Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nəmənd
Nəmənd – yerə döşəmək üçün hazırlanan qəlibdir. Nəmənd adətən ağ və ya boz rəngli yundan hazırlanır. Üzərində at, qoç, dəvə və digər rəsmlər, həmçinin ayrı-ayrı ornamentlər işlənir. Çobanların yapıncılarıda bu cür qəlibdən hazırlanır. Yapıncı üçün hazırlanan qəlib nazik olur və üzərinə qaba kətan, yaxudda şəddə çəkilərdi. Qəlibdən hazırlanan tərlikdə çula nisbətdə nazik olur.
Səməd
Səməd — Azərbaycanlı kişi adı. Səməd Vurğun — Azərbaycan şairi, Azərbaycanın ilk xalq şairi (1956). Səməd bəy Mehmandarov — Rusiya İmperator ordusunun tam artilleriya generalı.
Nəmə
Nəmə — türk mifologiyasında xeyir və ya şər xüsusiyyətlərə sahib ruh, mücərrəd varlıq. Karaneme adlı bir növü çox təhlükəli olaraq görülər. Növləri aşağıdakılardır: Aru Neme: xeyir ruhu. Kara Neme: şər ruhu. (Nə / Na / Ye / Ya) kökündən törəmişdir. Monqolcada qarışdırmaq, əlavə etmək mənaları ehtiva edir. Nə, ney kimi bir varlığı sual yolu ilə işarə edən sözlərlə eyni kökdən gəlir. Qədim monqolcada Nama / Neme / nomu, qədim türk dilində cumsan / Yomsa, buryatcada Nomo, Moqur dilində nomu sözləri ilə tunquscada Nume, mançjur dilində nəm istilik, səssizlik, yüngüllük bildirir. Nime isə tunqus dilində buynuz anlayışı ilə də əlaqəlidir. Monqol Neme (Türkçe Yemə / Ceme) artma, çoxalmaq mənaları daşıyır.
Dəryaçeyi-nəmək
Dəryaçeyi -nəmək (fars: duzlu göl) — İranda duzlu göl. Təxminən Qum şəhərinin 100 km şərqində, Dəşti-Kəbir səhrasının şimal-qərb bucağında, dəniz səviyəsindən 790 m yüksəkdə yerləşir. Gölün 1800 km² hövzəsi var, lakin onun böyük hissəsi qurudur. Su ancaq 1000 km² sahədə olur. Gölün 45 sm- 1m arası dərinliyi var. Ən böyük su mənbəyi Qaraçaydır.
Həməd (Bəhreyn)
Mədinət-Həməd və ya Həməd-Taun (ərəb. مدينة حمد‎) — Şimali Bəhreyndə yerləşən rayondur. Daha əvvəl burada ölkənin mərkəzi hissəsi olan Bəhreyn bələdiyyəsi yerləşirdi. Bələdiyyə 1991-ci ildə Rifa'va əl Mintaka al Canubiya bələdiyyəsindən ayrı fəaliyyət göstərirdi. Onun ərazisi indi Şimal əyalətinə aiddir. Ad Bəhreynin indiki kralı olan Həməd ibn İsa Əl-Xəlifənin şərəfinə verilmişdir. Şəhər müxtəlif ictimai-iqtisadi qatların şiə-sünni əhalisiylə qarışdırılmış mədəni müxtəliflikliyi ilə fərqlənir. Bu gün Həməd Bəhreyn multikulturalizmasını təcəssüm edir. Bir etnik qrup və dini qruplar tərəfindən deyil, bir çoxu tərəfindən idarə olunur. Həməd şəhəri yaşayış şəhəri kimi 1984-cü ildə yaradılmışdır.
Möhbəddin Səməd
Əliyev Möhbəddin Səməd oğlu (Möhbəddin Səməd) — publisist, nasir, ssenari müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1989), Jurnalistlər Birliyinin üzvü (1975), "Qızıl qələm" mükafatı laureatı (1985), Həsənbəy Zərdabi mükafatı laureatı (2000). Möhbəddin Səməd 1942-ci il yanvarın 25-də Qərbi Azərbaycanın Noemberyan rayonunun Yuxarı Körpülü kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirmişdir (1948-1958). Əmək fəaliyyətinə Abşeron üzümçülük sovxozunda, sonra isə Bakı Şin zavodunda fəhlə kimi başlamışdır (1959-1966). Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1966-1972). "Bakı" axşam qəzeti və "Azərbaycan gəncləri" qəzeti redaksiyalarında (1972-1980) ədəbi işçi, "Kommunist" qəzeti redaksiyasında baş müxbir, ədəbi işçi (1980-1991) olmuşdur. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində publisistika şöbəsinin müdiri, radio musiqi şöbəsinin müdiri işləmişdir (1991-1994). Hazırda orada Cənubi Azərbaycan Radio Verilişləri baş redaksiyasının baş redaktoru vəzifəsində çalışır (1994-cü ildən). Bədii yaradıcılığa orta məktəbdə oxuyarkən həvəs göstərmişdir. "Əsli" adlı oçerki 1958-ci ildə "Sovet Ermənistanı" qəzetində dərc olunmuşdur.
Səməd Abdullayev
Səməd Abdullayev (Sovet İttifaqı Qəhrəmanı) — Sovet İttifaqı Qəhrəmanı (17.11.1943). Səməd Abdullayev (leytenant) — I Qarabağ müharibəsi şəhidi. Səməd Abdullayev (əsgər) — əsgər, Vətən müharibəsi şəhidi.
