Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şəhzadə
Şahzadə (oğlan) — titul. Şahzadə (qız) — titul. Şahzadə (kitab) — yazıçı Nikkolo Makiavelli tərəfindan yazılmış siyasət haqqında elmi nəzəriyyə. Şahzadə (Osmanlı imperiyası) — Osmanlı sülaləsinə mənsub kişi. Şahzadə (Prince of Persia) — Prince of Persia oyun seriyasının qəhrəmanı.
Şəhzadə Bəyazid
Şahzadə Bəyazid (I Süleymanın oğlu) — I Süleymanın oğlu. Şahzadə Bəyazid (I Əhmədin oğlu) — I Əhmədin oğlu.
Şəhzadə Cahangir
Şahzadə Cahangir (9 dekabr 1531, Konstantinopol – 27 noyabr 1553[…], Hələb) — Sultan Süleyman Qanuninin Xürrəm Sultanla olan nikahdan dünyaya gələn oğludur. == Həyatı == Şahzadə Cahangir 1531-ci ildə İstanbulda dünyaya gəlmişdir. Təhsilini sarayda tamamlamışdır. Fiziki qüsurlu dünyaya gəlmiş, bu səbəblə ətrafındakı insanlar tərəfindən təcrid olunmuşdur. Qardaşı Şahzadə Bəyazidlə birlikdə möhtəşəm bir mərasimlə sünnət edilmişdir. 28 sentyabr 1539-cu ildə baş tutan və 2 həftə davam edən mərasim əsnasında bacısı Mihrimah Sultan da o illərdə Diyarbəkir bəylərbəyi olan Rüstəm Paşayla evləndirilmişdir. Həddi buluğa çatdığı yaşlarda atası tərəfidən Amasiya sancaqbəyliyinə gətirilmək istənsə də, xəstəliyi səbəbilə bu vəzifəni qəbul etməmişdir. Saraydakı günlərini xəttatlıqla və "Zarifi" təxəllüsü ilə şeir yazmaqla keçirmişdir. Atasının yalnız 2 səfərində iştirak etmiş ancaq bütün səfər dövrünü xüsusi kəcavədə həkim nəzarətində yatalaq olaraq keçirmişdir. Qatıldığı son səfər olan Naxçıvan səfərində isə böyük qardaşı Şahzadə Mustafa atası tərəfindən edam edilmişdir.
Şəhzadə Mehmed
Şahzadə Mehmed (I Süleymanın oğlu)
Şəhzadə cami
Şahzadə külliyəsi və ya Şahzadəbaşı külliyəsi — İstanbulda XVI əsrə aid külliyə. Osmanlı sultanı Qanuni Sultan Süleyman tərəfindən inşa etdirilən külliyə məscid, mədrəsə, imarət, sübyan məktəbi və karvansaraydan ibarətdir. == Tarixi == Osmanlı sultanı Qanuni Sultan Süleymanın Manisa sancaqbəyi ikən vəfat edən oğlu Şahzadə Mehmedin adına inşa etdirdiyi Şahzadə külliyəsi memar Sənan tərəfindən hazırlanmışdır. İnşasına 1543-cü ilin iyununda başlanmış, ilk olaraq Şahzadə Mehmedin dəfn olunduğu türbə tamamlanmışdır. Ardından 23 may 1544-cü ildə təməli atılan məscid 1548-ci ilin avqustunda ibadətə açılmışdır. Bu müddət ərzində külliyəyə aid olan mədrəsə, imarət, sübyan məktəbi və karvansarayın inşası tamamlandı. Külliyədən nisbətən aralı yerləşən imarət və sübyan məktəbi isə Dədəəfəndi küçəsində yerləşir. 1613 və 1633-cü illərdə baş verən güclü yanğının ardından zədələnən külliyə binaları IV Murad tərəfindən təmir edilmiş, bu əsnada şadırvan gümbəzi də yenilənmişdir. 1718 cə 1782-ci illərdəki yanğınlarda isə minarənin bütün taxta konstruksiyası yanmış, 1916 və 1953-cü illərdə bəzi türbələrdə və məsciddə qismən restavrasiya işləri görülmüş, 1994–1999 illəri arasında külliyədə əsaslı təmir işləri aparılmışdır. == Strukturu == === Məscid === Memar Sənanın baş memar ünvanıyla inşa etdirdiyi ilk əsər olan bu məscid bir-biriylə simmetrik olan 2 bərabər hissədən – məscidin ana binası (harim) və avlu (meydança) ibarətdir.
