NEMƏ

NE’MƏ

ə. nə gözəl! nə yaxşı!

NAZPƏRVƏRDƏ
NEMƏLBƏLA
OBASTAN VİKİ
Hacıağa Nemətov
Hacıağa Əlipaşa oğlu Nemətov (1919, Bakı – 1942, Bakı) — azərbaycanlı bəstəkar, SSRİ-Finlandiya müharibəsi (1939–1940) və Böyük Vətən müharibəsi iştirakçısı. == Bioqrafiyası == Hacıağa Nemətov Bakı şəhərində neftçi ailəsində anadan olmuşdur. Qardaşı — Zəfər Nemətov Azərbaycanın görkəmli rejissoru, pedaqoq, ictimai xadim, Azərbaycan SSR əməkdar incəsənət xadimi. === Erkən illəri === Uşaqlıqdan musiqiyə qarşı coşğun həvəsi özünü büruzə verir. Onun çalmağa başladığı ilk alət qarmon idi və ilk pyeslərini də həmin alət üçün bəstələyirdi. Öz sevimli alətində çalmaqdan yorulmayaraq, xalq melodiyaları əsasında improvizasiyalar edirdi. Sonralar orta məktəbdə oxuduğu illərdə isə o, truba alətində çalmağı öyrənir və məktəb orkestrilə müxtəlif klublarda çıxış edir, lakin Hacıağanın artan musiqi marağı onu digər alətlərdə də çalmaq həvəsinə salır, belə ki, onun xahişi ilə atasının aldığı klarnet alətini də asanlıqla mənimsəyir. Onu Əli Bayramov adına klubun orkestrində çalmağa dəvət edirlər və bu orkestrlə o, konsertlərdə, şənliklərdə, bədii gecələrdə çıxış edir. Həmin vaxtlar o, qarmonda çalmaq vərdişləri sayəsində fortepianoda da çalmağı öyrənir. === Təhsili === 1939-cu ildə o, müfəffəqiyyətlə orta məktəbi bitirərək, musiqi texnikumunun nəzəriyyə-bəstəkarlıq fakültəsinə daxil olur.
Hüseynbala Nemətzadə
Hüseynbala Nemətzadə — SSRİ Jurnalistlər İttifaqının üzvü, Qızıl qələm mükafatı laureatı, jurnalist-publisist. == Həyatı və fəaliyyəti == Hüseynbala Nəsir oğlu Nemətzadə 1920-ci ildə Bakı şəhərində anadan olmuşdur. Şair Mikayıl Müşfiq Bakı şəhəri 18 saylı orta məktəbdə onun müəllimi olmuşdur. O eyni zamanda Azərbaycan SSR Jurnalistlər birliyinin üzvü olmuş qabaqcıl maarif xadimi fəxri adına layiq görülmüş, medalla təltif edilmişdir. Azərbaycan Dövlət Universitetinin dil və ədəbiyyat fakültəsini bitirmişdir. Bir müddət pedaqoji fəaliyyət göstərən Nemətzadə 1961-ci ildən ömrünün sonuna qədər "Azərbaycan müəllimi", "Bakı", "Баку" qəzetləri və "Kirpi" jurnalının redaksiyalarında çalışmışdır. Hüseynbala Nemətzadə 1995-ci ildə Bakıda vəfat etmişdir. Hüseynbala Nemətzadə ilahiyyat üzrə fəlsəfə doktoru Səbinə Nemətzadənin əmisidir.
Məhəmmədrza Nemətzadə
Məhəmmədrza Nemətzadə — İranlı siyasətçi və mühəndis, o 15 avqust 2013-cü ildə İran parlamenti tərəfindən təsdiq edildikdən sonra İran sənayesinin hazırkı naziridir. Nemətzadə 1980-ci ildə İranın Əmək naziri və 1980-1981-ci ilə qədər və yenidən 1989-1997-ci ilə qədər İranın Sənaye naziri kimi xidmət edib.
