Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İlla ki (Albom)
Illa
Callicarpa (lat. Callicarpa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Allah
Allah ( الله , romanlaşdırılmış : , , ar) — İbrahimi dinlərdə yeganə Tanrını bildirən ərəb sözüdür. Allah adı müsəlmanlardan başqa Yəmənli və bəzi Mizrahi ərəbdilli yəhudilərin, eləcə də Maltada yaşayan Roma Katolikləri, Yaxın Şərq semit xristianları, Aramilər, Maronitlər, Assuriyalılar və Keldanilər tərəfindən də istifadə olunur. İbrahimi dinlərin kitablarında Allah təcəssüm olunmuş yaradıcıdır. O, birinci şəxslə danışır və bəzən insanların qarşısına “insan obrazı” ilə çıxır. İslamda Allah Müntəkim (intiqam alan), Mütəkəbbirdir (El mütekabbir sözünün kökü kebir sözündəndir. Kebir hərfi mənada böyük deməkdir.), Sabur (çox səbirli), Cəlil (Cəlalət; 1/əzəmət, 2/qəzəb, qəzəb), Rəhim (çox mərhəmətli), Həlim (mülayim), Vədud (sevgili) kimi insani hissləri ifadə edən adlarla da tanınır. Xristianlıqda Allah ata, sufizmdə dost kimidir. Tanaxda da Yehova çox vaxt təcəssüm etdirilir. Allahı təsvir etmək üçün antropomorfik dilin istifadə edilib-edilməməsi yəhudi, xristian və islam düşüncə tarixində gərgin müzakirələrin mövzusu olmuşdur. İbrahimi dinlərin müqəddəs kitablarında antropomorfik nümunələr, həm də onu məxluqlara bənzəməkdən kənarlaşdıran ifadələr var.
Allan
Allan — ad. Allan Fakir — Pakistanın xalq mahnılarının ifaçısı. Allan Lalin — Honduras futbolçusu Allan Kanningem — Böyük Britaniya botaniki.
Allar
Allar (Yardımlı) — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Allar (Gorus) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd.
Qolac
Qulac (qolac) — xalq arasında geniş yayılmış və bu gün də işlədilən uzunluq ölçüsü vahididir. == Ümumi məlumat == Qulac bəzi ədəbiyyatlarda "iki əli də çiyin bərabəri" açıq tutduqda sağ əlin başala barmağının ucundan sol əlin müvafiq barmağının ucuna qədər olan məsafəyə bərabər görülür; gah 150 sm, gah 142 sm, yaxud 177 sm hesab olunur. Başqa bir mənbədə isə qulacın dirsək sümüyünün uzunluğuna bərabər olduğu göstərilir. Dirsək sümüyünün uzunluğu da 40-64 sm arasında dəyişir. Bəzi mənbələrdə qulacı dirsəklə eyniləşdirir və 0,5 m-ə bərabər götürürlər. Qulac haqqında olan bu fikirlər mübahisəli sayıla bilər. Belə ki, qulac ("qol" və "aç" sözlərindən əmələ gətirilmişdir) insanın açıq vəziyyətdə tutulmuş sağ və ya sol əlinin ən uzun barmağının ucundan burnunun ucuna qədər olan məsafədir ki, bu da orta hesabla 1 m-ə bərabərdir. Keçmişdə adətən quyunun dərinliyi qulac ilə ölçülərdi. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə.