Şəhzadə və dilənçi
== Haqqında == “Dünya uşaq ədəbiyyatından seçmələr” silsiləsindən olan bu kitaba milli Amerika ədəbiyyatının yaranması, inkişafı və təşəkkülündə əvəzsiz rol oynamış Mark Tvenin “Şahzadə və dilənçi” əsəri və görkəmli ingilis yazıçısı Oskar Uayldın nağılları daxil edilmişdir. “Şahzadə və dilənçi” povestində balaca, özündən bədgüman və əsl həyatın nədən ibarət olduğundan xəbəri olmayan bir şahzadənin başına gələn macəralardan bəhs edilir.Uayld nağılları isə özünəməxsus üslubu ilə oxucusunu vəcdə gətirir, oxuduqlarının gerçək olmadığını bilə-bilə onu gözəl sözün sehriylə bu uydurma tarixçələrə inandırır. == Qısa məzmun == Mark Tvenin “Şahzadə və dilənçi” povesti 200 ilə yaxındır ki, həm böyüklərin, həm də kiçiklərin sevimli əsəridir. Yazıçı əsərin qəhrəmanını kral sarayından İngiltərənin ən ucqar, ən gizli və təhlükəli yerlərinədək aparıb çıxarır, ağlasığmaz hadisələrlə qarşılaşdırır. Şahzadə Eduardın və dilənçi Tomun başına gələn məcəraların köməyi ilə orta əsrlər ingilis cəmiyyətin müxtəlif təbəqələrinin həyat tərzini, dünyagörüşünü, arzularını açıb göstərir. Şahzadə Eduardın üzləşdiyi vəziyyətlər o qədər gərgindir ki, oxucu onun döyülməsini, istehzaya məruz qalmasını, ölüm, asılmaq təhlükəsini sakitliklə qarşılaya bilmir, bəzən özünü qəhrəmanın yerində hiss edir, çətin vəziyyətdən necə çıxacağını fikirləşir. Sərsərilərin, kəndlilərin əhatəsinə, hətta həbsə düşən şahzadə tacqoyma mərasiminə gəlib çıxır. Bəs şahzadə, əsl kral öz haqqını ala biləcəkmi? Ədalət məhkəməsi qurulacaqmı? == Yazıçı haqqında == Mark Tven 30 noyabr 1835-ci ildə ABŞ-nin Missuri əyalətinin Florida bölgəsində dünyaya gəldi.Oxuculara daha çox "Şahzadə və dilənçi" və "Tom Soyerin macəraları" adlı romanları ilə tanışdır.
Vəliəhd Şəhzadə Sado
Vəliəhd Şahzadə Sado (Hangeul: 사도세자, Hanja: 思悼 世子) 13 fevral 1735-ci ildə dünyaya gəlmişdir. Ona doğuşdan verilən ad Yi Son (Hangeul: 이선, Hanja: 李愃) olmuşdur. Yi Son Çosonun 21-ci kralı Yonqconun ikinci oğlu olmuşdur. Onun bioloji anası Kraliyyət Cariyəsi Yonq olmuşdur. Sadonun böyük qardaşı Vəliəhd Şahzadə Hyocanq erkən vəfat etmişdir. Buna görə də ondan sonra doğulan oğlan uşağı Çoson Krallığının növbəti vəliəhdi olacaqdı. Vəliəhd Şahzadə Sado hələ taxta çıxa bilmədən 27 yaşında düyü sandığına həbs edilərək edam edilmişdir. == Bioqrafiya == === Uşaqlığı === Kral Yonqconun sevimli oğlu Vəliəhd Şahzadə Hyocanqın ölümündən sonra Çoson Krallığı uzun müddət vəliəhdsiz qalmışdı. Kraliçə Çonqsonq övladsız idi, lakin Sonhui xanımın bir neçə qızı dünyaya gəlmişdi (1696–1764). 1735-ci ilin fevral ayında Sonhui xanımın bir oğlu dünyaya gəldi.
Şəhzadə və Dilənçi (povesti)
== Haqqında == “Dünya uşaq ədəbiyyatından seçmələr” silsiləsindən olan bu kitaba milli Amerika ədəbiyyatının yaranması, inkişafı və təşəkkülündə əvəzsiz rol oynamış Mark Tvenin “Şahzadə və dilənçi” əsəri və görkəmli ingilis yazıçısı Oskar Uayldın nağılları daxil edilmişdir. “Şahzadə və dilənçi” povestində balaca, özündən bədgüman və əsl həyatın nədən ibarət olduğundan xəbəri olmayan bir şahzadənin başına gələn macəralardan bəhs edilir.Uayld nağılları isə özünəməxsus üslubu ilə oxucusunu vəcdə gətirir, oxuduqlarının gerçək olmadığını bilə-bilə onu gözəl sözün sehriylə bu uydurma tarixçələrə inandırır. == Qısa məzmun == Mark Tvenin “Şahzadə və dilənçi” povesti 200 ilə yaxındır ki, həm böyüklərin, həm də kiçiklərin sevimli əsəridir. Yazıçı əsərin qəhrəmanını kral sarayından İngiltərənin ən ucqar, ən gizli və təhlükəli yerlərinədək aparıb çıxarır, ağlasığmaz hadisələrlə qarşılaşdırır. Şahzadə Eduardın və dilənçi Tomun başına gələn məcəraların köməyi ilə orta əsrlər ingilis cəmiyyətin müxtəlif təbəqələrinin həyat tərzini, dünyagörüşünü, arzularını açıb göstərir. Şahzadə Eduardın üzləşdiyi vəziyyətlər o qədər gərgindir ki, oxucu onun döyülməsini, istehzaya məruz qalmasını, ölüm, asılmaq təhlükəsini sakitliklə qarşılaya bilmir, bəzən özünü qəhrəmanın yerində hiss edir, çətin vəziyyətdən necə çıxacağını fikirləşir. Sərsərilərin, kəndlilərin əhatəsinə, hətta həbsə düşən şahzadə tacqoyma mərasiminə gəlib çıxır. Bəs şahzadə, əsl kral öz haqqını ala biləcəkmi? Ədalət məhkəməsi qurulacaqmı? == Yazıçı haqqında == Mark Tven 30 noyabr 1835-ci ildə ABŞ-nin Missuri əyalətinin Florida bölgəsində dünyaya gəldi.Oxuculara daha çox "Şahzadə və dilənçi" və "Tom Soyerin macəraları" adlı romanları ilə tanışdır.