Səməd Ağaoğlu
Ağaoğlu Səməd Əhməd bəy oğlu (1909, Bakı – 6 avqust 1982, İstanbul) — yazıçı, publisist və Türkiyənin dövlət və siyasi xadimi olmuşdur. Üç dəfə Türkiyə Böyük Millət Məclisinə deputat seçilmiş, baş nazirin müavini, dövlət naziri olmuşdur. Səməd Ağaoğlu 1909-cu ildə Bakıda dünyaya gəlmiş, hələ körpə ikən atasının Türkiyəyə mühacirəti ilə ömrünü, taleyini bu ölkəyə bağlamalı olmuşdur. Ankarada hüquq fakültəsini bitirdikdən sonra bir müddət Strasburqda işləmişdir. Bu illərdə yaradıcılığa başlamış, ilk qələm təcrübələrini sınaqdan keçirmişdir. Sonralar Fransada keçən illərini "Strasburq xatirələri" adlı kitabında əks etdirmişdir. Türkiyəyə döndükdən sonra bir sıra mühüm dövlət işlərində çalışmış, millət vəkili] seçilmiş, nazir vəzifəsi tutmuşdur. Siyasi baxışlarına görə bir müddət həbsdə yatmış, azadlığa çıxdıqdan sonra ömrünün sonlarına qədər bədii-publisistik yaradıcılıqla məşğul olmuşdur. 1960-cı ildə Calal Bayar — Adnan Menderes işinə görə, yəni 1960-cı il, 27 may dövlət çevrilişi ilə əlaqədar ömürlük həbs cəzasına məhkum olunmuş, 1964-cü ildə amnistiyaya buraxılmışdır. Ağaoğlu Səməd Əhmədbəy oğlu 1967-ci ildə ulularının vətəni Azərbaycanı ziyarət etmişdir.
Səməd Behrəngi
Səməd Behrəngi (24 iyun 1939, Təbriz – 31 avqust 1967 və ya 31 avqust 1968, Təbriz) — azərbaycanlı müəllim, tərcüməçi, nasir, publisist, İranda uşaq ədəbiyyatının banisi. Daha çox özünün Balaca qara balıq əsəri ilə tanınıb. Uşaqlar üçün yazdığı əsərləri daha çox sosial problemləri, cəmiyyətdəki haqsızlıqları qabartdığı üçün şah rejimi tərəfindən qadağan edilmişdi. 1957-ci ildən etibarən kənd məktəblərində dərs demiş kitablarla yanaşı çox sayda pedaqoji məqalələr və inşalar yazmışdır. Dostu Bəhruz Dehqani ilə birlikdə Azərbaycan türkləri yaşayan kəndləri gəzmiş burada Azərbaycan folkloruna aid nümunələri toplamışdır. Daha sonra Əhməd Şamlı, Füruğ Fərruxzad kimi müəlliflərin əsərlərini Azərbaycan türkcəsinə tərcümə etmişdir. 1967-ci il avqustun 31-də Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəraitdə boğulub. Fəaliyyətinə görə dəfələrlə təqiblərə məruz qalmağını əsas götürərək bir çox insanlar onun şah rejimi tərəfindən öldürülməsini iddia edirlər. Rəsmi mənbələr isə onun sadəcə çayda batdığını deyirlər. Səməd İzzət oğlu Behrəngi 24 iyun 1939-cu ildə Təbrizin Çərəndab məhəlləsində yoxsul bir ailədə anadan olub.
Səməd Bəşirli
Səməd Əlövsət oğlu Bəşirli (1976) — Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini. 1976-cı ildə anadan olub. 1994–1998-ci illərdə Türkiyənin Qazi Universitetinin iqtisadiyyat və idaretmə elmləri fakültəsində bakalavr təhsili alıb. 1998–2000-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında politologiya ixtisası üzrə magistr təhsili alıb. 2000–2001-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2007–2008-ci illərdə Böyük Britaniyanın Birminhem Universitetində maliyyə ixtisası üzrə magistr proqramını bitirib. 1999–2016-cı illərdə ticarət, iqtisadi inkişaf, iqtisadiyyat və sənaye və iqtisadiyyat nazirliklərində aparıcı məsləhətçi, baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini və şöbə müdiri vəzifələrində çalışıb. 2016–2019-cu illərdə Çində yerləşən Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) İnstitutu beynəlxalq təşkilatında şöbə müdiri vəzifəsində fəaliyyət göstərib. 2020–2022-ci illərdə İqtisadiyyat Naziriyində sənaye şöbəsinin müdiri və nazirin müşaviri vəzifəsində çalışıb. Azərbaycan Respublikasının Prezidentinin 22 iyun 2012-ci il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.
Səməd Canbaxşiyev
Səməd Hüseynzadə
Səməd Sətdar oğlu Hüseynzadə (18 oktyabr 1998; Talıstan, İsmayıllı Azərbaycan — 2 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Səməd Hüseynzadə 1998-ci il oktyabrın 18-də İsmayıllı rayonunun Talıstan kəndində anadan olub. 2020-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetini bitirdikdən sonra hərbi xidmətə yola düşüb. 44 günlük İkinci Qarabağ müharibəsində iştirak edən Səməd Hüseynzadə Tərtərin Dəmirçilər kəndinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı düşmənin atdığı top atəşi nəticəsində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səməd Hüseynzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səməd Hüseynzadə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səməd Hüseynzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səməd Hüseynzadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səməd Hüseynzadə ​ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.
Səməd Kərimli
Səməd İkram oğlu Kərimli (d. 16 dekabr 2000; Əliabad, Biləsuvar rayonu – ö. 8 noyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. Səməd Kərimli 16 dekabr 2000-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuşdur. Kənd tam orta məktəbində təhsilini almışdır. Səməd Kərimli Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində orduya qoşularaq Cəbrayıl, Füzuli və Qubadlı rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. 8 noyabrda Şuşa şəhəri uğrunda gedən döyüşdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur. Şəhid Səməd Kərimli 9 noyabr 2020-ci il tarixində Biləsuvar rayonu Əliabad kənd məzarıstanlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səməd Kərimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Səməd Kərimli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Səməd Mövləvi
Əbdülsəməd Mirzə Məhəmməd oğlu Mövləvi-Rzalı (20 fevral 1900, Təbriz, Cənubi Azərbaycan – 3 fevral 1962, Naxçıvan) — Azərbaycan teatr aktyoru və rejissoru, Azərbaycan SSR xalq artisti (1960). Əbdülsəməd Rzalı 20 fevral 1900-cü ildə Təbriz şəhərində yoxsul bir ailədə dünyaya göz açmışdır. Atası Mirzə Məmməd Mövləvi Təbrizdə xalçaçılıq karxanasında işləmişdir. Səməd Mövləvi 8 yaşında ikən atasını itirmiş və böyük qardaşı Əhməd ağanın himayəsində yaşamışdır. O, ilk təhsilini molla məktəbində almış və 1916-cı ildə buranı bitirmişdir. 1921-ci ildə Cənubi Azərbaycanda baş verən siyasi proseslərə görə Naxçıvana köçməyə məcbur olmuşdur. Həmin ildən etibarən Azərbaycanın görkəmli səhnə xadimi Hüseyn Ərəblinski tərəfindən səhnəyə cəlb edilmişdir. SSRİ Xalq artisti Sidqi Ruhulla öz xatirələrində belə yazır: "Mən qastrola gedərkən Təbrizdə Nəriman Nərimanovun "Nadir Şah" faciəsini tamaşaya qoyduğumuz zaman qadın surəti Gülcahanı ifa edən tapılmadı. Mən həmin rolu "Rüşdiyyə" məktəbində təhsil alan gənc tələbə Səməd Mövləviyə tapşırdım. O, heç nədən çəkinmədən çox böyük bir cəsarətlə Gülcahan rolunu ifa etdi".