Qulac
Qulac (qolac) — xalq arasında geniş yayılmış və bu gün də işlədilən uzunluq ölçüsü vahididir. == Ümumi məlumat == Qulac bəzi ədəbiyyatlarda "iki əli də çiyin bərabəri" açıq tutduqda sağ əlin başala barmağının ucundan sol əlin müvafiq barmağının ucuna qədər olan məsafəyə bərabər görülür; gah 150 sm, gah 142 sm, yaxud 177 sm hesab olunur. Başqa bir mənbədə isə qulacın dirsək sümüyünün uzunluğuna bərabər olduğu göstərilir. Dirsək sümüyünün uzunluğu da 40-64 sm arasında dəyişir. Bəzi mənbələrdə qulacı dirsəklə eyniləşdirir və 0,5 m-ə bərabər götürürlər. Qulac haqqında olan bu fikirlər mübahisəli sayıla bilər. Belə ki, qulac ("qol" və "aç" sözlərindən əmələ gətirilmişdir) insanın açıq vəziyyətdə tutulmuş sağ və ya sol əlinin ən uzun barmağının ucundan burnunun ucuna qədər olan məsafədir ki, bu da orta hesabla 1 m-ə bərabərdir. Keçmişdə adətən quyunun dərinliyi qulac ilə ölçülərdi. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə.
İflas
Müflisləşmə — iflas, bankrotluq. var-yoxdan çıxmaq, öz öhdəliklərinə görə borclarını ödəməkdən imtina etmək, vəsaitin olmaması ucbatından borcunu ödəyə bilməmək, borcu ödəmək iqtidarında olmamaq; məcazi mənada - imkansızlıq, iflas olmaq, plan və ümidlərin məhv olması.
İflic
İflic — mərkəzi sinir sistemi- baş beyin və onurğa beyninin və periferik sinir sisteminin hərəki mərkəzlərinin zədələnməsi nəticəsində iradi hərəkətlərin itməsi. Bir-birindən fərqlənən iflic və parez forması var. Parez zamanı hərəki funksiyalar qalır, lakin zəif olur. Səbəbi qan dövranının pozulması, iltihabi proseslər, travmalar, sinir sistemində şiş olması və s.-dir. Əzələlərin iltihabında, sümük-oynaq aparatının zədələnməsində də hərəkət nisbətən məhdudlaşdığı üçün belə xəstəlikləri iflicdən fərqləndirmək lazımdır. İflicin bir neçə tipi məlum-dur: monoplegiya (bir qolun, yaxud bir ayağın iflici), hemiplegiya (bədənin bir tərəfində hərəkətin məhdudluğu), tetraplegiya (qolun və ayağın tam hərəkətsizliyi), paraplegiya (hər iki qolun, yaxud hər iki ayaqın iflici). Hərəki neyronun mərkəzi, yaxud periferik şöbələrinin pozulması müxtəlif xassəli ifliclərin baş verməsinə səbəb olur. Periferik neyronun pozulmasından periferik, süst atrofik iflic baş verir. Bu zaman vətər və sümüküstlüyü refleksləri, əzələ tonusu azalır, yaxud tamamilə itir. Əzələlərdə atrofiya müşahidə olunur, elektrikkeçirmə qabiliyyəti pozulur.
İlham
İlham — kişi adı, soyadı və təxəllüsü. İlham Axundov — İlham Əliyev (dəqiqləşdirmə) İlham Əliyev — Azərbaycan Respublikasının Prezidenti (2003-cü ildən). İlham Əliyev (deputat) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı. İlham Əliyev (hərbçi) — Azərbaycanın Milli Qəhrəmanı. İlham Əliyev (jurnalist) — jurnalist, Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyinin sədri. İlham Əhmədov İlham Əhmədov — Azərbaycan aktyoru, rejissor. "İlham" Miniatür teatrının direktoru və bədii rəhbəridir. İlham Əhmədov (alim) — alim, həkim. İlham Əsgərov — Azərbaycan aktyoru. İlham Həsənov — Azərbaycan Milli Qəhrəmanı İlham İsmayılov (əsgər) — şəhid İlham Məmmədli — Azərbaycan alimi, jurnalist.
