Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İnstut
İnstitut müəyyən bir məqsəd üçün yaradılmış olan mütəşəkkil bir təşkilatdır. Onlar müntəzəm olaraq müəyyən bir mövzular üzrə tədqiqatlar aparmaq məqsədilə yaradılırlar. Bəzi ölkələrdə institutlar universitetlərin bir hissəsi də ola bilirlər. İnstitut sözü latınca Institute və ya institutum sözündən götürülmüşdür. Ümumiyyətlə, institutlar müəyyən mövzularda tədqiqatllar aparmaq üçün yaradılmış olan tədqiqat və ya ictimai təşkilatlardırlar (tədqiqat institutu və ya sosial institut). Onlar həmçinin də müəyyən bir peşə ilə bağlı və yaxud da peşəkar təşkilatlar da ola bilərlər.
Antep
Qaziantep — Türkiyənin Qaziantep ilinin inzibati mərkəzi.
I İntef
I İntef — Misirin birinci boşluq dövründə suveren olan on birinci sülalənin Tebendəki hakimidir. Məzarı Əl-Tarifdə yerləşir. I. İntef, öz sülaləsində firon ünvanına sahib olan ilk şəxsdir. "İki öləyə dinclik gətirən" mənasındakı Sehertawy ləqəbini qəbul etmişdir. I. Mentuhotep və I. Neferunun oğludur.
İntel i486DX2
İntel i486DX2 (= 80486DX2, 486DX2, 80486D/2, 486D/2, 80486D2, 486D2, D2) — 1992-ci ildə İntel firması tərəfindən bəzi i486DX mikroprosessorlarının daha məhsuldar yeniləşdirilməsi kimi buraxılmış mikroprosessor. i486DX2 ikiqat tezlikdən istifadə edir, yəni onun işləmə sürəti takt siqnalının tezliyinin iki dəfə artması hesabına ikiqat artıb. i486DX2’dən istifadə olunması sisteminin ümumi məhsuldarlığını artırır, lakin onu ikiqat artırmır, çünki tezliyin artması yalnız mikroprosessorun daxili əməliyyatlarında özünü göstərir, sistemin qalan hissələrinə təsir etmir. Məsələn, i486DX2’nin 50-MHs modelinin daxili tezliyi 50 MHs-dir, lakin kompüterin digər qurğuları 25 MHs tezliklə işləyir; Buna baxmayaraq, i486DX2 mikrosxeminin işində kənar effekt də mövcuddur: sürəti artdığından o, daha çox istilik verir; yüksək istilik ayrılması ilə bağlı mikroprosessorda zədələnmənin qarşısını almaq üçün kompüter istehsalçıları mikrosxemdə soyutma qurğusu (COOLER, HEAT SINK) quraşdırırlar. İntel i486DX2 İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İnter (dəqiqləşdirmə)
İnter Bakı — Azərbaycanın futbol klubu
İnter Arena
ASK Arena (keçmiş adı: Şəfa stadionu, İnter Arena) — Azərbaycanın paytaxtı Bakı şəhərində stadion. ASK Arena Heydər Əliyev prospekti, köndələn 5 ünvanında yerləşir. Meydançanın tutumu 8125 nəfərdir. Meydança süni ot örtüyü ilə döşənmişdir. Stadion əvvəllər "Termist" adlanan arenanın əsasında UEFA-nın ayırdığı vəsait hesabına 2000-ci ildə AFFA tərəfindən əsaslı şəkildə yenidən qurulub və yenidənqurma işləri 4 milyon 500 min dollara başa gəlmişdir. 2001-ci ildən istifadəyə verilən arena ilk olaraq "Şəfa" stadionu adlandırılıb. Arena öncədən milli komandaların təlim-məşq bazası üçün nəzərdə tutulmuşdu. Əsas meydançada milli çempionatın ilk dövrəsində Olimpik klubu ev oyunlarını keçirib. 2014-cü ildə stadion Bakının "İnter" klubuna 4 milyon 250 min manata satılmışdır. Federasiya bu addımını stadionu öz imkanları hesabına saxlaya bilməməsi ilə əsaslandırıb.
