Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qardelen (teleserial 2021)
Qardelen (ing. Snowdrop; kor. 설강화; yap. 雪降花; Seolqanghva) Çun He-in, Kim Cisu, Yu İnna, Can Sonco, Yun Se-ah, Kim Hyo-yun və Cun Yucin-in baş rollarda çəkildiyi Cənubi Koreya televiziya serialıdır. Qardelen 18 dekabr 2021 – 30 yanvar 2022-ci ildə JTBC-də hər şənbə-bazar günləri saat 22:30-da (Koreya saatı ilə) yayımlanmışdır. O, seçilmiş bölgələrdə Disney+ üzərindən yayım üçün əlçatan olmuşdur. Qardelen, Cənubi Koreyada o vaxtkı avtoritar hökuməti ədalətli seçkilər keçirməyə məcbur etmək məqsədilə kütləvi etiraz hərəkatı olan 1987-ci il Demokratiya Hərəkatının fonunda qurulur. Kütləvi etirazlar nəticəsində 1987-ci ilin dekabrında demokratik seçkilər keçirildi ki, bu da sonradan Cənubi Koreyada avtoritar idarəetmənin sona çatmasına və VI Koreya Respublikasında demokratik hakimiyyətin qurulmasına gətirib çıxaracaq. İm Suho (ing. Im Soo-ho) (Çun He-in) qadın universitet tələbəsi Un Yonro (ing.
Qardələn
Xədicəgülü (lat. Galanthus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Acrocorion Adans.
Kergelen
Kergelen (Kerguelen) — Hind okeanının cənubunda arxipelaq. Fransaya məxsusdur. Bir böyük (Kerkelen) və təqribən 300 kiçik adadan ibarətdir. Vulkan mənşəlidir. Sahəsi təqribən 7 min km2-dir. Maksimal hündürlüyü 1965 m-dir. İqlimi subantarktikdir. Kerkelen arixelaqının mərkəzi hissəsində sahəsi 500 km2-dək olan buzlaq örtüyü var. Bitki örtüyü zəifdir. Suiti ovlanır.
Korbelen
Korbelen (fr. Corbelin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Le-Pon-de-Bovuazen kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38043. Kommunanın 1999-cu il üçün əhalisi 2079 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 60 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Deniz Dağdelen
Deniz Dağdelen (18 iyul 1997, Türkiyə) — Türkiyəli taekvondoçu. Deniz Dağdelen Türkiyəni 2017-ci ildə XXIII Taekvondo üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Deniz Dağdelen birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Taekvondo üzrə Dünya Çempionatında kişilər 54 kq çəkidə, 1/32 final mərhələsində Zimbabvenin nümayəndəsi Admire Tşitşiliza üzərində 25:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəldi. Növbəti mərhələdə Avstraliyanın nümayəndəsi Beyli Luis ilə üz-üzə gəldi və rəqibinə 18:8 hesabı ilə qalib gəldi. 1/8 final mərhələsində Dağdelen Misirin nümayəndəsi Moaz Nabil ilə üz-üzə gəldi və rəqibinə 21:9 hesabı ilə qalib gəldi. Növbəti mərhələdə isə rəqibi Cənubi Koreya nümayəndəsi olan Kim Tae-huna 7:27 hesabı ilə məğlub oldu.
Elen Parmelen
Elen Parmelen (fr. Hélène Parmelin; d. 19 avqust 1915, Nansi, Fransa – ö. 5 fevral 1998, Paris, Fransa) — fransız qadın yazıçı == Həyatı == Elen Parmelen 19 avqust 1915-ci ildə Fransanın Nansi şəhərində anadan olub. 1957-ci ildə Azərbaycanda olmuşdur. 5 fevral 1998-ci ildə Fransanın Paris şəhərində vəfat edib. == Yaradıcılığı == 1944–1956-cı illərdə "Humanite" qəzetində əməkdaşlıq etmişdir. "2078 nömrəli əsgər" (1953) sənədli povesti Vyetnamda müstəmləkəçilik müharibəsi əleyhinə mübarizədən bəhs edir. "Leonar özgə aləmdə" (1957), "Məşhur əsgər" (1962), "Əyləncəli şeylər" (1967), "Qara əda" (1970) və s. sosial mövzulu romanların müəllifidir.
