Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əl-Qaffar
Əl-Qaffar (ər. الغفّار) — Allahın adlarından biri. Daim əfv edən, bütün günahları örtən deməkdir. Bu ad “örtmək”, “gizlətmək”, “çirklərdən qorumaq” mənasını verən “ğafr” kökündən törəmişdir. “əl-Ğafir” kəlməsi Qurani-Kərimdə iki dəfə, “əl-Ğafur” doxsan bir dəfə, “əl-Ğaffar” beş dəfə keçmişdir: “Sonra (bil ki) Rəbbin cahillikləri üzündən pis iş görən (Allaha şərik qoşan), ondan sonra tövbə edib özlərini islah edən kimsələri (əfv edər). Həqiqətən, Rəbbin (tövbədən) sonra (bəndələrini) bağışlayandır, rəhm edəndir!”. Qüdsi hədislərdən birində Allah-Təalanın belə buyurduğu deyilir: “Ey insanoğlu! Sən yer üzünü dolduracaq qədər günah işləsən də, əgər mənə heç bir şeyi şərik qoşmamısansa, səni sonsuz məğfirətlə qarşılayaram”. Bu ad bizə Mövlananın “Yüz dəfə, min dəfə tövbəni pozmuş olsan da, yenə gəl!” sözlərini xatırladır. Çünki insan daim günah işləməyə meyillidir.
Mirzə Qaffar xan Zunuzi
Mirzə Qaffar xan Zunuzi, Hac Həsən oğlu, Zunuzun Mircan məhəlləsindən Məşrutə hərəkatının sərdarlarından idi və qardaşları Mirzə Cabbar, Mirzə Səttar və Teymur Aqa ilə birlikdə Məşrutə hərəkatına böyük xidmət ediblər.O, Heydər xan Əmioğlunun tərəfdarlarından idi və Heydər xan Əmioğlu, İrandan gedəndən sonra qara paltar geydi və dedi Heydər xan Əmioğlu qayıdana dək qara paltarlı qalacaq, Heydər xan Əmioğlunu bir daha görmədi və Siyahpuş (Qara paltarli) adlandırılırdı, ailəsi isə Siyahpuş soy adını seçdilər. Mirzə Qaffar xan Zunuzi, usta yazıçı və mahir natiq idi və şeirdə deyərdi.Bu şeiri Təbrizdə nitq və çıxış zamanı deyib: آ قارداشلار هارای سالین جوشه گلسین کاینات/A qardaşlar haray salın coşa gəlsin kainat دونیایا تا ثابت اولسون بیزده کی عزم و ثبات/Dünyaya ta sabit olsun bizdəki əzm o sibat ذلته عمده مرجح دور شرفلی بیر ممات/Zillətə ümdə mürəccəh dir şərəfli bir məmat ملته لازم دگیل دور بئیله افسرده حیات/Millətə lazim deyil dir beylə əfsürdə həyat ظلم و استبداد دووری درد و یاس ایامیدور/Zülm o istibdad dövrü dərd o yas əyyamidir آ قارداشلارقان توکون قان توکمه گون ایامیدور/A qardaşlar qan tökün qan tökmə gün əyyamidir O,Məşrutə hərəkatından sonra jandarmada zabit dərəcəsi(sinifi) ilə xidmət etmişdir və polkovnik sinfinə qədər tərəqqi etmişdir.
Cahangir Qaffari
Cahangir Qaffari (9 sentyabr 1940, Bakı) — Les Demons (1973), Dick Turpin (1974) və Qanlı idman (1988) filmləri ilə tanınan aktyor və kino prodüseridir. == Həyatı == 9 sentyabr 1940-cı ildə Bakıda Cənubi Azərbaycan kökənli ailədə dünyaya gəlmişdir. Türkiyəli aktrisa Gülsüm Kamu ilə evli olmuşdur. == Yaradıcılığı == Ailə bir müddətdən sonra İrana köçməyə məcbur olmuşdur və Cahangir Qaffari burada aktyorluq fəaliyyətinə başlamışdır. Tanınmış aktyor olan Cahangir 1960-cı illərdə İstanbula bacısını ziyarət etməyə gedərkən Yeşilçamdan iş təklifi almış və əsasən 1970-ci illərdə olmaqla, orada bir çox tanınmış filmə çəkilmişdir. O, Türkiyəyə Nasir Mələk, Beyk İmanverdi və İrəc Qədiri ilə birlikdə keçmişdir. O, Türkiyədə 1980-ci illərin sonuna qədər fəaliyyət göstərmişdir. Türkiyədən ayrıldıqdan sonra ABŞ-da Con Foster və Con Qaffari adları ilə filmlərə çəkilmişdir. 1988-ci ildə Jan-Klod Van Dammın Qanlı idman filmində kiçik ölçülü bir rol oynamışdır. 1983-cü ildə Hundra, 1984-cü ildə Sarı saç və qızıl qalası, 1990-cı ildə La kruz de İberiya filmlərinin prodüserliyini etmişdir.
Mirzə Fərrux xan Qaffari
Mirzə Fərrux xan Qaffari (12 iyul 1812, Kaşan, İsfahan ostanı – 1871, Tehran) — İranın ictimai-siyasi xadimi, diplomat. == Həyatı == Mirzə Fərrux xan Mirzə Məhəmmədmehdi xan oğlu 1812-ci ildə Kaşan şəhərində anadan olmuşdu. Ünlü Qaffari soyuna mənsubdur. Mükəmməl mədrəsə təhsili almışdı. Əminəddövlə ləqəbi daşıyırdı. Mirzə Fərrux xan Qaffari Qacarlar dönəmində İranın Fransada vəziri-muxtarı (səfiri) olmuşdu. Mirzə Fərrux xan Qaffari (1856–1857)-ci illər İran-Böyük Britaniya savaşına görə Londonlu diplomatlarla danışıqlar aparmışdı. İngilis diplomatı Stratford de Redklif ondan İranda İngiltərənin missiyasını genişləndirməsində yardımını xahiş etmiş, Mirzə Fərrux xan ona müəyyən bir cavab verməmişdi. Mirzə Fərrux xan Qaffari 1871-ci ildə Tehran şəhərində vəfat edib. == Ailəsi == Mirzə Fərrux xan Qaffarinin Məhəmmədibrahim xan,Məhəmmədmehdi xan, Məhəmmədhüseyn xan, Məhəmmədhəsən xan adlı oğlanları vardı.
