Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Danqı nahiyəsi
İncərud nahiyəsi — XIV əsr-XIX əsrlər. İnzibati ərazi. 1593 cü ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyaləti Gəncə sancağı inzibati–ərazi nahiyə 1593-cü ildə Osmanlı dövləti Gəncə nahiyyəsinin oba, kənd, qışlaq və məzrələrini siyahıya alıb. Həmin siyahıdan çıxarış belədir Şah II. Abbas’ın 1650 tarixli fərmanı ilə Gəncə-Qarabağ bəylərbəyliğinə bağlı Danqı nahiyəsinin Şəki ölkəsinin idarəsinə geçici olaraq verildi.
Dehxarqan nahiyəsi
Dehxarqan mahalı — XIV əsr-1990 inzibati nahiyə. Marağanın bölgələrindən biri. Mərkəzi Dehxarqan (indiki Azərşəhr) şəhəridir. Elxanilər dövləti Azərbaycan vilayətinin Marağa tüməninin nahiyəsi olmuşdur.
Dirəcrud nahiyəsi
Dirəcrud mahalı — XIV əsrdə mövcud olmuş inzibati nahiyə, Təbrizin bölgələrindən biri. 1593-cü ildə Osmanlı İmperiyasının Təbriz əyalətinin Təbriz sancağı nahiyəsi 1724-ci ilin icmal dəftərinə görə Təbriz əyalətinə tabe olan Təbriz livası Səracu nahiyəsində aşağıdakı kəndlər mövcud idi: Mərkəzi Dirəcrud şəhəridir. Ağacəri: Qaraqoyunlu ulusuna bağlı olan Ağacərilər, Maraş bölgəsindəki ormanlarda yaşarkən, 15-ci yüzildə Qaraqoyunlu oymaqlarıyla birlikdə Azərbaycana köç etdilər. Bunlar, 1727-də Ərdəbilin Həştərud, Marağanın Səracu, İrəvanın Gərni, Təbrizin Səidabad ilə Dirəcrud nahiyələrində öz adlarını daşıyan kəndlərdə məskun idilər. Dirəçilər (Dəriçilər): 1727-ci il etibarilə Marağa (Qavdan nahiyəsi) və Təbriz (Sərdsəhra, Xıtay, Dehxarqan, Dirəcrud və Mehranərud nahiyələri) yörələrində təsadüf edilən bu oymaq, Anadoludakı Atçəkənlərə bənzər, dəriçiliklə məşğul olan bir məslək təşəkkülü olaraq görünməkdədir. Dirəçi tayfasına bağlı oymaqlar: Aqça, Qasım, Məkin və digər Qasım (Qavdan), Dəbbağan və Əmir (Sərdsəhra), Məlik (Xıtay), Hacılu, İmani, Mirzə (Dehxarqan), Həmzə, Həsənbəg, İskəndər, Kəbir, Nəbarbəg (Dirəcrud), Dirəçi, İskəndərdir (Mehranərud).
Dizaq nahiyəsi
Dizaq nahiyəsi — Qarabağda XIII əsr-1939 inzibati nahiyə. Qarabağ bəylərbəyliyinin Arazbar ölkəsinin inzibati ərazisi. 1593-cü ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətinin Dizaq sancağı nahiyəsi. Dizaq nahiyəsi 79 kənd 3 qışlağı 1 məzrədən ibarətdi. Bu kəndlərdən 33 boş və kimsəsiz olub onların yalnız vergi hasılatı qeyd olunmuşdur. 1 Qoçəhmədli 2 Qarabulaq qışlağı 1727-ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətinin Bərgüşad livasının Dizaq nahiyəsi 86 Köy bulunmakta 41 köy ise boştur vergi veren : 1 Tuğ 2 Cəbrayıl (Cebrayıllı) 3 Daşkəsən (Cəbrayıl) 4 Hadrut (Haderud) 5 Sur 6 Mehemmedzur 7 Benazur 8 Köşbek 9 Azıx (Xocavənd) (Azug) 10 Seleketün 11 Düdükçü 12 Susalıg 13 Tomu 14 Zamzur 15 Edilli Eydilli (beydilli) 16 Dərəaxunlu 17 Cerağuş 18 Teğasi 19 Metucahan ve gışlaglar 20 Tumaglı 21 Əhmədli 22 Mingülab Teresu 23 Qarğabazarı 21 Qoçəhmədli 12 nəfər vergi ödəyən adam var. Bu adamlar 12.000 ağça vergi ödəyirmişlər. Məşğuliyyətləri əkinçilik imiş. Buğda, arpa və pərinc əkirmişlər. Ipəkçiliklə də ilgilənirmişlər.
Dol nahiyəsi
Dol mahalı — XIV əsr-XIX əsrlərdə inzibati nahiyə. Urmiya xanlığına tabe olmuş mahal. 1725 ci ildə Osmanlı İmperiyasının Təbriz əyalətinin Urmiya livasının nahiyəsi. Dol mahalında avşarlar binə bağlamışdılar. Dol mahalı Qaşqagədikdən Xan-Tavusa qədərdir. Oranın məsafəsinin uzunluğu təxminən 5 ağacdır. Tarix kitablarında yazılır: "Dol mahalı Urmiya gölünün sahilində yerləşir. Kiçik olmasına baxmayaraq çox abaddır. Dol qərb tərəfdən Kurd, Meh dağları, şimaldan Baranduz mahalı ilə həmsərhəd idi. Dol mahalında Urmiya gölü sahilindən külli miqdarda duz əldə edilirdi.
Dəmirhəsən nahiyəsi
Dəmirçihəsənli nahiyəsi XIV əsr — 1724 əsr-XIX əsrlərdə inzibati nahiyə. Borçalının bölgələrindən biri. 1593 ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətinin Gəncə sancağının nahiyəsi Nahiyənin adı Temirhasan olaraq keçir 1724 ci ildə Osmanlı İmperiyasının Tiflis əyalətinin Somxit livasının nahiyəsi.
Dəmirçi Həsənli nahiyəsi
Dəmirçihəsənli nahiyəsi XIV əsr — 1724 əsr-XIX əsrlərdə inzibati nahiyə. Borçalının bölgələrindən biri. 1593 ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətinin Gəncə sancağının nahiyəsi Nahiyənin adı Temirhasan olaraq keçir 1724 ci ildə Osmanlı İmperiyasının Tiflis əyalətinin Somxit livasının nahiyəsi.
Dəmirçihəsənli nahiyəsi
Dəmirçihəsənli nahiyəsi XIV əsr — 1724 əsr-XIX əsrlərdə inzibati nahiyə. Borçalının bölgələrindən biri. 1593 ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətinin Gəncə sancağının nahiyəsi Nahiyənin adı Temirhasan olaraq keçir 1724 ci ildə Osmanlı İmperiyasının Tiflis əyalətinin Somxit livasının nahiyəsi.
