Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Livan
Livan (ərəb. لبنان‎‎) və ya rəsmi adı ilə Livan Respublikası (ərəb. الجمهوريّة اللبنانيّة‎‎) — Yaxın Şərqdə dövlət. Şimal və şərqdən Suriya, cənubdan İsraillə həmsərhəddir. Qərbdən isə Aralıq dənizinə çıxışı vardır və bu dəniz vasitəsilə Kiprlə su sərhəddinə malikdir. Paytaxtı və ən böyük şəhəri Beyrut, ümumi sahəsi 10,452 kvadrat kilometrdir. Livanı bəzən Yaxın Şərqin İsveçrəsi də adlandırırlar. == Coğrafiyası == Livan Respublikasının ərazisi 10.452 km² — dir . Ərazisinin böyüklüyünə görə dünyada 161-ci yeri tutur. Şimal-şərqdəki Biqa vadisindən başqa bütün ərazisi dağlıq ərazilərdir.
Livan Respublikası
Livan (ərəb. لبنان‎‎) və ya rəsmi adı ilə Livan Respublikası (ərəb. الجمهوريّة اللبنانيّة‎‎) — Yaxın Şərqdə dövlət. Şimal və şərqdən Suriya, cənubdan İsraillə həmsərhəddir. Qərbdən isə Aralıq dənizinə çıxışı vardır və bu dəniz vasitəsilə Kiprlə su sərhəddinə malikdir. Paytaxtı və ən böyük şəhəri Beyrut, ümumi sahəsi 10,452 kvadrat kilometrdir. Livanı bəzən Yaxın Şərqin İsveçrəsi də adlandırırlar. == Coğrafiyası == Livan Respublikasının ərazisi 10.452 km² — dir . Ərazisinin böyüklüyünə görə dünyada 161-ci yeri tutur. Şimal-şərqdəki Biqa vadisindən başqa bütün ərazisi dağlıq ərazilərdir.
Livan bayrağı
Livan bayrağı (ərəb. علم لبنان‎) - Livan Respublikasının bayrağı == Livan Konstitusiyasında == Livan konstitusiyasının 5-ci maddəsi dövlət bayrağı haqqındadır. Konstitusiyada yazılıb: «Livan bayrağı iki qırmızı və 1 ağ zolaq olmaqla 3 zolaqdan ibarətdir. Ağ zolaq qırmızı zolaqların ortasında yerləşir. Ağ zolağın eni qırmızı zolaqların enləri cəminə bərabərdir. Ağ zolağın mərkəzində sülh və uzunömürlülük rəmzi olan Sidr ağacı yerləşir.» == Tarixi == Livan uzun illər boyunca müxtəlif ölkələrin təsiri altında olmuşdur. Nəticədə həmin ölkələrin bayraqları bir müddət Livanın bayrağı olmuşdur. Osmanlılardan ayrıldığı ilk vaxtlarda ağ parça üzərində Livan sidrinin təsviri olan bir bayraq idi. 1 noyabr 1943-cü ildə Fransa mandatlığında Livan parlamenti üzvlərinin imzaları ilə təsvir olunmuş bir bayraq təsdiqləndi. Bu Livanın ilk rəsmi bayrağı idi.
Livan coğrafiyası
== Sahəsi və sərhədləri == Aralıq dənizinin şərq sahilində yerləşən Livan Respublikası şimaldan və şərqdən Suriya, cənub-şərqdən İsrail, cənubdan müsdəqil Fələstin ərəb dövləti yaratmaq məqsədilə BMT tərəfindən ayrılmış ərazi ilə həmsərhəddir. Aralıq dənizinin Livan sahillərində əmələ gətirdiyi təbii buxtalarda Beyrut, Sayda, Tripoli kimi böyük limanlar salınmışdır. Livan Asiya, Afrika və Avropanın bir-birilə yaxınlaşdığı yerdə – Aralıq dənizi hövzəsini İran körfəzi bölgəsi ilə birləşdirən beynəlxalq əhəmiyyətli yollar üzərində yerləşir. Coğrafi mövqeyinin belə əlverişli olması ölkənin iqtisadiyyatına təsir göstərmiş və onu Yaxın Şərqin böyük tranzit-ticarət mərkəzinə çevirmişdir. Livanın ərazisi 10,5 min. kv. km-dir. Bu göstəriciyə görə dünyanın 159-cu dövlətidir. == Livanın relyefi == Livan əsrarəngiz təbiətə malik ərəb ölkələrindəndir. Təsadüfi deyil ki, onu Yaxın Şərqin İsveçrəsi, Aralıq dənizinin «incisi» adlandırırlar.
