Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məhi Vəliyev
Məhi Cümü oğlu Vəliyev (1927, Aşağı Yağlıvənd, Qaryagin qəzası – 11 yanvar 2009, Aşağı Yağlıvənd, Füzuli rayonu) — Lenin, Oktyabr İnqilabı, Qırmızı Əmək Bayrağı ordenli zəhmət adamı. == Həyatı == Məhi Cümü оğlu 1927-ci ildə Aşağı Yağləvənd kəndində anadan olmuşdu. Böyük Bəhmənli kənd məktəbində natamam təhsil almışdı. Kоlxоzda işləmişdi. Kоlxоz idarə heyətinin göndərişi ilə rayоnlararası kənd təsərrüfatı kursunda оxumuşdu. 1944-cü ildə kursu tamamladıqdan sоnra, 1950-ci ilədək kоlxоzda mal və qоyun təsərrüfatı briqadiri vəzifəsində çalışmışdı. 1950-ci ildən 1953-cü ilə kimi Bakının keçmiş Lenin rayоnunda neft buruqlarında işləmişdi. 1953-cü ilin sоnunda dоğma kəndi Aşağı Yağləvəndə qayıdıb və 1980-ci ilədək pambıqçılıq təsərrüfatında sahə briqadiri vəzifəsində çalmışdı. İşləməklə yanaşı qiyabi Gəncə Kənd Təsərrüfatı Texnikumunun aqrоnоmluq şöbəsini bitirmişdi. 1980-ci ildən 1998-ci ilin sоnunadək kolxozun üzümçülük sahəsində briqadir işləmişdi.
Məhiş Əhmədov
Məhiş Əhmədov (Əhmədov Məhiş Alış oğlu; 1945) — Azərbaycan alimi, iqtisad elmləri doktoru, professor, əməkdar müəllim. == Həyatı == Məhiş Əhmədov 28 noyabr 1945-ci ildə Ağdam rayonunun Qaradağlı kəndində anadan olmuşdur. 1951-1961-ci illərdə orta təhsil alıb. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin Xalq təsərrüfatının planlaşdırılması ixtisasına daxil olub, 1969-cu ildə məzun olmuşdur. 1974-cü ildə "Elmi-texniki tərəqqi və ictimai istehsalın material tutumu" elmi işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsin almışdır. 2005-ci ildə "Qloballaşma şəraitində milli iqtisadiyyatın formalaşmasının nəzəri problemləri" elmi işini müdafiə edərək iqtisad üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. 26 sentyabr 2011-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşlarına “Əməkdar Müəllim” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar Müəllim” fəxri adı verilmişdir.24 sentyabr 2020-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Məhiş Əhmədov əmək fəaliyyətinə 1963-cü ildə Azərayaqqabı ticarət idarəsində başlamışdır. 1968-ci ildən 1970-ci ilə kimi AMEA-nın Coğrafiya İnstitutunda laborant, mühəndis, kiçik elmi kimi fəaliyyət göstərmişdir. 1970-ci ildən başlayaraq isə 1980-ci ilə kimi həmin institutda baş iqtisadçı, kiçik elmi işçi, baş elmi işçi vəzifələrini icra etmişdir.
Məhiş bəy Səfərov
Məhiş bəy Səfərov — Almaniyada ali təhsil almış ziyalı, ADR-nın xaricə göndərdiyi tələbələrdən biri. == Həyatı == Məhiş bəy Məşədi Hacı oğlu 21 dekabr 1896-cu ildə Şuşa şəhərində dünyaya pənah gətirmişdi. Şəhər real məktəbini bitirmişdi. Sonra Almaniyaya oxumağa göndərilmişdi. Məhiş bəy orda təhsilini tamamlayandan sonra vətənə qayıtmayıb. Məhiş bəyin Ələkbər bəy adlı oğlu var. == Mənbə == Ənvər Çingizoğlu, Səfərovlar, "Soy" dərgisi, 2 (7), 2007. səh.52–59.
Məhinbanu Sultan
Məhinbanu sultan (tam titulu: Banui Dövran Bilqüszamani, Nəvvab'i-Naibəyi-Səfəviyyə Məhinbanu sultan Səfəvi; 1519, Təbriz – 20 yanvar 1562, Qəzvin) — Səfəvi Sultanı, Şah I İsmayılın və Şah Sultanın qızı. == Həyatı == Məhinbanu sultan Şah I İsmayıl ilə Taclı bəyim sultanın qızı idi.1516-cı ildə Təbrizdə doğulmuş, sərt saray təlim, tərbiyəsi almışdı.Ömrünün ilk çağları dövlət dərin mənəvi böhran keçirirdi. Mərhum atası Şah I İsmayıl qəfil ölümü vəziyyəti daha da gərginləşdirmişdi. Anası Taclı bəyimin sayəsində ögey qardaşı I Təhmasib taxta keçmiş, feodalların dövlətə laqeydliyi artmışdı. Lakin anasının güclü idarəsi sayəsində dövlət yenidən əvvəlki günlərinə geri dönmüşdü.Məhinbanu Sultan gözəl bir xanım olsa da, ailə həyatı qurmamış, talibləri qəbul etməmiş, ömrünü dövlət işlərinə sərf etmişdir. == Fəaliyyəti == Ögey bacı olmasına baxmayaraq, Məhinbanu Sultan qardaşının yanında söz və məşvərət sahibi olaraq 'Naibə' vəzifəsinə qədər yüksəlmişdi (1540).Güclü iradəsi ilə tədbirli bir xanım olan Məhinbanu Sultan, əsasən, saray çəkişmələrində tərəf tutmur, qardaşının səltənətin yaxşı olması üçün əlindən gələni edirdi.Müxtəlif müharibələrdə ona fikir və tövsiyələrini bildirdi.Hətta onun nüfuzu o qədər yüksəlmişdi ki, 1550 - ci illərdə gedən Səfəvi-Osmanlı müharibələrində Qanuni Süleymanın zövcəsi Xürrəm Sultan və qızı Mehrimah Sultan Məhinbanu Sultana hədiyyələr göndərərk məktublarında qardaşı I Təhmasibin bu savaşı dayandırmasını istəmişdilər.Çünki Səfəvilər döyüşlərdə üstünlük təşkil edir, Osmanlıların qorxuya düşməsinə səbəb olmuşdular. Məhz buna görə 1555 - ci ildə Məhinbanu Sultanın da iştirakı ilə Amasya sülhü bağlanmışdır. Bacısı Fatimə Sultanın həyat yoldaşı (bibisi Fatma Sultanın oğlu) Şirvan bəylərbəyi Abdulla xanın da vəzifəsinə təyin edilməsində mühim rol oynamışdır.Əslində bu rol ögey bacısı Fatimə Sultanın və onu anası Gülzar Sultanın təkidi idi. == Saray çəkişmələri == Məhinbanu Sultanın anası Taclı Bəyim Sultan ilə artıq "validə" olan I Təhmasibin anası Gülzar Sultan yol getmirdi.Behruzə Sultan onu özünə "kölgə" sayır bir bəhanə ilə sarayü-hümayündən uzaqlaşdırmaq istəyirdi.Fürsət şahın hakimiyyətinin 16-cı ilində düşdü. Məhinbanu Sultanın şaha israrına baxmayaraq, guya dövlət içində dövlət quran Taclı Bəyim Sultan Şiraza sürgün olundu və yolda vəfat edib, Şirazda dəfn edildi.Bu hadisə Məhinbanu Sultana çox təsir etdi.Bəhruzə Sultanın növbəti hədəfi o olsa da, lakin nail oluna bilinmədi.Sonrakı dövrlərdə Məhinbanu Sultan üzünü doğma qardaşlarına çevirdi.Onların tərəfində yer aldı.Ögey bacısı Xanış Sultan ilə bu dövrdən sonra mübahisələr daha da kəskinləşdi.Xanış Sultan Məhinbanu Sultanın nüfuzunu qırmaq, onun yerinə keçmək istəyirdi.
Məhisti Qadınəfəndi
Məhisti Qadınəfəndi (osm. مہستی خانم; (27 yanvar 1892, Adapazarı[d] – 1964, London) — son Osmanlı xəlifəsi Əbdülməcid Əfəndinin dördüncü xanımı. == Həyatı == Məhisti xanım 1896-cı ildə Sakaryada dünyaya gəlmişdir. Atası Hacımaf bəy Akalsba əslən abxaz idi. Anasının adı isə Safiyə xanım idi. Özündən başqa Kamil bəy (ö. 1963) və Fevzi bəy adlı iki qardaşı, Zahidə, Ayşə Mihridil (ö. 1969) və Mihrivəfa adlı 3 bacısı vardı. 16 aprel 1912-ci ildə Əbdülməcid Əfəndinin dördüncü xanımı olaraq Osmanlı sarayına alındı. Cütlüyün yeganə övladı olan Dürrüşəhvar Sultan 26 yanvar 1914-cü ildə Çamlıcada dünyaya gəldi.
