Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qurbanəli Abbasov
Qurbanəli Abbasov — Ukraynanın “Əməkdar artisti”, “Tərəqqi” medalı laureatı == Həyatı və fəaliyyəti == Qurbanəli Həsən oğlu Abbasov 1952-ci il yanvarın 16-da Naxçıvan şəhərinin Qaraçuq kəndində anadan olmuşdur.1974-cü ildə Kiyev şəhərindəki M.Qliyer adına Musiqi Peşə Məktəbində musiqi təhsili almışdır.1979-1984-cü illərdə P.İ.Çaykovski adına Kiyev Dövlət Konservatoriyasının vokal şöbəsində təhsilini davam etmişdir. 1985-1992-ci illərdə Almaniyanın Veymar şəhərində musiqi mütəxəssisi kimi çalışmışdır.1986-cı ildə Almaniyanın Leypsik şəhərində keçirilən vokal üzrə Beynəlxalq musiqi festivalının laureatı olmuşdur.1992-ci ildən Ukrayna Dövlət Sərhəd Qoşunlarının mahnı və rəqs ansamblının solisti kimi fəaliyyətini davam etdirmişdir.1999-cu ildən Ukrayna Azərbaycanlıları Konqresinin nəzdində yaranmış “Azərbaycan” mahnı və rəqs ansamblına rəhbərlik edir. 1997-ci ildə Ukraynanın “Əməkdar artisti” fəxri adına layiq görülmüşdür.2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Qurbanəli Quluzadə
Qurbanəli Elşad oğlu Quluzadə (25 iyun 2001, Binə, Azərbaycan — 21 oktyabr 2020;, Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qurbanəli Quluzadə 2001-ci il iyunun 25-də Xəzər rayonunun Binə qəsəbəsində dünyaya göz açıb. Ailənin 3 övladının ən böyüyü olan Qurbanəli 2008-ci ildən 2019-cu ilə kimi Binə qəsəbəsindəki 136 və 121 saylı tam orta məktəblərdə təhsil alıb. == Hərbi xidmətləri == 2019-cu ilin oktyabr ayında hərbi xidmətə yollanıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qurbanəli Quluzadə Füzuli, Cəbrayıl, Hadrutun azad edilməsində savaşıb. Qurbanəli 2020-ci il oktyabrın 21-də Xocavənd rayonu uğrunda gedən döyüşlərdə yanında minaatan mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olub. Qurbanəli Quluzadə Binə Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qurbanəli Quluzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Qurbanəli Quluzadə "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamı ilə Qurbanəli Quluzadə "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Qurbanəli Şərifov
Şərifzadə (Şərifov) Qurbanəli (1854, Naxçıvan – 1917, orada) — maarifçi ziyalı, publisist, xeyriyyəçi. Əziz Şərifin atasıdır. == Həyatı == Gürcüstan dağ yollarının, Şahtaxtı-Maku dəmir yolunun çəkilişində icarəçi mühəndis kimi iştirak etmişdir. Milli təhsilin, mətbuat və mədəniyyətin fəal müdafiəçisi idi. M.T.Sidqinin Naxçıvanda açdığı "Tərbiyə" məktəbinin və Naxçıvan teatrının inkişafına maddi və mənəvi yardım göstərmişdir. H. Cavidin gənclik dövrü mənəvi təkamülündə mühüm rolu var. C.Məmmədquluzadənin əməl və məslək dostlarından olmuş, "Molla Nəsrəddin"in nəşrində ədibə dəstək vermiş, jurnalda ara-sıra "Leylək" imzası ilə çıxış etmişdir; "Mozalan bəyin səyahətnaməsi"nin İrəvana və Naxçıvana aid hissələrinin müəllifidir. C.Məmmədquluzadə, Ə.Haqverdiyev, F.Köçərli, M.Ə.Sabir, Ö.F.Nemanzadə və Ə.Qəmküsarla dostluq əlaqələri saxlamışdır. == İstinadlar == == Mənbə == İ. Həbibbəyli. Cəlil Məmmədquluzadə: Mühiti və müasirləri, B., 1997.
