ŞAHİ

(Bakı)
dəyirmanda üyüdülən dən üçün verilən haqq. – Dəyirmaçı u qədər tələsirdi ki, şahi alməgi də yadınnan çıxartdi
ŞAHI
ŞAHMƏHLƏMİ
OBASTAN VİKİ
Sara Şahi
Sara Şahi (ing. Sarah Shahi; 10 yanvar 1980, Euless[d], Texas) — ABŞ aktrisası. Sara Şahi 1980-ci ildə ABŞ-nin Texas ştatının Oles şəhərində iranlı Abbas Şahi və ispan əsilli Maxmonirin ailəsində anadan olub. O, İranda Qacarlar sülaləsinin ikinci şahı Fətəli şahın nəbibəsidir (törəməsidir). Fətəli şah 1797-ci ildən 1834-cü ilə qədər hakimiyyətdə olub. Qacar sülaləsinin əsasını qoyan Ağa Muhammədin xələfidir. Onun əsl adı Aahoo, fars dilində tərcümədə “Ahu” deməkdir. Valideynləri boşananda onun 10 yaşı olub. Yuxarı siniflərdə Triniti məktəbində sonra isə Dallas Universitetində oxuyub. Sara gözəllik kraliçası kimi karyerasına hələ yeniyetmə yaşlarında başlayıb.
Mir Şahi Mərəşi
Mir Şahi Mir Əbdülkərim oğlu Mərəşi (?-?) — Mazandaran seyidlərindən, Səfəvi dövlət adamı. I Şah Təhmasib Mir Şahi Mərəşiyə xan ünvanı vermişdi. Mir Şahi Mərəşinin Mir Sultan Murad xan adlı oğlu vardı.
Şahi
Şahi—Azərbaycan Səfəvilər dövlətinin gümüş sikkəsi. Səfəvilər dövlətinin yaranması Azərbaycanın qədim torpaqlarının bir bayraq altında birləşməsi demək idi. Bu gün numizmatika elminə məlum olan ilk Səfəvi sikkəsi I İsmayılın adından 1501-ci ildə zərb edilmişdi. 1510-cu ildə Şah İsmayılın özbək Seybani xanın üzərindəki qələbəsindən sonra, Xorasan da Səfəvilər sərhədlərinə qatılmış və burada da 12 İmamın və İsmayılın adından sikkələr zərb edilmişdi. Onun adından zərb olunan sikkələrin cəmi 5 ədədi təyin edilmişdi. Bunlar Astaradan və Çaykənddən aşkar edilmiş dəfinədən təyin edilmiş orta çəkiləri 1:2:4:8:16 nisbətində, yəni kvadrat nisbətində olaraq 18,71:9,37,4,68:2,34:1,02 qr. olmuşdu. Bu sikkələr şahı adlanır və 2 misqal çəkidə yəni 9,36 qr, və ya 48 noxud çəkisində olurdu. Dəyişildikdə 50 ədəd 2 misqala bərabər mis fulusa dəyişdirilirdi. Bundan başqa, 1 misqal çəkili 4,68 qramda yarımşahı – (24 noxud), dörddə bir – şahı – 2,34 qr, səkkizdə bir – şahı – 1,77 qr.
Şahi (silah)
Şahi — 1452-ci ildə Osmanlı İmperiyası dövründə düzəldilib istifadə edilmiş xüsusi bir müharibə topudur. İstanbulun fəthində istifadə edilmişdir. Topun düzəldilməsi üç ay çəkmiş, sxemini Fateh Sultan Mehmetin başçılığı ilə Türk mühəndisləri hazırlamışdılar. Topun düzəldilməsində bizanslıların daha əvvəl deportasiya etdiyi Macar Urban adlı bir tökməçi, Memar Muslihiddin Ağa və Saruca Paşa birlikdə çalışmışdılar. Daha bir köməkçi usta kimi Genuyalı Donur Usta adlı birindən də bəhs edilir. Bundan başqa bir rəvayətə görə də Macar Urban deportasiya edilməmiş, Bizans zindanından qazmaçılar tərəfindən qaçırılmışdır. Urbanın tökdüyü top və digər toplar 1452-ci ilin yanvar ayının sonlarında Ədirnədən yola çıxarılmış və ancaq iki ay sonra İstanbul önlərinə gətirilmişdi. Böyük topun qarşısında Kraç Bəy komandasında 10 min akıncı süvaridən ibarət bir qoşun gedirdi. Topu 30, bəzilərinə görə 50 və ya 60 cüt öküz müşkülatla çəkirdi. Ədirnədə sınaq döyüntülərinin keçiriləcəyi ərəfədə Fateh Sultan Mehmet carçılar göndərərək xalqı xəbərdarlıq etmiş, olacaq gurultu haqqında xəbər vermişdir.