Mirzə Mehdi xan Qaffari
Mirzə Mehdi xan Fərrux xan oğlu Qaffari (fars. مهدی‌خان غفاری کاشانی‎; 12 iyul 1860, Kaşan, İsfahan ostanı – 5 may 1918, Tehran) — İranın ticarət naziri. == Həyatı == Mirzə Mehdi xan Fərrux xan oğlu Qaffari 1860-cı ildə Tehranda anadan olmuşdu. İbtidai və orta təhsilini doğulduğu şəhərdə almışdı. Sonra Avropada ali təhsilə yiyələnmişdi. Mirzə Mehdi xan Qaffari Mirzə Ələsgər xan Əminüssultanın baş nazirliyi dönəmində İranın ticarət vəziri olmuşdu. Mirzə Mehdi xan Qaffari bəhai və mason təşkilatının üzvü idi. Mirzə Mehdi xan Qaffari 1918-ci ildə vəfat edib.
Almaz Qaffarova
Almaz Adı qızı Qaffarova (1942, Zaqatala – 17 oktyabr 2005, Bakı) — Ağsu Rayon Partiya Komitəsinin birinci katibi == Həyatı == 1942-ci ilin 6 yanvarında Zaqatala şəhərində anadan olub. Zaqatala şəhər 2 saylı orta məktəbini, M.F.Axundov adına Rus dili və ədəbiyyatı institutunu, Sov.İKP MK yanında Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir.
Qaffariyyə Günbəzi (Marağa)
Qaffariyyə Günbəzi Marağa şəhərinin şimal-qərbində, Sufiçayın kənarında yerləşir. Abidə Azərbaycan Elxanilər dövlətinin 9-cu hökmdarı Sultan Əbu Səid Bahadur xan tərəfindən tikdirilmişdir. == Memarlıq xüsusiyyətləri == Qaffariyyə Günbəzi Marağa şəhərinin digər tarixi abidələri kimi katakombaya malik daş bünövrə üzərində ucaldılmış dörd guşəli bina formasında inşa edilmişdir. Binanın hər 4 tərəfində rombşəkilli ornamentlətrlə bəzədilmiş sütunlar yerləşir. Binanın şimal tərəfə açılan qapısınnın hər tərəfində iki tağ, bir tərəfində isə kitabə yerləşir. Binanın qara, ağ və açıq mavi rəngli kaşılarla işlənmiş fasadı memarlıq-üsbul baxımından xüsusi əhəmiyyət kəsb etməklə yanaşı, binanın ümumi görünüşünə unikal şəkil verməkdədir. Portalın üzərində həkk olunan epiqrafik yazı abidənin Elxani hökmdarı Əbu Səid Bahadurxanın (716-736 hicri-qəməri) hakimiyyət illərində inşa edildiyini xəbər verir. == Ümumi məlumat == Tarixi mətnlərdə qeyd edilənlərə əsasən, Sultan Yaqub bin Həsən bəy Ağqoyunlunun hakimiyyət illərində yaşayan Nizaməddin Əhməd bin Hüseyn Əlqəffari adlı bir arif həcc ziyarətindən qayıdan zaman bu günbəzin yaxınlığında abidə tikdirmiş, eləcə də bağ saldırıb, digər əmlaklarla birgə onu abidənin tərkibində vəqf kimi bağışlamışdır. Ona görə də qeyd edilən abidə, ona məxsus digər binalar, eləcə də Qaffariyyə Günbəzi bu şəxsin adı ilə məşhurlaşmışdır.Binanın üzərində olan bütün yazılan Reyhani xətti ilə işlənmişdir. Günbəzin üzərində kitabə mövcud olsa da, o, zamanla dağılmış və oxunmaz vəziyyətə düşmüşdür.
Esteban Yaffar
Esteban Yaffar (28 oktyabr 1993) — Boliviyalı peşəkar kişi BMX velosipedçisi. Esteban Yaffar Boliviyanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Esteban Yaffar 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 35.078 saniyəlik nəticəsi ilə 80-ci yeri tutdu.
Abdul Qafar
Abdul Qafar Kassum Sina Sirima (fr. Abdoul Gafar Kassoum Sina Sirima; 30 dekabr 1998, Uaqaduqu) — hücumçu mövqeyində çıxış edən Burkina-Faso futbolçusu. == Karyerası == Qafar öz peşəkar karyerasında debütünü 8 mart 2017-ci ildə "Baltika Kalininqrad" klubu ilə Rusiya Peşəkar Futbol Liqasında "Volqar Həştərxan" klubuna qarşı oyunda etmişdir.25 yanvar 2018-ci ildə Qafar Şeriff Tiraspol klubu ilə müqavilə imzalamışdır. Daha sonra Ermənistanın "Artsax" (indiki "Noa" klubu), Rusiyanın "Armavir" və Belarusun "Slutsk" klublarında çıxış etmişdir.