Kergelen kələmi
Kergelen kələmi (lat. Pringlea antiscorbutica) — Bioloji növ olaraq kələmkimilər fəsiləsinə daxil olan yumşaq yarpağa malik olan, böyük səbət quruluşu əmələ gətirən bitki. Bu növ Kergelen adasında ən çox yayılan ot bitkilərindəndir. Adınıda müvafiq olaraq ən çox yayılan adanın adından götürmüşdür. Üstəlik Kroze adaları, Prins-Eduard adaları, Herd adası və Makdonald adalarında da yayılmışdır. Bu kələm növü sərt və güçlü küləklərin təsirinə dözümlüdür. Hind okeanının sunantarktik quşağda yerləşməsinə baxmayaraq şaxtalara qarşı dözümlü olur, xüsusi ilə çiçəkləmə dönəmində. Bitki C vitamini ilə zəngindir. Bu səbəbdən əvvəllər ərazidən keçən gəmilər ondan Sinka xəstəliyinə qarşı vasitə kimi istifadə edirdilər. Latın dilində "antiscorbutica" "sinkaya qarşı" mənasını verir.
Kergelen platosu
Kergelen platosu — su altı vulkanik plato Hind okeanı və Cənub okeanının bir hissəsini əhatə edir. Dünyanın ən iri su altı platolarından biridir. Avstraliyadan 3 min km cənub-qərbdə yerləşir. Dərinliyi 1-4 min metr arasında dəyişir. Plato Qondvananın ayrılmasından sonra, 120 milyan il öncə vulkanik püskürmələr zamanı formalaşmışdır. Onun formalaşması 25 il davam etmişdir. Geoloji araşdırmalar göstərir ki, plato 40 milyon il ərzində okean sərthindən yuxarıda olmuşdur. Kömür qalıntıları onu deməyə əsas verir ki, Gec təbaşir dönəmində plato meşələrlə örtülü idi. Xüxurları Avstraliya və Hindistan plitələrinin suxurları ilə eyni olduğundan onu demək olar ki, onlare nə zamansa bitişik olmuşlar. Hazırda plato okean səthində Kergelen, Herd adası və Makdonald adaları kimi adaları əmələ gətirir.
Kergelen silsiləsi
Kergelen silsiləsi (Kergelen-Qaussberq) — sualtı silsilə Hind okeanının daxilində yerləşir və Avstraliya-Antarkrida, Afrika-Antarktida sualtı dərələrini ayırır. Sisilə bəzi hissələrdə vulkanik adalar əmələ gətirir. Uzunluğu 2900 km, eni isə 950 km təşkil edir. Su səthinə olan dərinliyi 1000–2000 m arasında yerləşir. Ən dayaz yeri 73 metrdir. Bəzi yüksəkliklər adalar əmələ gətirmişdir (Kergelen adası, Herd adası və Makdonald adaları). Silsilə əsasən bazalt suxurlardan ibarətdir. Kergelen silsiləsi ilk dəfə Avstraliya ekspedisiyasının rəhbəri Duqlas Mouson tərəfindən aşkarlanmışdır (1929—1931).
Kergelen susüpürəni
Kergelen susüpürəni (lat. Sterna virgata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin susüpürən cinsinə aid heyvan növü.