Şəhzadə Bəyazid (I Süleymanın oğlu)
Şahzadə Bəyazid (Osmanlıca: الأمير بايزيد; 1525, Topqapı sarayı – 25 sentyabr 1561, Qəzvin), Sultan Süleyman Qanuninin Xürrəm Sultanla nigahdan dünyaya gələn oğlu. Kütahya, Konya və Karaman vilayətlərində vali olmuşdur. Anası Xürrəm Sultanın dəstəyi ilə özünü taxtın varisi hesab etmiş, amma anasının vəfatından sonra gücünü itirmişdir. Bacısı Mihrimah Sultanın Şahzadə Səlimin tərəfində olduğunu gördükdən sonra özünə tərəfdar yığmağa başlamışdır. Atası hələ sağ olduğu vaxtlarda Şahzadə Səlim ilə apardığı taxt mübarizəsində məğlub olaraq, Səfəvi şahına sığınmışdır. Sığındığı Səfəvi şahının sarayında atasının adamları tərəfindən oğulları ilə birlikdə boğularaq öldürülmüşdür. == Həyatı == 1525-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı Qanuni Sultan Süleyman, anası isə Xürrəm Sultandır. Qardaşı Şahzadə Cahangirlə birlikdə möhtəşəm bir mərasimlə sünnət edilmişdir. 28 sentyabr 1539-cu ildə baş tutan və 2 həftə davam edən mərasim əsnasında bacısı Mihrimah Sultan da o illərdə Diyarbəkir bəylərbəyi olan Rüstəm Paşayla evləndirilmişdir.
Şəhzadə Bəyazid (I Əhmədin oğlu)
Şahzadə Bəyazid (12 dekabr 1612, Konstantinopol, Osmanlı imperiyası – 8 avqust 1635, Konstantinopol, Osmanlı imperiyası) — 14-cü Osmanlı sultanı I Əhmədin oğlu. == Həyatı == Şahzadə Bəyazid 1612-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı I Əhməd, anası isə Mahfiruz Xədicə Sultandır. Uşaqlıq illəriylə bağlı yetərli məlumat yoxdur. Ancaq 1617-ci ilin noyabrında atası Sultan Əhmədin vəfat etməsiylə, qardaşları Osman, Mehmed, Murad, Süleyman, Qasım və İbrahimlə birlikdə sarayın Şimşirlik adlanan qəfəs bölümündə yaşamağa başladı. Əmisi Sulan Mustafanın qısa səltənətinin ardından doğma qardaşı II Osman taxta çıxmış, anasi Validə Mahfiruz Xədicə Sultan Topqapı sarayına geri qayıtmışdır. Qardaşının qısa səltənətində nisbətən rahat həyat sürsə də, anasının 1620-ci ildə vəfat etməsinin ardından sarayda vəzifəli olan xalası Şahincan Xatunun nəzarətində böyüdüldü.Ancaq qardaşının taxtdan endirilərək öldürülməsi (1622) və əmisi Sultan Mustafanın qısa səltənətindən sonra ögey qardaşı IV Muradın taxta çıxarılmasının ardından (1623) yenidən sarayın Şimşirlik bölümünə qapadıldı. Ögey anası Validə Mahpeykər Kösəm Sultanın isə taxt naibəsi olduğu bu illərdə nisbətən qapalı həyat yaşayan Şahzadə Bəyazid, xalası Şahincan Xatunun saraydan uzaqlaşdırılmasının ardından müdafiəsiz qaldı. Özündən bir neçə ay böyük olan ögey qardaşı Sultan Muradın çıxdığı İrəvan səfəri əsnasında sarayda qalan Şahzadə Bəyazid qalanın fəthindən sonra göndərilən fərmanla qardaşı Şahzadə Süleymanla birlikdə 8 avqust 1635-ci ildə gizlicə edam olundu. Sədarət naibi Bayram Paşa və bostancıbaşı tərəfindən həyata keçirilən bu edam şəhərdə davam edən şənliklər əsnasında baş tutdu.
Bəyzadə
Bəyzadə — bəy oğlu, bəy nəslindən olan adam. Sovet hakimiyyəti qurulana qədərki Azərbaycanda hakim sinfə mənsub adamların oğlan uşaqlarına da bəyzadə deyilirdi.Bu titul Osmanlı imperiyasında zadəgan nəslindən olan və imperiyada mühüm vəzifə tutan müvəqqəti valilərə və hərbi generallara verilirdi. Bu termin tez-tez Osmanlı imperiyası haqqında olan Qərb mənbələrində cəmiyyətdə üstün yer tutan, adətən böyük gücə malik olan kişilərə aid edilirdi. Şərqi Avropada, Balkanlarda, Qafqazda, Anadolu və İraq Kürdüstanının bəzi bölgələrində Osmanlının bu regionlardakı fəthlərində iştirak edən çərkəz şahzadələrinə bəyzadə titulu verilirdi.
Şahzadə
Şahzadə (oğlan) — titul. Şahzadə (qız) — titul. Şahzadə (kitab) — yazıçı Nikkolo Makiavelli tərəfindan yazılmış siyasət haqqında elmi nəzəriyyə. Şahzadə (Osmanlı imperiyası) — Osmanlı sülaləsinə mənsub kişi. Şahzadə (Prince of Persia) — Prince of Persia oyun seriyasının qəhrəmanı.
Balaca şahzadə
Balaca şahzadə (fr. Le Petit Prince) — Antuan de Sent-Ekzüperinin ən məşhur əsəri, alleqorik hekayə. İlk dəfə 6 aprel 1943-cü ildə Nyu-Yorkda çap olunub. Kitabda şəkilləri Ekzüperi özü çəkib. Bu illüstrasiyalar kitabın özü qədər məşhurdurlar, müəllifin özü və baş qəhrəmanlar tez-tez şəkillərə müraciət edir və hətta mübahisə edirlər. Unikal şəkillər hamıya aydın olan universal vizual leksikonun bir hissəsi olur və dil baryerini aradan qaldırırlar. "Bütün böyüklər uşaq olublar, amma bunu hamısı xatırlamır" – kitabın proloqu. == Məzmun == == Publikasiyaların tarixi == Ekzüperi Almaniya Fransanı işğal etdikdən sonra Nyu-Yorka köçür və 1943 ildə “Reynal&Hiçkok” nəşriyyatı tərəfindən ingilis dilində çap olunan “Balaca Şahzadə” kitabı işıq üzü görür, tərcümənin müəllifi – Katerina Vuds. Ardınca fransız dilində də çap olunur. Fransada ilk dəfə 1946 ildə “Edisyon Qaymar” nəşriyyatı tərəfindən çap olunur.
