Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tarix-e Cahanqoşa-ye Nadiri
Tarix-e Cahanqoşa-ye Nadiri (farsca:جهانگشای نادری) — Nadir şahın hakimiyyəti dövründə Mirzə Mehdi xan Astarabadi tərəfindən yazılan tarixçilik əsəri. == Haqqında == Kitabı yazan Nadir şahın rəsmi tarixçisi və katibi Mirzə Mehdi xan Astarabadi tərəfindən yazılmışdır.Bu kitab Nadirin hakimiyyəti dövründə baş verən hadisələrdən bəhs edən ən önəmli əsər hesab edilir. Kitabın müəllifi Mirzə Mehdi xan Nadirin məmuru olaraq həmişə onun yanında olmuş və hadisələri birbaşa öz gözləri ilə görmüşdür.Görünən odur ki, kitabın ilk adı Tarix-e Nadiri olmuş, lakin sonradan Cahanqoşa-ye Nadiri deyə adlandırılmışdır. Müəllif özü kitabı Ruznamça-i Zəfər (farsca:روزنامچه ظفر) adlandırmışdır. Kitabda 1708-ci ildən 1748-ci ilə qədərki hadisələr təsvir edilmişdir. Kitab son bəhs etdiyi hadisələr Nadir şahın öldürülməsindən bir il sonra baş verən hadisələrdir. Müəllifin bu kitabından başqa bir kitabı da mövcuddurş Bu kitab Darra-i Nadir adlandırılmaqla birlikdə, Tarix-e Cahanqoşa-ye Nadiri kitabının daha qısa versiyasıdır.Farsca yazılmış kitabda ərəb dilindən alınmış sözlər çoxluq təşkil etməkdədir. == Həmçinin bax == Tarix-i aləm aray-i Abbasi == İstinadlar == == Mənbə == Ernest Tucker. JAHĀNGOŠĀ-YE NĀDERI. London and New York: Encyclopædia Iranica, Volume XIV/4:Routledge & Kegan Paul. Ehsan Yarşater.
Taxtda oturmuş Madonna və uşaq müqəddəslərlə (Rafael)
Taxtda oturmuş Madonna və uşaq müqəddəslərlə (it. Madonna col Bambino in trono e cinque santi və ya Kolonna ailəsinin altarı, it. Pala Colonna) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1504-1505-cü illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin ilk işlərindən hesab olunur. "Taxtda oturmuş Madonna və uşaq müqəddəslərlə" əsəri hal-hazırda Amerika Birləşmiş Ştatlarının Nyu-Yorkda, Metropoliten muzeyində saxlanılır.
Nadir Nadirli
Nadir Arzu oğlu Nadirli (23 mart 1992; Şəmkir rayonu, Azərbaycan — 27 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nadir Nadirli 1992-ci il martın 23-də Şəmkir rayonunun Qasımalılar kəndində anadan olub. 2009-2013-cü illərdə BDU-da "Biologiya" üzrə ali təhsil alıb. Ailəli idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Nadir Nadirli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nadir Nadirli oktyabrın 10-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nadir Nadirli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Nadir Nadirli ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nadir Nadirli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Taxta
Ağac yoxsa taxta — ağaclarda və kollarda hüceyrə bölünməsi nəticəsində yaranan daimi toxumadan ibarət materialdır. Ağacın oduncaq hissəsi sənaye üçün qiymətli hesab olunur. Ondan müxtəlif məqsədlər üçün konstruksiya materialları kimi istifadə olunur. Metala nisbətən aşağı möhkəmlik göstəricilərinə malik olmasına baxmayaraq ağacın texnikada öz tətbiq sahəsi mövcuddur. Ağac gövdəsinin en kəsiyi şəkildə göstərilmişdir. Gövdə xarici və daxili qatlardan ibarətdir. Xarici qat gövdəni xarici təsirlərdən qoruduğu halda, daxili qat – mantar qida madəllərini ağacın daxilinə hərəkət etdirməyə xidmət edir. Mantarın altında cavan hüceyrələrin və qabıq hissələrinin inkişaf etdiyi nazik kambi qatı yerləşir. Mərkəzə doğru getdikcə ağac gövdəsində sütul, nüvə və özək yerləşir. Sütul qatında əsas inkişaf prosesi gedir.
Süleymani
Süleymani — soyad, təxəllüs. Süleymani — Azərbaycanın milli rəqsi. Qasım Süleymani — İran hərbçisi, general-mayor. Peyrəv Süleymani — tacik sovet şairi. Qurban Süleymani — dutar musiqiçisi və müğənni.
Damalı taxta
Damalı taxta — dama oynamaq üçün nəzərdə tutulmuş damalı taxta. Əksər hallarda tünd və açıq rəngli, adətən yaşıl və sarı (rəsmi turnirlər), qara və qırmızı (istehlakçı reklamları) və ya qara və ağ (çap qrafikləri) rəngli 64 kvadratdan (8×8) ibarətdir. 8x8 damalı taxta başqa oyunlarda, o cümlədən şahmatda istifadə olunur, buna görə də şahmat taxtası kimi də tanınır.
Taxta biti
Taxta biti (Anobium punctatum), (Coleoptera) dəstəsindan bir böcək növü.
Taxta şirni
Taxta şirni — Karameləoxşar Azərbaycan şirniyyatı. Tərkibinə şəkər tozu, limon turşusu daxildir, ətirləndirici kimi gülab, qızılgül yağından, üyüdülmüş fındıqdan, vanilindən və keşniş toxumundan, müstəlif yeyinti boyalarından istifadə olunur. Taxta şirni rafinad qənd kimi yalnız dişləmə çay içmək üçün bişirilirdi. Keçmiş dövrlərdə taxta şirni ən çox kəndlərdə, kasıb əhali arasında geniş yayılmışdır. == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Süleymanlı
Süleymanlı (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Süleymanlı (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Süleyman
Süleyman (təq. e.ə. 990, Fələstin – təq. e.ə. 931, Qüds) — Yəhudi Krallığının üçüncü kralı.Onun həmçinin 45-50 arası xanımla ailə həyatı qurduğu tarixi kitablarda yazılımışdır.
Nadir
Nadir — Kişi adı və təxəllüs.
Nairi
Nairi — Van Gölünün cənubi hisəsində tarixsəl bir ölkə adı (e.ə. 1114- 860), Assuriyalılar onlara (KUR.KUR Na-i-ri, və ya Na-i-ru) adı verirdi, müasir Türkiyənin və Cənubi Azərbaycanın (İranın Qərbi Azərbaycan vilayətinin) Van və Hakkari vilayətlərinə təxminən uyğun gəlir. Nairi bəzən Mesopotamiya, Xet və Urartu mənbələrindən bilinən Nihriya ilə bərabərləşmişdir.Ancaq bir mətn içərisində belə gəlir ki Nihriya ilə birgə olmaması təxmin edilir.Tunc dövrünün qutulmasından əvvəl Nairi qəbilələri həm Assuriya, həm də Xetlər ilə mübarizə aparacaq qədər güclü bir qüvvə hesab olunurdu. Mitanni Krallığının yıxılışından sonra torpaqlarına nəzarət etmək üçün Xetlər və Assuriyalılar arasındakı döyüşlərin son nöqtəsi olan Nihriya Döyüşü; orada baş verdi, e.ə. 1230. Urartu'nun ilk padşahları özülərini yerli Bianili yerinə Nairi adlandırdılar.Ancaq Urartu ilə Nairi arasındakı münasibət dəqiq bəlli deyil. Bəzi alimlər Urartu və Nairinin ayrı-ayrı nöqtələr olduğunu irəli sürdülər. Assuriyalıların sənədlərinə baxaraq belə görünür ki, e.ə. 8-ci əsrdə Nairi torpaqları Assuriya və Urartu tərəfindən tamamilə ələ keçmədən öncə və Urartunun qurulmasından öəcə onlarca il müstəqil olaraq həyatlarını sürdürmüşlər.