Qafar Abdullayev
Qafar Heydəroviç Abdullayev - (15 (28) fevral 1896, Azərbaycan — 9 fevral 1951, Səmərqənd) - Özbək, Sovet oftalmoloqu. == Həyatı == 1896-cı ildə müasir Azərbaycan ərazisində anadan olub. BKP üzvü (b). 1933-cü ildən - iqtisadi, sosial və siyasi iş üzrə. 1933-1951-ci illərdə - Oftalmoloji klinikada köməkçi, dosent, göz xəstəlikləri kafedrasının müdiri, Səmərqənd Dövlət Tibb İnstitutunun professoru. Tibb elmləri doktoru, Özbəkistan SSR Elmlər Akademiyasının müxbir üzvü. Traxoma üçün yeni müalicə üsulları hazırlamışdır. SSRİ Ali Sovetinin 2-ci çağırış deputatı seçilmişdir. 1951-ci ildə Səmərqənddə vəfat etdi.
Qafar Cəbiyev
Qafar Cəfər oğlu Cəbiyev — Azərbaycan tarixçisi, tarix elmləri doktoru (2008), Azərbaycan Respublikasının əməkdar jurnalisti (2012). == Həyatı == Qafar Cəfər oğlu Cəbiyev 17 avqust 1950-ci ildə İsmayıllı rayonunun Talıstan kəndində dünyaya gəlmişdir. 1969-cu ildə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1973–1974-cü illərdə İsmayıllı rayonunun Talıstan kənd orta məktəbində tarix müəllimi, 1974–1976-cı illərdə "Zəhmətkeş" rayon qəzetində məktublar şöbəsinin müdiri, 1977–1978-ci illərdə "Bilik" cəmiyyəti İsmayıllı rayon təşkilatının məsul katibi işləmişdir. 1978-1980-ci illərdə Azərbaycan KP İsmayıllı rayon komitəsində təlimatçı, 1980–1981-ci illərdə "Zəhmətkeş" qəzetində redaktor müavini vəzifəsində çalışmışdır. 1980-cı ildə Azərbaycan EA Tarix İnstitutunun aspiranturasına daxil olmuşdur. 1981–1990-cı illərdə Azərbaycan EA Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya bölməsində baş laborant, kiçik elmi işçi, elmi işçi, baş elmi işçi olmuşdur. 1985-ci ildə Ukrayna Arxeologiya İnstitutunun elmi şurasında dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. 1990–2003-cü illərdə "Azərbaycan" qəzetinin Balakən-Şəki bölgəsi üzrə xüsusi müxbiri vəzifəsində çalışmışdır. Həmin dövrdə eyni zamanda BDU-nun Şəki filialının dosenti kimi pedoqoji fəaliyyətlə məşğul olmuşdur.
Qafar Həqqi
Qafar Həqqi (Qafar Məhərrəm oğlu Qasımzadə; 1908, Ərdəbil – 22 mart 1992) — aktyor, Azərbaycanın Əməkdar artisti. Akademik Milli Dram Teatrının aktyoru.
Qafar Kəndli
Qafar Kəndli Herisçi (1925 - 24 may 1997) — Ədəbiyyatşünas və ictimai xadim, filologiya elmləri doktoru == Həyatı == Qafar Kəndli Təbriz şəhərində anadan olmuşdur. Bakı Ali Partiya Məktəbini və Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasını bitirmişdir. 1941-46 illərdə Cənubi Azərbaycanda baş verən siyasi proseslərin fəal iştirakçısıdır. 1980-ci ildən ömrünün sonunadək AMEA Ədəbiyyat İnstitutunun “Qədim dövr Azərbaycan ədəbiyyatı” şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Xaqani Şirvaninin tədqiqatçılarındandır. “Xaqani Şirvani (həyatı, dövrü, mühiti)” adlı fundamental əsərin, “Xaqani Şirvaninin münşəatı” elmi məqaləsinin müəllifidir. Xaqaninin “Töhfətül-İraqeyn” əsərinin elmi-tənqidi mətnini çapa hazırlamışdır. SSRİ və İran mətbuatında çap edilmiş onlarla elmi əsərin müəllifidir. 1997-ci ildə “Xaqani Şirvani” ( həyatı, dövrü və mühiti) əsəri fars dilinə çevrilərək Tehranda çap edilmiş, ali məktəb dərsliyi kimi istifadə olunmağa başlamışdır.
Qafar Məmmədov
Qafar Yaqub oğlu Məmmədov (1940, Xok, Noraşen rayonu) — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin I çağırış deputatı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini. == Həyatı == Qafar Yaqub oğlu Məmmədov 1940-cı ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Noraşen rayonunun Xok kəndində anadan olmuşdur. 1957-ci il tarixində Üzeyir Hacıbəyov adına Naxçıvan şəhər oğlan məktəbini bitirmişdir. Həmin il Azərbaycan Xarici Dillər İnstitutunun İngilis dili fakültəsinə qəbul olmuş, 1962-ci ildə həmin institutdan məzun olmuşdur. Qafar Məmmədov əmək fəaliyyətinə Naxçıvan stansiyasın 39 nömrəli orta məktəbində müəllim olaraq başlamışdır. O, 1970–1972-ci illərdə Sovet ordusunda hərbi xidmətdə olmuşdur. Hərbi xidməti bitirdikdən sonra 39 nömrəli orta məktəbdə yenidən müəllimlik fəaliyyətinə başlamışdır. == Siyasi fəaliyyəti == Qafar Məmmədov Azərbaycan Xalq Cəbhəsinin üzvü olmuşdur. Qafar Məmmədov 1990-cı ildə Naxçıvan MSSR Ali Sovetinə keçirilmiş seçkilərdə 19 nömrəli Naxçıvan şəhər Əliqulu Qəmküsar seçki dairəsi üzrə Azərbaycan Xalq Cəbhəsi üzvü olaraq deputat seçilmişdir. Heydər Əliyevin Azərbaycan Xalq Cəbhəsi üzvü deputatlardan da dəstək alaraq Naxçıvan Ali Məclisinin sədri seçilməsindən sonra Heydər Əliyevin də dəstəyi ilə Qafar Məmmədov Ali Məclis sədrinin müavini seçilmişdir.Qafar Məmmədov 12 noyabr 1995-ci il tarixində Naxçıvan Ali Məclisinə keçirilmiş seçkilərdə 29 saylı Vağzal seçki dairəsindən deputat seçilmişdir.