Dərələyəz nahiyəsi
Dərələyəz nahiyəsİ —XVI əsrdə Səfəvilər dövlətinin Azərbaycan bəylərbəyliyinin tərkibinə daxil olduğu dövrdə Naxçıvan ölkəsinin tərkibinə daxil olan nahiyələrdən biri. Naxçıvanın tərkibində inzibati ərazi vahidi kimi bu dövrdən başlayaraq adı tez-tez mənbələrdə çəkilən Dərələyəz nahiyəsi şimalda Basarkeçər yaylası, şərqdə Zəngəzur silsiləsi, cənubda Ələyəz dağları, qərbdə isə Səlim aşırımı yerləşən hündür dağlarla əhatə olunmuşdu. Bu sərhədlər daxilində hesablanan zaman məlum olur ki, bəhs etdiyimiz dövrdə Naxçıvan ölkəsinin Dərələyəz nahiyəsinin ərazisi, təqribən, 1607 kvadratkilometr olmuşdur. Bu dövrdən sonra mənbələrdə adı tez-tez çəkilən “Dərələyəz” və ya “Dərə-alagöz” toponimin mənası ilə bağlı məsələni aydınlaşdırmaqda fikrimizcə fayda vardır. K.N.Smirnov topladığı müxtəlif yerli materiallar və tarixi əsərlərə əsaslanmaqla toponimin mənasını izah edərkən onun “dərə” və “ələyəz” sözlərinin birləşməsindən yarandığını qeyd etmiş və mənasının “ələyəz adlanan bitkinin bitdiyi dərə” mənasında olduğunu yazmışdır Lakin ərazinin adını sadəcə bir bitkidən alması o qədər də inandırıcı fakt deyildir. AMEA-nın müxbir üzvü A.Bağırov sözün sadəcə iki komponentdən ibarət olduğunu qeyd etmiş, lakin “ələyəz” və yaxud “alagöz” kimi qeyd olunan ikinci komponent barədə məlumat verməmişdir. Professor H.Mirzəyev “Ələyəz” sözünün oğuzlarla bağlı etnonim olduğunu qeyd etmişdir . Tədqiqatçı İ.Bayramov da bu sözün alagöz türk tayfası ilə bağlı etnonim olduğu qənaətinə gəlmişdir. Alagöz tayfasının türkmənşəli tayfalardan biri olması barədə qeydlər türk tədqiqatçısı Necdet Sevinçin əsərlərində də qeyd edilmişdir. Tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadənin fikrincə də Dərələyəz sözünün tarixən bu ərazidə məskunlaşmış türk tayfalarından biri olan alagözlərlə bağlı olması ehtimalı daha güclüdür.
Dərəçiçək nahiyəsi
Dərəçiçək nahiyəsi — 1728-ci ildə Osmanlı dövründə inzibati-ərazi vahidi. İrəvan əyalətinin nahiyəsi Dərəçiçək kəndi. Gəlir: 11.000 ağça Dərəçiçək kəndi yaxınlığında olan Kərinək məzrə`əsi. Gəlir: 3.000 ağça Dərəçiçək kəndi yaxınlığında olan Cəlladlı kəndi. Gəlir: 200 ağça Şəhriz kəndi. Gəlir: 11.000 ağça Çubuqlu kəndi. Gəlir: 12.000 ağça Fərhadkaha kəndi və Varzinək məzrə`əsi. Gəlir: 2.000 ağça Söyüdlü kəndi. Gəlir: 1.000 ağça Axtu kəndi. Gəlir: 14.000 ağça Avazənik (?) kəndi.
Dərəşahbuz nahiyəsi
Dərəşahbuz nahiyəsi — Osmanlı dövründə inzibati-ərazi vahidi. Naxçıvan qəzası (Osmanlı) nahiyəsi XVI əsrdə burada 27 kəndi, iki məzrəəni (insan yaşamayan yer), Oyuqlucaqaya, Bazaryurd, Dərəbaş gədiyi, Qaçdaş, Nərkeçi və Armudlu yaylaqlarını əhatə edən Dərəşahbuz nahiyəsi yaradılıb, XIX əsrin 40-cı illərinə qədər fəaliyyət göstərib 1925-ci ildə bu ərazi Naxçıvan inzibati ərazi vahidində Nərimanov rayonu adlandırılıb (30 kəndi əhatə edib), 1930-cu ildən “Şahbuz” adı bərpa olunub. Rayon 1963-cü ildə ləğv edilərək Naxçıvan (indiki Babək) rayonuna birləşdirilib. 1965-ci ildə isə yenidən təşkil olunan Şahbuz rayonunun Zərnətün, Xınzirək, Zırnel, Məzrə, Qaraboya, Lizbirt, Almalı kim ondan çox kəndi təəssüf ki, bu gün xəritələrdə yaşayış yeri kimi göstərilmir.
Dərəşam nahiyəsi
Dərəşam Culfa rayonu ərazisində, Araz çayının sol sahilində qədim yurd yeri, vaxtilə Naxçıvan sancağının inzibati ərazi bölgüsünə daxil olan nahiyə adıdır. Dərəşam nahiyəsi XVI əsrdə təşkil olunmuş, Nehrəm kəndindən Araz çayı boyunca indiki Gülüstan kəndi də (Culfa rayonu) daxil olmaqla böyük bir ərazini əhatə etmiş və nahiyənin mərkəzi Başkənd olmuşdur. Həmin dövrdə Dərəşam nahiyəsi "Dibkənd", "Başkənd" və "Ortakənd" adlı yaşayış məntəqələrini, XVIII əsrdə isə Culqa kəndi də (Culfanın əvvəlki adı) daxil olmaqla, 4 kəndi (Başkənd, Dibkənd, Ortakənd və Culqa) əhatə etmişdir. 1840-cı ildə Dərəşam nahiyəsi ləğv edilmiş, nahiyəyə daxil olan Dibkənd, Başkənd və Ortakənd yaşayış məntəqələri dağılmış, tarixin dolaylarında itib-batmışdır. "Dərəşam" adına ilk dəfə Dədə Qorqud dastanlarında rast gəlinir. Dastanın "Uşun Qoca oğlu Səyrək boyunu bəyan edər" boyunda deyilir: "İki qardaş qara donlu kafirlərin üstünə at sürüb qılınc çaldı; onları qırıb çatdılar, qovub qalaya saldılar. Hərlədib, fırladıb atları qabaqlarına qatdılar. Dərəşam suyunu üzüb keçdilər". Bu fakt sübut edir ki, "Dərəşam" adı nahiyə təşkil edilməmişdən əvvəl məlum olmuş və nahiyə öz adını "Dərəşam" ərazi adından almış, onomastik leksikamıza "Dərəşam dağı", "Dərəşam" yaşayış yeri, "Dərəşam nahiyəsi", "Dərəşam" dəmiryol keçidi, "Dərəşam mərtəbəsi", "Dərəşam mineral bulağı" və sair kimi adlar daxil olmuşdur. Hazırda Şahbuz şəhəri ərazisində qədim Şamlar yaşayış yeri, Şamlar massivi, Şamlar arxı, Şamlar nekropoluu, Culfa rayonu ərazisində Şamlu dərəsi, Ordubad, Zəngilan, Saatlı, Sabirabad, Laçın rayonlarında, Zəngəzurda "şam" komponentli onomastik vahidlər mövcuddur.