Qurbanəli Şərifzadə
Şərifzadə (Şərifov) Qurbanəli (1854, Naxçıvan – 1917, orada) — maarifçi ziyalı, publisist, xeyriyyəçi. Əziz Şərifin atasıdır. == Həyatı == Gürcüstan dağ yollarının, Şahtaxtı-Maku dəmir yolunun çəkilişində icarəçi mühəndis kimi iştirak etmişdir. Milli təhsilin, mətbuat və mədəniyyətin fəal müdafiəçisi idi. M.T.Sidqinin Naxçıvanda açdığı "Tərbiyə" məktəbinin və Naxçıvan teatrının inkişafına maddi və mənəvi yardım göstərmişdir. H. Cavidin gənclik dövrü mənəvi təkamülündə mühüm rolu var. C.Məmmədquluzadənin əməl və məslək dostlarından olmuş, "Molla Nəsrəddin"in nəşrində ədibə dəstək vermiş, jurnalda ara-sıra "Leylək" imzası ilə çıxış etmişdir; "Mozalan bəyin səyahətnaməsi"nin İrəvana və Naxçıvana aid hissələrinin müəllifidir. C.Məmmədquluzadə, Ə.Haqverdiyev, F.Köçərli, M.Ə.Sabir, Ö.F.Nemanzadə və Ə.Qəmküsarla dostluq əlaqələri saxlamışdır. == İstinadlar == == Mənbə == İ. Həbibbəyli. Cəlil Məmmədquluzadə: Mühiti və müasirləri, B., 1997.
Qurbanəli Əliyev
Qurbanəli Məmmədsadıq oğlu Əliyev — fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Qurbanəli Əliyev 1925–ci il oktyabrın 8-də Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Kotam kəndində anadan olub. 1948-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmişdir. 1948 – 1954- cü illərdə Naxçıvan şəhərindəki müəllimlər institutuda, 1954 – 1956-cı illərdə Ordubad şəhərindəki 1 saylı orta məktəbdə müəllim işləmişdir. 1956 –cı ildə AMEA Fizika İnstitutunda yarımkeçiricilər fizikası ixtisası üzrə aspiranturaya daxil olub. Burada görkəmli alim akademik H.Abdullayevin elmi rəhbərliyi altında texnikada geniş tətbiq olunan mono və polikristal, amorf və maye selen yarımkeçiricisinin fiziki xassələrinin tədqiqi üzrə elmi-tədqiqat işləri aparıb və 1960-cı ildə namizədlik, 1968-cı ildə doktorluq dissertasiyasını müdafiə edib. Q. Əliyev 1970-ci ildə professor elmi adı almışdır. O 1969 –cu ilədək AMEA Fizika İnstitutunda böyük elmi işçi, 1969 –cu ildən ömrünün sonuna kimi Azərbaycan Tibb Universitetində kafedra müdiri, professor vəzifələrində çalışmışdır. Q. Əliyev 2009-cu il avqust ayının 9-da vəfat etmişdir. Elmi məqalələrin sayı-276 Beynəlxalq konfranslarda iştirakının sayı-59 Xaricdə çıxmış elmi əsərlərinin sayı-130-a yaxın Monoqrafiya və kitabların sayı-1 Müəllifik şəhadətnamələrinin və patentlərin sayı-15 Dil bilikləri- ana dili, rus və ingilis == Əsas elmi nailiyyətləri == Qurbanəli Əliyevin əsas elmi fəaliyyəti selen yarımkeçiricisinin müxtəlif modifikasiyalarının (heksaqonal, monoklin, amorf) alınmasına və onların fiziki xassələrinin tədqiqinə həsr olunmuşdur.
Molla Qurbanəli Zəncani
Molla Qurbanəli Zəncani (fars. آخوند ملا قربان‌علی ارقینی‎; 1824, Zəncan – 1911, İraq) — Məşrutə hərəkatının nümayəndəsi, ruhani. == Həyatı == Molla Qurbanəli 1824-cü ildə Zəncan vilayətinin Xudabəndəli mahalının Ərqənin kəndində anadan olmuşdu. Molla Məhəmmədhəsən Nəcəfi və Mürtəza Ənsaridən dərs almışdı. 1899-cu ildə bir cinayətkar onun evinə sığınmış və hakim həmin şəxsin yaxalanmasına əmr etmiş, dövlət adamları Axundun evinə girib və onun tərəfdaları ilə üzbəüz olub döyüşmüşlər. Zəncanlılar bu işə etiraz edib, hakimiyyətə qarşı üsyan edib bəzi dövlət binalarına ziyanlar vurmuşlar. Nəhayət, hakim Axundun evinə gedib bu üsyanı yatırtmışdır. 1907-ci ildə Məhəmmədbağır xan Səidüssəltənənin hakimliyi zamanı Zəncan vilayəti İranın bir çox yerləri kimi qıtlıq vəziyyətində idi. Bu durumda Axund Molla Qurbanəli Zəncani tərəfdarları bir gün şəhərdən eşiyə taxıl aparmağ istəyirlər. Lakin dövlət məmurları bu işə mane olurlar.
