COZ

I
(Salyan)
omba sümüyü (heyvanda)
II
(Ağcabədi, Bərdə, Tərtər)
fırfıra. – Coz ağaşdan olur (Bərdə); – Cozu məhlədə oynuyallar (Tərtər)
COYĞA
COZA
OBASTAN VİKİ
Ceyms Cozef Dresnok
Ceyms Cozef Dresnok (ing. James Joseph Dresnok; kor. 제임스 조지프 드레스녹) — ABŞ ordusunun keçmiş şəxsi birinci sinif rütbəli hərbçisi. Koreya müharibəsi zamanı Şimali Koreya tərəfə keçmiş altı ABŞ hərbçisindən biri. Dresnok Şimali Koreyanın keçmiş rəhbəri Kim Çen İrin rəhbərliyi altında çəkilmiş bir çox təbliğat filmində rol almış, həyatına paytaxt Pxenyanda ingilis dili müəllimi kimi davam etmişdir. 2017-ci ilin 28 yanvar tarixində Columbia Broadcasting System telekanalında yayımlanan 60 dəqiqə verilişində Dresnok Şimali Koreyada yaşayan sonuncu ABŞ hərbçisi kimi təqdim olunub. 2006-cı ildə həyatından bəhs edən Sərhəddi keçmək adlı sənədli filmi 2007-ci ildə Sandens Film Festivalında təqdim olunmuşdur. Özünü daha çox Co Dresnok kimi təqdim etməyə üstünlük verən Dresnok, qərb mediyası tərəfindən Ceyms, Co və Jim şəklində adlandırılmışdır. Ceyms Dresnok 2016-cı ilin noyabr ayında yaşadığı paytaxt Pxenyan şəhərində 75 yaşında vəfat etmişdir. == Həyatı == Ceyms Desnok 1941-ci ilin 24 noyabr tarixində Amerika Birləşmiş Ştatlarının Virciniya ştatının Norfolk şəhərində anadan olub.
Ceyms Cozef Silvester
Ceyms Cozef Silvester (ing. James Joseph Sylvester; 3 sentyabr 1814[…], London – 15 mart 1897[…], London) — Əslən yəhudi olan İngiltərə riyaziyyatçısıdır. Silvester ilk dəfə "Amerika riyaziyyat jurnalı"nın (1878-ci il, ABŞ-də ikinci idi) əsasını qoymuşdur. == Həyatı == Ceyms Silvester 1814-cü ildə İngiltərənin paytaxtı London şəhərində əslən yəhudi ailəsində anadan olmuşdur. 1831-ci ildə Təhsilini Kembric Universitetinin Sent-Con kollecində almışdır. 1837-ci ildə qəbul imtahanında ikinci yer tutur. Lakin bakalavr dərəcəsini ala bilmir. Ona görə ki, bu dərəcəni almaq üçün kilsəsinin doktrinaları ilə razılaşmalı idi. Silvester isə bundan imtina etmişdir. 1841-ci ildə İrlandiyanın paytaxtı Dublin şəhərinin Triniti kollecində bakalavr dərəcəsini alır.
Cozayya Uillard Gibbs
'Cozayya Uillard Gibbs (d. 11 fevral, 1839 – ö. 28 aprel, 1903) — amerikan fiziki. Termodinamikanın və statik mexanikanın banilərindən biri. Jelsk universitetinin professoru olub (1871). Termodinamik sistemlərin tədqiqi üçün qrafik üsulları inkişaf etdirmiş, üçölçülü diaqramlar vermiş, maddənin həcmi, enerjisi və entropiyası arasındakı asılılığı müəyyənləşdirmiş, termodinamik potensiallar nəzəriyyəsini işləyib hazırlamış, fazalar qaydasını isbat etmiş səth hadisələrinin və elektrokimyəvi proseslərin termodinamikasını yaratmışdır. Gibbs entropiya prinsipini tamalamış, termodinamikanın ikinci qanununu bir sıra prosesə tətbiq etmişdir.Onun verdiyi heterogen tarazlıq nəzəriyyəsi elmdə mühüm yer tutur. Gibbsin işləyib hazırladığı statistik üsul maddənin halını xarakterizə edən termodinamik funksiyaları almağa imkan verir. O, həmçinin vektor hesabının banilərindən biri sayılır.
Cozdan
Cüzdan – İranın İsfahan ostanının Nəcəfabad şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,393 nəfər və 1,561 ailədən ibarət idi.
