İTBAZ is. İt saxlamağı, itlə məşğul olmağı sevən adam. [Koxa:] Səlim bəy itbazdır, tazıları var; Hər səhər onları hey öpüb yalar. S.Rüstəm. [Məktubunda] yazırsan ki, qəsəbənizin əhalisi xoruzbazların, qoçbazların və itbazların əlindən cana-bezara gəlmişdir. “Kirpi”.