Qafar Novruzlu
Aktyor == Həyatı == Novruzlu Qafar Süleyman oğlu 1964-cü ildə Qərbi Azərbaycanın Zəngəzur mahalında anadan olmuşdur. Bakı şəhərində musiqi texnikumunu bitirmiş, 1994-cü ilə kimi "Dastan" və "İrs" folklor ansambllarında çalışmış daha sonra isə aktyorluq sənətinə başlamışdır. Azərbaycan Dövlət Televiziyasında bir çox tamaşalarda satirik rollara dəvət almış, Azərbaycanın görkəmli aktyorları ilə tərəıf müqabili olmuşdur. 1997-ci ildən isə Milli bayramımız olan Novruz şənliklərində əsas personajlardan biri olan Kosa obrazı ilə Xalqımız arasında sənətdə öz sözünü demişdir. 1997-ci ildən 2011-ci ilədək bütün Dövlət Tədbirlərinə dəvət almış, hətta Dövlət başçılarımızın diqqət mərkəzində olmuş və onlar tərəfindən çox maraqla izlənilmişdir. Son zamanlar isə Azərbaycanda "Demokratik" məmurların sayəsində diqqətdən kənar qalmışdır. == Xarici keçidlər == [1] == Filmoqrafiya == "Qayınana" əməliyyatı (film, 1999) Bağdada putyovka var...
Qafar Qərib
Qafar Qərib 1 mart 1976-cı il; Güznüt, Naxçıvan MSSR — şair, publisist, "Nuh Yurdu" qəzetinin redaktoru. 1999-cu ildən Yazıçılar Birliyinin Üzvüdür. 2000-ci ildə Prezident Təqaüdünə layiq görülüb. 2015-ci ildə "Tərəqqi medalı ilə təltif olunub. == Həyatı == Qənbərov Qafar Tahir oğlu 1 mart 1976-cı ildə Babək rayonun Güznüt kəndində anadan olmuşdur. 1993-cü ildə Babək rayonu Çeşməbasar kənd orta məktəbini, 1999-cu ildə Naxçıvan Dövlət Universitetinin "Tarix -filologiya "fakültəsini bitirmişdir. Qafar Qərib 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2000-ci ildə Prezident Təqaüdünə layiq görülmüşdür. 2009-cu ildən Naxçıvan Şəhər İcra Hakimiyyətinin orqanı olan "Nuh Yurdu" qəzetinin redaktorudur. 2015-ci ildə "Tərəqqi medalı" ilə təltif olunub.
Qafar Rağib
Qafar Rağib (1 noyabr 1818, Şamaxı – 30 noyabr 1891, Şamaxı) — Azərbaycanlı şair. == Həyatı == Hicri təqvimlə 2 məhərrəm 1234-cü ildə (miladi təqvimlə 1 noyabr 1818) Şamaxıda anadan olmuşdur.Qafar Rağibin atasının adını F. Köçərli "Məhəmməd Zayid", Mir Möhsün Nəvvab və Seyid Əzim Şirvani isə "Məhəmməd Said" kimi göstərmişdir.Qafar Rağibin həyatı haqqında ətraflı məlumat yoxdur. Doğulduğu şəhərdə təhsil almış, daha sonra ticarətlə məşğul olmuşdur. 1860-cı illərdə Şamaxıda təşkil edilən Beytüs-səfa adlı şeir məclisinin üzvlərindən olmuşdur. Hicri təqvimlə 27 rəbiülaxir 1309-cu ildə (miladi təqvimlə 30 noyabr 1891) Şamaxıda vəfat etmişdir. == Əsərləri == Qafar Rağibin şeirlərinin az bir hissəsi günümüzə gəlib çıxmışdır. Köçərli, Qafar Rağibin şeirlərinin 1902-ci ildə Şamaxıda meydana gələn böyük zəlzələdə itib-batdığını qeyd edir. S. Ə. Şirvaninin təzkirəsində Qafar Rağibin beş qəzəli qeyd edilmişdir.
Qafar Sarıvəlli
Qafar Sarıvəlli — rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü. == Həyatı == 1956-cı il yanvarın 17-də Qazağın Kəmərli kəndində anadan olmuşdur. 1973-cü ildə Kəmərli kənd orta məktəbini bitirb. Həmin ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olub. 1974-76-cı illərdə Qazaxıstanda hərbi xidmətdə olub. 1980-ci ildə rəssamlıq məktəbini bitirib. Ailəlidir, iki övladı var. == Fəaliyyəti == 1985-ci ildən Respublika və Beynəlxalq sərgi-müsabiqələrinin daimi iştirakçısıdır. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2002-ci ildə ilk, 2005-ci ildə ikinci fərdi sərgisi keçirilib.