İller
İller (alm. Iller‎) — Dunayın sağ qolu, Almaniyanın cənubunda çay. == Göstəriciləri == Çayın uzunluğu 147 km, hövzəsinin sahəsi isə- 2152 кm²-dir. Oberstdorf ərazisi Avstriya ilə həmsərhəddir. Mənbəyinin hündürlüyü dəniz səviyyəsindən 778 m-dir. Braytax, Ştillah, Bavariya və Baden-Byutemberqın qarışmasından yaranır. Daha sonra İller şimal istiqamətində axaraq Bavariya və Baden-Byurtemberq keçərək, Ulm şəhəri yaxınlığında Dunay çayına tökülür. Çayın üzərində SES-ı mövcuddur. Çayın sahilində Zontxofen, İmmenştadt-im-Alqoy, Kempten, Ulm şəhərləri yerləşir.
İllit
Hidromikalar - minerallar, H3O, OH, H2O ilə zənginləşmiş mikalar: hidrobiotit, hidromuskovit, hidrofloqopit, illit. Hidromikalar tərkib və xassələrinə görə biotit, muskovit və vermikulitin arasında aralıq mövqe tutur. Vermikulitə nisbətən daha yaxşı köpürlər. Gillərin adi komponentləri, dəniz və kontinental çöküntülərin terrigen və autigen minerallarıdır. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
İlqar
İlqar — Kişi adı və təxəllüs. İlqar Məmmədov İlqar Məmmədov (riyaziyyatçı) — Azərbaycanlı alim. İlqar Məmmədov (siyasətçi) — siyasətçi, Respublikaçı Alternativ hərəkatının sədri. lqar Məmmədov (hərbçi) — Ali Hərbi Məktəbin rəisi. İlqar Məmmədov (idmançı) — Azərbaycanlı qılıncoynatma ustası, rapiraçı.
İlyas
İxlas
İxlas— Səmimi və qərəzsiz məhəbbət, ürəkdən gələn sədaqət; səmimiyyət, sidq mənasını verir. İxlasla, ixlas ilə şəklində zərf kimi, ixlas göstərmək şəklində feil kimi istifadə olunur. İxlasla, ixlas ilə – sədaqətlə, səmimi qəlblə, ürəkdən, ixlas göstərmək – yaltaqlanmaq, kiminsə xeyrinə çıxış etmək deməkdir. İxlas sözü ərəb mənşəli alınma sözdür, Azərbaycan dilində sərbəst söz kimi işlənir; eləcə də, Azərbaycan dilinə fars dilindən keçmiş, əsasən sözdüzəldici şəkilçi - suffiks rolunu oynayan "kar", "keş" ilə birləşərək, yeni ixlaskar, ixlaskeş sözlərinin tərkibində də iştirak edir. İxlas sözü Azərbaycan klassik ədəbiyyatında, Mirzə Fətəli Axundovun (Axundzadə) ( Nuxalılar: Bizim ixlasımızın nisbəti Molla İbrahimxəlilə görə sair kimsələrin ixlasına bənzəməz, ”Hekayəti Molla İbrahim-Xəlil Kimyagər“; Mirzə Möhsün: Saqqalımın tükünü dövləti-aliyyənin xədəmatında ixlas ilə ağartmışam, „Aldanmış kəbakib”), Nəcəf bəy Vəzirovun əsərlərində (Mirzə Həbib: Özünüz bilirsiniz ki, mənim nə mərtəbədə sizə ixlasım var, "Təzə əsrin ibtidası") və s., eləcə də dini xarakterli mətnlərdə (İman edən bir kimsənin Allaha qarşı səmimi, ixlaslı olması qədər təbii bir şey ola bilməz, Emeli saleh olmasi ucun Uca Allaha ixlas ilə (səmimi qəlbdən) təvəkkül edərək dua etmək və düzgün tərbiyədən başlamaq lazımdır) rast gəlinir.