Səməd Mənsur
Səməd Mənsur (tam adı: Səməd Hacı Əhməd oğlu Kazımov; 31 yanvar 1879, Bakı – 3 yanvar 1927, Bakı) — XX əsrin əvvəllərində yazıb yaratmış şair, publisist, dramaturq, aktyor. XX əsrin əvvəllərində Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biridir. Milli təəssübkeşliyi, maarif işığını, azad düşüncə tərzini təbliğ edən Səməd Mənsur yaradıcılığının Azərbaycan ədəbiyyatında xüsusi yeri vardır Səməd Mənsur Hacı Əhməd oğlu Kazımov (Kazımzadə) 1879-cu ildə Bakıda anadan olmuşdur. 10 yaşında ikən balaca İçərişəhərin Hamamçılar Məscidində Molla Səttar və Molla Ağababanın yanında ərəb əlifbasını, Quran surələrini öyrənməyə başlamışdır . İlk təhsilini 1891-ci ildə rus-müsəlman məktəbində almışdır. 1897-ci ildə Səməd Mənsur xəzinədar vəzifəsində çalışmış, 1911-ci ildən Balabəy Aşurovun idarəsində mühasib kimi çalışaraq 1917-ci ilə kimi burada xidmət etmişdir. Şair iki dəfə evlənmiş, birinci nikahı uğursuz nəticələnsə də, ikinci dəfə taleyi üzünə gülmüş, yaxşı ailə qurmağa müvəffəq olmuşdur, həyatının son günlərində Səməd Mənsur "Övladlarıma vəsiyyətim" adlı məktub qoyub getmişdir. O, 1927-ci il yanvarın 3-də Bakıda vəfat etmişdir. O, 1910-cu ildə Bakıda düzələn "Səfa" cəmiyyətinin üzvü olmuş, teatr işlərində fəal iştirak etmişdir. Bütün bu illərdə S. Mənsur cəmiyyətin xeyriyyəçilik işlərində yaxından iştirak etmiş, yazdığı və tərcümə etdiyi səhnə əsərləri ilə tamaşalar hazırlamış, müxtəlif mədəni tədbirlərin həyata keçirilməsinə köməklik göstərmişdir.
Səməd Mərdanov
Səməd Həşim oğlu Mərdanov (22 sentyabr 1909, Tiflis – 6 avqust 1939, Bakı) — Azərbaycan kinorejissoru. 1935-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirmişdir. Sovet kino rejissoru Sergey Eyzenşteynin tələbəsi və peşəkar təhsil almış ilk Azərbaycan kinematoqrafçılarından biri olan Mərdanovun yaradıcılığı milli kino sənətinin inkişafına təsir göstərmişdir. Mərdanov ilk sovet kinokomediyalarından olan "Mavi dənizin sahilində" (quruluşçu rejissor Boris Barnet; "Azərfilm" və "Mejrabpomfilm" (Moskva) kinostudiyalarının birgə istehsalı) filminin rejissorudur. Mərdanovun 1939-cu ildə çəkdiyi "Kəndlilər" (1940-cı ildə ekrana buraxılmışdır) tarixi-inqilabi bədii filmi Azərbaycan kinosunun qızıl fonduna daxildir. Aktyor Mustafa Mərdanovun qardaşıdır. Köçərilər (film, 1933) Mavi dənizin sahilində (film, 1935) Kəndlilər (film, 1939) Səməd Mərdanov Arxivləşdirilib 2007-05-17 at the Wayback Machine Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987.
Səməd Qurbanov
Səməd Qurbanov (10 iyul 1953, Qazax) — yarımmüdafiəçi mövqeyində çıxış etmiş SSRİ futbolçusu. "Neftçi"nin tarixində xüsusi iz buraxıb. "Jiquli" ləqəbiylə tanınıb. Səməd Qurbanov 1953-cü il iyulun 10-da Qazaxda anadan olub. SSRİ-nin idman ustasıdır. Sol cinah yarımmüdafiəçisi mövqeyində çıxış edib. Futbol oynamağa 1965-ci ildə Qazaxda UGİM-də məşqçi F. İsmayılovun rəhbərliyi altında başlayıb. 1971-ci ildə Azərbaycanın gənclər yığmasının heyətində ümumittifaq "Ümid" kubokunun qalibi olub. 1971-ci ildə Bakının "Neftçi" komandasına qəbul olunub və 19 yaşından karyerasını bitirənədək bu komandanın əsas heyətində çıxış edib. "Neftçi"də, əsasən, 10 nömrəli formanı geyinib və 80-ci illərin əvvəllərində komandanın kapitanı olub.
