Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qüsl
Qüsl - şəriətdə xüsusi qayda ilə yerinə yetirilən vacib əməl. Qüsl 2 növdür: İrtimasi qüsl və tərtibi qüsl. Tərtibi qüsl aşağıdakı ardıcıllıqla yerinə yetirilir (bədən üzvləri mütləq su ilə yuyulur): Baş və boyun yuyulur Bədənin sağ tərəfi bütünlüklə yuyulur Bədənin sol tərəfi bütünlüklə yuyulurQeyd: Bədən üzvlərinin yuyulması zamanı yumanının üstdən-aşağı, yaxud aşağıdan yuxarı yuyulmasının əhəmiyyəti yoxdur. İrtimasi qüsl çayda, göldə, su vannasında və s. də niyyətdən sonra bədənin bütün hissələrinin bir anda suyun altına salmaqla edilən qüsldür. Qüsl özü-özlüyündə müstəhəb olmasına baxmayaraq namaz qılmaq üçün, Məscidül-Həram və bəzi yerlərə daxil olmaq üçün vacibdir. Boynunda cənabət qüslü olan qüsl verdikdən sonra namaz üçün dəstəmaz almasına gərək qalmır, yəni həmin qüsllə namaz qıla bilər. Oruc tutan adam irtimasi qüsl verə bilməz. Əks halda onun başı bütünlüklə suya girməlidir və bu halda onun orucu batil olar. Qüsl vermək üçün su tapılmadıqda, yaxud suyun bədənə zərəri yetişəcəyi halda qüsl əvəzinə təyəmmüm edilir.
Barat Vüsal
Barat Vüsal — Azərbaycanlı şair, publisist, ictimai xadim, əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri. 1998-ci ildə Xəlil Rza Ulutürk, 2008-ci ildə Səməd Vurğun ədəbi mükafatlarına layiq görülüb. == Həyatı == Barat Vüsal 1951-ci ildə Qazax rayonunun Kosalar kəndində doğulub. Orta təhsilini burada almışdır. 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini bitirmişdir. 1968-ci ildə “Sarı sünbül” adlı ilk şeirini yazmışdır. 1988-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü oldu. Şair 1993-cü ildən AYB-nin Qazax bölməsinə rəhbərlik edir. “Göz aydınlığı”, “Ürəyimdən bir çay axır”, “Yolumuz eşqə bağlıdı”, “Ömür bitər, Yol bitməz”, “Qazaxda yaşadım mən öz ömrümü”, “Ruh gəmisi” və “Kufə əhli” kitablarının müəllifidir. 1998-ci ildə Xəlil Rza Ulutürk, 2008-ci ildə Səməd Vurğun ədəbi mükafatlarına layiq görülüb.
Tahirov Vüsal
Vüsal Mehdi oğlu Tahirov (1 may 1997, Danyeri, Naxçıvan Muxtar Respublikası – 16 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vüsal Tahirov 1997-ci il mayın 1-də Şərur rayonunun Danyeri kəndində anadan olub. 2004-2015-ci illərdə Xırdalan şəhərində 9 nömrəli tam orta məktədə təhsil alıb. Subay idi. == Hərbi xidməti == Vüsal Tahirov 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun giziri olan Vüsal Tahirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal Tahirov noyabrın 16-da Şuşanın azad edilməsi zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Tahirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Tahirov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal Tahirov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Vüsal Tahirov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Vüsal Abbasov
Vüsal Telman oğlu Abbasov (12 avqust 1983; Təzəkənd, Beyləqan rayonu, Azərbaycan — 30 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vüsal Abbasov 12 avqust 1983-cü ildə Beyləqan rayonunun Təzəkənd kəndində anadan olmuşdur. == Hərbi xidməti == Vüsal Abbasov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Vüsal Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Vüsal Abbasov 30 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Abbasov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal Abbasov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal Abbasov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Vüsal Abdullayev
Vüsal Şakir oğlu Abdullayev (15 mart 1986, Sarısu, Jdanov rayonu – 22 oktyabr 2020, Qubadlı) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İkinci Qarabağ müharibəsi şəhidi Vüsal Şakir oğlu Abdullayev 1986-cı il 15 martda Beyləqan rayonunun Sarısu kəndində anadan olub. 1991-ci ildə yaşadığı kənddə məktəbə gedib. Məktəb doqquzillik olduğuna görə 9-cu sinfi bitirəndən sonra təsərrüfat işləri ilə məşğul olmağa başlayıb. Atası Şakir kişi sovxozda traktorçu işləyib. Lap kiçik yaşlarından zəhmətə qatlaşan Vüsal elə o vaxtlardan da traktor sürməyi öyrəndiyi üçün kənddə atası kim traktor işlədib. == Hərbi xidməti == Vüsal Abdullayev 2003-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılır. Hərbi xidmətini Tərtər bölgəsində keçirib. Çox fəal əsgər olduğu üçün həmişə valideynlərinə təşəkkürnamə gəlib. Əsgərlik xidmətin 2004-cü ilin dekabr ayında başa vurub öz kəndlərinə qayıdan Vüsal yenə də təsərrüfat işlərinə başlayıb.
