Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İstiyar (Heris)
İstiyar (fars. استيار‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 266 nəfər yaşayır (55 ailə).
İsaiya
Yuşə və ya Yeşua (q.yəh. יְהוֹשֻׁעַ בִּן נוּן‎, Yexoşua bin-Nun; süry. ܝܫܘܥ ܒܪ ܢܘܢ,Yəşu bar Non; mənası – "Yahve xilas edir"), xristianlıqda İisus Navin, İsus Navin və ya Yisus Navin (yun. Ἰησοῦς; lat. Iosue), Qafqaz albanlarına görə Esu, islamda Yuşa ibn Nun (ərəb. يُوشَعُ ٱبْنُ نُونٍ‎, Yuşə ibn Nun) — Çıxış və Saylar kitablarında Musanın köməkçisi kimi fəaliyyət göstərmiş, daha sonra Yəhudi Bibliyasının Yuşənin kitabında Musadan sonra İsrail qəbilələrinin başçısı olmuşdur. Bibliyada verilən məlumata görə, o, Çıxışdan əvvəl Misirdə anadan olmuşdur. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Coogan, Michael D. A Brief Introduction to the Old Testament. Oxford: University Press. 2009.
Aşıq İxtiyar
Aşıq İxtiyar — Naxçıvan aşıqlarından və sazbəndlərindən biridir. == Aşığın həyat və yaradıcılığı == Seyidov İxtiyar Mircəfər oğlu tanınmış Naxçıvanın aşıqlarından və sazəndələrindəndir. O, uzun müddət Naxçıvan Aşıqlar Birliyinin sədri olmuşdur. Aşıq İxtiyar 18 dekabr 1966-cı ildə Naxçıvanın Şahbuz rayonunun Kükü kəndində ziyalı iləsində doğulmuşdur. Orta məktəbdə oxuduğu illərdə saz sənətinə xüsusi həvəs göstərmiş, bu həvəs onu musiqi alətləri düzəltməyə, onların tarixi ilə maraqlanmağa sövq etmişdir. Aşıq İxtiyar 1984-cü ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə getmiş, 1987-ci ildə hərbi xidmətini bitirmişdir. Daha sonra Naxçıvan Politexnik Texnikumuna daxil olmuş, 1989-cu ildə texnikumu bitirmişdir. Aşıq İxtiyar hərbi xidmətdən qayıtdıqdan sonra saz aləti düzəltməklə məşğul olmuş və Naxçıvan MR Estetik Tərbiyə Mərkəzində saz ixtisası üzrə müəllim işləmişdir. Bu illərdə Aşıq İxtiyar qədim musiqi alətləri düzəltmək sahəsində mükəmməl sənətkar kimi tanınmış və Naxçıvanda onun “Əl işlərinin sərgisi” təşkil edilmişdir. Qədim musiqi alətləri, o cümlədən saz aləti düzəltmək sahəsindıki bacarıq və istedadına görə Aşıq İxtiyar mükafata layiq görülmüşdür.
Emil İsmiyev
Emil Elman oğlu İsmiyev (d. 7 avqust 2001; Ağdaş – ö. 9 oktyabr 2020; Cəbrayıl) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi. == Həyatı == Emil İsmiyev 7 avqust 2001-ci ildə Ağdaş şəhərində anadan olmuşdur. Ağdaş şəhər 7 saylı tam orta məktəbdə təhsil almışdır. == Hərbi xidməti == Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, oktyabrın 9-da Cəbrayılın azad edilməsində həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil İsmiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Estiyar (Təbriz)
Estiyar (fars. استيار‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 508 nəfər yaşayır (89 ailə).