Qafar Çaxmaqlı
Qafar Çaxmaqlı (tam adı: Mehdiyev Qafar Qələndər oğlu, 16 avqust 1956, Çaxmaq, Amasiya rayonu) — Azərbaycanlı jurnalist. Siyasi elmlər üzrə fəlsəfə doktoru; Türkiyənin Erciyes Universitetində ermənişünaslıq bölümü başqanı, Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri. == Həyatı == Qafar Mehdiyev (Çaxmaqlı) 16 avqust 1956-cı ildə Ermənistan SSR-in Amasiya rayonunun Çaxmaq kəndində anadan olub. Orta təhsilini bu rayonda alıb. 1975-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinə daxil olub və 1980-ci ildə buranı bitirib. Həmin ilin noyabr ayının 20-dən etibarən Qafar Mehdiyev "Kommunist" (ermənicə) qəzetində müxbir kimi fəaliyyətə başlayıb. Burada 1989-cu ilə qədər baş müxbir və bölgə müxbiri kimi fəaliyyət göstərib. "Vətən səsi" (1990–1991) və "Xalq qəzeti"ndə (1991–1992) məsul katib, "Millət" (1992–1993), "Yeni Azərbaycan" (1993), "Vətəndaş" (1993–1995), "Avrasiya" (1995–1996) və "Respublika" (1996–1999) qəzetlərinin redaktoru və baş redaktoru olub. 1999–2000-ci illərdə Türkiyədə, Strateji Araşdırmalar Mərkəzində tədqiqatçı vəzifəsində çalışıb, 2000-ci ildən 2006-cı ilədək Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri olub. 2003-cü ildən Bakı Dövlət Universitetinin jurnalistika fakultəsində dərs deyir.
Qafar İsmayılov
Qafar İsmayılov (1953, Naxçıvan rayonu) — texnika elmləri doktoru, professor == Həyatı == İsmayılov Qafar Qulamhüseyn oğlu 1953-cü ildə Azərbaycan SSR Naxçıvan MR Sirab kəndində anadan olmuşdur. 1975-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzNKİ-nun neft-mədən fakültəsini bitirdikdən sonra, 1983-cü ildə qədər institutun "Neft və qaz hasilatının texnika və texnologiyası" və "Neftin hidravlikası" laboratoriyalarında mühəndisdən başlamış böyük elmi işçiyə qədər müxtəlif vəzifələrdə çalışmışdır. 1983-cü ildə "Neftqaz hasilatında texnoloji proseslərin və parametrlərin qazın tərkibinə görə proqnozlaşdırılması" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1983–1991-ci illərdə ADNA-nın "Neft yataqlarının işlənilməsi və istismarı" və "Neft və qazın nəqli və saxlanılması" laboratoriyalarında böyük elmi işçi vəzifəsində işləmiş, 1991–1999-cu illərdə isə "Neft və qazın nəqli və saxlanılması" kafedrasının dosenti, professoru olmuşdur. 1999-cu ildə "Neftqaz hasilatında nəzarət-diaqnostik və reotexnoloji üsulların yaradılması əsasında texnoloji proseslərin səmərəliliyinin artırılması üçün qərarların qəbul edilməsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1997–2003-cü illərdə — ADNA-nın elmi katibi, 2003–2006-cı illərdə isə qazneftmədən fakültəsinin və magistratura bölməsinin dekanı olmuş, 2006-cı ildən bu günə qədər isə — "Neft və qazın nəqli və saxlanılması" kafedrasının professoru vəzifəsində işləyir. == Elmi fəaliyyəti == İsmayılov Q.Q. neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış mütəxəssisdir. Elmi tədqiqatların sahəsi: neft və qazın hasilatı və nəqli zamanı texnoloji proseslərin səmərəliliyinin artırılması; nəzarət-diaqnostik və optimallaşdırıcı üsulların işlənilməsi; Xəzərin karbohidrogen ehtiyatlarının mənimsənilməsi və sualtı neft borularının istismarı ilə əlaqədar ekoloji problemlərin həlli. İsmayılov Q.Q. 100-dən elmi məqalənin və 2 monoqrafiyanın müəllifidir. İxtiralara görə 3 müəlliflik şəhadətnaməsi var.
Qafar Əhmədov
Qafar Əsgərzadə
Qafar Əsgərzadə (tam adı: Qafar Ələsgər oğlu Əsgərzadə d. 31 mart 1963, Azərbaycan, Bakı) — Tanınmış jurnalist, ssenarist, publisist, tərcüməçi, bədii qiraətçi, ictimai xadim, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, əməkdar jurnalist, Rəyasət heyətinin məsul katibi, 2003-cü ildən isə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti, pedaqogika üzrə fəlsəfə doktoru. == Həyatı == Qafar Əsgərzadə 1963-cü il mart ayının 31-də Bakı şəhərində məşhur Dağlı məhəlləsində anadan olmuşdu. 1980-ci ildə Yasamal rayonundakı 158 №-li orta məktəbi, 1981-ci ildə Bakı şəhəri 60 №-li texniki məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 1981-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının Fizika İnstitutunda baş texnik vəzifəsində çalışıb. 1981-ci ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutuna indiki (Azərbaycan Texniki Universiteti) daxil olub. 1986-cı ildə Radiotexnika fakültəsini, İnstitutun İctimai fənlər fakültəsinin 5 illik jurnalistika kursunu bitirib. İnstitutda təhsil zamanı Radiotexnika Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, İnstitut Həmkarlar İttifaqı Komitəsinin sədr müavini vəzifəsində çalışıb. === Ailəsi === 2000-ci ildə Günay xanımla ailə qurmuş, bu birgə nigahdan onların 2 qız övladı dünyaya gəlmişdir. Azadə Əsgərzadə Ləman Əsgərzadə == Fəaliyyəti == Azərbaycan Jurnalistlər Birliyinin üzvü kimi 1981-ci ildən müntəzəm olaraq "Bakı", "Azərbaycan müəllimi", "Bakinski raboçi", "Vışka", "Azərbaycan məktəbi", "Mədəniyyət və incəsənət" və başqa mətbuat vasitələrində ədəbiyyat və incəsənətimiz haqqında məqalələrlə çıxış etmişdir.