Tuba Şahi məscidi
Tuba Şahi məscidi — Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən XV əsrə aid tarix-memarlıq abidəsi. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix və memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. Məscid binası Şirvanşahlar dövrünə aid Dördkünc Mərdəkan qəsrinin yaxınlığında inşa edilmişdir. Məscid, onun inşasını sifariş etmiş Tuba Şahi xanımın adını daşıyır. Məscid üzərindəki kitabədən onun inşa tarixinin 1481-1482-ci illər də bəlli olur. 1720-1721-ci illərdə Bakı xanlarından Məhəmməd xanın sifarişi ilə məsciddə bərpa işləri aparılmışdır. Məscid, günbəzlə tamamlanmış paralellepiped formasında dəqiq ifadə olunmuş həcmə malikdir. İbadət zalının mərkəzi hissəsi yelkənlər üzərində dayanan günbəzlə örtülmüşdür. Kvadrat formalı mərkəzi ibadət zalına dörd tərəfdən düzbucaqlı formaya malik köməkçi otaqlar birləşir. Məscid, onun inşasını sifariş etmiş Tuba Şahi xanımın adını daşıyır.
Əmir Şahi Səbzəvari
Əmir Şahi Səbzəvari (Səbzivar[d], Rəzəvi Xorasan ostanı – 1453) — Teymurilər dövlətində yaşamış farsdilli Azərbaycan şairi. Səbzəvar sərbədarilərinin nəslindən idi. Səbzəvari Hafiz Şirazinin "Divan"ının açılış qəzəlinə cavab bəstələmişdir. O, Astarabadda (indiki Gürgan) vəfat etmiş, Səbzəvardakı ailə ziyarətgahında dəfn edilmişdir. Vikianbarda Əmir Şahi Səbzəvari ilə əlaqəli mediafayllar var.
Elxan Şahinoğlu
Elxan Şahinoğlu (25 avqust 1971, Bakı) — siyasi analitik, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəridir. == Həyatı == 1971-ci ildə Bakıda anadan olub lakin əslən Xankəndi yaxınlığındakı Malıbəyli qəsəbəsindəndir. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin məzunudur (1988–1993). SSRİ illərində tələbə hərəkatının fəal üzvlərindən olub. Tələbəlik illərində müxtəlif nəşrlərlə əməkdaşlıq edib. Universiteti bitirdikdən sonra Dövlət Quruculuq və Beynəlxalq Münasibətlər İnstitutunda analitik qrupun rəhbəri kimi fəaliyyətə başlayıb. İnstitutda araşdırmalar və sorğuların keçirilməsi ilə məşğul olub. Elxan Şahinoğlu 1994–2005-ci illərdə Azərbaycanın müxtəlif media orqanlarında, o cümlədən "Millət", Azadlıq", "Gün səhər" qəzetlərində beynəlxalq əlaqələr və xarici siyasət şöbələrinin müdiri vəzifələrində, Türkiyənin TRT televiziyasının və "Anadolu" agentliyinin Bakıdakı bürolarında çalışıb. Bu illərdə yüzlərlə analitik məqalənin və müsahibələrin müəllifi olub. Bu yazılarına görə müxtəlif mükafatlara layiq görülüb.