İnter Milan
İnternasional Milan FK (it. FC Internazionale Milano) — İtaliyanın Milan şəhərini təmsil edən peşəkar futbol klubu. 1908-ci ilin martın 9-da rəssam Corcio Mudjaninin rəhbərliyi altında Milan şəhərinin ikinci komandası - İnter təsis edilir. Klubun emblemini də Corcionun istəyi ilə yaradılıb. 1910-cu ildə ilk dəfə İtaliya çempionu olan İnter 1950-ci illərədək bir neçə dəfə qızıl medalları bayram edib. 1954-cü ildə İnterin “qızıl dövrü” başlayır. Ellenio Erreranın rəhbərliyi ilə klub iki dəfə Avropa Çempionları Kubokuna sahib olur, bir neçə dəfə ölkə çempionluğunu və kubokunu qazanıb. 1990-cı illərdə komanda ziddiyyətli dövrünü yaşayır. Bu illər kluba Covanni Trapattoni rəhbərlik edirdi. 1993–1994-cü illərdə klub yalnız bir xal sayəsində A seriyasında qala bilib.
Meri Elizabet Uinsted
Meri Elizabet Uinsted (ing. Mary Elizabeth Winstead; 28 noyabr 1984, Roki-Maunt[d], Şimali Karolina, ABŞ) — ABŞ aktrisası. O, "Passions" serialında ifa etdiyi Jessica Bennett rolu ilə tanınmağa başlayıb. 2004-cü ildə o, "Tru Calling" serialında, 2005-ci ildə isə superqəhrəman filmi "Sky High"da çəkilib. Onun şöhrəti qorxu serialı "Wolf Lake" ilə daha da artıb, aktrisa "Monster Island", "Təyinat nöqtəsi 3", "Black Christmas" və "Death Proof" kimi bir sıra filmdə rol alıb. Meri Elizabet Uinsted 28 noyabr 1984-cü ildə Şimali Karolina ştatının Roki-Maunt şəhərində dünyaya gəlib. Anası Betti Lou, atası isə Ceyms Ronald Uinsteddir. O, beş uşaqdan ən kiçiyidir. Babası aktrisa Ava Qardnerin xalası oğludur. Meri beş yaşında ikən ailəsi ilə birlikdə Yuta ştatının Sendi şəhərinə köçüb.
Meri Elizabet Vinsted

INSEE
INSEE (fr. codes Insee və ya codes INSEE) — Fransa Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutu (fr. Institut National de la Statistique et des Études Économiques) tərəfindən verilən rəqəmli və ya hərf-rəqəmli kod. INSEE tərəfindən Fransa kommunalarının coğrafi kodları müəyyən edilir. Məsələn, Mets şəhəri INSEE 57463 kodunu daşıyır. Burada, 57 — Mozel departamentinin nömrəsi, 463 isə Mets şəhərinin əlifba sırası ilə nömrəsidir. Fransada hər anadan olmuş adama 15 rəqəmli sosial sığorta nömrəsi verilir. Bu kodun izahı aşağıdakı kimidir.
Insta
Instagram (azərb. İnstaqram) — şəkil və qısa videoların paylaşıldığı sosial şəbəkə. Kevin Sistrom və Mayk Kriger tərəfindən qurulan Amerikan foto və video paylaşma sosial şəbəkə xidməti. 2012-ci ilin aprel ayında Facebook Inc xidməti təqribən 1 milyard ABŞ dollarına nağd pul və səhm şəklində əldə etdi. Tətbiq istifadəçilərə filtrlərlə redaktə edilə bilən və hashtaglar və coğrafi etiketləmə ilə təşkil edilə bilən media yükləməyə imkan verir. Yazılar açıq şəkildə və ya əvvəlcədən təsdiqlənmiş izləyicilərlə paylaşıla bilər. İstifadəçilər digər istifadəçilərin məzmununu teqlər və yerlər üzrə nəzərdən keçirə və trend olan məzmuna baxa bilərlər. İstifadəçilər fotoşəkilləri bəyənə və məzmunlarını şəxsi lentə əlavə etmək üçün digər istifadəçiləri izləyə bilərlər. Instagram əvvəlcə məzmunun yalnız o zamankı iPhone ekran eninə uyğun olması üçün 640 piksel ilə kvadrat (1:1) aspekt nisbətində çərçivəyə salınmasına icazə verməsi ilə fərqlənirdi. 2015-ci ildə bu məhdudiyyətlər 1080 pikselə qədər artırılaraq yüngülləşdirilib.