Qurbanəli bəy (film, 1989)
== Məzmun == Burada Qurbanəli bəyin rus vəzifə adamlarına necə yaltaqlanmağı, onlara qul kimi boyun əyməsi əks etdirilir. == Film haqqında == Kukla filmidir. Film Azərbaycan ədəbiyyatının klassiki Cəlil Məmmədquluzadənin eyniadlı əsəri əsasında ekranlaşdırılmışdır.
Qurbanəliyev sadıq
Rauf Qurbanəliyev
Rauf Qurbanəliyev (2 aprel 1988, Krasnoyarsk) — Azərbaycan kinooperatoru. == Həyatı == Rauf Qurbanəliyev 2 aprel 1988-ci ildə Rusiya Federasiyasının Krasnoyarsk vilayətində anadan olub. 1990-cı ildə Bakı şəhərində məskunlaşıb. İlk təhsilini 1995–2006-cı illərdə Bakı şəhər N. Nərimanov rayonu 82 saylı orta pilot məktəbində alıb. 2006–2010-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kinooperatorluq fakültəsini bitirib. 2011–2012-ci illərdə film şirkətində çalışmışdır. 2010–2011-ci illərdə Naxçıvan M/R–da Hərbi xidmətdə olmuşdur. 2011–2012-ci illərdə Azerbaijan İnternational Filming (AİF-company) Kino şirkətində Quruluşçu Operator vəzifəsində çalışmışdır. == Mükafat və təltifləri == "Ən yaxşı gənc operator" — "Paradoks" filminə görə — 2013. == Filmoqrafiya == Günaydın, mələyim!
Sadıq Qurbanəliyev
== Siyahı ==
Sevda Qurbanəliyeva
Qurbanəliyeva Sevda Firudin qızı (d. 13.11.1960, Gəncə) — Azərbaycan alimi, sənətşünaslıq doktoru (1995), professor (1996). == Həyatı == Sevda Qurbanəliyeva 1960-cı ilin noyabrında Gəncədə anadan olub. 1979-cu ildə Q.Hüseynli adına orta ixtisas məktəbini, 1984-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsini bitirib. O, 1989-cu ildə "Musiqi sənəti" ixtisası üzrə namizədlik dissertasiyasını, 1995-ci ildə P.İ.Çaykovski adına Kiyev Dövlət Konservatoriyası nəzdində fəaliyyət göstərən, dünya miqyasında tanınmış alimlərdən ibarət ixtisaslaşdırılmış Müdafiə Şurasında doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək beynəlxalq aləmdə Azərbaycan mədəniyyətini yüksək səviyyədə təqdim və təbliğ etmişdir. Ona 1996-cı ildə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adı verilib. 1984-1990-cı illərdə Gəncə şəhəri Q.Hüseynli adına Musiqi Texnikumunda müəllim işləmiş, ictimai əsaslarla Musiqi Texnikumunda gənclər təşkilatına rəhbərlik edib. 1984-cü ildən Gəncə Dövlət Universitetində müəllim, dosent, onun təşəbbüsü və bilavasitə təşkilatçılığı ilə yaradılmış musiqi fənləri kafedrasının müdiri, 1996-cı ildə professor vəzifəsinə seçilmiş və hazırda həmin kafedraya və ictimai əsaslarla GDU-nun tələbə yaradıcılıq kollektivlərinə uğurla rəhbərlik edir, universitet Elmi Şurasının üzvüdür. 2002-ci ildən Azərbaycan Respublikası Bəstəkarlar İttifaqının üzvüdür. 2011-ci ildən AMEA-nın Gəncə Regional Elmi Mərkəzində "Sənətşünaslıq" şöbəsinə rəhbərlik edir.
Tapdıq Qurbanəliyev
Tapdıq Dövlətxan oğlu Qurbanəliyev (21 dekabr 1978; Şəki rayonu, Azərbaycan SSR — 16 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tapdıq Qurbanəliyev 1978-ci il dekabrın 21-də Şəki rayonunun Aydınbulaq kəndində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Tapdıq Qurbanəliyev 1998-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun baş giziri olan Tapdıq Qurbanəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tapdıq Qurbanəliyev oktyabrın 16-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Şəki rayonundə Aydınbulaq kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tapdıq Qurbanəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Tapdıq Qurbanəliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Şərif Qurbanəliyev
Şərif Qurbanəliyev — azərbaycanlı rejissor, ssenarist, prodüser, aktyor. == Həyatı == Rejissor Şərif Qurbanəliyev Aztv, Space kimi telekanallarda bir neçə filmin və telelayihənin müəllifidir. Bunlardan "Afaq, gülür-güldürür" telelayihəsinin misal çəkmək olar. == Əsas rolları == Akademik Milli Dram Teatrında Laləli düzən (2015) (Rəhman Əlizadə) == Filmoqrafiya == Ac həriflər (film, 1993) — ssenari müəllifi, ikinci rejissor Yurd yeri Bala-başa bəla!