Emil Şahin
Emil Şahin oğlu Qonaqov (19 may 1987, Bakı) — azərbaycanlı bəstəkar. == Həyat və yaradıcılığı == Emil Şahin oğlu Qonaqov 19 may 1987-ci ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə Eldar Məmmədov adına orta məktəbə daxil olmuşdur.Musiqiyə olan həvəsi uşaq yaşlarından formalaşdığı üçün, məktəbdən əlavə həmin illərdə Səbail rayonunda fəaliyyət göstərən incəsənət dərnəklərində, eləcə də Bülbül adına orta ixtisas musiqi məktəbində təşkil olunan müxtəlif konsertlərdə fəal iştirak edərək laureat olmuşdur. İlk bəstələdiyi melodiya 11 yaşı olarkən ərsəyə gəlib. "Vətən" adlı bu bəstə illər ötməsinə baxmayaraq onun yaradıcılığında özünəməxsus yer tutur. Bu əsər daha da təkmilləşdirilərək, Azərbaycan Respublikasının Xalq artisti Qara Qarayev adına Dövlət Kamera Orkestrının bədii rəhbəri və dirijoru Teymur Göyçayevlə birlikdə xüsusi layihə kimi dinləyicilərə təqdim olunacaqdır. Əsərin ifaçısı Azərbaycan muğamlarını dünyaya tanıdan xalq artisti , “Şöhrət” ordenli Alim Qasımov olacaq. Emil Şahin haqqında məlumatda onu da vurğulamaq istərdik ki, 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq İqtisadi Münasibətlər" fakültəsinə daxil olmuşdur. Onu Emil Şahin kimi tanıdan "Xəyallar" kompoziyasını da elə həmin ildə yazmışdır. Bu əsər çox qısa müddət ərzində ona şöhrət qazandırıb.
Fəthabad (Şahindej)
Fəthabad (fars. فتح اباد‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Şahindej şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 491 nəfər yaşayır (97 ailə).
Gecəyarısı Şahinləri
Gecəyarısı Şahinləri (ing. Midnight Hawks) Finlandiya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. 1997-ci ildə qurulmuşdur. Uçuşlar üçün BAE Systems Hawk təyyarələri istifadə olunur. Təyyarələrin xüsusi dizaynı yoxdur.
Gümüşü Şahinlər
Gümüşü Şahinlər Cənubi Afrika Respublikası Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Uçuşlar üçün Pilatus PC-7 təyyarələri istifadə olunur. == Tarixi == İlk komanda 1953-cı ildə Bumbling Bees adı altında yaradılmışdır. 20-cu əsrin 50-ci illərində isə ləğv olunmuşdur. 1966-cı ildə komanda yenidən quruldu. Bu komanda uçuşlar üçün Aermacchi MB-326 təyyarəsi istifadə edirdi. 1986-cı ildə şoudakı təyyarələrin sayı 5-ə qədər artırıldı. Təyyarə o vaxtkı Cənubi Afrika bayrağını təmsil etmək üçün narıncı, ağ və mavi rənglərə boyanmışdı. 1994-cü ildə yeni dövlət bayrağı qəbul olunduğuna görə təyyarələr CAR Hərbi Hava Qüvvələrinin rənglərini təmsil etmək üçün yenidən rəngləndi: mavi, açıq mavi və ağ. 1998-ci ildə təyyarələrin sayı yenidən 4-ə endirildi.
HESA Şahid-136
Hacı Şahin
Hacı Şahin (tam adı: Şahin Hüseyn oğlu Həsənli; 7 iyul 1974, Bakı – 2 mart 2023, Bakı) — azərbaycanlı ilahiyyatçı, din xadimi, ictimai xadim, xeyriyyəçi; Məşədi Dadaş məscidinin axundu, imam-camaatı, imam-cüməsi; "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin təsisçisi və sədri (2007–2023); Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi (2014–2023); QMİ-nin Qazılar Şurasının üzvü. == Erkən həyatı == Şahin Hüseyn oğlu Həsənli 7 iyul 1974-cü ildə Bakı şəhərində dünyaya gəlib. 1981-ci ildə Bakı şəhəri, Səbail rayonu 189 saylı orta məktəbin (indiki 189–190 №-li məktəb) rus bölməsinə daxil olub, 1991-ci ildə həmin məktəbi bitirib. 1991-ci ildə Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakültəsinə daxil olub. 1995–1997-ci illərdə hərbi xidmətdə olub. 1999-cu ildə ADTU-dakı təhsilini bitirib. 2001–2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsil alıb. == İctimai fəaliyyəti == 1998–2001-ci illərdə təsisçilərindən olduğu "İkmal" Gənclər Birliyinə sədrlik edib. Rəhbərlik etdiyi qurum ölkənin müxtəlif rayonlarında nümayəndəliklər açıb, ümumrespublika miqyasında müxtəlif tədbirlər keçirib. Fəaliyyətinin əsas istiqaməti milli-mənəvi dəyərlərin, sağlam həyat tərzinin və vətənpərvərlik hissinin gənclər arasında təbliği olub.