Məşədixanım Nemət
Nemətova Məşədixanım Sədulla qızı (5 yanvar 1924, Zabrat, Bakı qəzası – 26 dekabr 2016, Bakı) — Azərbaycan alimi, tarixçi-epiqrafist və şərqşünası, tarix elmləri doktoru (1969), AMEA-nın müxbir üzvü (2001). Məşədixanım Nemətova 1924-cü il yanvarın 5-də Bakının II Zabrat kəndində anadan olmuşdur. O, 1941-ci ildə orta məktəbi, 1948-ci ildə ADU-nun (indi BDU) şərqşünaslıq fakültəsini bitirmişdir. Elmi fəaliyyətinə 1953-cü ildən Azərbaycan SSR EA Tarix İnstitutunda başlamışdır (1971-ci ildən epiqrafika qrupunun rəhbəridir). 1993-cü ildən Arxeologiya İnstitutunda eyniadlı qrupun rəhbəridir. Azərbaycanın orta əsrlər epiqrafik abidələrini tədqiq edir. Ermənistan, Gürcüstan və Dağıstan ərazilərindəki müsəlman kitabələri haqqında da tədqiqatları var. 300-dən artıq elmi əsərin, o cümlədən 12 monoqrafiyanın müəllifidir. 1948-ci ildə AMEA-nın Tarix İnstitutunda aspiranturaya daxil olmuş, 1954-cü ildə namizədlik, 1968-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
Məşədixanım Nemətova

Nemət Abbasov
Nemət Baş
Nemət Baş (2 mart 1965) — Türkiyənin milli təhsil naziri, siyasətçi və hüquqşünas. Nemət Baş 1965-ci il martın 2-də Türkiyə Respublikası Karaman ilinin Ayrancı kəndində anadan olub. Keçmiş həyat yoldaşı Birol Çubuqçu ilə 15 iyul 2011-ci ildə boşanıb. Bu izdivacdan Çağrı adlı övladı var. 1988-ci ildə İstanbul Universitetinin hüquq fakültəsini bitirib. 1990-cı ildən sərbəst vəkillik fəaliyyətinə başlayıb. İstanbul Vəkillər Kollegiyası uşaq haqları komissiyasında və uşaq məhkəmələrində işləyib. Türkiyənin hakim partiyası AKP-nin qurucu üzvü olan Nemet Çubuqçu 3 noyabr 2002-ci il parlament seçkilərində AKP üzrə İstanbuldan millət vəkili seçilib. 2 iyun 2005-ci ildə qurulan 59-cu hökumətdə qadın və ailə problemləri üzrə dövlət naziri vəzifəsinə təyin olunub. 60-cı hökumətdə yenidən dövlət naziri olub.
Nemət Bəsir
Nemət Bəsir (tam adı: Nemət Ağabala oğlu Hacıyev; 20 mart 1889, Balaxanı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 1943, bilinmir) — şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Hacıyev Nemət Ağabala oğlu 1889-cu il martın 20-də Bakı quberniyasının Balaxanı kəndində anadan olmuşdur. İbtidai təhsilini mədrəsədə almışdır. Kiçik yaşlarından bədii ədəbiyyata güclü meyl göstərmişdir. Mirzə Ələkbər Sabirlə Balaxanı kənd məktəbində işləməsi və dostluq əlaqəsi onda yazıb-yaratmaq həvəsi oyatmışdır. Şerlərini "Dəli Nemət", "Əyyar", "Məşəl", "Köhnə Əyyar" gizli imzalan ilə dərc etdirmişdir. Onun şerlərindən xoşlanan M.Ə.Sabir rəvayətə görə ona "Bəsir" təxəllüsünü vermişdir. İnqilabdan əvvəl dövri mətbuatda müntəzəm çıxış etmiş, bir sıra kitabları nəşr olunmuşdur. Repressiyaya məruz qalmış şair Sibirə sürgün edilmişdir. Bəzi mülahizələrə görə, sürgündən qayıdarkən yolda acından və soyuqdan vəfat etmişdir.