Marselen Bertlo
Pyer Ejn Marselen Bertlo (fr. Pierre Eugène Marcellin Berthelot; 25 oktyabr 1827[…], Keçmiş VII arondisman[d] – 18 mart 1907[…], Paris) — fransız kimyaçısı, akademik, dövlət xadimi. 1827-ci ildə anadan olmuşdur. 1854-cü ildə stearin, palmitin, olein və digər yağların analoqlarını sintez etmişdir. Həmin ildə etileni hidratlaşdırmaqla etil spirtini, 1851-ci ildə benzol, fenol, naftalini, 1862-ci ildə su və karbon (II) oksiddən qarışqa turşusunu almışdır. Asetilen əsasında bir sıra aromatik karbohidrogenləri almağa nail olmuşdur.
Marselen Debuten
Marselen Jilber Debuten (fr. Marcellin Gilbert Desboutin; 26 avqust 1823[…], Seriyi, Alye – 18 fevral 1902[…], Nitsa) — fransız rəssam və qrafikçi. == Həyat və yaradıcılığı == M. Debuten, XVIII Lyudovikin qəyyumluq korpusunun zabiti Bartelemi Debutinin və baronessa Anne-Sofi-Dalii Fraj de Roşfor oğlu idi. Bu vəziyyətlə əlaqədar sənətçi bəzən Baron de Roşfortu kimi əsərlərini imzalayırdı. Stanislav Paris Kollecində sənət təhsili almışdır. Daha sonra ilk növbədə ədəbi və dramatik əsərləri əks etdirən bir qrafik kimi işləmişdir. 1845-ci ildə Debuten heykəltaraş Luis-Julesun studiyasına daxil oldu və Parisin Gözəl Sənətlər Məktəbində təhsil alıb burada rəsm əsərləri yaratmağa davam etdi. Məzuniyyətdən sonra Böyük Britaniya, Belçika, Hollandiya və İtaliyaya səfər etmişdir. 1857-ci ildə sənətçi Florensiya yaxınlığında, Ombrellino əmlakına yerləşdi.
Aleksandr Karelin
Aleksandr Aleksandroviç Karelin (rus. Алекса́ндр Алекса́ндрович Каре́лин; d. 19 sentyabr 1967, Novosibirsk, SSRİ) — bütün zamanların ən böyük klassik (Yunan-Roma güləşi) güləşçisi hesab olunan keçmiş sovet və rus idmançısı, dövlət və siyasi xadimi, beş çağırış Rusiya Federasiyası Dövlət Dumasının millət vəkili. Vahid Rusiya siyasi partiyasının Ali Şurasının üzvü. SSRİ-nin əməkdar idman ustası (1988), Rusiya Federasiyasının Qəhrəmanı (1996). Qibtə olunası idman həyatı olan, klassik güləşin əfsanəsi Aleksandrın zəngin titul siyahısına nəzər salaq: 3 dəfə Yay Olimpiya Oyunlarının qalibi (1988, 1992, 1996, çəkisi 130 kq-a qədər), 9 qat dünya çempionu (1989-1991, 1993-1995, 1997-1999), 12 qat Avropa çempionu (1987-1991, 1993- 1996, 1998-2000), Sidneydə keçirilən 2000 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, 1988-ci ilin gənclər arasında dünya çempionu; ölkə daxili yarışların - güləş üzrə SSRİ, MDB və Rusiya çempionatlarının 13 dəfə çempionu (1988-2000), 1989-cu il Mütləq Dünya Çempionu Kubokunun qalibi. Dörd dəfə - 1989, 1990, 1992 və 1994-cü illərdə planetin ən yaxşı döyüşçüsü olaraq "Qızıl kəmər" mükafatının sahibi. IV beynəlxalq "Aleksandr Karelin mükafatı" turnirin qalibi (1995). İvan Poddubnı-nın xatirəsinə həsr olunmuş beynəlxalq turnirin 6 qat çempionu. Dünyada ilin ən yaxşı idmançısı və 2 dəfə ən yaxşı rus idmançı seçilən Karelin bütün karyerası ərzində 888 qələbə qazanmış yalnız 2 dəfə döşəyi məğlub halda tərk etmişdir.