Göyçə nahiyəsi
Göyçə nahiyəsi — 1728 ci ildə Osmanlı dövründə inzibati-ərazi vahidi. İrəvan əyalətinin İrəvan livası nahiyəsi Ağkilsə (Göyçə) Böyük Ördək (Göycə) Dəliqardaş Altuntaxt kənd Həsənkəndi- XVI əsrdə İrəvan əyalətinin Göycə mahalında kənd adı [135, 87]. Heyvalı - XVIII əsrdə İrəvan əyalətinin Göycə mahalında kənd adı [150, 360]. Ermənicə mənbədə Keavalu kimidir (yenə orada). Ehtimal ki, əhalinin hərəkəti ilə əlaqədar olaraq Anadoludan gətirilmə addır. 1308-ci ilə aid mənbədə Anadoluda Heyvə qalasının adı çəkilir [160, 55]. Camalgöl- 1728-ci ildə İrəvan əyalətinin Göycə nahiyəsində kənd adı (23, 55). Ərəb dilində camal "gözəl" sözündəndir. Makenik - XVIII əsrin ortalarına aid ermənicə mənbədə Göycə mahalında kənd adı [150, 360]. XIX əsrdə Şimali Qafqazda Ter əyalətinin Mozdok dairəsində Məkən və Stavropol əyalətində Məkən təpə (133, 171) toponimləri ilə mənaca eynidir.
Gülüstan nahiyəsi
Gülüstan nahiyəsi — Gəncə-Qarabağ əyalətinin bölgələrindən biri. Osmanlı inzibati vahidlərindən biri Gülüstan nahiyəsi 8 kəndən ibarət idi.
Gığı nahiyəsi
Kiği nahiyəsi və yaxud Gığı nahiyəsi — 1593-cü ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin Urud livası tərkibində nahiyə. Urud və İsgəndərqalası livalarının müfəssəl dəftərinə görə Urud livasının Kiği nahiyəsində ümumilikdə 12 kənd var. Onlardan 5-i erməni, 7-si türk kəndidir. Türklər yaşayan kəndlərdən 5-i dağıdılıb, yaşayış olan kəndlərdən yalnız ikisində etnik tərkib türklər idi. Kəndlərin dağıdılmış, boş olmasına əsas səbəb Osmanlı hücumu ərəfəsində bölgədə, xüsusilə şiə etiqadlı yerli əhali arasında kütləvi köçlərin baş tutmasıdır.
Gəncəbasan nahiyəsi
Gəncəbasan nahiyəsi — Osmanlı dövründə ölkə inzibati cəhətdən livalara (əyalətlərə), livalar da nahiyələrə bölünmüşdü. Gəncə livasının Gəncəbasan nahiyəsi 69 kənd, 10 məzrədən ibarət idi. Qaraca Əmirli məzrəsi Əmir Saleh məzrəsi Qulaca məzrəsi Köhnəşəhər məzrəsi Düldül məzrəsi Hacı Hüseyinli məzrəsi Yusifbinə məzrəsi Köhnəşəhər məzrəsi Qızılbağça məzrəsi Ocaqlı məzrəsi Kilsə kəndi Yeni kəndi Molla Cəlil kəndi Ziyatlı kəndi Karlızəbanlı kəndi Süleymanlı Hacılı kəndi Sarbanlar kəndi Xanlıqlar kəndi Ərəbli (Lalələr) kəndi Cukət kəndi Qurban Hacılı kəndi Qadılı kəndi Ocaqlı kəndi Molla Osmanlı kəndi Girzan kəndi Əhmədbəyli kəndi Hacı Murad kəndi Şahsevən kəndi Salehli kəndi Fadıllı kəndi Qırıqlı kəndi Qurtlu kəndi Tavlalı kəndi İmamlı kəndi Qarasaqqal kəndi Düldül məzrəsi Şamyeri kəndi Həsəngüney kəndi Nəsirtop Allavar kəndi Sofular kəndi Alıxlı kəndi Əsbəkürək kəndi Üçtəpə çayı kənarı Kürəyəsultan kəndi Qızılqayalı kəndi* Kəngərli camaatı Qibtiyan camaatı Zərgərli camaatı Hastin (Ballıca) kəndi Qaftəpə kəndi Əmiryar kəndi Yuxarı Bayan kəndi Quşçu kəndi Aşağı Bayan Tülkü kəndi Seyid kəndi Şadaq kəndi Çovdar kəndi Bəhşik kəndi Afuca kəndi Korlar kəndi Nükzər kəndi Vəng kəndi Qaşqaçay kəndi Sərxoş kəndi Yenicə kəndi Quytul kəndi Savur kəndi Fazil kəndi Mədəni-Zac kəndi Daşkəsən kəndi Basil kəndi Hacıbulaq Cavanşir camaatı Gəncə—Qarabağ əyalətinin müfəssəl dəftəri. Bakı: "Şuşa", 2000.
Gərgər nahiyəsi
Gərgər nahiyəsi — XIV əsr-XIX əsrlər. İnzibati ərazi. Adı Gərgərin adındandır. Elxanilər dövlətinin Marağa tüməninin Gərgər nahiyəsi.
Gərmrud nahiyəsi
Gərmrud nahiyəsi — XIV əsr-XIX əsrlər. Sərabın İnzibati ərazi. Mərkəzi Gərmrud (digər adı Gərməri) şəhəri idi. Miyanə kəndi Elxanilər dövlətinin Sərab tüməni nin nahiyəsi. Gərmərud—İsti çay anlamındadır. Bəzi ədəbiyyatda bu mahalın adı Gərməri kimi də yazılır. Sərhədləri Qərbdən Həştərud mahalı, şimaldan Sərab mahalı, şərqdən Sərab mahalı, cənubdan Xalxal xanlığı. Həmdullah Müstofi Qəzvini (740h.q.) Nüzhətülqülub kitabında Azərbaycanın şəhərlərini belə sayır: "Təbriz, Ocan, Təsuc, Ərdəbil, Xalxal, Darmərzin, Şahrud, Meşkin, Ənar, Ərcaq, Təklifə, Xiyav, Dəravərd, Kəhran qalası, Kəleybər, Gilan fəslun, Mərdan qum, Nozər, Xoy, Səlmas, Urumiyə, Üşnəviyə, Sərav (Sərab), Mianc(Miana), Gərmrud, Mərağa, Dehxarqan, Bəsoy, Neylan (Leylan), Mərənd, Dizmar, Zəngian, Zunuz, Kərkər (Gərgər), Nəxcivcan, Ordubad, Əcənan, Azad, Makuye(Maku)." Gərmrud ülkasının kəndləri Zərniqabad kəndi Yengicə kəndi 1727-də Ərdəbil livası Gərmərud nahiyəsi olmuşdur. 1747 Sərab xanlığının inzibati ərazilərindən biri Məşhur Türkmənçay kəndi burada yerləşir. Əhalisi Şəqaqilər Mirzə Məhəmmədsəid Gərmərudi isə bu mahalın şeyxülislamı və qazısı Mirzə Əbdürrəhim Gərmərudi - Gərmərud mahalının kələntəri Fatma xanım Kəminə - Əslən Cənubi Azərbaycanın Gərmərud mahalından Gərmərud mahalının XVIII əsrdə 110 kəndi vardı.