Intel
Intel Corporation və ya qısaca Intel — mərkəzi ofisi Santa-Klarada yerləşən Amerikan transmilli korporasiya və texnologiya şirkəti. O, gəlirlərinə görə dünyanın ən böyük yarımkeçirici çip istehsalçılarından biridir və əksər fərdi kompüterlərdə (PC) mövcud olan x86 seriyalı təlimat dəstlərinin tərtibatçılarından biridir. Intel 2007-ci ildən 2016-cı maliyyə ilinə qədər təxminən on il ərzində ümumi gəlirə görə ən böyük ABŞ korporasiyalarının 2020 Fortune 500 siyahısında 45-ci yeri tutub. Intel əksər kompüter sistemi istehsalçıları üçün mikroprosessorlar, həmçinin ana lövhə çipsetləri, şəbəkə interfeysi kontrolleriləri və inteqral sxemlər, fləş-yaddaş, qrafika çipləri, gömülü prosessorlar və kommunikasiya və hesablama ilə bağlı digər cihazlar istehsal edir. Intel (Integrated electronics) 18 iyul 1968-ci ildə yarımkeçirici qabaqcılları Qordon Mur (Mur qanununa görə), Robert Noys (1927–1990), Artur Rok (vençur kapitalisti) tərəfindən təsis edilib və Endryu Qrovun icraçı rəhbərliyi və baxışı ilə əlaqələndirilir. Intel Silikon vadisinin yüksək texnologiya mərkəzi kimi yüksəlişinin əsas komponenti idi. Noys inteqral sxemin (mikroçip) əsas ixtiraçısı idi. Intel 1981-ci ilə qədər biznesində əsas yeri tutan SRAM və DRAM yaddaş çiplərinin erkən tərtibatçısı idi. Şirkət 1971-ci ildə dünyanın ilk kommersiya mikroprosessor çipini yaratsa da, bu fərdi kompüterin uğuruna qədər onun əsas biznesinə çevrilməmişdi. 1990-cı illərdə Intel kompüter sənayesinin sürətlə böyüməsini təmin edən yeni mikroprosessor dizaynlarına böyük sərmayə qoydu.
İstək
İstək — yerinə yetirilməsi(başqası tərəfindən) arzu edilən şey. İstəyim yalnız iştə bir şəfqət; Bir təbəssümo hüsni-dilbərdən. H. Cavid. İstəyim xalqıma hər an ucalıqdır, ucalıq; Mənə yaddır qocalıq. S. Rüstəm. Sanki cavanlaşdıyüz il bədənim; Gözümdə qalmadı istəyim mənim. Z. Xəlil.
Primus inter pares
Primus inter pares (azərb. Bərabərlərin birincisi‎) ― eyni rütbə, vəzifə və ya mövqeyə sahib insanlar arasında ən üstün olanı göstərmək üçün istifadə olunan termin. Bu termin latınca eyni mənaya gələn Primus inter pares terminindən törəmişdir. Bu termin bu terminin aid olunduğu şəxsin texniki anlamda digərləri ilə bərabər mövqedə olduğunu, lakin digərləri tərəfindən xüsusi rola və ya avtoritetə layiq görüldüyünü bildirir. Bəzən, qrupun qeyri-rəsmi və ya gizli lideri mənasında da istifadə olunur. Günümüzdə İngilis Millətlər Cəmiyyətinin baş nazirləri, Avropa Komissiyasının rəhbərləri, Roma Katolik Kilsəsinin kardinalları və Şərqi Pravaslav Kilsəsinin patriarxları arasında iyerarxiyanı müəyyən etməkdə istifadə olunur. Bundan əlavə, Roma imperatorları tərəfindən xalqın gözündəki diktator görüntüsünü yox etmək üçün Princep (vətəndaşların birincisi) formasında istifadə olunmuşdur.
İnter Bakı FK
Şamaxı FK — Azərbaycanın Şamaxı şəhərini təmsil edən peşəkar futbol klubu. İkiqat Azərbaycan çempionu (2008 və 2010), və ikiqat Azərbaycan Kubokunun (2018 və 2021) qalibidir. 2023-2024 mövsümündə 1-ci Liqanın qalibi olaraq növbəti mövsümdə Preymer liqaya yüksəlib. 2004-cü ilə kimi Xəzər Universiteti, 2017-ci ilə kimi "İnter", 2022-ci ilə kimi isə "Keşlə" adı altında mübarizə aparıb. "Şamaxı" futbol komandasının tarixi 1997-ci ildən başlayır. Azərbaycanın özəl ali təhsil ocaqlarından olan Xəzər Universitetində həmin il eyniadlı komanda yaradılmış və həvəskarlar liqasının sırasına qoşulmuşdur. Növbəti mövsümdə də (1998/1999) "Xəzər Universiteti" Həvəskarlar liqasında oynamışdır. 1999/2000 mövsümündə isə "Xəzər Universiteti" Azərbaycan çempionatının güclülər dəstəsində oynamağa başlamışdır. Yüksək liqada debütü 11-ci yerlə nəticələnən komanda 2000/2001 mövsümündə 7-ci, 2001/2002 mövsümündə isə 3-cü yeri tutmuşdur. 2002/2003 mövsümünün ölkə birinciliyi keçirilməmişdir.