Qafar Mirzəyev
Qafar Mirzəyev (tac. Ғаффор Мирзоев), həmçinin Qafar-Sedoy ( tac. Гаффор-Седой) — Tacikistan siyasətçisi, Narkotiklərlə Mübarizə Agentliyinin keçmiş rəhbəri. O, 2004-cü ildə vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlət əmlakının özəlləşdirilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi və bir sıra digər ittihamlarla ömürlük həbs cəzasına məhkum edilmişdir. == Həyatı == O, Kulyabda anadan olmuş və mənşəcə ölkədə hakim "Kulyab" tayfasına mənsub idi. Onun atası İkinci Dünya müharibəsi veteranı Tacikistanda ilk yük maşını sürücülərindən biri olmuşdur. Özü də sonralar bir müddət yük maşını sürücüsü olmuş, lakin məktəbi bitirdikdən sonra paytaxt Düşənbəyə Bədən Tərbiyəsi İnstitutuna daxil olmuşdur. O, Ozodi meydanındakı etirazlar zorakılığa çevrildikdən sonra Tacikistan Xalq Cəbhəsinə qoşulmuşdur. 1995-ci ildə barışıq prosedurlarından sonra Mirzəyev Prezident Qvardiyasının rəisi olmuşdur. O, Tacikistanda vətəndaş müharibəsi zamanı Mahmud Xudaverdiyevin paytaxta çatmasının qarşısını ala bilmişdir.
Qafar Okkan
Əli Qafar Okkan (türk. Ali Gaffar Okkan; 24 fevral 1952, Xəndək[d], Sakarya ili – 24 yanvar 2001, Diyarbəkir) — Türkiyə polisi, Diyarbəkir polisinin rəisi. Sui-qəsd nəticəsində həlak olub. Diyarbakırda "Qaffar Baba" olaraq tanınır və xatırlanır. == Həyatı == 24 fevral 1952-ci ildə Sakarya ilində anadan olub. 30 sentyabr 1970-ci ildə Polis Kollecində təhsilini başa vurub. Daha sonra Ankaradakı Polis Akademiyasına daxil olub və 1973-cü il sentyabrın 29-da oranı bitirib. İnspektor köməkçisi (türk. Komiser köməkçisi) vəzifəsində işini tamamladıqdan sonra İzmir Polis Şöbəsinə göndərilmiş, orada bir sıra vəzifələrdə çalışaraq, rəislik rütbəsinə qədər yüksəlmişdi. === Karyerası === 1983-cü ildə Şanlıurfaya göndərildi.
Məryəm Qafar-zadə
Məryəm Fikrət qızı Qafar-zadə (1980, Bakı) — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri. == Həyatı == Məryəm Qafar-zadə 11 iyun 1980-cı ildə Bakıda anadan olub. 2006-cı ildən etibarən dövlət qulluğunda çalışır. İxtisasca həkim-bioloqdur. 2009-2017 illərdə Fransanın Strasburq şəhərində Avropa Şurasında layihə rəhbəri vəzifəsində çalışıb, mədəni irs, gənclər siyasəti, təhsil, səhiyyə (pasient hüquqlarının qorunması), sosial bərabərlik (əlillərin hüquqlarının qorunması) və idman (idmana dair beynəlxalq konvesiyalarının monitorinqi) mövzularında müxtəlif beynəlxalq layihələri idarə edib. 80-dən artıq beynəlxalq seminar və konfransda çıxış edən Məryəm Qafar-zadə Avropa Birliyi və Avropa Şurasının “İdmanda gender bərabərliyi” və “Uşaqların zorakılıqdan qorunması” mövzularında müştərək layihələrin spikeri və məruzəçisidir. 2019-cu ildə Avropa Şurasının Anti-Dopinq Konvensiyasına Uyğunluq Komitəsinin rəhbəri vəzifəsinə seçilib.24 avqust 2020-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri təyin edilib və hazırda bu vəzifəni icra edir. Son təyinatadək Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Strateji planlaşdırma və beynəlxalq standartların tətbiqi sektorunun müdiri vəzifəsində çalışıb. AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun dissertantıdır. 25 dərc olunmuş elmi məqalənin müəllifidir.
Məşədi Mirzə Qafar İsmayılov
Məşədi Mirzə Qafar İsmayılov — məşhur memarlardan biri. Qasım bəy Hacıbababəyovun şagirdi. Qasım bəy məscidi (1896), və digar gözəl əsərlərin memarı. Tacir Babayevə məxsus olan bina 1900-cü ildə memar Məşədi Mirzə Qafar İsmayılovun layihəsi əsasında tikilib. Əvvəllər iki mərtəbədən ibarət olan binaya 3-cü mərtəbə sonralar əlavə olunub. Nərimanov bu binanın 2-ci mərtəbəsində 1913–1918-ci illərdə ailəsi ilə birgə yaşayıb.