Məhr
Məhr — "məhriyyə" sözündən olub, nikahpulu deməkdir. Miqdari kəbinkəsdi mərasimində təsdiq olunub təzə mənzilə köçürüləcək gəlinə, gələcəkdə o boşanarsa, ərinin ona verəcəyi pulun adı. Babalarımızın inancma görə, mehriyyəsiz kəbin batildir. Başqa sözlə, bu, kəbin kağızında "talaq" üçün müəyyən edilmiş kəbinhaqqıdır. Onun miqdarı toydan çox-çox qabaq, elçilik vaxtı, oğlan evinin maddi vəziyyətindən asılı olaraq müəyyən olunur və heç vaxt geriyə alınmır. Qız tərəf, adətən, onun yüksək olmasma, oğlan evi isə onun aşağı salınmasına çalışır. Qaydaya görə, bu məbləğ toydan bir neçə gün əvvəl ödənilməlidir, amma çox vaxt oğlan evi buna yalnız söz verməklə kifayətlənir, molla da kəbin kağızında bunları qeyd edərək imzalayır. Həmin vəsait qadının şəxsi mülkiyyəti sayılır, boşanma qadının təşəbbüsü ilə baş verərsə, qayda-qanuna görə, o bu pulun yalnız yarısını alır. Vaxtilə bəzi varlı ailələrdə pul əvəzinə yarızarafat, yarıgerçək sayaraq, həyatda mümkün olmayan miqdarda, məsələn, bir pud söyüd ağacının külü, yaxud quru soğan qabığı, bəzən isə 22 pud mis yazdırılır. Bəllidir ki, söyüd ağacı yandırıldıqda onun heç vaxt külü qalmır, soğanın qabığı isə çox yüngül olduğuna görə, boşanma zamanı kişi qadına bu "miqdarda" kül-qabığı vermək iqtidarında olmur.
Məhvi
Molla Məhəmməd Osman Bəlxi (kürd. مەلا موحەمەد کوڕی عوسمان بەڵخی) və ya təxəllüsü ilə Məhvi (kürd. مەحوی) (1830 – 1906, Süleymaniyyə) — Osmanlı kürd sufi şairi. Soran dilində yazıb-yaratmışdır. Qacar dövlətində, Məhabad və Sənəndəc şəhərlərində təhsil almışdır. O, 1862-ci ildə o zaman Osmanlının Süleymaniyyə məhkəməsində hakim olmuşdur. Məhvi İstanbula səyahət etmiş və 1883-cü ildə II Əbdülhəmidlə tanış olmuşdur. O, Süleymaniyyədə bir xanəgah qurmuş və ona Osmanlı sultanının adını vermişdir. Məhvi şeirlərində əsasən təsəvvüfü təbliğ edir, eyni zamanda insanın vəziyyəti və həyatın mənası ilə bağlı suallar kimi ekzistensial problemlərdən bəhs edirdi. == İstinadlar == == Xarici keçidlər == A collection of essays on Mahwi's poems (in Kurdish) Classical Traditions and Modern Meanings, by Stephen Sperl.
Məhdi
Mehdi, Məhdi; əsl adı Məhəmməd — İslam dinində sonuncu xəlifə və Qiyamətdən öncə gələcək xilaskar. Cəfərilikdə on dördüncü məsum, on ikinci imam və xəlifə, qeybə çəkilib və qiyamətdən öncə zühur edib bəşəriyyəti xilas edəcəyi iddia olunan şəxs. == Sünnilikdə == == Şiəlikdə == === Keysanilikdə === === İsmaililikdə === ==== Qərmətilikdə ==== ==== Dəruzilikdə ==== ==== On iki imam şiəliyində ==== == Əhmədiyyədə == == Babilikdə == == Bəhailikdə == == Mehdini inkar edən İbn Xəldun == Sünni alimlərinin demək olar ki, hamısının Məhdi (əleyhissəlam) barədə deyilmiş rəvayətləri qəbul etdiyi məlum oldu. Lakin onlardan bir neçəsi, o cümlədən də İbn Xəldun bu hədisləri inkar etmiş, ya da onlara şübhə ilə yanaşmışdır. İbn Xəldun deyir: "Əsrlər boyu bütün müsəlmanlar arasında belə bir inam olmuşdur ki, dünyanın son vaxtlarında Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsindən bir nəfər mütləq, zühur edib dini möhkəmlədəcək, haqq-ədaləti bərpa edəcək və müsəlmanların hamısı ona tabe olacaq. O, bütün müsəlman ölkələrinə hakim olacaqdır. Həmin şəxsin adı Məhdidir. Qiyamətin qəti müqəddimələrindən olan Dəccalın gəlməsi və sair hadisələr onun zühurundan sonra olacaq. İsa Peyğəmbər göydən enib Dəccalı öldürəcək, ya da onu öldürməkdə Məhdiyə kömək edəcək. İsa (əleyhissəlam) Məhdinin arxasında namaz qılacaq… Məşhur hədisçilərdən bir dəstəsi, o cümlədən, Tirmizi, Əbu Davud, Bəzzar, İbn Macə, Hakim, Təbrani, Əbu Yəla Məhdi (əleyhissəlam) haqqında olan hədisləri öz kitablarında bir qrup səhabənin, o cümlədən, Əli (əleyhissəlam), İbn Abbas, Abdullah ibn Ömər, Təlhə, Abdullah ibn Məsud, Əbu Hüreyrə, Ənəs, Əbu Səid Xudəri, Əli Hilali və Abdullah ibn Harisin dilindən rəvayət etmişlər.
Məhdi Ülya
Məhdi Ülya Sultan (tam titulu: Dürri-dürət Dövlətü-hümayün Şahbanu Naibəyi, Nəvvabi-Səfəviyyə Məhdi Ülya Sultan Mərəşi; 1549, Behşəhr, Mazandaran ostanı – 26 iyul 1579) — I Şah Abbasın anası, Məhəmməd şah Xudabəndənin arvadı, Mərəşi seyidlərindən. == Həyatı == Xeyrənnisə Sultan Mazandaran xanı Abdulla xanla bəy qızı Lazibar xanımın ilk övladı idi. 1549-cu ildə anadan olmuşdur. Abdulla xan bu qızını xüsusi yetişdirmişdi. Ona at çapmağı, oxla nişan almağı öyrətmiş, əsasında, bacısı ilə xüsusi müəllimlərin iştirakında elmlərə yiyələnmişdilər. Xeyrənnisə Sultan ilə Şah Məhəmməd Xudabəndənin tanış olması tamamən təsadüfi idi. Tarixi qaynaqlardan biri yazır ki, Şahzadə atasının istəyi ilə payitaxta gələndən sonra Mazandaran bölgəsini gəzərkən bazara yolunu salmış və kəndli qiyafəsində insanları sorğu-sual edirmiş. Elə bu zaman xan qızı Xeyrənnisə bacısı Zəhra xanımla ( I Abbasın məşvərətçisi, Məryəm ve Zeynəb sultanı sürgün etdirən, bacısının intiqamçısı) ilə orada olur. Lakin şahzadə paytaxdan muzdlu tutulmuş oxcunun nişanı ilə yaralanır və yerə yıxılır. Bu zaman gənc qız olan Xeyrənnisə qaçaraq onu qaldırır, yarasına oradaca məlhəm qoyur, əhvalını soruşur.
Məhərrəm Mahi
Alıyev Məhərrəm Rzaqulu oğlu (Məhərrəm Mahi) - şair. == Həyatı == Məhərrəm Mahi 1924-cü ildə Zəngilan rayonunun Quyudərə Xəştab kəndində anadan olub. Gilətağ 7 illik və Xocahan orta məktəbini bitirib. Elə həmin il ehtiyac olduğu üçün (Böyük Vətən müharibəsi getdiyinə görə müəllimə ehtiyac var idı) oxuduğu orta məktəbdə dil-ədəbiyyat müəllimi təyin edilib. 1952-ci ildə ali məktəbi bitirib. Qubadlı və Zəngilan rayonlarında müəllim, direktor müavini, direktor və təhsil şöbəsində inspektor işləyib. Uşaqlıqdan şerə maraq göstərib. İlk şeri məktəb divar qəzetində verilib. Və o vaxtdan şeirlər yazmağa başlayıb. Müəllim işləyəndən sonra şeirləri rayon və respublika qəzet və jurnallarında çap olunub.
Məti Osmanoğlu
Məti Osmanoğlu — Azərbaycan yazıçısı, publisisti və ədəbiyyatşünası, "Yol" qəzetinin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü. === Həyatı === Məti Osman oğlu Bayramlı 1958-ci il yanvarın 5-də (rəsmi sənədlərinə əsasən iyulun 1-də) Qazax rayonunun Sadıqlı kəndində (hazırda Ağstafa rayonunun inzibati ərazisinə daxildir) kolxozçu ailəsində anadan olub. === Təhsili === 1965-1975-ci illərdə Sadıqlı kənd orta məktəbində, 1975-1980-ci illərdə Bakı Dövlət Universitetinin (o vaxt Azərbaycan Dövlət Universiteti) filologiya fakültəsində təhsil alıb. Universiteti bitirəndən sonra təyinatla Balakən rayonunda müəllimlik edib. 1983-cü ildə Azərbaycan ədəbiyyatı tarixi ixtisası üzrə Bakı Dövlət Universitetinin qiyabi aspiranturasına daxil olub, Azərbaycan Yazıçılar Birliyinin orqanı “Ulduz” jurnalının redaksiyasında işləməyə başlayıb. == Fəaliyyət == 1987-ci ildə təsis edilmiş “Gənclik”-“Molodost” jurnalının ilk əməkdaşlarından olub. İki dildə nəşr edilən jurnal az vaxt ərzində böyük oxucu marağı cəlb edərək ölkənin ən populyar nəşrlərindən birinə çevrilib. 1989-cu ildə böyük dilçi alim və ictimai xadim Aydın Məmmədov onu yeni təşkil olunan Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinə dəvət edib. Burada baş elmi işçi, şöbə müdiri və mərkəzin təsis etdiyi “Yol” ədəbiyyat qəzetinin baş redaktoru vəzifələrində çalışıb. Mərkəzin qurucusu Aydın Məmmədovun faciəli ölümündən sonra oradakı vəzifəsindən istefa verərək qısa müddət Azərbaycan Milli Məclisinin “Demokratik Azərbaycan” fraksiyasının “Müxalifət” qəzetində çalışıb (yanvar-iyun 1992) və buradan Azərbaycan Dövlət Teleradio Verilişləri şirkətinə “Uşaq, gənclər və maarifçilik” studiyasının baş direktoru vəzifəsinə dəvət olunub.
