Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İsmilli
İsmilli — Azərbaycan Respublikasının Neftçala rayonunun Tatarməhlə kənd inzibati ərazi vahidində mövcud olmuş kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Neftçala rayonunun Tatarməhlə kənd inzibati ərazi tərkibindəki İsmilli kəndi rayonun ərazi vahidləri siyahısından çıxarılmışdır. Oykonim yaşayış məntəqəsinin əsasını qoymuş İsmayıllı nəslinin adından yaranmışdır. İsmilli kəndi Şirvan düzündə yerləşirdi.
İncilli
İncilli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Keçmiş adı Hüseyn Əncəlu olmuşdur. Kənd XIX əsrdə Cənubi Azərbaycandan köçüb gəlmiş əncə tayfasının məskunlaşması nəticəsində yaranmışdır. İncilli oyk. Cəlilabad r-nunun Xəlilli i.ə.v.-də kənd. Qarabalaca çayının sahilində, Burovar silsiləsinin ətəyindədir. Keçmiş adı Hüseyn Əncəlu olmuşdur. Yaşayış məntəqəsini XIX əsrdə Cənubi Azərbaycandan çəltik tarlalarında muzdla işləməyə gəlmiş mənşəcə qıpçaqların əncə tayfasına mənsub ailələr salmışdılar. Bu ailələrin başçısı isə Hüseyn adlı şəxs olmuşdur. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 645 nəfər əhali yaşayır.
Əzgilli
Əzgilli (Göygöl) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Əzgilli (Zaqatala) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Əzgilli burun — Kəlbəcər rayonunda dağ. Əzgilli dağ — Qubadlı, Qəbələ Laçın, Xocavənd rayonlarında dağ. Əzgilli dərə — Ağsu, Qəbələ, Gədəbəy, Tovuz, Şəmkir, Şuşa rayonlarında dərə. Əzgilli dərə boğazı — Gədəbəy rayonunda dağ. Əzgilli düz — Qubadlı rayonunun Göyərcik kəndi ərazisində düz. Əzgilli təpə — Qəbələ rayonunun Nic kəndi ərazisində yüksəklik.
Əzgilli (Göygöl)
Əzgili — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Göygöl r-nunun Toğanalı i.ə.v.-də kənd. Kürəkçayın sahilində, Murovdağ silsiləsinin yamacındadır; Zaqatala r-nunun Əli Bayramlı i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin yamacındadır. Yerli məlumata görə, oykonimlər bu kəndlərin ərazisində əzgil ağacının çox olması ilə bağlı yaranmışdır. Tədqiqatçılar belə güman edirlər ki, toponim erkən orta əsrlərdə qədim bulqar tayfa birliyinə daxil olan türkdilli eskil/eşkil tayfasının adı ilə bağlıdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 55 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 230 000 manat vəsait ayrılmışdır.
Əzgilli (Zaqatala)
Əzgilli — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Əli Bayramlı, Qalal və Qarqay kəndləri ilə birlikdə Əli Bayramlı bələdiyyəsinin tərkibindədir.
Gilli səhra
İşgil birləşməsi
İşgil birləşməsi – qasnaq, dişli çarx, mufta və s. hissələri ox və vallara bərkitmək üçün istifadə edilir. Bu birləşmələr burucu momenti valdan çarxa və əksinə ötürə bilir. Konstryksiyasının sadəliyi tez yığılıb sökülə bilməsi, çox böyük momenti ötürə bilməsi birləşmənin əsas üstünlüyüdür. Mənfi cəhətləri isə val üzərində işgil və ya şlis yuvası açılması nəticəsində valın və çarxın topunun zəifləməsi, gərginlik konsentrasiyası mənbələrinin əmələ gəlməsi, çox böyük yüklərdə konstruksiyanın dağılmadan qorunmaması və s-dir. İşgil birləşməsi gərginlikli və gərginliksiz olmaqla iki qrupa ayrılır. Yığma əməliyyatı nəticəsində işgildə gərginlik yaranmazsa, belə birləşməyə gərginliksiz işgil birləşməsi deyilir. Prizmatik və seqment şəkilli işgilləri bua misal göstərmək olar. Gərginlikli işgil birləşməsində yığma əməliyyatı zamanı hissələrdə başlanğıc gərginlik yaradılır. Bunlara pazvari işgil birləşməsi aiddir.
