Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aksiz
Aksiz — kütləvi istehlak mallarının bəzilərinə (duz, qənd, kibrit, tütün, spirtl i içkilər və s.), xidmətlərə (kommunal, nəql. və s.), həmçinin zinət əşyalarına (zərgərlik məmulatı) və mineral xammala onların qiymətlərinə daxil edilməklə qoyulan dolayı vergi növü. Aksiz vergisi yüksəkrentabelli məhsul istehsalından əldə olunan mənfəəti büdcə gəlirinə əlavə etmək məqsədilə qoyulur. Aksiz dərəcələri hökumət tərəfindən təsdiqlənir və bütün ölkə ərazisində vahid qaydada tətbiq olunur. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 246.
Başsız
Başsız (Eçmiədzin)
Şamsız
Şamsız - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunda kənd. Toponim bitki adı bildirən şam sözünə -sız şəkilçisinin artırılması ilə düzəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kənddə 1897-ci ildə 124 nəfər, 1914 - cü ildə 186 nəfər, 1916-cı ildə 911 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanalar tarixi-etnik torpaqlarına dönmüşdür. Burada 1926-cı ildə 54 nəfər, 1931-ci ildə 52 nəfər azərbaycanlı yaşamışdır. 1940-cı illərdə azərbaycanlılar kənddən çıxarılmış və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Bakı Aksiz idarəsi
Dövlətin müstəqil maliyyə-iqtisadi mexanizminin yaradılması məqsədilə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918 il oktyabrın 8-də qəbul etdiyi qərar. Həmin qərara əsasən Zaqafqaziya Aksiz İdarəsinin Azərbaycandakı müvafiq qurumları ləğv edilmiş, əvəzində üç aksiz idarəsi yaradılmışdı: biri Gəncədə yerləşməklə, Gəncə quberniyası və Zaqatala mahalı üzrə, ikisi isə Bakıda yerləşməklə Bakı quberniyası üzrə ümumi aksiz və neftdən rüsumlar toplayan aksiz idarələri. Baş Aksiz İdarəsi Maliyyə Nazirliyinin nəzdində idi. Hökumətin həmin qərarına əsasən, Azərbaycan ərazisinə aid olan bütün ümumi və özəl işlər Tiflisdə yerləşən Zaqafqaziya Aksiz İdarəsindən alınaraq, Cümhuriyyətin müvafiq idarələrinin səlahiyyətinə verildi. Ölkənin öz aksiz idarələrinin yaradılması barədə qərar və bu qərarın yerinə yetirilməsi Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu sahəsində həyata keçirdiyi mühüm addımlardan biri idi. Azərbaycan Xalq Cümhuriyyətində gəlir mənbələrini möhkəmləndirmək məqsədilə yaradılmış qurum. Hökumətin qərarı ilə 1918 il oktyabrın 8-də, Zaqafqaziya Aksizlər İdarəsinin ləğv olunmuş 3-cü dairəsinin əvəzində yaradılmışdı. 3 sahəyə, sahələr isə rayonlara bölünürdü. İdarə yaradılana qədər spirtli içkilərin satışı və istehlakı qadağan olunmuşdu. 1919 il avqustun 24-də Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə qadağan götürüldü və Azərbaycan ərazisində spirtli içkilərin sərbəst satışına icazə verildi.
Gəncə Aksiz İdarəsi
Dövlətin müstəqil maliyyə-iqtisadi mexanizminin yaradılması məqsədilə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918 il oktyabrın 8-də qəbul etdiyi qərar. Həmin qərara əsasən Zaqafqaziya Aksiz İdarəsinin Azərbaycandakı müvafiq qurumları ləğv edilmiş, əvəzində üç aksiz idarəsi yaradılmışdı: biri Gəncədə yerləşməklə, Gəncə quberniyası və Zaqatala mahalı üzrə, ikisi isə Bakıda yerləşməklə Bakı quberniyası üzrə ümumi aksiz və neftdən rüsumlar toplayan aksiz idarələri. Baş Aksiz İdarəsi Maliyyə Nazirliyinin nəzdində idi. Hökumətin həmin qərarına əsasən, Azərbaycan ərazisinə aid olan bütün ümumi və özəl işlər Tiflisdə yerləşən Zaqafqaziya Aksiz İdarəsindən alınaraq, Cümhuriyyətin müvafiq idarələrinin səlahiyyətinə verildi. Ölkənin öz aksiz idarələrinin yaradılması barədə qərar və bu qərarın yerinə yetirilməsi Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu sahəsində həyata keçirdiyi mühüm addımlardan biri idi. Azərbaycan Xalq Cümhuriyyətində gəlir mənbələrini möhkəmləndirmək məqsədilə yaradılmış qurum. Hökumətin qərarı ilə 1918 il oktyabrın 8-də, Zaqafqaziya Aksizlər İdarəsinin ləğv olunmuş 3-cü dairəsinin əvəzində yaradılmışdı. 3 sahəyə, sahələr isə rayonlara bölünürdü. İdarə yaradılana qədər spirtli içkilərin satışı və istehlakı qadağan olunmuşdu. 1919 il avqustun 24-də Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə qadağan götürüldü və Azərbaycan ərazisində spirtli içkilərin sərbəst satışına icazə verildi.
Adsız
Başsız (Bostanabad)
Başsız (fars. باش سيز‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 545 nəfər yaşayır (92 ailə).
Başsız (Eçmiədzin)
Başsız — İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı. Başsız — İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı kimi qeyd olunur. Əsli Baş Sis. 1590-cı ilə aid mənbədə Başsız, 1727-ci ilə aid mənbədə isə kəndin adı Baş Sis kimidir. Sis-Kiçik Asiyanın cənubunda Kiligiya əyalətində şəhər və mahal adıdır. Cis və Masis orta əsrlərdə Türkiyənin cənubunda Qaraman əyalətində iki qalanın adı olmuşdur. Mənbələrdə ilk dəfə XVI əsrdən məlumdur. Kənd Sisdən gəlmiş türklərin məskunlaşması nəticəsində yaranmışdır. XVII əsrə aid erməni mənbəyinə görə Sis həm də Kozan adlanmışdır.
Sansız (Tarım)
Sansız (az-əbcəd. سانسێز‎, fars. سانسیز‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Dəstgirdə qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 1,074 nəfər yaşayır (327 ailə).