İnter Bakı PİK

İnter Bratislava FK
İnter (Bratislava) — Slovakiyanın futbol klubu 1940-cı ildə yaradılıb. 8 dəfə Avropa kuboklarında iştirak edib.
İnter Milan FK
İnternasional Milan FK (it. FC Internazionale Milano) — İtaliyanın Milan şəhərini təmsil edən peşəkar futbol klubu. 1908-ci ilin martın 9-da rəssam Corcio Mudjaninin rəhbərliyi altında Milan şəhərinin ikinci komandası - İnter təsis edilir. Klubun emblemini də Corcionun istəyi ilə yaradılıb. 1910-cu ildə ilk dəfə İtaliya çempionu olan İnter 1950-ci illərədək bir neçə dəfə qızıl medalları bayram edib. 1954-cü ildə İnterin “qızıl dövrü” başlayır. Ellenio Erreranın rəhbərliyi ilə klub iki dəfə Avropa Çempionları Kubokuna sahib olur, bir neçə dəfə ölkə çempionluğunu və kubokunu qazanıb. 1990-cı illərdə komanda ziddiyyətli dövrünü yaşayır. Bu illər kluba Covanni Trapattoni rəhbərlik edirdi. 1993–1994-cü illərdə klub yalnız bir xal sayəsində A seriyasında qala bilib.
İnter Turku FK
İnter (tam adı: Football Club International Turku) — Finlandiyada futbol klubu. 1990-cı ildə yaradılmışdır. Birlik Kuboku 2009-un qrup mərhələsində İnter Bakı komandasına 1:3 hesabı ilə məğlub olmuşdur.
İnter Zapreşiç FK
İnter (Zapresic) — Xorvatiyanın futbol klubu 1929-cu ildə yaradılıb. 1 dəfə Avropa kuboklarında iştirak edib. Xorvatiya Kuboku Qalib (1): 1992.
İnter Mayami FK
İnter Mayami FK (ing. Inter Miami CF) — Florida ştatının Mayami şəhərində yerləşən Amerika peşəkar futbol klubu. O, 2020-ci ildən ABŞ və Kanadanın ən yüksək futbol liqası olan MLS-də oynayır. Klub Devid Bekhemin rəhbərlik etdiyi Mayami Bekhem Yunayted investor qrupuna məxsusdur. 2023-cü ilin yayından dünya şöhrətli futbolçu Lionel Messinin bu futbol klubuna daxil olmasından sonra klubun reytinqti kəskin şəkildə artıb. 2.
İnter Xaçmaz FK
İnter FK - və ya rəsmi şəkildə İnter Xaçmaz Futbol Klubu. 2018-ci ildə Xaçmazda qurulan qadın futbol klubudur. Klub 2023/2024-cü il futbol mövsümündə "Qızlar Yüksək Dəstəsi"ndə mübarizəyə davam edir. İnter Futbol Klubu 2018-ci ildə yaradıldı. İlk adı "Üçgün" olub. Qızların futbola olan marağı Xaçmazda klubun "Yüsək Qızlar Liqasıda" fəaliyyətinə təkan verdi. Mart 2023 - 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bosniya və Herseqovinada keçirəcək oyunlar üçün Xaçmaz təmsilçisinin 4 futbolçusu da dəvət olunmuşdur.