Livan dənizi
Livan dənizi — Aralıq dənizinin şərqində, Kipr adası və Afrika arasında yerləşir. Dəniz şimalıdan Kipr adası və Kilikiya dənizi, qərbində Kipr dənizi ilə hüdudlanır. Dənizin ən böyük adası Kiprdir. Maksimal dərinlyi — 4384 metrdir. Sahəsi 320 min km² təşkil edir. Burada orta duzluluq 38,9 - 39,8 ‰ təşkil edir. Demək olaraq iri çay tökülmür == Yerləşməsi == Aralıq dənizinin şərq hissəsini təşkil edir. Şimaldan Türkiyə, şərqdən İsrail, Suriya, Livan, cənubdan Misir və Liviya, şimal-qərbdən isə Egey dənizi ilə əhatələnir. == İqtisadiyyat == Livan dənizinin şelf zonasının İsrail və Livan sərhəddi ərazisində nəhəng Levifan qaz yatağı yerləşir.
Livan erməniləri
Livan erməniləri — Livanda yaşayan ermənilərə verilən ümumi ad. Ermənilər Livan əhalisinin 4% təşkil edir. Ermənilər Livan vətəndaş müharibəsi zamanı döyüşlərdə faəl iştirak etmişdilər. Bəzi mənbələrdə, müharibədən əvvəl Livanda 100 minə yaxın, erməninin yaşadığını, müharibə səbəbindən ölkəni tərk etdikləri göstərilir. == Tarixi == Livanda ilk ermənilərin dəqiq nə zamandan yaşamağa başladıqları məlum deyil. Eranın ilk illərində, Livan ərazisində yaşayan xalqlar haqqında məlumat veriləndə, ermənilərində adları qeyd edilir. 1915-ci ildə Livan Osmanlı imperiyasının tərkibində idi. Bu dövrdə ermənilər daha çox Beyrut şəhərində yaşayırdılar. Sultanın fərmanı ilə ermənilərin yaşadıqları ərazilərdən köçürülməsi nəticəsində, Livanda erməni əhalisi sürətlə artmağa başlamışdır. Ermənilər Karantina və Burc Hamod bölgələrində sürətlə məskunlaşmışdılar.
Livan funtu
Livan funtu və ya livr (ərəb. ليرة لبنانية‎, fr. livre libanaise, ing. lebanese pound) — Livanın pul vahididir. Livanda pul vahidini Livan lirası adı altında istifadə edirlər.. Daha əvvəl bir Livan funtu 100 piastra bərabər idi, amma belə bölgüdən sonra ölkədə inflyasiya yarandığından ölkə bu sistemdən imtina etdi. ISO 4217 beynəlxalq standartına uyğun olaraq Livan funtunun beynəlxalq işarəsi — LBP-dir. == Sikkələr == Pul dövriyyəsində 25, 50, 100, 250 və 500 Livan funtu nominallı sikkələrə rast gəlmək mümkündür. == Əsginaslar == Pul dövriyyəsində 1000, 5000, 10000, 20000, 50000 və 100000 Livan funtu nominallı əsginaslara rast gəlmək mümkündür. Əsginaslar Qəznədə çap edilir.
Livan gürzəsi
Gürzə və ya Livan gürzəsi (lat. Macrovipera lebetina) — Nəhəng gürzə cinsinə aid ilan növü. == Görünüşü == Gürzələr fəsiləsinin ən iri nümayəndəsidir. Onun quyruğu ilə birlikdə uzunluğu 2 metr, çəkisi isə 3 kq təşkil edir. Başı olduqca iri və enlidir. Ağzı yuvarlaq, gözləri şaqulidir. Yuxarı hissəsi boz-qəhvəyi tondadır. Bəziləri vardır ki, bütünlüklə qara və qəhvəyi rəngdə olur. == Yayılması == Gürzə Şimal-Qərbi Afrika, Aralıq dənizi sahili ərazilər, qərbi, orta və cənubi Asiya ərzilərində yayılmışlar. İordan çayının qərb sahillərində, İsrail, İran, İraq, Türkiyə, Əfqanıstan, Azərbaycan, Dağıstan və nadir hallarda isə Qazaxıstan rast gəlinir.
Livan himni
Livan dövlət himni (ərəb. النشيد الوطني اللبناني‎) — 1925-ci ildə Rəşid Nəxlə ilə yazılıb, musiqini qoşan Vədi Səbra olub. Himn 12 iyul 1927-ci ildə tətbiq olunub.
