Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İbar qayaları
İbar qayaları — Cənubi Şetland adalarında, Bonert qayasından 0,4 km şərqdə, Qrinviç adasından Kanto nöqtəsindən isə 1 km cənub-şərqdə yerləşən iki qaya. "Islote Ibar" və "Islote Teniente Ibar" ifadələri 1950-ci illərdə Çili hidroqrafik cədvəllərində görünmüşdü və daha böyük və qərbdə yerləşən qayanı bildirmək üçün istifadə olunmuşdu. Leytenant Mario İbar P. 1947-ci ildə Qrinviç adasında Çili Kapitan Arturo Prat Bazasının açılışının rəsmi aktını imzalayan şəxsdir. L.L. Ivanov. Antarctica: Livingston Island and Greenwich, Robert, Snow and Smith Islands. Scale 1:120000 topographic map. Troyan: Manfred Wörner Foundation, 2009.
Ambar
Ambar — Kutaisi quberniyasının Raçin qəzasında (indi Qudauta rayonunda) kənd adı. == Toponimkası == Gürcücə yazılışı Ambari. Yerli tələffüz forması Əmbərli.Azərbaycanın Ayrum mahalında (indiki Gədəbəy rayonunda) Ambar və indi Salyan rayonunda Abadkəndin qədim adı Ambar(Yurd Bazar Ambarçı) kənd adları ilə mənşəcə eynidir.Azərbaycanda bir dağ Ambardağ adlanır.XIX əsrin əvvəllərində kənddə Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. Həmin əsrin 70-ci illərində Borçalı qəzasının Trialeti kənd icmasına mənsub məntəqələrdən idi. XIX əsrdə Dağıstan əyalətinin Kürə nahiyəsində Ambartəpə,Azərbaycanda Zaqatala dairəsində Ambarçay (digər adı Qanlıqobu),Lənkəran qəzasında Amburdərə,Qars əyalətinin Ərdahan dairəsində Ampur toponimləri ilə mənaca eynidir. Ehtimal ki, Ambar tayfa adıdır.Çin Türküstanında Kaşqar şəhərinin bir hissəsi mənbələrdə Anbarçi adlanır. Orta əsrlərdə Fərat çayı üzərində Anbar mahal adı ilə əlaqələndirilə bilər. Bəzi tədqiqatçılara görə türk dillərində ambar, ampar"su anbarı","məhsuldar torpaq" və s.mənalardadır.
Anbar
Anbar — Yüklərin saxlanması onların daşınması, ehtiyaatların idarə edilməsi və anbarlama əməliyyatları ilə sıx bağlıdır. İstifadə olunan daşımaçı, ehtiyatların səviyyəsi və tələb olunan anbarların arasında birbaşa əlaqə vardır. Göstərilən əməliyyatlar həmçinin yükləmə-boşaltma işləri ilə də bağlıdır. İstənilən material axınlarının yerdəyişməsi onların lazım olan miqdarının müəyyən yerlərdə cəmlənməsi olmadan mümkün deyildir. Cəmlənmə istənilən logistik sistemin ayrılmaz bəndi olan anbarlarda aparılır. Bu obyektlərdə qəbul olunan və yola salınan yük partiyalarının böyüklüyünə, tərkibinə, göndərmə vaxtına və s. parametrlərinə görə dəyişdirilməsi hesabına yük axınlarının şəkil dəyişmə baş verir. Malların anbarlardan keçməsi əmək və maddi vəsaitləri sərfinə səbəb olduğundan onların dəyərinin artmasına gətirib çıxarır. Ona görə də anbarların fəaliyyəti material axınlarının hərəkətinin optimallaşdırılmasına əhəmiyyətli təsir göstərir. == Anbarların təsnifatı == Logistik fəaliyyətdə çoxlu anbar növləri istifadə olunur.
Aybar
Aybar (isp. Aibar) — İspaniyanın Navarra əyalətində bələdiyyə. == Tarixi == == Coğrafiyası == == Əhalisi == 2010-cu ilin məlumatına görə bu bələdiyyənin əhalisi 904 nəfərdir.
