Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Eyham
Eyham — kinayə məqsədilə işlənən ikibaşlı söz, incə işarə. Cəlil Məmmədquluzadənin "Ölülər" əsərində İsgəndərin, Cəfər Cabbarlının "Sevil"ində Gülüşün dilində dəfələrlə belə eyhamlar işlənmişdir.
Eytan Naeh
Eytan Naeh (17 sentyabr 1963, İsrail) — İsrail diplomatı. == Həyatı == 17 sentyabr 1963-cü ildə İsraildə anadan olmuşdur. 1982-1985-ci illərdə İsrail Müdafiə Qüvvələri sırasında hərbi xidmətdə olub. 1991-ci ildə Təl-Əviv Universitetinin Siyasi elmlər fakültəsini Yaxın Şərq ixtisası üzrə bitirib. 1991-1993-cü illərdə İsrail Xarici İşlər Nazirliyinin diplomatiya kursunu bitirmişdir.Elə həmin illərdə XİN baş direktorunun köməkçisi, 1993-1997-ci illərdə İsrail dövlətinin Türkiyədəki səfirliyində əvvəl ikinci, sonra isə birinci katib, 1997-1999-cu illərdə ABŞ-nin Çikaqo ştatında konsul, 1999-2000-ci illərdə Qərbi Avropa İdarəsində (Avropa II)-müşavir, Türkiyə-Yunanıstan şöbəsinin başçısı, 2001-ci ildən İsrail dövlətinin Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiridir. İngilis, ərəb, türk dillərini bilir. Ailəlidir, iki övladı var.
Benin Estam Universiteti
Benin Estam Universiteti (ing. Estam University) — Benin Respublikasının Kotonu şəhərində yerləşən ali təhsil müəssisəsi.
Əyyam Musayev
Əyyam Hüseyn oğlu Musayev (11 yanvar 1946, Könüllü, Şamxor rayonu – 23 mart 2000, Bakı) Azərbaycan Respublikasının Deputatı(1990–1995) , Səttərxan adına Maşınqayırma zavodunun direktoru(1988–2000), Azərbaycan Respublikası "Dinamo" futbol klubunun prezidenti(1997–2000), Professor, Elmlər doktoru, Texniki Elmlər Namizədi. Əyyam Hüseyn oğlu Musayev – 11 yanvar 1946-cı ildə Şəmkirin Könüllü kəndində anadan olmuşdur. 1964-cü ildə -Odessa Dəniz Gəmiçiliyi Mühəndisləri İnstitutuna daxil olmuş, həmin institutu mühəndis-mexanik ixtisası üzrə bitirmişdir. 1969-cu ildə ailə həyatı qurmuşdur. Bu evlilikdən 4 övladı dünyaya gəlmişdir. Əyyam Musayev 2000-ci ilin mart ayının 23-də müalicə aldığı xəstəxanada dünyasını dəyişmişdir. 1965–1968-ci illərdə, Bakı Elektroməişət Cihazları zavodunda fəaliyyətə başlamışdır. 1968–1980-ci illərdə, Bakı Elektromontaj Remontları (BREM) zavodunda çalışmış, 1980–1982-ci illərdə, həmin zavodun direktor koməkçisi vəzifəsinə layiq görülmüşdür. 1982–1986-cı ilərdə, Hüsü Hacıyev adına zavodun direktoru təyin olunub. 1986–1987-ci illərdə, Əlibayramlıda zavod direktoru vəzifəsində çalışmışdır.
Əyyam əl-ərəb
Əyyam əl-ərəb (ərəb. أيام العرب‎; mənası – ərəblərin günləri) — ilkin ərəb eposu janrlarından biri. Qəbilədaxili və qəbilələrarası müharibələrdən, qəhrəmanların sərgüzəştlərindən bəhs edir. V–VII əsrlərdə bədəvi ərəblər arasında formalaşmışdır. Sonralar ayrı-ayrı əyyam əl-ərəblər silsilə halına salınmışdır ("Bəsusun müharibəsi", "Əbs və Zubyan müharibəsi" və s.). Çoxu VIII–X əsr ərəb filoloqlarının, xüsusilə Əbu Übeydənin əsərlərində qorunub saxlanılmış, əyyam əl-ərəblər ərəb ədəbiyyatında tarixi əsərlərin yaranmasına təsir göstərmişdir. Айям аль-Араб (статья в БСЭ) Аравийская старина. (Книга содержит отрывки из "Дней арабов" — древних сказаний о межплеменных войнах. В стихотворных переводах впервые воспроизводится ритмика и система рифмовки классической арабской поэзии.