Yaysız il
"Yayı olmayan il" (ing. “Poverty Year”, “The Summer that Never Was”, “Year There Was No Summer”) — 1816-cı il Şimali Amerikada və Qərbi Avropada çox soyuq keçdiyindən həmin il tarixdə bu adla qalmışdır. Meteoroloji müşahidələrin başlandığı dövrdən bəri ən soyuq il olmuşdur. ABŞ-də 1816-cı ili, həm də “Eighteen hundred and frozen to death” (“Min səkkiz yüz və ölümcül şaxta”) adlandırırlar. 1920-ci ildə amerikalı iqlim tədqiqatçısı Uilyam Hamfreys “Yayı olmayan ili” izah edə bilmişdir. O iqlimdə baş verən dəyişiklikləri Sumbava adlı İndoneziya adasında yerləşən Tambora vulkanının püskürməsi ilə izah etmişdir. Bu püskürmə tarixən müşahidə edilmiş ən güclü vulkan püskürməsi sayılır. 1815-ci ildə baş vermiş bu püskürmə VEİ şkalası üzrə 7 bal gücünə malik idi və atmosferə atılmış 150 km3 kül növbəti illərdə şimal yarımkürəsində vulkanik qış effekti yaratmışdı. Başqa bir məlumata görə, 1809-cu ildə tropiklər ərazisində daha bir vulkan püskürməsi baş vermişdi və onun barəsində yazılı qeydlər olmasa da, onun püskürmə gücü Tambora vulkanı ilə müqayisə edilən idi. Bu iki püskürmənin nəticəsində növbəti onillik (1810-1819) son 550 il ərzində ən soyuq onillik kimi tarixdə qalmışdı .
İlhan Mansız
İlhan Mansız (10 avqust 1975) — keçmiş türk futbolçu. İlhan Mansız Türkiyə milli futbol komandasının heyətində 2002-ci ildə Cənubi Koreya və Yaponiyada keçirilmiş Futbol üzrə dünya çempionatında bürünc medal qazanmışdır. "Samuray" ləqəbi də ona həmin çempionat vaxtı yaponlar tərəfindən verilmişdir. Yaponların sevgisini nəzərə alan futbolçu 2004-cü ildə "Beşiktaş"dan Yaponiyanın "Vissel Kobe" klubuna transfer olunmuşdur. Bundan sonra Almaniyanın Herta klubunda oynamışdır. 2005/2006 mövsümündə Ankaragücünün heyətində çıxış etmişdir. Amma Almaniyada keçirdiyi avtomobil qəzasından sonra sağlamlığını tam bərpa edə bilməmiş və 2006-cı ildə peşəkar karyerasını "Ankaragücü"nün heyətində başa vurduğunu elan etmişdir. Bununla belə futbolçu 2009-cu ildə yenidən futbola qayıtmaq fikrinə düşmüş, Almaniya çempionatının ikinci liqasında mübarizə aparan "Münhen 1860" klubuna baxışa yollanmışdır. Klubun ucuz qiymətə futbolçu axtarışı türk futbolçunu həvəsləndirmişdir. O, jurnalistlərə açıqlamasında qarşısına ciddi məqsədlər qoyduğunu bildirmişdir: "Yenidən özümü sübut etmək istəyirəm".
Azərbaycan Xalq Cümhuriyyətinin aksiz idarələri
Dövlətin müstəqil maliyyə-iqtisadi mexanizminin yaradılması məqsədilə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918 il oktyabrın 8-də qəbul etdiyi qərar. Həmin qərara əsasən Zaqafqaziya Aksiz İdarəsinin Azərbaycandakı müvafiq qurumları ləğv edilmiş, əvəzində üç aksiz idarəsi yaradılmışdı: biri Gəncədə yerləşməklə, Gəncə quberniyası və Zaqatala mahalı üzrə, ikisi isə Bakıda yerləşməklə Bakı quberniyası üzrə ümumi aksiz və neftdən rüsumlar toplayan aksiz idarələri. Baş Aksiz İdarəsi Maliyyə Nazirliyinin nəzdində idi. Hökumətin həmin qərarına əsasən, Azərbaycan ərazisinə aid olan bütün ümumi və özəl işlər Tiflisdə yerləşən Zaqafqaziya Aksiz İdarəsindən alınaraq, Cümhuriyyətin müvafiq idarələrinin səlahiyyətinə verildi. Ölkənin öz aksiz idarələrinin yaradılması barədə qərar və bu qərarın yerinə yetirilməsi Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu sahəsində həyata keçirdiyi mühüm addımlardan biri idi. Azərbaycan Xalq Cümhuriyyətində gəlir mənbələrini möhkəmləndirmək məqsədilə yaradılmış qurum. Hökumətin qərarı ilə 1918 il oktyabrın 8-də, Zaqafqaziya Aksizlər İdarəsinin ləğv olunmuş 3-cü dairəsinin əvəzində yaradılmışdı. 3 sahəyə, sahələr isə rayonlara bölünürdü. İdarə yaradılana qədər spirtli içkilərin satışı və istehlakı qadağan olunmuşdu. 1919 il avqustun 24-də Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə qadağan götürüldü və Azərbaycan ərazisində spirtli içkilərin sərbəst satışına icazə verildi.
Adsız 153
Adsız #153 — amerikalı fotoqraf Sindi Şerman tərəfindən 1985-ci ildə yaradılıb. 2010-cu ildə foto hərracda 2.7 milyon dollara satılıb ki, bu da onu tarixin ən bahalı fotolarından birinə çevirib.
Adsız adası
Adsız adası — Bakı arxipelaqında Azərbaycana məxsus ada. Heç bir yaşayış əlaməti yoxdur. Maksimum uzunluğu 0,1 km təşkil edir. Sahildən 17,5 km uzaqlıqda yerləşir Ada Səngi-muğan və İqnat daşı (Daşlı adası) adasının arasında yerləşir.
Adsız burnu
Adsız burnu — Novxanı qəsəbəsi Sarıqaya yaşayış massivinin Xəzər dənizi sahilində yerləşir. Burun sahilləri balıqqulağı və dəniz qumları ilə örtülüdür. Burada Novxanı çimərliyi yerləşir. Sahil boyunca dalğavari şəkildə dayazlıqlar bir-birini əvəz edir.
Adsız venalar
Atsız Xarəzmşah
Əlaəddin Əbülmüzəffər Atsız ibn Məhəmməd Xarəzmşah (1097 - 1156)—Xarəzmşahlar dövlətinin hökmdarı (1128-1156). Səlcuqlu hökmdarı Sultan Səncərin Xarəzm valisi Qütbəddin Məhəmmədin oğlu və I Məlikşahın ibrikçibaşısı Anuş Təkinin nəvəsidir. Hicri 490-cı ilin rəcəb ayında (iyun-iyul 1097-ci ildə) dünyaya gəlmişdi. Vəliəhdliyi sırasında atasına yardımçı olur, onun təzimlərini ərz etmək üzrə iki ildə bir Mərvə, Sultan Səncərin yanına gedərdi. Hətta İbn əl-Əsirin verdiyi bilgiyə görə Atsız, türkmənlərin məskunlaşdığı Manqışlağı vəliəhd ikən fəth etmişdir . Ayrıca onun, Sultan Səncərin 512-ci (1118-ci) ildə qardaşı oğlu Mahmud ibn Məhəmməd Təpərə qarşı apardığı səfərə qatıldığı da bildirilir . Atsız 1128-ci ildə, ciddi bir çətinliklə qarşılaşmadan atasının yerinə keçdi. Hökmdarlığının ilk ilərində Sultan Səncərə sədaqətlə xidmət etdi. Bu münasibətlə, Qaraxanlı Tamgac xanın üsyanı dolayısıyla Sultan Səncərin 524-cü (1129-1130-cu) ildə Mavəraünnəhrə, 1132-ci ildə İraqa, 1135-ci ildə də Qəznəyə apardığı səfərlərə qatıldı. Bununla bərabər bir tərəfdən Sultan Səncərə xidmət edərkən digər tərəfdən də ölkəsini genişlədib, qüvvəsini artırmaq üçün qonşu Türk ölkələrinə səfərlər düzənlədi.