Karelin tritonu
Əvvəllər Karelin tritonu daraqlı tritonun yarımnövü kimi qeyd edilirdi. Aparılan karioloji və biokimyəvi tədqiqatlar nəticəsində o sərbəst növ kimi göstərilmişdir. Hal-hazırda Karelin tritonu iki yarımnövü ayrılır: Triturus karelinii karelinii Strauch, 1970 — nominativ yarımnöv, Triturus karelinii arntzeni Litvinchuk, Borkin, Dzukic, и Kalezic, 1999. == Xarici görünüşü == Adi tritondan bədən ölçüsünün iriliyinə görə fərqlənir. Uzunluğu 180 mm-ə çatır. Dərisi iri ziyillərə malikdir. Üst tərəfdən qara və ya şabalıdı rəngdədir, qarın hissəsi narıncı rəngdə olub, iri xallıdır. Erkəyin bel darağı çoxalma dövründə dişli olub, quyruğun əsasında kəsilir; quyruğun yan tərəfində mavi-ağ zolaq uzanır. Dişilər həmişə daraqsızdır. Quyruğu yanlardan basıq, ucu sapşəkilli uzunsovdur.
Karden Uolles
Karden Kri Uolles (ing. Carden Crea Wallace; 1946) — Avstraliya bioloqu. O, 1987–2003 -cü illərdə Kvinslend Tropik Muzeyinin kuratoru və direktoru olmuşdur. Uolles mərcanlar üzrə mütəxəssisdir, 1984-cü ildə mərcanların reproduktiv sinxroniyasını kəşf edən komandanın bir üzvü olmuşdur. == Həyatı == Karden Uolles 1970-ci ildə Kvinslend Universitetini təbiətşünaslıq üzrə birinci dərəcə ilə bitirmişdir. Uolles 1970–1976-cı illərdə Kvinslend Muzeyində aşağı onurğalılar şöbəsinin kuratoru olmuşdur. O, doktorluq dissertasiyasını 1979-cu ildə Kvinslend Universitetində müdafiə etmişdir. Uolles bir müddət Avstraliya Dəniz Elmləri İnstitutunda çalışdıqdan sonra 1980-ci ildən Şimali Kvinslenddə yerləşən Ceyms Kuk Universitetində elmi işçi olmuşdur. == Şəxsi həyatı == 1970-ci illərdə Uollesin iki oğlu dünyaya gəlmişdir.
Karlen Abqaryan
Karlen Aramoviç Abqaryan (erm. Կարլեն Արամի Աբգարյան, rus. Карле́н Ара́мович Абгаря́н; 4 sentyabr 1928, Amasiya, Şirak mərzi – 4 fevral 1995, Sankt-Peterburq) — texniki kibernetika sahəsində SSRİ alimi, texnika elmləri doktoru (1966), professor (1968), SSRİ Elmlər Akademiyasının müxbir üzvü (1987). Əslən Ermənistandandır. == Həyatı == Avtomatik idarəetmə sistemlərinin nəzəriyyəsi, diferensial və inteqro-diferensial tənliklər nəzəriyyəsi, çoxölçülü qeyri-stasionar idarəetmə sistemlərinin dinamik xarakteristikalarının qurulması üsulları üzərində işləmişdir. 1987–1992-ci illərdə SSRİ Nəzəri və Tətbiqi Mexanika Milli Komitəsinin üzvü, Amerika Riyaziyyat Cəmiyyətinin fəal üzvü olmuşdur. 30 elmlər namizədi və 5 elmlər doktoru hazırlamışdır. 3 medalla təltif olunmuşdur. == Ailəsi == Qızı Karine Karlenovna Abqaryan, MAİ-nin dosenti, Rusiya Elmlər Akademiyası Hesablama Mərkəzinin baş alimi. Oğlu Vartan Karlenoviç Abqaryan 1980-ci ildə Moskva Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir, MAİ-də elmi işçidir.