Vüsal Abdullazadə
Vüsal Abdullazadə (12 sentyabr 1992, Tircan, İsmayıllı rayonu) — Dağıstan, Ləzgi əsilli Azərbaycan karateçisi, üç qat dünya çempionu, Avropa çempionatının gümüş mükafatçısı, yeddi qat Azərbaycan çempionu, Bakı Karate-do Akademiyasının prezidenti və şef-instruktoru, Dünya Fudokan Federasiyasının Azərbaycanda rəsmi və səlahiyyətli nümayəndəsi, 5-ci dan beynəlxalq qara kəmər ustası, gənc ictimai xadim. == Həyatı == Azərbaycanlı karateçi, dünya və Avropa çempionu, yüksək səviyyəli beynəlxalq yarışların qalibi Vüsal Abdullazadə 12 sentyabr 1992-ci ildə İsmayıllı rayonunun Tircan kəndində anadan olub. 2011-ci ildə yüksək idman dərəcələrinə görə ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə müsabiqədənkənar Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub və 2015-ci ilin iyun ayında Akademiyanı əla qiymətlərlə bitirib. 2015–2016 illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ordu sıralarının cəbhə xəttində yerləşən N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib. 2016-cı ilin Aprel döyüşlərində iştirak etmişdir. 25 avqust 2016 tarixindən Bakı Karate-do Akademiyasının baş məşqçisi və prezidentidir. 2020-ci il 9 fevral tarixində Azərbaycan Respublikasının Milli Məclisinə Növbədən kənar Parlament seçkilərində Deputatlığa namizəd olub. 1 aprel 2021-ci il tarixində Azərbaycan Qocyu-Ryu Okinava Karate-do və Kobudo Kempo İdman Döyüş Növləri Federasiyasının birinci vitse-prezidenti təyin edilib. 01.10.2022-ci il tarixində Azərbaycan Qocyu-Ryu Okinava Karate-do və Kobudo Kempo İdman Döyüş Növləri Federasiyasının birinci vitse-prezidenti vəzifəsi postundan istefa verib. 1 yanvar 2021-ci il tarixində Dünya Fudokan Federasiyasının Azərbaycanda rəsmi nümayəndəsi seçilib.
Vüsal Allahverdiyev
Vüsal Allahverdiyev (əsgər, 2002) (25.07.2002) — əsgər, Vətən müharibəsi şəhidi. Vüsal Allahverdiyev (əsgər, 1988) (16.08.1988) — əsgər, Vətən müharibəsi şəhidi.
Vüsal Allahyarov
Vüsal Şakir oğlu Allahyarov (22 aprel 1988; Sumqayıt, Azərbaycan SSR — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu, yarımqrup komandiri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vüsal Allahyarov 1988-ci il aprelin 22-də Sumqayıt şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Vüsal Allahyarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal Allahyarov noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Allahyarov ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Allahyarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Allahyarov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Allahyarov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Vüsal Alıyev
Vüsal İlham oğlu Alıyev (4 oktyabr 1996; Şəmkir rayonu, Azərbaycan — 2 aprel 2016; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Aprel döyüşlərinin şəhidi. == Həyatı == Vüsal Alıyev 1996-cu il oktyabrın 4-da Şəmkir rayonunun Kür qəsəbəsində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Vüsal Alıyev 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində başlanan Aprel döyüşlərində savaşıb. Vüsal Alıyev aprelin 2-də Tərtər istiqamətində Talış zirvəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı şəhid olub. Aprelin 9-da Şəmkir rayonunun Kür qəsəbəsində dəfn olunub. Vüsal Alıyev ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edildi.
Vüsal Ağalarov
Vüsal Zahid oğlu Ağalarov (20 oktyabr 1991, Gəncə) — Azərbaycanlı Pauerlifter, Respublika dərəcəli İdman ustası, Azərbaycan Pauerliftinq Federasiyasının (APF) yığma komandasının üzvü. == Rəsmi Yarış nəticələri == |Squat (wraps): 320 KG |Bench press: 205 KG |Deadlift: 322.5 KG |Total: 847.5 KG RAW == Həyatı == Ağalarov Vüsal 1991-ci il oktyabrın 10-da Gəncə şəhərində anadan olmuşdur. 1998-ci ildə Gəncədə 34 saylı orta məktəbə getmiş və 2009-cu ildə həmin məktəbin məzunu olmuşdur. Məktəbi bitirdikdən sonra 2011-ci ilə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olmuşdur. == İdman Fəaliyyəti == Hələ erkən yaşlarında idmana yaranan həvəs sayəsində 6 yaşından 14 yaşına kimi boksla məşğul olub. 14 yaşından 16 yaşına qədər isə ağır atletika idman növündə də özünü sınayıb və bu idman ona daha da motivasiya verib. Aradan bir neçə il keçməsinə baxmayaraq 22 yaşından pauerliftinq idman növünə atılmağa qərar verir və getdikcə özündə olan potensial sayəsində yüksək nailiyyət əldə etmişdir. Dəfələrlə respublika yarışlarında özünü doğruldaraq növbəti hədəfində avropa və dünya yarışlarında uğur qazanmaq üçün daha çox çalışır. Avropa və dünya çempionatlarında da yüksək nailiyyət əldə edib.
Vüsal Babayev
Vüsal Sübbuh oğlu Babayev (8 yanvar 1992, Pirallahı – 21 oktyabr 2020, Gecəgözlü, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Vüsal Babayev 1992-ci il yanvarın 8-də Bakı şəhərinin Pirallahı rayonunun Pirallahı adasında anadan olub. O, Pirallahı rayon 186 nömrəli tam orta məktəbini bitirib. Ailəli idi, iki övladı yadigar qaldı. Ailəsi şəhid Vüsal Babayevin xatirəsini əbədiləşdirmək məqsədilə onun şəxsi əşyalarını Azərbaycan İstiqlal Muzeyinə bağışlayıb. == Hərbi xidməti == Vüsal babayev orta məktəbi bitirdikdən sonra elə həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2014-cü ildə hərbi məktəbi leytenant rütbəsi ilə bitirib. Daha sonra baş leytenant rütbəsinə layiq görülüb. Həmin il Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə daxil olub. 2015-ci ildə Yerüstü artilleriya taqım komandiri kursunu bitirib.Vüsal Babayev 2015-ci ildə Goranboy rayonunda “N” saylı hərbi hissədə, sonuncu dəfə, 2018-ci ildə isə Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində ağır artilleriya hissəsində komandir vəzifəsində xidmət göstərib.
