Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zübeydə Sultan
Zübeydə Sultan (29 mart 1728, Konstantinopol – 4 iyun 1756, Konstantinopol) — 23-cü Osmanlı sultanı III Əhmədin qızı. Zübeydə Sultan 1728-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası III Əhməd, anası isə xanımlarından Əminə Musəllin Qadınəfəndidir. Hələ 2 yaşında atası taxtdan endirilmiş, bu səbəblə bütün bacı-qardaşları kimi Köhnə sarayda yaşamağa başlamışdır. Buna baxmayaraq atasından sonra taxta çıxan əmisi oğlu Sultan Mahmud ona qarşı olduqca mülayim olmuşdur. Hətta 1747-ci ilin avqustunda onun adına sahildə bir köşk də inşa etdirmişdi. 6 yanvar 1748-ci ildə Anadolu bəylərbəyi Süleyman Paşa ilə nigahlansa da, nişandan bir neçə ay sonra paşa vəfat etdi. Çox keçmədən 16 dekabr 1748-ci ildə qapıçılar kəndxudası Numan ağa ilə evləndirildi. Nigahın ardından Numan ağa vəzirliklə Saloniki valisi təyin edildi. Cütlüyün toy mərasimi 6 yanvar 1749-cu ildə İstanbulda baş tutdu.
Zübeydə Süpürgəçi
Zübeydə Süpürgəçi (türk. Zübeyde Süpürgeci) — 100, 400 və 800 metr məsafələrə qaçışlarda çıxış edən Türkiyə paralimpiya atleti (T54 sinif - əlil arabasında). O, həmçinin T53/T54 sinfində 4x400m estafet yarışlarında yarışır. Zübeydə Süpergəçi 20 iyul 1993-cü ildə anadan olub. O, anadan olduğu gündən əlildir, 16 yaşına kimi çölə çıxmaq həvəsi belə olmayıb. Bağcılar Bələdiyyəsindəki Əlillər Sarayını ziyarət edərkən, yeni həyata başlamaq üçün motivasiya olur. Onun kiçik qardaşı Muhamməd də anadangəlmə əlil idi. Süpürgəçi 2011-ci ildə Paralimpiya idmanlarında iştirak etməyə başlayıb. İdman karyerasına Ömər Kantainin rəhbərliyi altında başlamışdır. 2012-ci ildə İstanbulda Paralimpiya Klubuna qoşulub.
Zübeydə Bəyim Səfəvi
Zübeydə Bəyim Səfəvi və ya Zübeydə Bəgüm (d. Səfəvi imperiyası, XVI əsr - ö. 1632, Səfəvi imperiyası) - Səfəvi şahzadələrindən biri və I Abbasın (1587-1629) qızı. Anası Fəxricahan Bəyimdir. Fəxricahan Bəyim Kartli çarı VII Baqrat ilə kraliça Kaxetili Annanın qızıdır. V Səfəvi şahı olan I Abbasın qızı olan Zübeydə Bəyim I Abbasdan sonra VI Səfəvi şahı olan I Səfinin də bibisidir. Qardaşının oğlunun hakimiyyəti dövründə siyasi işlərlə məşğul olmuş, I Səfinin taxta çıxması hadisəsində rol oynamışdır. Sonrakı dövrdə siyasətə aktiv şəkildə müdaxilə etməsi oğlanlarının I Səfi tərəfindən edam edilməsinə səbəb olmuşdur. Səfəvi sülaləsndən olan və dövlətdə yüksək vəzifələrdə xidmət edən İsa xan Səfəvi ilə evlənmiş və bir qızı olmuşdur. 20 fevral 1632-ci ildə öldürülmüşd və ya ölmüşdür.
