Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Linqvistika
Dilçilik, dilşünaslıq, linqvistika — dil, dilçilik, onun ictimai təbiəti və funksiyaları, daxili quruluşu, funksiyalarının qanunauyğunluqları, tarixi inkişafı və konkret dillərin təsnifatı haqqında elm. Dil (mövcud və ya nə vaxtsa mövcud olmuş dillər) haqqında elm. Dilçiliyə qədərki, mikrodilçilik və metadilçilik kimi hissələrə bölünür. Nəzəri dilçilik şərti olaraq ümumi və xüsusi dilçiliklərə bölünür. İngilis və fransız mənbələrində linqvistika işlənsə də o, dilçiliyin sinonimi kimi başà düşülür. Strukturalizmdə daxili və xarici dilçilik fərqləndirilsə də, linqivistika ümumi və nəzəri dilçiliyin bir hissəsi kimi başa düşülür. XX əsrin 50-ci illərindən bu yana linqvistika çağdaş, sinxron, daxili struktura yönəlikli bir elm kimi götürülür və bütün səviyyələrdə dil qanunauyğunluqlarını aydın və formal təsvir metodlarla tədqiq edir.
Morfologiya (linqvistika)
Morfologiya (yun. μορφή -forma, λόγος-elm) — Linqvistikada nitq hissələri və onların dəyişilmə qaydalarını öyrənir. Termin biologiyadan götürülüb, hal-hazırda da bu elmdə işlənməkdədir. Morfologiya termini dilçiliyə məşhur alman dilçisi, naturalizm dilçilik məktəbinin banisi A. Şlayxer tərəfindən gətirilib. Morfologiya qaydalarına dilin daxili strukturlarını izah edən sözlər daxildir. Morfologiya sözlərin iç quruluşundakı dil faktlarına bağlı qaydaları öyrənir. Morfologiya qrammatik əsas iki formasından (sintaksis) biri olub, sözün formalarını öyrənir. Morfologiyanın əsas mövzusu nitq hissələridir. Morfologiyada sözlər nitq hissələri kimi öyrənilir, onların quruluşu və dəyişmə qaydalar araşdırılır. Müasir dilçilikdə morfologiya dilin ayrıca səviyyəsi və dilçilik şöbəsi kimi qəbul edilir.
Tarixi linqvistika
Tarixi linqvistika tarix elmindən istifadə edərək dilin yaranması və qrammatika qaydalarının tarixi inkişafını izah etmək üçün yaradılmış elmi metoddur. Dil ailələrinin necə meydana gəldiyini də tədqiq edən bu metodun mövzuları arasında dillərin niyə dəyişdiyi, danışan cəmiyyətlərin necə doğulduğu və sözlərin mənşəyi kimi mövzular da mövcuddur.
İnversiya (linqvistika)
İnversiya — nitqin bədii təsirini artırmaq üçün sözlərin sırasının qəsdən pozulması (inversiya - yerdəyişmə deməkdir). Daha çox nəzmdə istifadə olunur. İnversiya obrazlılığın qrammatik səviyyədə göstəricilərindən biridir. Adətən söz sırasında ilk olaraq Mübtəda ondan sonra tamamlıq sonda xəbər və xəbərdən əvvəl zərflik işlənməli təyin isə aid olduğu üzvdən əvvəl işlənməlidir. Başın var, başını başsızdan qoru, Zarafat gəlməsin sənə bu dünya.
Verbalizasiya (linqvistika)
Verbalizasiya (lat. verbum) — digər nitq hissələrinin sözlərinin fel kateqoriyasına keçməsi. Verbalizasiya həm geniş mənada, həm də fel olmayanların felə çevrilməsinin istənilən formasını ifadə edən, həm də yalnız dar mənada başa düşülə bilər (sintaktik verbalizasiya). Sonuncu halda, qeyri-fel şifahi predikat funksiyasını yerinə yetirdikdə, fel uyğun morfoloji dəyişikliklərlə digər nitq hissələri əsasında əmələ gələndə morfoloji transformasiyaya qarşı çıxır.
Tarixizm (linqvistika)
Tarixizm — insan həyatının bir vaxtlar mövcud olmuş, lakin yoxa çıxmış hadisələrinin adları olan sözlər. Tarixizmlər passiv lüğətə aiddir və müasir dildə sinonimləri yoxdur. Bu, müasir nitqdə sinonimlərlə əvəz olunan köhnəlmiş sözlər olan arxaizmlərin əksidir.
Antropoloji linqvistika
Antropoloji linqvistika — dilin və mədəniyyətin qarşılıqlı əlaqələrini araşdıran bir dilçilik sahəsi. Bu sahə dilin insan cəmiyyətlərindəki sosial, mədəni və tarixi rolunu öyrənir və dilin müxtəlif mədəniyyətlərdə necə işlədiyini, necə qurulduğunu və mədəniyyətin bir ifadəsi olduğunu anlamağa çalışır. Antropoloji linqvistika mədəniyyətin dildən, dilin isə mədəniyyətdən necə təsirləndiyini göstərir. == Antropoloji Linqvistikanın əsas cəhətləri == Antropoloji linqvistika dilin və mədəniyyətin qarşılıqlı təsirini araşdırır. Dil yalnız bir ünsiyyət vasitəsi deyil, həm də mədəni dəyərlərin, inancların, biliklərin və dünyagörüşünün daşıyıcısıdır. Fərqli mədəniyyətlərdə insanlar dünyanı və özlərini fərqli şəkildə təsvir edirlər və bu, onların dillərində də əks olunur. Antropoloji linqvistika dil müxtəlifliyi ilə insanların dünya görüşləri arasında əlaqə olduğunu irəli sürür. Bu yanaşma dilin bir mədəniyyəti formalaşdırdığını və müəyyən mədəniyyətin dili vasitəsilə dünya haqqında məlumatların necə təmsil olunduğunu göstərir. Bu nəzəriyyəyə görə, dil insanların reallığı necə gördüyünü müəyyən edir və dilə əsasən insanların dünyanı fərqli cür qavrayacaqları iddia edilir. Antropoloji linqvistlər dili mədəni sosiallaşmanın və insanların müəyyən sosial vəzifələri yerinə yetirməsinin bir aləti kimi görürlər.