Konsort Şahzadə
Kral-konsort, şahzadə-konsort və ya kraliça-konsort (Prince consort) — monarxın həyat yoldaşı (kişi və ya qadın özü monarx olduqda bu titul işlədilmir). Müasir dövrün konsortları II Elizabetin həyat yoldaşı şahzadə Filip və Danimarkanın kraliçası II Marqretin əri şahzadə Henrikdir. Kraliçanın həyat yoldaşının yüksək statusunu göstərmək üçün ona şahzadə, şahzadə-konsort və ya kral-konsort titulu verilə bilər. Kraliçanın ölümündən sonra konsort titulu itirilir və sadəcə şahzadə və ya hersoq çağrılır. Anoloji status, kraliça-konsort kralın da həyat yoldaşına verilə bilər. Məsələn, VI Georqun həyat yoldaşı kraliça II Elizabetdə bu statusu daşımışdır (1936—1952).
Mehrab (şahzadə)
Mehrab — Şirvanşah şahzadəsi. == Hakimiyyət uğrunda mübarizə == Haqqında çox məlumat yoxdur. Bürhanəlinin ölümündən sonra Şirvan əyanları Dərbəndi Şirvanşahlar nəslindən Mehrab adlı birisini Şirvan hakimi seçdilər. Səfəvilər əleyhinə mübarizəyə başçılıq edən Mehrab Mirzə Şirvan qoşunları ilə Şirvan sərhədini keçərək Kür sahillərinə enib Siqnax şəhərini tutdu. Abdulla xan Mehraba hücum etdi, müqavimət göstərməyə gücü çatmayan Mehrab qaçdı və Şirvan vilayəti yenidən qızılbaşların əlinə keçdi.
Mirzadə Eşqi
Rafael Əmənzadə
Rafael Əmənzadə (31 dekabr 1943, Bakı – 21 aprel 2015, Bakı) — Fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycanın "Əməkdar müəllim"i (2009) == Həyatı == Əmənzadə Rafael Yusif oğlu 1943-cü il dekabrın 31-də Bakı şəhərində anadan olub. 1950–1960-cı illərdə 49 saylı Bakı şəhər orta məktəbində oxuyub 1960–1966-cı illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin Mexanika şöbəsində təhsil alıb. Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2009-cu il tarixli Sərəncamı ilə "Əməkdar müəllim" fəxri adı verilmişdir. Ailəlidir, üç övladı var. Aprelin 21-də müalicə olunduğu klinikada vəfat etmiş, Aprelin 23-də Bakıda IQurd qapısında dəfn olunmuşdur. == Təhsili, elmi dərəcə və elmi adları == 1960–1966, tələbə, Mexanika-riyaziyyat fakültəsi, Bakı Dövlət Universiteti. 1966–1969, M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin "Plastiklik nəzəriyyəsi" kafedrasında akad. Y. N. Rabotnovun rəhbərliyi altında aspirant olub. 1970, f.-r.e.n., "Nazikqalinlıqlı konstruksiya elementlərinin qabarma məsələlərinin variasiya usulu ilə həlli". 1980, f.-r.e.d., "Maye ilə doldurulmuş örtukdə dalğaların yayılması".
Taleh Məhərzadə
Taleh Oqtay oğlu Məhərzadə (10 dekabr 1995, Qaynaq, Tərtər rayonu – 28 sentyabr 2020, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məhərzadə Taleh Oqtay oğlu 10 dekabr, 1995-ci ildə Tərtər rayonunun Qaynaq kəndində anadan olub..9 illik orta məktəbi bitirib. 2013-cü ildə hərbi xidməti bitirdikdən sonra ailəsi ilə təsərüffatda çalışıb.Subaydır. == Hərbi xidməti == Taleh Məhərzadə 2013-cü ildə həqiqi hərbi xidmətdə olub.2020-ci ildə müddətdən artıq hərbi xidmətə yazılıb. Azərbaycan Ordusunun əsgəri olan Taleh Məhərzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, müharibənin ilk günündən döyüşlərdə fəal iştirak edib və ilk şəhidlərdən olub. Sentyabr ayının 28-i Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh Məhərzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Taleh Məhərzadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Taleh Məhərzadə ​ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Taleh Məhərzadə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Behzad Behzadi
Behzad Behzadi(1927 - 27 fevral 2008)-Azərbaycanlı alim, yazıçı, tərcüməçi və Azərbaycan dili üzrə tədqiqatçı. O, hüquq sahəsində təhsil almış hüquqşünas, 2000-ci illərdə Tehranda nəşr olunan "Azəri" jurnalının redaktoru idi.