Sığırlı
Sığırlı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Sığırlı oyk. Kürdəmir r-nunun eyniadlı i.ə.v.-də kənd, d.y. stansiyası. Şirvan düzündədir. Yaşayış məntəqəsi XIX əsrin 80-ci ilərində yaranmışdır. Kənd keçmişdə maldarlıqla məşğul olan sığırlı elinin qışlaq yeri olmuşdur. Şamaxı r-nunun Çuxuryurd kəndinin ərazisi isə onların yaylağı idi. Rayon mərkəzindən 22 km cənub-şərqdə Şirvan düzündədir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 6130 nəfər əhali yaşayır.
İşıqlı
İşıqlı (Füzuli) — Azərbaycanın Füzuli rayonunda kənd. İşıqlı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. İşıqlı (dağ) — Azərbaycanın Laçın rayonunda dağ. Böyük İşıqlı — Azərbaycanın Laçın rayonunda dağ. Kiçik İşıqlı — Azərbaycanın Laçın rayonunda dağ.
Azqıllı qurdlar
Azqıllı qurdlar (lat. OLigochaeta) — qarın hissəsində az miqdarda nazik və qısa qılcıqları olan qurdları azqıllı qurdlar adlandırırlar. Geniş yayılmış nümayəndəsi soxulcandır. == Ümumi xarakterik məlumat == Böyük əksəriyyəti torpaqda və şirin su hövzələrinin dibində lilli qrunta soxularaq yaşayırlar. 3400-ə qədər növü vardır. O, nəm və çürüntülərlə zəngin torpaqlarda yaşayır. Bu qurdların əksəriyyəti şirin sularda (1000 növ), az bir qismi dənizlərdə (200-dən çox), böyük bir qismi isə torpaqda (qalan növlər) yaşayır. Bəzi oliqoxetlər hətta az duzlu sularda belə yaşayırlar (Lumbriculidae). Lakin evriqalin növləri (Enchytraeus albidus) də vardır ki, onlar həm şirin sularda, həm də dənizdə yaşamaq qabiliyyətinə malikdirlər. Enchytraeidae fəsiləsindən olan polixetlərin suda və quruda yaşayan 400-dən çox növü vardır.
Sığırlı bələdiyyəsi
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dərbəndin işğalı
Dərbəndin işğalı — 1722-ci ildə başlayan Rusiya-Səfəvi müharibəsi zamanı Rusiya çarlığının Dərbənd şəhərini işğal etməsi nəzərdə tutulur. == Arxa plan == 1722-ci ilin avqustunda rus ordusu sürətlə Dərbəndə doğru irəliləməyə başladı. Bu yürüş boyunca rus ordusu həmçinin yerli əhali ilə də başa çıxmalı idi. Dərbəndin ələ keçirilməsi rus ordusu üçü mühüm strateji əhəmiyyət daşımaqda idi. Bu şəhərin ələ keçirilməsindən sonra Xəzər dənizi boyunca sahil şəhərləri ələ keçirilə bilərdi. Dərbənddən sonra ələ keçirilmə növbəsi Bakı şəhərində idi, lakin hava şəraitinə görə bu yürüş həyata keçməsi və növbəti ilə qədər ertələndi. == İşğal == Həştərxandan yola çıxan I Pyotr süvarilərlə birlikdə quru yolu ilə, donanma isə dəniz yolu ilə Dərbəndə doğru irəlilədi. 25 iyul 1722-ci ildə I Pyotr Səfəvi şahına məktub yazdı və bu məktubda onun torpaqlarını işğal etməyə gəlmədiyini, sadəcə onlara problem yaradan, rus tacirlərinin canına və malına qəsd edən üsyançıları cəzalandırmağa gəldiyini bildirdi. 5 avqustda yola çıxan rus sordusu Dərbəndə qədər bəzi müqavimətlə qarşılaşdı. Bu müqaviməti təşkiledən əsas qüvvə Osmanlı imperiyasına bağlı yerli bəyliklər idi.