Gərmərud nahiyəsi
Gərmrud nahiyəsi — XIV əsr-XIX əsrlər. Sərabın İnzibati ərazi. Mərkəzi Gərmrud (digər adı Gərməri) şəhəri idi. Miyanə kəndi Elxanilər dövlətinin Sərab tüməni nin nahiyəsi. Gərmərud—İsti çay anlamındadır. Bəzi ədəbiyyatda bu mahalın adı Gərməri kimi də yazılır. Sərhədləri Qərbdən Həştərud mahalı, şimaldan Sərab mahalı, şərqdən Sərab mahalı, cənubdan Xalxal xanlığı. Həmdullah Müstofi Qəzvini (740h.q.) Nüzhətülqülub kitabında Azərbaycanın şəhərlərini belə sayır: "Təbriz, Ocan, Təsuc, Ərdəbil, Xalxal, Darmərzin, Şahrud, Meşkin, Ənar, Ərcaq, Təklifə, Xiyav, Dəravərd, Kəhran qalası, Kəleybər, Gilan fəslun, Mərdan qum, Nozər, Xoy, Səlmas, Urumiyə, Üşnəviyə, Sərav (Sərab), Mianc(Miana), Gərmrud, Mərağa, Dehxarqan, Bəsoy, Neylan (Leylan), Mərənd, Dizmar, Zəngian, Zunuz, Kərkər (Gərgər), Nəxcivcan, Ordubad, Əcənan, Azad, Makuye(Maku)." Gərmrud ülkasının kəndləri Zərniqabad kəndi Yengicə kəndi 1727-də Ərdəbil livası Gərmərud nahiyəsi olmuşdur. 1747 Sərab xanlığının inzibati ərazilərindən biri Məşhur Türkmənçay kəndi burada yerləşir. Əhalisi Şəqaqilər Mirzə Məhəmmədsəid Gərmərudi isə bu mahalın şeyxülislamı və qazısı Mirzə Əbdürrəhim Gərmərudi - Gərmərud mahalının kələntəri Fatma xanım Kəminə - Əslən Cənubi Azərbaycanın Gərmərud mahalından Gərmərud mahalının XVIII əsrdə 110 kəndi vardı.
Gərni nahiyəsi
Gərni nahiyəsi — XIV əsr əsr-XIX əsrlər. İnzibati ərazi. Adı Gərni çayının adındandır. 1591-ci ildə Osmanlı dövründə inzibati-ərazi vahidi. İrəvan əyalətinin nahiyəsi İndiki Ermənistanda mövcud olan azərbaycanlıların yaşadığı mahal.. Osmanlı dönəmində Qırxbulaq nahiyəsi davamı olan Qırxbulaq mahalı İrəvan xanlığının tərkibinə daxil olmuşdur. Sonra mahal ərazisinsə İrəvan qəzası təşkil olmuşdur. 1591-ci ilə aid Osmanlı təhrir dəftərində qeydə alınmış Oğuz-Türkmən tayfalarımız: Karni nahiyədə yaşayan Türkmən tayfaları: Başlı, Ağa Çorum, Əyricə, Göynük, Şərur, Girilücə, Eymir Bulacı, Şirvankəndi, Tuluca, Dikmədaş, Alpavud, Samaqar, Muğanlu, Əli Bəglü (Avşar), Əkrək, Uluxanbəg, Anduvan, Ağacəri, Mustafalu, Almalu, Candarlar, Toquz (Varsaq). 1590-cı ilin icmal dəftərinə görə Osmanlı İmperiyasının İrəvan əyalətinə tabe olan Gərni nahiyəsində aşağıdakı kəndlər mövcud idi: Yolkəsən kəndi (Qaraqoyunlu (Qəmərli)) 1728-ci ilin icmal dəftərinə görə Osmanlı İmperiyasının İrəvan əyalətinə tabe olan Gərni nahiyəsində aşağıdakı kəndlər mövcud idi: Qaraqoyunlu (Qəmərli) 1826–1828-ci illər Rusiya-İran və 1828–1829-cu illər Rusiya-Türkiyə müharibələri nəticəsində Gərnibasar mahalında dağıdılmış kəndlərin siyahısı 1. Məsimli, 2.
Hacısamlı nahiyəsi
Hacısamlı nahiyəsi – Qarabağ xanlığının bir bölgəsi. İbrahimxəlil xan Cavanşirin baş vəziri olmuş, tarixçi Mirzə Camal Cavanşir Qarabaği 1847-ci ildə Vorontsovun tapşırığı ilə yazılan Qarabağ xanlarının tarixinə dair "Qarabağnamə" əsərində yazırdı: "…Cavanşir, Otuziki, Kəbirli, Dəmirçi, Həsənli, Bərgüşad, Qaraçorlu, Hacı Samlı, Kolanı, və Qapan ellərinin bəyləri ilə Dizaq, Vərəndə, Çiləbörd, Talış və Xaçın mahallarının məlikləri də bir para vilayət xanları kimi dövlət, əzəmət, cəlal və bünövrə sahibi idilər." Burada adı çəkilən Hacısamlı nahiyyəsinin ərazisi indiki Laçın rayonunun şimalından Qırqız dağının aşırımına qədər, indiki Kəlbəcər rayonunun sərhəddi boyunca böyük bir ərazini əhatə edir. Aranı və yaylağı olmaqla heyvandarlıq və əkinçilik üçün əlverişli bir ərazidir. Pənahəli xan Qarabağlının razılığı ilə təməli qoyulan Hacısamlı bəyliyinin daha yaxşı inkişafı və şöhrətlənməsi 1880-ci illərdə özünü göstərmişdir. Belə ki, Hacısamlı nahiyəsində bəylik titulunu Bülövlük (Biləvlik) bəylərindən sonra Əlipaşa bəy qazanmışdır. Şuşa bəy komissiyasının 21 dekabr 1872-ci il 374 saylı protokolu 16 avqust 1877-ci ildə Qafqaz canişini M. Vorontsov tərəfindən təsdiq edilərək Əlipaşa bəy Sultanova bəylik titulu verilmişdir. Məhz Hacısamlı nahiyəsinin şöhrətlənməsi Əlipaşa bəy Sultanovun və Sultan bəy Sultanovun bəyliyi dövründə olmuşdur. Hacısamlı nahiyyəsi yaşayış məskəni kimi qədim əsrlərdən, minilliklərdən xəbər verir. Hətta bu ərazidə xristanlıqdan əvvəllərə aid abidələr var. Qarabağnamələr.
Həkəri nahiyəsi
Həkəri nahiyəsi — 1593 cü ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyaləti Həkəri sancağı inzibati–ərazi nahiyə 1593-cü ildə Osmanlı dövləti Həkəri nahiyyəsinin oba, kənd, qışlaq və məzrələrini siyahıya alıb.