Ələsgər Qurbanəliyev
Ələsgər Novruzəli oğlu Qurbanəliyev (23 mart 1948, Qobu – 21 aprel 2021) — aktyor. == Həyatı == Ələsgər Qurbanəliyev 23 mart 1948-ci ildə Bakı şəhəri Qobu qəsəbəsində doğulub. 23 iyun 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsini bitirib. Əvvəllər Sumqayıt Dövlət Dram teatrında aktyor işləyib. 10 aprel 1979-cu ildən Gənc Tamaşaçılar Teatrının aktyorudur. 2013-cü ilin iyun ayının 25-də Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif olunmuşdur. Aktyor 21 aprel 2020-ci ildə 73 yaşında Covid-19 xəstəliyindən vəfat etmişdir.
Qurbanlı
Qurbanlı — soyad. Nurlan Qurbanlı — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Fəxrəddin Qurbanlı — Aprel döyüşləri şəhidi. Musa Qurbanlı — azərbaycanlı futbolçu. Mübariz Qurbanlı — Azərbaycan Respublikası Milli Məclisinin I, II, III, IV çağırış deputatı. Ruhidil Qurbanlı — Azərbaycanı təmsil edən gimnast. Ramilə Qurbanlı — Azərbaycanlı jurnalist-publisist. Əvəz Qurbanlı — şair, yazıçı və jurnalist. Elvin Qurbanlı — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri əsgəri. Digər Qurbanlı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Qurbanalı Alıyev
Qurbanalı Vəlican oğlu Alıyev (14 iyul 1924, Ovçulu, Şamaxı rayonu – 7 fevral 1989, Moskva) — Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı. == Həyatı == Qurbanalı Alıyev 1924-cü il iyul ayının 14-də Şamaxı rayonu Ovçulu kəndində anadan olmuşdur. Orta təhsilini bitirdikdən sonra 1942-ci ildə Şamaxı rayonu M.Əzizbəyov adına kolxozda əmək fəaliyyətinə başlamış bir müddət sonra isə təşkilatçılıq bacarığı ilə fərqləndiyi üçün həmin kolxozda briqadir olmuşdur. Özünün əməksevərliyi, təşəbbüskarlığı, təşkilatçılığı və bacarıqlı rəhbər keyfiyyətləri ilə seçldiyi üçün 1948-ci ildə Şamaxı rayon Bağırlı Kənd Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsinə seçilir. 1949-cu ildə Kommunist Partiyası sıralarına daxil olur. 1950-ci ildə Qurbanalı Alıyev M.Əzizbəyov adına kolxozun sərdi vəzifəsinə seçilir. Qurbanalı Alıyev çalışdığı sahə üzrə təhsilini 1950-ci ildə Gəncə şəhərində fəaliyyət göstərən rəhbər və idarəetmə sahəsi üzrə kadrlar hazırlayan mərkəzdə almışdır. 1960-ci ildə Şamaxı Zoobaytar Texnikumunu bitirmiş və Şamaxı rayonu Hacıqədirli kəndində yerləşən Həzi Aslanov adına kolxozda zootexnik işləmişdir. 1960-cı ildən 1966-cı ilə qədər uğurla Şamaxı rayonu Göylər Kənd Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışmışdır. 1966-cı ildən ömrünün sonuna qədər Şamaxı rayon Bağırlı Kənd Soveti İcraiyyə Komitəsinin sədri olmuşdur.
Elvin Qurbanlı
Elvin Mehman oğlu Qurbanlı (19 dekabr 1999; Aşağı Quşçu Tovuz rayonu — 1 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elvin Qurbanlı 1999-cu il dekabrın 19-da Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 2005-2016-cı illərdə İ. Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Elvin Qurbanlı 2017-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elvin Qurbanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elvin Qurbanlı oktyabrın 1-də Kəlbəcər rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Tovuz rayonunun Aşağı Quşçu kəndində dəfn olunub.