Fransanın işğalı
Fransa kampaniyası, Fransa döyüşü və ya Fransanın süqutu — ikinci dünya müharibəsi zamanı nasist Almaniyasının Fransavə Aşağı Ölkələri (Niderland, Belçika, Lüksemburq) işğal etməsi ilə nəticələnən hərbi kampaniya. == Arxa plan == 23 mart 1933-cü ildə Çörçill çıxışlarından birində Almaniyada hakimiyyətə gələn Nazi rejiminin Avropadakı sülh rejimini təhdid etdiyini xəbərdar etdi və “Fransız Ordusu üçün Allaha şükür” kəlimələrini söylədi. Aprel ayında yenidən bu mövzuya qayıtdı və qəti şəkildə bildirdi: "Fransa yalnız Avropada sağ qalan yeganə böyük demokratiya deyil, eyni zamanda o ən güclü hərbi gücdür." Bir neçə il sonra müharibə xatirələrinin birinci cildini toplayan Çörçill yazırdı ki, "Fransız Ordusu üçün "Allaha şükür edirəm" deyəndə hamının üzündə gördüyüm ağrı və nifrət görünüşünü xatırladım". Bu güclü ordunun 1940-cı ildə altı həftədə məğlub olması tarixin ən diqqət çəkən hərbi məqamlarından biridir. 1939-cu ildə, İkinci Dünya Müharibəsi yaxınlaşarkən İngilislər və Fransızlar Birinci Dünya Müharibəsi əsnasında 1914-18-də baş verənlərin yenilənmiş bir versiyası ilə mübarizə aparmağı planlaşdırdılar, lakin bəzi əsas fərqlərlə. 1914-cü ildə fransızlar cəbhə hücumlarında böyük itki vermişdilər. Bu dəfə hərbi qüvvələrini və sənaye bazalarını ümumi müharibə aparmaq üçün səfərbər edərkən qərbi Avropada müdafiədə qalacaqdılar. Hərbi əməliyyatların başlamasından təxminən 2-3 il sonra hücum etməyi planlaşdırırdılar. Buna görə də, tarixdə "Majino xətti" adlanan və Fransa-Almaniya sərhədində yerləşən, 1940-cı ildə tikilib qurtarılması planlaşdırılan bir səddin tikintisinə başladılar. Fransız hərbi doktrininə uyğun olaraq Majino xətti alman qoşunları üçün keçilməz sədd olmalıydı.
Kiçik İşıqlı
Kiçik İşıqlı — Laçın rayonu ərazisində dağ. Dağ Qarabağ yaylasındadır. Ermənistanla sərhədin yaxınlığında, Böyük İşıqlı dağından şimaldadır. Hündürlüyü 3455 m. Böyük İşıqlı dağından (3552 m.) nisbətən alcaq olduğu üçün belə adlandırılmışdır.
Küveytin işğalı
Küveytin işğalı — 2 avqust 1990-cı il tarixində İraq tərəfindən qonşu dövlət olan Küveytin ərazisini işğal etmək məqsədilə həyata keçirilmiş iki günlük əməliyyata verilən addır. İraq tərəfindən həyata keçirilmiş bu əməliyyat nəticəsində Küveyt ərazisi yeddi ay boyunca işğal altında qalmışdır. İraqın öz işğalçı qoşunlarını BMT tərəfindən müəyyənləşdirilmiş vaxt ərzində Küveytdən geri çəkməkdən imtina etməsi ABŞ-nin rəhbərliyi altında təşkil olunmuş koalisiya qüvvələrinin işğal olunmuş əraziyə hərbi müdaxiləsi ilə nəticələnmişdir. Bu hadisələr tarixə birinci Körfəz müharibəsi adı ilə daxil olmuş və koalisiya qüvvələrinin hücumu nəticəsində işğalçı İraq qoşunları Küveyt ərazisini tərk etmiş, həmçinin geri çəkilərkən Küveytə məxsus 600-ə yaxın neft buruğunu yandırmışdır. 1990-cı ilin əvvəllərində İraq hökuməti Küveyti neft oğurlamaqda ittiham etdi. Digər tərəfdən, bəzi İraq mənbələrinin verdiyi məlumata görə İraq prezidenti Səddam Hüseynin Küveytə hücum etmək barədə planı hələ aylar əvvəldən qərara alınmışdı. Bəziləri isə İraqın İran-İraq müharibəsi ərzində xaricdən aldığı 14 milyard ABŞ dollarından çox məbləğdə olan borcunu ödəyə bilmədiyi və Küveytin tədarük etdiyi neftin çox olmasının İraq neftinin dəyərini düşürməsi kimi səbəblərin hücumu tətiklədiyini bildirmişdir. 2 avqust 1990-cı ildə başlayan hücum nəticəsində iki gün ərzində Küveyt Silahlı Qüvvələrinin şəxsi heyətinin çox hissəsi ya iraqlılarla döyüşdə dağıdıldı, ya da qonşu Səudiyyə Ərəbistanı və Bəhreyn kimi ölkələrə çəkildi. İşğaldan sonra İraq tərəfindən burada "kukla dövlət" yaradıldı və bir neçə gündən sonra Səddam Hüseyn Küveyti İraqın 19-cu vilayəti olaraq adlandırdı. == Maliyyə borcu üzərində münaqişə == İran-İraq müharibəsi başladıqda Küveyt müharibənin əvvəllərində neytral mövqe nümayiş etdirmiş, hətta İran və İraq arasındakı danışıqlarda vasitəçi olmağa cəhd göstərmişdir.