Teymur İsmiyev
Teymur Əlibaba oğlu İsmiyev — Azərbaycan Respublikasının əməkdar hüquqşünası,Böyük Vətən Müharibəsinin veteranı, vəkil, hüquq doktoru. == Həyatı == Teymur İsmiyev 7 iyul 1922-ci ildə Kürdəmir şəhərində anadan olub. İbtidai təhsilini şəhərin orta məktəbində alıb. 1941-ci ildə məktəbi bitirdikdən sonra yerli hərbi qeydiyyat komissarlığına könüllü olaraq müraciət edir və Bakı şəhərində yerləşən Baki Hərbi Piyada Məktəbinə göndərillir. 1942-ci ilin iyun ayında məktəbi leytenant rütbəsi ilə bitirdikdən sonra 1341 Atıcı alayının "PTR" (319-cu Piyada Diviziyası.) atıcı taqımının komandiri təyin edilir. 31 iyul 1942-ci ildə baş leytenant rütbəsini alaraq, qərargahı Qroznıda yerləşən 44-cü orduya göndərilir və burada 320-ci Atıcı Diviziyasının "PTR" 481-ci atıcı alayının komandiri təyin edilir. 5 iyul 1943-cü ildə Kursk almanlar tərəfindən hücuma məruz qalır. Yaranan Kursk istiqamətindəki döyüşlərdə Teymur Ismiyev də iştirak etmişdir. Döyüşlər zamanı qolundan ağır güllə yarası alır. Əməliyyat olunduqdan sonra Azərbaycana geri göndərilir və xəstəxanaya yerləşdirilir.
İlqar İxtiyar
İxtiyar İlqar oğlu Əliyev (6 iyul 1994; Goranboy rayonu, Azərbaycan — 6 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İxtiyar Əliyev 1994-cü il iyulun 6-da Goranboy rayonunun Goranlı kəndində anadan olub. Ailəli idi. Qardaşı Əliyev Bəxtiyar İlqar oğlu İkinci Qarabağ müharibəsi qazisidir. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan İxtiyar Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər Əlahiddə Kəşfiyyat Taborunun heyətində Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İxtiyar Əliyev oktyabrın 6-da Ağdərə istiqamətində "951" zirvəsi uğrunda gedən döyüşlərdə şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itgin düşən hərbi qulluqçu hesab olunub. Onun nəşinin tapılıb ailəsinə məlumat verilməsi üçün zəruri tədbirlər görülüb. İtkin düşməsindən 1 il sonra, 2021-ci il oktyabrın 13-də Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, itkin düşmüş hərbi qulluqçu – gizir Əliyev İxtiyar İlqar oğlunun meyiti tapılaraq şəxsiyyəti müəyyən edilib.
İsmixan Didərgin
İsmixan Didərgin (tam adı:Məmmədov İsmixan Müseyib oğlu; 25 aprel 1933, Ağkilsə, Basarkeçər rayonu – 5 iyun 1994, Bayan, Daşkəsən rayonu) — Azərbaycan şairi, jurnalist, müəllim. == Həyatı == İsmixan Didərgin 25 aprel 1933-cü ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. 6 yaşından atadan yetim qalıb. Uşaqlıq və gənclik illərində ağır zəhmətə qatlanmalı olmuşdur. İbtidai təhsilini öz doğma kəndində, orta təhsilini qonşu Zod kəndində almışdır. Gənc yaşlarından şer yazmağa başlamışdır. 1957-1962-cı illərdə Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsində oxumuşdur. Doğulduğu Ağkilsə kənd orta məktəbində müəllim kimi əmək fəaliyyətinə başlamışdır. 1965-1970-ci illərdə Basarkeçər rayonununda çıxan "Bolluq uğrunda" qəzetində işləmişdir. 1970-1988-ci illərdə Ağkilsə kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləmişdir.