Səməd Rzayev
Səməd Fizuli oğlu Rzayev (19 aprel 1995; Goranboy rayonu, Azərbaycan — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Səməd Rzayev 1995-ci il aprelin 19-da Goranboy rayonunun Səfikürd kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Səməd Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Səməd Rzayev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Goranboy rayonunun Səfikürd kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səməd Rzayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səməd Rzayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Səməd Sabahi
Səməd Sabahi (1914, Bakı – 1978, Tehran) — Azərbaycan və İran rejissoru, aktyoru və ssenaristi. Səməd Sabahi 1914-cü il Bakıda zəhmətkeş ailəsində doğulub. Bu vaxt ailə yaşadığı Mərənd şəhərinin Miab kəndindən yenicə köçmüşdü. Səmədin böyük qardaşı Gəncəli Sabahi bu ailənin hekayəsini "Mənim günlərim" əsərində yazıb. Bu əsərdə minlərlə köçkün ailənin həyat və taleyi əks olunub. Birinci Dünya Müharibəsi və Böyük Rusiya inqilabı dövründə Səməd hələ uşaq ikən Bakı Konservatoriyasına daxil olur. Bura getməsinə səbəb teatr aşiqi və aktivisti olan böyük qardaşı idi. Oranı uğurla bitirən Səməd öz yolunu Bakı Rəssamlıq Məktəbində davam etdirir. Qısa zaman ərzində şəhərin gənc aktyorları arasında tanınmağa başlayır və Bakı, Gəncə səhnələrində yer alır. İkinci Dünya Müharibəsinin yaxınlaşması ilə hələ sovet vətəndaşlığını qəbul etməmiş iranlı mühacirlərin həyatında da dəyişiklik baş verir.
Səməd Sadıqov
Səməd Qurban oğlu Sadıqov (1903, Qaçağan, Borçalı qəzası – 22 mart 1989, Qaçağan, Marneuli rayonu) — Sosialist Əməyi Qəhrəmanı. Gürcüstan SSR ictimai xadimi. SSRİ-nin "Lenin" və "Qırmızı Əmək Bayrağı" ordenləri laureatı. Səməd Qurban oğlu Sadıqov 1903-cü ildə Tiflis quberniyası, Borçalı Qəzasının Qaçağan kəndində doğulub. Uşaqlığı və gəncliyi Qaçağan kəndində keçmişdir. 1920–1927-ci illərdə Qaçağan kənd ümüumtəhsil məktəbində oxuyub. Ömrünun sonuna qədər Qaçaəan kəndində yaşamışdır. 22 mart 1989-cu ildə Qaçağan kəndində dünyasını dəyişmiş və 23 mart 1989-cu ildə Qaçaəan kənd məzarlığında dəfn edilmişdir. Səməd Qurbanov əmək fəaliyyətinə 1920-ci ildə başlamış Sovet hakimiyyəti qurulduqdan sonra isə Qaçağanda yardılan kənd təsərüffatı artelində taxıl becərilməsi ilə məşğul olmuşdur. 1930-cu ildən Borçalı Qəzası "Kommunizm" kolxozunda əmək fəaliyyətinə başlamışdır.
Səməd Seyidov
Seyidov Səməd İsmayıl oğlu (18 yanvar 1964, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, psixologiya elmləri doktoru, professordur, Azərbaycan Dillər Universitetinin rektoru (2000–2015), Beynəlxalq Psixoloqlar Assosiasiyasının üzvü. Səməd Seyidov 1964-cü il yanvarın 18-də Bakı şəhərində anadan olmuşdur. 1981–1986-cı illərdə Leninqrad Dövlət Universitetinin (indiki Sankt-Peterburq Dövlət Universiteti) Psixologiya fakültəsində təhsil almışdır. 1986-cı ildə Leninqrad Dövlət Universitetinin psixologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 1989-cu ildə doktorluq dissertasiyasını müdafiə etmişdir və Leninqrad Dövlət Universitetində fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 1986-cı ildən Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda laborant, baş laborant, müəllim, baş müəllim, tədris işləri üzrə prorektor vəzifələrində çalışmışdır. 1994-cü ildə Psixologiya Doktoru elmi dərəcəsinə və daha sonra professor elmi dərəcəsinə yüksəlmişdir. 1998–2000-ci illərdə Azərbaycanın təhsil sistemini Avropa Şurasında təmsil etmişdir. 1999-cu ildən Azərbaycan Dillər Univesitetinin psixologiya kafedrasının professorudur. Müasir dövrün tələbləri səviyyəsində yazılmış 150-dən çox elmi əsər, dərslik, dərs vəsaiti və monoqrafiyanın, həmçinin psixologiya dərsliyinin, "Menecment psixologiyası", "Yaradıcılığın fenomenologiyası" və s. kitabların da müəllifidir.
Səməd Səfərov
Səməd Səfərov — aktyor, rejissor assistenti. Səməd Səfərov 1957-ci ildə Salyanda anadan olub. 1980-cu ildə ÜİRT-nun Televiziya texnikası və radiorele rabitəsi fakultəsini bitirib. İstehsal avadanlıglarının programlaşdırılması və elektromexaniki ekspulatsiya mühəndisidir. Elektronika sahəsində 3 işinə müəlliflik şəhadətnaməsi alıb. 1990-ci il 20 yanvarda AZTV-nin enerji bloku partladıldıqdan sonra 22 yanvar tarixindən gizlin televiziya efiri yaradaraq 7 gun 40-50 km radiusda 8-ci kanal ilə hadisələrlə əlaqədar informasiyalar yaydığına görə SSRİ DTK-sının axtarışında olub. Lütfizadə haqqında 1 monoqrafiyası mətbuatda çap olunub. AZTV-də filmlərin cəklişləri ilə də məşgul olur. Tanınmış rejissor Məhərrəm Bədirzadənin filmlərində prodüser, rejissor assisenti və aktyor kimi fəalliyyət göstərir.
Səməd Səmədov
Səməd Səmədov (17 sentyabr 1946, Aşqabad – 24 iyul 2021, Bakı) — Azərbaycan estrada müğənnisi, xalq artisti. 1946-cı il sentyabrın 17-də Aşqabadda anadan olub. 1948-ci ildə zəlzələ nəticəsində ailəsi ilə birlikdə Bakıya, İçərişəhər məhəlləsinə köçür. Müslüm Maqomayev, Fərhad Bədəlbəyli, Polad Bülbüloğlu kimi musiqi xadimləri ilə birgə Bülbül adına musiqi məktəbinin skripka sinfini bitirdikdən sonra A.Zeynallı adına Musiqi Məktəbinin nəzəriyyə sinfinə daxil olur. 1988-ci ildən Səməd Səmədov toylarda çıxış edir. Müğənniyə əsas popularlıq 1992-ci il tarixdə, Eldar Mansurovun Piruz Dilənçinin "Qızlar" adlı şerinə bəstələdiyi mahnını ifa etdikdən sonra gəlib. 2000-ci ildə əhali arasında aparılan sorğunun nəticələrinə görə Səməd Səmədov rəsmi olaraq "Toylar Kralı" adını qazandı. Ona bu adı Azərbaycan estradasının korifeyi Mirzə Babayev verib. Səməd Səmədov xalqın məhəbbətini özünün ən böyük uğuru hesab edir. O, Müstəqil 'Qrant' Milli İctimai Mükafatının ikiqat sahibi, 150 müxtəlif mahnının, 5 albomun, 20 klipin ifaçısıdır.