Hacı Şahin Həsənli
Hacı Şahin (tam adı: Şahin Hüseyn oğlu Həsənli; 7 iyul 1974, Bakı – 2 mart 2023, Bakı) — azərbaycanlı ilahiyyatçı, din xadimi, ictimai xadim, xeyriyyəçi; Məşədi Dadaş məscidinin axundu, imam-camaatı, imam-cüməsi; "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin təsisçisi və sədri (2007–2023); Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi (2014–2023); QMİ-nin Qazılar Şurasının üzvü. == Erkən həyatı == Şahin Hüseyn oğlu Həsənli 7 iyul 1974-cü ildə Bakı şəhərində dünyaya gəlib. 1981-ci ildə Bakı şəhəri, Səbail rayonu 189 saylı orta məktəbin (indiki 189–190 №-li məktəb) rus bölməsinə daxil olub, 1991-ci ildə həmin məktəbi bitirib. 1991-ci ildə Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakültəsinə daxil olub. 1995–1997-ci illərdə hərbi xidmətdə olub. 1999-cu ildə ADTU-dakı təhsilini bitirib. 2001–2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsil alıb. == İctimai fəaliyyəti == 1998–2001-ci illərdə təsisçilərindən olduğu "İkmal" Gənclər Birliyinə sədrlik edib. Rəhbərlik etdiyi qurum ölkənin müxtəlif rayonlarında nümayəndəliklər açıb, ümumrespublika miqyasında müxtəlif tədbirlər keçirib. Fəaliyyətinin əsas istiqaməti milli-mənəvi dəyərlərin, sağlam həyat tərzinin və vətənpərvərlik hissinin gənclər arasında təbliği olub.
Hüseyn Şahid
Hüseyn Şahid (8 sentyabr 1892 – 5 dekabr 1963, Beyrut) — Pakistan İslam Respublikasının 5-ci baş naziri.
Keçmişin Şahidləri (1956)
Keçmişin şahidləri (film, 1956)
Minilliyin şahini
Millennium Falcon və ya Minilliyin şahini — "Ulduz müharibələri" franşizasında uydurma kosmik gəmi. Co Conston tərəfindən "Ulduz müharibələri: IV Epizod – Yeni ümid" filmi (1977) üçün yaradılmışdır. Bu, daha sonra "Ulduz müharibələri: Bayrama özəl" (1978), "İmperiya cavab zərbəsi vurur" (1980), "Cedayın qayıdışı" (1983), "Gücün oyanması" (2015), "Sonuncu ceday" (2017), "Han Solo: Ulduz müharibələri. Hekayələr" (2017) və "Skayuolkerin yüksəlişi" (2019) filmlərində nümayiş edilmişdir. Bundan əlavə, "Şahin" kitablar, komikslər və oyunlar da daxil olmaqla "Ulduz müharibələri"nin müxtəlif spin-offlarında nümayiş edilmişdir. Ceyms Lukenonun "Minilliyin şahini" romanı eyniadlı kosmik gəmi haqqındadır. gəmisinə diqqət yetirir. Bu, həmçinin 2014-cü ildə yayımlanmış "Leqo filmi" animasiya filmində nümayiş edilmişdir. "SpaceX"in "Falcon 1" roketləri bu "Ulduz müharibələri" kosmik gəmisinin şərəfinə adlandırılmışdır.