Deskriptiv linqvistika
Deskriptiv linqvistika — dilin müxtəlif səviyyələrini təsvir etməklə, onun strukturunu və istifadə qaydalarını izah edən dilçilik istiqamətidir. Bu yanaşma dilin necə işlədiyini öyrənir və bu prosesdə dilin təbii halını müşahidə edərək qaydalarını formalaşdırır, lakin dili necə olmalı olduğunu demir, yəni preskriptiv qaydalara ziddir. Deskriptiv linqvistikanın məqsədi dilin real istifadə formalarını qeydə almaq, onları sistemləşdirmək və bu məlumatlar əsasında dilin quruluşunu anlamaqdır. == Deskriptiv linqvistikanın əsas cəhətləri == Deskriptiv linqvistika, dili danışanların istifadə etdiyi təbii formalarla maraqlanır. Bu o deməkdir ki, dilçilər dilləri yazılı və şifahi formada müşahidə edir və necə işlədiyini təhlil edirlər. Məsələn, bir dilin danışıq tərzi, vurğu qaydaları və cümlə quruluşları nəzərdən keçirilir. Deskriptiv linqvistika, dilin müxtəlif səviyyələrini təsvir etməklə məşğuldur. Bunlara: Fonologiya, Morfologiya, Sintaksis(cümlə quruluşu), Leksikologiya(söz ehtiyatı), Semantika(mənalar). Deskriptiv linqvistika normativ və ya standart dil formalarına diqqət yetirmir. Əksinə, regional dialektlər, qeyri-standart dil formaları və gündəlik danışıq dillərini də eyni dərəcədə əhəmiyyətli hesab edir.
Generativ linqvistika
Generativ linqvistika — dilin strukturunu və qaydalarını riyazi və nəzəri çərçivədə təsvir etmək məqsədi ilə dilin təbii qaydalarını izah edən dilçilik istiqaməti. Bu nəzəriyyə, dilin sonsuz sayda ifadəni meydana gətirə biləcək məhdud qaydalardan ibarət olduğunu iddia edir və dilin insan beynində necə təmsil olunduğunu araşdırır. Generativ linqvistikada əsas ideya, dilin quruluşunun formal qaydalar sistemi ilə idarə olunduğudur və insan beynində dil üçün müəyyən bir doğma mexanizmin olduğuna inanılır. == Generativ linqvistikanın əsas cəhətləri == Generativ linqvistikanın əsas nəzəriyyələrindən biri Noam Xomskiy tərəfindən irəli sürülmüşdür. O, universal qrammatika adlanan nəzəriyyəni təklif etdi. Bu nəzəriyyəyə görə, bütün insanlar genetik olaraq dil öyrənmək üçün təchiz olunmuşdur və bütün dillərin ortaq universal qaydaları var. Bu, dilin doğuşdan gələn təbiəti ilə bağlı bir fikirdir və fərqli dillərin səthi fərqliliklərinə baxmayaraq, onların dərin strukturunun oxşar olduğunu iddia edir. Xomskiyin təklifi olan X-Ləyaqəti anlayışı dilin insanların beynindəki potensialını, bacarığını izah edir. Bu anlayışa görə, insanlar dilin qaydalarını və strukturlarını anadangəlmə bilirlər, sadəcə onları yaşadıqları mühitdə konkret dillə doldururlar. Generativ linqvistikada dilin strukturu formal qaydalar toplusu ilə təsvir olunur.
Preskriptivizm (linqvistika)
Preskriptivizm (linqvistika) — dilçilikdə (lingvistika) və dilin istifadəsi ilə bağlı olan sahələrdə, dilin necə istifadə edilməli olduğuna dair qaydalar təyin edən yanaşma. Bu yanaşmaya əsaslanan dil mütəxəssisləri və ya dil qaydalarını təyin edənlər, dilin "doğru" və ya "səhv" yollarını müəyyən edərək, müəyyən bir dili standartlaşdırmaq və onun düzgün istifadəsini təmin etmək məqsədini güdürlər. Preskriptivizm fərdi və ya sosial baxımdan qəbul edilən "düzgün" dil formalarını tərifləyir və istifadəçiləri bu formalarla məhdudlaşdırmağa çalışır. Əsasən qrammatika, tələffüz, leksika və yazılı dildə hansı formaların "düzgün" olduğu ilə bağlı qaydalar verir. == Preskriptivizmin xüsusiyyətləri == Preskriptiv yanaşma dilin qrammatik, sintaktik və üslubi qaydalarını ciddi şəkildə müəyyən edir və onlara uyğun şəkildə dilin istifadə edilməsini tələb edir. Məsələn, müəyyən ifadələr və ya qrammatik strukturlar "yanlış" hesab edilə bilər və "düzgün" formalarla əvəz olunmalıdır. Preskriptivistlər dilin vahid bir standart forması olmalı olduğunu iddia edirlər. Onlar tez-tez dilin standart formalarını müdafiə edir və dialektləri və ya qeyri-standart formaları tənqid edirlər. Preskriptiv yanaşma dilin zamanla dəyişməsinə qarşı çıxır və ənənəvi olaraq qəbul edilən formaların qorunub saxlanılmasını dəstəkləyir. Onlar dilin "korlanmaması" və ya "dəyişməməsi" üçün qaydalar tətbiq edirlər.