Livan iqtisadiyyatı
== Livan iqtisadiyyatının əsas xüsusiyyətləri == Aralıq dənizi sahilində, mühüm yollar kəsilişindəki əlverişli coğrafi mövqeyi Livanı maliyyə bank sistemi inkişaf etmiş bir dövlətə çevirmişdir. 1943-cü ildən hakimiyyət başına gələn milli burjua nümayəndələri şəxsi kapitalın (həm xarici, həm milli) inkişafına meydan açan "Azad iqtisadiyyat" və "Azad bazar*" siyasəti yürütməyə başlayır. Livan biznesmenlərinin Qərb və Şərq arasında həyata keçirdiyi vasitəçilik və maliyyə əməliyyatları ölkənin tranzit-ticarət və turizm mərkəzlərindən birinə çevirmişdi. 1970-ci ilədək bu sahələr ölkənin milli gəlirinin 70 faizini verirdi. 1968-ci ildən sonra Livanın iqtisadiyyatı İsrail təcavüzünə və vətəndaş müharibəsinin dağıntılarına məruz qalmışdır. Mütəxəsislərin fikrincə, 1996-cı ildən ölkənin ümumi daxili məhsulu artmağa başlamışdır. 1997-ci ildən ümumi daxili məhsulun dəyəri 13,5 mlrd ABŞ dollarına bərabər olmuşdur. İllik artım yüksək olmasa da, onun mövcudluğu mikroiqtisadi sabitlik siyasəti və bərpa prosesinə büdcə ayırmalarının müvəffə-qiyyətlə yerinə yetirilməsi ölkənin son onilliklərdəki sarsıntılardan dirçəlməsinə sübutdur. Dirçəlişin bariz nümunələrindən biri də budur ki, Livan iqtisadiyyatı 1997-ci ildə vətəndaş müharibəsinin başa çatdığı 1990-cı il ilə müqayisədə təqribən 70 faiz artmışdır. 2004-cü ildə Livanda ümumi daxili məhsulun həcmi 22,5 mlrd.
Livan konstitusiyası
Livan konstitusiyası (ərəb. دستور لبنان‎) — Livan Respublikasının əsas qanunudur. 1926-cı il mayın 23-də Fransanın mandatında qəbul edilmişdir. Sonradan konstitusiya bir neçə dəfə düzəldildi — 1917-ci il 17 oktyabr, 1927-cü il 8 noyabr, 1929-cu il 9 noyabr, 1943-cü il 7 dekabr, 1943-cü il 21 yanvar, 1947-ci il 22 may, 1948-ci il 24 aprel, 1976-cı il 21 sentyabr. Beləliklə, 7 dekabr 1943-cü ildə Livanın milli bayrağının təsviri konstitusiyaya daxil edilmişdir: «Livanın bayrağı üç üfüqi zolaqdan ibarətdir: iki qırmızı zolağın arasında bir ağ zolaq. Ağ zolaqın eni qırmızı zolaqların hər birinin enindən iki dəfə qalındır. Ağ zolağın mərkəzində bu zolağın üçdə birini tutan yaşıl bir sidr ağacı var və üstü və altı müvafiq qırmızı zolaqlara toxunur». Konstitusiyanın hazırkı versiyası 21 sentyabr 1990-cı il tarixli konstitusiya qanunu ilə təsdiqlənmişdir. Xristianlar və müsəlmanlar arasında bərabərliyi təmin etmək məqsədilə konstitusiyanın 24-cü maddəsi konfessionalizm əsasında ofislərin müvəqqəti tədbir kimi təqdim edilməsini tələb edir, lakin necə ayrılacağını müəyyənləşdirmir. Buna baxmayaraq, yerlərin yarısı xristianlara, yarısı isə müsəlmanlara veriləcəkdir.
Livan mədəniyyəti
Livan mədəniyyəti — Livandakı müxtəlif etnik qruplar və ölkəyə köçənlər arasında fəal olan mədəniyyətdir. == Dil == Rəsmi dil ərəb dilidir. Digər dilləri fransız, erməni və ingilis dilləridir. == Musiqi == Livanın dünya səviyyəsində ən çox dinlənilən sənətçisi Feyruzdur. Yaxın Şərqin məşhur sənətkarlarının böyük bir qismi Livanlıdır. Najua Karam və Assi Hellani daha çox xalq musiqisi oxuyurlar. Buna Jabali (dağlardan gəlmə) deyilir. Livanlı digər məşhur sənətkarlar: Nensi Acram, Elissa, Miriam Fares, Hayfa Vehbe, Raqeb Alame, Uael Kfouri, Naual Al Zoqbi, Karole Samaha, Culia Boutros, Mərvan Huri, Ualeed Tavfiq, Amal Hicazi ve Macida Əl Rumi. == Livan diasporu == İllərdir baş verən intensiv miqrasiya nəticəsində Livan ölkəsinin əhalisindən daha çox livanlı kənarda yaşamaqdadır. Bu vəziyyət Livan mədəniyyətinin dünyada tanınmasını artırır.