Cozef
Cozef — şəxs adı. Cozef Stiqlits — amerikalı iqtisadçı. Cozef Debone Qrex — Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Cozef Liklyayder — Amerika alimi. Cozef Lui Prust — fransız kimyaçısı.
Cozef A. Porro
Cozef A. Porro (ing. Jozeph A. Porro) – ABŞ kino rəssamıdır.
Cozef Bayden
Cozef Robinet "Co" Bayden (ing. Joseph Robinette (Joe) Biden, Jr.; 20 noyabr 1942[…], Skranton, Pensilvaniya) — amerikalı siyasətçi, ABŞ Demokrat Partiyasının üzvü, Amerika Birləşmiş Ştatlarının 46-cı prezidenti. O, Barak Obama prezidentliyi dövründə (2009-2017) ABŞ-nin 47-ci vitse-prezidenti, 1973-2009 illərin arasında isə ABŞ Senatında Delaver ştatının senatoru olub. == İlk illəri (1942–1965) == 1942-ci il noyabrın 20-də Pensilvaniya ştatının Skrenton şəhərində yerləşən St. Mary's xəstəxanasında irland əsilli ailədə dünyaya gəlmişdir. Bir qız və iki oğlan övladına sahib olan Bayden ailəsində ən böyük övladı idi. Atası əvvəl varlı olsa da, Baydenin uşaqlığı dövründə maddi çətinlikləri var idi. Bayden bir neçə il ana tərəfdən baba və nənəsi ilə birlikdə yaşadı. 1950-ci illərdə Skrenton şəhərində iqtisadi problemlər mövcud idi. Buna görə də atası dəqiq iş tapa bilmirdi.
Cozef Bernard
Cozef Bernard (fr. Joseph Bernard; doğum 1836-cı il - ölüm 1931-ci il) — müasir klassik fransız heykəltaraşı. Cozef Bernard Elie Fauerin 1927-ci il müasir incəsənətin "Spirit of Forms" icmalında yer alıb. O, Pyerre-Yulez Kavalyerin Ekol des Beaux-Arts atelyesində təlim keçmişdi. == Yaradıcılığı == Cozef Bernard 1906-cı ildə La fete des pampres divar qabarmasını, 1912-ci ildə bürüncdən Torso de La Jeune Fille a la cruche heykəlini hazırlamışdır. Cozef Bernard yaradıcılığında daş, bürünc, gipsdən və mərmərdən istifadə edərək müxtəlif əsərlər yaratmışdır.
Cozef Blek
Cozef Blek (ing. Joseph Black; 16 aprel 1728[…], Bordo – 6 dekabr 1799[…], Edinburq) — Şotland həkimi, fizik və kimyaçısı. == Həyatı == Ticarət işləri ilə əlaqədar olaraq Bordo şəhərinə köçmüş çaxır istehsal edən ailədə anadan olmuşdur. Ailəsi ana tərəfdən şotlandiyalı olduğu üçün Qlazqo Universitetinə daxil olmuş və sonra öz təhsilini Edinburqda tibb ixtisası üzrə davam etdirmişdir. 1756-cı ildə Qlazqo Universitetində professor adına layiq görülmüş və 1766-cı ildə Edinburqda müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. Bundan başqa, Cozef Blek 1783-cü ildə Sankt-Peterburq, 1789-cu ildə isə Parisdə Elmlər Akademiyasının fəxri üzvü seçilmişdir. Blek 1754-cü ildə ağ maqneziumun qızdırılmasından ayrılan əlaqədar hava, yəni karbon dioksid karbon dioksidi və yanmış maqnezium (maqnezium oksidi) əmələ gəlməsini aşkar etmişdir. Daha sonra əhəngdaşının yanmasında əlaqədar havanın çıxarılmasını göstərir. Bu eksperementlərə əsasən o, belə nəticəyə gəlir; karbon anhidridinin və qələvilərin əsasların fərqi ondan ibarətdir ki, birincilərin tərkibinə karbon qazı daxildir. Blekin bu ixtirası ilə pnevmanik kimyanın əsası qoyulur.