Həştrud nahiyəsi
Həştərud mahalı — XIV əsr-1990 inzibati nahiyə. Ərdəbil xanlığının bölgələrindən biri. Elxanilər dövləti Azərbaycan vilayətinin Marağa tüməninin nahiyəsi olmuşdur. Xərsu kəndi 1594 Təbriz əyalətinin Təbriz sancağının nahiyəsi 1724-ci ilin icmal dəftərinə görə Ərdəbil əyalətinə tabe olan Ərdəbil livası Həştrud nahiyəsində aşağıdakı kəndlər mövcud idi: Mərkəzi Həştrud şəhəridir. 106 kənddən ibarət idi.
Karbi nahiyəsi
Karbi mahalı — XIV əsr-XIX əsrlərdə inzibati nahiyə. İrəvan xanlığına tabe olmuş mahal. Elxanilər dövlətinin Çuxursəəd tüməninin Karbi nahiyəsi Matenadaranda saxlanan alqı-satqı sənədlərinə görə, hələ 1431-ci ildə Ağqoyunlu Yaqub padşahın nümayəndəsi Əmir Rüstəm 7 kəndi (Vağarşabad (Eçmiədzin-Üçkilsə), Əştərək, Batrinc, Noraqavit, Ağunatun, Kirəcli və Muğni) katolikos Qriqor Makuluya 530 min Təbriz dinarına satmışdı. 1441-ci ildə erməni katalikoslarının fəaliyyət mərkəzi Kilikiyanın Sis şəhərindən Azərbaycana - İrəvan yaxınlığındakı Üçkilsə (Üçmüədzin) Cahanşah Qaraqoyunlu fərman vermiş 1590-ci ilin icmal dəftərinə görə Osmanlı İmperiyasının İrəvan əyalətinə tabe olan Karbi nahiyəsində aşağıdakı kəndlər mövcud idi: 73 kənd Karpi kəndi Öşgan Masdıra Abdallar məzrə ("əkin yeri") - Maçdərə kəndinin yaxınlığında yerləşİR. "Kasim vələdi Yusif" adlı bir şəxsə (mülkədara) məxsus olmuş Maçdərə kəndi Qoş kəndi Qızıləyrək kəndi Əxis (?) kəndi Pirtəkiyyəsi kəndi Pireken kəndi Kötüklü məzrə`əsi Qızılağıl və Dəmirkilsə məzrə`əsi. Zopanus kəndi Parpi kəndi Arani məzrə`əsi Xızır İlyas məzrə`əsi Uşi kəndi Maqta kəndi Xanevənk kəndi Ədis kəndi Əştərək Molla Dursun kəndi. Tus kəndi Firənk kəndi Qızıldəmir kəndi Ağdəmir kəndi Kəranpa (?) kəndi Oşakan kəndi Hacı Qaralı (Hacıqara (Üçkilsə)) kəndi Kətxuda Tal (?) məzrə`əsi. Hacılar kəndi Yoncalıq məzrə`əsi Hacavəng məzrə`əsi. Dığır kəndi Batrınc kəndi Qaraağıl kəndi Ağcaqala kəndi. Başqa adı Xatunkənddir. Üçkilsə kəndi Əbdürrəhman məzrə`əsi.
Keştasf nahiyəsi
Keştasf (Güştəsf) nahiyəsi-Səfəvilər dövləti dönəmində Qarabağın bir bölgəsi idi. Hazırkı Laçın rayonunun bir hissəsi bu bölgəni əhatə edir. Xanlıq dönəmində bu nahiyə Qaraçorlu mahalının tərkibinə daxil oldu. Adının açımı keşti asp-at seyrangahı anlamındadır. Saxtakar erməni müəllifləri həmişə Qarabağın iki tarixi bölgəsi Keştasf və Keştəyi dəyişik salıb, ikisini də Keşatağ şəklində göstərirlər. Bu bölgənin yer-yurdunu, yiyələrini aydınlatmaq qərarına gəldik. Keştasf bölgəsi yerli Qarabağ ləhcəsində Keştaz adlanırdı. Bu yörə qədim mənbələrdə Quştasfi (At əti) biçimində də hallanır. 1593-cü ildə Osmanlı dövləti Keştasf nahiyyəsinin oba, kənd, qışlaq və məzrələrini siyahıya alıb. Baldadı Miri məzrəsi Hacılar Qorçu Uzun Hacı Məhav Ceyk Nevşəhri Şirənho/Şirənohur Oğuzaberd İmirli Yenicə Hortagird Çəpni Pul/Körpükəndi Kəlibərd Dərətüm Şəbəki Bəridli Şeyxabad Obadaş Babalı Köhnək Əngücək Ağcaqışlaq Xətək Əsətkəndi Pənçlər Salır Andazor Şeyx Izzəddin Ağabad Parqa məzrəsi Əmir qışlağı Qaraxan Səfiyan Quşçu Alpatay Kasos/Katos Dəndvay Allahverənli Bəyobası Açqız Bəyəxan Bu siyahıda erməni dilinin vasitəsilə çözüləcək bir yurd yeri yoxdur.
Cahi
Cahi (zərdüştilik) — zərdüştilikdə "şəhvət" iblisi. Cahi (Qədim Misir) — Qədim Misirdə "Retcenu"nun cənub vilayəti üçün istifadə edilən ad.
Naha
Naha (yap. 那覇市; okin. Naafa) — Yaponiyanın Kyuşu regionunda yerləşən Okinava prefekturasının paytaxtı. Okinavada sosial hərəkat lideri olan Kameciro Senaqa 1957-cı ildə Naha şəhərinin meri olmuşdu.
Nani
Luiş Nani (17 noyabr 1986, Praya) — (Port. Luís Carlos Almeida da Cunha) Portuqaliyalı futbolçu. Valensiya klubunda oynayır.
Şahi
Şahi—Azərbaycan Səfəvilər dövlətinin gümüş sikkəsi. Səfəvilər dövlətinin yaranması Azərbaycanın qədim torpaqlarının bir bayraq altında birləşməsi demək idi. Bu gün numizmatika elminə məlum olan ilk Səfəvi sikkəsi I İsmayılın adından 1501-ci ildə zərb edilmişdi. 1510-cu ildə Şah İsmayılın özbək Seybani xanın üzərindəki qələbəsindən sonra, Xorasan da Səfəvilər sərhədlərinə qatılmış və burada da 12 İmamın və İsmayılın adından sikkələr zərb edilmişdi. Onun adından zərb olunan sikkələrin cəmi 5 ədədi təyin edilmişdi. Bunlar Astaradan və Çaykənddən aşkar edilmiş dəfinədən təyin edilmiş orta çəkiləri 1:2:4:8:16 nisbətində, yəni kvadrat nisbətində olaraq 18,71:9,37,4,68:2,34:1,02 qr. olmuşdu. Bu sikkələr şahı adlanır və 2 misqal çəkidə yəni 9,36 qr, və ya 48 noxud çəkisində olurdu. Dəyişildikdə 50 ədəd 2 misqala bərabər mis fulusa dəyişdirilirdi. Bundan başqa, 1 misqal çəkili 4,68 qramda yarımşahı – (24 noxud), dörddə bir – şahı – 2,34 qr, səkkizdə bir – şahı – 1,77 qr.