Görüş Babayev
Görüş Nurəddin oğlu Babayev (17 fevral 1943, Bakı) — Azərbaycan heykəltaraşı, Azərbaycan Respublikasının əməkdar rəssamı (2002). == Həyat və yaradıcığı == Görüş Babayev 17 fevral 1943-cü ildə Bakıda, Nurəddin Babayevin ailəsində anadan olmuşdur. O, 12 nömrəli musiqi məktəbinin fortepiano sinfində oxumuş və 1959-cu ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin heykəltaraşlıq şöbəsinə daxil olmuşdur. Məktəbi bitirdikdən sonra təhsilini Leninqradda Rəssamlıq Akademiyasının monumental heykəltaraşlıq fakültəsində davam etdirmişdir. Bakıya qayıtdıqdan sonra Ömər Eldarovun rəhbərliyi altında yaradıcılıq emalatxanasında heykəltaraşlıq sənətini öyrənməyə davam etmişdir.Görüş Babayev həm Azərbaycanda, həm də digər ölkələrdə təşkil olunan müxtəlif sərgilərdə iştirak etmiş, beynəlxalq müsabiqələrin qalibi olmuşdur. Onun əsərləri sırasına 1981-ci ildə Mirzə Şəfi Vazehə Gəncədə ucaldılmış abidə, Türkiyənin Ərzurum şəhərində "Arfa çalan qız", Sumqayıtda "Nizami Gəncəvi", "20 Yanvar şəhidlərinə abidə" və başqaları daxildir. Heykəltaraşın əsas işləri Rusiyanın Sankt-Peterburq şəhərində Nizami Gəncəvinin heykəli və Bakıdakı "Dədə Qorqud" abidəsinin hesab olunur.Heykəltaraş həm də pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. O, on il Türkiyədə müəllim kimi fəaliyyət göstərərək heykəltaraşlıqdan dərs demiş və "Türkiyə yuxuları" silsiləsindən əsərlərini işləmişdir.
"Taxta ayaq" əməliyyatı
"Taxta ayaq" əməliyyatı 1985-ci ilin sentyabrında 3 İsrail vətəndaşının Kiprdə öldürülməsi İsrail hökumətini bu işə görə məsuliyyəti öz üzərinə götürən Fələstin Azadlıq Təşkilatının (FAT) Tunisdəki mənzil-qərargahına hücum etməyə vadar etmişdi. Əməliyyat "Taxta ayaq" adı altında 1 oktyabr 1985-ci ildə həyata keçirilmişdi. 8 ədəd F-15, 8 ədəd F-16 markalı qırıcı-bombardmançı təyyarələrin hücumu ilə müşayiət olunan əməliyyat zamanı FAT-ın Tunis qərargahı dağıdılmış, 60-a yaxın üzvü həlak olmuşdu. Tunis rəhbərliyi ölənlər arasında dinc əhalinin olduğunu bildirdikdən sonra, sadiq müttəfiqi ABŞ da daxil olmaqla, dünya ictimaiyyəti İsraili bu işə görə sərt tənqid etmişdi. BMT isə zərərə görə Tunisə ödəniləcək reparasiya məsələsi qaldırdı. FAT buna "Akille Laura" gəmisini ələ keçirib, bir neçə nəfəri öldürməklə cavab vermişdi.
Xosrovun taxta çıxması
Xosrovun taxta çıxması — I Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Ağa Mirək Mirzə Qiyas tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. == Mövzu == Nizaminin "Xosrov və Şirin" poemasında, Xosrov, atası öldükdən sonra üsyan qaldıran əyan Bəhram Çubinə qarşı dura bilmir və mübarizə meydanından qaçır. O, Bərdəyə, Şirinin yanına gəlir. Lakin, Xosrovun bütün yalvarışlarına cavab olaraq Şirin ona xatırladır ki, başqaları onun taxtını tutduğu halda, Xosrovun eyş-işrətə uyması qəhrəmana yaraşan hərəkət deyil. Ancaq atasının taxtını geri aldığı təqdirdə Şirin Xosrovun arvadı ola bilər. Bu məğruranə və haqlı sözlər Xosrova təsir edir. O, Rum məmləkətinə gəlib ordan hərbi kömək aldıqdan sonra qayıdır, Bəhram Çubinə qalib gəlir və taxt-taca sahib olur. Miniatürün sağ tərəfində iki düzbucaq içərisində Şirinin dili ilə Xosrova müraciət edilən beyt yazılmışdır: == Təsviri == Miniatürdə izdihamlı təntənə şəraitində gənc şahın yenidən taxta çıxması mərasimi təsvir olunur.
Görüş (film, 1955)
Görüş — rejissor Tofiq Tağızadənin filmi Azərbaycan filmi.. Bu film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilmişdir. == Məzmun == Film bir-birilə yarışan Azərbaycan və Özbəkistan pambıqçılarının ənənəvi dostluğuna həsr edilmişdir. Filmin mərkəzində iki gəncin — özbək qızı Lala (Nelli Ataullayeva) ilə azərbaycanlı Kamilin (Arif Mirzəquliyev) saf məhəbbəti durur. Əmək qəhrəmanı, məşhur pambıqçı Lalaya olan saf məhəbbəti tənbəl və qayğısız Kamili kənd təsərrüfatı qabaqcılları sırasına gətirib çıxarır. Filmdə belə bir fikir irəli sürülür: Əmək insanı zinətləndirir, onu camaatın gözündə qaldırır və ona xoşbəxtlik gətirir. == Film haqqında == Film kinostudiyanın 1941-ci il planına salınsa da, Böyük Vətən müharibəsinin başlanması ilə çəkilişi təxirə salınır.Film quruluşçu rejissor Tofiq Tağızadə kinoda ilk müstəqil işidir.Film aktyor Əliağa Ağayevin kinoda ilk işidir. Film aktrisa Barat Şəkinskayanın kinoda ilk işidir. Film aktyor Ceyhun Mirzəyevin kinoda ilk işidir. == Səhvlər == Davamlılıq: Meşədə Musa Lalanı Bilqeyis zənn edib ona yaxınlaşanda Lalanın yaylığı başındadır.
Görüş (film, 2015)
Bakı, mən səni sevirəm kinoalmanaxı 2015-ci ildə ekranlaşdırılmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə "Mosfilm" kinokonsernində istehsal edilmişdir. Kinoalmanaxa 10 qısametrajlı film daxildir: "Aziya", "Görüş", "Rəssam", "Həyət", "Bəhram Gur", "Lotereya bileti", "Xəzər Atlantidası", "Sevgi haqqında", "Aysel" və "Təsadüf". Layihədəki hər bir ekran əsəri Bakının həyatından müxtəlif anları özündə əks etdirir. Əsas rolları Aziya Arcenti, Corc Qafarov, İlahə Həsənova, Vyaçeslav Razbeqayev, Tural Vaqifoğlu, Kamran Ağabalayev, Alessandro Bertoluççi, Eyşan Özhim, Cavanşir Hadıyev, Fuad Osmanov, Rasim Cəfər, Solmaz Süleymanlı, Ramil Əzimov, Şəbnur Qayıbova, Günel Məmmədova, Elşən Cəbrayılov, Aqniya Ditkovskite, Vadim Tsallati, Zemfira Sadıqova və Fərhad İsrafilov ifa edirlər. == Məzmun == Layihədəki hər bir ekran əsəri Bakının həyatından müxtəlif anları özündə əks etdirir. Qısametrajlı filmlər insanlar arasında münasibətləri, onların sevgi və həsrətlərini, şad və qəmli anlarını canlandırır. Bu insanları, münasibətləri, həyatın müxtəlif anlarını birləşdirən baş qəhrəman isə Bakı şəhəridir.
