İŞILTI

is. Zəif işıq.
Nə işıltı, nə də çıraq, nə bir qara daxma var; Hər yer bütün qalın qar. A.Səhhət.
Enirəm qazmaya… Qazma soyuq, dar; Od-ocaq yoxsa da, bir işıltı var. Ə.Cəmil.
Qar getdikcə daha şiddətlə yağır, solğun bir işıltı axşam qaranlığında əks edirdi. Ə.Məmmədxanlı.

// Uzaqdan görünən işıq nöqtəsi.
Hər iki yanda bir çağırımlıqda göz qırpan işıltı görünürdü. M.Rzaquluzadə.

□ İşıltı gəlmək – işıq görünmək, işıq seçilmək.
Yolçu qapı tərəfdən bir işıltı gəldiyini görüb, yavaş addımla yaxınlaşdı. S.Rəhman.
Uzaqlardakı kəndlərdən alaseyrək işıltı gəlirdi. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İŞILTI parıltı
İŞILDATMAQ
İŞILTILI

Digər lüğətlərdə