Atsız məcmuə
Atsız məcmuə - adını tarixçi, yazıçı, şair, türk millətçiliyinin ideoloqlarından olan Hüseyn Nihal Atsızdan alan jurnal. Fasiləsiz olaraq 17 sayı çıxmışdır. Jurnalda ədəbiyyat, tarix, millətçilik, türk xalq ədəbiyyatı, sosial mövzular və müxtəlif fikirlərlə bağlı yazılar nəşr edilmişdir. Jurnalın əsas mövzusu kommunizmə qarşı yazılar ilə Ülküçülük və Turançılıq düşüncəsidir. Yazı heyətinə Mehmed Fuad Köprülü, Zəki Validi Toğan kimi şəxslərin də olduğu bu jurnal, 25 sentyabr 1932-ci ildə qapadılmışdır. Jurnalın ilk sayı 15 may 1931-ci ildə nəşr edilmişdir, bu sayıda jurnalın məqsədi "Bir quş baxışı" adlı məqalədə açıqlanmışdır. Bu yazıda I Dünya müharibəsi və Türkiyə İstiqlaliyyət müharibəsindən sonrakı ictimai həyatdan bəhs edilmiş, jurnalın xalqın içinə girəcəyini, xalqdan yana əsərlər verəcəyini, kəndlini və kəndləri qurtarmağa və ucaltmağa çalışacaq gənclərin jurnalı olduğu vurğulanmışdır. Bu məqalə jurnalın 17 saylıq həyatının əsas fikir mövzusu olmuşdur. Jurnalda ən çox Səbahətdin Əli və Hüseyn Nihal Atsızın şerləri nəşr edilmişdir. Şerləri nəşr edilən digər şəxslər isə Fevziyə Abdullah və Nihad Sami Banarlıdır.
Baksı Muzeyi
Baksı Muzeyi — Türkiyədə fəaliyyət göstərən muzeylərdən biri. Kitabxana, konfrans, sərgi salonlarından ibarət 40 hektarlıq bir ərazidə yerləşir. 2005-ci ildə tanınmış Türk alimi, professor Hüsaməddin Koçanın təşəbbüsü ilə Baksı Mədəniyyət Vəqfi yaradılmışdır və uzun sürən çalışmalardan sonra məhz bu vəqfin bazası əsasında Baksı Muzeyi müstəqil olaraq 2010-cu ildə istifadəyə verilmişdir. Muzey bir sıra yerli və beynəlxalq mükafatlara layiq görülmüşdür.
Buğra Atsız
Buğra Atsız (14 iyul 1946, Kadıköy, İstanbul ili) — türk tarixçi və yazıçıdır. Hüseyn Nihal Atsız və Bədriyə Atsızın kiçik oğlu, Nejdət Sançarın qardaşı oğlu, Yağmur Atsızın qardaşıdır. Türkçü və Turançı düşüncələri ilə məşhurdur. 1946-cı ilin 14 iyulunda İstanbul şəhərində anadan olmuşdur. Uzun illər Almaniyada yaşamışdır, hal-hazırda Kanada yaşayır. İstanbulda yerləşən Avstriya liseyində təhsil almışdır. Bundan sonra ali təhsil almaq üçün Almaniyaya getmiş və orada Türkologiya üzrə təhsil almışdır. Doktarantura təhsilini də burada tamamlayan Buğra Atsızın araşdırma mövzusu Osmanlı sultanlarından IV Murad olmuşdur. Hüseyn Nihal Atsızla Bədriyyə Atsızın ailəsində anadan olmuşdur. Yağmur Atsızın kiçik qardaşı, Nejdət Sançarın qardaşı oğludur.
Nihal Atsız
Hüseyn Nihal Atsız (12 yanvar 1905; Kadıköy – 11 dekabr 1975; İstanbul)— Türk yazıçısı, şair, tarixçi və ideoloqdur. Nejdət Sançarın böyük qardaşıdır. Yağmur Atsız və Buğra Atsızın atasıdır. Rza Nurun mənəvi oğludur. Özünü Türkçü və Turançı olaraq tanıtmışdır. O, İslama nifrət edirdi və onu “Ərəblər tərəfindən ərəblər üçün yaradılmış bir din” kimi təyin edirdi. Atsızın atası Gümüşhanenin Torul qəzasının Midi kəndinin Çiftçioğulları ailəsindən Deniz Güverte Binbaşısı Mehmet Nail bey, anası Trabzonun Kadıoğulları ailəsindən Deniz Yarbayı Osman Fevzi bəyin qızı Fatma Zəhra xanımdır. Çiftçioğulları ailəsindən müəyyənləşdirilə bilən ən böyük babası, XIX əsrin əvvəllərində yaşadığı hesab edilən Əhməd ağadır. Əhməd ağanın İsmayıl, Süleyman, Hüseyn və Şakir adlı dörd oğlu olmuşdur. İsmayılın övladları Mididən, Yozğadın Ağdağmədəni bölgəsinin Dayılı kəndinə köşmüşdür.
Sakız adası
Xios(yun.Χίος) — Yunanıstan ərazisinin bir hissəsi kimi Kiçik Asiya yarımadasına yaxın Egey dənizində yerləşən ada. Əhali 50 388 (2001 il siyahıyaalma). Xios adası,eləcə də Psara yaxınlığında yerləşən adalar(14,2 km şimal-qərb) və Inusses (6.3 km şərq) Yunanıstan Respublikasında inzibati vahid yaradır. Ən böyük məskunlaşma :Aya-İrmioni,Volisos,Vrondados,, Kambos,Karfas,Kataraktis, Lillikas, Megas-Limionas,Flatsia və Xios adalarında qeyd alınıb. Egey dənizinin suları ilə yuyulur. Xios adası Türkiyə Respublikası ilə su sərhədi mövcuddur. Adanın sahəsi — 842,289 кm² təşkil edir. Ada aypara formasına malikdir. Egey dənizində yerləşən digər adalar kimi, Xios tikanlı bitki örtüyü ilə, qayalıq ərazisi və hündür olmayan təpələri ilə xarakterizə olunur. Ən yüksək nöqtəsi — Pelineon zirvələri (1297 m / 4260 ft) və Oros zirvəsidir.(1188 m və ya 3900 ft).
