Kığı

Gığı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd.[2][3][4]

Gığı
39°13′12″ şm. e. 46°09′20″ ş. u.HGYO
Ölkə  Ermənistan
Rayon Qafan rayonu
Tarixi və coğrafiyası
Sahəsi
  • 68,67 km²
Mərkəzin hündürlüyü 1.580 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 172 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Gığı xəritədə
Gığı
Gığı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gığı kəndi rayon mərkəzindən 35 km şimal-qərbdə, Kığı çayının sahilində yerləşir. Burada azərbaycanlılarla bağlı X əsrə aid tarixi abidə indi də durur. Mənbədə Kiğı kimidir. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Kığı kəngərlərin Sofulu tayfasının məskunlaşması nəticəsində yaranmış məntəqələrdən biridir. Ona görə də digər adı Kiçik Sofulu. Əsli Kiqi. XIX əsrdə Şimali Qafqazda Kuban əyalətində Kukovoy-Kurqan və Kükü-Oba-Daq, Batum əyalətinin Batum dairəsində Kukuti (kənd adı) Tiflis quberniyasında Kükü gölü, Naxçıvanda (Şahbuz r-nunda) Kükü kəndi, Quba qəzasında Kükü dağı, Zəngəzur qəzasında Kükülü dağı toponimləri ilə mə’naca eynidir. Abşeron yarımadasında (Qobustanda) bir palçıq vulkanı Gigidağ adlanır. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində Qıqıcan kəndi qeyd olunmuşdur[5][6]. Kıqı dağının adındandır.

Toponim türk mənşəli kiği — kiğili etnonimi[7] əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı erməni dilinə kalka edilərək Geği kimi işlədilir.

Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda dağ. Hündürlüyü 3343 mdir. Oronim türk mənşəli kiği etnonimi[7] əsasında formalaşmışdır. Etnooronimdir.

Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda çay. Mənbəyini Qazangöl gölündən götürür.Hidronim kiği türk etnonimini[7] əks etdirir. Etnohidronimdir.

Gığı qalası

[redaktə | mənbəni redaktə et]

Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunun Kığı kəndində qala. Qafan şəhərindən 28 km qərbdə, Gığı çayının sağ sahilində yerləşir. Qala uçub dağılsa da, qalıqları indi də durur[8].

Kənddə 1831-ci ildə 131 nəfər, 1873-cü ildə 191 nəfər, 1886-cı ildə 254 nəfər, 1897-ci ildə 215 nəfər, 1904-cu ildə 569 nəfər, 1914-cü ildə 190 nəfər azərbaycanlı yaşamışdır[9]. 1918-ci ilin martında azərbaycanlılar ermənilər tərəfindən deportasiya olunımuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 335 nəfər, 1926-cı ildə 265 nəfər, 1931-ci ildə 380 nəfər[9], 1939-cu ildə 491 nəfər, 1959-cu ildə 570 nəfər, 1970-ci ildə 932 nəfər, 1979-cu ildə 1115 nəfər azərbaycanlı yaşamışdır[10]. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tamamilə tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.

Gığı kəndinin görkəmli şəxsiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Quliyev Əsgər Nəsib oğlu — tarixçi
  • Quliyev Təhməz Nəsib oğlu — kimya elmləri doktoru, professor
  • Quliyev Aslan Paşa oğlu - fizika-riyaziyyat elmləri namizədi. alim
  • Dağıstan Yusifov — alim
  • Rövşən Nüsrətoğlu — yazıçı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
  • Əhmədov Məşqulat Məstəli oğlu — tarixçi,
  • Əliyev İlqar Paşa oğlu — kimya üzrə flsəfə doktoru,
  • Aslanov Rizvan Oruc oğlu — jurnalist,
  • Babayev Ağabala Qulamalı oğlu — tarixçi,
  • Gəncəliyev Səvxan Xəlil oğlu — həkim,
  • Əhmdov Bəkir Məşqulat oğlu — həkim kardioloq,
  • Babayev Məcdun Ağabala oğlu — həkim,
  • Quliyev Vaqif Mərdan oğlu — həkim,
  • Astanov Seyidəli Nəcəfalı oğlu — hüquqşünas,
  • Piriyev Aydın Yunis oğlu — layihəçi
  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  3. Обозрение Российских владений за Кавказом. Спб., 1836.
  4. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
  5. Basbakanlik Arsivi. Qapu tahrir defterleri. № 808. 1728-ye tarihi. Revan ey-aleti Defteri.
  6. İrəvan əyalətinin icmal dəftəri. Bakı, 1996.
  7. 1 2 3 Зелинский С.П. Экономический быть государственных крестьян в Зангезурском уезде, Елисаветпольской губернии. — Материалы для изучения экономического быта государственных крестьян Кавказского края, т.IV, ч.I, Тифлис, 1886. s.24
  8. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995. s.150
  9. 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931). Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.56–57, 134–135
  10. Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.829