Aytaq
Aytaq — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonu ərazisində kənd. Aytaq — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda kənd.
Beyram
Bayram və ya Beyram — İranın Fars ostanının Laristan şəhristanının Bayram bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,520 nəfər və 1,469 ailədən ibarət idi.
Ehram
Piramida (yunanca πυραμίς pyramis) və ya ehram — təqribən həndəsi piramida ilə oxşar quruluşa malik, yerüstü səthi üçtərəfli olub və tərəfləri təpədə bir nöqtədə birləşən üçbucaq formalı tikilidir. Ehramın bünövrəsi üçbucaq, dördbucaq və ya istənilən digər çoxbucaqlı formasında ola bilər. Belə ki, ehramın ən azı 3 yerüstü üçbucaq səthi (bünövrə ilə birlikdə isə ən azı 4 üzü) var. Dördbucaq bünövrəyə və 4 üçbucaq yerüstü səthə malik ehram forması piramidanın bizə məlum olan ən məşhur variantıdır. Ehramların inşasında zəminə daha yaxın olan hissədə əsas kütlənin cəmlənməsi və üst hissədə piramidaının yerləşməsi onu göstərir ki, ehram üzərində nə qədər az material olarsa yuxarıdan olan təzyiq də o qədər çox olacaqdır. Materialın kütləsinin bu formada bölüşdürülməsi erkən sivilizasiyalara davamlı sanballı tikililər inşa etmək üçün əlverişli şərait yaratmışdır. Dünyanın bir çox hissələrindən olan sivilizasiyalar ehramların inşası ilə məşğul olmuşlar. Min illər boyu yer üzərində ən böyük tikililər ehramlar olmuşdur. Bunlara Misirdə Dəşur nekropolundakı Qırmızı Ehram və Dünyanın 7 qədim möcüzəsindən biri olan Böyük Küfü ehramını nümunə göstərmək olar. Küfü ehramının inşasında əsasən sal qayadan (bəzi daxili hissələrində geniş qırmızı qranit daşlardan) istifadə olunub və bu tikili gözəl memarlıq nümunəsi hesab olunur.
Estac
Estac — İranın Rəzəvi Xorasan ostanının Səbzivar şəhristanının Rudab bəxşinin Xaşəd dehestanında kənd. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 267 nəfər və 121 ailədən ibarət idi. Bu kəndin əhalisi Ustaclı elindən ibarətdir və fars dilində danışırlar.
Eylat
Eylat (ivr. ‏אילת‏‎) — İsrailin ucqar cənub hissəsində yerləşən şəhər. Aqaba körfəzinin və Qırmızı dənizin şimal sahillərində yerləşən məşhur liman və turizm şəhəridir. Eylat şəhərinin çimərlikləri, mərcan rifləri və səhra landşaftı onu yerli və beynəlxalq turizm üçün daha da cəlbedici hala gətirir. İsrail hökuməti 1955-ci ildən etibarən şəhərin əhalisinin sayını artırmaq və infrastrukturu inkişaf etdirmək məqsədilə Mərakeşdən ölkəyə gəlmiş yəhudi ailələrini burada yerləşdirmişdir. Hal-hazırda şəhər əhalisi 50,072 nəfər təşkil edir. Neqev səhrasında yerləşən Eylat şəhəri Aravanın cənub hissəsini əhatə edir. Şəhər cənubdan Misirin Taba şəhəri, şərqdən İordaniyanın liman şəhəri olan Aqaba, cənub-şərqdən isə körfəz vasitəsilə Səudiyyə Ərəbistanı ilə əhatə olunmuşdur. Eylat şəhərində quru səhra və zəif rütubətli iqlim şəraiti hökm sürür. Temperatur yayda tez-tez 40 °C-ni keçsə də, qışda təqribən 21 °C olur.