Fəxrəddin Qurbanlı
Fəxrəddin Seyfəddin oğlu Qurbanlı (d. 13 yanvar 1994; Bakı, Azərbaycan — ö. 2 aprel 2016; Azərbaycan) — Aprel döyüşləri şəhidi, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilmişdir. == Həyatı == Fəxrəddin Qurbanlı 1994-cü ilin 13 yanvar günündə Bakı şəhərində anadan olub. Fəxrəddin Qurbanlı 2011-ci ildə orta təhsilini başa vurdu və Azərbaycan Universitetinin "Sosial iş" fakültəsinə daxil oldu. Fəxrəddin Qurbanlı həmdə Aprel döyüşləri zamanı şəhid olan digər əsgər Mahir Mirzəyev ilə qohum idi. == Hərbi xidməti və şəhidliyi == Fəxrəddin Qurbanlı 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olmuşdur. Aprelin 9-u isə Fəxrəddin Qurbanlı doğulduğu Bakı şəhərinin Binəqədi rayonunda son mənzilə yola salınmışdır. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılmışdır. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Qurbanlı uğrunda şəhid olduğu torpağa tapşırılmışdır.
Molla Qurbanlı
== Tarixi == Molla Qurbanlı soyu Seyidli oymağının nəsillərindən sayılır. Bu soy öz adını Molla Qurbanın (1768-1848) adından almışdır. Molla Qurbanın atası Mədət Seyidli oymağında yaşamışdır. Molla Qurban Seyidli oymağında Kərbəlayi Qurban adı ilə tanınmışdır. O, Xanımla ailə həyatı qurmuş, Məşədi İsmayıl, Məşədi Mikayıl, Hacı Cəbrail adlı övladları dünyaya gəlmişdir. Məşədi İsmayılın Əbdürrəhim, Əbdüləli adlı iki, Məşədi Mikayılın Məhəmməd, Möhsün, Məşədi Qasım adlı üç, Hacı Cəbrailin Mustafa adlı bir övladı olmuşdur. Molla Qurbanlı soyu hazırda Qurbanov soyadı ilə tanınır. Bu soydan görkəmli ziyalılar çıxmışdır. Tanınmış maarif xadimi, pedaqoq Surxay Qurbanov, onun oğlu hüquq elmləri doktoru, professor Habil Qurbanov və başqaları bu nəslin nümayəndələridir. Surxay İmamqulu oğlu Qurbanov ata tərəfdən Əbdüləlinin nəvəsi, Məşədi İsmayılın nəticəsi, Molla Qurbanın kötücəsidir.
Musa Qurbanlı
Musa Qurbanlı (13 aprel 2002, Bakı) — azərbaycanlı futbolçu, "Yurqorden" klubunun hücumçusu. == Klub karyerası == Musa Qurbanlı 2017-ci ilin avqustunda “Qarabağ” ilə müqavilə imzalayıb. O, komandada debütünü 2019-cu il dekabrın 20-də Azərbaycan Kubokunda “Keşlə”yə qarşı keçirib və bu oyunda “Qarabağ” 3:1 hesabı ilə qalib gəlib. 2021-ci il yanvarın 21-i Zirə klubu ilə "Qəbələ"yə qarşı Premyer Liqa matçında ilk rəsmi qolunu vurmuşdur. 26 yanvar 2021-ci ildə Azərbaycan Kubokunda Lökbatanın "Qaradağ" klubuna qarşı matçda qol vurmuşdur. O, Azərbaycan Premyer Liqasında "Qarabağ"ın heyətində 25 sentyabr 2020-ci ildə "Sumqayıt"la oyunda debüt edib. 2022-23 mövsümündə 21 qol və 7 məhsuldar ötürmə ilə çempionatın bombardirlik siyahısında ikinci yeri tutdu. 2022-2023 mövsümündə Azərbaycan Premyer Liqasının bombardirlərindən olan Qurbanlı 2023-cü ilin iyul ayında İsveçin Yurqorden klubu ilə 3 illik müqavilə imzalayıb. Gənc futbolçunun illik qazancı 200 min avro olacaq. “Yurqorden” “Qarabağ”a isə 500 min avroya yaxın ödəniş edib.
Mübariz Qurbanlı
Mübariz Qəhrəman oğlu Qurbanlı (7 yanvar 1954, Mahmudlu, Şamxor rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin I, II, III, IV çağırış deputatı; Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (2014–2024). == Həyatı == Mübariz Qurbanlı 7 yanvar 1954-cü ildə Şəmkir rayonunun Koltəhnəli kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1978–1982-ci illərdə Şəmkir rayon Koltəhnəli kənd orta məktəbində müəllim işləyib. 1982–1985-ci illərdə Bakı Dövlət Universitetinin aspiranturasında əyani təhsil alıb. Aspiranturada təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, dosent, kafedra müdiri, prorektor vəzifələrində çalışıb. 1995–2010-cu illərdə birinci, ikinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Hesablayıcı Komissiyanın sədri olub. 1996–2014-cü illərdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvü və komitə sədrinin müavini kimi fəaliyyət göstərib. Mübariz Qurbanlı 1 oktyabr 1993-cü ildə Azərbaycan Demokratik İstiqlal Partiyasına üzv olmuş və partiyanın həmsədri olmuşdur.
