Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fici
Fici (rəsmi adı Fici Respublikası) — Sakit okeanın cənub hissəsində, Melaneziya adalar qrupunda yerləşən ada dövlətidir. Fici 300 adadan təşkil olunan arxipelaqdan və 500-ə qədər kiçik adacıqlardan ibarətdir, 300 adadan yalnız 110-unda məskunlaşma mövcuddur. Vanuatudan şimal-şərqdə, Tonqadən qərbdə və Tuvaludan cənubda yerləşir. Bu ölkə 322 adadan ibarət arxipelaqdan və 522 kiçik adadan ibarətdir. Əhalisinin 87%-i iki ən iri ada Viti-Levu və Vanua Levuda yaşayır. Ficinin günəşli və unikal təmiz təbiəti, 100 mil insan tərəfindən korlanmamış qumlu çimərlikləri, qeyri-adi koral bağları, mavi laqunaları, əsrarəngiz gözəllikləri olan yerləri var.
Fici Respublikası
Fici (rəsmi adı Fici Respublikası) — Sakit okeanın cənub hissəsində, Melaneziya adalar qrupunda yerləşən ada dövlətidir. Fici 300 adadan təşkil olunan arxipelaqdan və 500-ə qədər kiçik adacıqlardan ibarətdir, 300 adadan yalnız 110-unda məskunlaşma mövcuddur. Vanuatudan şimal-şərqdə, Tonqadən qərbdə və Tuvaludan cənubda yerləşir. Bu ölkə 322 adadan ibarət arxipelaqdan və 522 kiçik adadan ibarətdir. Əhalisinin 87%-i iki ən iri ada Viti-Levu və Vanua Levuda yaşayır. Ficinin günəşli və unikal təmiz təbiəti, 100 mil insan tərəfindən korlanmamış qumlu çimərlikləri, qeyri-adi koral bağları, mavi laqunaları, əsrarəngiz gözəllikləri olan yerləri var.
Fici adaları
Fici (rəsmi adı Fici Respublikası) — Sakit okeanın cənub hissəsində, Melaneziya adalar qrupunda yerləşən ada dövlətidir. Fici 300 adadan təşkil olunan arxipelaqdan və 500-ə qədər kiçik adacıqlardan ibarətdir, 300 adadan yalnız 110-unda məskunlaşma mövcuddur. Vanuatudan şimal-şərqdə, Tonqadən qərbdə və Tuvaludan cənubda yerləşir. Bu ölkə 322 adadan ibarət arxipelaqdan və 522 kiçik adadan ibarətdir. Əhalisinin 87%-i iki ən iri ada Viti-Levu və Vanua Levuda yaşayır. Ficinin günəşli və unikal təmiz təbiəti, 100 mil insan tərəfindən korlanmamış qumlu çimərlikləri, qeyri-adi koral bağları, mavi laqunaları, əsrarəngiz gözəllikləri olan yerləri var.
Fici dənizi
Fici (ing. Fiji) — Sakit Okeanın cənub-qərbində adaarası dəniz. Bu rayonda dərin qobunun mövcudluğuna görə, şərti olaraq dəniz adlandırılmışdır. Şimalda Fici, şərqdə Kermadek adaları, cənubda Yeni Zelandiya və Tasman dənizi, qərbdə isə Mərcan dənizi ilə məhdudlaşdırılıb. Sahəsi 3177 min km². Orta dərinliyi 2741 m, maksimum 7633 m. Cənub-şərqində səthi suyun temperaturu 18-23 °C, şimalda 25-28 °C . Duzluluğu 34,9-35,5 ‰. Qabarması yarıgünlü tiplidi 1,5 — 3,0 m. Əsas limanı Ficinin paytaxtı Suva sayılır.
Fici hindcəsi
Fici Hindisi — Ficidə hind mənşəli əhalinin danışdığı dil. Dil fici, hind, holland və afrikaans dillərinin sözləri əsasında yaranıb. Dildə həmçinin çoxsaylı ingilis dili sözləri də var və şərqi hind dialektinə aiddir. Dilin spesifikliyi dildə cingiltinin olmasıdır.
Fici hindisi
Fici Hindisi — Ficidə hind mənşəli əhalinin danışdığı dil. Dil fici, hind, holland və afrikaans dillərinin sözləri əsasında yaranıb. Dildə həmçinin çoxsaylı ingilis dili sözləri də var və şərqi hind dialektinə aiddir. Dilin spesifikliyi dildə cingiltinin olmasıdır.
Fidi
Fidi (təq. e.ə. 500, Afina – təq. e.ə. 430, Qədim Afina və ya Olimpiya, Qərbi Yunanıstan) yunan heykəltaraşı, rəssam və memarı olub. O, əsasən, klassik yunan memarlarının ən məşhurlarından biri kimi tanınır. Onun müəllifi olduğu Olimpdəki Zevs heykəli qədim dünyanın 7 möcüzəsindən biridir. Fidi həmçinin "Afina Parfenonu" kimi tanınan Afina akropolundakı ilahə Afinanın heykəlinin və Afina ilə Propilea arasında duran və Afina akropoluna giriş kimi xidmət göstərən nəhəng tunc Afina Promachos –un müəlifidir. Fidi memar Kramidin oğlu idi. Keçmişdə belə güman edirdilər ki, onun müəllimləri Hegias və Hageladas olub.
Fuci
Fuci (富士山 Fuci-san) və ya Fuciyama "müqəddəs dağ") Yaponiyada yerləşən, hündurluyü 3777 metr olan yatmış vulkan. Burada həmçinin Yaponiyanın ən uca zirvəsi yerləşir. Bu sonuncu dəfə burada vulkan 1707–1708 illərə təsadüf etmişdir. Fuci dağı yaponların ən çox ziyarət etdiyi məkandır.