Səməd Sərdariniya
Səməd Sərdarniya — Azərbaycanın tanınmış tarixçi və tədqiqatçısı, bir neçə tarixi kitabın müəllifi. Səməd Sərdariniya 1947-ci il mayın 11-da Təbrizin Əmirxiz məhəlləsində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Təbriz Universitetinin tarix fakültəsini bitirib. Salmas şəhərində 2 il hərbi xidmətdə olduqdan sonra Milli Radiotelevizya Təşkilatında işə qəbul olur və Tehrana köçür. Tehrana köçdükdən sonra Tehranda Milli Universitetdə hüquq ixtisası üzrə təhsil almağa başlayır. 1979-cu ildə də buranı bitirərək diplom alıb. Tehran televiziyasında, Təbriz radiosunda çalışıb. 1979-cu il İran islam inqilabından sonra, professor Həmid Nitqi, Məhəmmədəli Fərzanə, Kərim Məşrutəçi (Sönməz), Mənzuri Xamneyi, Qulamhüseyn Beqdeli, Həsən Məcidzadə Savalan və Tehranda nəşr olunan Varlıq jurnalının təsisçisi Cavad Heyət ilə birlikdə həmin jurnalın işıq üzü görməsində böyük rolu olmuşdur. Jurnalın ən fəal yazarlarından olan Səməd Sərdariniyanın məqalələri xalqımızın tarixini təhrif edənlərə, dilimizi dananlara elmi baxımdan əsaslandırılmış, tutarlı cavablar kimi səslənib. Son on beş il ərzində Səməd Sərdariniya öz yaradıcılığında qeyri-adi məhsuldarlıq nümayiş etdirərək, bir-birinin ardınca dəyərli kitablar yazmışdı.
Səməd Sərdarniya
Səməd Sərdarniya — Azərbaycanın tanınmış tarixçi və tədqiqatçısı, bir neçə tarixi kitabın müəllifi. Səməd Sərdariniya 1947-ci il mayın 11-da Təbrizin Əmirxiz məhəlləsində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Təbriz Universitetinin tarix fakültəsini bitirib. Salmas şəhərində 2 il hərbi xidmətdə olduqdan sonra Milli Radiotelevizya Təşkilatında işə qəbul olur və Tehrana köçür. Tehrana köçdükdən sonra Tehranda Milli Universitetdə hüquq ixtisası üzrə təhsil almağa başlayır. 1979-cu ildə də buranı bitirərək diplom alıb. Tehran televiziyasında, Təbriz radiosunda çalışıb. 1979-cu il İran islam inqilabından sonra, professor Həmid Nitqi, Məhəmmədəli Fərzanə, Kərim Məşrutəçi (Sönməz), Mənzuri Xamneyi, Qulamhüseyn Beqdeli, Həsən Məcidzadə Savalan və Tehranda nəşr olunan Varlıq jurnalının təsisçisi Cavad Heyət ilə birlikdə həmin jurnalın işıq üzü görməsində böyük rolu olmuşdur. Jurnalın ən fəal yazarlarından olan Səməd Sərdariniyanın məqalələri xalqımızın tarixini təhrif edənlərə, dilimizi dananlara elmi baxımdan əsaslandırılmış, tutarlı cavablar kimi səslənib. Son on beş il ərzində Səməd Sərdariniya öz yaradıcılığında qeyri-adi məhsuldarlıq nümayiş etdirərək, bir-birinin ardınca dəyərli kitablar yazmışdı.
Neme
Dyula Nemet
Dyula Nemet (mac. Németh Gyula; 2 noyabr 1890[…] və ya 1 (13) noyabr 1890, Karçaq[d], Yas-Nadkun-Solnok[d] – 14 dekabr 1976[…], Budapeşt) — macar dilçi, türkoloq, Macarıstan Elmlər Akademiyasının üzvü. Dyula Nemet Macarıstanın Szlnok əyalətinin Karçaq şəhərində dünyaya gəlmişdir. Türk dilinə olan marağı da məhz burada başlamışdır. Ali təhsilini Budapeşt Universitetində almışdır. 1907-ci ildə İstanbula köçmüş, 1908-ci ildə Aydın və İzmir şəhərlərinə səyahət etmişdir. 1911-1914-cü illər arasında təhsil almaq üçün Leypsiq, Kil və Berlin şəhərlərində olmuşdur. 1915-ci ildə Budapeşt Universitetinin professoru olaraq burada çalışmağa başlamışdır. 1930-cu ildə Türk Filologiya İnstutunu yaratmışdır. Macarıstan Elmlər Akademiyasının və Türk Dil Qurumunun fəxri üzvlərindəndir.
Karoli Nemes
Karoli Nemes (31 avqust 1970, Budapeşt) — Macarıstanı təmsil edən stolüstü tennisçi. Karoli Nemes Macarıstanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub.