Natiq Qurbanlı
Nurlan Qurbanlı
Nurlan Süleyman oğlu Qurbanlı (27 sentyabr 2001, Xırdalan – 5 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nurlan Qurbanlı 2001-ci il sentyabrın 27-də Xırdalan şəhərində anadan olmuşdur. 2007–2018-ci illərdə Abşeron rayonu Nübar qəsəbəsində yerləşən Xanlıq kənd 3 saylı tam orta məktəbdə təhsil almış, ardınca təhsilini Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində davam etdirmişdir. Kollecdən "Gəmi mexanizmlərinin təmiri üzrə çilingər" ixtisası üzrə məzun olmuşdur. == Hərbi xidməti == Nurlan Qurbanlı 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağrılmış və Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət etmişdir. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Nurlan Qurbanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Nurlan Qurbanlı oktyabrın 5-də Cəbrayılın azad edilməsi zamanı qəhrəmancasına həlak olmuşdur. Şəhid Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Qurbanlı (Germi)
Qurbanlı (fars. قربانلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 77 nəfər yaşayır (13 ailə).
Ramilə Qurbanlı
Qurbanlı Ramilə Cəfər qızı (13 oktyabr 1970, Cəbrayıl rayonu) — Azərbaycanlı jurnalist-publisist, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda aparıcı məsləhətçi, Azərbaycan Jurnalistlər Birliyinin və Teatr Xadimləri İttifaqının üzvü. == Həyatı == Ramilə Qurbanlı 1970-ci il oktyabrın 13-də Cəbrayıl rayonu Maralyan kəndində anadan olub. 1994-cü ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu rus dili filologiyası ixtisası üzrə bitirib. 1994–95-ci illərdə Xızı rayonu Sitalçay orta məktəbində rus dilindən dərs deyib. Mətbuatda hekayələr, reportajlar, publisistik materiallarla çıxış edib. İlk dəfə 1995-ci ildə "Ədəbiyyat qəzeti"ndən peşəkar jurnalistika fəaliyyətinə başlayıb. "7 Gün", "Gənclik – P. S", "Gün Səhər", "Üç nöqtə", "Yeni zaman", Azərbaycan", "Xalq" qəzetlərində, Lent.az, Kulis.az internet saytlarında müxbir və redaktor, Azərbaycan Dövlət Televiziyasında, Space telekanalında redaktor vəzifələrində çalışıb. APA internet TV–də "Mizan" adlı müəllif proqramı ilə efirə çıxıb. "33 pərdəli dram", "Leyla Bədirbəyli","Lütfəli Abdullayev", "Əliağa Ağayev", "Ələsgər Ələkbərov", "Müharibə miniatürləri", "Zülməti yaranlar", "39-cu pərdə", "Şəhid həkimlər" adlı kitabların müəllifidir.
Ruhidil Qurbanlı
Ruhidil Qurbanlı (d. 28 may 2003) — Azərbaycanı təmsil edən gimnast. == Karyerası == Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı cütlüyü 2018-ci ildə baş tutan Dünya Çempionatında 4-cü yeri tutdu. Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı 2019-cu ildə Belarusun ev sahibliyində baş tutan II Avropa Oyunlarına qatıldı. Əl-Məşayxi və Qurbanlı cütlüyü temp yarışlarında 28.830 balla gümüş, balans yarışlarında isə 28.160 balla bürünc medala sahib oldu.
Əvəz Qurbanlı
Qurbanlı Əvəz Qubadxan oğlu (Əvəz Qurbanlı) - şair, yazıçı və jurnalist == Həyatı == Şair, yazıçı və jurnalist Əvəz Qurbanlı 1976-cı il avqust ayının 9-da Saatlı rayonunun Azadkənd kəndində dünyaya göz açıb. 1997-1999-cu illərdə Azərbaycan Respublikasının sərhəd qoşunlarının N saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub. İxtisasca iddiaçı hüquqşünasdır. 2000-ci ildən indiyə kimi Respublikanın bir çox mətbu orqanlarında jurnalist kimi fəaliyyət göstərir. Uzun müddətdir ki, bədii yaradıcılıqla məşğuldur. Şeir və nəsr, elmi və publisistik məqalələrin müəllifidir. Sözlərinə mahnılar bəstələnib. 2006-cı ildə "Təzə zarafat " adlı satirik və lirik şeirlər kitabı çapdan çıxıb. "Vahid", "Məcməüş-şüəra" ədəbi məclislərinin, o cümlədən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Bir çox yerli və beynəlxalq mükafatlara, o cümlədən 2008-ci ildə gənc yazarlar üçün Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülüb.