Sofi Lakaz
Sofi Lakaz (fr. Sophie Lacaze; 9 sentyabr 1963[…]) — fransız bəstəkarı. Tuluza konservatoriyası və Parisdə yerləşən Normal Musiqi Məktəbində təhsil almışdır. Daha sonra Kirj akademiyasında Franko Donatoni və Ennio Morrikone kimi ustadlardan dərs almışdır, Pyer Bulez kurslarını dinləyirdi. İki il Avstraliyada yaşayıb 2006-cı ildə Fransaya qayıtdı. Sofi Lakaz Lycéen des compositeurs (2009) qran-prisini və SACEM-də Klod Arye mükafatının (2010) sahibidir. 1992 — J. Syupervelin şeirlərinə soprano və simli trio üçün üç melodiya 1993 — A. Rembo şeirlərinə fleyta üçün Voyelles 1996 — qadın səsi, fleyta və fortepiano üçün Jetez-vous sur l’avenir 1997 — fleyta və violonçel üçün La vita e bella 1998 — nəfəsli alətlər, didjeridu, uşaq xoru və perkussiya üçün Le Becut 1999 — skripka, klarnet və fortepiano üçün Comme une rue pavee 1999 — fortepiano üçün üç müqəddimələr 2000 — Henry Kendallın şeirlərinə fleyta və simli trio üçün Broken Words 2000 — fleyta, didjeridu və fleytaların orkestri üçün And then there was the sun in the sky 2001 — Iotife üçün simli trio, şeirlərinı H. Kendall 2001 — Messe de Nostre Dame üçün xor akapella 2002 — Histoire sans paroles üçün skirpka, violonçellər və fortepiano 2002 — Voices of Australia üçün fleyta solo və maqnitofon lentası 2002 — L’enfance de Catherine üçün fleyta və simli trio, Anna Bodrinin "Katrinin uşaqları" filmi üçün musiqi 2002 — Ave Maris Stella üçün xor 2003 — Messe de Nostre Dame üçün 8 qadın səsləri və perkussiya, в честь «Messe de Nostre Dame» Гийома де Машо 2003 — Tarantella üçün fortepiano 2004 — Dreaming, kamera operası üçün iki qadın səsi, didjeridu, fleyta, alt, perkussiya və maqnitofon lentası 2005 : Cinq Voyelles pour Quatre Flûtes, транскрипция «Voyelles» üçün 4 fleyta. По стихотворению А. Рембо 2005 — Oceans üçün fleyta, faqot, skirpka, alt, kontrabas, uşaq xor və perkussiya 2005 — Py üçün fleyta və fortepiano 2005 — Het Lam Gods üçün simli kvartet, на темы Гентского алтаря братьев Ван Эйк 2005 — Duo üçün səs və maqnitofon lentası 2006 — Archelogos I üçün səs və maqnitofon lentası 2006 — Les quatre elements, konsert üçün fleyta, uşaq xor və perkussiya 2006 — Deux mouvements üçün тенор-saksofon və orkestri. 2006 — Musique de la mer üçün klarnet, faqot, simli kvartet, uşaq xor və perkussiya 2006 — Vignes üçün CD, Guy Bompais şəkil sərgisi üçün 2006 — The great flood üçün alt-saksofon və ансамбля саксофонов 2006 — Mouvement üçün simli orkestri 2007 — Het Lam Gods II üçün fleyta solo və fleytaların orkestri 2007 — Archelogos II üçün bas fleyta və CD 2008 — Quatre haïkus üçün alt-saksofon və fortepiano 2008 — Le Petit Prince, musiqi tamaşası üçün волн Мартено, fleyta və simli trio 2008 — Archèlogos IIb üçün волн Мартено və CD 2009 — L’art est le plus beau des mensonges üçün sopranovə вибрафона sözlərinə Алена Карре 2009 — Het Lam Gods III üçün dörd fleyta, на темы Гентского алтаря братьев Ван Эйк və текст Алена Карре 2009 — Variations sur quatre haïkus üçün виолончели 2010 — L’espace et la flûte — Variations sur des textes de Jean Tardieu üçün чтеца və ансамбля fleyta, şeirlərinı Жана Тардьё 2010 — Souffles üçün dörd fleytaистов (2 zamponias, 2 bajones, 3 Boehm flutes) 2011 — Marco Polo камерная opera üçün xor və ансамбля 2011 — Calligrammes üçün баритона, xor və kvartet саксофонов, şeirlərinı Гийома Аполлинера 2011 — Archèlogos III üçün gitara və CD 2011 — orkestr üçün Après avoir contemplé la lune 2012 — Estampes üçün dörd fleytaистов 2012 — En Quete üçün qadın səsi, чтеца, saksofon və fortepiano, üçün выставки фотографий Guy Bompais 2012 — Ukiyo-e konsert üçün Мартено волн və fleyta оркестром 2013 — O Sapientia 4 qadın səsləri. Hildeqard fon Bingenin mətininə əsasən 2013 — Immobilité sérieuse I üçün fortepiano və simli orkestri 2014 — Maye üçün zərbə alətləri 2014 — Un parapluie et un manteau de paille короткая работа üçün fortepiano 2015 — Voyelles üçün saksofon 2015 — Au milieu de la plaine üçün fleyta və arfa 2015 — Voices of Australia üçün solo sopranosaksofon və CD 2015 : La lune dans l’eau, üçün saksofon 2016 : La lune dans l’eau, üçün fleyta 2016 : qarışıq xor üçün Petite messe, 2017 : Voyages d’Orient I və Voyages d’Orient II, üçün ансамбля ветра və xor 2017 : Je vois passer l’Ange, üçün üç qadın səsləri və alt-saksofon 2017 : Ahatonhia again, üçün kvartet klarnet 2018 : And Earth moves away, üçün dörd fleyta 2018 : Ntau, üçün fleyta, klarnet, fortepiano və perkussiya «Sophie Lacaze, portrait d’une compositrice», Geneviève Mathon-la dialoq, Delatour Publishing, 160 səh., 2018-ci il may ayı Rəsmi sayt Müasir musiqi sənədləşməsinin mərkəzi veb-saytında səhifə, Fransa "Sofi Lakazın fleytası üçün musiqi" Arxivləşdirilib 2020-05-12 at the Wayback Machine — Traversière Magazine 104, 2012.