Leninlə Görüş (1968)
== Məzmun == Elmi-kütləvi film sovet hökumətinin başçısı V.İ.Leninin həyatından, təhsilindən, inqilabi fəaliyyətindən, onun daim Azərbaycanla maraqlanmasından bəhs edir. == Film haqqında == Filmin bir çox kadrları Lenin adına Mərkəzi muzeyin Bakı filialında çəkilmişdir. Çəkiliş zamanı muzeydə olan eksponatlardan, sənədlərdən, rəngkarlıq əsərlərindən istifadə olunmuşdur.
Toyda Görüş (1970)
== Məzmun == Film-konsertdə müğənni Mirzə Babayev telefonla tanışlarını toya dəvət edir və toya gələn müğənni qonaqlar mahnılar ifa edirlər. == Film haqqında == 1970-ci ildə çəkilmış olan bu filmdə, Flora Kərimova "Toy olsun, bayram olsun" (bəstəkar: Oqtay Kazımi) kompozisiyasını ifa etmişdi. Sonralar onun siyasi baxışlarına görə lent yazılarının böyük əksəriyyəti kimi bu fraqment də filmdən kəsilib məhv edilmişdir. Titrlərdə filmin heyətinin peşələri göstərilməyib.
Təsadüfi Görüş (1999)
== Məzmun == Əvvəllər bir-birini sevmiş iki gənc-Tamara (Sənubər İsgəndərli) və Murad (Fuad Poladov) 20 ildən sonra təsadüfən görüşürlər. Murad özünü tanımazlığa vurub bu görüşü qəribə bir "oyun"a çevirir. "Oyun"un sonu Muradın intiharı ilə qurtarır. == Festivallar və mükafatlar == 1) 1999-cu ildə II Flaqstaff Beynəlxalq kinofestivalı (ABŞ, Texas) Film bürünc Mükafat almışdır. “TESADUFI GORUSH” (OCCASIONAL MEETING): II Flagstaff International Film Festival (USA, 1999) – BRONZE AWARD Ankara International Film Festival (2000) XIII International Short Film Festival Clermont – Ferrand (2001) XXIX Algarve International Film Festival (2001) VI Forum Festival Moscow, (2002) Minsk International Film Festival — Listopad (2002) International Film Festival “Zolotoy Vityaz”, Russia (2003) “Golden Lamp”. National Cinematographic Award, Baku (2003) III “OFFensiva” Wroslaw International Film Festival, Poland (2005) Special Prize of V Youth International Short Film Festival “Sesily”, Tbilisi, Georgia (2005) == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Nərminə Quliyeva Quruluşçu rejissor: Şamil Əliyev Quruluşçu operator: Kənan Məmmədov Quruluşçu rəssam: Rafiz İsmayılov Bəstəkar: Rauf Əliyev Səs operatoru: Nataliya Nuriyeva === Rollarda === Fuad Poladov — Murad Sənubər İsgəndərli — Tamara Ələkbər Hüseynov — satıcı == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Xaldanda Görüş (1980)
== Məzmun == Kinolentdə bütün milli respublikalardan gəlmiş şagirdlərin görüşündən danışılır. == Film haqqında == Film Azərbaycan Maarif Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Aydın Süleymanlı
Aydın Süleymanlı (d. 22 mart 2005, Bakı, Azərbaycan) — azərbaycanlı şahmatçı, qrosmeyster (2021). Yeniyetmələr arasında dünya və ikiqat Avropa çempionu. "Aeroflot open 2020" turnirinin qalibi. == Uşaqlığı və şahmata başlaması == Aydın Elşən oğlu Süleymanlı 2005-ci il martın 22-də Bakıda anadan olub. 6 yaşında 249 nömrəli tam orta məktəbin birinci sinfinə gedib. 5 yaşından şahmatla məşğul olmağa başlayıb. İlk vaxtlar evlərinin yaxınlığındakı Xətai Rayon Mədəniyyət Mərkəzində şahmat məşğələlərinə qatılıb. Sonra valideynlərinin arzusu ilə Aydın Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbində Xalid Atababayevdən şahmatın sirlərini dərindən öyrənməyə başlayıb. == Şahmat karyerası == Aydın 6 yaşından başlayaraq beynəlxalq yarışlara qatılıb.
Azər Süleymanlı
Azər Süleymanlı (tam adı: Azər Şərif oğlu Süleymanov; 10 dekabr 1986, İkinci Nügədi, Quba rayonu) — Azərbaycan teleaparıcısı. O, karyerası boyunca "Xəyal TV", "Regional TV", "Space TV", "Mədəniyyət" və "İctimai TV" (indiyə kimi) telekanallarında çalışmışdır. Azər Süleymanlı "Səs Azərbaycan" kimi bir çox verilişin aparıcısı, o cümlədən Avroviziya Mahnı Müsabiqəsinin şərhçisi olmuşdur. == Həyatı == Azər Şərif oğlu Süleymanov 10 dekabr 1986-cı ildə Azərbaycanın Quba rayonunda yerləşən İkinci Nügədi kəndində anadan olmuşdur. O, 1993-cü ildə İkinci Nügədi kənd Oktay Məmmədov adına 1 saylı orta məktəbinə qəbul olmuş, 2004-cü ildə həmin məktəbi başa vurmuş və növbəti il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olmuşdur. O, 2009-cu ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. == Fəaliyyəti == Azər Süleymanlı 1999-cu ildə hələ məktəbli ikən Quba rayonu ərazisində fəaliyyət göstərən "Xəyal TV"-də (indiki Qafqaz TV) aparıcılığa başlamışdır. 2007-ci ilə qədər orada "Bizim sinif", "Dünya uşaqların gözü ilə", "Hər bazar" adlı verilişlərin aparıcısı olmuşdur. O, 2007-ci ildə təsis olunan "Regional TV"-nin (indiki ARB TV) ilk aparıcılarından biri kimi fəaliyyətinə orada davam etmişdir. 2016-cı ilə qədər həmin teleşirkətdə "Buralar", "Azərlə hər bazar", "AzərKeş", "ÖYRƏNirəm" adlı verilişlərin aparıcısı olmuşdur.