Aişə Qurbanlı
Aişə Qurbanlı (28 aprel 1993) — Azərbaycanı təmsil edən cüdoçu. == Karyerası == Aişə Qurbanlı beynəlxalq turnirlərdə birinci uğurlarına 2015-ci ilin noyabrında African Open turnirində bürünc, Oceania Open turnirində isə gümüş medala sahib olmaqla imza atdı. IJF Qran-Pri seriyalı turnirlərdə onun ən yaxşı nəticəsi 2017-ci ilin aprelində Antalyada baş tutan turnirdə qeydə alıdı (beşinici pillə). Karyerası ərzində nüfuzlu beynəlxalq turnirlərdə, Dünya və Avropa Çempionatlarında uğura imza ata bilməyən Aişə Qurbanlı Azərbaycanı 2021-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil elədi. Qadınların -48 Kq. turnirində çıxış edən Aişə Qurbanlı olimpiadanın 1/16 final mərhələsində Portuqaliya nümayəndəsi Katarina Kostaya vaza-ari balı ilə məğlub oldu və turnirdə mübarizəsini dayandırdı.
Qurbani
Aşıq Qurbani (az-əbcəd. آشیق قربانی‎) və ya Dirili Qurbani (1477, Diri – 1550, Diri) — XV–XVI əsrlərdə yaşamış Azərbaycan aşığı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Aşıq Qurbani Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Aşıq Qurbani XV–XVI əsrlərdə yaşamış, Diri kəndində (indiki Azərbaycanın Cəbrayıl rayonu) anadan olmuşdur. Nə zaman anadan olduğu və ya vəfat etdiyi dəqiq deyildir. O, Şah İsmayıl Xətainin müasiri idi və fəaliyyətinə sarayda davam edirdi. Xalq dastanlarına görə Qurbani tanrının onun yuxusuna müdaxiləsi etməsindən sonra aşıq olmuşdur. O bu yuxuda böyük bir saray və bağda dayanan gözəl bir qız görür. O qızın adı Pərizat (Pəri) olur və Qurbaniyə baxır. Beləliklə, Qurbani həmin qıza aşiq olur, ancaq gördüklərinin sadəcə bir yuxudan ibarət olduğunu anlayır.
Abdulla Qurbani
Abdulla Novruz oğlu Qurbani (13 dekabr 1956, Mahmudkənd, Noraşen rayonu) — şair, publisist, dramaturq, nasir, senari müəllifi, rejissor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2003), Azərbaycan Respublikası Prezidentin fərdi təqaüdçüsü, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, 2020-ci il dekabrın 10-da Bakıda keçirilmiş Qələbə Paradının ssenari müəllifi və aparıcısı. == Həyatı == Qurbani Abdulla Novruz oğlu 1956-cı il dekabrın 13-də Şərur rayonunun Mahmudkənd kəndində anadan olmuşdur. İbtidai təhsilini burda almış, sonra Culfa rayonunun Əbrəqunus kənd internat orta məktəbini bitirmişdir. Əmək fəaliyyətinə Mədəniyyət Nazirliyinin nəzdində olan mədəniyyət işçilərinin respublika hazırlıq və ixtisasartırma kursunda başlamışdır. Burada o, 1973–1975-ci illərdə bədii rəhbər vəzifəsində çalışmışdır. 1975–1977-ci illərdə Uzaq Şərq hərbi dairəsində ordu sıralarında xidmət etmişdir. 1977–1978-ci illərdə Bakıda Aşıq Ələskər adına Xalq yaradıcılıq evində kütləvi tamaşalar üzrə metodist işləmişdir. 1978–1983-cü illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq Fakültəsində təhsil almışdır. 1983–1989-cu illərdə Naxçıvan MR Şərur rayonunda tarix diyarşünaslıq muzeyində direktor, 1989–1993-cü illərdə mədəniyyətşünaslıq şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1993-cü ildə Şərur rayon Mədəniyyət şöbəsinin müdiri vəzifəsindən könüllü olaraq cəbhəyə yollanıb.