Stilistika (linqvistika)
Stilistika (linqvistika) — dilin üslubunu və onun müxtəlif kontekstlərdə necə istifadə edildiyini öyrənən dilçilik sahəsi. O, yazılı və şifahi mətndə üslubun müxtəlif aspektlərini təhlil edir, o cümlədən dilin hansı məqsədlə və necə istifadə olunduğunu, fərqli yazı və nitq üslublarının məna yaratmaq üçün hansı yollarla istifadə edildiyini araşdırır. Stilistika həm dilin strukturunu (qrammatika, sintaksis), həm də onun bədii (ədəbi), elmi və gündəlik ünsiyyətdə necə formalaşdığını təhlil edir. == Stilistikanın əsas aspektləri == Stilistika, üslubun mətnin təbiəti, məqsədi və konteksti ilə necə əlaqəli olduğunu öyrənir. Üslub bir yazıçının və ya natiqin özünü ifadə etmək üçün istifadə etdiyi dil vasitələrinin (leksika, sintaksis, qrammatika, məcazlar və s.) seçimi ilə müəyyən olunur. Hər bir dil vahidi müəyyən bir üslub elementi kimi çıxış edə bilər. Stilistika bu üslub elementlərini (məsələn, cümlələrin uzunluğu, söz seçimləri, metaforaların istifadəsi, nitqin dinamikliyi) təhlil edir və onların necə məna yaratdığını araşdırır. Stilistika yalnız dilin mənalı vahidlərini deyil, həm də səs səviyyəsində (fonetik) və morfoloji səviyyədə (söz formaları) olan üslub fərqlərini təhlil edir. Məsələn, səsli və ya səsdən qənaət edilmiş ifadələr, xüsusi fonetik effektlər üsluba təsir edir. Stilistika müxtəlif diskurs (mətn) növlərinin spesifik üslub qaydalarını öyrənir: Bədii ədəbiyyatın dilini və üslubunu təhlil edir.
Riyazi analiz
Riyazi analiz — riyaziyyatın bir bölməsi olub, differensiallaşdırma, inteqral, ölçü cəbri, limit, silsilə və analitik funksiyaları özündə birləşdirir. Analizin özəyi sonsuz ardıcıllığın limitidir. Əsas mövzuları həmçinin inteqral və differensial hesabı əhatə edir. Riyazi analiz XVIII əsrdə yaranmış, lakin onun tam əsaslandırılması ancaq XIX əsrin sonunda Auqusto Koşinin yaratdığı limit nəzəriyyəsinin köməyi ilə baş vermişdir.
Riyazi aparat
Riyazi modelləşdirmə — reallığın fəlsəfi yanaşma ilə riyazi üsullarla təsviridir. Riyazi modelləşdirmə eyni zamanda reallığın riyazı çərçivədə qurulması və öyrənilməsidir. Riyazi model, adətən, tənliklərdən və ya tənliklər sistemindən ibarət olur və real sistemə aid olan fərziyyə və yaxud təklifləri kəmiyyətcə təsvir edir. Model işlənərkən qəbul olunan fərziyyənin düzgünlüyü real sistemdə aparılan ölçmələrin nəticələri ilə yoxlanıla bilər. Riyazi modelləşdirmədə sistemli təhlil metodologiyasında geniş istifadə edilir. Bu metodologiya texniki, iqtisadi, bioloji və s. növlü mürəkkəb obyektlərin tədqiqi üçün işlənib, təhlil və sintez üsullarının birgə xassələrindən ibarətdir, blok – sxem prinsipindən istifadə edilir. Bütün təbiət və humanitar elmlər obyektin öyrənilməsində riyazi aparat metodundan istifadə etməklə, faktiki olaraq riyazi modelləşdirmə ilə məşğuldurlar: real obyekti riyazi modellə əvəz edir və onu tədqiq edirlər. Riyazi modellərin işlənib hazırlanması və alınan qiymətin təhlili istiqamətində aşağıdakı əsas mərhələləri qeyd etmək olar: Məqsədin qoyuluşu Modelin mürəkkəblilik səviyyəsinin təyini Modelin alqoritminin planlaşdırılması Modelin parametrinin identifikasiyası Modelin adekvatlığının yoxlanılması Modelin sınağı Modelin həssaslığının təhlili Məqsədin qoyuluşu. Riyazi modelin işlənməsini qarşıya qoyulan məqsədin təyin olunmasından və həll ediləcək məsələlərin təhlilindən başlamaq lazımdır.
Riyazi biologiya
Riyazi biologiya — tədqiqat obyektinin müxtəlif səviyyəli təşkilat səviyyəsindəki bioloji sistemlər olduğu və tədqiqatın məqsədi tədqiqat mövzusunu təşkil edən bəzi konkret riyazi problemlərin həlli ilə sıx bağlı olduğu fənlərarası istiqamət. İçindəki həqiqətin meyarı riyazi bir sübutdur. Riyazi biologiyanın əsas riyazi aparatı diferensial tənliklər və riyazi statistika nəzəriyyəsidir. Bioloji obyektlərin riyazi fizikası fiziki qanunların maddənin və enerjinin təşkilinin bioloji səviyyəsində təsirini öyrənir və riyazi biologiyanın nəzəri bir hissəsidir. Riyazi biologiya bioloji proseslərin və hadisələrin riyazi modelləşdirilməsi də daxil olmaqla tətbiqi riyaziyyat metodlarından fəal şəkildə istifadə edir. Kompüterlərin istifadəsi vacibdir. Tamamilə riyaziyyat elmlərindən fərqli olaraq, riyazi biologiyada tədqiqat nəticələrinə bioloji şərh verilir. Алексеев В. В., Крышев И. И., Сазыкина Т. Г. Физическое и математическое моделирование экосистем. СПб.: Гидрометеоиздат. Ком.