Mir Şahin
Mirşahin Mirdilavər oğlu Ağayev (12 noyabr 1963, Perimbel, Yardımlı rayonu) — Real TV-nin baş direktoru (2018-ci ildən), ANS Şirkətlər Qrupunun vitse-prezidenti, telejurnalist, Azərbaycan Respublikasının əməkdar jurnalisti, 1-ci və 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni laureatı. Mir Şahin Mirdilavər oğlu Ağayev 12 noyabr 1963-cü ildə Yardımlı rayonunun Perimbel kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Jurnalist fəaliyyətinə Qarabağa Xalq Yardımı Komitəsinin "Azərbaycan" qəzetində başlayıb. Vahid və Seyfulla Mustafayevlərlə birgə ANS-in təsisçisidir. Müharibə reportyorudur. Azərbaycanın jurnalist və publisistlərindən biri kimi tanınır. 1992–2005-ci illərdə ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS-TV) Baş Redaktoru olan Mir Şahin Ağayev, 2016-cı ilə qədər şirkətin vitse-prezidenti postunu tutub. O, 102 FM radiostansiyasının 1994-cü ildən, 2016-cı ilədək prezidenti vəzifəsində çalışıb. 1992–2005-ci illərdə ANS Müstəqil Yayım və Media Şirkətinin Baş Redaktoru olub.
Mir Şahin Ağayev
Mirşahin Mirdilavər oğlu Ağayev (12 noyabr 1963, Perimbel, Yardımlı rayonu) — Real TV-nin baş direktoru (2018-ci ildən), ANS Şirkətlər Qrupunun vitse-prezidenti, telejurnalist, Azərbaycan Respublikasının əməkdar jurnalisti, 1-ci və 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni laureatı. Mir Şahin Mirdilavər oğlu Ağayev 12 noyabr 1963-cü ildə Yardımlı rayonunun Perimbel kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Jurnalist fəaliyyətinə Qarabağa Xalq Yardımı Komitəsinin "Azərbaycan" qəzetində başlayıb. Vahid və Seyfulla Mustafayevlərlə birgə ANS-in təsisçisidir. Müharibə reportyorudur. Azərbaycanın jurnalist və publisistlərindən biri kimi tanınır. 1992–2005-ci illərdə ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS-TV) Baş Redaktoru olan Mir Şahin Ağayev, 2016-cı ilə qədər şirkətin vitse-prezidenti postunu tutub. O, 102 FM radiostansiyasının 1994-cü ildən, 2016-cı ilədək prezidenti vəzifəsində çalışıb. 1992–2005-ci illərdə ANS Müstəqil Yayım və Media Şirkətinin Baş Redaktoru olub.
Məşədi Əbdül Şahin
Məşədi Əbdül Hüseynəli oğlu Muradlı (Məşədi Əbdül Şahin) – şair. Məşədi Əbdül Şahin 1844-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Ticarətlə məşğul idi. Əsasən Petrovskidə alış-veriş edirdi. Şahin və Rahzən təxəllüsləri ilə şeirlər yazırdı. Tarixçi və təzkirəçi Mir Möhsün Nəvvab onun haqqında yazır: "Qarabağın xoştəb və əhli-zövq şüəralarından birisi də Əbdül ibn Hüseynəli ibn Məşhədi Muraddır, amma mərhum Əbdül anasının adı ilə məşhur idi. Belə ki, cəmi Qarabağ əhli ona Fatıoğlu Əbdül deyərdi. Təvəllüdü və həmçinin təlimü tərbiyəsi Şuşa qalasında olubdur. İyirmi il bundan əqdəm köçüb Petrovskiyə orada alış-veriş ilə məşğul olurdu.
Nuri Şahin
Nuri Şahin (5 sentyabr 1988) — karyerasını "Borussiya Dortmund"da davam etdirən Almaniyada doğulan türk əsilli futbolçu. Qismən də olsa Almaniya vətəndaşlığına sahibdir. Kırşəhərli işçi bir ailənin 2 övladınnan biridir. Ufuk adında qardaşı var.