İsmixan Mətiyev
İsmixan Mətiyev (Mətiyev ismixan İslam oğlu; 25 iyul 1973, Kirs, Qafan rayonu, Ermənistan SSR) — Azərbaycan Tibb Universıtetinin travmatologiya və ortopediya kafedrası və Tədris Cərrahıyyə klinikasında həkim == Həyatı == İsmixan Mətiyev 25 iyul 1973-cü ildə Zəngəzur mahalında, indi Ermənistan adlanan Qərbi Azərbaycanın Qafan rayonunun Kirs kəndində anadan olub. 1980-cü ildə Kirs kənd 4 illik məktəbinə qəbul edilib. Orta təhsili Kurud kənd orta məktəbində davam etdirib. 1988-ci ildə məlim hadisələrlə əlaqədar olaraq təhsilini Bakı şəhəri 281 saylı orta məktəbdə davam etdirib. 1998-ci ildə Azərbaycan Tibb Universitetinin 1-ci Müalicə-profilaktika fakultəsini bitirib. 1998-1999-cu illərdə internatura keçib. 2000-2003-cü illərdə ATU Travmatologıya ve Ortopedıya kafedrasında əyani aspirantura təhsili alıb. == Fəaliyyəti == 2005-2007-ci illərdə Azərbaycan ordusunda həkim-travmatoloq kimi həqiqi hərbi xidmətdə olub. 2007-cı ildə Travmatologiya və Ortopediya ixtisası üzrə tibb elmləri namizədi alimlik dərəcəsini müdafiə edib Bud-çanaq və diz oynqlarının endoprotezləşdirilməsi üzrə dəfələrlə Türkiyə Respublikasında, həmçinin İtaliya, Avstriya, Hindistan, ABŞ, Gürcüstan Respublikasında yüksək ixtsasartırma kursları ve praktiki təcrübə keçib. İdman travmatolgiyası üzrə Hacettepe Universitetində ixtisasartırma kursunda olub.
İsmixan Rəhimov
İsmixan Rəhimov — tərcüməçi, dilçi alim, f.e.n.dos., antisovet "İldırım" təşkilatının qurucularından biri. == Həyatı == İsmixan Məmməd oğlu Rəhimov 1925-ci il sentyabr ayının 18-i Bakı şəhərində anadan olub. Atası Şahverdiyev Əlibəndə ticarətlə məşqul idi. Anası Rəhimova Gövhər mülkədar ailəsində göz açmış və ailənin yeganə qızı olmuşdur. Bu səbəbdən atası Məhəmməd ilk üç nəvəsini özünə oğulluğa götürmüşdür. 1931-ci ildə Bakı şəhərində orta məktəbə daxil olmuşdur. 1937-ci ildə, İsmixanın 11 yaşı olarkan onun atası işğalçı rejim tərəfindən həbs edilmiş və bir daha geri dönməmişdir. Məktəbi vaxtından bir il tez və yüksək qiymətlərlə bitirən İsmixan Rəhimov 1941-ci ildə Xarici Dillər İnstitutuna qəbul olmuş və o vaxt müharibə ilə əlaqədar Peterburq şəhərindən Bakıya köçürülmüş Xarici Dillər İnstitutunun müəllim heyətindən dərs almışdır. 1943-cü ildə təhsilini fərqlənmə diplomu ilə bitirmiş daha sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə qəbul olmuş və burada təhsil alarkən Azərbaycan Tibb İnstitutuna qəbul olmuşdur. Aspiranturaya qəbul edilməsi ilə əlaqədar tibbi təhsilini dayandırmışdır.