Qatar (Qafan)
Qatar — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar Qafan rayonunda kənd. == Tarixi == Qafan şəhərinin bir hissəsini (indi Hünan Avetisyan qəsəbəsidir) və Oxçu çayının sahilində indi də Qatar şamı adlandırılan düzənlikdən başlamış Kavard kəndinədək uzanan bütün mədən şəhərciyini əhatə edirdi. Kənd sıra ilə düzülmüş qayaların ətəyində salınmışdır. XX əsrin əvəllərində Qafan şəhəri ilə birləşdirilərək kənd ləğv edilmişdir. == Toponimi == Toponim Azərbaycan dilində "zəncirvari qaya, təpə", mənasında işlənən qatar sözü əsasında əmələ gələn orotoponimdir. Quruluşca sadə toponimdir. Azərbaycanda və Ermənistan ərazisində bir sıra toponimlərdə "qatar" və "qatır" sözünün dəqiq mə'nasını müəyyən etmək çətİndir. İlk dəfə "Alban tarixi"ndə Albaniyada Katarvəng ("Alban tarixi", II kitab, 6-cı fəsil) və Kataray (I kitab, 34-cü fəsil) toponimləri qeyd olunur. XIX əsrdə Tiflis quberniyasının Axalsix qəzasında Kater-Yurt, İrəvan quberniyasının Sürməli qəzasında Katerlu dağı və Katerlu adlı iki kənd, Tiflis quberniyasının Siqnax qəzasında Katar dağ beli, həmin quberniyanın Tioneti qəzasında Kataris-Xevi çay adı, İrəvan quberniyasının Katar-Qain keçidi, Aleksandropol qəzasında Katarqaya, Zəngəzur qəzasında Katar-Daş dağı, Quba rayonun Qaytar-Qoca dağı adları göstərir ki, bu toponimlərin bə'ziləri katar (qaytar) tayfa adını, bə'ziləri Azərbaycan dilində qatar "cərgə", "zəncirvarı (qaya, təpə)", bə'ziləri isə türk dillərində kadır "sıldırım", "yarğanlı" sözünü əks etdirir, lakin bə'zi toponimlərdə (məsələn, Yevlax r-nunda Qatırölən toponimi) bu söz qatır (heyvan adı) sözündən ibarətdir. XIX əsrin ortalarında Qaraqoyunlu kəndinin (Novobayazid qəzası) Çalmalı dağında yaylaq yerində yurdu da Qatar adlanırdıKəndin tam adı "Qatar şam"ı olmuşdur.
Kaftar
Zolaqlı kaftar (lat. Hyaena hyaena) — yırtıcılar dəstəsinin kaftarlar fəsiləsinə aid məməli heyvan cinsi. Kritik vəziyyətdədir. Təbii şəraitdə nəslinin kəsilmə təhlükəsi var. Arealın kənarında olan nadir növdür. == Xarici görünüşü == Bədəninin uzunluğu 110–120 sm, quyruğunun uzunluğu isə 30 sm-dir. Kütləsi 30–39 kq olur. Bədəni qısa, quyruğu uzun, qulağı böyükdür. Görkəmcə itə oxşasada bir çox cəhətlərinə görə ondan fərqlənir. Çiyin-boyun nahiyyəsində at yalına bənzər uzun, cod tükləri var.
Qafqaz
Qafqaz — Asiya və Avropada coğrafi region. Qafqazın şərq sərhəddinin Xəzər dənizi, qərbinin isə Qara dəniz olduğu qəbul edilir ancaq şimali və cənubi sərhədləri haqqında konsensus yoxdur. Şimalda fiziki-coğrafi sərhəd Kuma-Manıç çökəkliyi, hazırkı inzibati bölgüyə görə isə Krasnodar və Stavropol vilayətlərinin və Dağıstanın şimal sərhədləri hesab edilir. Bəzən Qafqaza şərti olaraq Kalmıkiya da daxil edilir. Şimali Qafqazın böyük hissəsinin tarixi-etnoqrafik olaraq rus çöllərinə və Aşağı Volqaboyuna daha yaxın olduğu nəzərə alındıqda isə Qafqazın şimal sərhəddini Kuban çayı boyunca, Kuma, Malke və Tereka təpərindən keçirmək olar. Beləliklə Krasnodar vilayətinin cənubu, Adıgey, Qaraçay-Çərkəz, Kabardin-Balkar, Şimali Osetiya, İnquşetiya, Çeçenistan və Dağıstanın böyük bir bölümü bu bölgəyə daxil olur. Cənub sərhədlərini siyasi olaraq Azərbaycan, Ermənistan və Gürcüstan ilə İran və Türkiyənin sərhədləri təşkil edir. Azərbaycan Qafqaz ölkəsidir çünki, böyük və kiçik qafqaz dağları həmçinin böyük zirvələri Azərbaycanda yerləşir. Azərbaycan qafqaz ətrafı yox elə qafqaz ölkəsidir. == Etimologiya == Roma tarixçisi Qay Yuli Solin özünün "Dünya möcüzələri haqqda" əsərində yazır ki, skiflər Qafqaz dağlarını "Kroukas" adlandırır, və bu, skifcə "qardan ağaran" deməkdir.
Qaftan
Qaftan - qədim türklərdə geyim forması. == Haqqında == Qədim türklərin dünya geyim mədəniyyəti tarixinə bəxş etdiyi mühüm töhfələrdən olan qaftan, həm də genbalaq şalvar həyat tərzinin xeyli hissəsi at üstündə keçən türk xalqlarının süvari məişəti üçün ən münasib geyim növləri olmuşdur. Kitabi Dədə Qorqud dastanlarına əsasən Oğuz qaftanı biçim üsuluna görə dastanlarda “don” adlanan arxalığa çox yaxın idi, lakin onun tam eyni deyildi: “Xeyir xəbər gətürənə at, don verəm, qaftanlar geydürəm” ifadəsində bu ayrılıq aydın nəzərə çarpır. Arxalıq (don) kimi, qaftan da qol, gövdə və ətək olmaqla, üç hissədən ibarət biçilib tikilirdi. Lakin arxalıqdan fərqli olaraq qaftanın ətəyi nisbətən uzun olurdu. Bunu Kitabi Dədə Qorqud boylarındakı dolayı faktlardan aydın görmək olur: “Qaftanı altından ayağın bərk sardı, var qüvvətiylə atının yelisinə düşdi”. Kitabi Dədə Qorqud dastanlarına əsasən, oğuzlar arasında qaftanın qaradan başqa qırmızı, qızılı, ağ və s. rəngli parçalardan tikilməsi məqbul sayılırdı: “Adağlusından ərgənlik bir qırmızı qaftan gəldi. Beyrək geydi. Yoldaşlarına bu iş xoş gəlmədi...