Otaqlı (Şahindej)
Otaqlı (fars. اطاقلو‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Şahindej şəhristanı ərazisinə daxil olan kənd.
Qara Mustafa Şahin Paşa
Qara Mustafa Şahin Paşa (ö. 1565) — Sultan Süleyman Qanuni səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. Doğum tarixi və əsli haqqında məlumat yoxdur. Sultan Süleyman Qanuni dönəminin ilk illərində saraya alındığı məlumdur. Əndərunda təlim-tərbiyə aldıqdan sonra 1544-cü ildə Ərzurum, 1548-ci ildə Diyarbəkir bəylərbəyi oldu. Ardından Şahzadə Bəyazidin lələsi təyin edildi və onunla birlikdə təyin olunduğu Konya, Kütahya və Amasya sancaqbəyliklərinə yollandı. Ancaq şahzadənin üsyan edərək Səfəvilərə sığınmasının ardından (1559) o da cəzalandırıldı və Qəzzə sancaqbəyliyi ilə mərkəzdən uzaqlaşdırıldı. Ancaq çox keçmədən günahsız olduğu aşkar oldu və 1560-cı ildə vəfat edən Sofu Əli Paşanın yerinə Misir bəylərbəyliyinə gətirildi. Ancaq 1563-cü ildə vəzifədən alındı və çox keçmədən 1565-ci ildə vəfat etdi. Övladlarından Rizvan Paşa və Bəhram Paşa özü kimi müxtəlif əyalətlərdə fəaliyyət göstərmişdir.
Qara Şahin
Qara Şahin (ing. Black Hawk) - Şimali Amerika hindilərin başçısı, Sauk qəbiləsinin başçısı. Qara Şahin Sauk Sautenuk bölgəsində dünyaya gəlmişdir. O, Saket Foks qəbiləsinin başçısı olduğu müddətdə, ABŞ dövləti tərəfindən 1804-cü ildə İllinoys və Missisipi arasında qəbiləyə məxsus, ov ərazilərinin tərk edilməsi haqqında olan bəyanatı imzalamaqdan imtina etmişdir. 1812-ci il müharibəsində Qara Şahin Böyük Britaniyanın tərəfindən döyüşmüşdür. 1815-ci ildə Qara Şahin, ABŞ-la sülh müqaviləsi imzalamağa razı olur. Müqavilə imzalanandan sonra, müqaviləyə sonradan Sauk qəbiləsinin yaşadığı ərazilərdən çıxarılması barədə, bəndin əlavə olunmasından sonra, qiyama başlamışdır. ABŞ prezidenti Cekson Qara Şahinin üzərinə tam silahlanmış 3 tabor göndərmişdir. Tərəflər arasında yaşanan Qara Şahin döyüşündə hindular, dövrünə görə müasir silahlarla silahlanan Amerikan əsgərlərinə məğlub oldular. Sağ şəkildə tutulan Qara Şahin ətraf şəhərlərdə, təhqir edici formada bir neçə gün kütlə qarşısında nümayiş olunmuşdur.
Qara Şahinlər
Black Falcons (azərb. Qara Şahinlər‎) — Yeni Zelandiya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Komanda 2000-ci ildə yaradılmışdır. Uçuşlar üçün 5 ədəd Aermacchi MB-339 istifadə olunurdu. Təqribən 1 ildən sonra komanda ləğv olunmuşdur. 2016-cı ilin yanvarında Qırmızı Damalar eskadronunun ləğvi ilə Black Falcons yenidən bərpa olundu. Yeni komanda uçuşlar üçün Beechcraft T-6 Texan II təyyarəsi istifadə edir.
Qız körpü (Şahindej)
Qız körpü (fars. قيزكرپي‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Şahindej şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 643 nəfər yaşayır (141 ailə).
Qızıl quyruqlu şahin
Rus Şahinləri
Rus Şahinləri (rus. Соколы России) — Rusiya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. 2006-cı ildə yaradılmışdır. Uçuşlar üçün Su-25, Su-27 , Su-30 , Su-34, Su-35 və MiQ-29 təyyarləri istifadə olunur.

Digər lüğətlərdə