Dahi
Dahi (lat. genius - “ruh”) — tanınmış elmi kəşflərdə və ya fəlsəfi konsepsiyalarda, texniki və ya texnoloji ixtiralarda, sosial transformasiyalarda, mədəniyyətin bir çox sahələrində uzunmüddətli nəticələrdə və sənət əsərlərinin yaradılmasında özünü göstərən fərdin intellektual və ya yaradıcı fəaliyyətinin ən yüksək səviyyəsi. Müəyyən fəaliyyət sahəsində nailiyyətlər yeni mərhələ kimi qiymətləndirildikdə, zamanını qabaqladıqda, mədəniyyətin ən yaxın inkişaf zonasını təşkil etdikdə dahilikdən bəhs edilir. Ənənəvi olaraq (İ.Kantdan başlayaraq) “dahi” termini istedad haqqında fikirlərlə əlaqələndirilir, lakin bir çox müəlliflər (məsələn, C. Lombrozo, V. Hirş, A.V. Libin ) bu anlayışları sistemli şəkildə fərqləndirirlər .
Nahid
Nahid — kişi adı. Nahid Hacızadə — Azərbaycan yazıçısı Nahid Teymurzadə — İkinci Qarabağ müharibəsi şəhidi Nahid Mikayılov — Nahid Nəsirov — Nahid Ağalarov — Nahid Həsənov — Nahid İbrahimzadə — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Nahid Bağırov — İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı. Nahid Cəfərov — Azərbaycan diplomatı, ictimai-siyasi xadim Nahid Səfərov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Nahid Əxtər — pakistanlı ifaçı. Nahid Məmmədov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Digər Nahid (peyk) — İranın müşahidə peyki olub, günəş enerjisinə əsaslanır.
Nari
Nari — ad. Nari Li — Kambocalı marafonçu. Nari (şair) — kürd şairi. Nari (Mərgavar) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı, Mərgavar dehistanı ərazisinə daxil olan kənd.
Dahi (kitab)
Dahi (ing.
Mahamudun Nahid
Müəllim Naci
Müəllim Naci (osman. معلّم ناجى, türk. Muallim Naci; 1849, Konstantinopol – 12 aprel 1893, Konstantinopol) — Osmanlı şairi və yazıçısı. Yaradıcılığında daha çox türk klassik ədəbiyyatının ənənələrini yaşatmağa çalışmışdı. Müəllim Naci Osmanlı imperiyasının islahat yönümlü Tənzimat dövründə yaşamış və köhnə ilə əlaqəni kəsmədən modernləşməni müdafiə etmişdir. O, həm nəsr, həm də poeziya ilə bağlı tənqidlərə töhfə vermiş, problemləri araşdıraraq, türk xalqına təsir edəcək fikirlər verməklə türk ədəbiyyatında və cəmiyyətində özünəməxsus yer qazanmışdır. Onun Osmanlı türkcəsi lüğəti olan "Lüğət-i Naci" əsəri böyük əhəmiyyət kəsb edir.
Məhərrəm Mahi
Alıyev Məhərrəm Rzaqulu oğlu (Məhərrəm Mahi) - şair. Məhərrəm Mahi 1924-cü ildə Zəngilan rayonunun Quyudərə Xəştab kəndində anadan olub. Gilətağ 7 illik və Xocahan orta məktəbini bitirib. Elə həmin il ehtiyac olduğu üçün (Böyük Vətən müharibəsi getdiyinə görə müəllimə ehtiyac var idı) oxuduğu orta məktəbdə dil-ədəbiyyat müəllimi təyin edilib. 1952-ci ildə ali məktəbi bitirib. Qubadlı və Zəngilan rayonlarında müəllim, direktor müavini, direktor və təhsil şöbəsində inspektor işləyib. Uşaqlıqdan şerə maraq göstərib. İlk şeri məktəb divar qəzetində verilib. Və o vaxtdan şeirlər yazmağa başlayıb. Müəllim işləyəndən sonra şeirləri rayon və respublika qəzet və jurnallarında çap olunub.
Nafi Cusoyti
Nafi Cusoyti — Sovet və Osetiya şairi, dramaturq, publisist, ədəbiyyatşünas, tərcüməçi, Osetiyanın xalq yazıçısı. Filologiya elmləri doktoru, Gürcüstan SSR Elmlər Akademiyasının müxbir üzvü, Yabloko Narts mükafatı laureatı. Şair Taymuraz Hacetinin qardaşı. Cənubi Osetiyanın Kudar dərəsində kəndli ailəsində anadan olmuşdur. 1941-ci ildə Kirov orta məktəbini qızıl medalla bitirib və Böyük Vətən müharibəsinin başlaması ilə iyulun 24-də könüllü olaraq cəbhəyə yollanır. 1945-ci ilin noyabrında tərxis edilir. 1945-ci ildə müharibə bitdikdən sonra Cənubi Osetiya vilayət partiya komitəsinin təlimatçısı kimi işə başlayır. 1947-ci ildən 1949-cu ilə qədər Cənubi Osetiya başlıqlarının senzurası, "Zarya Vostoka" qəzetinin Cənubi Osetiyada xüsusi müxbiri işləyir. V.I. adına Şimali Osetiya Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsində qiyabi təhsil alır. 1949-cu ildə məzun olur.
Nahid (peyk)
Nahid (fars. ناهید "Venera" mənasını verir) — İranın müşahidə peyki olub, günəş enerjisinə əsaslanır. Əmir Kəbir adına Tehran texnologiya universiteti ilə əməkdaşlıq çərçivəsində hazırlanmışdır. Nahid, günəş panelləri ilə təchiz edilmiş bir müşahidə peykidir, 250 ilə 370 kilometr arasındakı bir yüksəklikdə orbitə çıxarılması nəzərdə tutulmuşdur. Nahid Peyki peyklərdə bəzi əsas texnologiyaları test etmək üçün yerüstü peyklərə çatma strategiyası kontekstində müəyyən edilmiş tədqiqat peykidir.
Nahid Ağalarov
Nahid Musa oğlu Ağalarov (19 dekabr 1983; Goranboy rayonu, Azərbaycan SSR — 23 noyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu, İkinci Qarabağ müharibəsi iştirakçısı. Nahid Ağalarov 1983-cü il dekabrın 19-da Goranboy rayonunda Xan Qərvənd kəndində anadan olub. Ailəli idi. Bir övladı yadigar qaldı. Azərbaycan Ordusunun baş çavuşu olan Nahid Ağalarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nahid Ağalarov noyabrın 23-də Şuşa istiqamətində minaya düşməsi nəticəsində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nahid Ağalarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nahid Ağalarov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nahid Ağalarov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Nahid Bağırov
Nahid Rza oğlu Bağırov (4 aprel 1979, Bakı) — İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı. Nahid Bağırov 4 aprel 1979-cu ildə Bakı şəhərində anadan olub. Orta təhsili 242 və 151 saylı məktəblərdə alıb. 1998–2000-ci illlərdə Bakı şəhəri Sabunçu rayon məhkəməsində katib vəzifəsində çalışıb. 1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini bitirib. 2000–2001-ci illərdə N nömrəli hərbi hissədə hərbi xidmətdə olub. 2001–2005-ci illərdə "Sir" hüquq şirkətinin vitse-prezidenti vəzifəsində çalışıb. 2006-cı ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsini bitirib. Ailəlidir, iki övladı var. 2009-cu ildən Azərbaycan Turizm Assosiasiyasının idarə heyətinin sədri olub.