Vüsal Cəfərov
Vüsal Cəfərov (əsgər, 1996) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), Vətən müharibəsi şəhidi. Vüsal Cəfərov (əsgər, 1990) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), Vətən müharibəsi şəhidi. Vüsal Cəfərov (əsgər, 1989) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), Vətən müharibəsi şəhidi.
Vüsal Dəmirov
Vüsal Aydın oğlu Dəmirov (10 sentyabr 1993; İsmayıllı, Azərbaycan — 5 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu,BTR sürücüsü, MAHHXQ İkinci Qarabağ müharibəsi şəhidi. Tovuz döyüşləri, Aprel döyüşləri, İkinci Qarabağ müharibəsində qəhrəmancasına döyüşmüşdür. == Həyatı == Vüsal Dəmirov 1993-cü il sentyabrın 10-da İsmayıllı şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Vüsal Dəmirov 2014 cu ildə hərbi xidmətə başlayıb. Aprel döyüşündə , Tovuz döyüşündə fəal iştirak etmişdir.2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal Dəmirov oktyabrın 5-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Dəmirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Dəmirov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal Dəmirov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Vüsal Güləliyev
Güləliyev Vüsal Azər oğlu (19 noyabr 2001; Siyəzən, - 29 oktyabr 2020; Xocavənd), — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Güləliyev Vüsal Azər oğlu 19 noyabr 2001-ci ildə Siyəzən rayonunda anadan olmuşdur. 2008-ci ildə Siyəzən şəhər 5 saylı tam orta məktəbin 1- ci sinifinə daxil olmuşdur. 2019-cu ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2020 -ci ilin yanvarın 6-da həqiqi hərbi xidmətə yollanmışdır. 29 oktyabr 2020-ci il tarixində Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. == Döyüş yolu == Müharibənin ilk günlərində döyüşlərə qatılaraq Füzuli rayonunun işğaldan azad olunmasında böyük igidlik göstərib. Xocavənd uğurunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Güləliyev Vüsal Azər oğlu ölümündən sonra "Vətən uğrunda" medalı təltif olunub.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal Güləliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Vüsal Hadıyev
Vüsal Hadıyev(azərb. Hadıyev Vüsal Balarəzi oğlu‎; 18 oktyabr 2000, Gəgiran, Lənkəran rayonu – 20 oktyabr 2020, Ağdərə rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi == Həyatı == Hadıyev Vüsal 18 oktyabr 2000-ci ildə Lənkəran şəhəri Gəgiran kəndində anadan olmuşdur. Vüsal hələ körpə ikən ailəsi ilə birlikdə Masallı şəhərinə köçürlər. İlk təhsilini Nəriman Nərimanov adına Masallı şəhər 2 saylı tam orta məktəbində alır. Məktəb vaxtlarında cüdo idman növü ilə məşğul olan Vüsal yeniyetmələr arasında təşkil olunmuş bir çox idman yarışlarında iştirak edərək müxtəlif dərəcəli diplom və medallarla təltif olunmuşdur. == Hərbi xidməti == 2019-cu ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə başlamışdır. Vətən Müharibəsinin başladığı ilk günlərdən etibarən döyüşlərdə iştirak etmiş və 5 oktyabr 2020-ci ildə Ağdərə uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 22 oktyabr 2020-ci ildə Masallı şəhər məzarlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Hadıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Vüsal Həsənov
Vüsal Həsənov (əsgər, 1986)
Vüsal Kazımov
Vüsal Kazımov (baş leytenant) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsi şəhidi. Vüsal Kazımov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Vüsal Mahmudov
Vüsal Xəyyam oğlu Mahmudov (10 mart 2002; Ağalıq, Şabran rayonu, Azərbaycan — 2 oktyabr 2020; Buzluq, Goranboy rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Vüsal Mahmudov 10 mart 2002-ci ildə Şabran rayonunun Ağalıq kəndində anadan olmuşdur. 2019-cu ildə orta məktəbdən məzun olmuşdur. Subay idi. == Hərbi xidməti == Vüsal Mahmudov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Vüsal Mahmudov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Vüsal Mahmudov 2 oktyabr 2020-ci ildə Murovdağ döyüşləri gedişatında Goranboy rayonunun Buzluq kəndi istiqamətində təmas xəttində, "Cəngavər" döyüş mövqeyində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Şabran rayonunda dəfn olunmuşdur.