Riyazi fizika
Riyazi fizika — fizika problemlərinə tətbiq olunan riyazi metodların işlənib hazırlanması ilə məşğul olan elm sahəsi. Journal of Mathematical Physics bu sahəni "riyaziyyatın fizikadakı problemlərə tətbiqi və bu cür tətbiqlərin və fiziki nəzəriyyələrin formalaşdırılması üçün uyğun olan riyazi metodların təkmilləşdirilməsi" kimi təyin edir. Riyazi fizikanın bir neçə fərqli bölməsi var və bunlar təqribən müəyyən tarixi dövrlərə uyğundur. Əvvəlcə riyazi fizika diferensial tənliklər üçün sərhəd məsələləri ilə məşğul olurdu. Bu istiqamət klassik riyazi fizikanın mövzusudur ki, bu da müasir dövrdə öz əhəmiyyətini qorumaqdadır. Klassik riyazi fizika İsaak Nyutonun dövründən bəri fizika və riyaziyyatın inkişafına paralel olaraq təkmilləşmişdir. 17-ci əsrin sonunda diferensial və inteqral hesabı kəşf edildi (İ. Nyuton, Q. Leybnits) və klassik mexanikanın əsas qanunları, həmçinin ümumdünya cazibə qanunu formalaşdırıldı (İ. Nyuton). XVIII əsrdə simlərin, çubuqların, riyazi rəqqasların rəqslərinin öyrənilməsi, habelə akustika və hidrodinamika ilə bağlı məsələlərin öyrənilməsi üçün riyazi fizikaya aid üsullar formalaşmağa başlayır; analitik mexanikanın əsası qoyulur (J. Dalamber, L. Eyler, D. Bernulli, J. Laqranj, K. Qauss, P. Laplas). 19-cu əsrdə riyazi fizikanın üsulları istilikkeçirmə, diffuziya, elastiklik nəzəriyyəsi, optika, elektrodinamika, qeyri-xətti dalğavari proseslər və s. problemlərlə əlaqədar olaraq yeniliklər ortaya çıxdı; potensial nəzəriyyəsi, hərəkətin dayanıqlığı nəzəriyyəsi yaradılır (J. Furye, S. Puasson, L. Bolsman, O. Koşi, M. V. Ostroqradski, P. Dirixle, C. K. Maksvell, B. Riman, S. V. Kovalevskaya, C. Stoks, Q. R. Kirxhof, A. Puankare, A. M. Lyapunov, V. A. Steklov, D. Hilbert, J. Adamar, A. N. Tixonov — burada adları çəkilən alimlərdən bəziləri 20-ci əsrdə və ya 20-19-cu əsrlərin sonunda işləmişlər).
Riyazi induksiya
Riyazi induksiya qurmaq üçün adətən istifadə edilən riyazi sübutun metodudur ki, hansi ki, verilən fikir bütün natural ədədlərin (mənfi olmayan tam ədədlər) doğrusudur. Metod daha çox ümumi əsaslandırılmış strukturlar haqqında fikirləri sübut etmək üçün uzana bilər; struktur induksiya kimi tanınan bu ümumiləşdirmədən riyazi məntiqdə və informatikada istifadə edilir. Burada riyazi induksiya rekursiya ilə yaxın əlaqəli olan məna yaratdı. Riyazi induksiya riyaziyyatda qeyri ciddi hesab edilən induktiv mühakimənin forması kimi səhv izah edilməməlidir. Faktiki olaraq, riyazi induksiya ciddi deduktiv mühakimənin formasıdır. Eramızdan əvvəl 370-də,Platonun ola bilsin ki Parmenidesi aşkar olmayan induktiv sübutun erkən nümunəsini özündə saxlamışdır. Evklidin və Bhaskaranin "dövri metodunda" riyazi induksiyanın ən erkən aşkar olmayan izləri başlanğıcların sayının sonsuz olduğunu göstərmişdi. Bu qədim riyaziyyatçıların heç biri, buna baxmayaraq, induktiv hipotezanı aşkar bəyan etmədi. Başqa oxşar hadisə (zidd olaraq, nə Vacca yazmışdı, necə ki Freudenthal diqqətlə göstərdi), sübut etmək üçün texnikadan istifadə etmiş onun Arithmetiko Libri duetində (1575) Françesko Maurolikodan ki, birinci n tək tam ədədinin məbləği n2-dir. İnduksiyanın prinsipinin birinci qısaca və dürüst ifadə etməsi onun Traitid üçbucağı arifmetikasında (1665) Paskal tərəfindən verildi.
Riyazi iqtisadiyyat
Riyazi iqtisadiyyat — iqtisadiyyatdakı problemləri analiz etmək və nəzəriyyələri izah etmək üçün riyazi metodların tətbiqi. Əsasən, diferensial və inteqral hesablama, fərq və diferensial tənliklər, matris cəbr, riyazi proqramlaşdırma və digər hesablama metodları kimi tətbiq olunan metodlar sadə həndəsədən daha artığıdır. Bu yanaşmanın tərəfdarları bunun kəskin, ümumi və sadə iqtisadi nəzəri əlaqələrin formalaşmasına imkan verdiyini iddia edirlər.