Liçi
Liçi (Litchi chinensis Sonn, Sapindaceae fəsiləsindəndir) — Çin gavalısı və ya çin qozu adlanan Liçinin vətəni Cənubi Çindir və burada 4000 ildir ki, becərilir. Meyvəsi yumurtavaridən yumru formaya qədərdir. Ölçüsü fındıqdan iri, gavalıdan xırdadır. Meyvəsinin quruluşuna görə Liçi qozmeyvəlilərə aiddir. Qabığı sıx olub, ətliyindən asan ayrılır. Qabığının rəngi çəhrayıdan qırmızıya qədər, bəzən sarımtılqəhvəyi olur. Ətliyi ağ, jeleyəbənzər şirəli, kifayət qədər sıx olub, çəyirdək nüvəsini əhatə edir. Ətliyi 62-84%, nüvəsi 6-26%, qabığı 12-20% arasındadır. Dadı şirin, üzüm dadını xatırladır. Zərif qızılgül və muskat ətirlidir.
Çiçi
Çiçi — Azərbaycan Respublikasının Quba rayonunun inzibati-ərazi vahidində kənd. Çiçi-Səbətlər bələdiyyəsinin tərkibindədir. Çiçi oyk., sadə. Quba rayonunun eyniadlı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Adını ərazidəki eyniadlı çaydan almışdır. Bəzi tədqiqatçılara görə, toponim tat dilindəki çu (ağac) və Azərbaycan dilində ki-çi (peşə-sənət bildirən şək.) komponentlərindən düzəlib, "odunçu, ağac məmulatı hazırlayan" mənasındadır. Çiçi Quba rayonu ərazisində çay. Şabran çayının sol qoludur. Cici türk dillərində "təzə, tər" mənasındadır.
Oiçi
Oiçi no Kata (お市の方, 1547, Naqoya – 14 iyun 1583, Kitanoşo qəsri[d]) və ya Odani no Kata (小谷の方) – Senqoku dövründə yaşamış yapon tarixi şəxsiyyət. Oda Nobunaqanın kiçik bacısı olmuşdur. == Həyatı == Oiçi 1547-ci ildə Ovari əyalətində doğulmuşdur. Öz gözəlliyi ilə məşhur olmuşdur. 1568-ci ildə qardaşı Oda Nobunaqanın istəyi ilə daymyo Azay Naqamasa ilə evlənmişdir. Ərinin Omi əyalətində yerləşən Odani qəsrində yaşadığı üçün Odani no Kata adını götürmüşdür. 1570-ci ildə Naqamasa Nobunaqaya qarşı çevrilmiş və 1573-cü ildə onun tərəfindən məğlub edilmişdir. Nobunaqa bacısının və üç kiçik qızının həyatı bağışlasa da, iki körpə oğlunun öldürülməsini əmr etmişdir. Oiçi bir müddət hamıdan ayrı yaşasa da, 1582-ci ildə Nobunaqanın öldürülməsindən sonra Oda Nobutaka ona müttəfiqi daymyo Şibata Katsuie ilə evlənməyi əmr etmişdir. 1583-cü ildə Toyotomi Hideyoşi Kitanaşo mühasirəsini başlatmış və yaşadığı qəsri məhv etmişdir.
Fici hind dili
Fici Hindisi — Ficidə hind mənşəli əhalinin danışdığı dil. Dil fici, hind, holland və afrikaans dillərinin sözləri əsasında yaranıb. Dildə həmçinin çoxsaylı ingilis dili sözləri də var və şərqi hind dialektinə aiddir. Dilin spesifikliyi dildə cingiltinin olmasıdır.
Don Riçi
Donald Teylor Riçi (9 iyun 1926 – 13 may 2012, Darlinqxyorst[d]) — Avstraliya ordeni laureatı, bir çox intihar cəhdinə müdaxilə edən avstraliyalı. O, Sidneydə Boşluq (ing. The Gap) adındakı bir uçurumdan intihara cəhd edən ən azı 180 nəfəri rəsmi olaraq xilas edib. Riçi Vaucluse Dövlət Məktəbinə gedib və Şotlandiya Kollecinə daxil olub. Ritçi İkinci Dünya müharibəsi dönəmində 1944-cü il iyunun 30-da HMAS Hobart gəmisində matros kimi Kral Avstraliya Donanmasına daxil olmuş və 1945-ci il sentyabrın 2-də Tokio körfəzində Yaponiya İmperatorluq Qüvvələrinin qeyd-şərtsiz təslim olduğunun şahidi olmuş, sakit okeanda İkinci Dünya müharibəsini rəsmən başa çatdırmışdır. Müharibədən sonra o, həyat sığortası satıcısı idi. Rəsmi olaraq o, 2009-cu ilə qədər 45 il ərzində 180 nəfəri intihardan xilas edib, halbuki ailəsi bu rəqəmin 500-ə yaxın olduğunu iddia edir. Ritçi Avstraliyanın Sidney şəhərində yerləşən və bir çox intihar cəhdləri ilə tanınan "The Gap" adlı yerin yanında yaşayırdı. Tanınmış və tərifləməyən təvazökar bir adam, cənab Ritçi evindən intihar etmək niyyətində olanları görür və yavaş-yavaş onlara tərəf gedirdi. Uçurumun kənarında o, sadəcə gülümsəyərək onlardan soruşardı: "Mən sizə hansısa şəkildə kömək edə bilərəmmi?".