Məşədixanım Nemət
Nemətova Məşədixanım Sədulla qızı (5 yanvar 1924, Zabrat, Bakı qəzası – 26 dekabr 2016, Bakı) — Azərbaycan alimi, tarixçi-epiqrafist və şərqşünası, tarix elmləri doktoru (1969), AMEA-nın müxbir üzvü (2001). Məşədixanım Nemətova 1924-cü il yanvarın 5-də Bakının II Zabrat kəndində anadan olmuşdur. O, 1941-ci ildə orta məktəbi, 1948-ci ildə ADU-nun (indi BDU) şərqşünaslıq fakültəsini bitirmişdir. Elmi fəaliyyətinə 1953-cü ildən Azərbaycan SSR EA Tarix İnstitutunda başlamışdır (1971-ci ildən epiqrafika qrupunun rəhbəridir). 1993-cü ildən Arxeologiya İnstitutunda eyniadlı qrupun rəhbəridir. Azərbaycanın orta əsrlər epiqrafik abidələrini tədqiq edir. Ermənistan, Gürcüstan və Dağıstan ərazilərindəki müsəlman kitabələri haqqında da tədqiqatları var. 300-dən artıq elmi əsərin, o cümlədən 12 monoqrafiyanın müəllifidir. 1948-ci ildə AMEA-nın Tarix İnstitutunda aspiranturaya daxil olmuş, 1954-cü ildə namizədlik, 1968-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
Nemes burnu
Nemes burnu — Rusiyanın Avropa hissəsinin materik hissəsinin ən ucqar şimal nöqtəsidir. İnzibati cəhətdən Murmansk vilayətinin Peçenq rayonu ərazisində yerləşir. Burun Rıbaçiy yarımadası yerləşir. Qədim adı Kequr burnudur. XVI əsrdə burada ticarət limanı vardı. Rusiya imperiyası ilə Avropa ilə ticarət əlaqələri qurulurdu. Hazırda burada meteostansiya və mayak vardır. burada çoxlu qayaya bənzər dirəklər vardır. Pomorlar onları kekur olaraq adlandırırlar. Keqor isə pomorlarda maral otlaqlarına deyilir.
Nemes yarımadası
Nenes yarımadası — Murmansk vilayəti ərazisində yerləşən yarımada. Yarımada materiklə ensiz bərzəxlə birləşir. Bərzəxin eni 230 metrdir. Onun uzunluğu 1,7 km-dir. Eni 700 metrdir. Yarımadada Rıstiniem və Kyaskyuniem burunlar vardır. Yarımadanın mərkəzi bataqlıqlaşmışdır. Relyefi əsasən qayalıqdır. Maksimal hündürlük 42,8 metrdir. Sahilə yaxın ərazilərdə su altı daşlar vardır.
Nemeş Aqnes
Nemeş Aqnes (mac. Nemes Nagy Ágnes 3 yanvar 1922, Budapeşt – 23 avqust 1991, Budapeşt) — Macar şairəsi. 1922-ci ildə Kalvinist ailəsində anadan olmuşdur. 1944-cü ildə Budapeşt Universitetini bitirir. Burada macar və latın dillərini, sənət tarixini öyrənir. Müharibədən sonra Yeni Ay jurnalının ədəbi qrupuna (Maqda Sabo, Qeza Otlik və başqaları) aid idi. Yanosh Pilinski ilə dost olmuşdur. 1948-ci ildən sonra jurnal hakimiyyət tərəfindən bağlandıqdan sonra (yalnız 1986-cı ildə fəaliyyətə davam etdi), on il Nemeş Aqnes yalnız tərcümələri çap edir, pedaqoji bir jurnalda çalışır və məktəbdə ədəbiyyat öyrədirdi. 1944–1958-ci illərdə ədəbi tənqidçi və Dünya xalqları ədalətliləri mükafatının lauriyyatı Sale Balaj Lendel ilə evli olur. Nemeş Aqnes obyektiv poeziyanın Eeliot xəttini inkişaf etdirir və duyğuların birbaşa dindarlığını ifadə edirdi.
Nemət Abbasov
Nemət Elçin oğlu Abbasov (d. 4 avqust 1996; Ağdaş – ö. 27 oktyabr 2020; Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi. Nemət Abbasov 4 avqust 1996-ci ildə Ağdaş şəhərində anadan olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, oktyabrın 27-də Füzuli istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nemət Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Nemət Baş
Nemət Baş (2 mart 1965) — Türkiyənin milli təhsil naziri, siyasətçi və hüquqşünas. Nemət Baş 1965-ci il martın 2-də Türkiyə Respublikası Karaman ilinin Ayrancı kəndində anadan olub. Keçmiş həyat yoldaşı Birol Çubuqçu ilə 15 iyul 2011-ci ildə boşanıb. Bu izdivacdan Çağrı adlı övladı var. 1988-ci ildə İstanbul Universitetinin hüquq fakültəsini bitirib. 1990-cı ildən sərbəst vəkillik fəaliyyətinə başlayıb. İstanbul Vəkillər Kollegiyası uşaq haqları komissiyasında və uşaq məhkəmələrində işləyib. Türkiyənin hakim partiyası AKP-nin qurucu üzvü olan Nemet Çubuqçu 3 noyabr 2002-ci il parlament seçkilərində AKP üzrə İstanbuldan millət vəkili seçilib. 2 iyun 2005-ci ildə qurulan 59-cu hökumətdə qadın və ailə problemləri üzrə dövlət naziri vəzifəsinə təyin olunub. 60-cı hökumətdə yenidən dövlət naziri olub.
Nemət Bəsir
Nemət Bəsir (tam adı: Nemət Ağabala oğlu Hacıyev; 20 mart 1889, Balaxanı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 1943, bilinmir) — şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Hacıyev Nemət Ağabala oğlu 1889-cu il martın 20-də Bakı quberniyasının Balaxanı kəndində anadan olmuşdur. İbtidai təhsilini mədrəsədə almışdır. Kiçik yaşlarından bədii ədəbiyyata güclü meyl göstərmişdir. Mirzə Ələkbər Sabirlə Balaxanı kənd məktəbində işləməsi və dostluq əlaqəsi onda yazıb-yaratmaq həvəsi oyatmışdır. Şerlərini "Dəli Nemət", "Əyyar", "Məşəl", "Köhnə Əyyar" gizli imzalan ilə dərc etdirmişdir. Onun şerlərindən xoşlanan M.Ə.Sabir rəvayətə görə ona "Bəsir" təxəllüsünü vermişdir. İnqilabdan əvvəl dövri mətbuatda müntəzəm çıxış etmiş, bir sıra kitabları nəşr olunmuşdur. Repressiyaya məruz qalmış şair Sibirə sürgün edilmişdir. Bəzi mülahizələrə görə, sürgündən qayıdarkən yolda acından və soyuqdan vəfat etmişdir.