Vüsal Mehrəliyev
Vüsal Akif oğlu Mehrəliyev (15 yanvar 1978) — aktyor və rejissor.Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru(2022), Prezident mükafatçısı(2022) == Həyatı == Vüsal Mehrəliyev 15 yanvar 1978-ci ildə İsmayıllıda anadan olmuşdur. Əhməd Cavad adına Bakı Mədəni-Maarif texnikomunun Kino və dram aktyorluğu fakültəsini bitirib. 27 oktyabr 1997-ci ildən Gənc Tamaşaçılar teatrının aktyorudur. Dram və kino aktyoru olaraq bir neçə filmdə, serialda və televiziya tamaşasında rol almışdır. 2016-cı ildən Moskvada B. Şukin adına Teatr İnstitutunda aktyorluq sahəsində təhsilini davam etdirir. == Mükafatları == 2014-cü ili aprel ayının 14-də Kalmıkiya və Azərbaycan teatrları arasında mədəni və qarşılıqlı yaradıcılıq əlaqələrinin genişləndirilməsi sahəsindəki töhfələrinə görə Kalmıkiya Respublikası Teatr Xadimləri İttifaqının Fəxri fərmanı ilə mükafatlandırılmışdır. 10 may 2022-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. == Teatr sahəsindəki rolları == 1. Mahmud - («Mahmud və Məryəm» Elçin) 2. Uruz - («Dədəm Qorqud» Ə.Dəmirçizadə) 3.
Vüsal Miriyev
Vüsal Miriyev — II dərəcəli kapitan, "Dağıstan" raket gəmisinin komandiri. == Həyatı == Vüsal Miriyev 1978-ci il avqustun 27-də Goranboy rayonunun Səfikürd kəndində anadan olub. === Ailəsi === V. Miriyev evlidir, 3 övladı var. == Fəaliyyəti == 1996-cı ildən Rusiya Silahlı Qüvvələrində xidmət edir. Uşakov adına Baltik Hərbi-Dəniz İnstitutunu bitirdikdən sonra Xəzər flotiliyasında xidmətə göndərilib. 2002–2005-ci illərdə raket qayığında komandir köməkçisi, 2005–2010-cu illərdə isə raket qayığının komandiri olub. 2010-cu ildə V. Miriyev "Tatarıstan" keşikçi gəmisinin komandiri, qısa müddət sonra "Dağıstan" raket gəmisinin komandiri təyin edilib. 2013-cü il avqustun 13-də Rusiya və Azərbaycan prezidentləri bu gəmini ziyarət ediblər. 2015-ci il oktyabrın 7-də Rusiyanın Xəzər flotiliyasına məxsus "Dağıstan" gəmisi Xəzər dənizindən Suriyadakı hədəflərə raket atıb.
Vüsal İbişov
Vüsal Əli oğlu İbişov (19 iyun 1999; Ağsu rayonu, Azərbaycan — 18 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vüsal İbişov 1999-cu il iyunun 19-da Ağsu rayonunun Gəgəli kəndində anadan olub. 2006-cı ildə Sahib Mütəllimov adına Gəgəli kənd tam orta məktəbinin birinci sinfinə daxil olub, 2017-ci ildə həmin məktəbi bitirib. == Hərbi xidməti == Vüsal İbişov orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb. 2019-cu ilin aprelində hərbi xidməti başa vurduqdan sonra Gəgəli kəndinə qayıdıb, 2020-ci il sentyabrın 21-də yenidən könüllü olaraq hərbi xidmətə yollanıb. İkinci Qarabağ müharibəsi başlayanda Suqovuşan və Ağdərə istiqamətlərindəki döyüşlərdə kəşfiyyatçı kimi xidmət edən Vüsal İbişov oktyabrın 18-də yaralı əsgər yoldaşını xilas etməyə çalışarkən düşmənin snayperdən açdığı atəş nəticəsində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal İbişov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal İbişov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Vüsal İsayev
Vüsal Firdovsi oğlu İsayev (5 aprel 1983; Yevlax, Azərbaycan SSR — 5 oktyabr 2020; Suqovuşan Azərbaycan Silahlı Qüvvələrinin tibb xidməti kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == , 1983-cü ildə Yevlax şəhərinin Xaldan kəndində anadan olub. Müxtəlif sahələrdə çalışsa da, Vətənə olan sevgisi 2014-cü ildə yenidən ordu sıralarında işləməyə sövq edib.Tibb xidməti kiçik çavuş sanitar təlimatçisi vezifəsində ön cəbhədə işləyib.İşində peşekar olub. Talışkənd, Suqovuşan uğrunda gedən şiddətli döyüşlərdə yaralanan qəhrəman, öz yaralarına baxmayaraq, bir neçə döyüşcülərə yardım edib, neçə canlar xilas edib. Oktyabr ayının 5-də Vüsal düşmənin xain pusqusuna düserek qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Onun Vətənə əmanət iki övladı qalıb. "Vətən uğrunda", "Laçının azad olunmasına görə", ""Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub. . == Hərbi xidməti == Azərbaycan Ordusunun tibb xidməti kiçik çavuşu olan İsayev Vüsal Firdovsi oğlu 2014 cü il 25 iyun tarixinden sanitar təlimatçisi vezifəsində Aran qəsəbəsindəki N sayli hərbi hissədə xidmət etmişdir.2017 ci ilin dekabr ayinda təyinatla ön cəbhədə xidmət etmişdir. Vüsal İsayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal İsayev oktyabrın 5-də Talış Suqovuşan istiqamətində gedən döyüşlərdə xüsusi merdlik və şücaət görsederek qəhrəmancasina həlak olmuşdur.
