Vüsal Asdan oğlu İsgəndərov (10 sentyabr 1998; Nifçi, Bərdə, Azərbaycan — 29 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Vüsal İsgəndərov | |
---|---|
Vüsal Aslan oğlu İsgəndərov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Nifçi, Bərdə, Azərbaycan |
Vəfat tarixi | (22 yaşında) |
Vəfat yeri | Tərtər, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Bərdə |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbə | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020, 2021 |
Vüsal İsgəndərov 10 sentyabr 1998-ci ildə Bərdə rayonu Nifçi kəndində anadan olub.[2]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Vüsal İsgəndərov Gülüstan, Ağuçuq, istiqamətində gedən hərbi əməliyyatlarda iştirak edib. Vüsal 2020-ci il sentyabrın 29-da Ağuçuq istiqamətində gedən hərbi əməliyyat zamanı düşmən atəşi ilə şəhid olub. Bərdədə dəfn edilib.[3][4]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal İskəndərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[5]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal İsgəndərov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[6]