhur liman və turizm şəhəridir. Eylat şəhərinin çimərlikləri, mərcan rifləri və səhra landşaftı onu yerli və beynəlxalq turizm üçün daha da cəlbedici hala gətirir. İsrail hökuməti 1955-ci ildən etibarən şəhərin əhalisinin sayını artırmaq və infrastrukturu inkişaf etdirmək məqsədilə Mərakeşdən ölkəyə gəlmiş yəhudi ailələrini burada yerləşdirmişdir. Hal-hazırda şəhər əhalisi 50,072 nəfər təşkil edir. Neqev səhrasında yerləşən Eylat şəhəri Aravanın cənub hissəsini əhatə edir. Şəhər cənubdan Misirin Taba şəhəri, şərqdən İordaniyanın liman şəhəri olan Aqaba, cənub-şərqdən isə körfəz vasitəsilə Səudiyyə Ərəbistanı ilə əhatə olunmuşdur. Eylat şəhərində quru səhra və zəif rütubətli iqlim şəraiti hökm sürür. Temperatur yayda tez-tez 40 °C-ni keçsə də, qışda təqribən 21 °C olur.