İxrac
İxrac – informasiyanın bir sistemdən və ya proqramdan başqasına ötürülməsi; idxal (IMPORT) əməlinin əksidir. Verilənlərin, xüsusən görüntüləri olan sənədlərin ixracı, informasiyanı qəbul edən proqram və ya sistem tərəfindən bu və ya başqa formada dəstəklənməlidir. Bəzi tətbiqi proqramlarda başqa proqramların istifadə etdiyi fayl formatlarının dəstəklənməsi nəzərdə tutulub ki, onların arasında verilənləri asanca ötürmək mümkün olsun. Başqa imkanlar olmadıqda sırf mətn fayllarını özgə proqrama ASCII formatında (adi mətn, yəni formatlanmamış) ixrac etmək olar. İxracat və ya Eksport (ing. export) — əmtəələrin xarici bazarda realizə edilməsi üçün xaricə aparılması; idxalatın əksi. iqtisadiyyatda məhsulun ölkənin sərhəddindən kənara göndərilməsi, xarici bazarda satışı üçün nəzərdə tutulması.
Killa
Killa (q.yun. Κίλλα) — qədim yunan mifologiyasındakı personaj. Bir versiyaya görə, Laomedont və Strimonun qızı olmuşdur. Başqasına görə, o, Hekubanın bacısı, Fimetin həyat yoldaşı və Priamın sevgilisidir. Hekubanın Parisi dünyaya gətirdiyi gün Priamdan Munipp adlı bir oğul doğmuşdur. Həmin gün doğulan uşağın Troyanı məhv edəcəyi ilə bağlı peyğəmbərliyi alan Priam Killa və onun oğlunu öldürmüşdür. Kompromis versiyaya görə, o, Priamın diri-diri basdırdığı bacısıdır.
İslam
İslam (ərəb. الإسلام‎, əl-'islām), hərfi tərcümə: "Tanrının iradəsinə") — Quran və dinin banisi Məhəmmədin təlimlərinə əsaslanan ibrahimi monoteizm dinlərdən biri. Dünya üzrə təxminən 2 milyard sayda olan və xristianlardan sonra dünyanın ən böyük ikinci dini əhalisi olan İslam tərəfdarlarına müsəlman deyilir. == İslam dini == "İslam" adı, s-l-m (سلم) kökündən törəmişdir. Bu kökün ümumi olaraq qəbul edilən iki anlamı vardır: sülh (salam da bu kökdəndir); boyun əymək, itaət etmək (Allaha təslim olmaq). İslam tək olan Allaha (ərəb. الله‎) itaət etmək deməkdir. İslamın əsas ehkamı tövhid, nübuvvət və məaddır. Tövhid – Allahı ibadətə layiq olan yeganə haqq, məbud bilməkdir. Bu özündə həmçinin Allahın adil (ədalətli) olmasını ehtiva edir, yəni O, hər bir şeyi hikmət üzündən yaradır.
Vladislav İlliç-Svitıç
Vladislav Markoviç İlliç-Svitıç (rus. Владисла́в Ма́ркович И́ллич-Сви́тыч; 12 sentyabr 1934, Kiyev – 22 avqust 1966, Şyolkovo, Moskva vilayəti) — Sovet dilçisi. == Həyatı == == Yaradıcılığı == XIX əsrin əvvəllərindən başlayan müqayisəli-tarixi metod əsasında yaranmış zəngin elmi mənbələr XX əsrin 60-cı illərində Sovet alimi V. M. İlliç-Svitıça daha əsaslı araşdırmalar aparmağa imkan vermişdir. O, 1966-cı ildə "Opıt sravneniə nostratiçeskix əzıkov (semitoxamitskiy, kartvelğskiy, indoevropeyskiy, uralğskiy, dravidiyskiy, altayskiy)" adlı qiymətli əsərini hazırlamış, əsər müəllifin vəfatından bir neçə il sonra — 1971-ci ildə çap olunmuşdur. Ensiklopedik lüğətdəki:"Nostratik dillərin qohumluğu fərziyyəsini Daniya alimi X. Pedersen irəli sürmüş, Sovet alimi V. M. İlliç-Svitıçın işləri onun elmi cəhətdən əsaslı olduğunu sübut etmişdir". — sözləri nostratik nəzəriyyənin doğruluğunu təsdiq etməklə yanaşı, bu sahədə V. M. İlliç-Svitıçın böyük xidmətlərini də göstərir. V. M. İlliç-Svitıç qeyd edilən dil ailələrində işlənən 245 sözün etimoloji təhlilini vermiş, ulu dildən gələn həmin sözlərin dil ailələrindəki arxetiplərini dəqiqləşdirib müqayisələr aparmaq istiqamətində xeyli iş görmüşdür. Ciddi fonetik araşdırmalar aparmış, dil ailələri arasındakı səs uyğunluqlarını müəyyənləşdirmək əsasında sözlərin eyni mənşədən törədiyini əks etdirən zəngin faktlar toplamışdır. Qeyd edilən altı dil ailəsi üzrə əvəzliklərin və əvəzliklərdən törəmiş şəxs şəkilçilərinin geniş cədvəlini vermişdir. Lüğət məqalələri alimin hər bir dil ailəsinə necə həssaslıqla yanaşdığını aydın göstərir.