Nemət Bəsir Hacıyev

Nemət Cavadlı
Nemət Həsənov
Nemət Məmmədov
Nemət Novruzov
Nemət Hüseyin oğlu Novruzov - Azərbaycan SSR sovxozlar naziri, Naxçıvan MSSR Nazirlər Sovetinin sədri. Nemət Novruzov 1908-ci ildə anadan olmuşdur. Bakı Zaqafqaziya Pambıqçılıq İnstitutunda, Kirovabad Kənd Təsərrüfatı İnstitutunda və Bakı Ali Partiya Məktəbində təhsil almışdır. İş fəaliyyətinə mexanik kimi başlamışdır. Daha sonra mühəndis olara çalışan Nemət Novruzov, 1942-ci ildə Avtomobil Təmiri Zavodunun direktoru olmuşdur. Nemət Novruzov 1943-cü ildə Sovet İttifaqı Kommunist Partiyasına üzv olmuşdur. 1944-1946-cı illərdə Azərbaycan SSR Xalq sovxozlar komissarının birinci müavini işləmişdir. Daha sonra Azərbaycan KP-də şöbə müdiri, Azərbaycan SSR Pambıqçılıq nazirinin müavini olmuşdur. 1952-ci ildə Azərbaycan SSR Dövlət nəzarəti nazirinin birinci müavini təyin olunmuşdur. Nemət Novruzov 1953-1955-ci illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Nazirlər Sovetinin sədri, 1955-1957-ci illərdə Azərbaycan SSR Sovxozlar naziri vəzifələrində çalışmışdır.
Nemət Orucov
Nemət Pənahlı
Nemət Əhəd oğlu Pənahlı — siyasətçi, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri, Azərbaycan Milli Azadlıq Hərəkatının simalarından biri. Nemət Pənahlı 1962-ci ildə Naxçıvan MSSR-də anadan olub. O, Meydan hərəkatında və ardınca Azərbaycan Milli Azadlıq Hərəkatında iştirak edib. 1993–1995-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Aparatında çalışıb. 1995-ci il parlament seçkilərində Nemət Pənahlı sədri olduğu Azərbaycan Milli Dövlətçilik Partiyasının poporsional seçki üzrə vahid namizədlər siyahısında 1-ci sırada olmuşdur. AMDP proporsional seçkilərdə ümumi səslərin 1.20%-ni toplayaraq 8%-lik səs həddini keçə bilməmiş, Nemət Pənahlı isə deputat seçilə bilməmişdir. Bir müddət fəal siyasətdən uzaqlaşan Nemət Pənahlı 2010-cu il noyabrında 7-də keçirilən parlament seçkisində 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş, lakin seçkiyə bir həftə qalmış namizədliyini geri götürmüşdür. Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri olmuşdur. 2011-ci ilin yanvar ayında silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda müqəssir bilinərək, 6 il müddətinə azadlıqdan məhrum edilmiş, 17 mart 2016-cı il tarixində prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə əfv edilmişdir.
Nemət Pənahov

Nemət Qasımlı
Qasımov Nemət Yusif oğlu (27 iyul 1972, Kiçik Qaramurad, Gədəbəy rayonu) — Aşıq məktəbində müəllim, Dünya incəsənət və musiqi ustası, beynəlxalq müsabiqələr laureatı, "Əməkdar mədəniyyət işçisi", Filologiya üzrə fəlsəfə doktoru, dosent. Qasımov Nemət Yusif oğlu 1972-ci il iyulun 27-də Gədəbəy rayonunun Kiçik-Qaramurad kəndində ziyalı ailəsində anadan olub. İsfəndiyar Rüstəmovun rəhbərliyi altında keçirilən “Gədəbəyin yazı, aşığın sazı” yaz bayramlarında dəfələrlə iştirak etmişdir. Gəncəbasar bölgəsi üzrə keçirilən “Telli saz” müsabiqəsinin qalibi olmuşdur. 4-cü sinifdə oxuyanda Demək olar ki, yaşının imkanı daxilində elə bir aşıq olmayıb ki, onun məclisində və ya şəxsən özüylə görüşüb sənət sirləri haqqında bilgilərini artırmasın. Bütün bölgələrə məxsus aşıq havalarını (Təbriz, Göyçə, Borçalı, Şirvan mühitləri) imkanı daxilində öyrənmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rejissorluq” ixtisası üzrə təhsil almışdır. ADMİU-nin “Tədris teatrı” şöbəsində musiqi rejissoru işləmiş, Bakıda ilk dəfə olaraq. Qara Qarayev adına 8 saylı musiqi məktəbində saz sinfini açmışdır. Çalışdığı ilk gündən bu günə qədər keçirilən bütün müsabiqələrdə onun şagirdləri həmişə I yerə layiq görülmüş və sazı ləyaqətlə təmsil etmişlər.Şagirdlərinin sayı 600 dən artıqdır.