Bihar
Bihar (orijinal adı बिहार) — Hindistanda ştatdır. Mərkəzi Patna şəhəridir. Əhalisi 84 milyondur.
Hisar
Hisar (Bükan)
Kabar
Kabar — Xəzər tayfalarının tərkibinə daxil olan tayfa. Kabar tayfasının adı əsasında yaranmış etnotoponimlər Azərbaycan və indiki Ermənistan ərazisində kifayət qədər yayılmışdır. Bu tayfa haqqında ilk məlumatı Konstantin Baqranarodnı vermişdir. O, bu tayfanın xəzərlərdən çıxdığını bildirmişdir. Q.Qeybullayev bu etnonimin tərkibində ar sözünü ayırır. ar(ər) türk sözü kişi, ər, qəhrəman mənasındadır. Kabarlar Azərbaycanda kabarli və ya kəbirli adları altında yaşamışlar. Onların yaşadığı əsas areallardan biri də Qarabağ olmuşdur. Azərbaycanda Balakən və Tərtər rayonlarında Kəbirli adlı iki kənd vardır. Ermənistanın yeni Bəyazid uyezdində Kalar, Şərur-Dərələyəzdə Kəbirli (Kəbirlidağ), Dağlıq Qarabağda X1X əsrdə Kabirli –qışlaq adı, Kabarrı yeri toponimləri qeydəalınmışdır.
Nubar
Nubar — Azərbaycan Respublikasının Abşeron rayonunun inzibati ərazi vahidində kənd. Abşeron rayonu ərazisində yaşayış yeri.
Çabar
Çabar (fars. چابار‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin İsfəndan dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 46 ailədə 72 nəfəri kişilər və 67 nəfəri qadınlar olmaqla cəmi 139 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Çobar
Çubər — İranın Gilan ostanında yerləşən şəhər. Çobar əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edir. Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 1,481 nəfər yaşayır (374 ailə).
İftar
İftar - Ramazan ayında oruc tutan müsəlmanların gün batandan sonra yemək yemələridir. İftar əsasən iftar süfrəsi arxasında açılır. İftar süfrəsinə ilk olaraq su gətirilir. Daha sonra qatıq, doğramac və ayran verilə bilər. Isti, uzun günlü avqust ayında oruc tutmaq bir az çətindir. Oruc tutmaq istəyən bəzi adamları isə ən çox qoxrudan da məhz isti və uzun gündür. Bütün oruc tutanlar iftar sonrası səhərə qədər 2 litrə qədər su içməlidirlər. Ən azından 2 stəkan bitki çayı, ayran, qatıq və albalı kompotu içmək vacibdir. Iftar süfrəsi həddən artıq zəngin olmamalıdır. Acqarına, bütün günü dincələn orqanizmi qəfil ağır, yüksək kalorili qidalarla yükləmək düzgün deyil.
İhram
İhram (ərəb. إحرام‎‎ — həsr etmək) — həcc ziyarətini həyata keçirən zəvvarın xüsusi mənəvi paklıq vəziyyətidir. Bunun üçün qüsl almaq (bədəni tamamilə yumaq), xüsusi geyim geyinmək və ihramın qaydalarına riayət etmək tələb olunur. İhram vəziyyətində ticarətlə və digər dünyəvi işlər məşğul olmaq; cinsi əlaqəyə girmək, kəbinə girmək, əsəbləşmək və kimisə incitmək; canlılara ziyan vurmaq (heyvanları və həşəratları öldürmək, otu və ya yarpaqları qopartmaq və s.) üz qırmaq, baş qırxdırmaq, dırnaq kəsmək, ətirdən istifadə etmək, zinət əşyaları taxmaq və siqaret çəkmək qadağandır. Qadınlar qüsl aldıqdan sonra enli ağ paltar geyinir, başlarını ötrürlər (yalnız sifət, əl və ayağın daban hissəsi görünə bilər). Kişilər iki sadə ağ örtük geyinirlər: biri baldırdan qıça qədər olan hissəni ötrür, digəri isə sağ çiyinin üzərinə atılır. Bu geyimlər zəvvarların niyyətlərinin paklığını və onların allah qarşısında bərabər olmasına işarədir. Zəvvarlar ihram geyimlərini Kəbədən 4 kilometr aralıda yerləşən mikat adlı yerdə geyinirlər. Müasir dövrümüzdə zəvvarların əksəriyyti ihram geyimini artıq təyyarə enişə başlayanda geyinirlər. Али-заде, А. А. Ихрам Arxivləşdirilib 2014-08-13 at the Wayback Machine // Исламский энциклопедический словарь.