İsmixan Yusubov
İsmixan Məhəmməd oğlu Yusubov — Azərbaycanlı riyaziyyatçı alim, yazıçı-publisist. == Həyatı == 1945-ci ildə Azərbaycanın Qazax (indiki Ağstafa) rayonunun Poylu kəndində anadan olmuşdur. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. Moskva şəhərində 1964-1967-ci illəri arasında keçən üç illik hərbi xidmət sonrası 1970-ci ilində universitetdən məzun olmuş və bir il Cəlilabad şəhərində riyaziyyat və fizika müəllimi işləmişdir. Azərbaycan Dövlət Universitetində (daha sonra Bakı Dövlət Universitetində) aspirant olmuş (1971), assistent (1974), baş müəllim (1981) və dosent (1989) vəzifələrində işləmiş, orada da namizədlik dissertasiyasını (1983) müdafiə etmişdir. 1993-2012-ci illərdə Türkiyənin universitetlərində (Kocaeli, Sakarya), 2012-2014-cü illərdə yenidən Bakı Dövlət Universiteti Mexanika-riyaziyyat fakültəsinin Cəbr və həndəsə kafedrasında işləmişdir. == Yaradıcılığı == İsmixan Yusubov 100-dən çox elmi məqalə, metodiki vəsait və kitabın müəllifidir. Elmi işinin mövzusu "Operatorların və normalı cəbr elementlərinin ədədi oblastı nəzəriyyəsi haqqında" ("К теории числовой области операторов и элементов нормированных алгебр") olmuşdur. M.Q.Pənahovla birlikdə 1991-ci ildə "Ehtimal nəzəriyyəsinin elementləri" (1-ci və 2-ci hissə), "Riyazi fizika tənlikləri üçün qoyulan tipik məsələlərin həllinə dair metodik göstəriş" adlı tədris vəsaitləri çap olunmuşdur. Sakarya universitetində işlədiyi zaman M.Q.Pənahov ilə birlikdə yazmış olduğu “Leneer Cebir ve sonlu boyutlu lineer operatorlar teorisinin elemanları” adlı kiabı İstanbulda üç dəfə (2004, 2006, 2009) nəşr olunmuşdur və hazırda ondan Türkiyə universietlərində dərslik kimi isifadə olunur.
İxtiyar Bəxtiyarlı
İxtiyar Bəxtiyarlı — kimyaçı, kimya elmləri doktoru, professor. == Həyatı == İxtiyar Bəhram oğlu Bəxtiyarlı 17 iyun 1949-cu ildə Ağdamda anadan olmuşdur. O, 1966-cı ildə Ağdam 5 saylı orta məktəbi, 1972-ci ildə Azərbaycan Pedaqoji Universitetinin (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti)Kimya fakültəsini bitirmişdir. Ali təhsilini başa vurduqdan sonra İxtiyar Bəxtiyarlı üç il Cəlilabad rayonunun Allar kənd orta məktəbində ixtisası üzrə müəllim işləmişdir.İxtiyar Bəxtiyarlı 1975-ci ildə Azərbaycan EA Qeyri-üzvi və fiziki-kimya İnstitutunda aspiranturanın əyani şöbəsinə daxil olmuş­dur. O, 2303.01 - Qeyri-üzvi kimya ixtisası üzrə 1980-cı ildə “Nadir torpaq elementlərinin oksitio­qallatlarının və -indatlarının sintezi və fiziki-kim­yəvi tədqiqi” mövzusunda namizədlik, 1995-ci ildə isə “Lantano­idlərin mü­rəkkəb oksi­sulfidlərinin əmələ gəl­məsinin və faza çevrilmələrinin qu­ru­luş-kimyəvi əsasları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Aspirantura müddəti qurtardıqdan sonra İ.Bəxtiyarlı fasiləsiz olaraq həmin institutda işləmiş və kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi vəzifələrində çalışmışdır. 1988-ci ildə İ.Bəxtiyarlı “Qeyri-üzvi kimya” ixtisası üzrə “Böyük el­mi işçi” attestatına və “Respublika Xalq Maarifi əlaçısı” adına layiq gö­rül­müşdür. 1999-cu ildə İ.Bəxtiyarlı Beynəlxalq Bioqrafiya Mərkəzi (Kembric, İn­gil­tərə) tərə­findən “XX əsrin görkəmli adamı” seçilmiş, eyni zamanda elmə ver­diyi töhfələrə gö­rə “Görkəmli Nailiyyət” diplomu və medalı ilə təltif olun­muş­dur. Mərkəz tərəfindən onun bioqrafiyası bir neçə ensik­lo­pedik nəşrdə (Dic­tionary of İnternational Biography-DİB-Twenty seventh editions – Cam­b­ridge, England-1999; Outstanding people of the 20th Century-First edition - Cambridge, England-1999 və s.) çap olunaraq dünyanın qabaqcıl ölkələrinə göndərilmişdir. 2010-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attes­tasiya Komissiyası tərəfindən İ.Bəxtiyarlıya “Qeyri-üzvi kimya” ixti­sası üzrə “professor” elmi adı verilmişdir.