Pir Məli
Ov təpə (fars. پیرملو‎, (az.-əbcəd پیرملی‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 353 nəfər yaşayır (103 ailə).
Eşit məni
Eşit məni (türk. Duy Beni) — Rejissoru Ali Balcı, ssenari müəllifi Makbule Kosif, Zafer Özer Çetinel, Gülsev Karagöz, Okan Başar Bahar, Arzu Bıçakçı, Burcu Tatlıses, Feraye Gizem Kurt, Görkem Tüzün, İlayda Çelik Tez, Caner Güler, Meriç Demiray və Cüneyt Bolak tərəfindən yazılmış türk draması, romantik və gənclik televiziya serialı. İlk bölümü 7 iyul 2022-ci ildə yayımlandı. Baş rolları Berk Hakman, Ege Kökenli, Rabia Soytürk, Caner Topçu və Sümeyye Aydoğan paylaşır. Serial 17 noyabr 2022-ci ildə yayımlanan 20-ci bölümü ilə sona çatdı. == Aktyor və personajlar == Selim Bender (Berk Hakman), (1–12) Bahar Aydın (Ege Kökenli), (1–11) Ekim Güleryüz (Rabia Soytürk), (1–20) Kanat Günay (Caner Topçu), (1–20) Melisa Gerçek (Sümeyye Aydoğan), (1–20) Leyla Ertener (Helin Kandemir), (1–20) Aziz Günay (Burak Can), (1–20) Fikret Tosun (Durul Bazan), (1–16) Rıza Günay (Murat Daltaban), (1–19) Bekir Kaplan (Taha Bora Elkoca), (1–20) Neşe Güleryüz (Feride Çetin]), (1–20) Halil Kaplan (Aytaç Uşun), (1–20) Ozan Yılmaz (Utku Coşkun), (1–20) Ayşe Karaca (Gökçe Güneş Doğrusöz), (1–20) Hazal Demir (Meltem Akçöl), (1–20) Suna Günay (Yeliz Akkaya), (1–20) Hatice Karaca (Elif Çakman), (1–20) Sedat Karaca (Bedir Bedir), (1–20) Dağhan Kara (İbrahim Yıldız), (1–20) Selçuk (Hamdi Alp), (1–20) Süleyman Gerçek (Alper Atak), (1–20) Ece Ay (Dilara Sümbül), (1–20) Naz Duru (Jasmin Berkiş), (1–20) Ceyda Astan (Sena Gençtürk), (1–20) Emine Sakan (Cemre Özşişman), (1–20) Orjinal (İzzet Yüksek), (1–20) Şükran Ertener (Bedia Ener), (1–20) Derviş Demir (Ufuk Özkan) (13–18) Ateş Atahanlı (Miro Gerede Erkaya) (13–20) Berkay Gaye Türkmen (Tuğba Uluay) (17–19) == Ümumi baxış == == Bölümlər == === 1. ===
Məh Sünbüli
Məh Sünbüli (fars. مه‌سنبلی‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Gəzin dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 7 ailədə 10 nəfəri kişilər və 11 nəfəri qadınlar olmaqla cəmi 21 nəfərdir. Kəndin əhalisi bəxtiyarilərrin Məkvəndi tayfasının Doşmənziyari tirəsinə mənsubdur, lur dilinin bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
"Oxu məni" qəzeti
"Oxu məni" qəzeti — həftəlik ictimai-siyasi qəzet. == Tarixi == "Oxu məni" qəzeti 1997-ci ildən fəaliyyətə başlamış, həmin vaxtdan etibarən çərşənbə axşamı və cümə günü daxil olmaqla, həftədə iki dəfə 16 səhifədə A3 formatda rəngli dərc olunmuşdur. (Ədliyyə Nazirliyi tərəfindən 50 nömrəli şəhadətnamə ilə qeydiyyata alınıb) Hazırda qəzetin təsisçisi və baş redaktoru Axundov Emin Tofiq oğludur. Fəaliyyətə başladığı vaxtdan həftədə 2 dəfə 16 səhifə A3 format həcmində 150–180 min arası tirajla dərc olunub. Qəzetin ilk nömrəsi 150 min tirajla çap olunmağa başlamışdır. İnsanlar arasında qəzetin adı maraqla qarşılanmış, oxucuların rəğbətini və tələbatını nəzərə alaraq, günün 1-ci yarısı bütün tiraj satıldığı üçün elə həmin gün ikinci dəfə çap olunmuşdur. Sonrakı illərdə qəzetin əlavə buraxılışları olan "Oxu məni krossvordu" qəzeti 24 səhifədə A3 formatda həftədə 1 dəfə çərşənbə günü rəngli şəkildə 30 min tirajla, "Oxu məni Serial" qəzeti 16 səhifədə A3 formatda həftədə 1 dəfə şənbə günü rəngli şəkildə 25 min tirajla, "Oxu məni Skanvordu" qəzeti 32 səhifədə A3 formatda ayda 1 dəfə rəngli şəkildə 30 min tirajla, "Oxu məni Lətifələr və Skanvordlar" kitabı A5 formatda 32 səhifədə ayda 1 dəfə 30 min tirajla rəngli olaraq çap olunmuşdur. 2009-cu ildən fasiləsiz olaraq qəzetin elektron xəbər portalı www.oxumeni.az saytı hər gün daim yenilənən xəbərlərlə oxuculara informasiya çatdırır. Qəzet yarandığı gündən sonrakı dövrlərdə 2 ofisdə, 80–90 nəfərlik işçi kollektivi ilə fəaliyyət göstərmişdir. Əsas baş ofis Bakı şəhəri Yasamal rayonu mətbuat pr.
Axtar məni (kitab)
Düşün məni (mahnı)
Düşün məni — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnının sözləri Sevinc Şirinə, musiqisi isə Sevinc Tağıyevaya məxsusdur. Çəkilişləri Bakının Xəzəryanı çimərliklərində çəkilib. Türkiyədə oranjeman olunan “Düşün məni” klipini Türkiyədən gələn 22 nəfərlik peşəkar heyət lentə alıb. Avqustun sonlarında Bakıya gələn türkiyəli heyətin bütün avadanlıqları Türkiyədən gətirilib. Klipi türkiyəli rejissor Murat Küçük lentə almışdır. Klipdə 2008-ci ildə "The Best Model of Azerbaijan 2008" yarışmasının qalibi Azər Atakişiyevdə rol almışdır. Klip Aygün Kazımovanın istəyi və arzusu ilə ölkəmizin təqdimatı mövzusundadır. 2016-cı ildə türkiyəli müğənni Damla Koç mahnını yenidən oranjeman edərək "Düşün beni" adı ilə yenidən ifa edib, klip çəkmişdir. == Mükafatlar == Siyahıda əksiklik var, tamamlamağa kömək edin.