Allah-Allah türbəsi
Bərdə türbəsi, Allah-Allah türbəsi və ya Nüşabə qalası — Bərdə şəhərində yerləşən tarixi memarlıq abidəsi. == Tarixi == XIV əsrdə Bərdədə iki qülləvari türbə tikilmişdir ki, onlardan biri müasir dövrə qədər qalmışdır. Elmi ədəbiyyata 1322-ci il tarixli Bərdə türbəsi adı ilə daxil olan abidənin nə vaxt və kim tərəfindən tikildiyi üstündəki kitabələrdən məlumdur. Bərdə türbəsi hələ XIX əsrdən tədqiqatçıların diqqətini cəlb etmişdir. 1848-ci ildə Bərdəni ziyarət etmiş məşhur şərqşünas Xanıkov abidənin üzərindəki kitabələri oxumuş və bu kitabələr daha sonra 1861-ci ildə Bərdədə olmuş akademik Dorn tərəfindən nəşr edilmişdir. Akademik Dorn eyni zamanda Bərdə türbəsinin təsvirini də nəşr etmişdir. Bərdə türbəsindəki bu kitabə Naxçıvan memarlarının hələ XIV əsrdə məsul binaları tikmək üçün başqa şəhərlərə də dəvət edildiyini göstərməklə, Naxçıvan memarlıq məktəbi ənənələrinin davam etdiyini təsdiqləyən son dərəcə qiymətli bir sənət nümunəsidir. == Memarlıq xüsusiyyətləri == Bərdə türbəsi qülləvari türbələrə xas quruluşda olub, yeraltı və yerüstü hissədən ibarətdir. Türbənin yeraltı hissəsi xaçvari şəkildə olub, abidənin sərdabə hissəsini, yəni cənazənin dəfn edildiyi hissəni təşkil edir. Türbənin bu hissəsi vaxtilə günbəzlə örtülü olmuş və içərisi kaşıdan quraşdırılma ornamentlərlə bəzədilmişdir.