Nemət Cavadlı
Nemət Həsənov
Nemət Süleyman oğlu Həsənov — 28 yanvar 1996-cı il; Saatlı rayonunun Əbil kəndində anadan olub, Azərbaycan — 22 oktyabr 2020-ci il; Qubadlı, Azərbaycan — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Nemət Süleyman oğlu Həsənov 28 yanvar 1996-cı ildə Saatlı rayonunun Əbil kəndində anadan olub. Qarabağı azadlığa qovuşduran müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu. Bu qəhrəmanlardan biri də Azərbaycan Ordusunun əsgəri olmuş gənc Nemətdir. Nemət Süleyman oğlu Həsənov 1996-cı il yanvarın 28-i Saatlı rayonunun Əbil kəndində anadan olub. Torpaqlarımızın işğalı ilə barışmayan Nemət 30 illik intizara son verənlərdən biri olmaq üçün II Qarabağ savaşlarına qatılıb. O, İkinci Qarabağ müharibəsinin gedişində oktyabrın 22-i Qubadlı istiqamətində düşmən tərəfindən atılan artilleriya mərmisi nəticəsində şəhidliyə ucalıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nemət Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Nemət Məmmədov
Nemət Fəxrəddin oğlu Məmmədov (1 iyul 2000, Xoylu, Goranboy rayonu – 17 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Nemət Məmmədov 1 iyul 2000-ci ildə Goranboy rayonunun Xoylu kəndində anadan olub. Subay idi. O, hərbi xidmətində Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçisi vəzifəsində işləyirdi. Atası Fəxrəddin Məmmədov anası isə Nazilə Məmmədovadır. 2 bacısı vardır. Nemət Məmmədli 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Nemət motoatıcı manqasının komandiri kimi hərbi xidmətini yerinə yetirib. Azərbaycan Ordusunun əsgəri olan Həsən Məmmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, Qubadlının və Füzuli azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Nemət Novruzov
Nemət Hüseyin oğlu Novruzov - Azərbaycan SSR sovxozlar naziri, Naxçıvan MSSR Nazirlər Sovetinin sədri. Nemət Novruzov 1908-ci ildə anadan olmuşdur. Bakı Zaqafqaziya Pambıqçılıq İnstitutunda, Kirovabad Kənd Təsərrüfatı İnstitutunda və Bakı Ali Partiya Məktəbində təhsil almışdır. İş fəaliyyətinə mexanik kimi başlamışdır. Daha sonra mühəndis olara çalışan Nemət Novruzov, 1942-ci ildə Avtomobil Təmiri Zavodunun direktoru olmuşdur. Nemət Novruzov 1943-cü ildə Sovet İttifaqı Kommunist Partiyasına üzv olmuşdur. 1944-1946-cı illərdə Azərbaycan SSR Xalq sovxozlar komissarının birinci müavini işləmişdir. Daha sonra Azərbaycan KP-də şöbə müdiri, Azərbaycan SSR Pambıqçılıq nazirinin müavini olmuşdur. 1952-ci ildə Azərbaycan SSR Dövlət nəzarəti nazirinin birinci müavini təyin olunmuşdur. Nemət Novruzov 1953-1955-ci illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Nazirlər Sovetinin sədri, 1955-1957-ci illərdə Azərbaycan SSR Sovxozlar naziri vəzifələrində çalışmışdır.
Nemət Orucov
Nemət Əkbər oğlu Orucov (15 noyabr 1994; Qaraçinar, Goranboy rayonu, Azərbaycan — 27 sentyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Nemət Orucov 1994-cü il noyabrın 15-də Goranboy rayonunun Qaraçinar kəndində anadan olmuşdur. Əslən Kəlbəcər rayonundan idi. 2001-2011-ci illərdə Goranboy rayon Qaraçinar kənd tam orta məktəbində təhsil almışdır. 2012-2016-cı illərdə Azərbaycan Texnologiya Universiteti-nin (ATU) ekologiya mühəndisliyi fakültəsində ali təhsil almışdır. Nemət Orucov 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Xidmətini kəşfiyyatçı olaraq qurtarmışdır. 2018-ci ildən hərbi xidmətini "leytenant" rütbəsi ilə davam etdirmişdir. Zabitlik kursunu bitirdikdən sonra Beyləqan və Ağcabədi rayonlarında yerləşən "N" saylı hərbi hissədə post komandiri vəzifəsində xidmət etmişdir. 17 noyabr 2018-ci ildə Azərbaycan Ordusunda "Ən yaxşı motoatıcı bölük" adı uğrunda keçirilən yarışlarda yüksək nəticələr əldə etdiyinə və 3 mart 2019-cu ildə hərbi hissənin yaranmasının 27-ci ildönümü münasibətilə döyüş və ictimai siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə görə fəxri fərmanlar ilə təltif olunmuşdur.
Nemət Pənahlı
Nemət Əhəd oğlu Pənahlı — siyasətçi, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri, Azərbaycan Milli Azadlıq Hərəkatının simalarından biri. Nemət Pənahlı 1962-ci ildə Naxçıvan MSSR-də anadan olub. O, Meydan hərəkatında və ardınca Azərbaycan Milli Azadlıq Hərəkatında iştirak edib. 1993–1995-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Aparatında çalışıb. 1995-ci il parlament seçkilərində Nemət Pənahlı sədri olduğu Azərbaycan Milli Dövlətçilik Partiyasının poporsional seçki üzrə vahid namizədlər siyahısında 1-ci sırada olmuşdur. AMDP proporsional seçkilərdə ümumi səslərin 1.20%-ni toplayaraq 8%-lik səs həddini keçə bilməmiş, Nemət Pənahlı isə deputat seçilə bilməmişdir. Bir müddət fəal siyasətdən uzaqlaşan Nemət Pənahlı 2010-cu il noyabrında 7-də keçirilən parlament seçkisində 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş, lakin seçkiyə bir həftə qalmış namizədliyini geri götürmüşdür. Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri olmuşdur. 2011-ci ilin yanvar ayında silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda müqəssir bilinərək, 6 il müddətinə azadlıqdan məhrum edilmiş, 17 mart 2016-cı il tarixində prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə əfv edilmişdir.