Dəniz fili
Dəniz fili (lat. Mirounga) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinə aid heyvan cinsi. Yırtıcı məməlilər arasında ən böyüklərindən biridir. Onlar əsl suitilərə daxil olsalarda özlərini Qulaqlı suitilərə daxil olan canlılar kimi aparırlar. Onlar iki növə bölünür: Şimal dəniz fili (Mirounga angustirostris (Gill, 1866), Şimali Amerikanın qərb sahillərində yaşayırlar) və Cənub dəniz fili (Mirounga leonina Linnaeus, 1758, Antarktida sahillərində yaşayırlar). Bu cinsin nümayəndələri hal-hazırda suitilərə aid edilir. Əvvəllər isə onlar Monax suitilərə aid edilirdi. 1996-cı ildə Binida-Emonds və Rassel bu məsələdə bir əlaqə aşkarlaya bilməmişdirlər. İri xortum dişilərdə və körpə erkəklərdə olmur. Uzun zaman ərzində Xortumun uzanması baş verir və bir müddətdən sonra burun artıq aşağı sallanmış formadada qalır.
Fibi Bricers
Fibi Bricers (ing. Phoebe Bridgers, 17 avqust 1994, Pasadena, Kaliforniya) — amerikalı müğənni-mahnı yazarı. O, akustik gitara ilə səsləndirdiyi melanxolik mahnılarına görə tanınır. Dörd dəfə "Qremmi" mükafatına namizəd olub. Pasadenada doğulan Bricers gənc yaşlarından etibarən mahnı ifa edir. 2014–2015-ci illərdə Sloppy Jane qrupunda fəaliyyət göstərmişdir. Onun debüt studiya albomu "Stranger in the Alps" 2017-ci ildə buraxılıb. Fibi 2020-ci ildə ikinci albomu olan "Punisher"i yayımlayıb. Solo işinə əlavə olaraq həmçinin boygenius və Better Oblivion Community Center musiqi qruplarının üzvüdür. Fibi Lusil Bricers 17 avqust 1994-cü ildə Kaliforniya ştatının Pasadena şəhərində anadan olub.
Fibi Rayan
Fibi Holidey Rayan (ing. Phoebe Holiday Ryan, 21 sentyabr 1990, Texas) — Amerika müğənnisi, mahnı-müəllifi. 2015-ci ildə o, R. Kellinin "Ignition" və Miqelin "Do You" mahnılarına meşaplar etdi və özünün adını daşıyan mini-albomdan "Mine" adlı sinqlını yayımladı. Elə həmin il o, Columbia Records ilə müqavilə imzaladı. Mahnı müəllifi kimi o, Britni Spirs, Oh Honey, Zara Larsson, Melani Martines və Bea Miller kimi sənətçilər üçün mahnılar yazıb və The Knocks, Tritonal, Skizzy Mars və The Chainsmokers üçün mahnılar ifa edib. Rayan Nyu-Cersi ştatının Red Bank şəhərində böyüyüb, Nyu-York Universitetindəki Kliv Devis Musiqi İnstitutunda oxumuş və burada mühəndislik, prodüserlik və biznes təhsili alıb. Hər ikisini etməyə qərar verməzdən əvvəl mahnı yazarlığı və ya sənətçi olmaq arasında qaldı.
Fiji Hindi
Fici Hindisi — Ficidə hind mənşəli əhalinin danışdığı dil. Dil fici, hind, holland və afrikaans dillərinin sözləri əsasında yaranıb. Dildə həmçinin çoxsaylı ingilis dili sözləri də var və şərqi hind dialektinə aiddir. Dilin spesifikliyi dildə cingiltinin olmasıdır.
Fiji Water
Fiji Water — Ficidən ixrac olunan su brendi. Mənbəyi Viti-Levu şəhərində yerləşir. Artezian tipli quyudan çıxarılır. 330 ml, 500 ml, 700 ml, 1 litr və 1,5 litrlik qablarda satılır. Mərkəzi Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşir.Kanadalı iş adamı Devid Qilmor 1996-cı ildə Natural Waters adı altında Fiji Water şirkətini qurdu. 2004-cü ildə Fiji Waterin satışı 50 milyon ABŞ dolları təşkil etmişdir. Fiji Water-in sahibi Resnik Holding Teleflora, POM Wonderful və Suterra adlı şirkətlərində sahibidir. 2009-cu ildə Fiji Water-in satışı 85 milyon dollar təşkil edib. 2010-cu ilin sonunda Fiji Water şərab istehsalına başladı. Fiji Water-in qırmızı və qara şərabları dünya miqyasında tanınılır.
Fitçi-marek
Fitçi-marek, (lat. Anas penelope) qazkimilər(Anseriformes) dəstəsindən bir quş növü.
Fuci dağı
Fuci (富士山 Fuci-san) və ya Fuciyama "müqəddəs dağ") Yaponiyada yerləşən, hündurluyü 3777 metr olan yatmış vulkan. Burada həmçinin Yaponiyanın ən uca zirvəsi yerləşir. Bu sonuncu dəfə burada vulkan 1707–1708 illərə təsadüf etmişdir. Fuci dağı yaponların ən çox ziyarət etdiyi məkandır.