Karlen Xudaverdiyev
Karlen Xudaverdiyev (tam adı: Karlen İsgəndər oğlu Xudaverdiyev; 27 may 1935, Bakı – 10 may 2012) — fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Karlen İsgəndər oğlu Xudaverdiyev 1935-ci il mayın 27-də Qərbi Azərbaycanın Vedinin Böyük Vedi kəndində ziyalı ailəsində anadan olub. 1943–1951-ci illərdə Vedi rayonunun Böyük Vedi kənd orta məktəbində oxuyub. 1951–1953-cü illərdə Ucar şəhər orta məktəbində oxuyub və oranı qızıl medalla bitirmişdir. 1953–1958-ci illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsində təhsil alıb və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1958–1961-ci illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsində aspiranturada oxuyub. 1962-ci ildə "İkinci tərtib qeyri-xətti hiperbolik tənliklər üçün qarışıq məsələnin Furye metodu ilə həlli" mövzusunda namizədlik disertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi adı alıb. 1973-cü ildə "Qeyri-xətti hiperbolik tənliklər üçün çoxölçülü qarışıq məsələlər nəzəriyyəsinə dair" mövzusunda doktorluq disertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru adı alıb. Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2009-cu il tarixli Sərəncamı ilə "Əməkdar elm xadimi" fəxri adı verilmişdir 1958-ci ildən 2012-ci ilə qədər BDU-da çalışmışdır. 10 may 2012-ci ildə vəfat edib.
Pyer Karden
Pyer Karden (2 iyul 1922[…] – 29 dekabr 2020[…], Nöyi-sür-Sen) — fransız modelyer. Pyer Karden 1922-ci ildə Venesiya yaxınlığındakı şəhərcikdə anadan olub. O, Fransada böyüyüb və ilk təhsilini də burda alıb. Çoxuşaqlı, eyni zamanda, orta imkanlı ailədən olmuşdur. Atası şərabçı olduğundan Pyer də bu sənəti davam etdirməli idi, lakin o, ürəyincə olmayan peşənin dalınca getmədi. 14 yaşında dərzi yanında köməkçilik etməyə başladı. 1945-ci ildə gənc Pyer, Parisdə modelyer kimi fəaliyyətə başladı. 1946-cı ildə Kristian Diordan dəvət alır. Bir müddət sonra – 1950-ci ildə şəxsi moda evini, ardınca – 1954-cü ildə "Yeva", 1957-ci ildə isə "Adam" mağazalarını açır. Çox keçmir, Pyer Karden moda sindikatının üzvü olur və 120 modeldən ibarət tam kolleksiyasını təqdim edir.
Karlen Ağacanyan
Karlen Levoni Ağacanyan (erm. Կառլեն Լեւոնի Աղաջանյան; 1938, Aşağı Ağcakənd) — Ermənistan polis işçisi, Birinci Qarabağ müharibəsinin iştirakçısı, Xocalı soyqırımını törədənlərdən biri. == Həyatı == Karlen Levoni Ağacanyan 1938-ci ildə Azərbaycan SSR-nin Şaumyan rayonunda anadan olmuşdur. Atası İkinci Dünya müharibəsi əlili, anası səhhətində ciddi problemlər olan tütünçü idi. O, yerli orta məktəbi bitirmişdir. Daha sonra SSRİ Daxili İşlər Nazirliyinin Rostov Ali Polis Akademiyasında təhsil almışdır. 1961–1977-ci illərdə Şaumyan rayonunda müxtəlif vəzifələrdə çalışmışdır. 1977–1998-ci illərdə DQMV və DQR polis sistemində işləmişdir. Balaca qardaşı Volodya Levoni Ağacanyan Şaumyan rayon komitəsinin birinci katibi vəzifəsində çalışırdı. Ağacanyan Qarabağ hərəkatı başlayandan sonra Şaumyan rayonu ərazisində partizan müharibə aparmaq üçün fəaliyyət göstərmişdir.