Elmir Süleymanlı
Elmir Aqil oğlu Süleymanlı (11 may 2001, Ağsu rayonu – 20 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Şəhid əsgər Süleymanlı Elmir Aqil oğlu 2001-ci il may ayının 11-də Ağsu rayonunun Gəgəli kəndində anadan olmuşdur. Elmir Süleymanlının atası Süleymanov Aqil Böyükağa oğlu daş ustası işləmiş, anası Süleymanova Ofelya Rəfael qızı isə evdar qadın olmuşdur. Elmir Süleymanlı 2007-ci ildə Sahib Mütəllimov adına Gəgəli kənd tam orta məktəbin birinci sinfinə daxil olub.2018-ci ildə həmin məktəbi bitirmişdir. Məktəbi bitirdikdən sonra Elmir Süleymanlı Azərbaycan Milli Ordusunda Beyləqan korpusunun "N" saylı hərbi hissəsinddə pulemyotçu ixtisası üzrə həqiqi hərbi xidmət keçmişdir. == Döyüş yolu == 2020-ci ilin sentyabr ayının 27-də İkinci Qarabağ müharibəsi başlayarkən Elmir Süleymanlı hərbi xidmətdə idi. Füzuli istiqamətindən döyüşlərə qatılaraq Cəbrayıl və Hadrut istiqamətində döyüşlərdə iştirak etmişdir. Elmir Süleymanlı döyüşlər zamanı çoxlu sayda qəhrəmanlıqlar göstərmişdir. Əsgər yoldaşlarının məlumatına görə o, yaralı komandir, baş gizir Elvin Ömərovu güllə yağışı altından çıxarmışdır . Elmir Süleymanlı isə Hadrutda 1621 yüksəkliyində düşmənlə üz-üzə dumanlı havada döyüşərkən snayperdən açılan güllə ilə həlak olmuşdur.
Kənan Süleymanlı
Kənan Sadıq oğlu Süleymanlı (30 yanvar 1991; Bakı, Azərbaycan — 9 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kənan Süleymanlı 30 yanvar 1991-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əslən Qərbi Azərbaycanın Zəngibasar rayonunun Rəncbər kəndindəndir. Orta təhsilini Bakı şəhər 94 saylı tam orta məktəbdə bitirmişdir. Azərbaycan Kooperasiya Universitetində ali təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Kənan Süleymanlı bir müddət Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində zabitlik kursu keçmişdir. Kursu başa vurduqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "leytenant" rütbəsi ilə xidmət etmişdir. Xidmətini başa vurduqdan sonra ehtiyatda olan zabit kimi ordudan tərxis olmuş, mülki fəaliyyətini davam etdirmişdir.Azərbaycan Ordusunun leytenantı olan Kənan Süleymanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü ehtiyatda olan zabit kimi iştirak etmişdir. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Mövlud Süleymanlı
Balakişiyev Mövlud Süleyman oğlu (Mövlud Süleymanlı; 18 mart 1943, Qızıl Şəfəq, Kalinino rayonu) — azərbaycanlı nasir, dramaturq, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1980), Əməkdаr incəsənət хаdimi (2003), Аzərbаycаn Xаlq yаzıçısı (2006). "Şöhrət","Şərəf" ordenləri laureatı == Həyatı == Mövlud Süleymаnlı 1943-cü il mаrt аyının 18-də Ermənistan SSR-nin Kalinino rayonunun Qızıl Şəfəq kəndində (keçmiş аdı "Cücəkənd") dоğulmuşdur. Аtаsı Süleymаn Məhəmməd оğlu 1942-ci ilin ахırlаrındа İkinci Dünya müharibəsinə getmiş, 1945-ci ilin аprel аyının 23-də Berlin uğrundа döyüşlərdə həlаk оlmuşdur. Аnаsı Bаğdаgül Mаhmud qızı bədаhətən şeirlər demişdir. Mövlud Süleymanlı Qızıl Şəfəq kənd 7 illik məktəbindən sоnrа qоnşu İlməzli kənd оrtа məktəbinin X sinfini (1960) bitirmişdir. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Filоlоgiyа fаkültəsinə dахil оlub, 1967-ci ildə оrаnı bitirmişdir. == Yaradıcılığı == Ədəbiyyata ötən əsrin 70-ci illərində gəlmiş Mövlud Süleymanlı yaradıcılığa lirik şeirlərlə başlamışdır. Onun "Əllərim" adlı ilk şeiri 1964-cü ildə "Аzərbаycаn gəncləri" qəzetində çаp оlunub. Ədibin "Bir ünvan" adlı şeir kitabı da çap olunub. M.Süleymanlının yaradıcılığını səciyyələndirən başlıca amillər ondan ibarətdir ki, əsərlərində məxsus olduğu xalqın tarixi, etnoqrafiyası, mənəvi-əxlaqi dəyərləri, vətənpərvərlik hisləri ön plandadır.M.Süleymanlının ilk nəsr kitabı yetmişinci illərin sonları çapdan çıxıb.
Qasım Süleymani
Qasım Süleymani (fars. قاسم سلیمانی‎‎; 11 mart 1957, Qənati-Məlik, Kirman ostanı, Pəhləvilər İranı[d] – 3 yanvar 2020[…], Bağdad Beynəlxalq Hava Limanı[d], İraq) — İranın İslam İnqilabı Keşikçiləri Korpusunun General-mayoru. 1998–2020-ci illər aralığında ölkə xaricində keçirilən gizli hərbi əməliyyatlar icra edən xüsusi hərbi birləşmə olan Qüds qüvvələrinin komandiri olub. Hərbi karyerasına 1980-ci illərdə İran-İraq müharibəsinin başlanğıcında 41-ci Tarallah divizionunun (bəzən Sarallah da deyilir) komandiri olaraq başlamışdır. İraqda Səddam əleyhdarı olan şiə və kürd qruplaşmalarına, daha sonra Livanda təşkilatlanan Hizbullah və Fələstinli hərbiləşdirilmiş təşkilat Həmasa hərbi dəstək verən əməliyyatlarda iştirak edib. 2012-ci ildə Suriyada vətəndaş müharibəsi əsnasında İranın müttəfiqi kimi Suriya hökumətini dəstəklədi. Süleymani 2014–15-ci illərdə İŞİD-ə qarşı vuruşan birləşmiş İraq hökuməti və yerli Şiə qüvvələrinə (Həşdi Şabi qruplaşması) dəstək verdi. Onun üsulları ittifaqa və hərbi-strateji diplomatiyaya hərbi və maliyyə yardımının birləşməsinə gətirib çıxarıb. == Keçmişi == Qasım Süleymani 1957-ci ilin 11 mart tarixində Kirman ostanının Rabor şəhristanında yerləşən Qənati-Məlik kəndində anadan olub. Məktəbi bitirdikdən sonra Kirman şəhərinə köçmüş və atasının borcunu ödəmək üçün tikinti işçisi olmuşdu.
Süleyman Süleymanov
Süleyman Məhəmməd oğlu Süleymanov (5 may 1935, Qurdlar, Marneuli rayonu – 26 iyul 2014, Tbilisi) — Gürcüstan SSR və Gürcüstanın tanınmış ictimai-siyasi və dövlət xadimi, jurnalist, publisist, tarixçi, tərcüməçi, redaktor, uzun müddət "Gürcüstan" qəzetinin baş redaktoru. == Həyatı == Süleyman Məhəmməd oğlu Süleymanov 1935-ci il mayın 5-də Gürcüstanın Marneuli rayonunun Kürdlər kəndində anadan olub. O, Marneuli Pedaqoji Texnikumunu və 1960-cı ildə Tiflis Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili-ədəbiyyatı və tarix fakültəsini bitirib. S. Süleymanov 1962-ci ildə Marneuli Rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsinə seçilib. 1964-cü ildən həmin rayonun partiya komitəsində təlimatçı, təbliğat və təşviqat şöbə müdiri, təşkilat şöbə müdiri, rayon partiya komitəsinin katibi vəzifələrində çalışıb, büro üzvü və dəfələrlə rayon sovetinin deputatı seçilib. O, 1972-ci ildən ömrünün sonunadək "Sovet Gürcüstanı" və onun davamı kimi 1990-cı ildən "Gürcüstan" qəzetinin baş redaktoru vəzifəsində çalışıb. 92 illik şərəfli tarixə malik olan "Gürcüstan" qəzeti sovetlər dönəmində də, ondan sonra da Gürcüstanda anadilli mətbuat işçilərinin yaradıcılıq mərkəzinə çevrilib, redaksiya isə bir sıra təşəbbüs və başlanğıclarla fərqlənib, müəlliflik mükafatlarına layiq görülüb. Onlardan biri — 1979-cu ildə qəzetin Moskvada Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin iştirakçısı kimi dörd nəfər yaradıcı əməkdaşı sərginin bürünc və gümüş medalları ilə təltif olunub. S. Süleymanov Gürcüstan KP MK — nın 23, 24, 25-ci qurultaylarında Təftiş Komissiyasının üzvü, 1980-ci ildə Gürcüstan SSR Ali Sovetinin deputatı seçilib. Qırx iki illik qəzet redaktoru vəzifəsini yerinə yetirmək dövründə "Gürcüstan" qəzeti redaksiyası Gürcüstanda azərbaycanlıların ölkənin fəal vətəndaşları olmaları, öz hüquq və vəzifələrini yerinə yetirmələri sahəsində əsl məlumatlandırma mərkəzinə çevrilərək öz ətrafında yaradıcı qüvvələri toplayıb, milli varlığın, ana dilinin, mədəniyyətin, vicdan azadlığının müdafiəsi sahəsində fəaliyyətini dayandırmayıb.