Ayşə Şekibe İnsel
Ayşə Şekibe İnsel (1886, Konstantinopol – 29 mart 1970) — türk fermer və siyasətçi, Türkiyə Böyük Millət Məclisinin ilk 18 qadın millət vəkilindən (deputat) biri. O, TBMM-nin 5-ci çağırışında Bursa seçki dairəsinin millət vəkili kimi fəaliyyət göstərib. Ayşə Şekibe İnsel 1886-cı ildə İstanbulda, Şekib bəy ilə Fatma Şefika xanımın ailəsində anadan olub. O, gənclik illərini İstanbulda keçirib, İstanbul qız peşə məktəbində və İstanbul alman liseyində oxuyub. İnsel 1905-ci ildə Mehmet Kəmaləttin bəylə evlənmiş və bu evlilikdən bir oğlu olmuşdur. Onun evlilik soyadı Akkavuk olduğu üçün mənbələrdə ona bu soyad ilə də istinad edilir. Şekibe orta təhsilinə görə və oğlunun təhsili ilə əlaqədar bir müddət Almaniyada qaldığı üçün alman dilini bilirdi. 1932-ci ildə İnselin əri vəfat etmiş və o, bir müddət Bursa ilinin İnegöl ilçəsinin İsaören kəndində məskunlaşaraq burada ailələsinə məxsus fermanı idarə etmişdir. Ayşə Şekibe İnsel 29 mart 1970-ci ildə vəfat etmişdir. 1934-cü ildə qəbul edilmiş qanunla Türkiyədə qadınların seçki hüququ tanınmış və bununla da türk qadınlarına parlamentə seçmək və seçilmək hüququ verilmişdir.
İste (albom)
İste – Mustafa Sandal-ın 2004-cü ildə çıxardığı albomdur. "İste" albomu Türkiyəyə məxsus "Erol Köse Production" leyblı tərəfindən istehsal edilmişdir. Alboma məxsus "İsyankar" mahnısına klip çəkilmiş və bir müddət sonra oriental remiks formasında, daha bir klip də çəkilmişdir. Həmçinin, "Kavrulduk" və remiks formasında olan "All My Life" mahnılarına da klip çəkilmişdir.
İntel core i ailəsi
İntel hd graphics 2000
İntel quickpath interconnect texnologiyası
Intel QuickPath Interconnect ya da yalnız QuickPath, qısa şəkildə QPI (daha əvvəl Ortaq Sistem Interface, CSI) — Intel tərəfindən inkişaf etdirilən prosessor və yonqu seti arasındakı sıralı keş tutarlı məlumat yolu növü ilə nöqtədən nöqtəyə əlaqələndirilir. QPI AMD avtobusu HyperTransport liderliyindəki bir konsorsium tərəfindən daha əvvəl inkişaf etdirilənlərə cavab olaraq yaradıldı . QuickPath CPU və anakart şimal körpüsü arasındakı ünsiyyətdə olan köhnədən istifadə edilmiş şinlər Front Side Busın yerinə quruldu. QuickPath interfeysi ilə ilk prosessorlar 2008-ci ildə bazara buraxıldı. 2010-cu ilin başında, xarici interfeys QuickPath yalnız soket üçün nüvə LGA 1366 ilə ardıcıl Xeon prosessorlar və Core i7 yeni nəsil Itanium (TUKWILA nüvə) istifadə edildi . Şimal və cənub körpüləri arasındakı ünsiyyət üçün DMI istifadə edilən soket LGA 1366dir . Bu chipset tək-tək prosessorlu konfiqurasiya dəstəkləyir və şimal körpü funksiyasını prosessor özü (və bu səbəbdən Şimal Körpüsü avtobus DMI istifadə analoq prosessor ilə ünsiyyət qurmaq üçün)edirdi. Ancaq, LGA 1156 prosessor nüvəsi və inteqrasiya PCIe veriyolu üzərindən inteqrasiya nəzarətçi arasındakı əlaqə QuickPath içində gedirdi . Hər mürəkkəb QuickPath veriyolu fiziki olaraq kabellər 20 diferensial cütlükləri olaraq tətbiq olunur , hər biri, tək tərəfli bir kanal, bir cüt meydana gəlirlər. Məlumat paketlərinə (Datagram) göndərilir.
Intel 4004
Intel 4004 – fərdi kompyuterlərdə "beyn" adlanan, riyazi və məntiqi əməliyyatları yerinə yetirən qorğu. 1971-ci ilin 15 noyabrda dünyada ilk dəfə olaraq Intel özünün i4004 mikroprosessorunun kütləvi istehsalına başladı. Beləliklə tamamilə yeni yarımkeçirici qurğu olan mikroprosessorların inkişafının əsası qoyuldu. i4004 mikroprosessoru 4 bitli idi və 2300 tranzistor üzərində qurulmuşdu. O, 750 kHs takt tezliyi, 10,8 mks əmr dövrü üzunluğu ilə işləyirdi. i4004 cəmi 16 ayaqlı plastmas və ya metal-keramik korpus içərisində yerləşdirilmişdi. Bu mikroprosessorun əmr sistemini 46 təlimat təşkil edirdi və funksional tərkibinə görə onlar kifayət qədər universal idi. Bu, prosessorun tətbiq sahəsini xeyli genişləndirdi. Bununla yanaşı prosessorun əmr sistemi məlumatlar üzərində VƏ (AND), VƏYA (OR) kimi məntiqi əməliyyatları həyata keçirmək üçün təlimatlara malik deyildi. Bu əməliyyatları aparmaq üçün xüsusi alt proqramlardan istifadə olunması nəzərdə tutulurdu, bu da proqram təminatını xeyli mürəkkəbləşdirirdi.