Nemət Qasımov
Nemət Abbasəli oğlu Qasımov (27 yanvar 1940, Didivar, Naxçıvan rayonu) — professor, ABŞ-nin İllinoys EA-nın həqiqi üzvü (1986), Azərbaycan Respublikasının “Əməkdar elm xadimi”. 1940-cı il yanvar ayının 27-də Naxçıvan MR-nın Babək rayonunun Didivar kəndində anadan olmuşdur. Nemət Qasımov 2016-cı il dekabr ayının 16-da vəfat etmişdir. 1963-cü ildə ADU-nun (indiki BDU) biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1963-1966-cı illərdə ADU-nun Bitki fiziologiyası kafedrasının aspirantı olmuş, 1967-ci ildə namizədlik, 1975-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1980-ci ildə professor elmi adı almışdır. N.Qasımov xlorionunun bitkiyə daxil olmasının kinetik qanunauyğunluqları və bitkilərin duzla intoksikasiyasının “Enerji aclığı” konsepsiyasının müəllifidir və bu barədə 1975-ci ildə Sankt-Peterburqda keçirilən XII Beynəlxalq Botanika konqresində məruzə ilə keçmiş SSRİ-ni təmsil etmişdir.1967-1970-ci illərdə Azərbaycan EA-nın Botanika İnstitutunda elmi işçi,1978-1988-ci illərdə ADU-nun Biologiya fakültəsinin dekanı, sonralar Bitki fiziologiyası kafedrasının müdiri vəzifəsində çalışmışdır. N.A.Qasımov 1986-cı ildə ABŞ-nin İllinoys EA-nın həqiqi üzvü seçilmişdir.1991-ci ildə ABŞ-nin Şimali İllinoys Universitetinə dəvət olunmuşdur.Həmin universitetdə 40 gün müddətində elmi-pedaqoji ezamiyyətdə olmuş, müəllim və tələbələrlə görüşlər keçirmiş, universitetin elmi seminarlarında “Duz tənəffüsü” mövzusunda geniş məruzə ilə çıxış etmişdir. Onun Türkiyə, Rusiya, Bolqarıstan,Qazaxıstan, Ukrayna, Özbəkistan və digər ölkələrdə 100-dən çox elmi əsəri,dərslik və monoqrafiyaları çap edilmişdir. N.Qasımov 7 dissertasiya işinə elmi rəhbərlik etmiş, onlarla dissertasiya işinin rəsmi opponenti, BDU-nun və biologiya fakültəsinin Elmi Şuralarının,“Bakı Universitetinin Xəbərləri” elmi jurnalının redaksiya heyətinin üzvü olmuşdur.1998-ci ildən İngiltərə-Kembric Beynəlxalq Bioqrafiya Mərkəzinin Direktorunun Avropa üzrə və ABŞ Bioqrafiya İnstitutunun səlahiyyətli nümayəndəsi olmuşdur. 1997-ci ildə Professor N.Qasımov “XX əsrin 2000 görkəmli adamı” diplomu və gümüş medalı 1998-ci ildə ABŞ Bioqrafiya İnstitutu tərəfindən “Qızıl heykəl” İngiltərə-Kembric Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən “Qızıl ulduz” (1998) Kembric BBM Avropa üzrə Baş Direktorunun (1998) və ABŞ Bioqrafiya İnstititunun səlahiyyətli nümayəndəsinin diplomu və gümüş medalı (1999) ilə təltif edilmişdir.