Frans Cozef Qal
Frans Cozef Qal — 9 mart 1758[…] – 22 avqust 1828[…], Monruj alman nevroanotomist, fizioloq və beyindəki zehni funksiyaların işləmə lokalizasiyasının öyrənilməsinin öncüllərindən biri. Nevropsixoloji sahədəki araşdırmaları dövründə böyük səs-küyə səbəb olmuşdur, indi isə "yalançı elm" olaraq adlanır. == Uşaqlıq illəri == Qalın atası zəngin yun taciri və qatı roma katoliki idi. Əslən Lombardiyadan olan bu ailə 100 il idi ki, Tayfenbronda məskunlaşmışdılar. Qalın atası həm də buranın bələdiyyə başçısı idi. Qalın elmi araşdırmaları gənclik illərində başlamışdır. Hələ uşaqkən özü, bacı-qardaşları və sinif yoldaşlarının arasındakı fərqliliklər onu çox düşündürmüşdür. Ona görə, sinif yoldaşlarından birinin irəli səviyyədəki dil bilgisi onun qəribə formalı başı ilə əlaqədardır. Elə bundan sonra beyinə olan marağı artmışdır. Məktəb vaxtında bitki və heyvan növləri yığaraq onları sinifləndirməyi çox xoşlayırdı.
Madonna saqqalsız Müqəddəs Cozeflə (Rafael)
Madonna saqqalsız Müqəddəs Cozeflə (it. Sacra Famiglia con san Giuseppe imberbe) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1506-cı ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Madonna saqqalsız Müqəddəs Cozeflə" əsəri hal-hazırda Rusiyada, Sankt-Peterburq şəhərində, Ermitajda saxlanılır.
Physalis coztomatl
Physalis coztomatl (lat. Physalis coztomatl) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin yergilası cinsinə aid bitki növü.
Şarl Cozef Bartelemi, Baron Dümort
Şarl Jozef Bartelemi Dümortye — Belçika bitaniki, təbiətşünası və siyasi xadimi, Belçika parlamentinin nümayəndələr palatasının üzvü, Belçikanın Dövlət naziri. Şarl Jozef Bartelemi Dümortye əvvəlcə Belçikanın florasını öyrənmiş, sonra isə onurğalı və onurğasız heyvanların tədqiqi ilə məşğul olmuşdur. Dümortyenin çoxsaylı elmi işlərində bitkilərin sistematikası və anatomiyasına, bağırsaqboşluqluların anatomiyası və fiziologiyası, molyuskların embriologiyası, insanabənzər meymunlarla delfinlərin müqayisəli anatomiyası yer almışdır. 1832-ci ildə ilk dəfə olaraq yosun hüceyrələrinin bölünməsini təsvir etmişdir. Commentationes botanicae. Observations botaniques. Imprimerie de C. Casterman-Dieu, Tournay, 1823 Observations sur les graminées de la flore de Belgique. J. Casterman aîné, Tournay, 1823 Analyse des familles des plantes, avec l’indication des principaux genres qui s’y rattachent. J. Casterman aîné, Tournay, 1829 Lettres sur le manifeste du Roi et les griefs de la nation, par Belgicus. J. Casterman aîné, Tournay, 1830 Sylloge Jungermannidearum Europae indigenarum, earum genera et species systematice complectens.
Cozef Rayt
Cozef Rayt, daha çox Derbili Rayt kimi tanınan (ing. Joseph Wright, Wright of Derby; 3 sentyabr 1734[…], Derbi[…] – 29 avqust 1797[…], Derbi[…]) — XVIII əsrin görkəmli ingilis rəssamlarından biridir. O, təsviri sənətdə sənaye mövzusunun qabaqcıllarından hesab olunur. Rayt, ilk növbədə holland rəssamları Gerrit van Honthorst və Hendrik Terbruggen tərəfindən karavacizmdən təsirlənmişdir. Raytın bir çox rəsm və rəsmləri Derbi Şəhər Şurasının mülkiyyətidir və Derbi Şəhər Muzeyi və İncəsənət Qalereyasında nümayiş etdirilir. == Bioqrafiya == Cozef Rayt 3 sentyabr 1734-cü ildə Derbidə hüquqşünas Con Rayt (1697–1767) və sonradan şəhər rəsmisi olmuş həyat yoldaşı Hanna Bruks (1700–1764) ailəsində anadan olub. Rayt Derbi Qrammatika Məktəbində təhsil alıb və qravürları kopyalayaraq özü rəsm çəkməyi öyrəndi. Rəssam olmağa qərar verən Rayt 1751-ci ildə Londona səyahət etdi. Üç il (1751–1753 və 1756–1757) gələcək rəssam London Studiyasında məşhur portret rəssamı Tomas Hudsonda oxudu. 1760-cı ilə qədər portretləri Rayt müəllimi üsulu ilə çəkirdi (Miss Kettonun portreti, Sent-Luis, Missuri, Qor.