Riyazi isbat
Riyazi isbat — elm aləmində qəbul olunmuş aksiom və qaydalar əsasında, ardıcıl məntiqi nəticələrdən istifadə edərək, müəyyən riyazi fərziyyənin doğru olmasını göstərmək deməkdir. Riyaziyyatda isbat fərziyyə müddəalar teorem adlanırlar. Misal üçün, fərz edək ki, "Düzbucaqlı üçbucaqda katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. Əgər a və b katetlər, c isə hipotenuz olarsa onda a² + b² = c² ". Bu fərziyyə həndəsi aksiom və qaydalar əsasında isbat edilmişdir (bax şəkilə) və Pifaqor (e.ə. 569–475-ci illər) teoremi adlanır.
Riyazi kimya
Riyazi kimya — riyaziyyatın kimyaya yenilikci tətbiqləri ilə məşğul olan tədqiqat sahəsi; əsasən kimyəvi hadisələrin riyazi modelləşdirilməsiylə məşğul olur. Riyazi kimya bəzən kompüter kimyası adlanır, lakin bu hesablamalı kimya ilə qarışdırılmamalıdır. Riyazi kimyanın başlıca tədqiqat sahələrinə kimyəvi qraf nəzəriyyəsi, izomerliyin riyazi tədqiqi və kəmiyyət struktur-xassəli münasibətlərdə tətbiq tapan topoloji deskriptorların və ya indekslərin təkmilləşdirilməsi və stereokimya və kvant kimyasında tətbiqlər tapan qrup nəzəriyyəsinin kimyəvi aspektləri daxildir. Digər mühüm sahə zülallar və nuklein turşuları kimi qatlanmış xətti molekulların topologiyasını təsvir edən molekulyar düyün nəzəriyyəsi və dövrə topologiyasıdır. Bu yanaşmanın tarixi 19-cu əsrə qədər uzanır. Georq Helm 1894-cü ildə "Riyazi Kimyanın Əsasları: Kimyəvi hadisələrin energetikası" adlı traktatını nəşr etdirdi. Bu sahədə ixtisaslaşan daha müasir dövri nəşrlərdən bəziləri ilk dəfə 1975-ci ildə nəşr olunan MATCH Communications in Mathematical and Computer Chemistry və ilk dəfə 1987-ci ildə nəşr olunan Journal of Mathematical Chemistry jurnalıdır. 1986-cı ildə Dubrovnikdə reallaşan bir sıra illik MATH/CHEM/COMP konfransları mərhum Ante Qrovak tərəfindən başladıldı. Riyazi kimya üçün əsas modellər molekulyar qraf və topoloji indeksdir. 2005-ci ildə Dubrovnikdə (Xorvatiya) Milan Randiç tərəfindən Beynəlxalq Riyazi Kimya Akademiyası (IAMC) yaradılmışdır.
Riyazi maliyyə
Riyazi maliyyə — tətbiqi riyaziyyatın maliyyə hesablama ilə əlaqəli riyazi problemlərlə məşğul olan bir qolu. Maliyyə riyaziyyatında hər hansı bir maliyyə aləti bu alətin yaratdığı bəzi (ehtimal ki təsadüfi) pul axını baxımından nəzərdən keçirilir. Əsas istiqamətlər: klassik maliyyə riyaziyyatı və ya kredit riyaziyyatı (faiz hesablamalarının aparılması; müxtəlif borc alətləri ilə əlaqəli məsələlər: veksellər, depozit sertifikatları, istiqrazlar; bankçılıqda, kreditləşmədə, investisiyalarda istifadə olunan ödəniş axınlarının təhlili); maliyyə alətlərinin arbitrajsız (və ya "ədalətli") qiymətinin hesablanması da daxil olmaqla stoxastik maliyyə riyaziyyatı; aktuar hesablamaların aparılması (sığortanın riyazi əsasını təşkil edən); maliyyə bazarlarının davranışının proqnozlaşdırılması ilə əlaqəli ekonometrik hesablamalar. Klassik maliyyə riyaziyyatının vəzifəsi, pulun zaman dəyərinin meyarlarına əsasən (endirim faktoru nəzərə alınmaqla) müxtəlif maliyyə alətlərindən gələn pul axınlarının müqayisəsi, müəyyən maliyyə alətlərinə qoyulan investisiyaların səmərəliliyinin qiymətləndirilməsi (investisiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsi daxil olmaqla) və alətlərin seçilməsi üçün meyarların hazırlanmasıdır. Klassik maliyyə riyaziyyatında, default olaraq, faiz dərəcələri və ödəniş axınlarının determinizmi qəbul edilir. Stokastik maliyyə riyaziyyatı ehtimal olunan ödənişlər və dərəcələrlə məşğul olur. Əsas məqsəd bazar şərtlərinin ehtimal xarakterini və alətlərdən ödəniş axını nəzərə alınmaqla alətlərin adekvat qiymətləndirilməsini əldə etməkdir. Formal olaraq, buraya varyans-orta təhlil çərçivəsində alətlər portfelinin optimallaşdırılması daxildir. Həmçinin maliyyə risklərinin qiymətləndirilməsi metodları stoxastik maliyyə riyaziyyatı modellərinə əsaslanır. Eyni zamanda, stoxastik maliyyə riyaziyyatında risklərin qiymətləndirilməsi, o cümlədən maliyyə alətlərinin adekvat qiymətləndirilməsi üçün meyarların müəyyənləşdirilməsi zərurətə çevrilir.