Əbu Übeydə ibn Cərrah
Əbu Übeydə Əmir ibn Abdullah ibn Cərrah (ərəb. أبو عبيدة عامر بن عبدالله بن الجراح‎; 583, Məkkə – 639, Emmaus[d]) — İslam peyğəmbəri Məhəmmədin səhabələrindən biri. O, xəlifə Ömərin hakimiyyəti dövründə Raşidi ordusuna öndərlik etmişdir və Ömərin xilafətə davamçı seçdikləri adamlardan biri idi. Tam adı Əbu Übeydə Əmir ibn Abdullah ibn Cərrah ibn Hilal ibn Üheyb ibn Dəbba ibn Həris ibn Fihr ibn Məlik ibn Nədr Kuraşi Fixri təqribən 581-ci ildə Məkkədə anadan olmuşdur. Tacir olan Əbu Übeydə Banu Həris ibn Fihr qəbiləsinin Kuraşi qolundan idi. O, İslamı qəbul etməzdən əvvəl Kuraşilər arasında, o cümlədən Məkkə şəhərində tanınırdı. Əbu Übeydə İslam peyğəmbəri Məhəmmədin Məkkədə yaşadığı dövrdə, 611-ci ildə Əbu Bəkrdən sonra İslam dinini qəbul edir. Məhəmmədin digər səhabələri ilə Həbəşistana köçməli olan Əbu Übeydə Məkkəyə qayıtdıqdan sonra Mədinəyə gedir. O, Mədinə olan dövrdə gənc İslam Dövlətinin yaranmasına və möhkəmlənməsinə kömək etdi. Əbu Übeydə Məkkə bütpərəstləri ilə müsəlmanlar arasında gedən bütün döyüşlərdə iştirak edir.
Hudeydə
Hudeydə—Yəməndə Qırmızı dənizin sahilində tarixi şəhər. == Tarixi == Hudeydə adından ilk dəfə Yəmən tarixçisi Əli bin Həsən əl-Hazrəci 1393-cü ildə bir sahilin adı olaraq söz açır. Ancaq aparılan arxeoloji araşdırmalar, bu tarixdən üç-dörd əsr öncə bu civarda bəzi yaşayış mərkəzlərinin olduğunu ortaya çıxarmışdır. İslamın yayılışından qısa bir müddət öncə bölgənin cənubundakı Qanemiyədə yaşayanlar vardı və bu insanlar, Həzrət peyğəmbərin bölgəyə yolladığı dəvətçiyə dirənmə göstərmədən İslamiyəti qəbul etmişdilər. Bu şəhər ehtimalən bir zəlzələ sonunda yox olmuşdur. XIV əsrdə ov sahəsi olaraq istifadə edilən Hudeydədən yaşayış mərkəzi mahiyyətilə bəhs edilməsi, XV əsrin ortalarında Ədəndəki Tahiri sultanlığının hakimiyət illərinə rastlanır. Əhməd ibn Məcid də "Kitabül-Fəvaid" adlı əsərində (yazılma tarixi 1490) buranın Yəmənin ən önəmli limanlarından biri olduğunu söyləyir. XVI əsrin ilk rübündə Hudeydə limanı önəmini qorudu. 1515-ci ildə Məmlüklər Ədənə gələn portuqaliyalılara qarşı göndərdikləri qüvvətlər için Zəbid imamının istənilən qıda yardımını etməməsi üzündən quruya əsgər çıxararaq Hudeydədə hakimiyətə yiyələndilər. Bu hücumdan böyük zərər görən şəhər canlılığını itirdi və funksiyasını daha cənubdakı Moha limanına buraxdı.
Zibeydə (mahnı)
Zibeydə - Azərbaycan musiqiçisi Qara Dərvişin National Pearls albomuna daxil olan mahnısı. Mahnının sözləri Zeynal Cabbarzadəyə, bəstə Tofiq Quliyevə, aranjemanı isə Qara Dərvişə aiddir.
Zibeydə xanım
Zibeydə Xanım (türk. Zübeyde Hanım; 1857, Saloniki, Saloniki əyaləti[d], Osmanlı imperiyası – 14 yanvar 1923) — Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anasıdır. Əslən Karamanlıdır. Osmanlı İmperiyası dövründə, II Mehmed zamanında Anadoludan (İzmir) Rumeliyə köçən və Saloniki yaxınlarındakı Langazada torpaq işləri ilə məşğul olan bir Türkmən ailəsi olan Hacı Sufi ailəsindəndir. Atası: Sofuzade Feyzullah (Sadullah) Ağa, anası : Molla Xanım olaraq xatırlanan Aişə Xanımdır. Dövründə qadınların məktəbə getməsi məşhur olmadığı üçün, oxucu yazar olması səbəbiylə özü də Zibeydə Molla olaraq xatırlanardı. Hacı Sufi kimi dininə bağlı bir ailədən gəldiyi üçün özü də elə idi. Türk tarix kitablarında tez-tez keçən, təhsil sisteminin qarışıq olduğu bir dövrdə, Mustafa Kamalın nə növ bir məktəbə gedəcəyi mövzusundakı mübahisə/müzakirələrdə Zibeydə Xanımın, dini təhsil verən Məhəllə Məktəbinə getməsində israrçı olması bu yüzdəndir. Salonikidə Gömrük Mühafizə Təşkilatında məmur Əli Rza Əfəndi ilə 1871-ci ildə hələ 14 yaşında ikən evləndi. Əli Rza Bəy, sarışın və mavi gözlü bir qadınla evlənməyi xülyalarkən, özündən 20 yaş kiçik olan, qara saçlı və dərin mavi gözlü bu qadına sevdalandığını ifadə etmişdir.