Gürcüstanda islam
İslam müasir Gürcüstan ərazisində ərəb istilaları dövründən bəri ikinci ən böyük dindir. 2002-ci ilin son siyahıya alınmasına görə ölkə əhalisinin 9,9% -i (təqribən 0,4 milyon nəfər) islam dininə sitayiş edir. Ölkənin bəzi bölgələrində müsəlmanlar əhalinin nisbi və ya mütləq əksəriyyətini təşkil edirlər. == Milli və məzhəb tərkibi == Respublikanın müsəlman icması çoxmillətlidir. Onların arasında üstülnüyü yerli azərbaycanlılar (onların arasında həm şiələr həm də sünnilər var) Kistlər, ləzgilər və Ahıska türkləri və müəyyən ərazilərdə həm də acarlar, abxazlar və Məhsəti türkləri var, baxmayaraq ki, sonuncu iki qrupa aid müsəlmanların sayı müasir Gürcüstanda minimaldır. Onlardan ən çoxsaylı olanı azərbaycanlı şiələrdir. Gürcüstan müstəqillik qazandıqdan sonra bir çox Acariyalılar ölkədə aparılan aktiv xristianlaşdırma və assimilyasiya siyasəti nəticəsində islam dinini tərk edərək Pravoslav xristianlığını qəbul etdilər. Bəzi tədqiqatçılar həmçinin bunun Gürcüstandakı dini millətçilik təzyiqləri nəticəsində baş verdiyini deyirlər. Digər tərəfdən, SSRİ-nin dağılmasından sonra Gürcüstanda bir çox yeni məscidlər tikildi. Tbilisidə Sovet dövründən bəri mövcud olan vahid məscid var — şiələr və sünnilər burada birlikdə namaz qılırlar .
Həllac Mənsur
Mənsur Həllac (təq. 858[…], Vasit, Fars ostanı, Abbasilər xilafəti – 26 mart 922, Bağdad, İraq, Abbasilər xilafəti) - məşhur sufi. Şərq dünyasının məşhur sufilərindən olan Həllac Mənsur miladi tarixi ilə 848-ci ildə (hicri 244) İranın Bəyza şəhərində doğulmuşdur. Əsl adı Hüseyn ibn Mənsur, ləqəbi "Həllac"dır. Rəvayətə görə, ləqəbi bir həllacın (yun təmizləyənin) dükanında göstərdiyi kəramətlə əlaqədardır. Deyilənə görə, o, bir dəfə köhnə tanışı həllacın yanına gəlib və ona bir iş tapşırır. Həllac tapşırığı yubatmış və Mənsura işini vaxtında başa çatdıra bilməyəcəyindən şikayətlənmişdir. Mənsur isə ona kömək edəcəyini bildirərək, yunlara dərhal təmizlənməyi əmr etmişdir. Yunlar möcüzəvi şəkildə özbaşına təmizlənməyə başlayıblar. Bu barədə xəbər tezliklə bütün şəhərə yayılmış, bundan sonra o, "Həllac" adı ilə tanınmışdır.
Karen Gillan
Karen Şeyla Qillan (ing. Karen Sheila Gillan; 28 noyabr 1987, İnverness, Şotlandiya) — şotland aktrisa və model. == Həyatı == Karen İnverness, Şotlandiyada anadan oldu və böyüdü. Qardaşı və bacısı olmayan Qillanın atası Reymond Con Qillan və anası Marie Qillan (evlilikdən əvvəlki soyadı: Peterson) Kinmiliesdə yaşayır. 7 yaşında pianinoda ifa etməyi öyrənən aktrisa, gənc yaşda aktrisalığı sevməyə başladı və bəzi gənclik teatr qruplarında yer aldı. On altı yaşında karyerasını davam etdirmək üçün Edinburqa köçdü. Buradakı Telford kollecində HNC Aktyorluq kursunu bitirdi. On səkkiz yaşı tamam olanda İtaliya Conti Teatr Sənətləri Akademiyası adlı dram məktəbində oxumaq üçün Londona köçdü və buradan Ədəbiyyat fakultəsi diplomunu alaraq məzun oldu. == Karyerası == İtaliya Conti-də təhsil həyatında davam edərkən moddelik agentliyində işə götürüldü və 2007 London Moda Həftəsində modellik etdu. == Şəxsi həyatı == 2011-ci ildə Fashion Targets Breast Cancer (FTBC)-in kompaniyasında yer aldı.