Vüsal İsgəndərov
Vüsal Asdan oğlu İsgəndərov (10 sentyabr 1998; Nifçi, Bərdə, Azərbaycan — 29 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vüsal İsgəndərov 10 sentyabr 1998-ci ildə Bərdə rayonu Nifçi kəndində anadan olub. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Vüsal İsgəndərov Gülüstan, Ağuçuq, istiqamətində gedən hərbi əməliyyatlarda iştirak edib. Vüsal 2020-ci il sentyabrın 29-da Ağuçuq istiqamətində gedən hərbi əməliyyat zamanı düşmən atəşi ilə şəhid olub. Bərdədə dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal İskəndərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal İsgəndərov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Vüsal İsmayılov
Vüsal Nəbi oğlu İsmayılov (9 aprel 1980, Xalxal, Vartaşen rayonu – 4 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vüsal İsmayılov 1980-ci il aprelin 9-da Oğuz rayonunun Xalxal kəndində anadan olub. 1986–1997-ci illərdə Y. Şəfiyev adına Xalxal kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. 1 qızı və 2 oğlu yadigar qaldı. == Hərbi xidməti == Vüsal İsmayılov 1998–2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2002-ci ildən isə "N" saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib. Xidməti ərzində Piyadanın Döyüş Maşınında (PDM) Maşın Komandiri vəzifəsində xidmət edib və 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşləri zamanı Lələtəpə istiqamətində gedən döyüşlərdə savaşıb. Azərbaycan Ordusunun baş giziri olan Vüsal İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal İsmayılov oktyabrın 4-də Füzulinin azad edilməsi zamanı şəhid olub.
Vüsal İsmayılzadə
Vüsal İsmayılzadə (tam adı: Vüsal Əlibəndə oğlu İsmayılzadə; 2001, Bakı şəhəri, Azərbaycan — 21 oktyabr 2020; Xocavənd rayonuDüdükçü kəndi, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 2-ci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Vüsal İsmayılzadə 2001-ci il oktyabr ayının 17-də Bakı şəhəri Buzovna qəsəbəsində anadan olub. 2007-2018-ci illərdə Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən 322 nömrəli tam orta məktəbdə təhsil alıb. Məzarı " Buzovna Şəhidlər Xiyabanı"nda yerləşir. == Hərbi xidməti == 2018-ci ildə orta məktəbi bitirdikdən sonra 2019-cu ilin oktyabrın 23-ü Xəzər rayonu Hərbi Komissarlığına çağırılır. === İkinci Qarabağ müharibəsində iştirakı === Sentyabr ayının 27-də İkinci Qarabağ müharibəsi başlayanda Vüsal İsmayılzadə əsgər yoldaşları ilə birlikdə əvvəlcə Füzuli, Cəbrayıl və Zəngilan, Xocavənd rayonlarının işğaldan azad olunmasında azad edilməsində böyük şücaət və qəhrəmanlıq göstərir. Onun döyüşlərdə necə mətinliklə vuruşduğu, göstərdiyi rəşadəti haqqında komandiri və əsgər yoldaşları ağız dolusu danışırlar. Oktyabrın 21-də Xocavənd rayonu Düdükçü kəndi istiqamətində gedən döyüşlərə qatılırlar və əsgər yoldaşları ilə raket atəşinə tutulurlar. Əsgər yoldaşları ilə birgə Vüsalda yaralanır. Yaralıları aparmağa maşın gələndə Vüsal əsgər yoldaşlarının maşına mindirilməsində köməklik göstərir.
Qusar
Qusar — Azərbaycanın şimalında kiçik şəhər, eyniadlı inzibati rayonun mərkəzi. 1938-ci ildə rayon tabeli şəhər statusu almışdır. Qusarçay vadisində, Qusar çayı üzərində yerləşir. Ərazisi 1542 km² olan rayonda 1 şəhər (Qusar), 1 qəsəbə (Samur), 88 kənd vardır. Bu yaşayış məntəqələri 29 inzibati ərazi nümayəndəliyi və 29 bələdiyyə vasitəsilə idarə olunur. Rayon əhalisinin sayı 1 noyabr 2011-ci il tarixində 90438 nəfərdən ibarət olmuşdur. Rayonun əhalisinin 21%-i şəhərdə, 79%-i kəndlərdə yaşayır. Relyefinə görə Qusar rayonu ovalıq, dağətəyi və dağlıq hissələrə bölünür. Torpaq örtüyü şabalıdı, boz-qonur, dağ-çəmən və dağ-meşə torpaqlarından ibarətdir. Rayon ərazisində çoxlu minerallara; mərmər, limonit, xalkopirit, əhəngdaşı və s.
Avaran (Qusar)
Avaran — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Coğrafiyası == Kənd Qusarçayın sol sahilində, Qusar maili düzənliyində yerləşir. == Toponimikası == Oykonim "avar" etnonimindən və "-an" (məkan və cəmlik bildirir) şəkilçidən düzəlib, "avarların yeri" mənasındadır. Mənbələrdə VI əsrin ortalarından etibarən Şimali Qafqazdan Albaniya ərazisinə gəlmiş türkdilli avar tayfasının adı ilə bağlı Avarqan dərəsi oronimi Qubadlı rayonu ərazisində qeydə alınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1343 nəfər yaşayır. Əhali ləzgilərdən ibarətdir.
Bala Qusar
Bala Qusar — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır.[mənbə göstərin] == Toponimikası == Bala Qusar oyk, mür. Qusar r-nunun eyniadlı i.ə.v.-də kənd. Qusar çayının sol sahilində, Qusar maili düzənliyindədir. Oykonim "Qusar yaşayış məntəqəsinin nisbətən kiçik hissəsi" deməkdir. Kənd XIX əsrdə Qusardan köçmüş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. == Əhalisi == Əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1446 nəfər əhali yaşayır.