Eysay
Eysay (栄西, 15 dekabr 1141, Kaya rayonu[d] – 1 avqust 1215, Kennin məbədi[d]) – yapon buddist keşişi. Zed buddizminin Rinzay sektasını Yaponiyaya gətirmişdir və onun sayəsində Zen buddizmin müstəqil məktəbi kimi tanınmışdır. Eysay Yaponiyada çayçılığı populyarlaşdıran şəxs kimi də tanınır. == Həyatı == === Zen buddizmi === Yaponiyada "kokuşi" (milli müəllim) titulu ilə tanınan Eysay Okayama bölgəsində yaşayan Şinto rahiblərinin ailəsində anadan olmuşdur. Dövrün bir çox rahibi kimi o da Hiei dağında yerləşən Tenday mərkəzində təhsil almışdır. 1168-ci ildə ilk dəfə Çinə səyahət edərək Zen mərkəzlərini ziyarət etmişdir. Gördüklərindən təsirlənən Eysay Zen sektasının Yaponiyada buddizm inancına canlanma gətirəcəyini düşünmüşdür. 1187-ci ildə qitəyə səyahət edərək buddizmin Hindistandakı köklərini araşdırmaq istəmiş, lakin ona Çin sərhədlərini keçməyə icazə verilməmişdir. 1191-ci ilə kimi Çində qalaraq orda buddizmin Rinzay sektasını öyrənmişdir. Yaponiyaya qayıtdıqdan sonra Kyuşu adasında ilk Rinzay məbədi olan Şofuku məbədini tikdirmişdir.
Eyvan
Eyvan — İranın İlam ostanının şəhərlərindən və Eyvan şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 27,752 nəfər və 6,010 ailədən ibarət idi.
Elham Həmidi
Elham Həmidi (fars. الهام حمیدی‎‎) — İran aktrisasıdır. "Solomon kralı" serialında Məryəm, "Həzrəti Yusif" serialında isə Əsnad rolları ilə tanınmışdır.
Eltac Azadlı
Eltac Hümbətov
Eltac Mirzəyev
Eltac Quliyev
Eltac Səfərli
Eltac Səfərli (18 may 1992, Bakı) — Azərbaycan şahmatçısı, qrosmeyster (2008). == Naliyyətləri == 2002-ci ildə İspaniyada keçirilmiş 10 yaşa qədər uşaqlar arasında şahmat üzrə Avropa Çempionudur. 2003-cü ildə Serbiyada keçirilən Gənclər arasında Avropa çempionudur. 2008-ci ildə Türkiyədə 20 yaşa qədər gənclər arasında dünya çempionatının bürünc medalını qalibi olmuşdur. 2010-cu ildə Azərbaycan Çempionatının və Çiqorinin xatirə turnirinin qalibi olmuşdur. 2013-cü ildə keçirilmiş Avropa Komandalar arası Çempionatında qızıl medal qazanmış Azərbaycan komandasının tərkibində oynamışdır 2015-ci ildə Naxçıvan Open turnirinin qalibi olmuşdur. 2010 və 2016-cı illərdə şahmat üzrə Azərbaycan çempionudur. SOCAR komandasının tərkibində Şahmat üzrə klub komandalarının Avropa Kubokunu qazanmışdır. == Xarici keçidlər == Eltaj Safarli. Chess-DB.com (ing.) Eltaj Safarli.
Eltac Əlizadə
Eltay Quliyev
Eynal Əliyev
Eyvan şəhristanı
Eyvan şəhristanı- İranın İlam ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Eyvan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 47,380 nəfər və 10,040 ailədən ibarət idi.
Kotam
Kotam (əvvəlki adı: Ketam) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Ordubad şəhər inzibati ərazi vahidi tərkibindəki Ketam kəndi Kotam kəndi adlandırılmışdır. == Tarixi == Ketam Ordubad rayonunun Ordubad Şəhər inzibati ərazi vahidində kənd. Araz və Ketam çayının sahilində, dağətəyi ərazidədir. Yerli əhali arasında Kotam variantında da işlənən bu ad Ketam dağının adından yaranmışdır.. == Coğrafiyası və iqlimi == Rayonun mərkəzindən 5 km cənub-şərqdə, Naxçıvan-Bakı dağ yolunun şimal tərəfindədir. == Əhalisi == Əhalisi 410 nəfərdir.Kəndin əhalisi 1958 ci ildə Yuxarı Kotam adlanan ərazidən köçüb gəlib yeni Kotamda məskunlaşmışdır.Kəndin əhalisinin 20 ci əsrdə ermənistanın təcavüzkar siyasəti nəticəsində Sisian və Qafan rayonlarından köçüb gəldikləri güman edilir. == İqtisadiyyatı == Əhalisi bağçılıq,əkinçilik,arıçılıq,kiçikbuynuzlu heyvandarlıq və.s məşğuldur.Əsasəndə bu kənddə arıçılıq inkişaf etmişdir.Arıçılıq köçmə(yerdəyişikliyinə əsasən) təsərrüfat sahəsidir.Yayda arıları Yuxarı Kotam deyilən əraziyə aparırlar.Ora iqliminə,təbiətinə nisbətən yaxşı ərazidi.Qışda isə əsasən həyətyanı sahələrdə baxılır.Həmçinin Kotam kəndində xurnik,əncir,nar kimi meyvələrin ağacları geniş yayılmışdır.Naxçıvan Muxtar Respublikasının xüsusilə əncir ehtiyyatlarının (daxili bazara çıxarılan)yarıdan çoxunu bu kənd qarşılayır. == İnfrastrukturu == Orta məktəbi, klubu, kitabxanası, tibb məntəqəsi var.