Yağmur Atsız
Yağmur Atsız (4 noyabr 1939, İstanbul) — türk tarixçi, şair, türkoloq və türk millətçiliyinin ideoloqlarından olan Hüseyn Nihal Atsızın oğlu, türkoloq Buğra Atsızın böyük qardaşı. 1939-cu ilin noyabr ayının 4-də İstanbul şəhərində Nihal Atsızın ailəsində anadan olmuşdur. Heydərpaşa liseyində orta təhsilini başa vurduqdan sonra İstanbul universitetinin Hüquq fakültəsinə qəbul olmuşdur. Buradakı təhsilini bitirdikdən sonra Almaniyanın Bonn Universitetinə təhsil almaq üçün getmişdir. 1967-ci ildə buradakı təhsilini bitirdikdən sonra bir müddət Türkiyədə Mətbuat-Nəşriyyat İdarəsində işləmişdir. 1971-ci ildə Almaniyaya geri dönən Atsız, televiziya və radio qurumlarında film çəkilişi və siyasi şərhçiliklə məşğul olmuşdur. 1977-ci ildən etibarən 2 il müddətinə Türkiyənin Bonn şəhərindəki konsulluğunun mətbuat katibliyini etmişdir. Nöqtə, Bazar postası, Yeni yüz il, Tərcüman, Milliyyət, Maya, Türk ədəbiyyatı kimi qəzet və jurnallarda yazılar yazmışdır. 31 dekabr 2014-cü il tarixinə qədər Star qəzetində köşə yazıları yazmışdır. 2016-cı ilin oktyabr ayından etibarən Qərar qəzetində yenidən köşə yazıları yazmağa başlasa da, qısa müddət sonra bu fəaliyyətini də dayandırmışdır.
Əlaəddin Atsız
Əlaəddin Əbülmüzəffər Atsız ibn Məhəmməd Xarəzmşah (1097–1156)—Xarəzmşahlar dövlətinin hökmdarı (1128–1156). Səlcuqlu hökmdarı Sultan Səncərin Xarəzm valisi Qütbəddin Məhəmmədin oğlu və I Məlikşahın ibrikçibaşısı Anuş Təkinin nəvəsidir. Hicri 490-cı ilin rəcəb ayında (iyun-iyul 1097-ci ildə) dünyaya gəlmişdi. Vəliəhdliyi sırasında atasına yardımçı olur, onun təzimlərini ərz etmək üzrə iki ildə bir Mərvə, Sultan Səncərin yanına gedərdi. Hətta İbn əl-Əsirin verdiyi bilgiyə görə Atsız, türkmənlərin məskunlaşdığı Manqışlağı vəliəhd ikən fəth etmişdir. Ayrıca onun, Sultan Səncərin 512-ci (1118-ci) ildə qardaşı oğlu Mahmud ibn Məhəmməd Təpərə qarşı apardığı səfərə qatıldığı da bildirilir. Atsız 1128-ci ildə, ciddi bir çətinliklə qarşılaşmadan atasının yerinə keçdi. Hökmdarlığının ilk ilərində Sultan Səncərə sədaqətlə xidmət etdi. Bu münasibətlə, Qaraxanlı Tamgac xanın üsyanı dolayısıyla Sultan Səncərin 524-cü (1129–1130-cu) ildə Mavəraünnəhrə, 1132-ci ildə İraqa, 1135-ci ildə də Qəznəyə apardığı səfərlərə qatıldı. Bununla bərabər bir tərəfdən Sultan Səncərə xidmət edərkən digər tərəfdən də ölkəsini genişlədib, qüvvəsini artırmaq üçün qonşu Türk ölkələrinə səfərlər düzənlədi.
Adsız tablo
Adsız Tablo (ing. unnamed table)— Elxan Elatlı tərəfindən 2003 cü ildə nəşr edilmiş roman Bakı şəhəri... 1 aprel 2013-cü il Əslində adi günlərdən biri... Bu tarix hər il dünyada gülüş günü kimi qeyd olunur.Amma hər gün,o cümlədən bu gün də yer üzündə minlərlə insanın müxtəlif səbəblərdən öldüyünü,milyonlarla insanın xəstəlikdən can çəkdiyini düşünəndə,anlayırsan ki, dünyanın vahıd bir gülüş günü ola bilməz.Onsuz da taleyi kimin üzünə gülürsə,o adam qəlbən gülür,kimə sərt üz göstərirsə ağlayır.Heç bir fərq qoyulmadan,ilin hər bir günündə.. Bizdə isə əlavə olaraq bu günə Aldatma Günü də deyilir.İlin hər bir günündə bir-birimizi aldatmağımız azmış kimi,bunun üçün məxsusi bir gün də ayırmışıq. Yox, narahat olmayin, sizi nə aldatmaq fikrimiz var,nə də güldürmək.Sadəcə, həmişə, hər yerdə baş verə biləcək bir adi əhvalat danışacağıq sizə... Və bəlkə də bir az qeyri adi... Çoxdan susmuş cib telefonu bu gün ikinci dəfə səsləndi.Öz mənzilindəki iş masasının arxasında oturub noutbukla təyyarə bileti sifariş verən polkovnik Qasımlı üz gözünü turşudub işindən ayrıldı.Zəng yad nömrədən gəlirdi.Həm də rəqəmləri ahəngdar ardıcıllıqla düzülmüş xüsusi bir nömrədən. Belə nömrələr həvəskar müştərilərə azı beş yüz manata satılırdı.Adi nömrələrin beş manata olduğunu nəzərə alsaq,yüz dəfə baha idi... Zəng vaxtından əvvəl kəsildi..Demək kimsə onu narahat etməyə çətinliklə cəsarət tapmışdı.Görəsən bu kim idi?Onun telefon nömrəsini çox az adam bilirdi və bu adamlar da çox nadir hallarda zəng vururdular.Məsələn az əvvəl nahar vaxtı Boris Nİkitin Moskvadan zəng vurub onu oğlunun toyuna dəvət etdi.Gör illər necə tez keçib gedirdi.Əgər Qasımlının yeganə övladı olan qızı o vaxt bir yaşında qətlə yetirilməsəydi indi yeniyetmə qız olacaqdı.Borisin oğlundan yeddi-səkkiz yaş kiçik...Boris ondan çox tez evlənmişdi.Toy aprelin 5-də olacaqdı.Ona görə də bir gün əvvələ,gündüz saat 10.40-a bilet sifariş verdi.Deməli,iki əzizini və bolluca xatirələrini qoyub gəldiyi Moskvaya uçmağına üç sutkadan az vaxt qalırdı.
Başsız Ucan (Bostanabad)
Başsız Ucan (fars. باشسيزاوجان‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 466 nəfər yaşayır (81 ailə).