Hakim fiti
Hakim fiti — idmanda, xüsusi ilə də futbolda hakimlərin istifadə etdiyi vasitə Hakim fiti XIX əsrdə İngiltərənin Birminqem şəhərindən olan usta Cozef Hadson tərəfindən icad olunub. O, çörəkpulu qazanmaq üçün cib saatlarının təmirindən tutmuş köhnə ayaqqabılara yamaq vurmağadək bir çox işlərlə məşğul olurmuş. Boş vaxtlarında isə usta öz beyninin məhsulu olan fiti hazırlamağa girişirmiş. 1860–1870-ci illərdə isə Cozef Hadson tərəfindən yüzdən çox fit düzəldilmişdi. Əfsanəyə görə fit ilk dəfə "Nottinqem Forest" və "Şeffild" komandaları arasında keçirilən oyunda istifadə olunub. Bayraqlardan yorulan hakim fitdən istifadə etmək qərarına gəlib. Qeyd edək ki, hakimlər üçün fit ilk dəfə "Cozef Ko" şirkəşti tərəfindən istehsal olunub. Ən güclü fit modeli isə 1989-cu ildə bu şirkət tərəfindən istehsal olunan "Tornado T2000" fitidir.
Hindistan fili
Hindistan fili-(ing. elephant )Xortumlular dəstəsinə aid olan növ. AMEA Zoologiya İnstitutunun Zooloji Muzeyində 1 ədəd müqəvva sərgilənir. (Moskva Dövlət Sirki-1984) Fillər quruda yaşayan ən iri heyvanlardan biri hesab edilir. Çəkiləri ağır olsa da, fillər çox cəld və sürətli hərəkət edirlər. Hindistan fili ölçüsünə görə Afrika savanna filindən fərqlənir. Yaşlı erkək fərdlərin çəkisi - 5,4 ton, hündürlüyü - 2,5 -3,5 metrə çatır. Dişilər erkəklərdən kiçik olur və orta çəkiləri 2,7 tona çatır. Afrika savanna filinin çəkisi isə 4-7 tona qədər olur. Hindistan filinin bədən uzunluğu 5,5 - 6,4 m, quyruğunun uzunluğu isə 1,2 - 1,5 m-dir.
Layonel Riçi
Layonel Brokmen Riçi (ing. Lionel Brockman Richie; 20 iyun 1949, Alabama, ABŞ) — amerikan müğənni, şair, prodüser və aktyor. O, 1968-ci ildən "Commodores" adlı musiqi qrupunda faəliyyət göstərirdi. Riçinin solo karyerasında "Lionel Richie" albomuyla debüt edərək böyük uğur qazanmışdır. Riçi, Alabama ştatının Taskigi şəhərində, Alberta R. (Foster) və Layonel Brokmen Riçinin ailəsində doğulmuşdur. Taskigi Universitetində təshil alarkən o həmçinin tennislə maraqlanmış bir çox nailiyyət əldə etmişdir. 60-cı illərin ortasında o, Commodores qrupunda solist olmaqla yanaşı, saksafonda da ifa edirdi.70-ci illərə kimi o müxtəlif mahnılar bəstələmişdir. 1980-ci ildə onun bəstəsi olan Kenni Rocersin oxuduğu Lady mahnısı həmin ildə hit paradlarda birinci yerə kimi yüksəlmişdir. Lionel Richie (1982) Can't Slow Down (1983) Dancing on the Ceiling (1986) Louder Than Words (1996) Time (1998) Renaissance (2000) Just for You (2004) Coming Home (2006) Just Go (2009) Tuskegee (2012) Scott Joplin (1977) Thank God It's Friday (1978) Running with the Night (1990) Truth or Dare (1991) The Preacher's Wife (1996) Pariah (1998) The Simpsons (epizodik) (2007) Who Do You Think You Are?
Liçi (məməli)
Liçi (lat. Kobus leche) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin su keçisi cinsinə aid heyvan növü.
Miçi Qoto
Miçi Qoto (27 iyul 1990, Suzuka[d], Mie prefekturası) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 7 oyun keçirib, 2 qol vurub.
FIBA
Beynəlxalq Basketbol Federasiyası (Fransız dili: Fédération Internationale də Basketball Association), geniş şəkildə bilindiyi halıyla FIBA milli basketbol təşkilatların federasiyasındır. Beynəlxalq basketbol yarışmalarını rəhbərlik məsuliyyəti FIBAdədir. Daha əvvəl bilindiyi halıyla Fédération Internationale də Basketball Amateur (yəni FIBA), 1989-cu ildə rəsmi adından Amateur sözünü çıxartmış, ancaq qısaldılmış halını eynilə qorumuşdur. FIBA, beynəlxalq basketbol qaydalarını, istifadə ediləcək əkibməyin və məkanların xüsusiyyətlərini təyin edər, idmançıların ölkələr arası transferlərini nəzarət edər və beynəlxalq hakimlərin proqramlarını nəzarət edər. 200dən çox milli təşkilat federasiya üzvüdür. 1989-cu ildən sonra FIBA beş bölgəyə ayrılmışdır: Afrika, Amerika, Asiya, Avropa və Okeana. 1932-ci ildə Cenevrə də qurulmuşdur. İki il sonra Beynəlxalq Olimpiada Komitəsi tərəfindən tanınmışdır. Səkkiz qurucu üzvü bunlardır. Argentina, Çexoslovakiya, Yunanıstan, İtaliya, Latviya, Portuqaliya, Rumıniya və İsveçrə.
FIDE
FİDE (fr. Fédération Internationale des Échecs, FIDE) — beynəlxalq şahmat federasiyası, idman təşkilatı. Şahmatın inkişafı və populyarlaşması ilə məşğul olur. Əsası 1924-cü ilin 20 iyulunda Parisdə qoyulmuşdur. 158 milli federasiya, o cümlədən Azərbaycan Şahmat Federasiyası FİDE-nin üzvüdür (2011). Bayrağı, himni və devizi ("Gens una sumus" –"Biz hamımız bir ailəyik") vardır. 1980 ildən YUNESKO-nun üzvüdür. Mənzil qərargahı Afinadadır. Rəsmi dilləri: fransız, rus, ingilis, alman və ispan. FİDE kişilər və qadınlar arasında dünya və Avropa çempionatları (şəxsi və komanda), Ümumdünya şahmat olimpiadaları (1927 ildən kişilər və 1957 ildən qadınlar arasında) və başqa böyük yarışlar keçirir.