Nadir Nadirov
Nadir Nadirov (qaz. Нәдір Кәрімұлы Нәдіров; rus. Надир Каримович Надиров; 6 yanvar 1932, Naxçıvan və ya Naxçıvan Muxtar Respublikası – 24 avqust 2021) – Azərbaycan kürdlərindən olan Qazaxıstan mühəndisi. O, 6 yanvar 1932-ci ildə Sədərək, Naxçıvan MSSR-də anadan olmuşdur. Nadir Nadirovun ailəsi 1933-cü ildə Qazaxıstana deportasiya edilmişdir. O, Qazaxıstanda Kürd asosiasiyasının prezidenti və Qazaxıstan Mühəndislik Akademiyasının ilk vitse-prezidenti olmuşdur. O, həmçinin, Neft elmi mərkəzinin direktoru olmuşdur. 1992-ci ildə o, 1930 və 1940-cı illərdə keçmiş Sovet İttifaqında kürdlərin kütləvi deportasiya hesabları ilə ictimaiyyətə çatdırıldı. == Kitablar == N.K. Nadirov, A.P. Popov, Neftdən zülal, ABŞ Ortaq Nəşrlər Araşdırma Xidməti, Sprinqfild, Virciniya, 1974. N.K. Nadirov, N. S. Nametkin, Podsolevye nefti Prikaspiĭskoĭ vpadiny, 302 pp., Izdvo Nauka Kazakhskoi SSR, 1983 (Rusiyada).
Gorus
Gorus (erm. Գորիս) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin şərqində yerləşən keçmiş Gorus rayonunun inzibati mərkəzi olmuş şəhər. Əvvəllər Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında kənd olmuşdur. == Tarixi == Erməni mənbələrində Gorusun XIII əsrdən xatırlandığı göstərilir. Erməni ədəbiyyatında Qoris Gerusi, Gorus formasında qeyd edilir. Toponim gorus (qoros, xoros) türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimidir. Quruluşca sadə toponimdir. İlk dəfə 1924-cü ildə, daha sonra isə 1934-cü ildə respublika tabeli şəhər kimi təsdiq olunub. == Coğrafiyası == Bazarçay (Vorotan) çayının sol tərəfində yerləşir.
Qoruq
Qoruq — mövcud təbiət komplekslərini qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət əraziləridir. Qoruqlar elm, mədəniyyət və təsərrüfat üçün müstəsna əhəmiyyəti olan, dövlət tərəfindən mühafizə edilən ərazilərdir (akvatoriyalar). Qoruqlar təbiətin ən yaxşı mühafizə formalarından biridir. Burada müxtəlif təbii zonaların xarakterik landşaftları, kökü kəsilməkdə olan, yaxud nadir hallarda rast gələn bitki və heyvan növləri, eləcə də aradan çıxmaq təhlükəsinə məruz qalan təbii komplekslər və onların komponentləri, marağalar, şəlalələr, buzlaqlar və s. qorunur. Qoruqlarda geoloji kəşfiyyat işləri, şumlama, mal-qara otarması, turizm, ov etmək, balıq tutmaq, ağac kəsmək, bitkiləri məhv etmək, ümumiyyətlə təbii sərvətlərdən istifadə etmək və onların təbii halını pozmaq qadağan edilir. Qoruqlar təbii canlı laboratoriya sayılır. Burada müxtəlif obyektlərdə uzun illər boyu tədqiqatlar aparılır, təbiətin etalon və kontrol sahələrində mürəkkəb ekoloji sistemlərin inkişafı qanunauyğunluqları öyrənilir. Tədqiqat zamanı əldə edilən materiallar təsərrüfatda istifadə edilən sahələrlə müqayisə edilir. Belə nəticələr təbii mühitin pozulma dərəcəsini aşkara çıxarmağa və onun qarşısını almaq üçün tədbirlər sistemini hazırlamağa imkan yaradır.
Qürub
Qürub və ya Günbatımı — Yerin öz ətrafında fırlanmasının nəticəsi olaraq Günəşin üfüqün aşağısında qeyb olmasıdır.
Qundaq-qundaq
Süleyman Süleymanov (jurnalist)
Süleyman Məhəmməd oğlu Süleymanov (5 may 1935, Qurdlar, Marneuli rayonu – 26 iyul 2014, Tbilisi) — Gürcüstan SSR və Gürcüstanın tanınmış ictimai-siyasi və dövlət xadimi, jurnalist, publisist, tarixçi, tərcüməçi, redaktor, uzun müddət "Gürcüstan" qəzetinin baş redaktoru. == Həyatı == Süleyman Məhəmməd oğlu Süleymanov 1935-ci il mayın 5-də Gürcüstanın Marneuli rayonunun Kürdlər kəndində anadan olub. O, Marneuli Pedaqoji Texnikumunu və 1960-cı ildə Tiflis Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili-ədəbiyyatı və tarix fakültəsini bitirib. S. Süleymanov 1962-ci ildə Marneuli Rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsinə seçilib. 1964-cü ildən həmin rayonun partiya komitəsində təlimatçı, təbliğat və təşviqat şöbə müdiri, təşkilat şöbə müdiri, rayon partiya komitəsinin katibi vəzifələrində çalışıb, büro üzvü və dəfələrlə rayon sovetinin deputatı seçilib. O, 1972-ci ildən ömrünün sonunadək "Sovet Gürcüstanı" və onun davamı kimi 1990-cı ildən "Gürcüstan" qəzetinin baş redaktoru vəzifəsində çalışıb. 92 illik şərəfli tarixə malik olan "Gürcüstan" qəzeti sovetlər dönəmində də, ondan sonra da Gürcüstanda anadilli mətbuat işçilərinin yaradıcılıq mərkəzinə çevrilib, redaksiya isə bir sıra təşəbbüs və başlanğıclarla fərqlənib, müəlliflik mükafatlarına layiq görülüb. Onlardan biri — 1979-cu ildə qəzetin Moskvada Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin iştirakçısı kimi dörd nəfər yaradıcı əməkdaşı sərginin bürünc və gümüş medalları ilə təltif olunub. S. Süleymanov Gürcüstan KP MK — nın 23, 24, 25-ci qurultaylarında Təftiş Komissiyasının üzvü, 1980-ci ildə Gürcüstan SSR Ali Sovetinin deputatı seçilib. Qırx iki illik qəzet redaktoru vəzifəsini yerinə yetirmək dövründə "Gürcüstan" qəzeti redaksiyası Gürcüstanda azərbaycanlıların ölkənin fəal vətəndaşları olmaları, öz hüquq və vəzifələrini yerinə yetirmələri sahəsində əsl məlumatlandırma mərkəzinə çevrilərək öz ətrafında yaradıcı qüvvələri toplayıb, milli varlığın, ana dilinin, mədəniyyətin, vicdan azadlığının müdafiəsi sahəsində fəaliyyətini dayandırmayıb.