Aşıq Qurbani
Aşıq Qurbani (az-əbcəd. آشیق قربانی‎) və ya Dirili Qurbani (1477, Diri – 1550, Diri) — XV–XVI əsrlərdə yaşamış Azərbaycan aşığı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Aşıq Qurbani Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Aşıq Qurbani XV–XVI əsrlərdə yaşamış, Diri kəndində (indiki Azərbaycanın Cəbrayıl rayonu) anadan olmuşdur. Nə zaman anadan olduğu və ya vəfat etdiyi dəqiq deyildir. O, Şah İsmayıl Xətainin müasiri idi və fəaliyyətinə sarayda davam edirdi. Xalq dastanlarına görə Qurbani tanrının onun yuxusuna müdaxiləsi etməsindən sonra aşıq olmuşdur. O bu yuxuda böyük bir saray və bağda dayanan gözəl bir qız görür. O qızın adı Pərizat (Pəri) olur və Qurbaniyə baxır. Beləliklə, Qurbani həmin qıza aşiq olur, ancaq gördüklərinin sadəcə bir yuxudan ibarət olduğunu anlayır.
Dirili Qurbani
Aşıq Qurbani (az-əbcəd. آشیق قربانی‎) və ya Dirili Qurbani (1477, Diri – 1550, Diri) — XV–XVI əsrlərdə yaşamış Azərbaycan aşığı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Aşıq Qurbani Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Aşıq Qurbani XV–XVI əsrlərdə yaşamış, Diri kəndində (indiki Azərbaycanın Cəbrayıl rayonu) anadan olmuşdur. Nə zaman anadan olduğu və ya vəfat etdiyi dəqiq deyildir. O, Şah İsmayıl Xətainin müasiri idi və fəaliyyətinə sarayda davam edirdi. Xalq dastanlarına görə Qurbani tanrının onun yuxusuna müdaxiləsi etməsindən sonra aşıq olmuşdur. O bu yuxuda böyük bir saray və bağda dayanan gözəl bir qız görür. O qızın adı Pərizat (Pəri) olur və Qurbaniyə baxır. Beləliklə, Qurbani həmin qıza aşiq olur, ancaq gördüklərinin sadəcə bir yuxudan ibarət olduğunu anlayır.
Qurbağalı
Qurbağalı (qaq. Kırbaalı) — Moldovanın Qaqauziya muxtariyətində bir kənddir.
Qurbanlıq
Qurban bayramı — İslam aləmində ən müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana , keçi və ya dəvə kəsilir. Qurbandan (niyyətdən asılı olaraq) bir hissə pay göndərilir, digər hissələr isə ehtiyac sahiblərinə paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar. Hicri təqvimdə Qurban bayramı Zilhiccə ayının onuncu gününə təsadüf edir və dörd gün davam edir. Beynəlxalq Qriqori təqvimində tarixlər ildən-ilə dəyişir və hər il təxminən 11 gün əvvəl dəyişir. == Tarixi == Qurban bayramı ən qədim bayramlardandır. Dini qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s.
Qurbançı
Qurbançı — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Qurbançı Baş Qafqaz dağ silsiləsinin ətəyində yerləşir. Qurbançı kəndinin əhalisi türk mənşəlidir və qədim zamanlardan etibarən əsasən heyvandarlıqla məşğul olmuşdur. Qurbançı kəndi ərazi vahidi kimi bir müddət Mərəzə rayonuna, sonradan Şamaxı rayonuna aid olmuş hal-hazırda isə Qobustan rayonuna aiddir. Bu kənd Bakı şəhərindən Şamaxıya gedən qədim karvan yolunun kənarında yerləşir. Qurbançı kəndi öz başlanğıcını bu kəndin yaxınlığında yerləşən qədim yaşayış məskəni olan Şəhərgah adı ilə məlum olan qədim yaşayış məntəqəsindən götürüb. Azərbaycan ərazisində “Şəhərgah” adı ilə tanınan bir neçə Orta əsr yaşayış yeri mövcuddur. Bunlardan biri də Qurbançı kəndi yaxınlığında, Qurbançıdan Qobustan şəhərinə gedən yolun sağında kənddən təqribən bir kilometr uzaqlıqda yerləşən yaşayış yeri olmuşdur. Şəhərgahın yerində hal-hazırda yerə batmış bir neçə iri daşlar və qəbir daşları vardır. Şəhərgah vaxtilə Bakıdan Şamaxıya və daha sonra Azərbaycanın qərb ərazilərinə gedən karvan yolunun üstündə olan mühüm əhəmiyyət kəsb edən bir şəhər olub.
Qurbançı bələdiyyəsi
Qobustan bələdiyyələri — Qobustan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycan bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.