Başsız atlı (roman)
Başsız atlı — Mayn Rid tərəfindən 1865-ci ildə yazılmış roman. Vəhşi Qərb mövzusunda yazılmış romanda gənc qızı sevən iki gəncin mübarizəsi ilə yanaşı, ABŞ həyatının müstəmləkəçilik siyasəti, qul alverinin dəhşətləri, Amerika hindularının həyatı təsvir edilir. Mayn Rid Tomas 1818-ci ildə Britaniyada anadan olmuşdur. O, keçən əsrin ingilis romançılarındandır (Thomas Mayne Reid). Rid 20 yaşında ikən ABŞ-yə getmiş, Amerika-Meksika müharibəsində (1846–1848) iştirak etmişdir. Onun bir çox əsərləri Amerika həyatından bəhs edir. Müharibənin iştirakçısı kimi şəxsən müşahidə etdiyi bir çox hadisələr və insanlar sonralar yazdığı əsərlərində, xüsusən də "Azad atıcılar", "Ağ rəhbər", "Kbarteron qız", "Feminolların başçısı Otseolla", "Başsız atlı", "Öldürücü atəş" romanlarında öz bədii inikasını tapmışdır. Mayn Rid insan qəlbinin dərinliklərinə enməyi surətlər, arasındakı münasibətləri konkret həyat hadisələri əsasında təsvir etməyi bacaran xarakterlər ustasıdır. Əsərlərində müəllif ABŞ-nin müstəmləkəçilik siyasətini, qul alverinin dəhşətlərini, amerika hindularının həyatını təsvir etmişdir. Humanist ruhlu macəra romanlarında hinduların ağ müstəmləkəçilərə qarşı istiqlaliyyət mübarizəsini təsvir etmişdir.
Bakı Quberniyasının Neft Rüsumları üzrə Aksiz İdarəsi
Dövlətin müstəqil maliyyə-iqtisadi mexanizminin yaradılması məqsədilə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918 il oktyabrın 8-də qəbul etdiyi qərar. Həmin qərara əsasən Zaqafqaziya Aksiz İdarəsinin Azərbaycandakı müvafiq qurumları ləğv edilmiş, əvəzində üç aksiz idarəsi yaradılmışdı: biri Gəncədə yerləşməklə, Gəncə quberniyası və Zaqatala mahalı üzrə, ikisi isə Bakıda yerləşməklə Bakı quberniyası üzrə ümumi aksiz və neftdən rüsumlar toplayan aksiz idarələri. Baş Aksiz İdarəsi Maliyyə Nazirliyinin nəzdində idi. Hökumətin həmin qərarına əsasən, Azərbaycan ərazisinə aid olan bütün ümumi və özəl işlər Tiflisdə yerləşən Zaqafqaziya Aksiz İdarəsindən alınaraq, Cümhuriyyətin müvafiq idarələrinin səlahiyyətinə verildi. Ölkənin öz aksiz idarələrinin yaradılması barədə qərar və bu qərarın yerinə yetirilməsi Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu sahəsində həyata keçirdiyi mühüm addımlardan biri idi. Azərbaycan Xalq Cümhuriyyətində gəlir mənbələrini möhkəmləndirmək məqsədilə yaradılmış qurum. Hökumətin qərarı ilə 1918 il oktyabrın 8-də, Zaqafqaziya Aksizlər İdarəsinin ləğv olunmuş 3-cü dairəsinin əvəzində yaradılmışdı. 3 sahəyə, sahələr isə rayonlara bölünürdü. İdarə yaradılana qədər spirtli içkilərin satışı və istehlakı qadağan olunmuşdu. 1919 il avqustun 24-də Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə qadağan götürüldü və Azərbaycan ərazisində spirtli içkilərin sərbəst satışına icazə verildi.
Lakşmi
Lakşmi (sanskr. लक्ष्मी, lakṣmīIAST — «xoşbəxtlik») — xeyir-dua, bolluq, rifah, zənginlik, uğurlar və xoşbəxtlik ilahəsi. O, lütf, gözəllik və cazibənin təcəssümüdür. Onun tərəfdarları hər cür təəssüf və yoxsulluqdan qorunacaqlarına inanırlar. Lakşmi Vişnunun ən böyük həyat yoldaşıdır, Rama ilə (Sita quruluşunda) və Krişna ilə (Radha və daha sonra Rukmini kimi adlanıb) evlənmişdir. Mahabharata Narayana-Vişnu ilə əlaqə saxlayır: Lakşmi Narayananın başından yuxarı olan qızıl şanagüllədən doğulur. Şanagüllə - Lakşminin əsas simvoludur. Lakşmi pul və sərvətin ilahəsidir. Lakşmi Draupadi hesab olunur - beş Pandava qardaşının həyat yoldaşı, İndra, Pit, Vayu və Aşvins əkizləri. Hinduizm Venkatadhvari, ,.
Lansia
Lancia , Vincenzo Lancia tərəfindən 1906-cı ildə qurulan İtalyan avtomobil istehsalçısı, 1969-dan bəri Fiat qrupunun bir parçasıdır.
Latsio
Latsio ((lattsjo), Latınca: Latium kimi tələffüz olunur) İtaliyanın mərkəzi yarımada hissəsində yerləşən 20 inzibati rayondan biridir. Latsio təqribən 5.7 milyon sakini ilə İtaliyanın ən çox əhali məskunlaşan üçüncü, 170 milyard avrodan çox ümumdaxili məhsulu ilə ən böyük iqtisadiyyata malik ikinci regionudur. Latsio latın sözü olan Latiumdan götürülüb. Regionun adı latın mənşəli qədim xalqların qəbilə icmalarında da mövcuddur. Baxmayaraq ki, qədim Roma latınlardan başqa etrusklar və digər italiklər də daxil olmaqla çoxmillətli ölkə idi, amma axırıncı tayfa çoxluq təşkil edirdi. Roma mifologiyasına görə latın tayfası adını kral Latinusdan götürüb. Latsionun ərazisi 17,236 km²-dir və o, şimaldan Tuskani, Umbria və Mark, şərqdən Abruzzo və Malise, cənubdan Kompania və qərbdən Tirenian dənizi ilə əhatə olunub. Region əsasən düzənlik, təpəliklərdən ibarətdir və əsasən şərq və cənub zonaları kiçik dağlıq ərazilərdir. Latsionun sahili Sersio (541m) və Gata (171m) burunları ilə əhatə olunan qumlu çimərliklərdən ibarətdir. Latsionun bir hissəsi olan Pontin adaları cənub sahili boyunca uzanır.