Yusif Əmənzadə
Yusif Əmənzadə (8.2.1914 — 11.03.1982) — riyaziyyat elmləri doktoru (1959), professor (1961), Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü (1968). == Həyatı == Yusif Əmənzadə 18 fevral 1914-cü ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft-mədən fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və həmin institutda assistentlikdən kafedra müdiri vəzifəsinə qədər yüksəlmişdir. Bu illər ərzində Yusif Əmənzadə elmlər namizədi və elmlər doktoru elmi dərəcələrini almışdır. == Əmək fəaliyyəti == Yusif Əmənzadə 1959-cu ildən ömrünün axırına qədər Bakı Dövlət Universitetində “Nəzəri mexanika” kafedrasının müdiri vəzifəsində çalışmışdır. Habelə AEA Riyaziyyat və Mexanika İnstitutunun Elastikliyyət nəzəriyyəsi şöbəsinin rəhbəri vəzifəsini icra etmişdir. 1972-ci ildə SSRİ-nin Mexanika üzrə Milli Komitəsinin üzvü olmuşdur. == Elmi fəaliyyəti == Yusif Əmənzadə 1959-cu ildə riyaziyyat üzrə elmlər doktoru elmi dərə­cəsini, 1961-ci ildə professor elmi adını almışdır. O, 1968-ci ildə AEA-nın müx­­­­bir üzvü seçilmişdir. O, 150-dən çox elmi məqalə çap etdirmişdir.
Şahzadə-konsort
Kral-konsort, şahzadə-konsort və ya kraliça-konsort (Prince consort) — monarxın həyat yoldaşı (kişi və ya qadın özü monarx olduqda bu titul işlədilmir). Müasir dövrün konsortları II Elizabetin həyat yoldaşı şahzadə Filip və Danimarkanın kraliçası II Marqretin əri şahzadə Henrikdir. Kraliçanın həyat yoldaşının yüksək statusunu göstərmək üçün ona şahzadə, şahzadə-konsort və ya kral-konsort titulu verilə bilər. Kraliçanın ölümündən sonra konsort titulu itirilir və sadəcə şahzadə və ya hersoq çağrılır. Anoloji status, kraliça-konsort kralın da həyat yoldaşına verilə bilər. Məsələn, VI Georqun həyat yoldaşı kraliça II Elizabetdə bu statusu daşımışdır (1936—1952).
Şahzadə (Osmanlı)
Osmanlı dövlətində şahzadə — Osmanlı sülaləsinə mənsub kişilərə deyilirdi. İlk dönəmlərdə paşa, əmir, çələbi, sultan və bəylərbəyi kimi titullarla anılan şahzadəlik tarixi iki dövrdən ibarətdir. Birinci dövr XVI əsrin ikinci yarısına qədərki dövrdür. Bu dövrdə şahzadələr öz xidmətçiləri ilə birlikdə hansısa əyalətdə idarəetmə strukturunda vəzifələndirilirdi. İkinci dövr isə "Əkbər və Ərşət" hüququnun qanuniləşdirilməsi ilə şahzadələrin qəfəsə qoyulması ilə başlamışdır. Osmanlı sistemində gələcəyin hökmdar namizədi olaraq qəbul edilən şahzadələrin kimdən olması vacib deyildi. Şahzadələrin dünyaya gəlməsi isə sarayda böyük sevinclə qarşılanırdı. XVII əsrə aid sənədlərə görə, şahzadələrin doğumu top atəşi ilə xalqa elan edilir, şənliklərlə qeyd olunurdu. Bu səbəblə sarayda dövlət xadimlərinin və yüksək məmurların iştirakı ilə təbrik mərasimi təşkil olunurdu. Yeni dünyaya gələn şahzadələrin baxımına anası və 20 kəniz nəzarət edir, daha sonra isə şahzadə saray ağası olan 3 lələnin nəzarəti altında böyüyürdü.
Şahzadə (dəqiqləşdirmə)
Şahzadə (oğlan) — titul. Şahzadə (qız) — titul. Şahzadə (kitab) — yazıçı Nikkolo Makiavelli tərəfindan yazılmış siyasət haqqında elmi nəzəriyyə. Şahzadə (Osmanlı imperiyası) — Osmanlı sülaləsinə mənsub kişi. Şahzadə (Prince of Persia) — Prince of Persia oyun seriyasının qəhrəmanı.
Şahzadə Abdullah
Şahzadə Abdullah (1464, Amasya vilayəti – 6 noyabr 1483, Qaramanlı eli) — 8. Osmanlı sultanı II Bəyazidin oğlu, Osmanlı şahzadəsi. == Həyatı == Şahzadə Abdullah 1464-cü ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun xanımlarından Şirin Xatundur. Uşaqlıq illəri Amasyada keçən Şahzadə Abdullah 1480-ci ildə qardaşlarıyla birlikdə İstanbula — babası Fateh Sultan Mehmedin yanına göndərildi. Burada qardaşları Qorqud, Əhməd, Aləmşah, Mahmud və Səlim, eləcə də əmisi Şahzadə Cemin oğlu Oğuz xanla birlikdə möhtəşəm mərasimlə sünnət edildi. Mərasimin ardından Trabzon sancaqbəyi təyin edildi və anası Şirin Xatunla birlikdə Trabzona yollandı. Beləcə, Trabzona təyin olunan ilk Osmanlı şahzadəsi oldu. Cəmi bir il sonra Fateh Sultan Mehmedin vəfatıyla atası II Bəyazid dərhal İstanbula yola düşdü və qardaşı Şahzadə Cemlə girişdiyi taxt mübarizəsinin ardından taxta çıxdı. Atasının taxta çıxmasından bir müddət sonra vəzifə yeri dəyişdirildi və ana-oğul Qaraman əyalətinə yollandı.