Kərkicahanın işğalı
Laçının işğalı
Laçının işğalı — 1992-ci ilin mayında, Birinci Qarabağ müharibəsinin əvvəllərində, Ermənistan Silahlı Qüvvələrinin hərbi birləşmələri və separatçı Qondarma Dağlıq Qarabağ Respublikasının döyüşçülərindən ibarət erməni qüvvələri tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə qarşı Laçının nəzarəti uğrunda başladılan hərbi hücum əməliyyatı. Laçın rayonu Azərbaycanın qərbində, Kiçik Qafqazda yerləşir. Şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. İşğal ərəfəsində rayonda 60 min nəfərə yaxın azərbaycanlı və kürd yaşayırdı. 1992-ci ilin əvvəllərində Azərbaycanda ağır siyasi böhran yaşanırdı. Azərbaycan Xalq Cəbhəsi (AXC) Azərbaycan Prezidenti Ayaz Mütəllibovun istefa etməsini tələb etmişdi. Xocalı soyqırımı ilə bağlı detalların ictimaiyyətə yayımlanmasından sonra prezident Mütəllibov müxalifətin təzyiqi ilə 6 martda istefa vermişdi. Prezident səlahiyyətlərini Yaqub Məmmədova icra etməyə başlamış, Rəhim Qazıyev isə müdafiə naziri olmuşdu. Buna baxmayaraq, 9 mayda Şuşa işğal edilmiş, bu isə Azərbaycanda daxili siyasi gərginliyi pik həddə çatdırmışdı. Qazıyev vəzifəyə gəldikdən sonra dərhal Moskvaya danışıqlara getmiş, Şuşanın işğaldan azad edilməsi üçün Rusiya Müdafiə Nazirliyinin dəstəyini əldə edə bilmişdi.
Potinin işğalı
Rus ordusu tərəfindən Potinin işğalı — 2008-ci ildə Gürcüstan-Cənubi Osetiya qarşıdurmasının aktiv mərhələsində Gürcüstanın Poti şəhərinin rus ordusu tərfindən işğalı. Poti Qara dəniz sahilində Gürcüstanın iqtisadi cəhətdən əsas limanıdır. Poti dənizə çıxışı olmayan Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üçün kritik bir giriş nöqtəsidir. Rusiya təyyarələri 8 avqustda Potini bombalayır və liman iki gün bağlı qalır. Rusiya Hərbi Hava Qüvvələri 9 avqustda limana hücum edir. Rusiya hərbi gəmiləri 10 avqust 2008-ci ildə Poti də daxil olmaqla Qara dəniz sahilindəki Gürcüstan limanlarının yaxınlığında yerləşdirilir. Avqustun 11-də gürcü səlahiyyətliləri rus qüvvələrinin Potiyə daxil olduğunu, ancaq Rusiya yalnız kəşfiyyat missiyası göndərdiyini iddia edir. 12 avqustun səhərində, Rusiya prezidenti rus hərbi əməliyyatları dayandıracağını açıqladıqdan bir saat sonra bombardman səsləri eşidilir. Rus qoşunları Poti limanından keçərək onun ətrafında mövqelər tutur.. 12 avqustda Rusiya Qara Dəniz Donanmasının döyüş gəmiləri Poti limanına uğurlu basqın təşkil edir.