İxtiyar Bəxtiyarov

İxtiyar Hüseynli
İxtiyar Kərim oğlu Hüseynli (20 iyun 1977, Bakı) — Azərbaycan Respublikasının Əməkdar jurnalisti, "Tərəqqi" medalı təltifçisi. Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Rəsmi dövlət nəşri — "Azərbaycan" qəzetinin Baş redaktorunun müavini. == Həyatı == İxtiyar Hüseynli 1977-ci ilin iyun ayının 20-də Bakı şəhərində anadan olmuşdur. Həbibbəy Mahmudbəyov adına texniki-humanitar elmləri liseyində orta təhsil almışdır. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Tələbəykən təcrübə keçdiyi "Yeni Azərbaycan" qəzetində işə başlayan İxtiyar Hüseynli 1997-ci ilin avqust-dekabr aylarında müxbir və şöbə müdiri kimi fəaliyyət göstərmişdir. 1998-ci ilin yanvar ayında — 20 yaşında hakim partiyanın qəzetində baş redaktorun müavini vəzifəsinə təyin olunmuşdur. === Ailəsi === Ailəlidir, iki övladı var. == Fəaliyyəti == Fəaliyyətini 2001-ci ilin dekabrından televiziya sahəsində — "Media Holdinq"in "Lider" teleşirkətində davam etdirən İxtiyar Hüseynli burada xəbər və analitik verilişlər departamentində reportyor, həmçinin "Azərbaycan" redaksiyasında redaktor vəzifələrində çalışmış, gündəlik "Sədadan sonra" verilişinin aparıcısı olmuşdur.
İxtiyar Qasımov
İxtiyar Qasım oğlu Qasımov (22 mart 1970, Salahlı Kəngərli, Ağdam rayonu – 14 iyul 1992, Canyataq, Tərtər rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 22 mart 1970-ci ildə Ağdam rayonunda anadan olmuşdur. 1977-ci ildə Salahlı kənd orta məktəbinə getmiş və səkkizinci sinfə qədər burada təhsil almışdır. 1985-ci ildlə Bakıya gələrək təhsilini burada davam etdirir. 1992-ci ildə könüllü olaraq hərbi komissarlığa müraciət edərək döyüşlərə göndərilməsini xahiş edir. == Döyüşlərdə iştirakı == İxtiyarı "N" saylı hərbi hissəyə təhkim edirlər. O, ilk günlərdən özünə ad-sad qazanmışdı seçdiyi düzgün qərarın nəticəsi olaraq Qazançı kəndində ermənilərin üç PDM-si, bir zirehli maşını və onlarla canlı qüvvəsi məhv edildi. 1992-ci il 14 iyul tarixdə ermənilər Canyataq kəndinə hücuma keçdilər, burada bir neçə döyüşçü yaralanır onların erməni qəsbkarlarının əlinə keçməməsi üçün İxtiyar özünü qabağa ataraq əks hücumun qarşısını almağa çalışır. Yaralıları xilas edirlər İxtiyar özü isə qəhrəmancasına həlak olur. == Ailəsi == Subay idi.