Gözlə Məni (1980)
Gözlə məni — 1980-ci ildə çəkilmiş film. == Məzmun == 1920-ci ilin baharı. İnqilab dalğası Dağlıq Qarabağın ən ucqar guşələrinə belə gedib çıxır. Qırmızı ordu dəstələri yerli feodalların hakimiyyətini öz əllərinə alır, burada yeni qayda qanunlar yaradırlar... Filmin mərkəzində sıravi qırmızı ordu döyüşçüsündən dağ rayonunun fövqəladə komissarına qədər yüksələn gənc kəndli balası Nicatın (Rasim Balayev) taleyi, onun bəy qızı Şahnaz xanıma (Tamara Yandiyeva) olan dramatik məhəbbət əhvalatı durur. == Film haqqında == Filmin sonunda Fəxrəndənin ərinin ardınca çaya girməsi və batması səhnəsi oktyabr ayında çəkilmiş və bu trükü aktrisa Amaliya Pənahovanın özü ifa etmişdir. Film dramaturq İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" pyesinin motivləri əsasında çəkilmişdir. Film Azərbaycan SSR-in və Azərbaycan SSR Kommunist Partiyasının yaradılmasının 60 illiyinə həsr olunmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi: İlyas Əfəndiyev Ssenari müəllifi: Elçin, Elqa Lındina Quruluşçu rejissor: Kamil Rüstəmbəyov Quruluşçu operator: Zaur Məhərrəmov Quruluşçu rəssam: Nadir Zeynalov Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Ağahüseyn Kərimov Rejissor: Əbdül Mahmudov Rejissor-stajçı: Elxan Qasımov Operator: Vaqif Muradov Geyim rəssamı: Tatyana Əmirova Qrim rəssamı: A. Rzazadə Montaj edən: Olqa Etenko Rejissor assistenti: Süleyman Əhmədov, T. Atakişiyev, R. Hüseynov Operator assistenti: Abbas Rzayev, Gennadi Pastuşkov Rəssam assistenti: Əziz Məmmədov, M. Manuvaxova Quraşdırılmış səhnələrin rəssamı: Gennadi Tişşenko Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu İşıq ustası: Rüstəm Rüstəmov Plyonka üzrə rəng ustası: F. Dadaşov Çalır: Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri Dirijor: D. Ştilman Məsləhətçi: Məcid Katibli (tarix elmləri namizədi) Redaktor: Asim Cəlilov Filmin direktoru: Davud Zöhrabov === Rollarda === Rasim Balayev — Nicat Tamara Yandiyeva — Şahnaz Həsənağa Turabov — Böyük bəy Amaliya Pənahova — Fəxrəndə Həsən Məmmədov — Bahadur Məlik Dadaşov — Cabbar bəy Ələddin Abbasov — Həsənəli Şahmar Ələkbərov — Tahir Fərqanə Quliyeva — Gülgəz Muxtar Avşarov — Hümmət Şəmsi Şəmsizadə — Yunis bəy Süsən Məcidova — çörəkçi Valeri Malışev — Kanuryov Muxtar Maniyev — Balahüseyn Gəray Əlibəyov (K. Əlibəyov kimi) — Rəsul Eldəniz Rəsulov — Qaragöz Novruz Axundov — Mirzə bəy Gümrah Rəhimov — Xosrov Vəliəhd Vəliyev — komissar köməkçisi Məmməd Tələt Rəhmanov — kənd mülkədarı Sadıq Hüseynov — kəndli Kamil Məhərrəmov — nökər V. Postnikov — Andrey Ənvər Həsənov — Ömər Məmməd Bürcəliyev — bəy Zilli Namazov — qaçaq Zirəddin Tağıyev E. Səfərova F. Bayramov Rauf Qəniyev Rafiq Qasımov Qafar Həqqi — Sərxan Sədaqət Zülfüqarova Dadaş Kazımov — Dadaş Ömür Nağıyev — Bahadurun adamı Süleyman Əhmədov — kəndli Bahadur Əliyev === Filmi səsləndirənlər === Şahmar Ələkbərov — Nicat (Rasim Balayev) (titrlərdə yoxdur) Ramiz Məlikov — bəy (titrlərdə yoxdur) Hamlet Xanızadə — bəy (titrlərdə yoxdur) Eldəniz Zeynalov — Mirzə bəy (Novruz Axundov) (titrlərdə yoxdur) Ramiz Əzizbəyli — nökər (Kamil Məhərrəmov) (titrlərdə yoxdur) Məmmədrza Şeyxzamanov — Həsənəli (Ələddin Abbasov) (titrlərdə yoxdur) Elxan Ağahüseynoğlu — Xosrov (Gümrah Rəhimov) (titrlərdə yoxdur) Əliabbas Qədirov — Tahir (Şahmar Ələkbərov) (titrlərdə yoxdur) Pərviz Bağırov — Rəsul (Gəray Əlibəyov) (titrlərdə yoxdur) Kamal Xudaverdiyev — Kanuryov (Valeri Malışev) (titrlərdə yoxdur) Hacı İsmayılov — Andrey (V. Postnikov) (titrlərdə yoxdur) Həsənağa Turabov — bolşevik (titrlərdə yoxdur) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Məni yaradan alim
Oxu məni (qəzet)
"Oxu məni" qəzeti — həftəlik ictimai-siyasi qəzet. == Tarixi == "Oxu məni" qəzeti 1997-ci ildən fəaliyyətə başlamış, həmin vaxtdan etibarən çərşənbə axşamı və cümə günü daxil olmaqla, həftədə iki dəfə 16 səhifədə A3 formatda rəngli dərc olunmuşdur. (Ədliyyə Nazirliyi tərəfindən 50 nömrəli şəhadətnamə ilə qeydiyyata alınıb) Hazırda qəzetin təsisçisi və baş redaktoru Axundov Emin Tofiq oğludur. Fəaliyyətə başladığı vaxtdan həftədə 2 dəfə 16 səhifə A3 format həcmində 150–180 min arası tirajla dərc olunub. Qəzetin ilk nömrəsi 150 min tirajla çap olunmağa başlamışdır. İnsanlar arasında qəzetin adı maraqla qarşılanmış, oxucuların rəğbətini və tələbatını nəzərə alaraq, günün 1-ci yarısı bütün tiraj satıldığı üçün elə həmin gün ikinci dəfə çap olunmuşdur. Sonrakı illərdə qəzetin əlavə buraxılışları olan "Oxu məni krossvordu" qəzeti 24 səhifədə A3 formatda həftədə 1 dəfə çərşənbə günü rəngli şəkildə 30 min tirajla, "Oxu məni Serial" qəzeti 16 səhifədə A3 formatda həftədə 1 dəfə şənbə günü rəngli şəkildə 25 min tirajla, "Oxu məni Skanvordu" qəzeti 32 səhifədə A3 formatda ayda 1 dəfə rəngli şəkildə 30 min tirajla, "Oxu məni Lətifələr və Skanvordlar" kitabı A5 formatda 32 səhifədə ayda 1 dəfə 30 min tirajla rəngli olaraq çap olunmuşdur. 2009-cu ildən fasiləsiz olaraq qəzetin elektron xəbər portalı www.oxumeni.az saytı hər gün daim yenilənən xəbərlərlə oxuculara informasiya çatdırır. Qəzet yarandığı gündən sonrakı dövrlərdə 2 ofisdə, 80–90 nəfərlik işçi kollektivi ilə fəaliyyət göstərmişdir. Əsas baş ofis Bakı şəhəri Yasamal rayonu mətbuat pr.
Sev məni (albom)
Sev məni – Azərbaycan Respublikasının əmədar artisti, müğənni Abbas Bağırovun studiya albomu. Alboma 16 mahnı daxildir. == Albom haqqında == Albomda Hakan Erol, Ələkbər Tağıyev, Razim Paşayev, Andrey Babayev, Aygün Səmədzadə, Vaqif Gərayzadə və s. bəstəkarların mahnıları yer alır.
Tank məhv edən
Tank məhv edən hərəkət edə bilən antitank topu ya da tank məhv edən zirehli transportyordur. Onların yaradılmasının əsas səbəbi müharibə meydanlarında düşmən tanklarını yox etməkdir. Yəni ki, onlar bir növ antitank silahıdırlar, ancaq tank deyildirlər. Üzərlərində qüllədən yüksək çıxışa sahib olan toplar mövcud olur. Ya tamamilə taretsiz, ya da ki, üstüaçıq bir taretə sahib olurlar. Təkərlər və ya tırtıllı təkərlər üzərində hərəkət edirlər. Üzərində tank əleyhinə idarəolunan raket daşıya bilən növlərinə qısaca ATGM (İngilis dilində Anti Tank Guided Missile) deyilir. Tankdağıdanlar tanklar kimi bir çox vəzifələr daşımırlar. Tanka nəzərən daha ləng və ağır piyada atışlarına qarşı (topçu) müdafiəsi zəifdir. Hər nə qədər bəzilərinin ön tərəflərində qalın zirehə sahib olsalar da, yenə də zəif zirehli texnika hesab edilirlər.
MƏH sub-indeksi
Minimum əmək haqqı sub-indeksi– Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun 2014-cü ildən başlayaraq illik dərc etdiyi İqtisadiyyatın solluğu (sağlığı) indeksi – İS(S)İ-nin sub-indeksidir. == Metodologiya == Dövlət tərəfindən müəyyənləşdirilən illik minimum əmək haqqının (AQP ilə) adambaşına ÜDM-ə (AQP ilə) nisbətinin indeksləşdirilmiş variantıdır. Minimum əmək haqqının səviyyəsi iqtisadiyyatın solluğuna-sağlığına bilavasitə təsir edir, çünki bəzi başqa göstəricilər kimi, onun da yüksəldilməsi eyni vaxtda iqtisadiyyatın həm sollaşmasını, həm də sosiallaşmasını ifadə edir.
Mehdi
Mehdi, Məhdi; əsl adı Məhəmməd — İslam dinində sonuncu xəlifə və Qiyamətdən öncə gələcək xilaskar. Cəfərilikdə on dördüncü məsum, on ikinci imam və xəlifə, qeybə çəkilib və qiyamətdən öncə zühur edib bəşəriyyəti xilas edəcəyi iddia olunan şəxs. == Sünnilikdə == == Şiəlikdə == === Keysanilikdə === === İsmaililikdə === ==== Qərmətilikdə ==== ==== Dəruzilikdə ==== ==== On iki imam şiəliyində ==== == Əhmədiyyədə == == Babilikdə == == Bəhailikdə == == Mehdini inkar edən İbn Xəldun == Sünni alimlərinin demək olar ki, hamısının Məhdi (əleyhissəlam) barədə deyilmiş rəvayətləri qəbul etdiyi məlum oldu. Lakin onlardan bir neçəsi, o cümlədən də İbn Xəldun bu hədisləri inkar etmiş, ya da onlara şübhə ilə yanaşmışdır. İbn Xəldun deyir: "Əsrlər boyu bütün müsəlmanlar arasında belə bir inam olmuşdur ki, dünyanın son vaxtlarında Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsindən bir nəfər mütləq, zühur edib dini möhkəmlədəcək, haqq-ədaləti bərpa edəcək və müsəlmanların hamısı ona tabe olacaq. O, bütün müsəlman ölkələrinə hakim olacaqdır. Həmin şəxsin adı Məhdidir. Qiyamətin qəti müqəddimələrindən olan Dəccalın gəlməsi və sair hadisələr onun zühurundan sonra olacaq. İsa Peyğəmbər göydən enib Dəccalı öldürəcək, ya da onu öldürməkdə Məhdiyə kömək edəcək. İsa (əleyhissəlam) Məhdinin arxasında namaz qılacaq… Məşhur hədisçilərdən bir dəstəsi, o cümlədən, Tirmizi, Əbu Davud, Bəzzar, İbn Macə, Hakim, Təbrani, Əbu Yəla Məhdi (əleyhissəlam) haqqında olan hədisləri öz kitablarında bir qrup səhabənin, o cümlədən, Əli (əleyhissəlam), İbn Abbas, Abdullah ibn Ömər, Təlhə, Abdullah ibn Məsud, Əbu Hüreyrə, Ənəs, Əbu Səid Xudəri, Əli Hilali və Abdullah ibn Harisin dilindən rəvayət etmişlər.