Nadir Nadirov (mühəndis)
Nadir Nadirov (qaz. Нәдір Кәрімұлы Нәдіров; rus. Надир Каримович Надиров; 6 yanvar 1932, Naxçıvan və ya Naxçıvan Muxtar Respublikası – 24 avqust 2021) – Azərbaycan kürdlərindən olan Qazaxıstan mühəndisi. O, 6 yanvar 1932-ci ildə Sədərək, Naxçıvan MSSR-də anadan olmuşdur. Nadir Nadirovun ailəsi 1933-cü ildə Qazaxıstana deportasiya edilmişdir. O, Qazaxıstanda Kürd asosiasiyasının prezidenti və Qazaxıstan Mühəndislik Akademiyasının ilk vitse-prezidenti olmuşdur. O, həmçinin, Neft elmi mərkəzinin direktoru olmuşdur. 1992-ci ildə o, 1930 və 1940-cı illərdə keçmiş Sovet İttifaqında kürdlərin kütləvi deportasiya hesabları ilə ictimaiyyətə çatdırıldı. == Kitablar == N.K. Nadirov, A.P. Popov, Neftdən zülal, ABŞ Ortaq Nəşrlər Araşdırma Xidməti, Sprinqfild, Virciniya, 1974. N.K. Nadirov, N. S. Nametkin, Podsolevye nefti Prikaspiĭskoĭ vpadiny, 302 pp., Izdvo Nauka Kazakhskoi SSR, 1983 (Rusiyada).
Qundaq-qundaq oyunu
Tamada
Tamada — Qonaqlıqlarda, toylarda və sairədə məclisi idarə edən şəxs; süfrəbəyi, masabəyi. == Tamada haqda == Tamada Türk deyimi olub "ev-eşiyi" (damata deməkdir. Toy şənliklərinə dəvət olunan toybəyinin xələflərindən biri kimi bizim günlər şəhər mühitində keçirilən ziyafət və qonaqlıqların başçısı, toy məclislərini idarə edən peşəkar sərəncamçı "masabəyi" yə verilən ad. Ona bəzən "süfrəbəyi" də deyilir. Tamada, bir qayda olaraq, təşkilatçılarla seçilir, və ya tədbirin iştirakçıları tərəfindən seçilir. Tamadanın vəzifələrinə nitqlərin (danışıqların) və tostların sırasının (nizamının) qurulması, təşkilat və artistlərin çıxışlarının kontrolu daxil olur. Tamada alkoqollu içkilərdən istifadə etmir. Çox ölkələrdə belə növün (nəsilin) ənənələri mövcuddur. Tamadanın ənənəsinin post-sovet vaxtına Sovet İttifaqının bütün respublikalarına yayıldı. Əsl peşəkar tamada - Təkcə yumor hissiylə deyil, həm də şən və istedadlı olmalıdır.
Tuxtla
Tuxtla (lat. Tuxtla) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Tuxtla pittieri (Greenm.) Villaseñor & StrotherSinonimZexmenia pittieri Greenm.
Ağbulaq (Gorus)
Ağbulaq (erm. Աղբուլլաղ) — Ermənistanın Gorus rayonunun Sünik mərzində kənd. Hazırda kənddə yaşayış yoxdur. == Tarixi == Kəndin 1830-cu ildən sonra salındığı güman edilir. Ağbulaq Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunun ərazisində yerləşmişdir.1918-ci ildə Ağbulaq camaatı Andronikin quldur dəstəsinə qarşı mərdliklə döyüşmüş, uzun müddət öz kəndlərini tərk etməmişlər. Lakin kəndin müdafiəçilərinin sursatı qurtardıqdan sonra camaat kənddən çıxmağa məcbur olmuş və Qubadlı, Füzuli, Ağdam rayonlarında məskunlaşmışlar. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılar tarixi-etnik torpaqlarına qayıtmış (40-a yaxın ev) və Ağbulaq kəndini yenidən bərpa etmişlər. 1988-ci ilin noyabr ayının sonlarında ağbulaqlılar Ermənistan dövləti tərəfindən deportasiyaya məruz qalmış və öz doğma yurd-yuvalarını tərk etməli olmuşlar. == Mədəniyyəti == Kənddə 1931-ci ildə məktəb açılmış, 1935-ci ildə isə kolxoz qurulmuşdur. Ağbulaqda klub, kitabxana, məktəb, kolxoz idarəsinin binası, tibb məntəqəsi, mağaza və s.
Ballıqaya (Gorus)
Balliqaya — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Gorus rayonunda) kənd adı. == Toponim == Oradakı "Ballı qaya"nın adındandır. Qayanın adı bal arısı yuvalarının olması ilə bağlıdır. XIX əsrdə Zəngəzurda yaşamış Safulu tayfasının qışlaqlarından birinin adıdır. == Əhalisi == 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. == Həmçinin bax == Ballıqaya (Qubadlı) Ballıqaya (Ağdam) == Ədəbiyyat == Qeybullayev Q.Ə. Qədim türklər və Ermənistan. Bakı, 1992. Budaqov B.Ə. Ermənistanın Azərbaycan mənşəli coğrafi adları. “Didərginlər” məcmuasi. Bakı, 1990.
Bayandur (Gorus)
Bayandur — İrəvan quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 37 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı həm də I Bayandur, II Bayandur formalarında qeyd edilir. Toponim bayandur türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 7.V.1969 - cu il fərmanı ilə adı dəyişdirilib Vağatur qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 101 nəfər, 1873-cü ildə 514 nəfər, 1886-cı ildə 869 nəfər, 1897-ci ildə 363 nəfər, 1904-cü ildə 830 nəfər, 1914-cü ildə 409 nəfər azərbaycanlı yaşamışdır.
Burun (Gorus)
Burun — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 5 km məsafədə yerləşir. Toponim Azərbaycan dilində «irəliyə çıxan və ya suya doğru uzanan quru», «qurunun, dənizin içinə girən dağlıq, qayalıq hissəsi», «qurunun, dağın və ya qayanın sivri bucaq şəklində düzünə tərəf uzanmış hissə», başqa türk dillərində «dağ çıxıntısı, qum silsiləsi, cərgəsi, qum təpəsi», «sıra dağlardan ayrılan dağ qolu, dil» mənasında işlənən «burun» sözündən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca sadə toponimdir.
Gorus (dəqiqləşdirmə)
Gorus — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında kənd. İndi Gorus rayonunda şəhər və rayon mərkəzi. Gorus rayonu — indi Ermənistan adlanan respublikada rayon. Gorus çayı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda çay. Gorus Hava Limanı — Ermənistan Respublikasında Sünik mərzinin Gorus şəhəri Şinuyar kəndi yaxınlığında yerləşən fəaliyyətsiz mülki hava limanı.