Nemət Rzayev
Rzayev Nemət Cəlil oğlu (1953, Şəki- 10 noyabr 2008, Bakı) — Azərbaycan rejissoru, operator, ssenarist. Nemət Rzayev 1953-cü ildə Şəki şəhərində anadan olub. 1978-ci ildə "Azərbaycanfilm" kinostudiyasında fəaliyyətə başlamışdır. Aşkarsızlıq şəraitində... (film, 1986) Azadlığa gedən yollar (film, 1990) Azərbaycan və Nobel qardaşları (film, 1991) Azərbaycanın böyük energetikası (film, 1992) Baba zeytun diyarında (film, 1992) Bağlı qapı (film, 1981) Bahardan sonra gələn qış (film, 1989) Bəhanə (film, 1991) Biz şinçilərik (film, 1992) Böyük İpək Yolunda (film, 1986) Camışçılıq: süd və ət (film, 1988) Cərrahiyyə (film, 1991) Dantenin yubileyi (film, 1978) Dünən, bu gün və... (film, 1989) El bir olsa... (film, 1989) Əzablı yollar (film, 1982) Həm ziyarət, həm ticarət... (film, 1995) Heyvandarların gileyi (film, 1991) Xudafərin olan yerdə (film, 1995) Xüsusi vəziyyət (film, 1986) İgidlik rəmzi (film, 1992) İsti halvanın dadı (film, 1987) Kimə inanaq? (film, 1990) Qanlı zəmi (film, 1985) Qayınana (film, 1978) Qəm karvanı (film, 1990) "Qərənfil"-uşaq bağçası (film, 1990) Qəribə adam (film, 1979) Qızıl uçurum (film, 1980) Qonşuya ümid olan... (film, 1990) Matəm (film, 1990) Mən mahnı qoşuram (film, 1979) Miras (film, 1993) "Mozalan"ın izi ilə (film, 1991) Müqəddəs torpaq (film, 1993) Neft Daşları (film, 1990) Neft maşınqayırmasının flaqmanı (film, 1992) Neftayırma və neft-kimyada mikroproseslərdən istifadə olunması (film, 1984) Nəticə (film, 1991) Novruzun çələngi (film, 1989) Olan yerdən umarlar (film, 1991) Özgə ömür (film, 1987) Pambığın yanğından qorunması (film, 1991) Park (film, 1983) Perspektivsiz tikinti (film, 1991) Pomidorun yetişdirilməsi (film, 1985) Salam, metro!
Nemət Veysəlli
Nemət Bayramalı oğlu Veysəlli (21 mart 1941, Yuxarı Veysəlli, Qaryagin rayonu – 25 mart 2023) — Azərbaycan Yazıçılar Birliyinin (1985) və Azərbaycan Jurnalistlər Birliyinin (1978) üzvü. Nemət Veysəlli 1941-ci il martın 21-də Qaryagin rayonunun (indiki Füzuli) Yuxarı Veysəlli kəndində anadan olmuşdur. Yeddillik kənd məktəbini bitirdikdən sonra sabiq Martuni (indiki Xocavənd) rayonunun beynəlmiləl (1957–1959) orta məktəbində təhsil almışdır. Horadiz pambıqtəmizləmə zavodunda (1960) fəhlə işləmişdir. 1961–1964-cü illərdə Sovet ordusu sıralarında qulluq etmişdir. Bir müddət Bakı Şin zavodunda fəhlə (1964–1975), sonralar isə böyük tərbiyəçi vəzifəsində çalışmışdır. Azərbaycan Dövlət Universitetinin jurnalistika (1965–1971) fakültəsini bitirmişdir. Nemət Veysəlli çox mənalı və zəngin həyat yolu keçmişdir. Onun dünyaya gəldiyi dövr çox ağır və məşəqqətli illərlə bağlı idi. Müharibə dövrü və onun sonraya miras qoyduğu üzüntülər bütün ailələrin probleminə çevrilmişdi.
Nemətabad
Nemətabad (Ağdaş)
Nemətabad (Ağdaş)
Nemətabad — Azərbaycan Respublikasının Ağdaş rayonunun Aşağı Nemətabad kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Ağdaş rayonunun Aşağı Nemətabad kənd inzibati ərazi dairəsi tərkibindəki Nemətabad kəndi rayonun ərazi vahidləri siyahısından çıxarılmışdır.
Nemətabad (Qürvə)
Nemətabad (fars. نعمت آباد‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 40 nəfər yaşayır (7 ailə). Əhalisini kürdlər təşkil edir.
Nemətabad (Təbriz)
Nemətabad (fars. نعمت اباد‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 2.020 nəfər yaşayır (551 ailə).
Nemətabad (Yevlax)
Nemətabad — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Yevlax rayonunun Nemətabad kəndi Mingəçevir qəsəbə Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Nemətabad kənd Soveti yaradılmışdır.