Mehr
Mehr (fars. مهر‎) — İran və Əfqanıstanın rəsmi təqviminin yeddinci ayı. Mehr ayında 30 gün var. Bu ay sentyabr ayında başlayıb oktyabr ayında sona çatır. Mehr payızın ilk ayıdır.
Mehri
Meğri (erm. Մեղրի) — Ermənistanın cənubundakı Sünik mərzində, İranla sərhəddə yerləşən Meğri rayonunun mərkəzi olan şəhər. 2011-ci il siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 4 580 nəfər olmuşdur. 2020-ci ilin rəsmi hesablamalarına görə isə Meğrinin əhalisi təxminən 4 500 nəfərdir. Meğri paytaxt İrəvandan 376 km, mərzin mərkəzi Qafandan isə 73 km cənubda yerləşir. == Toponimika == Toponim türk dilində "quruyan, az sulu çöl çayı olan dərə", "yüksəkliklərində aşırımı olmayan çıxılmaz dərə", "dalan kimi dərə" mənasında işlənən mukır, mukur sözünün fonetik variant olan mığrı sözü əsasında formalaşmışdır. Digər bir variant olaraq, Meğri erməni dilində "bal şəhəri" mənasını verir. == Tarixi == Şəhərin adı mənbələrdə Mığrı formasında işlənir. 1930-cu ilin sentyabrında Meğri rayonu yaradılmış və Meğri qəsəbəsi yeni yaranan rayonun mərkəzinə çevrilmişdir. 1959-cu ildə Meğriyə şəhər tipli qəsəbə statusu verilib.
Meri
Meri — ad. Meri Şelli — məşhur ingilis yazıçı. Meri Tamm — eston əsilli Böyük Britaniya aktrisası Meri Robinson — İrlandiyanın ilk qadın prezidenti (1990-1997). Meri Todd Linkoln — ABŞ siyasətçisi Meri Somervill – şotland yazıçısı və alimi. Meri Kuant — Böyük Britaniya dizayneri. Meri Pikford — Kanada və ABŞ aktrisası. Meri Kassat — amerikalı rəssam və qrafik Meri Boys — britaniya iranşünası, Zərdüştilik və Manixeizmin tədqiqatçısı. Meri Şervaşidze — gözəlliyi ilə məşhur gürcü aristokrat qadını. Meri Eqnes Çeyz — Meri Selest —DigərMeri Berd Torpağı — Antarktidanın qərbindəki torpağlarıdır. Meri Selest — 4 dekabr 1872-ci ildə, Atlantik okeanında tərk edilmiş şəkildə tapılmış kabus gəmi.
ABŞ-da bizonların məhvi
ABŞ-də bizonların məhvi — 1830-cu illərdən bəri kommersiya məqsədləri üçün, Şimali Amerikada bu heyvan növünün yox olmaq təhlükəsinə gətirib çıxaran nəzarətsiz kütləvi bizon ovudur. Hindular ənənəvi olaraq bizonları yalnız yaşayış ehtiyaclarını ödəmək üçün ovlayırdılar: qida üçün, eləcə də geyim hazırlanması, mənzil, alət və qab istehsalı üçün və bir çox qəbilələrin sağ qalması bizonlardan asılı idi. XIX əsrdə bəzi hindu tayfaları da ticarət məqsədi ilə bizon ovu ilə məşğul olurdular və dərilərini Amerika tacirlərinə satırdılar. Bununla belə, məhz ağ dərili amerikan ovçuların və ABŞ dəmir yolu şirkətlərinin hərəkətləri bizon populyasiyası üçün kritik nəticələr törədirdi. 1800-cü illərin əvvəllərində dərisi üçün ildə təxminən 200.000 bizon öldürülürdü. 1825-ci ildə Allegeni yaylasında (ing. Allegheny Plateau), Missisipinin şərqində yaşayan son bizonlar öldürüldü. 1830-1860-cı illər arasında bir-birinin ardınca ABŞ-nin şərq sahilinə bizon dəriləri ilə dolu vaqonlar gəlirdi. Vətəndaş müharibəsi başa çatdıqdan və trans-Amerika dəmir yolunun çəkilişindən sonra qərb çəmənliklərinin aktiv inkişafının başlanğıcı ilə ovçuları düzənliklərə gətirmək və ovlarını Avropaya göndərmək üçün geri şərqə daşınmanın daha asanlaşması bizon populyasiyasının əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Bizonların vəhşicəsinə öldürülməsi nəticəsində onların sayı XX əsrin əvvəllərində bir neçə on milyondan bir neçə yüzə qədər azalmışdı.
Gözlə məni (film, 1980)
Gözlə məni — 1980-ci ildə çəkilmiş film. == Məzmun == 1920-ci ilin baharı. İnqilab dalğası Dağlıq Qarabağın ən ucqar guşələrinə belə gedib çıxır. Qırmızı ordu dəstələri yerli feodalların hakimiyyətini öz əllərinə alır, burada yeni qayda qanunlar yaradırlar... Filmin mərkəzində sıravi qırmızı ordu döyüşçüsündən dağ rayonunun fövqəladə komissarına qədər yüksələn gənc kəndli balası Nicatın (Rasim Balayev) taleyi, onun bəy qızı Şahnaz xanıma (Tamara Yandiyeva) olan dramatik məhəbbət əhvalatı durur. == Film haqqında == Filmin sonunda Fəxrəndənin ərinin ardınca çaya girməsi və batması səhnəsi oktyabr ayında çəkilmiş və bu trükü aktrisa Amaliya Pənahovanın özü ifa etmişdir. Film dramaturq İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" pyesinin motivləri əsasında çəkilmişdir. Film Azərbaycan SSR-in və Azərbaycan SSR Kommunist Partiyasının yaradılmasının 60 illiyinə həsr olunmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi: İlyas Əfəndiyev Ssenari müəllifi: Elçin, Elqa Lındina Quruluşçu rejissor: Kamil Rüstəmbəyov Quruluşçu operator: Zaur Məhərrəmov Quruluşçu rəssam: Nadir Zeynalov Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Ağahüseyn Kərimov Rejissor: Əbdül Mahmudov Rejissor-stajçı: Elxan Qasımov Operator: Vaqif Muradov Geyim rəssamı: Tatyana Əmirova Qrim rəssamı: A. Rzazadə Montaj edən: Olqa Etenko Rejissor assistenti: Süleyman Əhmədov, T. Atakişiyev, R. Hüseynov Operator assistenti: Abbas Rzayev, Gennadi Pastuşkov Rəssam assistenti: Əziz Məmmədov, M. Manuvaxova Quraşdırılmış səhnələrin rəssamı: Gennadi Tişşenko Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu İşıq ustası: Rüstəm Rüstəmov Plyonka üzrə rəng ustası: F. Dadaşov Çalır: Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri Dirijor: D. Ştilman Məsləhətçi: Məcid Katibli (tarix elmləri namizədi) Redaktor: Asim Cəlilov Filmin direktoru: Davud Zöhrabov === Rollarda === Rasim Balayev — Nicat Tamara Yandiyeva — Şahnaz Həsənağa Turabov — Böyük bəy Amaliya Pənahova — Fəxrəndə Həsən Məmmədov — Bahadur Məlik Dadaşov — Cabbar bəy Ələddin Abbasov — Həsənəli Şahmar Ələkbərov — Tahir Fərqanə Quliyeva — Gülgəz Muxtar Avşarov — Hümmət Şəmsi Şəmsizadə — Yunis bəy Süsən Məcidova — çörəkçi Valeri Malışev — Kanuryov Muxtar Maniyev — Balahüseyn Gəray Əlibəyov (K. Əlibəyov kimi) — Rəsul Eldəniz Rəsulov — Qaragöz Novruz Axundov — Mirzə bəy Gümrah Rəhimov — Xosrov Vəliəhd Vəliyev — komissar köməkçisi Məmməd Tələt Rəhmanov — kənd mülkədarı Sadıq Hüseynov — kəndli Kamil Məhərrəmov — nökər V. Postnikov — Andrey Ənvər Həsənov — Ömər Məmməd Bürcəliyev — bəy Zilli Namazov — qaçaq Zirəddin Tağıyev E. Səfərova F. Bayramov Rauf Qəniyev Rafiq Qasımov Qafar Həqqi — Sərxan Sədaqət Zülfüqarova Dadaş Kazımov — Dadaş Ömür Nağıyev — Bahadurun adamı Süleyman Əhmədov — kəndli Bahadur Əliyev === Filmi səsləndirənlər === Şahmar Ələkbərov — Nicat (Rasim Balayev) (titrlərdə yoxdur) Ramiz Məlikov — bəy (titrlərdə yoxdur) Hamlet Xanızadə — bəy (titrlərdə yoxdur) Eldəniz Zeynalov — Mirzə bəy (Novruz Axundov) (titrlərdə yoxdur) Ramiz Əzizbəyli — nökər (Kamil Məhərrəmov) (titrlərdə yoxdur) Məmmədrza Şeyxzamanov — Həsənəli (Ələddin Abbasov) (titrlərdə yoxdur) Elxan Ağahüseynoğlu — Xosrov (Gümrah Rəhimov) (titrlərdə yoxdur) Əliabbas Qədirov — Tahir (Şahmar Ələkbərov) (titrlərdə yoxdur) Pərviz Bağırov — Rəsul (Gəray Əlibəyov) (titrlərdə yoxdur) Kamal Xudaverdiyev — Kanuryov (Valeri Malışev) (titrlərdə yoxdur) Hacı İsmayılov — Andrey (V. Postnikov) (titrlərdə yoxdur) Həsənağa Turabov — bolşevik (titrlərdə yoxdur) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Məni Cəhənnəmə Sürüklə (film)
Məni cəhənnəmə sürüklə (ing. Drag Me to Hell) — Amerika istehsalı olan qorxu/triller filmidir. Sem Reiminin rejissorluq etdiyi bu film 2009-cu ildə nümayiş olunub. == Məzmun == Los-Ancelesdə yaşayan və bir bankda işləyən Kristin Braun öz həyatından çox məmnundur. Klayton Dalton adlı professor ən yaxın dostu olan Kristin öz həyatını yaşamaqdadır. Lakin bu sakitçilik elə də uzun çəkmir. Belə ki, bir gün Silvia Qanuş adlı yaşlı qadın müştəri banka gələrək Kristindən müəyyən şərtlər altında kredit istəyir. Kristin bu məsələnin ona aid olmadığını lakin müdir ilə danışa biləcəyini deyir. Müdür isə ona onu göndərməsini deyərək razılıq vermir. Buna bərk əsəbiləşən Silvia bunun Kristinin ucbatından olduğunu fikirləşərək ona dəhşətli cadu edir.