Livan mətbəxi
Livan mətbəxi, Aralıq dənizi və Yaxın Şərq mətbəxlərinin təsirlərini birləşdirən zəngin və rəngarəng yemək ənənəsidir. Livan mətbəxi, əsasən, təzə tərəvəzlər, meyvələr, zeytun yağı, limon suyu və sarımsaq kimi təbii inqrediyentlərdən istifadə edir. Məşhur yeməkləri arasında meze adlanan kiçik yeməklər, tabbouleh, hummus, kibbeh və falafel var. Ət yeməkləri əsasən quzu və toyuqdan hazırlanır, qırmızı ət isə nadir hallarda istifadə olunur. Livan mətbəxi həmçinin bitki çayları və qəhvə kimi içkiləri ilə də tanınır. Bu mətbəx həm sağlamlıq, həm də dad baxımından dünyada məşhur olan ənənəvi və müasir yeməklərin harmoniyasını təmsil edir. == Tarixi == Livan mətbəxinin tarixi qədim zamanlara gedib çıxır və Finiyalılardan, Romalılardan, Osmanlılardan və müxtəlif ərəb mədəniyyətlərindən təsirlənmişdir. Livanın coğrafi mövqeyi Aralıq dənizi və Yaxın Şərqlə yaxın əlaqələrini təmin etmiş, bu da Livan mətbəxinin zəngin və müxtəlif olmasına səbəb olmuşdur. Əsrlər boyu müxtəlif sivilizasiyalar Livan ərazisində hökm sürmüş və hər biri öz mətbəx ənənələrini buraya gətirmişdir. Osmanlı İmperiyası dövründə Livan mətbəxi, xüsusilə ədviyyatlarla zənginləşmiş, dolma və baklava kimi yeməklər bu dövrdə mətbəxə daxil olmuşdur.
Livan palıdı
Livan palıdı (lat. Quercus libani) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Livan prezidenti
Livan Prezidenti — Livan Ərəb Respubliksının 22 noyabr 1943-cü il tarixindən seçilən başçıları.
Livan sidri
Livan sidri (lat. Cedrus libani) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin sidr cinsinə aid bitki növü. Vətəni kiçik Asiyadır. Hündürlüyü 40 m-ə çatan ağacdır, çətiri dağınıq, yaşlı ağaclarda çətirvarıdır, budaqları yaruslarla yerləşir. İynəyarpaqları tünd-yaşıl olub, 15-35 mm uzunluqdadır, qozaları iridir, uzunluğu 10 sm, eni 6 sm-ə çatır. Sidrin digər növlərinə nisbətən şaxtaya, quraqlığa, qaza, tüstüyə davamlıdır və daha çox istisevəndir. Vətənində 5 aya yaxın davam edən qar örütyünə davam gətirir. Livan sidrinin sallaq, qızılı, gümüşü və s. bir neçə dekorativ forması vardır. Üfüqi böyüyən budaqları yaxşı kölgə verir.
Livan tarixi
Livan tarixi — müasir Livan Respublikasının tarixi, Suriya və Livanda Fransa mandatı altında Böyük Livanın daha əvvəl meydana çıxması, eləcə də müasir dövlətin əhatə etdiyi regionun tarixi. == Qədim dövr == Müasir Livanın yerləşdiyi ərazinin əlverişli cografi mövqeyi, təbii coğrafi xüsusiyyətləri eramızdan çox-çox əvvəl burada əhalinin məskunlaşmasına səbəb olmuşdur. Eramızdan əvvəl IV–II minilliklərdə sahil düzənliyində və Livan dağlarının ətəklərində məskunlaşmış finikiyalılar bu ərazidə bir neçə quldar şəhər dövlətlər yaradırlar. Sonradan bu şəhər-dövlətlər regionda daha güclü feodal dövlətlər olan Assur, Babil və Əhəmənilər tərəfindən zəbt olundu. Qədim Finikiya təxminən müasir Livan dövlətinə uyğun bir ölkə idi. Şərqi Aralıq dənizi sahilindən şərqə doğru uzanan ərazini Suriya, Finikiya və Fələstin tuturdu. Finikiyalılar semit dilli tayfalardan idi, onların dili yəhudilərin dilinə çox bənzəyirdi. Ölkə Aralıq dənizinin sahillərində yerləşdiyi üçün buranın əhalisi dənizçilik sahəsində böyük nailiyyətlər əldə edərək qədim dünyanın ilk ticarətçi xalqına çevrilmişdi. Çox da böyük olmayan bu xalq sonralar Avropa mədəniyyətinin formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərmişdi. Bu prosesə ticarət əlaqələri, həmçinin geniş şəkildə yayılmış müstəmləkələr kömək edirdi.