Qamsar
Qəmsər – İranın İsfahan ostanının Kaşan şəhristanının Qəmsər bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,566 nəfər və 1,048 ailədən ibarət idi.
Qarqar
Qarqar (lat. Caracara) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinə aid heyvan cinsi.
Qatlar
Qatlar (himnlər, nəğmələr) - Avestanın ən qədim və mürəkkəb hissəsi. Alimlər "Qat"ların məzmununun çox emosional və "insani" ruhda olduğunu qeyd edirlər. Güman edirlər ki, Qatlarda insanın səsi eşidilir və hərdənbir "müəllifin fərdiliyi aydın şəkildə hiss olunur" [E.E.Bertels]. Adətən Zərdüştün (Zaratuştra, Zaratustra) özü Qatların müəllifi hesab edilir. Zərdüşt öz moizələrində zülm və zülmət aləmindən imtina etməyə, xeyir və işıq aləmini seçməyə səsləyir. Qatların oxunuşu ən qədim zamanlardan indiyədək zərdüştilik təliminin ən müqəddəs mərasimlərindən biridir. Qeyd etmək lazımdır ki, "Qat"lar Avestanın ən çətin anlaşılan qismidir. Qətiyyətlə demək olar ki, bizdə tərcümə variantlarının miqdarı qədər müxtəlif "Qatlar" mövcuddur [İ.M.Dyakonov]. Belə hesab etmək məqbuldur ki, şübhəsiz, "Avesta"da "Qatlara" nisbətən daha qədim fraqmentlər olsa da, "Qatlar" "Avesta"nın çox qədim hissəsidir. Bunu hər halda Yaştların, habelə Yəsnanın bəzi hissələrinə münasibətdə də iddia etmək olar.
Qazlar
Qazlar (gür.: g.ə. კაზლარი, l.ə. kazlari) - Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Qaşlar
Qaş — gözün üstündə yerləşən sıx tük örtüyü. == Qaşın funksiyası == Hər iki gözün üstündə yerləşən qaşlar tədricən üzün yanlarına doğru meyillənir. Alında yaranan tər damcıları qalın tük örtüyünü keçə bilmir və qaşlar vasitəsilə üzün yanlarına yönləndirilir. Beləliklə, gözlər şor tər damcılarından qorunmuş olur. == Müxtəlif mədəniyyətlərdə qaşlar == Çin mədəniyyətində müdriklərin uzun ömrünü vurğulamaq üçün müdriklər çox uzun qaşlı təsvir olunur. Çox uzun qaşlar Çində uzunömürlülük, müdriklik rəmzi sayılır.
Qaşqar
Qaşqar, Kaşkar və yaxud Kaşğər (uyğ. قەشقەر) — ÇXR-in Sincan-Uyğur Muxtar Rayonunun Kaşqar şəhər rayonunda şəhər. Çinin ən qərb şəhərlərindən biridir, Əfqanıstan, Qırğızıstan, Tacikistan və Pakistanla sərhədə yaxındır. 500.000-dən çox əhalisi olan Qaşqar 2000 ildən artıqdır ki, Çin, Yaxın Şərq və Avropa arasında Böyük ipək yolu üzərində ticarət məntəqəsi və strateji əhəmiyyətli şəhər kimi xidmət edib və bu onu dünyanın ən qədim davamlı məskunlaşan şəhərlərindən birinə çevirib. Çox müxtəlif mədəniyyətlərin və imperiyaların kəsişmə nöqtəsində Qaşqar Çin, Türk, Monqol və Tibet imperiyalarının hakimiyyəti altında olmuşdur. Şəhər həm də müxtəlif köçəri xalq qrupları arasında bir sıra döyüşlərin yeri olmuşdur. Hazırda mahal səviyyəli vahid kimi idarə olunan Qaşqar 162.000 km² (63.000 kv mi) ərazisi və 2010-cu ilə qədər təxminən 4 milyon əhalisi olan Qaşqar bölgəsinin inzibati mərkəzidir. Şəhərin özünün 506,640 əhalisi var və şəhər ərazisi 15 km² (5,8 kv mi) əhatə edir, baxmayaraq ki, inzibati ərazisi 555 km² (214 kv mi) sahəni tutur. Şəhər 2010-cu ildə Xüsusi iqtisadi zonaya çevrilib və Çinin qərbində bu statusa malik yeganə şəhərdir. Qaşqar həm də yeni qurulan çoxmilyardlıq Çin-Pakistan İqtisadi Dəhlizinin əsas hissəsi hesab edilən Qaraqorum şossesinin son nöqtəsini təşkil edir.
Safsar
Safsar (lat. Vormela peregusna) — Dələlər fəsiləsinə aid növ. == Xarici görünüşü == Digər dələkimilərdən əlvan rənglərinə görə fərqlənir. Başın üz hissəsində ağ-qara maskası vardır. Gözlərinin ətrafı boyunca qara, onun üstündə isə geniş ağ zolaq gedir. Qulaqları nisbətən geniş və uzundur, quyruğu tüklüdür. Belinin sarı tonunda dəyirmi qara xallar səpələnmişdir. Ölçüləri xırdadır, uzun bədənə, qısa ayaqlara malikdir. == Yayılması == Cənub-şərqi Avropa, Balkanlar, Kiçik və Ön Asiya, Qafqaz, Orta Asiya, Tyan-Şan. Azərbaycanda arealı dağətəyi və mərkəzi düzənlik əraziləri, Zuvand yaylasını və Naxçıvanı əhatə edir.