Məni daha gözləmə (mahnı)
Məni daha gözləmə — azərbaycanlı bəstəkar Cavanşir Quliyevin mahnısıdır. Mahnının sözləri Kamal Abdullaya aiddir. Mahnı ilk öncə müğənni İradə İbrahimova üçün bəstələnmişdir. Lakin mahnını Zülfiyyə Xanbabayeva ifa etmişdir. Daha sonra mahnını Aygün Kazımova ifa etmək istəyir və bəstəkardan icazə alaraq ifa edir. Bəstəkar mahnını bir şərtlə Aygün Kazımovanın oxumasına icazə verir ki, ilk öncə mahnını Zülfiyyə Xanbabayeva təqdim edəcək. Bələliklə Aygün Kazımovanın ifası arxivdə qalır. 2020-ci ildə bəstəkar Cavanşir Quliyev öz rəsmi YouTube hesabında Aygün Kazımovanın ifasını dinləyicilərə təqdim etmişdir.
Cahangir Mehdi
Mehdiyev Cahangir Yaqub oğlu (13 yanvar 1951, Bakı) — Azərbaycan kinorejissoru, aktyor, ssenarist, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (2000), Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, Professional Kinorejissorlar Gildiyasının üzvü . == Həyatı == Cahangir Mehdiyev 13 yanvar 1951-ci ildə Bakı şəhərində anadan olub. Atası dövlət qulluqçusu, anası isə evdar qadın idi. Bakı şəhərində 158 saylı orta və 12 saylı musiqi məktəblərini bitirib. Sənətdə ilk addımlarını 6 yaşında ikən rejissor Lətif Səfərovun "Bakı və bakılılar" filmində atmışdır. 1968-ci ildən M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda Teatr və televizya filmləri rejissorluğu ixtisası üzrə təhsil almağa başlamışdır. 1969-cu ildə "Dəli Kür" bədii filmində aktyor kimi oynamışdır. 1973-cü ildə diplom işi kimi Azərbaycan Milli Akademik Dram Teatrında "Sevgi, sevgi" teatr tamaşasına, eləcə də Azərbaycan Respublikası Dövlət Televizya və Radio Verilişləri Şirkətinin Ədəbi dram, incəsənət redaksiyasında "Yumoristik novellalar" adlı televizya tamaşasına quruluş vermişdir. 1973-cü ildə institutu əla qiymətlərlə bitirmiş, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında bədii filmlər üzrə rejissor assisenti kimi çalışmağa başlamışdır. 1974-cü ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının təyinnaməsi ilə Moskva şəhərində Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda Kinorejissorluq fakültəsinə daxil olmaq üçün imtahan verməyə göndərilmiş, imtahanı uğurla verərək instituta daxil olmuşdur.
Elnur Mehdi
Elnur Mehdiyev — rejissor, aktyor. == Həyatı == Elnur Cahangir oğlu Mehdiyev 25 sentyabr 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1986-cı ildə, məktəbdə oxuyarkən, ilk dəfə “Kişi sözü” adlı bədii musiqili kinofilmində aktyor kimi iştirak etmişdir. 1992-1997-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bədii kino və televiziya filmləri ixtisası üzrə rejissorluq fakültəsində ali təhsil almışdır. 1997-ci ildə Türk yazıçısı Suat Dərvişin “Fosforlu Cevriyyə” romanının motivləri əsasında “Məhəbbətin hökmü” adlı tammetrajlı bədii televiziya filmini quruluşçu rejissoru olmuşdur. Və həmin film Azərbaycan Dövlət Televiziyasında nümayiş etdirilmişdir. Qeyd edək ki bu günə qədər mütəmadi olaraq göstərilir. 1998-2007-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan ”Mozalan” studiyasında bir çox satirik və yumoristik qısametrajlı bədii və sənədli filmlərin ssenari müəllifi və quruluşçu rejissoru olmuşdur. 2000-ci ildə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Debüt” studiyasının nəznində “Sifarişçi” adlı qısametrajlı bədii filmin quruluşçu rejissoru olmuşdur. Həmin film 2001-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi tərəfindən Azərbaycan Respublikasında ilk dəfə keçirilən, Gənclər gününə həsr olunmuş festivalda nümayiş etdirilmiş və ən uğurlu rejissor işinə görə mükafat və diploma layiq görülmüşdür.
Famil Mehdi
Mehdiyev Famil Ağalar oğlu (Famil Mehdi; 25 dekabr 1934, Sarıhacılı, Ağdam rayonu – 29 sentyabr 2003, Bakı) — Azərbaycan şairi, tənqidçi, publisist, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1974), professor (1977). == Həyatı == Famil Mehdi 1934-cü il dekabrın 25-də Ağdam rayonunun Sarıhacılı kəndində anadan olmuşdur. Əhmədvar kənd yeddiillik məktəbini bitirib Ağdam pedaqoji məktəbində təhsil almışdır. Sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsilini davam etdirmişdir (1953–1958). Əmək fəaliyyətinə "Bakı" axşam qəzetində ədəbi işçi kimi başlamışdır (1958). ADU-nun filologiya fakültəsində aspirant (1961–1964), müəllim, baş müəllim olmuş, jurnalistika fakültəsində jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri vəzifəsində işləmişdir (1973-cü ildən). "Azərbaycan bədii publisistikasının sənətkarlıq problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Bədii yaradıcılığa 1951-ci ildə "Lenin yolu" adlı Ağdam rayon qəzetində çıxan ilk şeri ilə başlamışdır. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış etmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının və bəzi xarici ölkə xalqlarının dillərinə tərcümə edilmişdir.
Kehi-cinqu
Kehi məbədi (氣比神宮, Kehi-cinqu) – Yaponiyanın Fukui prefekturasının Tsuruqa şəhərində yerləşən şintoist məbədi. Girişində yerləşən torii Yaponiyadakı ən böyüklərindən biridir. == Həmçinin bax == Cinquların siyahısı == Xarici keçidlər == Vikianbarda Kehi məbədi ilə əlaqəli mediafayllar var.
Kehi məbədi
Kehi məbədi (氣比神宮, Kehi-cinqu) – Yaponiyanın Fukui prefekturasının Tsuruqa şəhərində yerləşən şintoist məbədi. Girişində yerləşən torii Yaponiyadakı ən böyüklərindən biridir. == Həmçinin bax == Cinquların siyahısı == Xarici keçidlər == Vikianbarda Kehi məbədi ilə əlaqəli mediafayllar var.
London meri
London meri - London Assambleyasının 25 üzvü tərəfindən seçilən və Böyük Londonda icra hakimiyyətinə rəhbərlik edən şəxsdir. London merini Londonun lord-meriylə qarışdırmaq lazım deyil, lord-merin vəzifəsi daha çox simvolik xarakter daşıyır və Londonun Siti hissəsiylə məhdudlaşır. Mer birbaşa səsverməylə dörd il müddətinə seçilir. London merinin illik maaşı 151,734 funtsterlinqdir. Hal-hazırda bu vəzifəni Leyboristlər Partiyasından olan Sadiq Xan (ing. Sadiq Aman Khan) icra edir. == Hakimiyyət == London şəhərində Bələdiyyə Başçısı səlahiyyətləri 2000-ci ildə yaradılmışdır Bələdiyyə Başçısı icra hakimiyyətinə rəhbərlik edir , şəhərin hərtərəfli inkişafı üçün plan təqdim edir , büdcənin qəbul edilməsində iştirak edir. Dörd il muddətinə seçilir.
Medhi Benatia
Medhi Əmin Əl-Müttəqi Benatia (17 aprel 1987, Kurkuron[d]) — Bundesliqa təmsilçisi Bavariya FK-da çıxış edən mərkəz yarımmüdafiəçisi. == Həyatı == Medhi Benatia 1987-ci il aprelin 17-də dünyaya göz açmışdır. == Karyerası == Öz karyerasına Fransanın Olimpik Marsel FK-da başlamışdır. Cəmi iki il sonra İtaliyanın Udineze FK-a transfer olunmuş, burada 3 mövsüm keçirdikdən sonra Roma FKnın heyətinə cəlb olunmuşdur. Sonradan İtaliya A Seriyasında diqqətləri özünə yönəltməyi bacaran futbolçu 26 milyon avro qarşılığında Bavariya FK-a keçmiş və elə ilk mövsümdəcə çempionluq sevinci yaşamışdır.