MakSim
MakSim (əvvəlki adı Maxi-M; əsl adı - Marina Sergeevna Abrosimova (anası tərəfdən Maksimova); 10 iyun 1983, Kazan) bir rus müğənni, müəllif, ifaçı və musiqi prodüseridir. Müvəffəqiyyət müğənniyə 28 Mart 2006-cı ildə 1,5 milyon nüsxədən çox satılan "Трудный возраст" (Çətin yaş) albomunun çıxması ilə gəldi və 2007-ci ildə MakSim Rusiyada gəlir baxımından ən çox uğur qazanan müğənni oldu. MakSim iki dəfə - MTV Russian Music Awards və Muz-TV Mükafatlandırma mərasimində ən yaxşı ifaçı nominasiyasını qazandı. 2 fevral 2008-ci ildə "Московский комсомолец" (Moskvanın komomolitləri) və “Звуковая дорожка” (Soundtrack) qəzetlərinin illik mükafatlandırma mərasimində müğənni “İlin ən yaxşı ifaçısı” nominasiyasını qazandı. MakSim, 15 "Qızıl Qrammofon" mükafatının sahibidir. Müğənninin ikinci albomu - "Мой рай" (Mənim cənnətim) albomunun 1,3 milyondan çox nüsxəsi satıldı. Müğənninin satılan albomlarının məcmu tirajı altı milyon nüsxədən çoxdur. MakSim, 7 singli MDB ölkələrinin ümumi radio siyahısında ardıcıl olaraq birinci yeri tutan yeganə müğənnidir. 2008-ci ildə "Бегущая по волнам" (Dalğaların üstündə qaçmaq) filminə eyniadlı soundtrack yazdırdı. 2009-cu ilin dekabrında müğənninin qızıl statusu və iki platin aldığı üçüncü studiya albomu - "Одиночка" (Tənha) çıxdı.
Vaksin
Peyvənd və ya Vaksin (fr. Vacca) — orqanizmin xəstəliklərə qarşı immun müqavimətini qüvvətləndirən bioloji maddə. Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar, onların ifraz etdiyi bəzi antigen xassəli maddələrdir. Vaksin həmçinin gen mühəndisliyi ilə də alına bilir. İmmun sistemi bu maddələri antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır (humoral immunitet). Yaxud da hüceyrə immuniteti ilə, yəni T limfositlər vasitəsilə məhv edir. Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə metodlarından ən effektli və iqtisadı cəhətdən ən əlverişli üsul vaksinasiyadır. Əsas prinsipini müəyyən infeksion törədiciyə qarşı spesifik immun cavabın yaranması təşkil edir. Bu proses isə aktiv immunizasiya adlanır. Belə spesifik əks cisimlər hazır şəkildə heyvanlardan və ya donor insanlardan alınıb orqanizmə yeridilməsi passiv immunizasiyadır.
Yaksik
Yaksisk (xanqıl: 약식) və ya yakpap (xanqıl: 약밥) - koreya mətbəxinə məxsus şirniyyatdır. Şirniyyata qoz, şabalıd və s. əlavə edilir. Şirniyatın tərkibinə bal, şəkər, dad verici vanil, yağ, sous və xurmada əlavə edilir. Ənənəvi olaraq yaksik "çonvol-deborm" (xanqıl: 정월대보름) bir yerdə serviz edilir. Bu şirniyyat əsasən yeni ildə, toylarda, ad günlərində və xüsusi ziyafətlərdə təqdim olunur. Yaksikin hərfi mənası "dərmanlı düyü" və ya "dərmanlı qida" deməkdir. Tərkibində bal olduğu üçün Cosone onu "yak" yəni dərman adlandırırdı. Balın şərabla qarışıq yakçu' (약주), qaynadılmış düyü ilə bal yakkva (약과) adlanır. Digər növləri yakpan (약반), kkulban (kkulbap 꿀밥) və milbap (milbap хангыль: 밀반)-dır.
Laisizm
Laisizm və ya laiklik (fr. laïcité sözündən) — dövlətin dininə və dilinə baxmayaraq ictimai sahədə hər kəsə eyni hüqüqların verilməsində daha fəal rol oynadığı siyasət və prinsiplər. Türkiyə Respublikası milli dövlət kimi qurulmuşdur. Başqa sözlə, cəmiyyət öz müqəddəratını həll etmək səlahiyyətinə malikdir. Millətin tərifi nə irqdir, nə də ümmət. Millət öz hüquqlarını düşüncə əsasında nizamlayan cəmiyyətdir. Bu baxımdan millətin qeyd-şərtsiz suverenliyi dövlətin "laik" olması deməkdir. Bəzi dairələr Türkiyə qanunlarında sekulyarizmin heç bir tərifinin olmadığını iddia edirlər. Halbuki, Konstitusiyanın 24-cü maddəsində sekulyarizm rasionalist fəlsəfənin təhlilinə uyğun olaraq müəyyən edilmişdir.
Aksis
Aksis (lat. Axis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cinsi.
Lasio
Latsio ((lattsjo), Latınca: Latium kimi tələffüz olunur) İtaliyanın mərkəzi yarımada hissəsində yerləşən 20 inzibati rayondan biridir. Latsio təqribən 5.7 milyon sakini ilə İtaliyanın ən çox əhali məskunlaşan üçüncü, 170 milyard avrodan çox ümumdaxili məhsulu ilə ən böyük iqtisadiyyata malik ikinci regionudur. Latsio latın sözü olan Latiumdan götürülüb. Regionun adı latın mənşəli qədim xalqların qəbilə icmalarında da mövcuddur. Baxmayaraq ki, qədim Roma latınlardan başqa etrusklar və digər italiklər də daxil olmaqla çoxmillətli ölkə idi, amma axırıncı tayfa çoxluq təşkil edirdi. Roma mifologiyasına görə latın tayfası adını kral Latinusdan götürüb. Latsionun ərazisi 17,236 km²-dir və o, şimaldan Tuskani, Umbria və Mark, şərqdən Abruzzo və Malise, cənubdan Kompania və qərbdən Tirenian dənizi ilə əhatə olunub. Region əsasən düzənlik, təpəliklərdən ibarətdir və əsasən şərq və cənub zonaları kiçik dağlıq ərazilərdir. Latsionun sahili Sersio (541m) və Gata (171m) burunları ilə əhatə olunan qumlu çimərliklərdən ibarətdir. Latsionun bir hissəsi olan Pontin adaları cənub sahili boyunca uzanır.
Lassi
Lassi (Pəncabca: ਲੱਸੀ, Hindcə: लस्सी, Urduca: لسی, Marathicə: ताक, Qucaratca: છાસ, benq. লস্যি, puşt. شوملې) - Hindistan yarımqitəsində populyar və ənənəvi ayran. Su ilə qatıq və Hindistan ədviyyatlarının qarışdırılması ilə hazırlanır. Ənənəvi lassi (həmçinin duzlu lassi, və ya, sadəcə lassi kimi tanınan) bəzən üyütülmüş qovrulmuş kimyon ilə ətirli bir ləzzətli içkidir, digər tərəfdən şirin lassi ədviyyat yerinə şəkər və ya meyvə ilə qarışdırılır.
Taksi
Taksi (fr. taximetre, lat. taxo — qiymətini müəyyən edirəm), taksomotor[mənbə göstərin] — getdiyi yolun haqqı taksometrə əsasən ödənilən sərnişin və ya yük avtomobili. Eyni zamanda həm yük, həm də sərnişin daşıyan taksilər də var. Taksi kimi seriya ilə buraxılan, həmçinin konstruksiyasında talsiyə məxsus xüsusiyyətlər nəzərə alınmış xüsusi avtomobillərdən istifadə olunur. İlk taksilər Londonda 1903-cü ildə işləməyə başlamışdır. Taksi dayanacaqlarında xüsusi işarələr qoyulur, bəzən dayanacaqlar rabitə vasitələri olan dispetçer məntəqələri və siqnalizasiya qurğuları ilə təchiz olunur. Marşrut taksiləri də var. Bəzi şəhərlərdə "ekspres-taksi" adlanan nəqliyyat hərəkəti təşkil olunur. Belə taksilər dayanacaqlara daxil olmur, şəhər daxilində hərəkət edərək sərnişinləri küçənin istənilən yerində maşına mindirir.