Gorus (şəhər)
Gorus (erm. Գորիս) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin şərqində yerləşən keçmiş Gorus rayonunun inzibati mərkəzi olmuş şəhər. Əvvəllər Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında kənd olmuşdur. == Tarixi == Erməni mənbələrində Gorusun XIII əsrdən xatırlandığı göstərilir. Erməni ədəbiyyatında Qoris Gerusi, Gorus formasında qeyd edilir. Toponim gorus (qoros, xoros) türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimidir. Quruluşca sadə toponimdir. İlk dəfə 1924-cü ildə, daha sonra isə 1934-cü ildə respublika tabeli şəhər kimi təsdiq olunub. == Coğrafiyası == Bazarçay (Vorotan) çayının sol tərəfində yerləşir.
Gorus rayonu
Gorus rayonu — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Zəngəzur mahalı ərazisində rayon. Mərkəzi Gorus şəhəridir. Azərbaycan Rusiyaya birləşdirildikdən sonra o dövrün ərazi inzibati bölgüsünə görə yaradılmış Yelizavetpol quberniyasının Zəngəzur qəzasının mərkəzi Gorus şəhəri olmuşdur. Zəngəzur Ermənistana verildikdən sonra isə Ermənistan SSR-in tərkibində 1930-cu il sentyabrın 9-da Gorus rayonu yaradılmışdır. Rayonun ərazisi 752 km²-dir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 250 km-dir. 1988-ci ilə kimi azərbaycanlıların yaşamaqda davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Şurnuxu, Ağbulaq, Şamsız, Qurdqulaq, Şahverdilər, Gorus. Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları: == Tarixi == Gorus Qafqazda ən qədim yaşayış məskənlərindən biri olmuşdur. Orta əsrlərdə Qədim İpək yolunun bir hissəsi sayılan, Naxçıvandan Xəzəryanı şəhərlərə, Qarabağa və başqa yerlərə duz daşıyan karvanların yolu Gorusdan keçib gedərmiş. Qarabağ xanları Gorus ermənilərinə qarşı həmişə xoş münasibət bəsləmişlər.
Qaladərəsi (Gorus)
Qaladərəsi, Halidzor, Qalidzor, Alidzor — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonundakı kənd. == Tarixi == Rayon mərkəzindən 21 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim ərəb dilində «möhkəmləndirilmiş yer, şəhər» mənasında işlənən qala sözü ilə Azərbaycan dilində «iki dağ və ya təpə arasında, düzənlikdə uzun, dərin çuxur» mənasında işlənən dərə sözünün birləşməsindən əmələ gəlib «dərədə yerləşən qala yanında olan kənd» mənasını ifadə edir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Kəndin adı erməni dilinə kalka edilərək Qalidzor (Qala dərəsi) qoyulmuşdur.
Qoruq (Talış)
Qoruq (fars. قروق‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,160 nəfər yaşayır (274 ailə).
Qurdqulaq (Gorus)
Qurdqulaq (erm. Վանանդ — Vənənd) — Ermənistanın Gorus rayonunun Sünik mərzində kənd. Hazırda kənddə yaşayış yoxdur. == Tarixi == Kəndin 1865-ci ildə Qubadlı rayonunun Hacılar kəndindən köçən adamlar tərəfindən salındığı güman olunur. Qurdqulaq Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunun ərazisində yerləşmişdir.1918-ci ildə Qurdqalaq kəndi ermənilər tərəfindən dağıdılmış, kənd camaatının bir hissəsi qətlə yetirilmiş, bir hissəsi isə (təxminən 70-80 ailə) Qubadlı və Cəbrayıl rayonlarına qaçmışlar. Sovet hökuməti qurulduqdan sonra Qurdqalaq camaatından 35-40 ailə yenidən Gorusa qayıdaraq, öz kəndlərini bərpa etmişlər. 1988-ci ilin noyabr ayının sonlarında qurdqulaqlılar Ermənistan dövləti tərəfindən deportasiyaya məruz qalmış və öz doğma yurd-yuvalarını tərk etməli olmuşlar. == Mədəniyyəti == Kənddə 1934-cü ildə ibtidai məktəb açılmış, 1935-ci ildə isə kolxoz qurulmuşdur. Kəndin klubu, məktəbi, kitabxanası, tibb məntəqəsi, mağazası, su dəyirmanı, idarə binası və s. sosial obyektləri var idi.
Xınzırək (Gorus)
Xınzırək — Ermənistanın Sünik mərzinin Gorus bələdiyyəsində yerləşən kənd. Kəndin ilkin tarixi adı "Xanzirək"dir. Ermənilər çox vaxt "a" səsini "ı" kimi tələffüz etdiklərindən "Dağ" kəndini "Dığ" adlandırdıqları kimi "Xanzirək" kəndini də əvvəlcə "Xınzirək", sonra isə "Xnzoresk" adlandırmışlar. == Tarixi == Bu kənd Orta çağda Sünik bölgəsinə bağlı idi. XIII əsr tarixçisi Stepanos Orbelinin əsərlərində adı çəkilir. Qarabağ xanlığı dönəmində Tatev mahalının ərazisində qərar tuturdu.
Süleyman Məmmədov (dövlət xadimi)
Məmmədov Süleyman Fərhad oğlu (1932, Göyçay, Azərbaycan SSR) — Azərbaycanın görkəmli dövlət xadimi, SSRİ Ali Sovetinin deputatı, Gəncə Şəhəri Xalq Deputatları Sovetinin sədri, Gəncə Alüminium zavodunun direktoru. == Həyatı == Süleyman Məmmədov 1932-ci ildə Göyçay şəhərində anadan olub. Göyçay şəhər 4 №li orta məktəbi bitirdikdən sonra ali təhsil almaq üçün Bakı şəhərinə gəlir və sənədlərini Azərbaycan Sənaye İnstitutuna verir. 1954-cü ildə həmin İnstitutu bitirərək təyinatla Sumqayıt Alüminium zavoduna işləməyə göndərilir. 1959-cu ildən həmin zavodun baş mexaniki təyin olunur. 1960-cı ildə ona Azərbaycan Ali Sovetinin Fərmanı ilə "Azərbaycan SSR əməkdar səmərələşdiricisi" fəxri adı verilir. Azərbaycan hökumətinin göndərişi ilə 1962-ci ildə Gəncədə tikilən Alüminium zavodu üçün 5,7 milyon rubl dəyərində olan texnoloji avadanlığı qəbul etmək üçün Çexoslovakiyaya ezam olunur. SSRİ Əlvan Metallurgiya Nazirliyinin razılığı ilə 1967-ci ildə Azərbaycanda yaradılan xüsusi Tikinti Quraşdırma idarəsinin müdiri, 1970-ci ildə isə Gəncədəki İttifaq əhəmiyyətli Alüminium zavodunun direktoru vəzifəsinə təyin olunur. 4700 nəfər işçisi olan Kirovabad Alüminium zavoduna 7 il rəhbərlik edir. 1971-1972-ci ildə "Qırmızı Əmək Bayrağı" və "Şərəf Nişanı" ordenləri ilə təltif olunur.
Vüqar Süleymanov (dövlət xadimi)
Vüqar Əhəd oğlu Süleymanov (7 may 1965) — Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri == Həyatı == Vüqar Süleymanov 7 may 1965-ci ildə anadan olub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsi və Azərbaycan Dövlət İqtisad Universitetinin xarici iqtisadi əlaqələr sahəsində iqtisadçı ixtisasını bitirib. 1988-ci ildən 1994-cü ilədək Bakı Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğul olub. === Ailəsi === Ailəlidir, 3 övladı var. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1994–2002-ci illərdə özəl təşkilatlarda çalışıb. 2002–2005-ci illərdə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdə (ANAMA) Partlamamış hərbi sursat əməliyyatları üzrə mütəxəssis kimi fəaliyyət göstərib. 2018–2020-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyində baş məsləhətçi, şöbə müdiri vəzifələrini icra edib.21 aprel 2020-ci il tarixdən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsində işləyib. 4 fevral 2021-ci ildə Prezident İlham Əliyevin imzaladığı sərəncamla Vüqar Əhəd oğlu Süleymanov Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.