Mehdi Kiyani
Mehdi Kiyani (10 yanvar 1987-ci il, Nəhavənd, İran) – iranlı futbol yarımmüdafiəçisi. == Fəaliyyəti == Kiyani 2009-cu ildən Təbrizin Traktor Sazi klubuna qoşulmuşdur. O Traktor Sazi klubuna gələndən öncə İstiqlal-i Cunub və Səba futbol klublarında oynamışdır. Mehdi Kiyani Traktor Sazi klubunun ən popular oyunçularından sayılır.
Mehdi Kərrubi
İranda Milli Etimad Partiyasına rəhbərlik edən Mehdi Kərrubi 1937-ci ildə İran adlanan yerin Luristan əyalətinin Əligudərz şəhərində anadan olub. Milliyyətcə lurdur. Şiədir. İlahiyyat üzrə təhsilini Qum şəhərində alıb, burda universiteti bitirib. 1980-ci ildə İran adlanan yerin parlamentinə deputat seçilib, sonra isə parlament sədrinin canişini işləyib. 1999-cu ildə İran adlanan yerin parlamentinin sədri seçilib. 2005-ci ildə keçirilən prezident seçkisinə qatılan Mehdi Kərrubi məğlub olduqdan sonra Milli Etimad Partiyasını yaradıb.
Mehdi Mahmudov
Mehdi Mahmudov — Polkovnik == Həyatı == 1932-ci ildən оrdu sırаlаrındа хidmət еtmişdir. Tiflisdə hərbi məktəb bitirdikdən (1936) sоnrа bаtаrеyа kоmаndiri, diviziоn kоmаndirinin müаvini оlmuşdur. Böyük Vətən mühаribəsi illərində 416-cı Аzərb. diviziyаsındа pоlk kоmаndiri оlаn M. Bеrlinədək döyüş yоlu kеçmiş dir. Lеninqrаd (indiki Sаnkt-Pеtеrburq) Аli Аrtillеriyа Zаbitləri Məktəbini (1946) və Mоskvаdа M.V.Frunzе аd. Hərbi Аkаdеmiyаnı (1952) bitirmişdir. 1956-cı ildə оrdudаn burахılmışdır. == Mükafatları == 3 "Qırmızı Bаyrаq", 3-cü dərəcəli "Suvоrоv", 1-ci dərəcəli "Vətən mühаribəsi" və "Qırmızı Ulduz" оrdеnləri ilə təltif оlunmuşdur. == Ədəbiyyat == Bоkоv F. Y., Аzərbаycаn övlаdlаrının ölməz igidliyi, B., 1975; yеnə оnun, Vеsnа pоbеdı, M., 1979.
Mehdi Mehdiyev
Mehdi Adıgözəl oğlu Mehdiyev (20 oktyabr 1895, Qarakollu, Cəbrayıl qəzası – 14 oktyabr 1937, Bakı) — Azərbaycan SSR dövlət xadimi. == Həyatı == Mehdi Mehdiyev 1895-ci ildə Cəbrayıl qəzasının Qarakollu kəndində doğulmuşdu. 1908-ci ildə Şuşa seminariyasına daxil olub. 1911-ci ildə seminariyanı bitirmiş, sonra Hərbi Gürcüstan dəmiryolunun çəkilişində fəhləlik etmişdi. 1914-cü ildə Donbasda bir sıra görkəmli inqilab mübarizləri ilə tanış olmuşdur. O, dəmir yolunda yükdaşıyan işlədiyi vaxt Birinci Dünya müharibəsinin başlanması xəbərini də elə orada eşitmişdi. M.Mehdiyev 1915-ci ildən 1918-ci ilə qədər Orta Asiyada-Türkistan vilayətinin Buxara dəmir yolunda fəhlə işləmişdi. 1931-1932-ci illərdə o, Moskva Qırmızı Professorlar (Ali Partiya) Məktəbinin dinləyicisi olmuşdur. === Ailəsi === Ailəli idi. Fikrət adlı oğlu, Rima adlı qızı vardı.
Mehdi Mehdizadə
Mehdi Məmməd oğlu Mehdizadə (5 yanvar 1903, Daşkəsən, Cəbrayıl qəzası – 1 may 1984, Bakı) — pedaqogika elminin görkəmli nümayəndəsi, tanınmış ictimai xadim, SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, akademik, Azərbaycan SSR əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor, Azərbaycan SSR xalq maarif naziri (1952–1954; 1960–1980). == Həyatı == Mehdi Məmməd oğlu Mehdizadə 1903-cü il yanvar ayının 5-də indiki Cəbrayıl qəzasının Daşkəsən kəndli ailəsində anadan olmuşdur. 1914-cü ildə Daşkəsən kəndində tədrisi rus dilində aparılan 3 sinifli ibtidai rus-tatar məktəbi açılır. Mehdi həmin məktəbə daxil olanda onun 11 yaşı var idi. 1919-cu ildə 16 yaşlı Mehdi Daşkəsən kənd ibtidai məktəbinin ilk məzunlarından biri olur və 1920-ci ildə kəndlərində qiraət komasının müdiri kimi əmək fəaliyyətinə başlayır. Daha sonra gənc Mehdi 1921-ci ildə rayon mərkəzində açılan pedaqoji kursda təhsil alır və kursu bitirdikdən sonra Daşkəsən kənd birdərəcəli məktəbində müəllim və müdir kimi fəaliyyətə başlayır. 1923-cü ilin mayında Mehdi Mehdizadə Cəbrayıl qəzasından Bakıya üç aylıq ali pedaqoji kursa göndərilir. Həmin kursu müvəffəqiyyətlə bitirdikdən sonra o, Qəza Xalq Maarif Şöbəsinin göndərişi ilə Azərbaycan Pedaqoji İnstitutunun hazırlıq kursuna qəbul olunur. Hazırlıq kursunun sonunda imtahan verib 1924-cü ildə İnstitutun Fizika-riyaziyyat fakültəsinin birinci kursuna qəbul edilir. Mehdi Mehdizadə 1926-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun Fizika-riyaziyyat fakültəsini bitirib ali təhsilli fizika və riyaziyyat müəllimi kimi Cəbrayıl qəzasının Qaryagin (indiki Füzuli) şəhərindəki orta təhsil verən məktəbdə pedaqoji fəaliyyətini davam etdirir.
Mehdi Mirkişiyev
Mehdi Mirkişi oğlu Mirkişiyev (15 iyul 1928 – 27 sentyabr 1993) – tərcüməçi, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Mehdi Mirkişiyev 1928-ci il iyulun 15-də Cəbrayıl rayonunun Mirzəcanlı kəndində anadan olmuşdur. M.Qorki adına Cəbrayıl qəsəbə orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır (1946-1951). Əmək fəaliyyətinə 1951-ci ildə Azərbaycan Dövlət Nəşriyyatında böyük redaktor kimi başlamışdır. Sonra "Yazıçı" nəşriyyatı bədii tərcümə redaksiyasının böyük redaktoru vəzifəsində işləmişdir (1982-1988). 1993-ci il sentyabrın 27-də Bakıda vəfat etmişdir. == Tərcümələri == (ruscadan) 1. Q.Sevuns. Tehran (I kitab). Bakı: Azərnəşr, 1953, 517 səh.
Mehdi Murtuzov
Mehdi Muxtar oğlu Murtuzov (10 iyul 1997, Alpan, Quba rayonu – 2 oktyabr 2020, Murovdağ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Murtuzov Mehdi Muxtar oğlu 1997-ci il iyul ayının 10-da Quba rayonun Alpan kəndində anadan olmuşdur. Murtuzovlar ailəsində 3 uşaq olublar- 2 qardaş və 1 bacı. 2003-cü ildə Alpan kənd Elşad Bayramov adına tam orta məktəbinin 1-ci sinifinə qəbul edilmişdir. 2012-ci ildə Quba rayon 103 saylı Peşə Liseyinin Rabitəçi-Elektrik ixtisasına qəbul olunmuş, 2015-ci ildə təhsilini müvəffəqiyyətlə bitirmişdir. == Hərbi xidməti == Murtuzov Mehdi iyul ayının 10-da, doğum günündə Quba rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış və Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə xidmətə başlamışdır. Hərbi xidmətdə olduğu müddətdə Aprel döyüşlərinin iştirakçısı olmuşdur. Hərbi xidməti dövründə komandirlərinin rəğbətini qazanmış, bir neçə dəfə qüsursuz və nümunəvi xidmətinə görə təltif edilmişdir. Hərbi xidməti bitirdikdən sonra müsbət xasiyyətnamə və təşəkkürnamə almışdır. 2017-ci il yanvar ayının 1-də hərbi xidmətini başa vuraraq ordudan tərxis olunmuşdur.