Həsənqala (Qusar)
Həsənqala — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Qusar rayonunun 7 türk kəndindən biri == Tarixi == Şirvanşahlar dövründən (861-1539) bilinən “Həsənqələli” oykonimi ərazidəki eyniadlı qədim qalanın adından yaranmışdır. Qafqaz albanlarının yaşadığı bu ərazilərə 8-ci əsrdə ərəblər tərəfindən əsir götürülmüş bir neçə yüz xəzər türkü də yerləşdirilmişdi. Qəbristanlığında 300-400 il öncəyə aid məzar daşları olan bu kənd və əhalisi haqqında 1831-ci il siyahıyaalmasında (61 ailə, 225 kişi) və 1857-ci il Qafqaz təqvimində də qeydlər vardır. Çar Rusiyasına qarşı 1826-cı il üsyanında da yaxından iştirak etmiş Həsənqala kəndi ərazisində arxeoloji qazıntılar aparılarsa tarixi keçmişi barədə daha dəlil-sübutlu məlumatlar əldə etmək olardı. Bu kəndləri Osmanlı-Səfəvi müharibəsi (1578-90) dövründən qalma sayanlar da var. 1921-ci il Azərbaycan kənd təsərrüfatı siyahıyaalınmasının nəticələrinə görə Həsən-qala kəndinin 68 təsərrüfatında 247 nəfər yaşayırdı və sakinlərinin milli tərkibi Azərbaycan türklərindən ibarət idi. 2009-cu ilin əhali siyahıyaalınmasına əsasən kənddə 931 nəfər yaşayırdı. Son məlumatlara görə isə kənddə qeydiyyatda olanların sayı 1200 nəfərdən artıqdır. O cümlədən, onların 1000 nəfərə yaxını kənddə daimi yaşayır.
Həzrə (Qusar)
Həzrə — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi :Əsası XV əsrdə qoyulmuş Həzrəti Seyx Cünet adına == == Coğrafiyası == Həzrə sovetliyinin mərkəzi. Rayon mərkəzindən 24 km şimal-qərbdə, Qusar maili düzənliyindədir. == Toponimikası == Kənd Qusar maili düzənliyindədir. Keçmiş adı Quryan olmuşdur. Yaşayış məntəqəsinin adı ərəb dilindəki həzr (ocaq, pir) sözü ilə bağlıdır. Oykonim kəndin ərazisindəki məscidlə və bu məsciddə dəfn edilmiş Şeyx Cüneydin qəbri ilə əlaqədardır. Qızılbaş tayfalarına arxalanan Şeyx Cüneyd (1447-60) "din uğrunda mübarizə" şüarı ilə Dağıstana hərbi yürüşlər təşkil edirdi. 1460-cı ildə Samur çayı sahilində, bu kəndin yerində Şirvanşah I Xəlilullahın (1417-62) qoşunları onu məğlub etdi, Şeyx öldürüldü. Şiələr Şeyx Cüneydi orada dəfn etdilər.
Həzrəoba (Qusar)
Həzrəoba — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Həzrəoba oyk, mür. Qusar r-nunun Həzrə i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Kənd keçmişdə Həzrə kəndinə məxsus qışlaq yerində salınmışdır. Kollektivləşmədən sonra daimi yaşayış məntəqəsinə çevrilmişdir. Oykonim "Həzrə kəndinin obası" mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 15 nəfər əhali yaşayır.
Kənarçay (Qusar)
Kənarçay — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Oykonim kənar (burada "sahil" mənasındadır) və çay sözlərindən düzəlib, "çay sahili" deməkdir. Yaşayış məntəqəsi Böyük Vətən müharibəsindən sonra müxtəlif kəndlərdən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Kəndin adı Qənərçay variantında da qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Kənd Sudur çayının sahilində, dağətəyi ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 357 nəfər əhali yaşayır.
Laza (Qusar)
Laza və ya Ləzə — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası və iqlimi == Laza kəndi Qafqaz sıra dağlarının şimal-şərqində dəniz səviyyəsindən 4242m hündürlükdə yerləşən Şahdağ yüksəkliyinin "Şah yaylaq" dağının ətəyində yerləşir. Laza kəndi Baş Qafqaz sıra dağlarından keçən Böyük Qafqazın cənub-qərbinə və şimal-qərbinə gedən karvan yolu üzərində (Kurve pereval) dəniz səviyyəsindən 1300m yüksəklikdə olan dağ çökəkliyində yerləşir. Kəndin gözəl mənzərə əhatə edir, qayalıqlardan çoxlu şəlalələr axır. == Toponimikası == Laza oyk., sadə. Qəbələ rayonunun eyniadlı i.ə.v.-də kənd. Dəmiraparan çayının sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır. Əsl adı Lazalıdır; Qusar r-nunun Zindan-muruq i.ə.v.-də kənd. Qusarçayçayın sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır. Yaşayış məntəqəsi Dağıstanın Laza kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır.
Ləcət (Qusar)
Ləcət — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Ləcət oyk., sadə. Xaçmaz r-nlınun eyniadlı i.ə.v.-də kənd. Samur-Dəvəçi ovalığındadır. Keçmiş adı Ləcətoba olmuşdur. Kənd Qusar r-nundakı Ləcət kəndinə məxsus qışlaq yeri olduğu üçün belə adlandırılmışdı. Sonralar daimi yaşayış məntəqəsinə çevrilən kəndin adındakı ikinci komponent (oba sözü) düşmüşdür; Qusar r-nunun Həzrə i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Ehtimal etmək olar ki, oykonim ləc (bataq¬lıq) və ət (burada “yer, məkan" mənasım bildirir) komponentlərindən düzəlib, “bataq¬lıq yer" mənasındadır.