İxtiyar Şirin
İxtiyar Əlibala oğlu Şirinov (İxtiyar Şirin) (23 iyul 1952, Dünyamalılar, Jdanov rayonu – 14 noyabr 2022) — Azərbaycan Respublikasının Baş Prokuroru (1992–1993), Azərbaycanın ilk həqiqi dövlət ədliyyə müşaviri (16.10.1992–14.09.1993) == Həyatı == 23 iyul 1952-ci ildə Jdanov rayonunun, Dünyamallılar kəndində anadan olub. AXC hakimiyyəti dövründə dövlət müşaviri və baş prokuror vəzifəsində çalışıb. 1993-cü ilin iyun hadisələrində Gəncədə Surət Huseynovun komandası tərəfindən həbs olunub. 11 ay sonra məhkəmə cinayət işini xətm edib və azadlığa buraxılıb. 14 noyabr 2022-ci il tarixində vəfat etmişdir. == Siyasi fəaliyyəti == 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir. İstiqlalçı deputat olaraq 1991-ci ildə, parlamentdə məhz həmin 43 deputatlardan biri olaraq Azərbaycan xalqının müstəqillik istəyinə səs vermişdi. 29 dekabr 1998-ci il tarixində Milli Konqres Partiyasını təsis etmiş və siyasi fəaliyyətini təsis etdiyi siyasi partiya ilə davam etdirmişdir.
İxtiyar Şirinov

İxtiyar Əliyev
İxtiyar İlqar oğlu Əliyev (6 iyul 1994; Goranboy rayonu, Azərbaycan — 6 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İxtiyar Əliyev 1994-cü il iyulun 6-da Goranboy rayonunun Goranlı kəndində anadan olub. Ailəli idi. Qardaşı Əliyev Bəxtiyar İlqar oğlu İkinci Qarabağ müharibəsi qazisidir. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan İxtiyar Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər Əlahiddə Kəşfiyyat Taborunun heyətində Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İxtiyar Əliyev oktyabrın 6-da Ağdərə istiqamətində "951" zirvəsi uğrunda gedən döyüşlərdə şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itgin düşən hərbi qulluqçu hesab olunub. Onun nəşinin tapılıb ailəsinə məlumat verilməsi üçün zəruri tədbirlər görülüb. İtkin düşməsindən 1 il sonra, 2021-ci il oktyabrın 13-də Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, itkin düşmüş hərbi qulluqçu – gizir Əliyev İxtiyar İlqar oğlunun meyiti tapılaraq şəxsiyyəti müəyyən edilib.
Əfəndi İsmiyev
Simiya adası
Simiya adası (ing. Shemya; aleut. Самияҳ) — Aleut adaları qrupuna daxil olan ada. Semiçi adaları, Near adaları qrupuna daxildir. 2000-ci il məlumatına görə adada 27 nəfər yaşayır. == Coğrafiya == Adanın sahəsi 15,289 km²-dir. Ada Ankoricdən 1900 km aralıda yerləşir. Ada 4,49 km uzunluğa və 6,95 km enə malikdir. == Tarixi == Vitus Berinq tərəfindən 1741-ci ildə xristian tarixində müqədəs sayılan günə əsasən adlandırılır. 1762-ci ildə ada sahillərinə yaxın ərazidə ruslara aid gəmi qəzaya uğrayır.
Patron Mutlu Son İstiyor
Patron Mutlu Son İstiyor — istehsalı 2013-cü ildə gerçəkləşərək 1 yanvar 2014-cü ildə yayımlanan və Kıvanç Baruönünün rejissorluğu ilə çəkilmiş Türkiyə filmi. Filmin baş rollarında Tolga Çevik, Ezgi Mola və Murat Başoğlu oynamışdır. == Mövzu == Filmdə bir ssenari yazmaq üçün Üzgüpə göndərilən Sinanın (Tolga Çevik), hotel müdirinin qızı Eylülə(Ezgi Mola) aşiq olması və Eylülün nişanlısı Farukla (Murat Başoğlu) evlilik hazırlıqlarına başlaması anında baş vermiş hadisələr canlanır. Həmçinin Tolga Çevik bu filmdə həm Sinan, həmdə Ferruh Abi olaraq İsfəndiyar rolunu oynamışdır.
Qışlaq-i Ağaxan-i İxtiyar (Biləsuvar)
Qışlaq-i Ağaxan-i İxtiyar (fars. قشلاق اقاخان اختيار‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 43 nəfər yaşayır (5 ailə).
İsmixan Rəhimov (F.e.n. dos.)