FIFA
FİFA (fr. Fédération Internationale de Football Association — azərb. Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası‎) — mərkəzi İsveçrənin Sürix şəhərində olan, dünyanın ən böyuk idman təşkilatı. FİFA, hər dörd ildən bir FİFA Dünya Kuboku, hər iki ildən bir FİFA Konfederasiyalar Kuboku və hər il FİFA Klublararası Dünya Çempionatı turnirlərini təşkil edir. İndiyə qədər quruma 9 nəfər başçılıq edib. FİFA-nın indiki prezidenti Canni İnfantino təşkilatın onuncu rəhbəridir. FİFA 1904-cü ildə yaradıldı. Bu müxtəlif ölkələrin komandaları arasında əlaqələrin genişlənməsinə xeyli təsir göstərdi. 1908-ci ildə futbol ilk dəfə Olimpiya oyunları proqramına daxil edildi. 1908 və 1912-ci illərdə keçirilən olimpiadaların ilk futbol turnirlərində ancaq Avropa qitəsinin təmsilçiləri iştirak edirdilər.
FIPS
FIPS 10-4 ölkələr, asılılıqlar, xüsusi suverenlik zonaları və onların əsas inzibati bölgüləri CIA World Factbook kimi bir çox nəşrlərdə coğrafi məlumatları emal etmək üçün ABŞ hökumətinin istifadə etdiyi iki hərfli ölkə kodlarının siyahısı idi. Bu standart, həmçinin DAFIF 0413 ed 7 Amdt kimi tanındı. № 3 (Noyabr 2003) və DIA 65-18 (Hərbi Kəşfiyyat İdarəsi, 1994, "Geosiyasi Məlumat Elementləri və əlaqəli elementlər"). FIPS 10-4 kodları ISO 3166-1 alfa-2 ölkə kodlarına bənzəyir (lakin bəzən uyğun deyil). Standart, eyni zamanda, lakin ümumiyyətlə ISO 3166-2 standartına uyğun olmayan ölkələrin ən yüksək səviyyəli bölmələri üçün kodları ehtiva edir. 2 sentyabr 2008-ci ildə FIPS 10-4 NIST (Milli Standartlar və Texnologiya İnstitutu) tərəfindən Federal İnformasiya Qenerasiya Standartı olaraq götürülmüş on standartdan biri idi. Milli Yer Kosmik-Kəşfiyyat Agentliyi 31 dekabr 2014-cü il tarixinə FIPS 10-4 texniki xidmətini dayandırdı. FIPS 10-4 kodları "Geosiyasi Şəxslər və Kodlar" adlı bir siyahı ilə əvəz edilmişdir.
FITA
Beynəlxalq Oxatma Federasiyası (fr. Fédération Internationale de Tir a l'Arc) — 1931-ci ildə Lvov şəhərində yaradılan və hazırda 156 ölkənin üzv olduğu federasiyadır. FITA 4 sentyabr 1931-ci ildə Polşanın Lvov şəhərində (indiki Lvov, Ukrayna) yaradılıb. Onun yeddi təsisçi üzv dövləti Fransa, Çexoslovakiya, İsveç, Polşa, ABŞ, Macarıstan və İtaliya idi. Təşkilatın məqsədi oxatma üzrə müntəzəm çempionatlar yaratmaq və oxatmanı Olimpiya proqramına qaytarmaq idi. Nəhayət 1972 Yay Olimpiya Oyunlarında FITA buna nail oldu. 2011-ci ilin iyul ayında təşkilatın 80 illik yubileyinin qeyd edildiyi FITA Konqresində böyük əksəriyyət təşkilatın adının FITA-dan Beynəlxalq Oxatma Federasiyasına (ing. World Archery Federation) dəyişdirilməsinə səs verdi. Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra, 2022-ci ilin martında Federasiya elan etdi ki, Rusiya və ya Belarusdan olan heç bir idmançı, komanda rəsmisi və ya texniki işçinin hər hansı beynəlxalq oxatma tədbirində iştirakına icazə verilməyəcək, onların bayraqları və himnləri qadağan edilib və bu iki ölkədə oxatma yarışları keçirilməyəcək.
Foça
Foça (türk. Foça) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 43 km-dir. İlçənin şərqində Əliağa, cənubunda Menəmən ilçələri, qərbində və şimalında isə Egey dənizi yerləşir. İlçənin sahəsi 251 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 32,264 nəfərdir.
Fırıq
Fırıq — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Güləzi bələdiyyəsinin tərkibindədir. Fırıq oyk, sadə. Quba r-nunun Güləzi i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin yamacındadır. Yaşayış məntəqəsi XIX əsrin ortalarında Afurca kəndindən çıxmış ailələrin indiki yerdə məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçılara görə, oykonim er. "təriqət", "məzhəb", "kütlədən ayrılmış bir qrup" və ya "bölük" mənasında işlədilən fərəq sözü ilə bağlıdır. Firiq variantında da qeydə alınmışdır. Əslində, oykonim RSDFP-nın Bakı Komitəsi yanında bolşeviklərin qabaqcıl dağıstanlı fəhlələrlə birlikdə təşkil etdikləri Faruq (ədalət tərəfdarları) sosial-demokrat qrupunun (1907) adı ilə bağlıdır.