Mehdi Mustafayev
Mehdi Həsən oğlu Mustafayev (15 sentyabr 1914, Tatlı, Qazax qəzası – 5 oktyabr 1979, Bakı) — Azərbaycanda meşə mühafizəsi işinin təşkilatçısı və dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı (1948). == Həyatı == Mehdi Həsən oğlu Mustafayev 1914-cü il sentyabr ayının 15-də Qazax (indiki Ağstafa) rayonunun Tatlı kəndində II Həsən ağanın ailəsində dünyaya gəlmişdir. Mehdi müəllimin tərcümeyi-halına nəzər salanda məlum olur ki, onun ulu babası Həsən bəy, babası isə Kərbəlayı Mustafa ağa olmuşdur. Valideynlərini erkən itirdiyindən hələ gənc yaşlarından zəhmətə qatlaşmalı olur. O, Tatlı kənd orta məktəbinin birinci pilləsini bitirdikdən sonra 1929-cu ildə Gəncə şəhərinə gəlmiş və Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun nəzdində hazırlıq kursunda təhsil alır. 1931-ci ildə yenicə Bakıdan Gəncəyə köçürülmüş Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Bitkiçilik fakültəsinin üzümçülük-şərabçılıq şöbəsinə qəbul olunur. Universitetin arxivində saxlanılan şəxsi işində Mehdi Mustafayevə məxsus diplomun surəti və institut direktorunun tədris hissəsi üzrə müavini İmran Kaşıyevin imzaladığı 20 fevral 1936-cı il tarixli 508 nömrəli arayışda göstərilir ki, Mustafayev Mehdi Həsən oğlu 1935-ci il noyabrın 21-də Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun üzümçülük və şərabçılıq şöbəsini tam bitirmiş, "Vakuum aparatlarında üzüm şirəsinin qatılaşdırılması" mövzusunda diplom işini müdafiə etmiş, Dövlət Kvalifikasiya Komissiyasının qərarına əsasən AKTİ-nin 9 dekabr 1935-ci il tarixli 265 nömrəli əmrilə ona aqronom-üzümçü-şərabçı ixtisası verilmişdir. Mehdi Mustafayev institutu bitirdikdən sonra 1936–1942-ci illərdə gənc mütəxəssis kimi Şamaxı rayonunun torpaq şöbəsində aqronom, şöbə müdiri vəzifələrində çalışır. Sonralar Samux rayonundakı (keçmiş Səfərəliyev) 2 nömrəli sovxoza direktor təyin olunur. Böyük Vətən müharibəsi başlananda Mehdi müəllim dövlət tərəfindən İrana göndərilir.
Mehdi Mükərrəmoğlu
Mehdi Mehdiyev (azərb. Mehdi Mükərrəm oğlu Mehdiyev‎; 15 aprel 1952, Dondarlı, Qubadlı rayonu – 11 yanvar 2023) — Jurnalist == Həyatı == Mehdi Mehdiyev 1952-ci il aprelin 15-də Qubadlı rayonunun Dondarlı kəndində anadan olub. 1969-cu ildə həmin kənddəki orta məktəbi bitirmişdir. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinə qəbul olub, 1975-ci ildə universiteti qırmızı diplomla bitirmişdir. Azərbaycan Dövlət Universitetində aspiranturasını bitirib. 12 yanvar 2023-cü ildə vəfat etmişdir. === Ailəsi === Üç övladı var. Oğlanlarından biri BDU-nun hüquq fakültəsini bitirmiş, vəkil kimi çalışmışdır, digəri isə həkimdir. Qızı Dillər Universitetini bitirmiş, həmin universitetdə müəllim kimi çalışıb. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1975-ci ildən başlamışdır.
Bağça (Behi-yi Feyzullah Bəyi)
Bağça (fars. باغ چه‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı, Behi-yi Feyzullah Bəyi dehistanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 179 nəfər yaşayır (40 ailə).
Mehdi Məhərrəmov
Mehdi Əmirxan oğlu Məhərrəmov (26 iyun 1973, Daşkənd, Vardenis rayonu – 5 fevral 1993, Ağdərə rayonu) — Qarabağ müharibəsində şəhid olmuş Azərbaycan əsgəri. == Həyatı == Mehdi Məhərrəmov 26 iyun 1973-cü ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuşdur. 1980-ci ildə Basarkeçər rayonu Daşkənd kənd orta məktəbinin I sinfinə getmişdir. 1988-ci ildə azərbaycanlıların Ermənistandan köçürülməsi zamanı ailəsi ilə birlikdə doğulduğu kənddən məcburən köçməli olmuş, Bərdə rayonunun Yeni Daşkənd kəndində məskunlaşmışdır. Mehdi Məhərrəmov 1990-cı ildə Yeni Daşkənd kənd orta məktəbini bitirmişdir. Orta məktəbdə oxuduğu illərdə atası Molla Əmirxandan dini təhsil də almışdır.11 mart 1992-ci ildə Bərdə RHK tərəfindən hərbi xidmətə çağrılmış, Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısı olmuş, Ağdərə rayonunda gedən döyüş əməliyyatlarında N saylı hərbi hissənin bacarıqlı rabitəçisi və atıcısı kimi xidmət göstərmişdir.5 fevral 1993-cü ildə Ağdərə rayonunun Çıldıran kəndində gedən döyüşlər zamanı itkin düşmüşdür. Məzarının yeri məlum deyil. Ona Bərdə rayon Xalq Məhkəməsi tərəfindən şəhid adı verilmişdir. == Ailəsi == Subay idi. Şair Həsən Xəyallının nəvəsi, din xadimi Molla Əmirxanın oğlu, şair-zabit Əli Məhərrəmovun qardaşıdır.
Bədi
Əl-Bədi, Allahın 99 adından biri
Bəhai
Bəhai Dini — bütün bəşəriyyətin birliyi prinsipini vurğulayan müstəqil monoteist dindir. Bu dinin təməlini üç əsas prinsip təşkil edir: Allahın birliyi — Allah bütün yaradılışın yeganə mənbəyi və ilkin səbəbidir; İlahi dinlərin birliyi — tək Allahın tək bir dini var və o minilliklər ərzində təkamül etmişdir; bəşəriyyətin birliyi — bütün insanlar eyni Allah tərəfindən bərabər yaradılmışdır, insanlar arasındakı irqi, milli, mədəni müxtəlifliklər bəşəriyyətin zənginliyidir və müxtəliflikdə birlik təqdirəlayiq və alqışlanandır. Bəhai dini təlimlərinə görə insanın məqsədi Allahı, tək yaradanı, Həqiqi dostu tanımaq və Ona sevgi bəsləməkdir, hansı ki, bu özünü gündəlik fəaliyyətdə, insanlığa xidmətdə və fərdi ibadətdə göstərməlidir. Bəhai dini 19-cu əsrdə İranda meydana gəlib, bu dinin peyğəmbəri Bəhaullahdır. Bəhaullah öz fikirlərinə və yaydığı təlimə görə İrandan Osmanlıya sürgün olunub və demək olar ki, həyatının sonunadək burada məhbus həyatı yaşayıb. Bəhaullahın vəfatından sonra onun böyük oğlu Əbdül-Bəha bu təlimləri inkişaf etdirməkdə davam edir, onun dövründə Bəhai dini İran və Osmanlının sərhədlərini aşır, Avropa və Amerikaya yayılmağa başlayır, həmçinin İranda getdikcə daha da möhkəmlənir və eyni zamanda güclü təqiblərə məruz qalır. Əbdül-Bəhanın vəfatından sonra Bəhai dininin inkişafı yeni mərhələyə qədəm qoyur, Bəhai dini tarixində Şəhadət dövrü başa çatır və Quruculuq əsri (1921–2021) başlayır, hansı ki son nəticədə Bəhaullahın öngördüyü Ümumdünya Ədalət Evinin yaranması və Dinin dünyanın bütün məntəqələrinə yayılması ilə nəticələnməli idi. Hal-hazırda dünyanın 200 ölkə və vilayətində təqribən 5 milyonadək bəhai var. Bu dini qəbul etmiş şəxslərin nüməyəndəsi olduğu millətlərin, xalqların və etnik qrupların sayı 2100-ü keçmiş, Bəhai dini ədəbiyyatı 800-dən çox dilə tərcümə edilmişdir.Bəhai dininə görə, ruhani tarixi silsilə Allah Elçilərinin gəlişi ilə formalaşır, bu Peyğəmbərlərin dini təlimi zamanın tələbinə və insanlığın qabiliyyətinə uyğun vəhy olunur. Son dövrlərin bilinən Peyğəmbərləri 2 soydan gəlmişlər, İbrahim peyğəmbərin soyundan — Musa (peyğəmbər), İsa, Məhəmməd, Hind soyundan — Krişna, Budda, Zərdüşt.
Bəhr
Bəhr — əruz vəzninin tərkib hissələrindən biri. Əruz altı ünsürdən (rükndən) ibarətdir və bu ünsürlər də on doqquz bəhrə bölünür. Klassik Azərbaycan poeziyasında əruzun on iki bəhrindən istifadə edilmişdir. Həmin bəhrlər aşağıdakılardır: həcəz, rəməl, rəcəz, müctəs, müzare, mütəqarib, münsərih, xəfif, səri, mütədarik, kamil, müqtəzəb. == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Bəqi
Əl-Bəqi (ərəb. مقبرة البقيع‎) — ‏Mədinədə (Səudiyyə Ərəbistan) qəbiristanlıq, ən-Nəbəvi məscidindən cənub-şərqə yerləşdirilmişdir. Qəbiristanlıqda Məhəmməd peyğəmbərin və onun tərəfdarlarının qohumlarının çoxsu dəfn edilmişdir. Onlardan biri üçüncü xəlifə Osman ibn Əffan olmuşdur. Və həmçinin də İmam Həsən (ə). == Tarix == Məhəmməd peyğəmbər 622-ci ilin sentyabrında Məkkədən Mədinəyə gəldi. Əl Bəqi böyük torpaq sahəsi idi. Ən-Nəbəvi məscidin tikintisi zamanı, peyğəmbər bu torpaq sahəsini yetim uşaqdan aldı. == Qəbiristanlıqda dəfn edilmişlər == Abbas ibn Əbdülmütəllib — Məhəmməd peyğəmbərin əmisi. Həsən ibn Əli — Məhəmməd peyğəmbərin nəvəsi, ikinci şiə imamı.