Şahzadə Aləmşah
Şahzadə Aləmşah (1477, Amasya vilayəti – avqust 1503, Manisa vilayəti) — 8-ci Osmanlı sultanı II Bəyazidin oğlu, Osmanlı şahzadəsi. == Həyatı == Şahzadə Aləmşah 1467-ci ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun kənizlərindən Gülruh Xatundur. 1480-ci ildə babasının əmriylə İstanbula gətirilmiş, qardaşları Əhməd, Qorqud, Mahmud və Səlim, eləcə də əmisi Şahzadə Cemin oğlu Oğuz xanla birlikdə sünnət edilmişdir. 1490-cı ildə Mentəşə, 1502-ci ildə isə Manisa sanqcaqbəyliyinə təyin edildi. Bütün bu təyinatları boyunca anası Gülruh Xatun da onunla birlikdə vəzifə yerinə göndərilmişdir. Gülruh Xatunun oğlunun Manisa sancaqbəyliyi dönəmində əri Sultan Bəyazidə ünvanladığı məktublar günümüzədək gəlib çatmışdır. Bu məktublarda oğluna artıq nəzarət edə bilməməsindən şikayətlənən Gülruh Xatun, oğlunun həddindən artıq alkoqollu içki içdiyini, yalnız paytaxtdan göndəriləcək bir lələnin şahzadəni nizam-intizama sala biləcəyini bildirir. Yenə Gülruh Xatunun Sultan Bəyazidə ünvanladığı 1510 tarixli məktubda oğlunun gənc yaşda vəfat etməsinin səbəbi olaraq onun içki aludəçiliyini göstərir. Qeyd edildiyi üzrə Şahzadə Aləmşah 1503-cü ildə anidən vəfat etdi.
Şahzadə Babayeva
Şahzadə Babayeva — aktrisa. == Həyatı == Yasamal rayonundakı 20 saylı orta məktəbdə təhsil alıb. 1976-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub. Tələbəlik illərində C.Məmmədquluzadənin "Anamın kitabı" əsərində ana, S.Vurğunun "Xosrov və Şirin" dramı əsasında hazırlanmış tamaşada Şirin və Məryəm, Eduard Definin "Silindir"ində Rita obrazlarını özünəməxsus orijinallıqla tamaşaçılara təqdim edib. 1981-ci ildə institutu bitirdikdən sonra təyinatla Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrına göndərilib. "Teymurləng"də Olimpiya, "Həyatın dibində" Nastya, "Adsız ulduz"da Monna, "Knyaz"da Jasmen Şəki Dövlət Dram Teatrında yaratdığı uğurlu obrazlardandır. 1984-cü ildən 1992-ci ilədək Gənclər teatrında çalışan aktrisa, 1993-cü ildə taleyini Bakı Bələdiyyə Teatrına bağlamışdır. Hüseynağa Atakişiyevin həyat yoldaşı olmuş və bir oğlu dünyaya gəlmişdir. 2002-ci ildə Əməkdar artist fəxri adına layiq görülmüşdür.
Şahzadə Bəyazid
Şahzadə Bəyazid (I Süleymanın oğlu) — I Süleymanın oğlu. Şahzadə Bəyazid (I Əhmədin oğlu) — I Əhmədin oğlu.
Şahzadə Cahangir
Şahzadə Cahangir (9 dekabr 1531, Konstantinopol – 27 noyabr 1553[…], Hələb) — Sultan Süleyman Qanuninin Xürrəm Sultanla olan nikahdan dünyaya gələn oğludur. == Həyatı == Şahzadə Cahangir 1531-ci ildə İstanbulda dünyaya gəlmişdir. Təhsilini sarayda tamamlamışdır. Fiziki qüsurlu dünyaya gəlmiş, bu səbəblə ətrafındakı insanlar tərəfindən təcrid olunmuşdur. Qardaşı Şahzadə Bəyazidlə birlikdə möhtəşəm bir mərasimlə sünnət edilmişdir. 28 sentyabr 1539-cu ildə baş tutan və 2 həftə davam edən mərasim əsnasında bacısı Mihrimah Sultan da o illərdə Diyarbəkir bəylərbəyi olan Rüstəm Paşayla evləndirilmişdir. Həddi buluğa çatdığı yaşlarda atası tərəfidən Amasiya sancaqbəyliyinə gətirilmək istənsə də, xəstəliyi səbəbilə bu vəzifəni qəbul etməmişdir. Saraydakı günlərini xəttatlıqla və "Zarifi" təxəllüsü ilə şeir yazmaqla keçirmişdir. Atasının yalnız 2 səfərində iştirak etmiş ancaq bütün səfər dövrünü xüsusi kəcavədə həkim nəzarətində yatalaq olaraq keçirmişdir. Qatıldığı son səfər olan Naxçıvan səfərində isə böyük qardaşı Şahzadə Mustafa atası tərəfindən edam edilmişdir.
Şahzadə Diana
Ledi Diana Spenser və ya Ledi Di (ing. Lady Diana Spencer, ing. Diana, Princess of Wales; 1 iyul 1961[…], Sandrinqem[d], Norfolk qraflığı – 31 avqust 1997[…], Parisin 13-cü dairəsi[d]) — Uels şahzadəsi, III Çarlzın birinci həyat yoldaşı. == Həyatı == Diana Spenser 1961-ci il iyul ayının 1-i Norfolkda zadəgan ailəsində dünyaya gəlib. Spenserlər bir neçə nəsillər boyu Kral Ailəsi ilə sıx bağlı olmuşdur. Diana doğulanadək Spenserlər, ailə xəttinin davam etməsi üçün oğlan övladına ümid bəsləyirdilər. Diana Müqəddəs Mariya Maqdalena Kilsəsində, Sandringhemdə vaftiz (xaç suyuna salınma) edilmişdi. Diana ailənin beş uşağından dördüncüsü idi. Diananın üç bacı-qardaşı var idi: Sara, Ceyn və Çarlz. Onun Con adlı körpə qardaşı da vardı, lakin o Diana doğulmamışdan bir il əvvəl vəfat etmişdi.