Qorinin işğalı
Qorinin işğalı — Qori və ətraf bölgələrinin Rusiya-Gürcüstan müharibəsi çərçivəsində Rusiya hərbi qüvvələri tərəfindən 13 avqust 2008-ci ildə başlayan və 22 avqust 2008-ci il tarixində rus birliklərinin şəhərdən çıxması ilə sona çatan hərbi işğalı idi. Qori mərkəzi Gürcüstanda, Tsxinvali şəhərindən təxminən 25 km (16 mil) məsafədə yerləşən strateji bir şəhərdir. Şəhər həmçinin Gürcüstanın böyük bir hərbi quraşdırma və nəqliyyat mərkəzidir. 7 avqustda Qori yaxınlığında 75 tank və zirehli nəqliyyat vasitələri (Gürcüstan hərbi arsenalının üçdə biri) yığılmışdı. 9 avqust 2008-ci il tarixində, səhər saat 6:27 radələrində Reuters, iki rus qırıcısının Gürcüstanın Qoridən 10 km şimalda yerləşən altilleriya mövqeyini bombaladığını bildirmişdir. Yaranan partlayış zamanı bazadan əlavə bir neçə yaşayış binası və bir məktəb də ziyan görmüşdü. Gürcüstan hökuməti yaşayış binalarına bomba düşməsi nəticəsində 60 nəfər mülki vətəndaşın öldüyünü bildirmişdir. Rusiya mətbuatının yazdığına görə, Rusiya təyyarələri silah anbarına üç bomba atmış və anbardalı sursatların partlaması nəticəsində əraziyə bitişik 5 mərtəbəli yaşayış binalarından birinin fasadı zərər görmüşdü. Rus təyyarələri 9 avqusta qədər Gürcüstanın ən az beş şəhərini bombalamışdır. Gürcüstan Ordusu Tsxinvali məğlubiyyətindən sonra yenidən Qoridə toplandı.
Qrenadanın işğalı
Qrenadanın işğalı (ing. Operation Urgent Fury - Təcili Qəzəb) - 1983-cü ildə Karib hövzəsində yerləşən Qrenada adasının ABŞ və bir necə Karib hövzəsi ölkələri tərəfindən işğal edilərək, marksist hökumətin hakimiyyətin kənarlaşdırılması ilə nəticələnmiş hərbi əməliyyat. Soyuq müharibə dövründə Qərb yarımkürəsində baş vermiş ən böyük münaqişələrdən biri olaraq qəbul edilir. Qrenadanın işğalı eyni zamanda Amerika Birləşmiş Ştatlarının Vyetnam müharibəsindən sonra sərhədləri xaricində qoşulduğu ən böyük hərbi qarşıdurma olaraqda qəbul edilir.
Reynlandın işğalı
Reynlandın işğalı — Almaniya İmperiyasının ordusunun 1918-ci ildə darmadağın edilməsindən sonra 1 dekabr 1918-dən 30 iyun 1930-a qədər baş verən işğal hadisəsi. Birinci atəşkəs (11 noyabr 1918 - 13 dekabr 1918) Atəşkəsin ilk uzadılması (13 dekabr 1918 - 16 yanvar 1919) Atəşkəsin ikinci uzadılması (16 yanvar 1919 - 16 fevral 1919) Atəşkəsin üçüncü uzadılması (16 fevral 1919 - 10 yanvar 1920) 1920: Müttəfiq Reynlandın Ali Komissiyasının yaradılması (10 yanvar 1920, Versal Anlaşmasının bəndləri 428-431) 1930: 1930: 1925-26-cı il Lokarno müqaviləsi şərtlərinə əsasən müttəfiq birliklər geri çəkildi. 1936: 7 martda Hitlerin rəhbərliyi altında alman qoşunları tərəfindən Reynlandın remilitarizasiyası. Bu, Aaxendə qərargahı olan və Krefelddə qoşunları yerləşən 20000 əsgərdən (beş bölmə) ibarət ordu idi. Orduya Armand Hyuz komandirlik edirdi. Britaniya ordusu 3 dekabr 1918-ci ildə Almaniyanın ərazisinə girdi. Reyn Britaniya Ordusu 1919-cu ilin martında işğalçı qüvvə olaraq quruldu. Qərargahı Köln şəhərində yerləşirdi və The Cologne Post qəzetini buraxırdı. Fransanın səkkizinci və onuncu ordusu əslində işğal planına daxil olan fransız qüvvəllərini meydana gətirdi. Səkkizinci ordu general Oqustin Jerarın komandalığı altında idi və Pfalitsi işğal etmişdi.