Meyham
Meyham-i Ülya (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Meyham-i Süfla (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Seytas
Seytas — Azərbaycan Respublikasının Qubadlı rayonunun Göyərcik kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub. Seytas kəndi dağətəyi ərazidədir. Yerli məlumata görə, yaşayış məntəqəsini vaxtilə Ermənistanın Aqvan və Danzaver kəndlərindən qaçıb gəlmiş ailələr Seytas adlanan köhnə kənd yerində salmışdılar. Kəndin adı 1933-cü ildə Seytaş şəklində qeydə alınmışdır. Güman etmək olar ki, kənd dağların əha¬təsində yerləşdiyi üçün sey (orta, mərkəz) və taş (daş, qaya) komponentlərindən ibarət olub, “dağların ortası” mənasındadır.
Matam
Matam (ing. Matam, Senegal) — Seneqalda, yerləşən bir yaşayış məntəqəsidir. Matamın 17,324 nəfər əhalisi var.
Eyvaq (Sərab)
Eyvəq (fars. ايوق‎, digər adı: Evə) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,348 nəfər yaşayır (294 ailə).
Bəstam
Bəstam — İranın Simnan ostanının Şahrud şəhristanının Bəstam bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,382 nəfər və 1,997 ailədən ibarət idi.
Əxşam
Əxşam — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Əxşam Yevlax rayonunun Havarlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Əsl adı Axşamdır. Axşam türkdilli xalqlarda "düşərgə, dayanacaq" deməkdir. Ərəb dilində işlənən əxşam sözü isə "köçəri tayfa, alaçıqda yaşayan tayfa" mənasındadır..
Əhkam
Əhkam — Məsuliyyət yaşı olaraq təyin olunan həddi-büluğa çatmış hər bir ağıllı müsəlmanın edə biləcəyi hərəkətlərlə bağlı dini etiket və ya təsnifatı ifadə edən termindir. Etiketlər 8-ə bölünür. Bu 8 sinifdən ilk 5-in edilməsi; son 3 hərəkət edilməməsi lazım olan hərəkətlərdir. Bu mövzuda işlədilən digər ifadələr arasında “əmr” ciddi şəkildə icra edilməsi əmr edilənlər üçün, “qadağan” isə qəti şəkildə edilməməsi tələb olunan hərəkətlər üçün işlədilir. Fiqhdə insan davranışı müxtəlif kateqoriyalara bölünür. Fərz (mütləq zərurəti ifadə edən əməl və ibadət), Vacib (zəruri, daha aşağı dərəcədə mükəlləfiyyət), sünnə, müstəhəb (bəyənilən əməllər), halal, məkruh (çirkin hesab edilən; çox çirkin, təhrimi məkruh, az çirkin, tənzihi məkruh) haram (qəti qadağandır). Bu hərəkətlərin klassik şəriət anlayışında maddi və ya mənəvi ekvivalentləri var. Fərz, vacib və sünnə sayılan əməlləri tərk etmək, məkruh və haram sayılan işləri yerinə yetirməyə görə cəzalar verilir (had və ya tazir cəzaları). Bu gün insanların bu təsnifat əsasında etiketlənməsi və cəzalandırılması fundamental insan hüquqlarının ciddi şəkildə pozulmasını kimi nəzərdə tutur. Fərz - Allahın Quranda açıq və aydın şəkildə ifadə etdiyi sözlərdir.