Karden Volles
Karden Kri Uolles (ing. Carden Crea Wallace; 1946) — Avstraliya bioloqu. O, 1987–2003 -cü illərdə Kvinslend Tropik Muzeyinin kuratoru və direktoru olmuşdur. Uolles mərcanlar üzrə mütəxəssisdir, 1984-cü ildə mərcanların reproduktiv sinxroniyasını kəşf edən komandanın bir üzvü olmuşdur. == Həyatı == Karden Uolles 1970-ci ildə Kvinslend Universitetini təbiətşünaslıq üzrə birinci dərəcə ilə bitirmişdir. Uolles 1970–1976-cı illərdə Kvinslend Muzeyində aşağı onurğalılar şöbəsinin kuratoru olmuşdur. O, doktorluq dissertasiyasını 1979-cu ildə Kvinslend Universitetində müdafiə etmişdir. Uolles bir müddət Avstraliya Dəniz Elmləri İnstitutunda çalışdıqdan sonra 1980-ci ildən Şimali Kvinslenddə yerləşən Ceyms Kuk Universitetində elmi işçi olmuşdur. == Şəxsi həyatı == 1970-ci illərdə Uollesin iki oğlu dünyaya gəlmişdir.
Kergelen dəniz pişiyi
Kerqelen dəniz pişiyi (lat. Arctocephalus gazella) — Cənub dəniz pişikləri cinsinə daxil olan növ (Arctocephalus). == Xariçi görünüşü və yayılması == Erkəklərin uzunluğu 190 sm, çəkisi 130 kq, dişilər isə 130 sm uzunluğa və 50 kq çəkiyə malik olurlar. Erkəklər boz-qəhvəyi rəngə malik olurlar. Dişilər qara rəngdə olsa da üzərlərində boz və ağ tüklərə malikdirlər. Kerqelen dəniz pişiyi əsasən Antraktida ətafı ərazilərdə yayılmışdır. Onların koloniyalarına Cənubi Georgiya və Cənubi Sandviç adaları, Cənubi Şetland adaları, Cənubi Orkney adaları, Makkuori adası, Buve adası və Kergelen kimi adalarda rast gəlinir. Adətən kerqelen dəniz pişiyi ilə Subtropik dəniz pişiyi bir-birindən ayrı yaşasalarda onlar Kroze və Şahzadə Eduard adaları ərazisində koloniya əmələ gətirirlər. Bəzən isə iki növün nümayəndələri bir-biri ilə çütləşirlər. Kerqelen dəniz pişiklərinə Odlu Torpaq arxipelaqı rast gəlinsədə koloniya əmələ gətirmirlər.
Kerqelen dəniz pişiyi
Kerqelen dəniz pişiyi (lat. Arctocephalus gazella) — Cənub dəniz pişikləri cinsinə daxil olan növ (Arctocephalus). == Xariçi görünüşü və yayılması == Erkəklərin uzunluğu 190 sm, çəkisi 130 kq, dişilər isə 130 sm uzunluğa və 50 kq çəkiyə malik olurlar. Erkəklər boz-qəhvəyi rəngə malik olurlar. Dişilər qara rəngdə olsa da üzərlərində boz və ağ tüklərə malikdirlər. Kerqelen dəniz pişiyi əsasən Antraktida ətafı ərazilərdə yayılmışdır. Onların koloniyalarına Cənubi Georgiya və Cənubi Sandviç adaları, Cənubi Şetland adaları, Cənubi Orkney adaları, Makkuori adası, Buve adası və Kergelen kimi adalarda rast gəlinir. Adətən kerqelen dəniz pişiyi ilə Subtropik dəniz pişiyi bir-birindən ayrı yaşasalarda onlar Kroze və Şahzadə Eduard adaları ərazisində koloniya əmələ gətirirlər. Bəzən isə iki növün nümayəndələri bir-biri ilə çütləşirlər. Kerqelen dəniz pişiklərinə Odlu Torpaq arxipelaqı rast gəlinsədə koloniya əmələ gətirmirlər.