Riyazi modelləşdirmə
Riyazi modelləşdirmə — reallığın fəlsəfi yanaşma ilə riyazi üsullarla təsviridir. Riyazi modelləşdirmə eyni zamanda reallığın riyazı çərçivədə qurulması və öyrənilməsidir. Riyazi model, adətən, tənliklərdən və ya tənliklər sistemindən ibarət olur və real sistemə aid olan fərziyyə və yaxud təklifləri kəmiyyətcə təsvir edir. Model işlənərkən qəbul olunan fərziyyənin düzgünlüyü real sistemdə aparılan ölçmələrin nəticələri ilə yoxlanıla bilər. Riyazi modelləşdirmədə sistemli təhlil metodologiyasında geniş istifadə edilir. Bu metodologiya texniki, iqtisadi, bioloji və s. növlü mürəkkəb obyektlərin tədqiqi üçün işlənib, təhlil və sintez üsullarının birgə xassələrindən ibarətdir, blok – sxem prinsipindən istifadə edilir. Bütün təbiət və humanitar elmlər obyektin öyrənilməsində riyazi aparat metodundan istifadə etməklə, faktiki olaraq riyazi modelləşdirmə ilə məşğuldurlar: real obyekti riyazi modellə əvəz edir və onu tədqiq edirlər. Riyazi modellərin işlənib hazırlanması və alınan qiymətin təhlili istiqamətində aşağıdakı əsas mərhələləri qeyd etmək olar: Məqsədin qoyuluşu Modelin mürəkkəblilik səviyyəsinin təyini Modelin alqoritminin planlaşdırılması Modelin parametrinin identifikasiyası Modelin adekvatlığının yoxlanılması Modelin sınağı Modelin həssaslığının təhlili Məqsədin qoyuluşu. Riyazi modelin işlənməsini qarşıya qoyulan məqsədin təyin olunmasından və həll ediləcək məsələlərin təhlilindən başlamaq lazımdır.
Riyazi məntiq
Riyazi məntiq — formal məntiqin əsas qanunlarına istinad edərək, riyazi dil və riyazi metodların tətbiqi ilə məntiqi proseslərin, mühakimələrin qanunauyğunluqlarını araşdırır. Riyazi məntiqin əsasını qoyan ingilis riyaziyyatçısı Corc Bul olmuşdur. Riyazi məntiqin əsasını Deduktiv nəzəriyyə təşkil edir.
Riyazi rəqqas
Riyazi rəqqas — Riyazi rəqqas nazik ipdən asılmış bir cisimdən ibarətdir. Riyazi rəqqasın tezliyi ipin uzunluğundan və rəqqasın yerləşdiyi coğrafi enlik və uzunluq dairəsindəki qravitasiya sahəsindən asılıdır. Riyazi rəqqasın tezlik düsturu bir bölək iki pi vuraq kök altda qravitasiya bölək ipin uzunluğu ilə ölçülür.
Riyazi sabitlər
Riyazi sabit — qiyməti dəyişməyən ölçü. Fiziki sabitlərdən fərqli olaraq, riyazi sabitlər hər hansı fiziki ölçülərdən asılı olmayaraq müəyyən edilmişdir. İxtisarlar: İ — irrasional ədəd, C — cəbri ədəd, T — transsendent ədəd, ? — məlum deyil; riyaz.— adi riyaziyyat, ƏN — ədəd nəzəriyyəsi, XN — xaos nəzəriyyəsi, komb — kombinatorika, AMT — Alqoritmik məlumat nəzəriyyəsi.
Riyazi statistika
Riyazi statistika- riyaziyyatın bölməsi olub, statistik verilənlərin sistemləşdirilməsi, emalı və elmi və praktiki nəticələrin əldə olunmasına ximdət edən riyazi üsulları əhatə edir. Burada statistik verilənlər dedikdə obyekti səciyyələndirən geniş göstəricilər toplusu nəzərdə tutulur. Riyazi statistikanın əsasını ehtimal nəzəriyyəsi təşkil edir. Tipik olaraq seçmənin verilənləri stoxastik parametrlərin nəticələri kimi qəbul edilir ki, müşahidələrin stoxastik hallarını araşdırmaq üşün ehtimal nəzəriyyəsinin üsullarını tətbiq etmək mümkün olsun. Riyazi statistikada qiymətləndirmə nəzəriyyəsindən də geniş istifadə olunur. Qiymətləndirmə üsullarının tətbiqi zamanı verilmiş statistik modelin bazasında müxtəlif qiymətləndirmə sinifləri araşdırılır və müəyyəm meyyarlar üzrə optimal statistika axtarılır. Onların köməyi ilə parametrlərin qiymətləndirilməsi inam intervalında təyin olunur. Verilənlərin ümumi toplumu haqqında müəyyən hipotezlər statistik testlərin tətbiqi ilə təsdiq və ya qəbul edilmir. Riyazi statistika eksperimentlərin planlanmasının, keyfiyyətin idarə olunmasının və altı siqmanın riyazi aparatını təşkil edir. Qiymətləndirmə modelləri və sınaq hipotezləri verilənlərin yaranma ehtimallarının modelləinə əsaslanır.
Linqvistik antropologiya
Linqvistik antropologiya — dilin sosial həyata təsirini öyrənən fənlərarası bir elm sahəsi olub, Antropologiyanın mühüm bir qoludur. Ölməkdə olan dilləri sənədləşdirməklə öz fəaliyyətinə başlamışdır. Dilin quruluşu ilə istifadəsinin hər tərəfini əhatə edəcək bir formada son 100 ildə böyümüşdür. Linqvistik antropologiya, dilin ünsiyyəti necə formalaşdırdığını, sosial identiklik ilə qrup üzvlüyünün necə tənzimlədiyini, müştərək mədəni inancları və ideologiyanı necə təşkil etdiyini və sosial və təbii dünyanın müştərək mədəni təmsilini necə inkişaf etdirdiyini tədqiq edir.