Qalacıq (Qusar)
Qalacıq — Azərbaycan Respublikasının Qusar rayonunda eyniadlı inzibati ərazi vahidində kənd. == Tarixi == Kəndin ərazisindəki qədim xarabalıqlar bu ərazidə orta əsrlərə aid qala olduğunu göstərir. == Etimologiyası == Qalacıq toponimi “kiçik qala” mənasındadır. Yaşayış məntəqəsi qədim qala xarabalıqlarının yaxınlığında salındığına görə belə adlandırılmışdır. == Əhalisi == Kənddə 1457 nəfər yaşayır.
Qubal boğazı
Qubal boğazı - Hind okeanınında yerləşən Sinay yarımadasını Qırmızı dənizin daxilində yerləşən mərcan rifləri ilə Ras-Məhəmməd burnu arasında yerləşir. Ümumən dayazdır və dərinliyi 40-50 arası dəyişir. Hal-hazırda boğaz əsasən batmış gəmiləri tətqiq edənləri (Dalğıclıq) bu əraziyə cəlb edir.
Qullar (Qusar)
Qullar — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Etimologiyası == Oykonim qəd. türkdilli bulqarlann, peçeneqlərin və qıpçaqların tərkibində olmuş kul tayfasının adındandır Gürcüstanda Ağ qullar, Dağıstanda Qullar, Qərbi Sibirdə Kullar (XVII əsrdə), XVI əsrdə Qazan xanlığmda Kul və b. toponimlər qeydə alınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 313 nəfər əhali yaşayır. 1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Bakı quberniyası, Quba qəzası, Qusar şöbəsi, Zeyxur kənd cəmiyyəti tərkibinə daxil olan Qullar kəndində 44 evdə sünni etiqadlı müsəlman tatarlardan (azərbaycanlılardan) ibarət 174 nəfər (92 nəfəri kişilər, 82 nəfəri qadınlar) əhali yaşayırdı. 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik tatarlardan ibarət hər iki cinsdən toplam 128 nəfər əhali yaşayırdı.
Qusar (dəqiqləşdirmə)
Qusar
Qusar (hərb)
Qusar (macar. Huszár) — yüngül atlılar. Qusarların yüngül atlı olması onların xeyli kiçik at növlərindən istifadələrindən irəli gəlirdi. Kiçik atlar bəzən ağır atlardan 3 dəfə yüngül olurdular. Bu isə süvari qoşunu xüsusi furaj hazırlıqlarından azad edirdi, çünki yüngül atlar çox vaxt otlaqdan qidalanırdı. Qusarlar ilk olaraq XV-cı əsrdə Macarıstanda yaranıb. O zaman Avropada odlu silah hələ yayılmamışdı, cəngavərlərin ağır zirehlərindən hər kəs yararlana bilmirdilər. Qusarlar, kirasir və draqunlarla birlikdə cəngavərləri uğurla əvəz etməyə başladı. 1458-ci ildə macar kralı Matyaş Korvin tərəfindən hər 20 həyətdən bir qusar verilməsini əmr edir. Qusarlar yüngül süvarilər sayılsalar da qismən zirehli idilər.
Qusar (qəzet)
"Qusar" (ləzg. КцIар) - 1932-ci ildə Hil rayon partiya təşkilatı və rayon fəhlə, kəndli və əsgər deputatları soveti icraiyyə komitəsinin orqanı kimi "Sosyalizm tempi" adı ilə ləzgi dilində nəşrə başlamışdır. Daha sonra "Qızıl Qusar" adlanıbdır. İlk redaktoru Nurəddin Şərifov idi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qəzet "Qusar" adlanmışdır və səhifələrndə rayonda, ölkədə və dünyada baş verən yeniliklər barədə məlumatlar verilir. Qəzetin veb-saytında yazılır ki, ""Qusar" respublikanın rayon qəzetləri sırasında birinci olaraq yeni-kompüterdə hazırlanma və ofset çap üsuluna keçmiş, tərtibatını təkmilləşdirmiş, öz kompüter mərkəzini yaratmışdır. Məhz buna görə ən çətin anlarda belə fəaliyyətini davam etdirmiş, kiçik bir kollektivin zəhməti ilə oxuculara fasiləsiz olaraq maraqlı saylar təqdim edilmişdir. Kollektivin və onun baş redaktorunun xidmətləri 2000-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin diplomlarına layiq görülmüşdür. Ölkə mətbuatının inkişafındakı xidmətlərinə görə 1977-ci ildən bu qəzetdə çalışan, indi onun redaktoru olan Vidadi Sevzixanova 2010-cu ildə "Əməkdar jurnalist" fəxri adı verilmişdir. Bölgədə mətbəənin yoxluğu ucbatından Bakıda 1250 nüsxəlik tirajla ayda iki dəfə, iri formatda, rəngli çap olunan qəzet yeniləşməklə bərabər özünəməxsus ənənələri davam etdirir, iki dildə - azərbaycanca və ləzgicə materiallar verir.
Qusar bələdiyyələri
Qusar bələdiyyələri — Qusar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qusar bələdiyyəsi
Qusar bələdiyyələri — Qusar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qusar gülxətmisi
Qusar gülxətmisi (lat. Alcea kusjariensis) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin gülxətmi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1ab(v) +B2ab(v). Qafqazın nadir, endemik növüdür. == Qısa morfoloji təsviri == Ulduzşəkilli tükcüklərlə sıx tüklənmiş, çoxillik ot bitkisidir. Gövdəsi 50(18)-100, nadir hallarda 150 sm hündürlükdədir. Yarpaqları uzun saplaqlı, yarpaq ayalarının üst tərəfi yaşıl, çökək damarcıqlara görə bir qədər qarışıq, alt tərəf, xüsusən cavan yarpaqlarda, çox tükcüklü olduğuna görə bozarmış haldadır. Çiçəkləri uzun halda düzülmüş çiçək qrupunda, tək-təkdir. Kasacıq 18-22 mm uzunluğunda olur. Tac 30-58 mm uzunluğunda, parlaq-sarı rəngdədir.