Kəlbəcərin işğalı
Kəlbəcər döyüşü — Qarabağ müharibəsi zamanı, 1993-cü il martın 27-dən aprelin 3-ünə kimi gedən döyüş. Döyüş Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Kəlbəcər rayonunu işğal etməsi ilə nəticələnmişdir. Kəlbəcər rayonu Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) tərkibinə daxil olmasa da, Qarabağ bölgəsinin hissəsi olduğundan, Ermənistan və Azərbaycan ordusu buraya görə beş il döyüşmüşlər. Döyüş nəticəsində, erməni qoşunları Dağlıq Qarabağ hüdudlarından kənara çıxmışdı. DQMV və Ermənistanın sərhədləri arasında yerləşən Kəlbəcər rayonuna bir neçə kəndlər və onun paytaxtı Kəlbəcər aiddir. Rusiya mənbələrinə görə, Ermənistanda yerləşdirilən 128-ci alayın (7-ci Rusiya Ordusu) dağ qoşunları Kəlbəcəri blitzkriq əməliyyatı ilə ələ keçirdi. İlk ağır müqavimətdən sonra, Azərbaycan qoşunları tezliklə dağıldı və rayon mərkəzi 1993-cü il aprelin 3-də işğal olundu. == Zəmin == Kəlbəcər rayonu bir neçə kanyon və Murovdağ kimi tanınan yüksək dağ silsiləsi ilə əhatə olunmuşdur. Dörd istiqamətdə hücüm edən erməni qüvvələri Kəlbəcər döyüşündə 1900 kvadrat kilometrdən çox ərazini ələ keçirdi. Bu, Ermənistanı Dağlıq Qarabağla əlaqələndirdi və Ermənistana yardım göndərmək üçün ikinci "dəhliz" açdı.
Ağıllı saat
Ağıllı saat — saat formasında olan geyinilə bilən kompüter. Müasir ağıllı saatlar gündəlik istifadə üçün yerli sensor ekran interfeysini təmin edir, əlaqəli smartfon tətbiqi isə uzunmüddətli biomonitorinq kimi idarəetmə və telemetriyanı təmin edir. İlk modellər hesablama, rəqəmsal vaxtın göstərilməsi, tərcümə və oyun oynamaq kimi əsas vəzifələri yerinə yetirə bilsə də, 2015-ci ildən sonra buraxılan ağıllı saatlar mobil tətbiqlər, mobil əməliyyat sistemi və Wi-Fi/Bluetooth bağlantısı daxil olmaqla smartfonlara bənzər ümumi funksionallığa sahib olmağa başladı. Bəzi ağıllı saatlar FM-radio və Bluetooth qulaqlıq vasitəsilə rəqəmsal audio və video faylları oxutmaqla portativ media pleyer kimi fəaliyyət göstərə bilir. Saat telefonları (və ya telefon saatları) adlanan bəzi modellər telefon zəngləri etmək kimi mobil şəbəkə funksiyalarına sahibdir. Daxili avadanlıqları fərqli olsa da əksəriyyətində arxa işıqlı LCD və ya OLED olan elektron vizual displey mövcuddur. Bəziləri daha az enerji sərf etmək üçün transflektiv və ya elektron kağızdan istifadə edir. Adətən yenidən doldurula bilən lityum-ion batareya ilə təchiz edilirlər. Periferik cihazlara rəqəmsal kamera, termometr, akselerometr, addımölçən, ürək döyüntüsünü ölçən cihaz, altimetr, barometr, kompas, naviqasiya cihazı, kiçik səsucaldanlar və əksər kompüterlər tərəfindən yaddaş qurğusu kimi tanınan SD kartlar daxil ola bilər. Proqram təminatına rəqəmsal xəritə, zamanlayıcı və gündəlik, kalkulyator və müxtəlif növ saat üzlükləri daxil ola bilər.