Livan türkmanları
Livan türkmanları (Livan azərbaycanlıları və ya Livan türkləri) — Livanda yaşayan türklərdir ki, sünni müsəlmandırlar və dilləri Azərbaycan dili və Ərəb dilidir. == Ümumi məlumat == Livanda türk toplumu iki qrupla təmsil olunur, onlardan hər ikisi türk xalqlarının oğuz yarım qrupuna daxildir. Birinci qrup Livan və Suriya vətəndaşları olan və dövlət tərfindən türkman adlandırılan toplumdur ki, danışdıqları ləhçələri azərbaycan dilinə daxil edilir. Livan türkmanları İordaniyada, Suriyada və İraqda yaşayan və bu dövlətlərin mərkəzi ərəb hökumətləri tərəfindən türkman adlandırılan əhali ilə eyni mənşədəndir və onlar kimi azərbaycan dilinin ləhçələrində danışmaqdadırlar. Livanın Şimal əyalətinin Akkar bölgəsində Kobayat şəhəri yaxınlığında iki kənddə 5,050 nəfər, Beqaa əyalətinin Baalbək bölgəsində Baalbək şəhəri ətrafında beş kənddə 3,800 nəfər, 1897-1913-cü illərdə Krit adasının yunan nəzarətinə keçməsi ilə Osmanlı hakimiyyətinin Krit adasından Trablusa köçürdüyü türklər, Suriyadan bura köç etmiş az sayda türkman və 1940-cı illərdə işçi olaraq Livanda əsasən Beyrut şəhərində yerləşmiş Türkiyə vətəndaşları olan türklər bu ölkədə türk toplumunu əmələ gətirirlər. == Yaşayış məntəqələri == Akkar türkmanları Şimal əyaləti: Akkar bölgəsində (Kobayat şəhərinin yaxılığında): Kavaşra kəndi - əhalisi 2,800 nəfərdir (10-20 iyun, 2009). Sakinlərini elliklə sünni türkmanlar təşkil edir. Səsvermə hüququ olan əhalisi 1,066 nəfərdir. Aydamun kəndi - əhalisi 3,000 nəfərdir (10-20 iyun, 2009). Sakinlərinin 2,250 nəfərini sünni türkmanlar, 750 nəfərini isə xristian ərəblər (80% ortodoks, 20% maruni) təşkil edir .
Livan türkmənləri
Livan türkmanları (Livan azərbaycanlıları və ya Livan türkləri) — Livanda yaşayan türklərdir ki, sünni müsəlmandırlar və dilləri Azərbaycan dili və Ərəb dilidir. == Ümumi məlumat == Livanda türk toplumu iki qrupla təmsil olunur, onlardan hər ikisi türk xalqlarının oğuz yarım qrupuna daxildir. Birinci qrup Livan və Suriya vətəndaşları olan və dövlət tərfindən türkman adlandırılan toplumdur ki, danışdıqları ləhçələri azərbaycan dilinə daxil edilir. Livan türkmanları İordaniyada, Suriyada və İraqda yaşayan və bu dövlətlərin mərkəzi ərəb hökumətləri tərəfindən türkman adlandırılan əhali ilə eyni mənşədəndir və onlar kimi azərbaycan dilinin ləhçələrində danışmaqdadırlar. Livanın Şimal əyalətinin Akkar bölgəsində Kobayat şəhəri yaxınlığında iki kənddə 5,050 nəfər, Beqaa əyalətinin Baalbək bölgəsində Baalbək şəhəri ətrafında beş kənddə 3,800 nəfər, 1897-1913-cü illərdə Krit adasının yunan nəzarətinə keçməsi ilə Osmanlı hakimiyyətinin Krit adasından Trablusa köçürdüyü türklər, Suriyadan bura köç etmiş az sayda türkman və 1940-cı illərdə işçi olaraq Livanda əsasən Beyrut şəhərində yerləşmiş Türkiyə vətəndaşları olan türklər bu ölkədə türk toplumunu əmələ gətirirlər. == Yaşayış məntəqələri == Akkar türkmanları Şimal əyaləti: Akkar bölgəsində (Kobayat şəhərinin yaxılığında): Kavaşra kəndi - əhalisi 2,800 nəfərdir (10-20 iyun, 2009). Sakinlərini elliklə sünni türkmanlar təşkil edir. Səsvermə hüququ olan əhalisi 1,066 nəfərdir. Aydamun kəndi - əhalisi 3,000 nəfərdir (10-20 iyun, 2009). Sakinlərinin 2,250 nəfərini sünni türkmanlar, 750 nəfərini isə xristian ərəblər (80% ortodoks, 20% maruni) təşkil edir .