Qusar rayonu
Qusar rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Qusar şəhəridir. == Tarixi == 1837–1839-cu illərdə Qusarın ərazisində İmam Hacı Muhamməd Xuluqvi və Abrek Əli Hilivi rəhbərliyi ilə Rus çarına qarşı üsyanlar baş verdi.Qusar bölgəsinin bütün sixilləri bu üsyanda iştirak elədi, ümumilə 12.000 insan var idi.Alimlərin apardıqları tədqiqatlar, müəyyən dövrlərdə aparılan arxeoloji qazıntılar zamanı tapılan əşyalar, bu günə kimi qalmış bəzi tikinti abidələri və kurqanlar deməyə əsas verir ki, Qusar rayonu qədim yaşayış məskənidir. Qusar rayonu ərazisində yaşayış məskənlərinin e.ə. II minillikdən movcud olması güman edilir. Burada mövcud olan qədim yaşayış məskənlərindən e.ə. I minilliyə aid Mahmudtəpə (Gədəzeyxur), Minsar təpələri, Gavdişan təpələri (Bədirqala), tunc dövrünə aid Qəflə təpələri, orta əsrlərə aid Qızılgül və Ağaxan təpələri (Aşağı Ləgər), Qalaxür təpələri (Həzrə) və s. göstərmək olar. Hazırkı Qusar rayonunun ərazisi 1840-cı ildə Quba qəzasının tərkibində Xəzər vilayətinə daxil edilmişdir. 1846-cı ildə onun ərazisi Dərbənd quberniyasının tərkibinə, 1860-cı ildə isə Bakı quberniyasına daxil edilir.
Qusar sinaqoqu
Qusar sinaqoqu - Qubadakı Qırmızı Qəsəbədə yerləşən məbəd. Sinaqoq çayın sahilində, təpənin üzərində yerləşir. Məbədin hündürlüyü 14 metrdir. Sinaqoq hər tərəfdən dörd kiçik bürclə və iki çadır şəkilli qüllə ilə əhatə olunmuşdur. Qüllələrin günbəzi və onların iti milləri Qırmızı Qəsəbənin əsas simvolları sayılır. Taxta çərçivələrlə və gözəl ornamentlə bəzədilmiş məbəd mükəmməl görünür. “Qusar” sinaqoqunun da böyük dua otağı vardır. Burada Tövratın və digər dini kitabların saxlanılması üçün iri dolab yerləşir. Dolab “Aronhokodeş”, yəni “Müqəddəs Mürcü” adlanır. Mürcü doqquz gözdən ibarətdir.
Qusar şəhəri
Qusar — Azərbaycanın şimalında kiçik şəhər, eyniadlı inzibati rayonun mərkəzi. 1938-ci ildə rayon tabeli şəhər statusu almışdır. Qusarçay vadisində, Qusar çayı üzərində yerləşir. Ərazisi 1542 km² olan rayonda 1 şəhər (Qusar), 1 qəsəbə (Samur), 88 kənd vardır. Bu yaşayış məntəqələri 29 inzibati ərazi nümayəndəliyi və 29 bələdiyyə vasitəsilə idarə olunur. Rayon əhalisinin sayı 1 noyabr 2011-ci il tarixində 90438 nəfərdən ibarət olmuşdur. Rayonun əhalisinin 21%-i şəhərdə, 79%-i kəndlərdə yaşayır. Relyefinə görə Qusar rayonu ovalıq, dağətəyi və dağlıq hissələrə bölünür. Torpaq örtüyü şabalıdı, boz-qonur, dağ-çəmən və dağ-meşə torpaqlarından ibarətdir. Rayon ərazisində çoxlu minerallara; mərmər, limonit, xalkopirit, əhəngdaşı və s.
Qusul atı
Qusul atı, həmcinin Qusulik və ya Qusul — Dağ şəraitinə uyğunlaşmış ev at cinsi. Bu atlar əsasən Karpat dağları ərazisində və Şərqi Avropa ölkələrində yetişdirilir və dünya genefondu hesab edilir. 1979-ci ildə Qusul atı relikt növ statusu elan edilmiş və qorunma statusu almışdır. == Adı == Bu ad qusullarla bağlıdır. Ukraynların etnik qrupu olan qusullar əsasən İvano-Frankov, Çernovis vilayətləri və Zakarpat vilayətinin Raxovski rayonu ərazilərində yaşayırlar. == Xarici görünüşü == Atlar elə də hündür olmurlar. Erkəklərin orta hündürlüyü 139 - 145 sm, dişilər isə 137 - 142 sm olur. Sinəsi geniş və enlidir. İri gözlərə və kiçik qulara sahibdir. Güçlü beli və əzələli boynu vardır.
Ünal Aysal
Ünal Aysal (d. 2.6.1941, İstanbul, Türkiyə) — türkiyəli iş adamı, Qalatasaray klubunun 34-cü prezidenti. == Həyatı == Ünal Aysal 1941-ci ildə İstanbulda anadan olub. 1960-cı ildə o, Qalatasaray litseyinin məzunu olub. İsveçrə və İstanbul universitetlərinin hüquq fakültəsini bitirib. İngiliscə və fransızca bilir.