İlqar
İlqar — Kişi adı və təxəllüs. İlqar Məmmədov İlqar Məmmədov (riyaziyyatçı) — Azərbaycanlı alim. İlqar Məmmədov (siyasətçi) — siyasətçi, Respublikaçı Alternativ hərəkatının sədri. lqar Məmmədov (hərbçi) — Ali Hərbi Məktəbin rəisi. İlqar Məmmədov (idmançı) — Azərbaycanlı qılıncoynatma ustası, rapiraçı.
İnkar
İnkar (inversiya, lat. inversio — çevriliş sözündən, məntiqi "YOX") məntiqdə — hökmlər üzərində vahid bir əməliyyat, nəticəsi orijinala "əks" olan bir qərar (müəyyən mənada). Qərarın qarşısında ¬ işarə və ya — ilə göstərilir. məntiq əməllərindən biri; məntiqi nəticələrdə “doğru deyil” ifadəsi kimi işlədilir; fəlsəfi kateqoriya. Materialist dialektikaya görə, inkar inkişafın zəruri momenti, şeylərin keyfiyyət dəyişkənliyinin şərtidir; qrammatikada əşyanın, keyfiyyət əlamətlərinin, hərəkət və ya vəziyyətin yoxluğunu, eləcə də narazılıq, etiraz bildirən kateqoriya. Həm klassik, həm də intuisistik məntiqdə "ikiqat inkar" ¬ ¬ A {\displaystyle \neg \neg A} qərarın nəticəsidir A {\displaystyle A} , yəni bir teatoloji var: A → ¬ ¬ A {\displaystyle A\rightarrow \neg \neg A} . Əks ifadəsi ¬ ¬ A → A {\displaystyle \neg \neg A\rightarrow A} klassik məntiqdə doğrudur (ikiqat inkar qanunu), lakin intuisistik cəhətdən tutmur. Yəni, istədikləri ifadənin rədd edilməsi, klassik məntiqdən fərqli olaraq, intuisistik bir sübut kimi xidmət edə bilməz. İki məntiqi sistem arasındakı bu fərq ümumiyyətlə əsas hesab olunur. Əliquliyev R..
İqbal
İqbal — kişi adı.
İştar
İştar (ərəb. عشتار‎ İştar, fars. ایشتار‎ İstar, ivr. ‏עשתרת‏‎ Aştoret, q.yun. Ἀστάρτῃ Astarta; Anunit, Nana, İnana) Akkad mifalogisında bir tanrıça, ilahə. Şumer mifalogiyasındakı İnannadan törəmişdir.. İnanna Utu/Şamaşın əkiz bacısıdır, Nanna/Sinin qızıdır. Enlilin dünyasında ilk doğan qadındır. Ona verilen ilk adlar Şumercə ikən, ikincilər Akkadlar tərəfindən bu tanrılara verilən adlardır. Assur panteonunun üçüncü baş tanrısı İştar (şumerlərin İnannasıdır) ilahəsi olmuşdur.
Şubar
Şubar - türk və altay dastanlarında adı çəkilən əfsanəvi at. Çubar şəklində də deyilər. Bayşubar və ya Kökşubar olaraq da bilinər. Alpamış Xanın atıdır. Qeyri-adi xüsusiyyətləri vardır. Türk əfsanələrindəki fövqəladə atların xüsusiyyətlərinin hamısını daşıyar. Uça bilər, danışar, sahibini əvvəldən xəbərdar edər, tək buraxmaz, bir aylıq yolu bir gündə gedər, sahibinin nə vəziyyətdə olduğunu hiss edərək ona görə davranar. Qızıl yallı, gümüş üzengili, quyruğu doqquz hörgülü, doqquz qolanlı olaraq təsvir olunur. Atası sudan çıxmadır. Çox rənglidir.