Cozef Kittincer
Cozef Uilyam Kittincer II (ing. Joseph William Kittinger II; 27 iyul 1928, Tampa, Florida – 9 dekabr 2022[…]) — "Manhigh" və "Excelsior" layihələrində iştirakı ilə tanınan ABŞ Hərbi Hava Qüvvələri zabiti. Vyetnam müharibəsi zamanı o, vurularaq əsir düşmüş və 11 ay əsirlikdə qalmışdır. == Həyatı == Florida ştatının Tampa şəhərində anadan olub. 1949-cu ilin martında o, ABŞ Hərbi Hava Qüvvələrinə qatılır və pilot hazırlığı məktəbinə göndərilir. 1950-ci ilin martında təlimi başa vurduqdan sonra pilot adını və kiçik leytenant rütbəsini qazandı. Daha sonra 86-cı qırıcı-bombardmançı qrupun tərkibində AlmaniyadakıRamştayn Hava Bazasında xidmət etmişdir. 1953-cü ildə Nyu-Meksikodakı Holloman Hərbi Hava Qüvvələri bazasına köçürülmüş, burada hava təhlükəsizliyi zabiti olaraq sağ qalma və katapulta metodları üzrə təlimatçı kimi xidmət etmişdir. === "Ekselsior" layihəsi === Layihənin adı latın dilindən "yüksək" mənasını verən "excelsior" sözündən gəlir. Layihə böyük hündürlükdən paraşütlə tullanmanı tədqiq etmək üçün planlaşdırılmış və stratostatlardan həyata keçirilməli olan cəmi üç tullanış nəzərdə tutulmuşdu.
Cozef Konrad
Cozef Konrad (ing. Joseph Conrad), əsl adı Yuzef Teodor Konrad Kojenyovski (pol. Józef Teodor Konrad Korzeniowsk, polyak: [ˈjuzɛf tɛˈɔdɔr ˈkɔnrat kɔʐɛˈɲɔfskʲi] ( dinlə)) və ya Feodor İosif Konrad Korjenevski (rus. Феодор Иосиф Конрад Корженевский; 3 dekabr 1857[…] – 3 avqust 1924[…], Kent qraflığı) — Polşa əsilli İngiltərə yazıçısı, dəniz romanının ustası. == Həyatı == Yuzef Teodor Konrad Kojenyovski anasının mülkünün yerləşdiyi, Rusiya imperiyasının Kiyev quberniyasının Berdiçevski qəzasının (indiki Ukraynanın Jitomir vilayətinin Berdiçevski rayonu) Terexovo kəndində, Polşa zadəganı, şair Apollon Kojenyovskinin ailəsində anadan olmuşdur. Fransa və İngiltərədə dənizçi olmuşdur. 1886-cı ildə Britaniya vətəndaşlığını almış və ədəbi yaradıcılığa başlamışdır. O, 1895-ci ildə "Almayerin axmaqlığı" adlı ilk romanını nəşr etdirmişdir. İngilis dilini öyrənməkdə ilk çətinlikləri aradan qaldırmışdır. İnsana baxışında Dostoyevskiyə yaxın olan Konrad həyat haqqında amoral anlayışında nihilist idi.
Cozayya Bercess
Cozayya Bercess (ing. Josiah Burgess; 1689, İngiltərə krallığı – Abako adaları) — ingilis dəniz qulduru. O, Karib dənizində fəaliyyət göstərmiş və daha çox Nyu-Providensin "Uçan dəstə"sinin rəhbərlərindən biri kimi tanınır. Benjamin Hornigold və Henry Jennings ilə yanaşı, Burgess 1717-ci ilin əvvəlində Nassauda ən nüfuzlu dəniz quldurları arasında idi. 1719-cu ildə Bercessin gəmisi Abako adaları yaxınlığında dənizdə itmişdir, Bercess isə orada boğulmuşdur.