Karelin tıs-tısı
Karelin tıs-tısı (lat. Acantholimon karelinii) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Qafqaz, Cənub-Qərbi Asiya, Anadolunun şimal-şərqi, İranda yayılmışdır. Naxçıvan MR ərazisindən toplanan nümunələrə əsasən təsvir olunmuşdur. == Botaniki təsviri == 8-20 sm hündürlüyündə, 30-35 sm diametrində, seyrək yastığı olan kolcuqdur. Xarici çiçəkaltlığı daxili çiçəkaltlığından bir qədər qısadır. Daxili çiçəkaltlıqları kasacığın yarısının uzunluğundan bir qədər artıqdır. Kasacıq büküyünün pərdələri iti və ya azacıq iti sonluqludur. Onların mərkəzi boyunca paylanmış damarcıqları kasacığın büküyünün kənarına çatır və ya ondan uzundur. Çiçək saplaqları süpürgəvari-sünbülcüklü və yarpaqlardan xeyli hündürdür.
Daşdələn
Daşdələn (lat. Saxifraga) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin daşdələnkimilər fəsiləsinə aid bitki cinsi. Bu cinsə daxil olan bitkilər qayalıqlar arasında bitdiyinə görə daşdələn adlandırılmışdır (yunanca "saxum" — qaya deməkdir. Məlum olan 370 növdən gülçülükdə təxminən 80 növündən istifadə edilir. Onlardan ən geniş yayılanları aşağıdakılardır: Çimli daşdələn (S. caespitosa) hündürlüyü 20 sm-ə çatan, ağ gülləri süpürgə çiçək qrupuna toplanmış bitkidir. Daşdələnin vətəni tundradır. Əsasən bitkinin hibrid formalarından istifadə olunur. Dənəvər daşdələn (S. granulata) vegetativ çoxalma üçün rozetin bünövrəsində əmələ gələn xırda kök yumrularından istifadə edilir. Qığırdaqlı daşdələnin (S. cartilaginea) yarpaqları ağ, əhəngli dənəciklərlə örtülü olan bitkidir. Daşdələnin toxumlarını apreldə torpağa səpməklə çoxaltmaq olar.
Köndələn
Köndələn — Azərbaycan Respublikasının Şəki rayonunun Aşağı Göynük kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd Alazan-Əyriçay çökəkliyindədir. Kəndin adı "eninə istiqamətdə olan, əyri, tərs" mənasında olub, yerləşdiyi çökəkliyin adı ilə bağlıdır. Azərbaycan ərazisində köndələn komponenti geniş areala malikdir: Köndələnarx (Goyçay rayonu), Köndələn əkin yeri (Qəbələ rayonu), Köndələnyer (Oğuz, Füzüli rayonları), Köndələnyol (Qax rayonu), Köndələnçöl (Zaqatala rayonu) və s.. == Əhalisi == Kəndin əhalisi 844 nəfər təşkil edir ki, onun da 431 nəfəri kişi, 413 nəfəri isə qadındır. .
Köndələn bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Köndələn dyunlar
Köndələn dyunlar (rus. поперечные дюны, ing. transverse dunes) — eninə profili asimmetrik, hakim küləklərin istiqamətinə perpendikulyar uzanan, səhradan kənar dyun tirələri. Əksər hallarda bu dəniz sahili cavan dyunlardır. K.d. qurunun dərinliklərinə doğru irəlilədikcə və inkişaf etdikcə, həmçinin qədim qumlu zandr düzənlik vilayətlərdə uzu-nuna və parabolik formalara keçir.