Mehmanə
Mehmana — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çıldıran kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Mehmana kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Tarixi == Yaşayış məntəqəsinin əvvəlki əhalisi yunanlar (rus. "qreki") olduğu üçün kənd əvvəllar Qreklər adlandırılırdı. Çar Rusiyasi Azərbaycanın şimalını işgal etdikdən sonra burada gəlmə erməni ailələri yerləşdirilmişdi. Güman etmək olar ki, kəndin adı meyməna sözündəndir. Meyməna və ya barangar Səfəvilər dövründə ordunun sağ cinahina deyilirdi. == Tarixi == Mehmana kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Mehmana kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir.
Günay Mehdizadə
Günay Zebic (Mehdizadə) (tam adı: Gunay İsrail qızı Mehdizadə; d. 18 iyun 1981, Bakı şəh.) — Azərbaycan Rəssamlar İttifaqının üzvü, Türkiyə və Azərbaycan rəssamı, Bursa Zəki Müren Gözəl Sənətlər Litseyi və Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının “Qardaş Məktəb” layihəsinin ideya müəllifi, təşkilatçısı. Ankarada Atatürk Ev Muzeyində sərgilənməkdə və Türkiyə Cumhuriyyəti sərvəti kimi dəyərləndirilməkdə olan “Atatürk Portreti” əsərinin müəllifi. == Haqqında == Bu gün Günay Mehdizadə rəsmi olaraq Türkiyə və Azərbaycan rəssamı hesab olunmaqdadır. Rəssamın əsərləri Azərbaycan Respublikası Müəllif Haqları tərəfindən qorunmaqdadır.Günay Mehdizadə Azərbaycanın Əməkdar Rəssamı Bəyimxanım Hacızadənin tələbəsi olub. 2011-ci ildən etibarən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2012-ci ildə Günay Mehdizadənin “Milli Qablar” əsəri Dünya Uşaq Ensiklopediyasına qeydə alındı. Rəssamın 2012-ci ildə qələmə aldığı “Novruz” əsəri “Azərbaycan Təsviri Sənətində Tarix və Şəxsiyyət” kitabına salınmışdır. 2013-cü ildə Beynəlxalq yarışmanın qalibi olan Günay Mehdizadə 2014-cü ildə Türkiyədə dördüncü Beynəlxalq Canlı Rəsm Simpoziumunda Azərbaycanı təmsil etdi. Əsərləri 2013-cü ildə gənc Azərbaycan rəssamlarının Milanda (İtaliya) keçirilən sərgisində böyük tamaşaçı rəğbəti qazanmışdır.
Günəş Mehdizadə
Günəş Raqib qızı Mehdizadə (8 aprel 1985, Bakı, Azərbaycan SSR) — Azərbaycan kino aktrisası. == Həyatı == Günəş Mehdizadə 8 aprel 1985-ci ildə Bakı şəhərində anadan olub. 2004-2008-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr və kino aktyoru ixtisası üzrə Vaqif İbrahimoğlunun kursunda təhsil almışdır. 2005-ci ildən etibarən aktrisa kimi kino karyerasına başlamışdır. === Şəxsi həyatı === 2008-ci ildə ailə həyatı qurmuşdur. 2 övladı var. == Mükafatlar və nominasiyalar == 2013-cü ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən kino sahəsində Gənclər mükafatına layiq görülmüşdür.18 dekabr 2014-cü ildə "Fədakar" filmində ifa etdiyi Fəridə obrazına görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Fəxri Fərmanı ilə təltif edilmişdir.2018-ci ildə "Yoxdu belə söhbət" filmindəki Sara roluna görə, Azərbaycan Kino Akademiyasının "Qızıl Pəri" peşə mükafatına namizəd olub.
Mehdi Mehdizadə
Mehdi Məmməd oğlu Mehdizadə (5 yanvar 1903, Daşkəsən, Cəbrayıl qəzası – 1 may 1984, Bakı) — pedaqogika elminin görkəmli nümayəndəsi, tanınmış ictimai xadim, SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, akademik, Azərbaycan SSR əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor, Azərbaycan SSR xalq maarif naziri (1952–1954; 1960–1980). == Həyatı == Mehdi Məmməd oğlu Mehdizadə 1903-cü il yanvar ayının 5-də indiki Cəbrayıl qəzasının Daşkəsən kəndli ailəsində anadan olmuşdur. 1914-cü ildə Daşkəsən kəndində tədrisi rus dilində aparılan 3 sinifli ibtidai rus-tatar məktəbi açılır. Mehdi həmin məktəbə daxil olanda onun 11 yaşı var idi. 1919-cu ildə 16 yaşlı Mehdi Daşkəsən kənd ibtidai məktəbinin ilk məzunlarından biri olur və 1920-ci ildə kəndlərində qiraət komasının müdiri kimi əmək fəaliyyətinə başlayır. Daha sonra gənc Mehdi 1921-ci ildə rayon mərkəzində açılan pedaqoji kursda təhsil alır və kursu bitirdikdən sonra Daşkəsən kənd birdərəcəli məktəbində müəllim və müdir kimi fəaliyyətə başlayır. 1923-cü ilin mayında Mehdi Mehdizadə Cəbrayıl qəzasından Bakıya üç aylıq ali pedaqoji kursa göndərilir. Həmin kursu müvəffəqiyyətlə bitirdikdən sonra o, Qəza Xalq Maarif Şöbəsinin göndərişi ilə Azərbaycan Pedaqoji İnstitutunun hazırlıq kursuna qəbul olunur. Hazırlıq kursunun sonunda imtahan verib 1924-cü ildə İnstitutun Fizika-riyaziyyat fakültəsinin birinci kursuna qəbul edilir. Mehdi Mehdizadə 1926-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun Fizika-riyaziyyat fakültəsini bitirib ali təhsilli fizika və riyaziyyat müəllimi kimi Cəbrayıl qəzasının Qaryagin (indiki Füzuli) şəhərindəki orta təhsil verən məktəbdə pedaqoji fəaliyyətini davam etdirir.