Linqvistik tipologiya
Linqvistik tipologiya və ya dillərin morfoloji təsnifatı — alman əsilli ədəbiyyat tarixçisi, tərcüməçi, yazıçı və filosof Avqust Vilhelm Şleqel-Humbolt tərəfindən işlənib hazırlanmış morfoloji dil təsnifatı daha geniş yayılmışdır. Bu təsnifat dünya dillərini dörd tipə bölür: Köklü və yaxud təcrid olunan dillər; Aqlyutinativ (iltisaqi) dillər; Flektiv dillər; İnkorpor edilənlər. == Dünya dilləri tiplərinin əsas xüsusiyyətləri == Birinci tipin xüsusiyyəti ondadır ki, sözlər morfoloji cəhətcə dəyişməz vəziyyətdə olur. Sözlərdə qramatik məna verən affikslər yoxdur. Cümlədə sözlər bir-birindən təcrid olunmuş vəziyyətdə yerləşir. Burada sözlər arasında əlaqə sintaksis olaraq, yəni sözlərin ardıcıllığı köməkçi sözlər, ritm və intonasiya vasitəsilə müəyyən olunur. Məs. qədim çin, yapon və koreya dilləri təcrid dillərdir. Məs. çin dilində sözlər cümlədəki yerlərindən asılı olaraq müxtəlif məna daşıyır.
Linqvistik ekspertiza
Linqvistik ekspertiza — tətbiqi dilçiliyin bir sahəsi olub, hüquqi dilçiliyin, dil və hüquq qanunlarını, dili, cinayət araşdırmasını, məhkəmə və məhkəmə prosesinin məhkəmə kontekstində linqvistik biliklərin, o cümlədən metodların və anlayışların tətbiqidir. Məhkəmə kontekstində işləyən dilçilər üçün əsasən üç tətbiq sahəsini bilmək vacibdir: yazılı qanunun dilini başa düşmək; məhkəmə və məhkəmə proseslərində dil istifadəsinin başa düşülməsi və linqvistik sübutların təmin edilməsi; Məhkəmə dilçiliyinin intizamı homojen olmadığından bu sahənin müxtəlif sahələri üzrə bir sıra ekspert və tədqiqatçıların cəlb edilməsi. = Riayət edilməsi zəruri olan Qanunlar = Məhkəmə-linqvistik ekspertizalarının təyin edilməsi zamanı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinin[[1]] və "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun [[2]] tələblərinə riayət edilməsinin zəruriliyinə diqqət yetirmələri tövsiyə edilir[[3]]. == Hüquqi mətnlərin dili == Hüquqi mətnlərdə istifadə olunan dil və lüğət mürəkkəb xarakterə malikdir. Ona görə də yazılı qanunlar sadə insanlar arasında ünsiyyət problemləri yaradir. Məhkəmə dilçiləri bu məsələlərin necə yarandığını anlamaq üçün müvafiq mətnləri tədqiq edir, lazım olduğu halda məzmunun izahatlarını və ya tərcümələrini təqdim edirlər. Hüquqi mətnlərin dilinin bir sahəsi də ABŞ-də Miranda xəbərdarlığını əhatə edir. Bu xəbərdarlıqlar təqsirləndirilən şəxsə susmaq hüququnun olduğunu bildirir, çünki polis nəzarətində olduqları andan dedikləri hər şey məhkəmə qarşısında onlara qarşı istifadə edilə bilər və istifadə də olunur. Bu hüquqlardan xəbərdar olmaq üçün ingilis dilində müəyyən səviyyəyə malik olmaq lazımdır. == Hüquqi proseslərin dili == Hüquqi proseslərin dili çarpaz dindirmə, sübutların təqdim edilməsi, hakimin göstərişi, polis xəbərdarlıqları, məhkəmədə polis ifadələri, müsahibə üsulları, məhkəmədə sorğu-sual və cavab prosesi və digər sahələrdə — polis müsahibələrində olduğu kimi dili araşdırır.
Niyazi
Niyazi Zülfüqar bəy oğlu Tağızadə (Hacıbəyov) (7 (20) avqust 1912, Tiflis – 2 avqust 1984, Bakı) — məşhur azərbaycanlı dirijor və bəstəkar, Azərbaycan Dövlət simfonik orkestrinin baş dirijoru, Azərbaycan Dövlət Filarmoniyasının direktoru (1979-cu ildən), SSRİ xalq artisti (1959), 2 dəfə Stalin mükafatı və 2 dəfə "Lenin" ordeni laureatı, Beynəlxalq Nehru mükafatı laureatı (1974), Sosialist Əməyi Qəhrəmanı (1982). Niyazi Tağızadə 1912-ci il avqustun 20-də Tiflis şəhərində ziyalı ailəsində doğulub. Anası Böyükxanım ixtisasca həkim olub. Atası Zülfüqar Hacıbəyov Azərbaycanda musiqili teatrın banilərindən və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun qardaşı idi. Uşaqlıq illərindən Üzeyir Hacıbəyov, Müslüm Maqomayev , Əbdürrəhim Haqverdiyev, Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Hüseyn Cavid kimi dövrünün tanınmış sənət adamları,görkəmli yazıçılar arasında böyüyüb. Tağızadə soyadı onun anasının öz soyadı deyildi. Anasının yeganə dayısı Heydərəli Tağızadə inqilabçı idi. Onun faciəli qətlindən sonra o, bu soyadı daşımağı özünə borc bilib. Niyazi də soyadı yaşatmaq üçün Tağızadə-Hacıbəyov soyadını öz seçimi ilə götürmüşdür. Niyazi ilk musiqi təhsilini Y.A.Şefferlinq adına məktəbdə skripka sinifində oxumaqla alıb.