Köndələn dərə
Köndələn dərə (rus. поперечная долина, ing. transverse valley) — qırışıq srukturaların uzanma istiqamətini düz və əyri bucaq altında kəsən, çay dərəsi. Eroziyaya qarşı davamlı süxurların növbələşdiyi sahələrdə köndələn dərələr bərk süxurlarda daralır, boş süxurlarda genişlənir. K. d. uzununa profili adətən pilləli olur. K. d. su anbarları və su elektrik stansiyalarının tikilməsi üçün əlverişlidir.
Tilli daşdələn
Tilli daşdələn — (lat. Saxifraga cymbalaria) Birillik bitkidir. Gövdəsi zəif, budaqlı, qalxan və ya əsasən sərilən, uzunluğu 30 sm qədər, demək olar ki, çılpaq bitkidir. Yarpaqları uzunsaplaqlı, yuvarlaq-böyrəkvari, əsası ürəkvari, qıraqları 3–11 dişli, qısa codtüklü, üstü yaşıl, altı solğun qonur rəngdə, yuxardakı yarpaqları daha xırdadır. Çiçəkləri nazik 20–35 mm uzunluqda çiçəksaplağı üstündə yerləşərək, azçiçəkli çiçəkqrupunda yığılmışlar. Kasacığı demək olar, əsasına kimi 2 mm uzunluqda yumurtavari-üçkünc və ya uzunsov-küttəhəri hissələrə yarılmışdır. Ləçəkləri (3) 4–5 (6) mm uzunluqda, uzunsov-ellipsvari, çox qısa dırnaqcıqlı, sarı (qurudulanda çəhrayı) rəngdədir. Qutucuğü 4 mm uzunluqda, ovalvaridir. Toxumları iri, kürəvari, xırda qabarıqlıdır. BQ qərbi rayonlarında aşağı dağ qurşağından yuxarı dağ qurşağına kimi yayıılmışdır.
Vəsli daşdələn
Saxifraga exarata (lat. Saxifraga exarata) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin daşdələnkimilər fəsiləsinin daşdələn cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B2ab (i, ii, iii, iv). Böyük Qafqzın Quba hissəsi və Kiçik Qafqazın şimal hissəsində yayılmışdır. Çoxillik ot bitkisidir. Gövdə zoğları sıx, kirəmitli yarpaqcıqlı, çiçəkli, düz vəziciklidir. Budaqlı zoğların yarpaqları 3 bölümlü, küt hissəciklərlə, aydın görünən damarlı, çılpaq, kənardan vəzciklidir. Çiçək qrupu azçiçəklidir. Kasacıq vəzicikli, 5 yumurtavari küt hissəiklidir. Ləçəklər ağ, tərs-yumurtavari, 3 damarlı, kasacığın hissəciklərindən 2 dəfə uzundur.
Üçbarmaq daşdələn
Üçbarmaq daşdələn (lat. Saxifraga tridactylites) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin daşdələnkimilər fəsiləsinin daşdələn cinsinə aid bitki növü.
Daşdələn (Uludərə)
Daşdələn — Türkiyənin Şırnak vilayətinin Uludurə rayonunda kənd. == Tarix == Kəndin köhnə adı 1928-ci il qeydlərində Nirve kimi istinad edilir. Köhnə kənd boşaldılıb, magistral yolun kənarında yeni yaşayış məntəqəsi salınıb. Əvvəllər Hakkari vilayətinin Uludere rayonuna bağlı olan kənd 1990-cı ildə Şırnak vilayətinin yeni yaradılmış Uludere rayonuna birləşdirilib.
Daşdələn (dəqiqləşdirmə)
Daşdələn — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin daşdələnkimilər fəsiləsinə aid bitki cinsi. Daşdələn (Uludərə) — Türkiyənin Şırnak vilayətinin Uludurə rayonunda kənd.