Gığı
Gığı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd. Gığı kəndi rayon mərkəzindən 35 km şimal-qərbdə, Kığı çayının sahilində yerləşir. Burada azərbaycanlılarla bağlı X əsrə aid tarixi abidə indi də durur. Mənbədə Kiğı kimidir. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Kığı kəngərlərin Sofulu tayfasının məskunlaşması nəticəsində yaranmış məntəqələrdən biridir. Ona görə də digər adı Kiçik Sofulu. Əsli Kiqi. XIX əsrdə Şimali Qafqazda Kuban əyalətində Kukovoy-Kurqan və Kükü-Oba-Daq, Batum əyalətinin Batum dairəsində Kukuti (kənd adı) Tiflis quberniyasında Kükü gölü, Naxçıvanda (Şahbuz r-nunda) Kükü kəndi, Quba qəzasında Kükü dağı, Zəngəzur qəzasında Kükülü dağı toponimləri ilə mə’naca eynidir. Abşeron yarımadasında (Qobustanda) bir palçıq vulkanı Gigidağ adlanır.
Kığı
Gığı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd. Gığı kəndi rayon mərkəzindən 35 km şimal-qərbdə, Kığı çayının sahilində yerləşir. Burada azərbaycanlılarla bağlı X əsrə aid tarixi abidə indi də durur. Mənbədə Kiğı kimidir. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Kığı kəngərlərin Sofulu tayfasının məskunlaşması nəticəsində yaranmış məntəqələrdən biridir. Ona görə də digər adı Kiçik Sofulu. Əsli Kiqi. XIX əsrdə Şimali Qafqazda Kuban əyalətində Kukovoy-Kurqan və Kükü-Oba-Daq, Batum əyalətinin Batum dairəsində Kukuti (kənd adı) Tiflis quberniyasında Kükü gölü, Naxçıvanda (Şahbuz r-nunda) Kükü kəndi, Quba qəzasında Kükü dağı, Zəngəzur qəzasında Kükülü dağı toponimləri ilə mə’naca eynidir. Abşeron yarımadasında (Qobustanda) bir palçıq vulkanı Gigidağ adlanır.
MIDI
MIDI (Musical Instrument Digital Interface) – musiqi alətlərinin rəqəmli interfeysi; musiqi sintezatorlarının, musiqi alətlərinin və kompüterlərin birləşməsini nəzərə alan ardıcıl interfeys standartı. MIDI standartı həm aparat vasitələrinə, həm də kodlaşdırma və ötürmə üsullarına aid edilir. Musiqi və səs MIDI-qurğular arasında ötürülür. Standartın aparat vasitələrinə aid olan hissəsi MIDI-portlar adlanan giriş-çıxış kanallarının tiplərini müəyyənləşdirir və MIDI In, MIDI Out və MIDI Thru kimi üç port tipinə qoşulan MIDI kabelinin spesifik tipini müəyyənləşdirir. Sintezator və ya başqa MIDI-qurğu məlumatı MIDI In portundan alır, məlumatların ekranda əks olunması MIDI Thru portu vasitəsilə yerinə yetirilir ki, bu da başqa qurğuların da onları almasına imkan verir. MIDI-qurğular özlərinə məxsus məlumatları digər qurğulara MIDI Out poru vasitəsilə göstərir. İnformasiya MIDI-qurğular arasında səs parametrlərinin kodlaşdırıldığı (məsələn, tonun yüksəkliyi və səsin ucalığı 8-baytlıq formatda) MIDI-məlumatlar şəklində ötürülür. MIDI-qurğulardan musiqinin yaradılması, yazılması və səsləndirilməsi üçün istifadə etmək olar. MIDI standartından istifadə etməklə kompüterlər, sintezatorlar və sekvenserlər bir-biriylə əlaqə saxlaya bilər, bununla da həm vaxta qənaət edər, həm də faktiki olaraq musiqini idarə edərlər. Sintezator avadanlıqlarının əsas istehsalçıları tərəfindən MIDI standartından istifadə olunması musiqi sahəsində kompüterlərin böyük uğurunu təmin edib.
Qıjı
Qıjılar (lat. Polypodiopsida) – qıjıkimilər şöbəsinə aid bitki sinfi.
Xızı
Xızı şəhəri — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Xızı kəndi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş, Xızı kənd Soveti ləğv edilərək, Xızı şəhər tipli qəsəbəsi mərkəz olmaqla Xızı qəsəbə Soveti yaradılmışdır. Xızı Quba – Xaçmaz turizm regionunda yerləşən və əsas hissəsi meşə ilə əhatəli olan rayonun şərq tərəfi Xəzər sahilidir. Azərbaycanın dağ rayonları içərisində Bakıya ən yaxın olanı Xızıdır. Xızının Bakı ilə məsafəsi 70 km-dir. İqlimi mülayim, havası qurudur. Böyük Qafqaz silsiləsinin dağ ətəyi cənub yamacından Samur – Dəvəçi ovalığına kimi uzanan çoxtəpəli yaylada yerləşir. Xızı rayonunda yerləşən lay-lay dağlar nəhəng əqiq – sardoniks illüziyasını yaradır. Dağlar yüksək deyildir, ən yüksək nöqtələr dəniz səviyyəsindən 958 metr yüksəklik Saraku dağının və 2203 metr yüksəklik Dübrar dağının payına düşür. Bir neçə hissədə dağın bir yamacı qış otlağı kimi, digəri isə yay otlağı kimi istifadə olunur.