Karen Qillan
Karen Şeyla Qillan (ing. Karen Sheila Gillan; 28 noyabr 1987, İnverness, Şotlandiya) — şotland aktrisa və model. == Həyatı == Karen İnverness, Şotlandiyada anadan oldu və böyüdü. Qardaşı və bacısı olmayan Qillanın atası Reymond Con Qillan və anası Marie Qillan (evlilikdən əvvəlki soyadı: Peterson) Kinmiliesdə yaşayır. 7 yaşında pianinoda ifa etməyi öyrənən aktrisa, gənc yaşda aktrisalığı sevməyə başladı və bəzi gənclik teatr qruplarında yer aldı. On altı yaşında karyerasını davam etdirmək üçün Edinburqa köçdü. Buradakı Telford kollecində HNC Aktyorluq kursunu bitirdi. On səkkiz yaşı tamam olanda İtaliya Conti Teatr Sənətləri Akademiyası adlı dram məktəbində oxumaq üçün Londona köçdü və buradan Ədəbiyyat fakultəsi diplomunu alaraq məzun oldu. == Karyerası == İtaliya Conti-də təhsil həyatında davam edərkən moddelik agentliyində işə götürüldü və 2007 London Moda Həftəsində modellik etdu. == Şəxsi həyatı == 2011-ci ildə Fashion Targets Breast Cancer (FTBC)-in kompaniyasında yer aldı.
Lilab (Vərziqan)
Lilab (fars. ليلاب‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 591 nəfər yaşayır (130 ailə).
Milla Yovoviç
Militsa Boqdanovna Yovoviç (ing. Milica Bogdanovna Jovovich; 17 dekabr 1975, Kiyev) — amerikalı aktrisa, model. Milla Ukraynanın Kiyev şəhərində anadan olub və uşaq yaşlarında Los-Ancelesə köçüb. O, modellik karyerasına 1987-ci ildə fotoqraf Herb Rits onu italyan jurnalının üz qabığı üçün çəkdirdikdən sonra başlayıb. Milla gənc yaşlarında Riçard Avedon tərəfindən kosmetika şirkəti olan Revlonun "Dünyanın ən unudulmaz qadınları" reklamlarında çəkilib. Milla Yovoviçin ilk rolu 1988-ci ildə "The Night Train to Kathmandu" adlı televiziya filmində olub. O, həmin il "Two Moon Junction" filmində çəkilib. Milla Yovoviç 1991-ci ildə "Return to the Blue Lagoon" adlı romantik filmdəki çıxışı ilə məşhurlaşıb. Onun 15 yaşında olması izləyicilərin diqqətini çəkmişdi. O, fransız rejissor Lük Bessonun 1997-ci ildə çəkdiyi elmi fantastika janrında olan "Beşinci Element" filmindəki performansına görə tanındı.
Min (allah)
Min - Qədim Misir mifologiyasına görə məhsuldarlıq allahı.
IUPAC
IUPAC kimyəvi nomenklaturası və ya IUPAC adlandırma sistemi kimyəvi birləşmələrin adlandırılması üçün istifadə edilən bir sistem olub, ümumiyyətlə kimya elmini təsvir etmək üçün istifadə olunur. O, Beynəlxalq Nəzəri və Tətbiqi Kimya İttifaqı (İngilis dili: International Union of Pure and Applied Chemistry və ya IUPAC ) tərəfindən yaradılmış və onun tərəfindən nəzarət altında saxlanılmışdır. Üzvi və qeyri-üzvi birləşmələrin adlandırılması qaydaları Mavi kitab (Blue book) və Qırmızı kitab (Red Book) kimi tanınan iki nəşrdə saxlanılır. Yaşıl kitab (Green Book) kimi tanınan üçüncü nəşrdə (IUPAP ilə əməkdaşlıq edilərək bu kitab hazırlanmışdır) fiziki kəmiyyətlər üçün istifadə ediləcək simvollar təsvir edilmişdir. Qızıl kitab (İngiliscə: Gold Book) adlı dördüncü bir kitabda isə kimyada istifadə olunan bir çox texniki terminlərin tərifləri və mahiyyəti qeyd edilmişdir. Bunlara oxşar olan xülasələr biokimya (IUBMB ilə əməkdaşlıq çərçivəsində yazılmışdır), analitik kimya və makromolekulyar kimya üçün də hazırlanmışdır. Xüsusi hallar üçün bu kitablar vaxtaşırı Pure and Applied Chemistry elmi jurnalında dərc edilmiş daha qısa tövsiyələrlə tamamlanır.