Azərbaycan – cozv-e layenfək İran
"Azərbaycan – cozv-e layenfək İran" (fars. آذربایجان، جزء لاینفک ایران‎; tərcüməsi: azərb. Azərbaycan, İranın ayrılmaz hissəsi‎) — Qacar dövlətindəki Demokrat Partiyasının yerli komitəsi tərəfindən Bakıda nəşr olunan ikidilli qəzet. 1918-ci il fevralın 10-da "Müsavat" partiyasının "Açıq söz" qəzetində səsləndirdiyi və pantürkistlərin İranın ərazi bütövlüyünə və suverenliyinə zərbə vurmaq cəhdi kimi gördükləri fikrə cavab olaraq nəşr olunmağa başlayıb. Bakı və ona yaxın ərazilərdə yaşayan İran azərbaycanlılarından toplanmış Demokrat Partiyasının Bakı Komitəsi 1914-cü ildə Məhəmməd Xan Tərbiyət tərəfindən yaradılmışdır. Qəzetin redaktoru Mirzə Əliqulu idi. Nəşrlərin adında böyük hərflərlə "Azərbaycan" yazılır, "cozv-e layenfək İran" isə kiçildilərək "Azərbaycan" sözündəki "nun" hərfinin içərisinə yerləşdirilirdi. Yerli siyasi fəal Salamulla Cavid daha sonra qəzetin nəşri barədə qərarın yerli səviyyədə demokratlar tərəfindən qəbul edildiyini və "Açıq söz"ün başlatdığı irredentist təbliğata birbaşa cavab olduğunu etiraf edib. Qəzet öz məqsədlərinin İranda siyasi islahatlar və dəyişikliklərin tərəfdarı olmaqla yanaşı "ölkənin şanlı keçmişini və tarixi davamlılığını nümayiş etdirmək" və "İranlıların milli şüurunu azaltmaq cəhdlərinə mane olmaq" olduğunu bildirib. Jurnallar Azərbaycanın fəzilətlərini təbliğ edərkən və onun "İran tarixində əsas mövqeyini" vurğulayarkən tez-tez "Azərbaycanın bütün İranı idarə etdiyi dövrə" işarə edirdilər.
Cozef Badger
Cozef Badger- (1707–1765) portret rəssamı. == Həyatı və karyerası == O, Massaçusets ştatının Çarlstaun şəhərində anadan olub. O, karyerasına evdə rəssamlıq edərək və şüşəçi kimi başlamışdır. Portret sifarişləri zəiflədiyi zaman dolanışığını təmin etmək üçün lövhələr və lyuklar çəkməklə yanaşı, evdə rəssamlıq edərək şüşəçi kimi işləyərək qazanc əldə etmişdir. 1731-ci ildə Katarina Felç ilə evləndi və onlar 1733-cü ildə Bostona köçdülər. O, Bratl Strit kilsəsinin üzvü idi. O, 1765-ci il mayın 11-də Bostonda vəfat edib. Badgerin əsərləri Vorçestr İncəsənət Muzeyinin, Boston Təsviri İncəsənət Muzeyinin və Tarixi Nyu England Filips House, Salem, Mas kolleksiyalarındadır. == Portretləri == Ceyms (1676–1747), Massaçusets qubernatoru Ceyms Boudoinin atası Vilyam Foyenin həyat yoldaşı Elizabet Çambel Vilyam Kuper (1716–1743), Bostondakı Bratl Müqəddəs Kilsəsinin keşişi Andrev Krosvel (1709–1785), King's Çapel, Boston pastoru Tomas Kuşinq (1696–1746), Massaçusets Nümayəndələr Palatasının spikeri və Tomas Kuşinqin atası Tomas Daves Conatan Edvards == Həmçinin bax == Rəsm Rəssam Portret == Xarici keçidlər == Butler Institute of American Art, Youngstown, Ohio. Joseph Badger.
Cozef Lyons
Cozef Aloysius Lyons (15 sentyabr 1879, Stenli[d], Tasmaniya – 7 aprel 1939, Darlinqxyorst[d]) — Avstraliyalı siyasətçi; Avstraliyanın 10-cu baş naziri; Karyerasına Avstraliya İşçi Partiyasında (ALP) başlamış, 1931-ci ildə Avstraliya İşçi Partiyasının parçalanmasından sonra Birləşmiş Avstraliya Partiyasının (UAP) qurucu lideri olmuşdur. 1923–1928-ci illərdə Tasmaniyanın 26-cı baş naziri olmuşdur. 1932–1939-cu illərdə Avstraliyanın 10-cu baş naziri olmuşdur.