Mərdan Mehdizadə
Mərdan Əhməd oğlu Mehdizadə (25 mart 1979; Şəki rayonu, Azərbaycan SSR — 12 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin baş miçmanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mərdan Mehdizadə 1979-cu il martın 25-də Şəki rayonunun Göybulaq kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin baş miçmanı olan Mərdan Mehdizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mərdan Mehdizadə oktyabrın 12-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Şəki rayonunun Göybulaq kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Mərdan Mehdizadə ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mərdan Mehdizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mərdan Mehdizadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Qurban Mehdizadə
Qurban Aydın oğlu Mehdizadə (16 dekabr 1996; Göycəli, Ağstafa rayonu, Azərbaycan — 30 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qurban Mehdizadə 16 dekabr 1996-cı ildə Ağstafa rayonunun Göycəli kəndində Aydın Mehdizadənin ailəsində anadan olmuşdur. 2002-2013-cü illərdə orta təhsil almışdır. Nişanlı idi. == Hərbi xidməti == Qurban Mehdizadə 2014-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Çağırışa əsasən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrdən birində müddətli hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət mülki fəaliyyət göstərmiş, sonra yenidən orduya qayıdaraq "Müddətdən artıq həqiqi hərbi xidmət" kurslarına yazılmışdır. Kursları başa vuran Qurban Mehdizadə 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Murovdağ istiqamətində yerləşən "N" saylı hərbi hissələrindən birində, "çavuş" rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin çavuşu olan Qurban Mehdizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Rauf Mehdizadə
Mehdizadə Rauf Nurəddin oğlu — texniki elmləri üzrə, elmlər doktoru. 1967-ci ildə Moskva Energetika İnstitunun, Azərbaycanda "Yüksək gərginliklərin" (yaradıcısı) banisi akademik Ç.M. Cuvarlının rəhbərlik etdiyi "Yüksək gərginliklər fizikası və texnikası" laboratoriyasına qəbul olunmuşdu. Həmin labaratoriyanın mühəndis vəzifəsindən aparıcı elmi işçiyə qədər, yüksəlmişdir. Ailəlidir 1 övladı var. == Elmi nailiyyətləri == Mehdizadə R.N. yüksək elektrik sahələrinin və elektrik boşalmalarının materiallara təsirini, vakum aralığının, maye və bərk elektrik izolyasiyalarının elektrik deşilməsi proseslərinin mexanizminin öyrənilməsi və onların elektroenergetika, elektrotexnika və xüsusi təyinatlı cihaz və qurğularda tətbiq edilməsi ilə məşğul olmuşdur. 1981-ci ildə Mehdizadə R.N. Leninqrad politexnik İnstitunda namizədlik dissertasiyasını müdafiə etmiş. 1988-ci ildə Cuvarlı Ç.M. və Qorin Y.V. ilə birlikdə "Elektromənfi qazlarda tacvari boşalma" adlı monoqrafiya dərc etdirmişdir. 2002-ci ildən əvvəlcə "Yüksək gərginliklərin Fizikası və texnikası", sonradan isə "tətbiqi elektrodinamikanın müasir metodları" labaratoriyalarına rəhbərlik etmişdir. 2010-cu ildə elmlər doktoru dissertasiyasını müdafiə etmişdir. Mehdizadə R.N. 160-dan çox elmi məqalə və 15 müəlliflik şəhadətnaməsi-potentin müəllifidir.
Rüfət Mehtizadə
Rüfət İsrayıl oğlu Mehtizadə (1 aprel 1996; Qulubəyli, İmişli rayonu, Azərbaycan — 30 sentyabr 2020; Qarabağ, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rüfət Mehtizadə 1 aprel 1996-cı ildə İmişli rayonunun Qulubəyli kəndində İsrayıl Mehtizadənin ailəsində anadan olmuşdur. 2002-2013-cü illərdə orta təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Rüfət Mehtizadə 2014-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə xidmət etmişdir. 2015-ci ildə hərbi xidmətini başa vurmuşdur. 2020-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Rüfət Mehtizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Cəbrayılın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Sultan Mehdizadə
Sultan Ağa oğlu Mehdizadə (18 yanvar 1916) — Qızıl ordunun çavuşu, İkinci Dünya Müharibəsinin iştirakçısı. Birinci dərəcəli Vətən Müharibəsi Ordeni, "Döyüş xidmətlərinə görə" medalı, "Stalinqradın müdafiəsi uğrunda" medalları ilə təltif olunub. Şərəf Ordeninin tam kavaleridir. == Həyatı == 18 yanvar 1911-ci ildə Şamaxıda anadan olub. Odessa dəniz nəqliyyatı institutunda üç kurs bitirdikdən sonra SSRİ Hərbi-Dəniz donanmasına hərbi xidmətə çağırılıb. Müharibənin əvvəlində Sakit okean donanmasında xidmət edirdi. == Döyüş yolu == 1942-ci ilin 8 sentyabrında Saratov vilayətində şəxsi heyətinin böyük hissəsinin dənizçilərdən ibarət olduğu 143-cü əlahiddə atıcı briqadası formalaşdırıldı. Qırmızı dənizçi Mehdizadə isə bu briqadanın tərkibində olan 97-ci piyada kəşfiyyat taqımına düşdü. 1942-ci ilin oktyabr ayından etibarən briqada Stalinqrad cəbhəsinin qoşunlarının tərkibində Stalinqrad döyüşlərində iştirak etmişdir. 1942-ci ilin noyabrında Stalinqrad ətrafındakı döyüşlərdə Sultan ilk dəfə yaralandı.