Nahid Cəfərov
Nahid Muxtar oğlu Cəfərov (20 iyul 1984-cü il, Lənkəran rayon Mamusta kəndi) - Azərbaycan diplomatı, ictimai-siyasi xadim, "Oyan" Hərəkatının liderlərindən biri. Siyasi fəaliyyətə başlamazdan öncə Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyinin konsulu/3-cü katib vəzifəsini icra etmişdir. Nahid Cəfərov 20 iyul 1984-cü ildə Lənkəran rayon Mamusta kəndində mühəndis ailəsində anadan olmuşdur. Milliyyətcə talışdır. Atası Cəfərov Muxtar Şahi oğlu Lənkəran rayon Şürük kəndində yerləşən "Maşın Sınaq Stansiyasında" tikintiyə texniki nəzarət üzrə mühəndis vəzifəsində çalışması Nahidin ailəsinin həmin kəndə köçməsinə səbəb olmuşdur. Nahid Cəfərov orta təhsilini Lənkəran rayon Şürük Kənd Orta Məktəbində almışdır. Nahid Cəfərov 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında beynəlxalq əlaqələr ixtisası üzrə bakalavr pilləsini bitirmiş və 2006-2007-ci illərdə Azərbaycan Respublikasının Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının Bərdə rayonunda yerləşən N saylı hərbi hissəsində hərbi xidmətdə olmuşdur. 2008-ci ildə Azərbaycan NATO Beynəlxalq Məktəbinin (NİSA) təşkil etdiyi "Kiber Təhlükəsizliyi" adlı sessiyaya iştirakçı qismində qəbul olunmuş və daha sonra 2010-cu ilə qədər həmin təşkilatda layihələr üzrə kordinator vəzifəsində çalışmışdır. 2010-1012-ci illərdə Azərbaycan Diplomatik Akademiyasının (ADA) Beynəlxalq əlaqələr və diplomatiya proqramı üzrə magistratura dərəcəsi üzrə təhsil almış və 2012-ci ildə ADA tərəfindən təhsilini davam etdirmək üçün İsveçrənin Cenevrə şəhərində yerləşən Təhlükəsizlik Siyasəti üzrə Cenevrə Mərkəzinə ezam edilmişdir. 2015-2017-ci illərdə Nahid Cəfərov Amsterdam Üniversitetində Biznesin idarə olunması (Execetive MBA) ixtisası üzrə magistraturaya qəbul olunmuş və həmin ixtisas üzrə axşam bölməsində təhsil almışdır.
Nahid Hacıyev
Nahid Rəhim oğlu Hacızadə (14 mart 1936, Düzrəsullu, Gədəbəy rayonu – 18 yanvar 2018, Bakı) — Azərbaycan yazıçısı, Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru. Nahid Hacıyev 1936-cı il martın 14-də Gədəbəyin Düzrəsullu kəndində anadan olub. Orta məktəbi Tovuzda bitirib. Bakıda Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. O, burada Əli Sultanlı, Cəfər Xəndan, Muxtar Hüseynzadə, Məmməd Cəfər, Mir Cəlal Paşayev, Məmmədhüseyn Təhmasib kimi görkəmli ədəbiyyatşünas alimlərdən dərs alıb. Bu şəxsiyyətlər elə bir ziyalı ordusu idi ki, onlarla sadəcə təmas qurmağın özü də böyük bir məktəbə bərabər olurdu. Ali məktəbi bitirdikdən sonra ilk iş yeri televiziya olub. Sonralar bir müddət nəşriyyatda çalışsa da, hazırda Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktorudur. Onun "Ömrün sorağında", "Ömür gözləyir bizi", "Məhəbbət yaşadır", "Köçündən ayrılan durna" pyesləri Şəki, İrəvan və Bakı teatrlarında tamaşaya qoyulub. "Qisas qiyamətə qalmaz" pyesi isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının hazırladığı ən uğurlu tamaşalardan biri olub.
Nahid Hacızadə
Nahid Rəhim oğlu Hacızadə (14 mart 1936, Düzrəsullu, Gədəbəy rayonu – 18 yanvar 2018, Bakı) — Azərbaycan yazıçısı, Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru. Nahid Hacıyev 1936-cı il martın 14-də Gədəbəyin Düzrəsullu kəndində anadan olub. Orta məktəbi Tovuzda bitirib. Bakıda Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. O, burada Əli Sultanlı, Cəfər Xəndan, Muxtar Hüseynzadə, Məmməd Cəfər, Mir Cəlal Paşayev, Məmmədhüseyn Təhmasib kimi görkəmli ədəbiyyatşünas alimlərdən dərs alıb. Bu şəxsiyyətlər elə bir ziyalı ordusu idi ki, onlarla sadəcə təmas qurmağın özü də böyük bir məktəbə bərabər olurdu. Ali məktəbi bitirdikdən sonra ilk iş yeri televiziya olub. Sonralar bir müddət nəşriyyatda çalışsa da, hazırda Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktorudur. Onun "Ömrün sorağında", "Ömür gözləyir bizi", "Məhəbbət yaşadır", "Köçündən ayrılan durna" pyesləri Şəki, İrəvan və Bakı teatrlarında tamaşaya qoyulub. "Qisas qiyamətə qalmaz" pyesi isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının hazırladığı ən uğurlu tamaşalardan biri olub.
Nahid Həsənov
Nahid Hökmüran oğlu Həsənov (15 mart 1996; Saatlı rayonu, Azərbaycan — 29 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Nahid Həsənov 1996-cı il martın 15-də Saatlı rayonunun Musalı kəndində anadan olub. Azərbaycan Ordusunun çavuşu olan Nahid Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nahid Həsənov sentyabrın 29-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Saatlı rayonunun Musalı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nahid Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nahid Həsənov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nahid Həsənov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Nahid Mikayılov
Nahid Soqat oğlu Mikayılov (25 aprel 1982; Şilyan, Kürdəmir, Azərbaycan SSR — 1 noyabr 2020; Ağdam rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Nahid Mikayılov 1982-ci il aprelin 25-də Kürdəmir rayonunun Şilyan kəndində anadan olub. Azərbaycan Ordusunun baş giziri olan Nahid Mikayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Nahid Mikayılov noyabrın 1-də Ağdam istiqamətində şəhid olub. Kürdəmir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nahid Mikayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nahid Mikayılov ​ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi. 2021-ci ildə Kürdəmirdə Nahid Mikayılovun xatirəsinə tikilən bulağın açılışı olub.