Intel 486SL
Intel486SL(en. Intel486SL) — pi486DX mikroprosessorunun az enerji sərf edən və əsasən fərdi kompüterlərdə istifadə edilmək üçün nəzərdə tutulmuş modifikasiyası. i486DX’in xarakteristikalardan əlavə i486SL’də işçi gərginlik 3.3 V-dur (i486DX’də 5 V), 3.3 V və ya 5 V’luk RAM modulları və ISA adapterləri ilə, kölgə (shadow) yaddaş ilə işləyə bilir və xüsusi sistemin idarəedilməsi rejiminə (System Management Mode, SMM) malikdir. Intel şirkətinin SMM terminin ifadə etdiyi texnologiya mikroprosessora imkan verir ki, sistem məşğul olmadıqda və ya mərkəzi prosessorun intensiv istifadəsinin gərəkli olmadığı işi gördükdə sistemin bəzi komponentlərinin işini ləngitsin və ya dayandırsın və beləliklə, qurğuların xidmət müddətini uzatsın. Tut: i486DX, SHADOW MEMORY. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Intel 80486SL

Intel 8080
Intel 8080 — 1974-cü il aprelin 1-də Intel tərəfindən təqdim edilən mikroprosessor. Əvvəlki İntel 8008 dizaynın təkmilləşdirilmiş variantı idi. Prosessor 8 bit (A, B, C, D, E, H, və L) registerə sahib idi.
Intel Architecture
IA-32 (Intel Architecture-32) — Intel şirkətinin 32-mərtəbəli arxitekturaya malik 80386, 80486, Pentium, Pentium Pro, Pentium II, Celeron və Xeon mikroprosessorlarının ümumi işarəsi. Bu arxitekturanın bir sıra çatışmazlıqları Intel’i yeni IA-64 arxitekturasını işləyib hazırlamağa məcbur etdi. IA-64(Intel Architecture-64)– Intel şirkətinin 64-mərtəbəli arxitekturaya malik Merced, Itanium tipli prosessorlarının ümumi işarəsi. 1994-cü ildən Hewlett-Packard şirkətinin fəal iştirakı ilə işlənib hazırlanıb. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Intel mikroprosessorları
İntel mikroprosessorlarının siyahısı — Intel şirkətinin istehsal etdiyi mikroprosessorlar. Список всех микропроцессоров Intel на ark.intel.com (англ.) Музей Intel: История микропроцессора (англ.) Сравнение производительности мобильных процессоров (англ.) Современные процессоры Intel: 2-е полугодие 2009. Энциклопедия.
Intel çipsetləri
İntel çipsetləri — LX çipsetləri-66 MHz tezliyində olur və soket370və slot1 prosessorlarını dəstəkləyir. 3DİMM slota malikdirlərvə maksimum 768MB SDRAM dəstəkləyir. Qiymət olaraq başqa çipsetlərə görə daha ucuzdur. ZX çipsetləri-həm 66 MHz, həm də 100 MHz tezlikdə işləyir. Celeron, PentiumII və PentiumIII prosessorları dəstəkləyir. 2DİMM slotu var və 512MB SDRAM-ı dəstəkləyir. Qiymət olaraq LX çipsetindən daha baha ancaq Bx çipsetindən daha ucuzdur. BX çipsetləri-66 MHz və 100 MHz tezlikdə işləyir. Celeron. Pentium II və Pentium III prosessorlarını dəstəkləyir.