Eybar FK
Sosyedad Deportiva Eybar — Bask muxtar ölkəsində Gipuzkoa şəhərində yerləşən İspan futbol klubu. 30 noyabr 1940-cı ildə qurulub. Hazırda La Liqada oynayır. 2014-cü ildə ilk dəfə İspan futbolunun birinci liqasına yüksəlmişdir. Onlar 26 dəfə Segunda División da, tarixinin qalan hissəsini isə aşağı liqalarda rəqabət aparırdılar. Komanda mavi şortlu (FC Barselonanın dəstəyi ilə) köynək və mavi köynəklərdə oynayır və Ipurua Şəhər Stadionunda ev oyunları keçirir. FK Eybar, dünyanın 69 ölkəsindən 10.000-dən çox səhmdarı olan bir fanla əlaqəli klubdur.
Fredriç Hiqar
Fredriç Hiqar (11 oktyabr 1841[…], Bazel – 2 iyun 1927[…], Sürix) — İsveçrəli bəstəkar, dirijor və "Sürix Tonholl Orkestri" -nin qurucu dirijoru. == Həyatı == == Biblioqrafiya == Hindley, Geoffrey. Music in the Modern World: Music in Switzerland // The Larousse Encyclopedia of Music (2nd). New York City: Excalibur. 1982. ISBN 0-89673-101-4.
Gavia imber
Qütb qaqarı (lat. Gavia immer) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.
Hibari Misora
Hibari Misora (29 may 1937, Yokohama – 24 iyun 1989, Tokio[d]) — Yaponiyalı müğənni, aktrisa.
Hisar (Bostanabad)
Hisar (fars. حصار‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 139 nəfər yaşayır (32 ailə).
Hisar (Bükan)
Hisar (fars. ‎حصار‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 476 nəfər yaşayır (86 ailə).
Hisar (Maku)
Hisar (fars. حصا‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 391 nəfər yaşayır (70 ailə).
Hisar (Sayınqala)
Hisar (fars. حصار‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 402 nəfər yaşayır (78 ailə).
Ihıax
Ihıax (saxa Ыhыах, rus. Ысыах) — Yay bayramı. Təbiətin ayılması və tanrıların şərəfinə müəyyən ritual, xalq oyunları, rəqslər, xizək yarışları ilə müşahidə edilən bayramdır. == Qeyd edilməsi == Ihıax Yakutiyanın ən ədas bayramı hesab edilir. Bu bayram günəş tanrısıns tapınma ilə əlaqədar meydana gəlmişdir. Ənənəvi olaraq Isıax əsasən şimal uarımkürəsində ən uzun gün olarkən (21 iyun) qeyd edilir. İlk əvvəllər bu bayram hər il 22 iyulda qeyd edilirdi. Böyük Vətən müharibəsinin başlanması bu tarixə düşdüyündən onun tarixini dəyişdirilməli olurlar. Bundan sora isə günəşin uluslar üzrə çıxma qrafikinə uyğun olaraq 10 iyundan 25 iyun arasında qeyd edilir. == Tarixi == Araşdırmaçıların fikirinə görə bu bayram Mərkəzi Asiya ölkələrində qeyd edilən Kumıs bayramının təsiri ilə formalaşmışdır.
Əhrar
Əhrar Partiyası (Osmanlı) — 1908-1910-cu illərdə mövcud olmuş Osmanlı partiyası
Əxbar
Əxbar (ərəbcədir, xəbər sözünün cəmidir) — Məhəmməd, onun tərəfdarları (əshabələri) və davamçıları haqqında müsəlman rəvayətləri, sünnilərin daha üstün tutduqları hədis termininin sinonimidir. Əxbar termini yalnız Əlinin və onun sədaqətli tərəfdarlarının nüfuzuna əsaslanan rəvayətləri təsdiq edən şiələrdə daha çox işlənir. İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.58.