Ağıllı ev
Ağıllı evlər — Ağıllı ev sistemi , işıqlandırma və istilik kimi alətlər və sistemlərin uzaqdan monitorinqini və idarə edilməsini təmin etmək üçün bir-biri ilə əlaqəli cihazlardan istifadə edən bir sistemdir. Ev avtomatlaşdırılması kimi tanınan Smart ev texnologiyası; Çox hallarda ev sahibləri ağıllı evlərinə və ya maşınlara quraşdırılmış smart cihazlarla evlərinin təhlükəsizliyini, rahatlığını və enerji səmərəliliyini nəzarət edə biləcəyi sistemlərdir. Qaraj qapı, həyəcan siqnal sistemləri, qəhvə maşın timer açılması və bağlanması kimi sistemlər ağıllı ev sistemlərinin sadə nümunələridir. == Haqqında == Ancaq ev avtomatlaşdırılması və ağıllı evlərdən danışarkən, istedad və nümunələr daha da irəli səviyyələrə çıxır. Ayrı ayrı çalışan qurğuların əvəzinə bir ağıllı ev bir əsas ev avtomatlaşdırma nəzarətçisi tərəfindən idarə olunan bir çox alt sistemini birləşdirir. Bu əsas avtomatlaşdırma nəzarətçi ev avtomatlaşdırma sistemində idarəçi kimi ev ətrafında olan bütün qurğulara daxil olur, əmr verir və hər şeyi nəzarət edir. == Zamanla təyin edilmiş hadisələr == Ev sahibinin istənilən vaxt və ya evin coğrafi mövqeyinə uyğun olaraq dəyişən gündüz işlərinə uyğun olaraq qurulası sistemdir. Bu xüsusiyyət sayəsində ev hər gün təyin olunan saatlara xüsusi əməliyyatlar həyata keçirir. Məsələn; səhər otağının pəncərələrini açaraq otağı havalandırır , gün batımına və ya doğumuna görə evin kənarında işıqları açır və bağlayır. Bunlar ev avtomatlaşdırma sisteminin işinə səbəb olan vəziyyətlərdir.
Frakiyanın işğalı
Frakiyanın işğalı — Birinci Dünya müharibəsindən sonra Müttəfiq dövlətlər tərəfindən həyata keçirilmiş işğal prosesi. Mudros barışıq müqaviləsindən sonra Ədirnə–İstanbul dəmir yoluna nəzarət etmək üçün bir Fransa alayı Frakiyaya yerləşdirilmişdi. Fransa generalı Franşe d'Espre ilə Yunanıstan Baş naziri Venizelos arasında imzalanan müqavilə ilə Quləliburqaz–Xədimköy xətti Yunanıstan ordusunun işğalına buraxılmışdır. 14 yanvar 1919-cu ildə Xədimköydən Quləli və Burqasa qədər bütün dəmir yolu stansiyaları Yunanıstan qüvvələri tərəfindən işğal edilmişdir. San-Remo konfransında Müttəfiqlər Şərqi Frakiyanı Ədirnə ilə birlikdə Yunanıstana verməyə qərar vermişdilər. Şərqi Frakiyanın Yunanıstana veriləcəyi aydınlaşınca region xalqı həll yolunu Ankara hökumətində axtarmağa başlamışdır. 9 may 1920-ci ildə Ədirnədə toplanan Osmanlı imperiyasının Frakiya Paşalı Müdafiə Komitəsinin II konqresində Ədirnə və Şərqi Frakiyanın Yunanıstana verilməsini qəti şəkildə rədd edilmiş, ölkə ərazisini müdafiə etməyə qərar verilmişdir. Bu məqsədlə yerli əhalidən əsgər toplamaq və silahlı müdafiə tədbirləri görmək qərarı alınmışdır. Sevr müqaviləsinin imzalanmasını asanlaşdırmaq və Osmanlı imperiyasına həm faktiki, həm də qanuni olaraq son qoymaq üçün Yunanıstan ordusu Müttəfiq dövlətlərin təşviqi ilə həm Anadoluda, həm də Frakiyada hərəkətə keçmişdir. 20 iyul 1920-ci ildə başlayan Yunanıstan hücumunun sonunda Ədirnə 24 iyul 1920-ci ildə ələ keçirilmişdir.