Livan əhalisi
Livan əhalisi — 2011-ci ilin iyul ayına olan məlumatlara görə 4 143 101 nəfərdir. Ölkə əhalisinin 95 %-i ərəblərdir. Etnik qruplar arasında ermənilər üstünlük təşkil edirlər. Rəsmi dili ərəb dilidir. Erməni və fransız dillərindən də istifadə olunur. Əhalinin təxminən 59,7 %-i müsəlman, 39 %-i xristiandır. 1,4 % əhali digər dinlərə mənsubdur. Şəhər əhalisi 87 %-dir. == Əsas statistik məlumatlar == Yaş strukturu: 15 yaşdan aşağı: 23 % 15-64 yaş arası: 68 % 64 yaşdan yuxarı: 9 % Orta yaş həddi: 29,8 yaş (kişilərdə 28,7 yaş, qadınlarda 31 yaş) Əhali artımı: 0,244 % Doğum səviyyəsi: hər 1000 nəfərə 15,02 Ölüm səviyyəsi: hər 1000 nəfərə 6,54 Gender strukturu: hər 1000 qadına 960 kişi Uşaq ölümü: hər 1000 nəfərə 15,85 Yaş səviyyəsi: 75,01 yaş (kişilərdə 73,48 və qadınlarda 76,62 il). Fertillik: hər qadına 1,77 uşaq Savadlılıq səviyyəsi: 87,4 % (kişilərdə 93,1 % və qadınlarda 82,2 %).
Böyük Livan
Böyük Livan dövləti (ərəb. دولة لبنان الكبير‎; fr. État du Grand Liban), sonrakı adı ilə Livan Respublikası (ərəb. الجمهورية اللبنانية‎ al-Jumhūrīyah al-Lubnānīyah; fr. République libanaise) — Birinci Dünya müharibəsindən sonra Osmanlı imperiyasının keçmiş ərazilərində, Millətlər Liqasının qərarı ilə Fransaya bu ərazi üçün mandat verildikdən sonra Fransanın mandatının bir hissəsi. Bundan əvvəlki dövrdə Livan Beyrut vilayətinin mərkəzi hissəsində muxtar bir qurum kimi Böyük Suriya adlanan ərazinin bir hissəsi idi. General Quro Livan ilə cənub və qərb sərhədlərində bir neçə Suriya kəndini parçalayaraq Livana birləşdirmiş, paytaxtı Beyrut təyin edərək indiki sərhədləri ilə dövlətin qurulmasını elan etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Salibi, Kamal. A House of Many Mansions: The History of Lebanon Reconsidered. University of California Press.
Livan dağı
Cəbəl-Lübnan, Livan dağı və ya Livan silsiləsi (ərəb. جَبَل لُبْنَان‎, jabal lubnān, Livan ərəbcəsi tələffüz: [ˈʒabal lɪbˈneːn]; süry. ܛܘܪ ܠܒ݂ܢܢ, ṭūr leḇnān, süryanicə tələffüz: [tˤur lewˈnɔn], ṭūr lewnōn fr. Mont Liban) — Livanda dağ silsiləsi. Bu horst təxminən 160 kilometr uzunluğundadır və şərqdə yerləşən Anti-Livan silsiləsi ilə paralel olaraq ölkə daxilində Aralıq dənizi sahilləri boyunca cənubdan şimala doğru uzanır. == Etimologiya == Cəbəl-Lübnan adı "LBN" sami kökünə gedib çıxır və "ağ" mənasını verir. Ehtimal edilir ki, bu ad qarla örtülü dağlara istinad edir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Cəbəl-Lübnan ilə əlaqəli mediafayllar var.
Livan silsiləsi
Cəbəl-Lübnan, Livan dağı və ya Livan silsiləsi (ərəb. جَبَل لُبْنَان‎, jabal lubnān, Livan ərəbcəsi tələffüz: [ˈʒabal lɪbˈneːn]; süry. ܛܘܪ ܠܒ݂ܢܢ, ṭūr leḇnān, süryanicə tələffüz: [tˤur lewˈnɔn], ṭūr lewnōn fr. Mont Liban) — Livanda dağ silsiləsi. Bu horst təxminən 160 kilometr uzunluğundadır və şərqdə yerləşən Anti-Livan silsiləsi ilə paralel olaraq ölkə daxilində Aralıq dənizi sahilləri boyunca cənubdan şimala doğru uzanır. == Etimologiya == Cəbəl-Lübnan adı "LBN" sami kökünə gedib çıxır və "ağ" mənasını verir. Ehtimal edilir ki, bu ad qarla örtülü dağlara istinad edir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Cəbəl-Lübnan ilə əlaqəli mediafayllar var.