Çıvı
Çıvı — altay və türk xalq inancında döyüş cini. Çığı və ya Çiği də deyilir. Gecələri bir-birlərinə ox atdıqları deyilər. Bu səbəblə bu varlıqların olduğu bilinən yerlərdə çölə çıxmaqdan qorxurlar və məcbur olub çıxanda da təmkinli davranırlar. Söz mənası, sürətli getmək, çarpıb istiqamət dəyişdirmək, axmaq deməkdir. Divan-ı Lüğət-it Türk də belə yazmaqdadır: "Çıvı cinlərdən bir tayfadır. Türklər buna inanardı ki, iki dəstə bir-biriylə vuruşduğu zaman bu iki bölüğün vilayətlərində oturan cinlər belə öz vilayətlərinin xalqını gözləmək üçün çarpışırlar. Cinlərdən hansı tərəf yenerse onlardan yana çıxdığı vilayət xalqı da yener. Gecə bu cinlərdən hansı qaçsa, onların olduğu vilayətin xaqanı da qaçar. Türk əsgərləri gecə cinlərin atdıqları oktan qorunmaq üçün çadırlarında saxlanarlar.
FIFO
FIFO (ing. first in, first out "birinci daxil, ilk çıxış") — zaman və prioritetlərlə bağlı məlumatların təşkili və manipulyasiya üsulu. Bu ifadə "birinci daxil, ilk çıxış" prinsipinə uyğun olaraq prosesi tənzimləməklə növbənin və ya ziddiyyətli tələblərə xidmətin texniki işlənməsi prinsipini təsvir edir. Birinci gələnə xidmət verilir, sonrakı birincinin xidməti başa çatana qədər gözləyir və s. Bu prinsip insanlar növbəyə daxil olduqları ardıcıllıqla xidmət alarkən növbəyə duran şəxslərin davranışına bənzəyir. Eyni şey, məsələn, tənzimlənməyən kəsişmədə, sürücülər sürməyə davam etmək üçün öz növbəsini gözlədikdə baş verir. Daha geniş mənada, LIFO (last-in, first-out son gələn, ilk çıxan) abstraksiya FIFO abstraksiyasının əksidir. Daha az istifadə olunan FILO sinonimini nəzərə alsaq, fərq daha aydın ola bilər ki, bu da birinci gələn, axırıncı çıxan ("ilk gələn, sonuncu çıxan") mənasını verir. Əslində, hər iki abstraksiya daha ümumi siyahı manipulyasiya anlayışının spesifik hallarıdır. Fərq siyahıda (məlumatlarda) deyil, məzmuna giriş qaydasındadır.
FTDI
FTDI (ing. Future Technology Devices International) — yarımkeçirici qurğular sahəsində fəaliyyət göstərən Şotlandiya özəl şirkəti USB şinlə əlaqəli sahədə ixtisaslaşmışdır. Müasir kompüterlərin sadə bir klassik RS-232 interfeysindən istifadə etməsinə imkan vermək üçün RS-232 və ya TTL səviyyələri boyunca ardıcıl məlumat ötürülməsini USB şinləri vasitəsilə siqnallara çevirmək üçün cihazları və müvafiq proqram sürücülərini inkişaf etdirir, istehsal edir və dəstəkləyir. FTDI ayrıca xüsusi inteqral sxemlərin dizaynı üçün məsləhət xidmətləri göstərir. Şirkətin əsas məhsulu FTDI Chıp-fiziki hesablama (en) üçün Arduino platforması kimi mikrokontrolörlərdən istifadə edən elektron cihazlarda tətbiq olunan inteqral sxemdir. FTDI-nin qərargahı Qlazqoda (Şotlandiya, Böyük Britaniya), ofisləri isə Taypeydə (Tayvan) və Portlenddə (Oreqon, ABŞ) yerləşir. Şirkətin Sakit Okean bölgəsindəki istehsal bölməsi podratçılar tərəfindən idarə olunur. Şirkət məhsullarını veb sayt və pərakəndə satıcılar vasitəsilə satır. FTDI 13 mart 1992-ci ildə hazırkı CEO Fred Durst tərəfindən təsis edilmişdir. Şirkət, dertin orijinal yarımkeçirici başlanğıcı olan computer Design Concepts Ltd-nin dolayı nəslindəndir.
Sımsıkı Sıkı Sıkı
Sımsıkı Sıkı Sıkı — Kənan Doğulunun albomu.
DNS qıfı
DNS qıfı– təmsil etdiyi domen adlarının istifadə edilməsinin qarşısını almaq üçün yalan informasiya verən DNS server. Hədəfdən asılı olaraq DNS qıfı həm konstruktiv, həm də destruktiv istifadə edilə bilər. İstifadələrdən biri botnetin koordinasiya üçün istifadə etdiyi DNS adlarını kəsməklə botneti dayandırmaqdır. Kompüter DNS serverlərdən əvvəl hosts faylına müraciət edir, bu fayldan da saytlara müraciəti bloklamaq üçün istifadə etmək olar. Məsələn, hosts faylına əsaslanan qıf reklam saytlarını bloklamaq üçün geniş istifadə edilir. İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Erkək qıjı
Erkək ayıdöşəyi (lat. Dryopteris filix-mas) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin ayıdöşəyikimilər fəsiləsinin ayıdöşəyi cinsinə aid bitki növü. Hündürlüyü 20-100(140) sm olan çoxillik bitkidir. Qısa, yoğun kökümsovu köhnə saplaqların qalıqları ilə əhatə olunmuşdur. Uzunluğu 100 sm qədər olan uzunsov elliptik formalı yarpaqları ikiqat lələkvaridir, yarpaq ayası saplağından uzundur. Sporları oval tumurcuqvari, pipikcikli və ziyilciklidir. Çoxillik sporlu bitkidir. Kök üstündə olan iri yarpaqlarının uzunluğu 1-2 m-ə çatır. Yerüstü gövdəsi yoxdur. Kökümsovu möhkəm, çəpinə qalxan və ya üfiqi, saplaqlı köhnə (keçən ilki) yarpaqlara malikdir.