Lapsi
Lapsi — erkən xristian kilsəsində Roma səlahiyyətlilərinin təqibləri altında imanlarından imtina edən mürtədlər. Bu termin öz imanından üz döndərmiş, ancaq sonradan ona qayıdan şəxslərə aiddir. 250-ci ildə Roma imperatoru Desi Trayan Roma imperiyasının bütün vətəndaşlarından ənənəvi tanrılara ictimai şəkildə qurban kəsmələrini tələb edən bir fərman vermişdir. Fərman on səkkiz ay qüvvədə qalmışdır. Bir sıra görkəmli xristianlar, o cümlədən Papa Fabian, Antioxiyalı Vavila və Yerusəlimli Aleksandr qurban kəsməkdən imtina etdiklərinə görə öldürülmüşdür. Desinin fərmanı kilsə daxilində iğtişaşlar yaratmışdır. Təzyiqlərə boyun əyən və ictimai qurbanlar verən xristianlara "lapsi" deyilirdi. Qurban kəsilməsi başa çatdıqdan sonra fərdlər Roma dininə uyğunluğu təsdiq edən qanuni sənəd, yəni şəhadətnamə alırdılar. Bu sınaqdan qaçmaq üçün bir çox ruhanilər öz icmalarını lidersiz qoyub qaçmışdır. Əksər kilsələrdə dindən dönənlər xristianlığa yenidən qəbul edilirdilər.
Boris Laskin
Boris Savelyeviç Laskin — sovet ssenaristi. Boris Laskin 22 iyul 1914-cü ildə Orşada anadan olub. ÜDKİ-nin ssenari fakültəsində təhsil alıb (1935). Boris Laskin 22 avqust 1983-cü ildə vəfat edib.
Hayrem Maksim
Ser Hayrem Stivens Maksim (ing. Sir Hiram Stevens Maxim; 5 fevral 1840[…] – 24 noyabr 1916[…], London) - ABŞ-də doğulan britaniyalı ixtiraçı. Onun ən məşhur ixtirası ilk dəfə daşınabilən, tamamilə avtomatik pulemyot olan Maksim pulemyotudur. Maksim saç ütüsü, siçovul tələsi və buxar nasosu kimi çoxlu mexaniki qurğunun patentini özündə saxlamışdı. Onun, hətta elektrik lampasını ixtira etdiyi iddiası da var idi. Maksim mexanikləşdirilmiş uçuşları təcrübə etmişdi; onun geniş təyyarə dizaynları heç vaxt uğurlu olmamışdı. O, "Əsir Uçan Maşını" adlandırdığı əyləncə sürüşü çox yüksək müvəffəqiyyət qazanmışdı. Maksim bu ixtirasını uçuşa olan ictimai marağı artırmaq üçün etmişdi. Maksim 41 yaşında Amerika Birləşmiş Ştatlarında Birləşmiş Krallığa köçdü və 1899-cu ilə qədər burada ABŞ vətəndaşı olaraq yaşadı. Daha sonra vətəndaşlığını dəyişdirdi.
Lakşmi Mittal
Lakşmi Mittal Niwas (Lakşmi Mittal Niwas; 15 iyun 1950[…], Rajqarx[d], Racastan) — hind iş adamı, Mittal qrupunun təsisçisi və sahibi, dünyanın ən böyük polad şirkəti Arcelor Mittal birgə sahibi. 2008-ci ildə jurnalı "Forbes" in reytinq görə dünyada dördüncü ən iri dövlət (45 milyard ABŞ dolları) məxsusdur. 2009-cu ildə, "Forbes" na uyğun olaraq taleyin $ 19,3 milyard azalıb, lakin qlobal iqtisadi böhranın təsirinə baxmayaraq, o, zəngin ABŞ siyahısında ilk. O, İndoneziya, onun iş başladı. Inkişafının 30 ildən çox, onun şirkəti Ispat Beynəlxalq dünyanın demək olar ki, bütün bölgələrində yaranmışdır. Istisna olmaqla, atası cənab Mittal onun iş başladığı Hindistan, idi, lakin hökumətin problemləri üçün satıb. Həmişə və hər yerdə onun polad imperiya Meksika, Kanada, Almaniya, Qazaxıstan və digər ölkələrdə təcavüzkar əldə vasitəsilə artmışdır. Ailə və ya dostluq əlaqələri ilə bağlı təsisçisi həsr olunmuş "onların" İnsanlar, müəssisələrinin idarə olunması üçün — Onun iş həmişə bir "ailə" qalmışdır. 1997-ci ildə Ispat nəzarət aktivlər geri keçən bir şirkət LNM (Lakşmi Mittal Narendra) qeydə alınmışdır. 2003-cü ildə Ispat və LNM olan Mittal Steel Group edilmiş və idarə şirkəti Mittal Steel SA, Hollandiya daxil və baş ofisi İndoneziya London köçürülmüşdür.
Latsio FK
"Latsio (Roma) FK" — İtaliyanın futbol klubu. 1900-cü ildə yaradılmışdır.Ev oyunlarını Roma ilə birlikdə Stadio Olimpicoda keçirir. Anfilogino Guarisi (İtaliya 1934) Silvio Piola (Fransa 1938) Massimo Oddo (Almaniya 2006) Angelo Peruzzi (Almaniya 2006) 17 dəfə Avropa kuboklarında iştirak edib.
Maksim Averin
Maksim Averin (28 noyabr 1985, Lvov) — Rusiyanı və Azərbaycanı təmsil edən velosipedçi. Maksim Averinin atası şosse velosipedi üzrə dəfələrlə SSRİ çempionu olan Aleksandr Averindir. 2002-ci ildə Almaniyada gənclər arasında UEC Avropa Çempionatının bürünc medalına sahib olan Maksim Averin Rusiya yığmasının heyətində çıxış edən müddətdə beynəlxalq turnirlərdə bir sıra uğurlara imza atdı. 2014-cü ilin iyununda Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) Maksim Averini Azərbaycan yığmasının heyətinə cəlb elədi. 2015 və 2016-cı illərdə Azərbaycan Çempionatlarının qalibi oldu. Maksim Averin 2016-cı ildə Azərbaycanı Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil elədi. Avqustun 6-da baş tutan fərdi turnirdə Maksim Averin finiş həddinə çata bilmədi və olimpiadanı nəticəsiz başa vurdu.