Livan milliyətçiliyi
Livan milliyətçiliyi — Livan xalqını ərəb dünyasından müstəqil ayrı bir millət hesab edən milliyətçi ideologiya. İdeologiya Livan xalqını birbaşa finikiyalıların nəslindən hesab edir. Livanda yaşayan dürzi və maruni icması XVIII əsrin əvvəllərində Cəbəl-Lübnan mütəsərrifliyi "maruni–dürzi dualizmi" kimi tanınan idarəetmə və sosial sistem vasitəsilə müasir Livan dövlətinin formalaşmasında mühüm rol oynamışdır. Bu ideologiya 19-cu əsrdə marunilər və dürzilər arasında Livan dağında baş verən məzhəb müharibəsindən qaynaqlanır. Bu, ilk növbədə ərəb milliyətçiliyinə qarşı çıxmaqda və yeni yaranmaqda olan Livan ölkəsinin varlığına haqq qazandırmaqda bir vasitə kimi xidmət etmişdir. XX əsrdə, xüsusən də Livanda vətəndaş müharibəsi zamanı Livan milliyətçiliyi "Kətaiblər", Livan Qüvvələri, Milli Liberal Partiyası, həmçinin "Sidr mühafizəçiləri", Milli Blok və Livan Yeniləmə Partiyası kimi sekulyar hərəkatlar ilə əlaqələndirilmişdir. Bu, həmçinin Əməl hərəkatının şiə müsəlmanları və onun silahlı qanadı olan Livan Müqavimət Alaylarının mərkəzi ideologiyası arasında mövcud idi. Hazırda "Hizbullah"a tabe olan çox konfessiyalı Livan Müqavimət Briqadaları arasında mövcuddur. Nəticədə, Livan milliyətçiləri heç vaxt vahid blok yaratmamış, ideoloji cəhətdən çox fərqlidirlər. Onlar hansı müttəfiqlərin seçiləcəyinə dair fərqli fikirlərə malikdirlər və bunların hamısı konfessionalizm daxil olmaqla müxtəlif amillərin təsiri altındadır.
Şəqra (Livan)
Şəqra (ərəb. شقرا‎‎ Şəqra) — Livanda yerləşən şəhər. Cənub əyalətinə inzibati dairəsində yerləşmişdir. Əhalisinin sayı 17 000 nəfərdir (2004-cü il məlumatlarına əsasən).
Ermənistan–Livan münasibətləri
Livan—Ermənistan münasibətləri — Livan və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Livan Qondarma Erməni Soyqırımını tanıyan ilk Ərəb Dövlətləri Liqasına üzv ola ölkədir. == İkinci Livan müharibəsində Ermənistanın rolu == 2006-cı ildəki İkinci Livan müharibəsi zamanı Ermənistan Livana humanitar yardım göndərmişdir: dərmanlar, ilk yardım ləvazimatları və s. == Qondarma Erməni Soyqırımının tanınması == 12 may 2000-ci ildə Livan Parlamenti Qondarma Erməni Soyqırımının tanınmasına səs verir. Livan qondarma soyqırımı tanıyan ilk ərəb dilli ölkə olur. == Mədəni əlaqələr == Livandakı erməni icmasının bir neçə siyasi partiyası var. Livandakı EİF Dashnaktsutyun Partiyası hazırda hökumətdə və 8 Mart koalisiyasındakı ən böyük erməni partiyasıdır. Bununla birlikdə 14 mart müxalifət koalisiyasını dəstəkləyən partiyalar da var. Ölkələr arasında viza rejimi yoxdur. Livanda onlarla erməni məktəbi, universiteti, uşaq bağçası və müxtəlif müəssisələr var.
Livan 2010 Yeniyetmələrin Yay Olimpiya oyunlarında
Livan - 14-26 avqust tarixləri arasında Sinqapurun eyni adlı şəhərində keçirilən I-ci 2010 Yeniyetmələrin Yay Olimpiya oyunlarında.
Livan 2012 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
Livan — 2012-ci ildə Avstriyada baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında. Livan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında 2 idmançı ilə 1 idman növündə təmsil olundu.
Livan 2018 Qış Olimpiya Oyunlarında
Livan 2018 Qış Olimpiya Oyunlarında dağ xizəyi və xizəklə yürüş olmaqla 2 idman növündə 3 idmançı ilə təmsil olunacaqdır. == Millinin tərkibi == == Yarışmanın nəticələri == === Xizək idmanı növləri === ==== Dağ xizəyi idmanı ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər. Top-500 daxil olmayan ölkələrin idmançıları «B» kateqoriyasında iştirak edirlər. Nəticələrə əsasən livam «B» kateqoriyası üzrə təmsil iki idmançı ilə təmsil olunacaqdır Kişilər Qadınlar ==== Xizək yürüşü ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən iştirak edə bilər. «A» kateqoriyası üzrə lisenziya qazanmaq üçün idmançı reytinq üzrə 100 xal qazanmalıdır. Bununla belə MOK-ləri «B» kteqoriyasını ödəyə biləcək 1 qadın və 1 kişi olmaqla iştirakçı ilə təmsil oluna bilər. Təsnifata əasən Livan «B» kateqoriyası üzrə 15 km-lik yürüşdə iştirak hüququ əldə etmişdir. Ölkəsini təmsil etmək hüququ samer Tauka məxsusdur.