Inter Rail
Inter Rail və ya Inter-Rail — müəyyən bir müddət üçün əhatə etdiyi ölkələrdə 2-ci sinif səviyyəli bütün qatarlarla ödəniş etmədən minmə imkanını təmin edən xüsusi bir qatar bileti. Aprel 2007 tarixinə qədər regional bilet tətbiqi varkən, bu sistem yerini Global (Qlobal) ve tək ölkə şəklində iki növdə buraxmışdır. Inter Rail biletlərini ala bilmək üçün, nəzərdə tutulmuş ölkələrin birində və ya qonşu bir ölkədə ən az 6 ay yaşamış olmaq şərti vardır. Inter Rail biletlərini ala bilmək üçün, nəzərdə tutulmuş ölkələrin birində və ya qonşu bir ölkədə ən az 6 ay yaşamış olmaq şərti vardır. Bilet, istifadəçinin öz ölkəsindəki səyahətlərdə etibarsızdır. Inter Rail bileti, bəzi razılaşmalı dənizyolu və dəmiryolu parkurlarından müxtəlif nisbətlərdə endirim təmin etməkdədir. Azərbaycanın sərhəd qonşusu Türkiyədə Inter Rail biletləri, Ankara və İstanbul (Sirkeci) TCDD gar müdürlüklərində və müxtəlif səyahət agentliklərində satılmaqdadır. Biletlər 26 yaşından böyüklər üçün daha bahalıdır. Qiymətlər ölkəyə və səfərin müddətinə görə də dəyişməkdədir. Global bilet alan istifadəçinin yaşadığı ölkə xaric Inter Rail üzrə bütün bölgələrdə etibarlıdır.
İSTƏK liseyi
İstək liseyi — I-XI sinif şagirdlərinə Azərbaycan və Beynəlxalq bölmələr üzrə təhsil xidməti göstərmiş ümumtəhsil müəssisəsidir. İSTƏK liseyi təsisçisinin 05.07.2018-ci il tarixli qərarına əsasən İSTƏK liseyi təhsil müəssisəsi kimi fəaliyyətini dayandırmışdır. 2014-cü ildə təsis olunan lisey Azərbaycan Respublikası Təhsil Nazirliyinin 074503 №-li lisenziyası əsasında Bakı (İSTƏK Beynəlxalq məktəbi, İstək ibtidai beynəlxalq məktəbi, Xalqlar Dostluğu və Gənclik), Sumqayıt, Quba, Şirvan, Lənkəran, Ağdaş, Mingəçevir, Gəncə və Şəki şəhərlərində fəaliyyət göstərir. Təhsil prosesində dövlət təhsil standartları və beynəlxalq proqramları birgə tətbiq edən İstək liseyi milli dəyərlərə sədaqətlə şagirdlərin dövrün tələblərinə uyğun bilik və bacarıqlara sahib olmasına imkan yaradır. İstək liseyinin Bakı şəhərinin Nərimanov metro stansiyasının yaxınlığında yerləşən kampusu beynəlxalq təhsil proqramları, maddi – texniki bazası, dünya şöhrətli ali məktəblərə qəbul və beynəlxalq olimpiadalarda nəticələri ilə dünya təhsilini hamı üçün əlçatan edir. Binası, üstün texnologiyaları, beynəlxalq proqramları ilə liseyin şagirdləri fənləri xarici dillərdə mənimsəyərək bütün dünyada tanınan beynəlxalq sertifikat əldə edə bilirlər. Liseyin maddi-texniki bazası liseydə 20-dən artıq növ üzrə sosial fəaliyyət proqramlarının həyata keçirilməsi, şagirdlərin dərəcə və olimpiada siniflərində xüsusi hazırlıq keçməsi, təbiət elmləri və kompüter laboratoriyaları ilə biliklərini bacarıqlara çevirməsinə imkan verir. Liseydə Beynəlxalq bölmə üzrə qız və oğlan şagirdlər I-VI sinifdən 20 nəfərdən ibarət siniflərdə təhsil alırlar. Hər il beynəlxalq proqramlara və xaricdə təhsilə maraq göstərən yüzlərlə şagird və valideynin seçimi olan İstək Beynəlxalq məktəbi şagirdlərin milli dəyərlərə sadiq, yüksək təhsilli, dövrün tələblərinə uyğun bilik və bacarıqlara sahib şəxsiyyət kimi yetişməsi üçün şərait yaradır. İstək oyunları hər il liseyin şagirdləri arasında keçirilən ümumlisey spartakiadasıdır.