Erməni xaçı
Erməni xaçı (erm. Հայկական խաչ, [haykakan xaç]) — cücərmiş budaqları, genişləndirilmiş ucları və lent çərçivəsi ilə fərqləndirilən özünəməxsus xaç növü. Buradakı ornament, erməni xristianlığına görə, xaçın həyatverici gücünü və cəza aləti kimi xaçdan fərqini simvollaşdırır. Erməni xaçı xaçkarlarda öz əksini tapmışdır. widths="130px" Шагинян А. H. Армянские хачкары (крестные камни) и их надписи (IX–XIII вв.). Автореф. канд. дис. Ереван, 1970. Рубен Егиазарян.
FIBA Asiya
FIBA Asiya, FIBA üzvləri olan 44 Asiya basketbol federasiyasının birləşdiyi konfederasiyadır.
FIBA Avropa
FIBA Avropa, FIBA üzvü 51 Avropa basketbol federasiyasının meydana gətirdiyi bir konfederasiyadır.
FIBA reytinqi
Beynəlxalq Basketbol Assosiasiyaları Federasiyası (fransız dilində: Fédération Internationale de Basketball, rus dilində: ФИБА) bütün beynəlxalq turnirlərdə iştirak əsasında milli basketbol yığmalarının reytinqini müəyyənləşdirmişdir. Ölkələrin birləşmiş reytinqləri aşağıdakı reytinqlərin cəmindən ibarətdir: ölkələrin kişi yığma komandası; ölkələrin qadın yığma komandası; Ölkələrin gənclərdən ibarət yığma komandası (16-19 yaş arası); Ölkələrin qızlardan ibarət yığma komandası (16-19 yaş arası). Reytinq tərti edilərkən yalnız FİBA tərəfindən təşkil olunan turnirlərin nəticələri nəzərə alınır, regional çempionatların, yoldaşlıq görüşlərinin və digər yarışların nəticələri nəzərə alınmır.. FİBA tərəfindən keçirilən basketbol turnirlərdə iştirak edən hər bir milli komandanın səviyyəsindən asılı olaraq xüsusi qiymətləndirilmə dərəcəsi vardır. Futbol turnirlərindən fərqli olaraq basketbolda komandalar turnirdə qələbə şansını itirdikdən sonra da reytinq xalları uğrunda mübarizələrini davam etdirirlər. Bütün yığmalar üçün tutulan yer üçün reytinq xalları eynidir. Reytinqin hesablanması hər turnirdən sonra toplanmış xalların üzərinə qazanılmış xalların əlavə edilməsi ilə aparılır. Reytinq hesablanması zamanı son 2 olimpiya dövrü (və ya 8 il) əsas kimi qəbul edilir. 8 ildən əvvəlki turnirlərin nəticələri silinir və daha yeniləri ilə əvəzlənir.
FIFA 07
FİFA 2007 – Electronic Arts tərəfindən istehsal olunan Futbol oyunudur. Satışa 27 sentyabr 2006 tarixində çıxrılmışdır. 510 klub, 27 çempionat, 20 ölkə, 10.000 üstündə futbolçu. Play Station 2də də oynamaq mümkündür. Oyunda 1950-1990 illəri arasında oynamış futbolçular Classic XI adlı komanda ilə ulduzlar yığması düzəldilmişdir.
FIFA 16
FIFA 16 — EA Sports tərəfindən hazırlanan və Microsoft Windows, PlayStation 3, PlayStation 4, Xbox 360, Xbox One, Android və iOS kimi platformalarda oynanıla bilən videooyun. FIFA seriyasının qadın milli komandalara yer verən ilk oyunudur. Həmçinin səsvermə yolu ilə üz qabığı üçün futbolçu seçilən və üz qabığında qadın futbolçu yer alan ilk oyundur. İlk dəfə olaraq FIFA 16-da 12 qadın milli futbol komandasına yer verilmişdir. Bu milli komandalar Avstraliya, Braziliya, Kanada, Çin, İngiltərə, Fransa, Almaniya, İtaliya, Meksika, İspaniya, İsveç və ABŞ-dır. Kompaniyanın vitse-prezidenti Deyvid Rutter bildirmişdir: "Dünyadakı tanınmış qadın futbolçuları və milli komandaları səsvermə yolu ilə oyuna daxil etmək EA Sports üçün möhtəşəmdir." 2013-cü ildə İspaniya milli komandasının kapitanı Veronika Bokute change.org saytı vasitəsilə ərizə yazmış və EA Sportsdan bir oyunda qadın millilərə də yer verilməsini istəmişdir. İlk 24 saat içində 20.000 səs toplanmışdır. FIFA 16-da həm kişi, həm də qadınların olduğu qarışıq komandalar yoxdur, həmçinin qadın milli komandalarla kişi milli komandalara qarşı oynamaq mümkün deyildir. Qadın milli komandalarla FIFA Qadınlar Dünya çempionatını turnirini oynamaq mümkündür. Oyundakı 78 stadionun 50-si real həyatda mövcuddur.
FIFA 99
FİFA 1999 - multiplatformalı videooyun, idman simulyator janrında FİFA seriyasının 6-cı oyunu. Oyunu hazırlayan EA Kanada, nəşr edən isə Electronic Arts kompaniyası olub.