Islam
İslam (ərəb. الإسلام‎, əl-'islām), hərfi tərcümə: "Tanrının iradəsinə") — Quran və dinin banisi Məhəmmədin təlimlərinə əsaslanan ibrahimi monoteizm dinlərdən biri. Dünya üzrə təxminən 2 milyard sayda olan və xristianlardan sonra dünyanın ən böyük ikinci dini əhalisi olan İslam tərəfdarlarına müsəlman deyilir. == İslam dini == "İslam" adı, s-l-m (سلم) kökündən törəmişdir. Bu kökün ümumi olaraq qəbul edilən iki anlamı vardır: sülh (salam da bu kökdəndir); boyun əymək, itaət etmək (Allaha təslim olmaq). İslam tək olan Allaha (ərəb. الله‎) itaət etmək deməkdir. İslamın əsas ehkamı tövhid, nübuvvət və məaddır. Tövhid – Allahı ibadətə layiq olan yeganə haqq, məbud bilməkdir. Bu özündə həmçinin Allahın adil (ədalətli) olmasını ehtiva edir, yəni O, hər bir şeyi hikmət üzündən yaradır.
Kalaç
Kalaç — Rusiya Federasiyasında yerləşən şəhər, Voronej vilayətinə daxildir.
Qıllar
Saç və ya tük yaxud qıl — məməlilərin və onların əcdadlarının (terapsidlər) qoruyucu örtüyünün tərkib hissəsi. Filogenetik olaraq dəri örtüklərinin epidermisinin törəməsidir. Heyvanlarda tükdən hazırlanmış sıx örtük xəz və ya yun adlanır. Saçlar statik elektrik toplamaq imkanına malikdir. == Quruluşu == Saçın xarici örtüyü bir-birinin üstünə yığılan keratin pulcuqlardan yaranıb. Saçların görünən hissəsi sterjen adlanır. Dərinin altında qalan saçın hissəsi isə saç kökü (və ya saç soğanağı) adlanır. Soğanaq follikul adlanan tüklü torbayla əhatə olunmuşdur. Saç tipi follikulun formasından asılıdır: düz saçlar dəyirmi, azacıq qıvrım olan oval, buruq-buruq olan isə böyrəkvarı follikuldan artırlar. Hər tük üç qatdan ibarətdir.
Illit
Illit (kor. 아일릿; oxunuşu: ailit) — Cənubi Koreyadan olan qız qrupu. Qrup beş üzvdən ibarətdir — Yunah, Minju, Moka, Wonhee və Iroha. Onlar 25 mart 2024-cü ildə sensasiyalı ilk mini-albomları olan "Super Real Me" ilə musiqi səhnəsinə möhtəşəm bir giriş etdilər. == Yaranması == Illit 2023-cü ildə "Hybe Corporation" şirkətinin nəzdində fəaliyyət göstərən "Belift Lab" leyblının təşkil etdiyi "R U Next" adlı müsabiqə yolu ilə yaradılmışdır. JTBC telekanalının efirində yayımlanan bu müsabiqə yeni yaradılacaq qrupa üzv olacaq istedadlı qızları üzə çıxarmaq məqsədi daşıyırdı. Müsabiqədən sonra yekun üzvlər seçilmiş və Illit olaraq debüt etmişlər. Qrupun adı olan "I'll-It" ilk dəfə "R U Next?" müsabiqəsinin final bölümünün canlı yayımı zamanı ictimaiyyətə açıqlanıb.