Cinsi istək
Cinsi həvəs — cinsi obyektlərə və ya fəaliyyətlərə maraq, ya da cinsi obyektləri axtarmaq və ya cinsi fəaliyyətlə məşğul olmaq həvəsi ilə xarakterizə olunan emosiya və motivasiya vəziyyəti. Bu, növün çoxalmasına yönəlmiş bioloji instinktlər əsasında yaranan istək və onlarla bağlı duyğu və həyəcan kompleksidir. Buraya xromosomlann genetik dəsti, beyinin diensefalit şöbəsi, daxili sekresiya vəzilərinin inkişafı və fərdi psixo-sosial təcrübənin formalaşması ilə bağlı olan cinsi əlaqəyə meyl daxildir. Avstriya psixoloqu, psixiatrl və nevropatoloqu Ziqmund Freyd cinsi həvəs anlayışını ifadə edən "libido sexualis" terminini təklif etmişdir. Cinsi həvəs əsasən şərtsiz reflekslərlə tərənnüm olunan təbii instinktdir və nəslin davam etdirilməsinə yönəlmişdir. Cinsi əlaqə zamanı həzzalma bu instinktin güclənməsi üçün təbii xüsusiyyətdir. Bioloji cəhətdən cinsi həvəs-in gücü və davamlılığı androgen hormonların, xüsusən də kişi və qadında böyrəküstü vəzilərdən, kişidə toxumluqlardan, qadında yumurtalıqlardan qana ifraz edilən testesteronun miqdarından asılıdır. “cinsi həvəs” məfhumu heyvanlarda çoxalma və cütləşmə ilə bağlı bir sıra davranış komplekslərini özündə əks etdirir. Dişi heyvanın yumurtalığındakı yumurtalar yetişmiş, özləri isə mayalanmaya hazır olduqları zaman erkəklə yaxınlıq axtarırlar. Heyvanlarda cinsi həvəs və bunun nəticəsi olan cütləşmənin yeganə məqsədi yetişmiş yumurtaların mayalanmasıdır.
Seksual istək

Intel Core
Intel Core — Intel şirkəti tərəfindən yaradılan mərkəzi prosessor (ing. CPUs) seriyasıdır. Bu prosessorlar orta təbəqəli istehlakçılar, iş stansiyaları kimi güclü və adi kompüterlər üçün nəzərdə tutulub və Pentium prosessorlarının yerini tutub. Core prosessorlarının eyni və ya daha güclü versiyaları server və iş stansiyaları bazarları üçün Xeon prosessorları adı altında satılır. Core prosessorlarının sırasına Intel Core i3, Intel Core i5, Intel Core i7 və Intel Core i9, X seriyalı Intel Core prosessorları daxildir. Intel 2023-cü ildə prosessorlarından "i" ləqəbini çıxaracağını və onu "Core 3/5/7/9" edəcəyini elan etdi. Şirkət yüksək səviyyəli prosessorlar üçün də "Ultra" brendini təqdim edəcək. Intel Core heç bir daxili ardıcıllıq və ya davamlılıq vəd etməyən bir marka olsa da, bu ailənin prosessorları, əksər hallarda oxşardır. Mobil cihazlar üçün olan Core Solo və Core Duo Yonah prosessorları ilk məhsullar olub Pentium M dizayn ağacına aiddir. Bu prosessorlar 2006-cı ilin yanvarında 65 nm texnologiyası ilə istehsal olunub və satışa çıxarılıb.
One Step Closer
One Step Closer, Linkin Park tərəfindən 2001-ci ildə satışa çıxarılan sinqldır. Mahnı çox rəğbət gördü və 2001-ci ilin rok marşı adlandırıldı. One Step Closer-in klibi qrubun üzvü Co Hanın prodüserliyi ilə hazırlanmışdır. Klip Los-Ancelesdə subway tunelində 19 metr dərinlikdə çəkilmişdir. Çox Linkin Park azarkeşlərinə görə mahnı Linkin Park-ın indiyə kimi çıxmış ən yaxşı mahnısıdır. Amerika mahnı siyahılarından olan Billboard 100-də 75-ci sıranı tutub.
Hilmi Cem İntəpə
Hilmi Cem İntəpə (türk. Hilmi Cem İntepe; 19 may 1992, Muğla ili) — Türkiyə aktyoru.
2017-18 İnter Bakı PİK mövsümü
2017-18 İnter Bakı PİK mövsümü — Azərbaycanın top klublarından olan İnter Bakı klubunun Azərbaycan Premyer Liqasında 17-ci, Zaur Svanadzenin rəhbərliyi altında isə 3-cü mövsümüdür. 21 İyun 2017 tarixində yenilənib Son yeniləmə: 29 Aprel 2017.