Nemət Pənahov
Nemət Əhəd oğlu Pənahlı — siyasətçi, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri, Azərbaycan Milli Azadlıq Hərəkatının simalarından biri. Nemət Pənahlı 1962-ci ildə Naxçıvan MSSR-də anadan olub. O, Meydan hərəkatında və ardınca Azərbaycan Milli Azadlıq Hərəkatında iştirak edib. 1993–1995-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Aparatında çalışıb. 1995-ci il parlament seçkilərində Nemət Pənahlı sədri olduğu Azərbaycan Milli Dövlətçilik Partiyasının poporsional seçki üzrə vahid namizədlər siyahısında 1-ci sırada olmuşdur. AMDP proporsional seçkilərdə ümumi səslərin 1.20%-ni toplayaraq 8%-lik səs həddini keçə bilməmiş, Nemət Pənahlı isə deputat seçilə bilməmişdir. Bir müddət fəal siyasətdən uzaqlaşan Nemət Pənahlı 2010-cu il noyabrında 7-də keçirilən parlament seçkisində 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş, lakin seçkiyə bir həftə qalmış namizədliyini geri götürmüşdür. Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri olmuşdur. 2011-ci ilin yanvar ayında silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda müqəssir bilinərək, 6 il müddətinə azadlıqdan məhrum edilmiş, 17 mart 2016-cı il tarixində prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə əfv edilmişdir.
Nemət Qasımlı
Qasımov Nemət Yusif oğlu (27 iyul 1972, Kiçik Qaramurad, Gədəbəy rayonu) — Aşıq məktəbində müəllim, Dünya incəsənət və musiqi ustası, beynəlxalq müsabiqələr laureatı, "Əməkdar mədəniyyət işçisi", Filologiya üzrə fəlsəfə doktoru, dosent. Qasımov Nemət Yusif oğlu 1972-ci il iyulun 27-də Gədəbəy rayonunun Kiçik-Qaramurad kəndində ziyalı ailəsində anadan olub. İsfəndiyar Rüstəmovun rəhbərliyi altında keçirilən “Gədəbəyin yazı, aşığın sazı” yaz bayramlarında dəfələrlə iştirak etmişdir. Gəncəbasar bölgəsi üzrə keçirilən “Telli saz” müsabiqəsinin qalibi olmuşdur. 4-cü sinifdə oxuyanda Demək olar ki, yaşının imkanı daxilində elə bir aşıq olmayıb ki, onun məclisində və ya şəxsən özüylə görüşüb sənət sirləri haqqında bilgilərini artırmasın. Bütün bölgələrə məxsus aşıq havalarını (Təbriz, Göyçə, Borçalı, Şirvan mühitləri) imkanı daxilində öyrənmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rejissorluq” ixtisası üzrə təhsil almışdır. ADMİU-nin “Tədris teatrı” şöbəsində musiqi rejissoru işləmiş, Bakıda ilk dəfə olaraq. Qara Qarayev adına 8 saylı musiqi məktəbində saz sinfini açmışdır. Çalışdığı ilk gündən bu günə qədər keçirilən bütün müsabiqələrdə onun şagirdləri həmişə I yerə layiq görülmüş və sazı ləyaqətlə təmsil etmişlər.Şagirdlərinin sayı 600 dən artıqdır.
Nemət Qasımov
Nemət Abbasəli oğlu Qasımov (27 yanvar 1940, Didivar, Naxçıvan rayonu) — professor, ABŞ-nin İllinoys EA-nın həqiqi üzvü (1986), Azərbaycan Respublikasının “Əməkdar elm xadimi”. 1940-cı il yanvar ayının 27-də Naxçıvan MR-nın Babək rayonunun Didivar kəndində anadan olmuşdur. Nemət Qasımov 2016-cı il dekabr ayının 16-da vəfat etmişdir. 1963-cü ildə ADU-nun (indiki BDU) biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1963-1966-cı illərdə ADU-nun Bitki fiziologiyası kafedrasının aspirantı olmuş, 1967-ci ildə namizədlik, 1975-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1980-ci ildə professor elmi adı almışdır. N.Qasımov xlorionunun bitkiyə daxil olmasının kinetik qanunauyğunluqları və bitkilərin duzla intoksikasiyasının “Enerji aclığı” konsepsiyasının müəllifidir və bu barədə 1975-ci ildə Sankt-Peterburqda keçirilən XII Beynəlxalq Botanika konqresində məruzə ilə keçmiş SSRİ-ni təmsil etmişdir.1967-1970-ci illərdə Azərbaycan EA-nın Botanika İnstitutunda elmi işçi,1978-1988-ci illərdə ADU-nun Biologiya fakültəsinin dekanı, sonralar Bitki fiziologiyası kafedrasının müdiri vəzifəsində çalışmışdır. N.A.Qasımov 1986-cı ildə ABŞ-nin İllinoys EA-nın həqiqi üzvü seçilmişdir.1991-ci ildə ABŞ-nin Şimali İllinoys Universitetinə dəvət olunmuşdur.Həmin universitetdə 40 gün müddətində elmi-pedaqoji ezamiyyətdə olmuş, müəllim və tələbələrlə görüşlər keçirmiş, universitetin elmi seminarlarında “Duz tənəffüsü” mövzusunda geniş məruzə ilə çıxış etmişdir. Onun Türkiyə, Rusiya, Bolqarıstan,Qazaxıstan, Ukrayna, Özbəkistan və digər ölkələrdə 100-dən çox elmi əsəri,dərslik və monoqrafiyaları çap edilmişdir. N.Qasımov 7 dissertasiya işinə elmi rəhbərlik etmiş, onlarla dissertasiya işinin rəsmi opponenti, BDU-nun və biologiya fakültəsinin Elmi Şuralarının,“Bakı Universitetinin Xəbərləri” elmi jurnalının redaksiya heyətinin üzvü olmuşdur.1998-ci ildən İngiltərə-Kembric Beynəlxalq Bioqrafiya Mərkəzinin Direktorunun Avropa üzrə və ABŞ Bioqrafiya İnstitutunun səlahiyyətli nümayəndəsi olmuşdur. 1997-ci ildə Professor N.Qasımov “XX əsrin 2000 görkəmli adamı” diplomu və gümüş medalı 1998-ci ildə ABŞ Bioqrafiya İnstitutu tərəfindən “Qızıl heykəl” İngiltərə-Kembric Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən “Qızıl ulduz” (1998) Kembric BBM Avropa üzrə Baş Direktorunun (1998) və ABŞ Bioqrafiya İnstititunun səlahiyyətli nümayəndəsinin diplomu və gümüş medalı (1999) ilə təltif edilmişdir.