Nahid Nəsirov
Nahid Nəsirov (tam adı:Nahid Əlizamin oğlu Nəsirov ; 11 dekabr 1995; Saatlı, Azərbaycan — 10 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Şəhid, Nəsirov Nahid Əlizamin oğlu, 11 dekabr 1995-ci ildə Saatlı şəhərində anadan olmuşdur. Şəhid 2001-ci ildə Saatlı şəhər Cəfər Cabbarlı adına 3 saylı tam orta məktəbində təhsil almağa başlamışdır.2010-cu ildə məktəbi əla qiymətlərlə bitirmişdir. 2011-2015-ci illərdə Şirvan Dövlət İqtisadiyyat və Humanitar kollecində İbtidai sinif Müəllimliyi ixtisası üzrə təhsil almışdır. 2015-2017-ci illərdə hərbi xidmətdə olmuşdur. 2016-cı il General-mayor Polad Həşimovun komandınlığı altında Aprel döyuşlərində iştirak etmişdir.'PKM' pulemyot silahı ilə xeyli düşməni məhv edib. Göstərdiyi şücaətə görə komandanlıq tərəfindən Təşəkkürnamə və əlavə məzuniyyətlə təltif olunmuşdur. 2017-ci ildən Saatlı rayon Alı Mustafayev adına Qıraqlı kənd ümumi orta məktəbində ibtidai sinif müəllimi işləmişdir. 2020-ci il Tovuz döyüşləri zamanı könünlülər sırasına ilk yazılanlardan olmuşdur. Vətən müharibəsi başladıqdan 2 gün sonra ordu sıralarına qoşulur.
Nahid Səfərov
Nahid Teymurzadə
Nahid Üzeyir oğlu Teymurzadə (d. 23 iyun 1997: Günəşli, Biləsuvar rayonu – ö. 22 oktyabr 2020; Kəlbəcər rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi Nahid Teymurzadə 23 iyun 1997-ci ildə Biləsuvar rayonu Günəşli kəndində anadan olmuşdur. 2003-2014-cü illərdə İsmətli kənd tam orta məktəbdə orta təhsil almışdır. 2015-ci ilin oktyabr ayından 2017-ci ilin aprel ayına kimi Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. Nahid Teymurzadə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsinə könüllü şəkildə qoşulmuş, Cəbrayıl və Kəlbəcər rayonları istiqamətində gedən döyüşlərdə şücaət göstərmiş, düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur. Şəhid Nahid Teymurzadə 22 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonu Günəşli kənd məzarıstanlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nahid Teymurzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nahid Teymurzadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nahid Teymurzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Nahid İbrahimzadə
Nahid Şahid oğlu İbrahimzadə (1 noyabr 1994; Ağdaş rayonu, Azərbaycan — 5 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Nahid İbrahimzadə 1994-cü il noyabrın 1-də Ağdaş rayonunun Kotavan (Ağdaş) kəndində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı. Azərbaycan Ordusunun əsgəri olan Nahid İbrahimzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nahid İbrahimzadə noyabrın 5-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nahid İbrahimzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nahid İbrahimzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nahid İbrahimzadə ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Nahid Əxtər
Nahid Əxtər (pənc. ناہید اختر ; urdu ناہید اختر) — pakistanlı ifaçı. O, "Pakistanın bülbülü" də adlandırılır. Nahid Əxtər, 1970–1980-ci illərin ikinci yarısında Lollivudun ən yaxşı ifaçısı idi. 1974, 1975 və 1985-ci illərdə Nigar Film Mükafatını və 2007-ci ildə Prezident Mükafatını qazanıb. Əxtər 26 sentyabr 1956-cı ildə Pəncabın Multan şəhərində anadan olub. Onun 3 bacısı və 4 qardaşı var. Bacısı Həmidə Əxtər də müğənni idi.
Kahı
Kahı (lat. Lactuca sativa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin süddəyən cinsinə aid bitki növü. Kalsium mineralı ilə A və C vitaminləri baxımından zəngin bir tərəvəzdir. Ayrıca kahıda B, D, E vitaminləri və dəmir, natrium, mis, yod, fosfor və sink mineralları da var. Sinirləri yatırar. Təzyiqi salar. Sakitləşdirici təsiri ilə yuxusuzluq çəkənlər üçün faydalıdır. Aybaşı halını nizamlar və ağrısını yüngülləşdirər. İştah açar və həzmi asanlaşdırar. Sidik sökdürücüdür.
NAVI
NAVI — Artsyom Lukyanyenka (vokalist və gitaraçı), Kseniya Juk (vokalist), Alyaksandr Tabolski (gitaraçı), Uladzislav Çaşçavik (bassist) və Uladzimir Beherdən (təbilçi) ibarət Belaruslu musiqi qrupu. Onlar Belarusu 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. NAVI qrupu 2013-cü ildə Artsyom Lukyanyenka və Kseniya Juk tərəfindən Belarusun paytaxtı Minskdə yaranmışdır. Onların ilk mahnısı olan "Abdymi myane" həmin ilin yayında təqdim edilmişdir. Belarusda radio hitə çevrilən mahnı qrupun karyerasının başlanğıcı olmuşdur. 2014-cü ildə NAVI qrupunun Lovi və Soncam sahretyja adlı ilk iki albomları işıq üzü görmüşdür. Qrupun musiqi faəliyyəti bir neçə rus, belarus və ukraynalı musiqiçiləri tərəfindən müsbət qiymətləndirilmişdir. Daha sonra qrup ardıcıl olaraq bir çox Belarus telekanallarında çıxış etməyə başlamış, ölkənin Minsk, Qrodno və Qomel şəhərlərində ilk konsertlərini vermişdirlər. NAVI qrupu eyni zamanda Milad ərəfəsində Moskvanın Dövlət Akademik Böyük Teatrında çıxış etmişdir. 2014-cü ildə qrup Belarusun Drujba, Musical evenings in Mir Castle festivallarında və Polşanın Halfway festivalında da çıxış etmişdir.
Şahı
Şahi—Azərbaycan Səfəvilər dövlətinin gümüş sikkəsi. Səfəvilər dövlətinin yaranması Azərbaycanın qədim torpaqlarının bir bayraq altında birləşməsi demək idi. Bu gün numizmatika elminə məlum olan ilk Səfəvi sikkəsi I İsmayılın adından 1501-ci ildə zərb edilmişdi. 1510-cu ildə Şah İsmayılın özbək Seybani xanın üzərindəki qələbəsindən sonra, Xorasan da Səfəvilər sərhədlərinə qatılmış və burada da 12 İmamın və İsmayılın adından sikkələr zərb edilmişdi. Onun adından zərb olunan sikkələrin cəmi 5 ədədi təyin edilmişdi. Bunlar Astaradan və Çaykənddən aşkar edilmiş dəfinədən təyin edilmiş orta çəkiləri 1:2:4:8:16 nisbətində, yəni kvadrat nisbətində olaraq 18,71:9,37,4,68:2,34:1,02 qr. olmuşdu. Bu sikkələr şahı adlanır və 2 misqal çəkidə yəni 9,36 qr, və ya 48 noxud çəkisində olurdu. Dəyişildikdə 50 ədəd 2 misqala bərabər mis fulusa dəyişdirilirdi. Bundan başqa, 1 misqal çəkili 4,68 qramda yarımşahı – (24 noxud), dörddə bir – şahı – 2,34 qr, səkkizdə bir – şahı – 1,77 qr.