Riyahi
Riyahi (fars. ریاحی‎ Riyaḥī) — İran soyadı.
İnternet linqvistikası
İnternet linqvistikası — İngiltərə linqvisti Devid Kristalın tərəfdarı olduğu dilçilik sahəsi. Bu, internetin və qısa mesaj xidməti (SMS) mətn mesajlaşması kimi digər yeni medianın təsiri altında yaranan yeni dil üslublarını və formalarını öyrənir. Kompüter vasitəçiliyi (CMC) və internet vasitəçiliyi ilə ünsiyyətə (IMC) gətirib çıxaran insan–kompüter qarşılıqlı əlaqəsi (HCI) başlayandan bəri Qretçen MakKalok kimi ekspertlər linqvistikanın veb-interfeys və istifadənin şərtləri baxımından bunda mühüm rol oynadığını etiraf etmişdilər. İnternetdə yaranan dili öyrənmək konseptual təşkili, tərcüməni və vebdən istifadəni yaxşılaşdırmağa kömək edə bilər. Bu cür araşdırma həm linqvistlərə, həm də veb-istifadəçilərə birlikdə fayda gətirməyi hədəfləyir. İnternet linqvistikasının öyrənilməsi dörd əsas perspektiv vasitəsilə həyata keçirilə bilər: sosial linqvistika, təhsil, stilistika və tətbiqi linqvistika. Sonrakı texnoloji irəliləyişlər nəticəsində, o cümlədən internetin korpus kimi inkişafı və internetin yayılmasının gətirdiyi stilistik variasiyaların kütləvi informasiya vasitələri və ədəbi əsərlər vasitəsilə yayılması və təsiri nəticəsində inkişaf etmişdir. İnternetə qoşulan istifadəçilərin sayının artması nəzərə alınmaqla, internetin linqvistik gələcəyini müəyyən etmək hədəf olaraq qalır. Çünki yeni kompüter vasitəçiliyi texnologiyaları yaranmağa davam edir və insanlar dillərini bu yeni mediaya uyğunlaşdırmağa davam edirlər. İnternet həm insanları həvəsləndirməkdə, həm də diqqəti dillərin istifadəsindən yayındırmaqda mühüm rol oynamaqda davam edir.
Təkamül linqvistikası
Təkamül linqvistikası — dilin bioloji və mədəni təkamülü ilə məşğul olan bir dilçilik sahəsi. Bu sahə, insanların danışıq qabiliyyətinin və dilin necə yarandığını, necə inkişaf etdiyini və zamanla necə təkamül etdiyini öyrənir. Təkamül linqvistikası həm insan beyninin, həm də cəmiyyətlərin dilin inkişafına necə təsir etdiyini tədqiq edir və dilin təkamül prosesini digər bioloji funksiyalarla müqayisə edir. == Təkamül Linqvistikasının Əsas Cəhətləri == === Dil Bacarığının Təkamülü === Təkamül linqvistikası insanların dil bacarığının necə inkişaf etdiyini araşdırır. Bu sahədə çalışan alimlər insan beyninin dil üçün xüsusi qabiliyyətlər yaratdığını və bu qabiliyyətlərin təbii seçmə yolu ilə təkamül etdiyini iddia edirlər. Beynin dilə xüsusi sahələr ayırdığı və bu sahələrin təkamül zamanı daha mürəkkəb və spesifik hala gəldiyi düşünülür. === Dil və Biologiya === Təkamül linqvistikasında dilin bioloji bir xüsusiyyət kimi necə inkişaf etdiyi mühüm bir mövzudur. Bu nəzəriyyələrə əsasən, insanlar müəyyən bir genetik təchizatla dünyaya gəlirlər və bu genetik təchizat dilin öyrənilməsi və istifadəsi üçün uyğun bir mexanizm yaradır. İnsan beyni dil öyrənmə qabiliyyətinə malikdir və bu qabiliyyət digər canlılardan fərqli olaraq spesifik təkamül prosesləri nəticəsində formalaşıb. === Dil və Genlər === Təkamül linqvistikası, xüsusilə **FOXP2 geni** kimi müəyyən genlərin dil qabiliyyəti ilə əlaqəsini araşdırır.
Siyasi siyahı
Siyasi siyahı, partiya siyahısı və ya seçki siyahısı — adətən proporsional və ya qarışıq seçki sistemlərində, eyni zamanda bəzi çoxluqlu seçki sistemlərində olan seçki üçün namizədlər qrupu. Seçki siyahısı siyasi partiya tərəfindən qeydə alınır və ya müstəqil namizədlər qrupunu təşkil edilir. Siyahılar açıq ola bilər, bu halda seçicilər qalib namizədlərin reytinqinə müəyyən təsir göstərə bilər. Bu həmçinin, qapalı ola bilər ki, bu halda namizədlərin sırası siyahının qeydiyyatı zamanı müəyyən edilir. Seçilmiş nümayəndə öz yerini tərk edən zaman proporsional nümayəndəlik siyahı sistemindəki təsadüfi vakansiya adətən yerini tərk etmiş nümayəndənin siyahısında daha seçilməmiş ən yüksək səviyyəli namizəd tərəfindən doldurulur. Şəxsi və ya partiya-strateji səbəblərə görə, bu şəxs yerini aşağı səviyyəli həmkarına verməyi seçə bilər. Əvəzedici siyahılar bəzən tək ötürülə bilən səsli seçki sistemlərində təsadüfi vakant yerləri doldurmaq üçün istifadə olunur. Buna misal olaraq 1984-cü ildən İrlandiyada keçirilən Avropa Parlamentinə seçkiləri göstərmək olar.