Livan Avroviziya Mahnı Müsabiqəsində
Livan Avroviziya Mahnı Müsabiqəsində heç vaxt iştirak etməmişdir. Müsabiqəni yayımlayan Tele Liban, 2005-ci ildə müsabiqədə iştirak üçün ilk dəfə müraciət etmişdir. Yarışmaya Alin Lahudun ifa edəcəyi "Quand tout s’enfuit" adlı mahnı ilə iştirak etmək istəyən Livan, İsrailə aid olan məzmunun yayımlanmasını qadağan edən qanunlara əsaslanaraq sonradan bu qərardan imtina etmişdir. Bundan sonra Livan üç illik müsabiqədə iştirak edə bilməmə cəzasını almışdır. Livan əsilli ingilis müğənni Mika Livan adına müsabiqədə iştirak etmək istədiyini bildirsə də, Livan bu günədək yarışmada iştirak etmək üçün başqa bir müraciət etməmişdir. == Seçimlər == 21 oktyabr 2004-cü ildə Livan dövlət televiziyasının sədri İbrahim əl-Huri Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək 2005 Avroviziya Mahnı Müsabiqəsində Livanın da iştirak edə biləcəyini açıqlamıştır. 3 noyabr 2004-cü ildə Livanı Avroviziyada təmsil etmək məqsədilə dövlət televiziyası tərəfindən Alin Lahudun təyin olunduğu bildirildi. 2005-ci ilin fevral ayının ikinci həftəsində mahnının İngiliscə və ya Fransızca olacağı bildirildi, çünki Alin Lahud hər iki dildə də yaxşı danışırdı. Sonradan mahnının şərq-qərb sintezində olduğu və mahnının dilinin fransızca olacağı bildirildi. Mahnı fevral ayının ortalarında seçilmişdi və müəllifləri Cad Rəhbani və Romeo Lahud idi.
Livan Baş Naziri
Livanın Baş naziri — Livan Ərəb Respublikasının baş naziri. Vəzifəni Həsən Diyab icra edir.
Livan müharibəsi (2006)
İkinci Livan müharibəsi — Hizbullahın hərbi qanadı ilə İsrail Silahlı Qüvvələri arasında Livan torpaqları və İsrailin şimalında 12 iyul - 14 avqust 2006 tarixləri arasında davam etmiş olan silahlı qarşıdurma. Böhran Livanda yerləşmiş Hizbullah təşkilatının 12 iyul 2006 tarixində iki İsrail əsgərini qaçırması və səkkizini öldürməsiylə başlamışdır. Əsgərlərin qaçırılmasına əlavə olaraq Cənubi Livandakı Hizbullah xadimlərinin İsrail torpaqlarına Katyuşa mərmiləri göndərməsi; İsrail tərəfindən Livanın bir döyüş hərəkətində ( "act of war") olduğu şəklində şərh edilmişdir. Bunun üzərinə İsrail Livana hava və quru hücumları etmiş və ölkənin limanlarını dənizdən mühasirəyə almışdır. İsrailin bu davranışına qarşılıq olaraq Hizbullah Cənubi Livandan İsrailin şimalına etdiyi mərmi hücumlarını şiddətləndirmişdir. Bir aydan çox davam edən qarşıdurmaların ardıyca Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi 1701 saylı qərar uyğun olaraq 14 avqustda tərəflər hücumlarını dayandırmışdır. İsrail Livana tətbiq etdiyi mühasirəni 7 sentyabr 2006-cı ildə yerli saatla 18:00-a qədər qaldırmağı öhdələrinə vermişdir. Litanni çayına qədər olan Cənubi Livan torpaqlarını işğal etmiş olan İsrail Livan və UNIFIL əsgərlərinin yerləşdirilməsinə paralel olaraq qüvvələrini geri çəkmişdir. Böhranın ilk günlərindən bəri aralıqsız davam edən İsrail hücumlarının nəticəsində İsrail ordusunun mindən çox Livan vətəndaşını öldürməsi, İsrailin beynəlxalq sahədə çox ağır tənqidlərə hədəf olmasına səbəb olmuşdur. Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Komissiyası Başçısı Luiza Arbur böhran zamanı döyüş günahlarının (hərbi cinayət) işlənmiş ola biləcəyini söyləmişdir.