Ağıllı insan
Homo sapiens (lat. Homo sapiens; yəni Ağıllı insan), və ya sadəcə insan — primatların ən çoxsaylı və ən geniş yayılmış növü. Hominidlər (superfamiliya — meymunlar) fəsiləsinin Homo cinsinə aiddir və dik duruşu, növün digər nümayəndələri ilə ünsiyyət üçün nitqdən istifadə etməsi, əmək alətlərindən istifadə etməsi, habelə müstəsna dərəcədə inkişaf etmiş koqnitiv qabiliyyətləri kimi, o, beynin böyük ölçüsünə və struktur xüsusiyyətlərinə borcludur. İnsanlar — son dərəcə sosial canlılardır və ailədən tutmuş dövlətə qədər bir çox kooperativ və rəqabətli qruplardan ibarət mürəkkəb sosial strukturlar daxilində yaşamağa meyillidirlər. İnsanlar arasında müxtəlif sosial qarşılıqlı əlaqələrin nəticəsi sosial normaların və ictimai dəyərlərin, o cümlədən ritualların, dillərin, cəmiyyətdə maddi və qeyri-maddi mədəniyyətin digər təzahürlərinin yaranmasıdır. İnsanın ətraf aləmi, onun hadisələrini və həyata təsirini dərk etmək istəyi elm və texnikanın, eləcə də bir sıra başqa anlayışların, o cümlədən fəlsəfə, din və mifologiyanın yaranmasına səbəb olmuşdur. İnsanın müasir anatomiyası (lat. Homo sapiens sapiens) təqribən 300.000 il əvvəl Afrikada meydana gəlib, Heydelberq insanından (və ya Rodeziyalı insandan) təkamül edərək, Afrikadan köç edərək, tədricən birləşərək digər arxaik insanları əvəz etmişdir. Tarixlərinin çox hissəsində insanlar köçəri həyat tərzi sürən ovçu-yığıcılar olublar. Müasir tipli davranışı insanlar təxminən 160.000 — 60.000 il əvvəl nümayiş etdirməyə başladılar.
Hələbin işğalı
Hələbin işğalı - 1516-1517-ci illərdəki Osmanlı-Məmlük müharibəsinin mərhələlərindən biridir. 24 avqust 1516-cı ildə Mərcidabık döyüşündə Qansu Qavri komandanlığı altında olan Məmlük ordusunu ağır məğlubiyyətə düçar edən Yavuz Sultan Səlimin komandanlığındakı Osmanlı ordusu kampaniyanı davam etdirərək 28 avqust 1516-cı ildə Hələbi işğal etmişdir. == Hərbi əməliyyatlar və şəhərdə Osmanlı hakimiyyətinin yaradılması == Osmanlı ordusunun Mərcidabık qələbəsindən sonra Hələblilər Hələb qalasının qapılarını açaraq Yavuz Sultan Səlimi şəhər xaricində qarşılayaraq öz təbəəliklərini təqdim etmişdirlər. Osmanlı ordusu Hələb xəzinəsində olan bir milyon Misir Əşrəfi qızıl sikkə ilə bərabər və 200 okkadan çox olan külçə qızıl və həmçinin də ona bərabər olan zinət əşyaları, qiymətli parçalar və xəzlər ələ keçirmişdirlər. Yavuz Sultan Səlim Hələbdə 19 gün qalaraq şəhərdə Osmanlı inzibati təşkilatının yaradılmasının qayğısına qalmışdır. Bu çərçivədə Qaraca Əhməd Paşa Bəylərbəyi, Çömləkçizadə Kamal Çələbi isə Qazı təyin edilmişdir. Avqustun 29-u Cümə günü Böyük Hələb məscidində cümə namazını qılan Yavuz Sultan Səlim, xətibin onu Xadimül-Hərəmeyn əş-Şərəfeyn titulu ilə xatırlamasından sonra ona əynində olan min qızıl sikkə dəyərindəki kaftanını çıxardaraq hədiyyə etdiyi bildirilir (bəzi mənbələrdə bu hadisənin Şamda baş verdiyi bildirilir). Osmanlı ordusunun Mərcidabıkda qələbə qazanması və Hələbin Osmanlı ərazisinə birləşdirilməsindən sonra bu regiondakı Malatya, Divriği, Darende, Antakya və Kal'at-ür-Rum kimi digər Məmlük qalaları da döyüşmədən Osmanlılara təslim olmuşdurlar. Yavuz Sultan Səlim Hələbdə olarkən, (Mərcidabik döyüşündən əvvəl Osmanlı ordusuna qoşulan) Bığlı Məhəmməd Paşanı iyun ayından bəri Divanə Xosrov Paşanın mühasirəsinə müqavimət göstərən Mardinə göndərdi. 15 sentyabr 1516-cı ildə isə özü Osmanlı ordusunun başında Hələbi tərk edərək Şam istiqamətində hərəkət etmişdir.