Cozef Palmer (hərbçi, 1716)
Cozef Palmer (ing. Joseph Palmer; 1716 – 1788 və ya 25 dekabr 1788) — ABŞ sərkərdəsi, ABŞ İstiqlal müharibəsi iştirakçısı. 1770-ci illərdə Palmer Amerika müstəqilliyinin tərəfdarına çevrilmişdir. O, Leksinqton döyüşündə vuruşmuş, Massaçusets Vilayət Konqresində və Kembric Təhlükəsizlik Komitəsində xidmət etmişdir. Palmer 1776-cı ildə Massaçusets milislərində polkovnik və Massaçusets ştatının Suffolk dairəsində briqadir kimi komissiya almışdır. Vermont və Rod-Aylenddə kəşfiyyat toplama missiyalarına getmiş, briqada generalı kimi Rod-Aylend ştatının Nyuport şəhərinə uğursuz hücuma rəhbərlik etmişdir.
Cozef Qoqen
Cozef Amadi Qoqen (28 iyun 1941 – 3 iyul 2006, San-Dieqo, Kaliforniya) — Amerikalı kompüter alimi. O, Kaliforniya və Oksford Universitetlərində Kompüter elmləri professoru olub, IBM və SRI International şirkətlərində tədqiqatçı kimi çalışmışdır. 1960-cı illərdə Lütfi Zadə ilə birlikdə qeyri-səlis məntiq üzrə tədqiqatlar aparmış və qeyri-səlis çoxluq nəzəriyyəsinə böyük töhfələr vermişdir .
Cozef Stalin (həmkarlar ittifaqı üzvü)
Cozef Stalin (sinh. ජෝසප් ස්ටාලින් , tam. ஜோசப் ஸ்டாலின் ; 1960-cı illər) — Şri-Lanka həmkarlar ittifaqı üzvü. 2022-ci ildən etibarən Seylon Müəllimlər İttifaqının baş katibi vəzifəsini icra edir. O, Şri-Lankada təhsilin militarizasiyasına qarşı kampaniyalara rəhbərlik etmişdir. == Həyatı == Cozef Stalin 1960-cı illərdə Seylon Kommunist Partiyasının (Pekin qanadı) fəalının ailəsində anadan olmuşdur. Sovet lideri İosif Stalinin adını daşıyır. O, 2020-ci ildə Şri-Lanka hökumətinin məktəbləri COVID-19 təcrid mərkəzlərinə çevirmək hərəkətlərinə qarşı çıxmışdır. Həmin ilin sonunda Təhsil Nazirliyində Baş Direktor – İdman vəzifəsinin yaradılmasının əleyhinə çıxış edərək hökumətin "qeyri-ixtisaslı insanları yüksək vəzifələrə təyin etməklə təhsil sistemini sarsıtmağa cəhd etdiyini" bildirmişdir. 2021-ci ilin iyul ayında Milli Müdafiə Universiteti qanun layihəsinin Şri-Lankada universitetləri militarizasiya ediləcəyi ilə bağlı narahatlıqlarını ifadə edərək ona etirazlarını bildirdikdən sonra digər on nümayişçi ilə birlikdə polis tərəfindən həbs edilmişdir.
Sent-Cozef (Missuri)
Sent-Cozef (ing. St. Joseph) — ABŞ-nin Missuri ştatında yerləşən şəhər.
Cozef Hardi Niisima
Niicima Co (新島 襄, 12 fevral 1843 – 23 yanvar 1890, Oiso[d]) və ya Cozef Hardi Niisima (ing. Joseph Hardy Neesima) – Yaponiya protestant missioneri və pedaqoqu. Yaponiyanın ilk rütbəli protestantıdır. 1875-ci ildə Doşişa Universitetinin əsasını qoymuşdur. == İlk illəri və ABŞ == 1843-cü ildə Edo şəhərində doğulmuşdur. Doğum adı Niicima Şimeta idi. Samuray olan atası Niicima Tamici Kozuke əyalətinində Annaka daymyosunun qulluqçusu idi. Holland dilini öyrənməyə seçilmiş və şoqunluğunun donanma məktəbinə qəbul olunmuşdur. Daha sonra cəbr, həndəsə və naviqasiya öyrənmişdir. Yaradılış kitabının Çin dilindəki tərcümələri və Eliya Kolman Bricmanın "Amerika Birləşmiş Ştatlarının tarixi coğrafiyası" əsəri ilə tanışlığı onun xarici dünyaya maraq göstərməsinə səbəb olmuşdur.