Qundaqlı yay-ox
Qundaqlı yay-ox (köhnə azərbaycanca tarixi adları: Çarx چارخ Zənbərək زنبرک Zənburək زنبورک) — mexaniki yay-ox Azərbaycan Respublikası qanunvericiliyinə əsasən soyuq atıcı silah növüdür. Arbalet adi yay və oxdan dəqiq atış və dağıdıcı gücü ilə fərqlənir, lakin ox və yay arbaletdən daha sürətlidir. Arbaletdən atış üçün bolt, ox və ya güllədən istifadə edilir. Döyüş zamanı həm mexaniki (əl ilə istifadə edilən), həm də xüsusi avadanlığın üzərinə quraşdırılmış iri həcmli arbaletlərdən də istifadə edilirdi. Belə arbaletlərə arkbalist deyilir. == Mexanizm == Arbaletin əsas hissəsi qundaqdır və qundağın iç hissəsinə tətik quraşdırılır. Qundağın üzərində istiqamətləndirici (oxları) oyuq olur. Qundağın sonuna isə çiyinlər bərkidilir və həmin çiyinlərə ayağ üçün halqa quraşdırılır. Həmin halqaya arbaleti doldurma zamanı ayaq keçirilir. Çiyinlər elastikliyə malik polad, ağac və ya buynuzdan hazırlanır.
Gündoğdu
Gündoğdu (Miyanə)
Maxta
Maxta — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Maxta kənd inzibati-ərazi vahidi Şərur rayonunun tərkibinə verilmişdir. == Etimologiyası == Naxçıvan MR Şərur rayonunda kənd kimi mövcud olan Maxta adı qrammatik formasına görə Maxta/maq-tağ/q/ şəklində olmaqla iki hissədən ibarətdir. Sözün ilk hissəsi olan max-maq formasının danışıq şəkli (şifahi nitq) hesab edilməlidir. "Tağ/taq/" isə tağ, qol, hissə mənası verir. Avesta abidəsi ilə əlaqədar dini ayinləri icra edən şəxslərə "maq" deyilirmiş. Bu söz sonralar öz mənalarını genişləndirərək kahinlik, kahin kasta (Midiyada və İranda), həmçinin Məzdəkiliyin ardıcıllığı və s. kimi mənalar daşımışdır. Maq sayılan şəxs cadugər (əslində bu türkəçarə, müalicə, dini müalicə məqsədilə işlər görən mənası kimi nəzərdə tutulmalıdır), sehrbaz, astroloq və b. mənalar vermişdir.
Tafta
Tafta — ipəkdən hazırlanan parça növü. Saya və naxışlı olur. "Tafta" sözünün izahını İranda olan yer adı ilə bağlayırlar, ehtimal ki, parçanın adı da burdan götürülüb. Tafta, sapının zərif tovluluğu, sıxlığı, davamlılığı, naxışlarının sadəliyi, rəng harmoniyasının ifadəli həlli ilə həmnövlərindən fərqlənən, xalq məişətində istifadə olunan ipək toxumadır. Azərbaycan milli toxumalarından olan tafta hələ XV-XVII əsrlərdə Avropa və Rusiyada böyük şöhrət tapmışdı. XIX əsrdə Şuşa, Şamaxı və onun ətraf kəndləri tafta parça istehsalında Zaqafqaziyada birinci yeri tuturdu. Bu zaman Şamaxıda ən çox qırmızı, sarı, yaşıl, göy və s. rəngli zolaq və millərdən ibarət dama-dama naxışlı tafta parçalar daha çox istehsal edilirdi. Ən sıx toxumada dörd əriş sap götürülürdü. Bu cür kip toxunuşlu tafta parça xalq arasında "Çarta tafta" adlanırdı.
Tamta
Tamta Qoduadze və ya sadəcə Tamta (gürc. თამთა გოდუაძე; yun. Τάμτα Γκοντουάτζε; 10 yanvar 1981, Tbilisi) — Gürcü əsilli Yunanıstan müğənnisi. O, 2004-cü ildə iştirak etdiyi Super Idol musiqi yarışmasından sonra Yunanıstan və Kiprdə şöhrət qazanmışdır. Tamtanın Yunanıstan və Kiprdə bir neçə hit mahnıları olmuşdur. O, 2014-cü ildə X Factor Gürcüstan və 2016-cı ildə isə X Factor Yunanıstan yarışmalarında münsif olaraq yer almışdır. Tamta "Replay" mahnısı ilə Kipri Tel-Əvivdə keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı və musiqi karyerası == Tamta Qoduadze Gürcüstanda anadan olmuş və böyüyüb başa çatmışdır. Orada beş yaşında ikən musiqi ilə maraqlanmağa başlamışdır. Tamta 22 yaşında ailəsi ilə birlikdə Yunanıstana köçmüşdür.
Tatla
Dəlibəng (lat. Datura) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. == Haqqında == Dəlibəng - Qaragilə fəsiləsinə aid olan birillik bitkidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, yumurtavari formadadır. Meyvəsi tikanlı qutu formasında olub şara oxşayır, toxumu qara-qonur qəhvəyi rəngdə olub böyrəyə bənzəyir. Dəlbəng başlı-başına buraxılmış, çürümüş torpaq və peyinlə zəngin olan torpaqda, bağça və bostanda bitir. Tərkibində atropin, hiostiamin skopalamin alkaloidləri vardır. Bitkinin bütün hissələri, xüsusilə meyvələri daha kəskin zəhərlidir. Körpə heyvanlar üçün təhlükəlidir.
Gündoğdu (Bostanabad)
Gündoğdu (fars. گوندوغدي‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 189 nəfər yaşayır (39 ailə).
Gündoğdu (Miyanə)
Gündoğdu (fars. گوندوغدي‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,356 nəfər yaşayır (292 ailə).
Gündoğdu bəy
Gündoğdu bəy (1196, Əhlat – Söğüt, Biləcik ili) — 1196-cı ildə Süleyman Şahın oğlu kimi anadan olub. Böyük qardaşı Sunqur Təkin, qardaşları Ərtoğrul Qazi və Dündar bəydir. Süleyman Şah Fərat ətrafında boğulandan sonra qardaşı Ərtoğrul Qazi ilə fikir ayrılığı yaşamış və böyük qardaşı Sunqur Təkin başda olmaq şərti ilə qəbilənin əksəriyyəti məmləkətləri Ahlata geri qayıtmışdır. == Həyatı == Gündoğdu bəyin həyatı haqqında kifayət qədər məlumatlar mövcud deyildir. Əldə olan məlumatlara görə, qardaşı Ərtoğrulla məmləkət iddiası aparmış və nəhayət, Ərtoğrul bəy, Dündar bəy və şərikləri Söğütə, Gündoğdu bəy, Sunqur Təkin bəy və qəbilənin əksəriyyəti isə Əhlata getmişdir. == Qardaşları == Böyük qardaşı Sunqur Təkin, digər qardaşları isə Ərtoğrul Qazi və Dündar bəydir və Gündoğdu bəy özü Süleyman Şahın ikinci böyük oğludur.