Zibeydə Şeydayeva
Zibeydə Mikayıl qızı Şeydayeva (1 aprel 1860, Quba – 1981) — Peşəkar Azərbaycan xalça ustası, "Əmək veteranı" medalı laureatı, Quba Şəhər Sovetinin deputatı Zibeydə Şeydayeva 1860-cı il aprel ayının 1-də Quba qəzasının Hil kəndində anadan olmuşdur. Zibeydə Mikayıl qızı Şeydayeva əmək fəaliyyətinə 1874-cü ildə başlamışdır. Çar Rusiyası dövründə manifakturaya üzv olmuş, evdə palaz, xalça və sumaq toxumuşdur. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1924-cü ildə o, Qusardakı "Sumaq " xalça emalatxanasının üzvü olmuşdur. 1974-cü ildən etibarən ömrünün sonunadək Quba xalça emalatxanasında çalışmışdır. Z. M. Şeydayeva 1975-ci ildən etibarən Quba Şəhər Sovetinin deputatı kimi fəaliyyət göstərmişdir. Zibeydə Şeydayevanın 100 illik əmək fəaliyyəti dövrün partiya və hökumətləri tərəfindən yüksək qiymətləndirilmişdir. 1974-cü ildə əmək fəaliyyətinin 100 illiyi ilə əlaqədar olaraq və əl ilə yüksək keyfiyyətli xalçalar toxunmasında böyük müvəffəqiyyətlərinə, gənclərə xalça toxumaq ustalığının öyrədilməsi sahəsində xidmətlərinə görə Azərbaycan SSRİ Yerli Sənaye Nazirliyi Quba xalça emalatxanasının xalçaçısı olan Zibeydə Şeydayeva "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif edilmiş, 1975-ci ildə isə "Əmək veteranı" medalına layiq görülmüşdür. Zibeydə Şeydayeva 8 yaşından xalça toxumağa başlamış, ömrünün 100 ildən çoxunu xalça dəzgahı arxasında keçirmişdir. Toxuduğu incə və nazik xovlu Quba xalçaları, nəfis sumax nümunələri Azərbaycan tətbiqi sənət əsərləri ilə birgə London, Paris, Nyu-York və Monrealda keçirilmiş ümumdünya sərgi və yarmarkalarında nümayiş etdirilmişdir.
Zibeydə Əzizbəyova
Zibeydə Salam qızı Əzizbəyova (d.30.12.1915, Şamaxı - may, 1985, Bakı) - biologiya elmləri doktoru (1965). Zibeydə Salam qızı 30 dekabr 1915-ci ildə Şamaxı şəhərində anadan olmuşdu. 1967-ci ildən Azərb. SSR EA L.M. Komarov ad. Botanika İn-tunda bitkilərin duza davamlılığı laboratoriyasının müdiri işləmişdir. Tədqiqatları, əsasən, bitkilərin duza davamlılığının öyrənilməsinə həsr edilmişdir.
Ruşeyd Həcəri
Zibeydə Nənə (film)
Muzeydə gecə (film, 2006)
Muzeydə gecə (ing. Night at the Museum) — Şon Levinin 2006-cı ildə rejissorluğu ilə çəkilmiş amerikan fentezi, komediya filmi. Film xorvatiyalı illustrasiyaçı Milan Trenkin 1993-cü ildə yazdığı eyniadlı uşaq kitabı əsasında çəkilib. Filmin rejissorları Robert Ben Qarant və Tomas Lennondur. Baş rolda Ben Stiller çıxış edir. Film Larrinin Nyu-Yorkdakı Təbiət Tarixi Muzeyində işləməyə başlaması ilə başlayır. Gecə düşən kimi Larri aşkar edir ki, muzeydəki tarixi şəxsiyyətlər, heyvanlar və artefaktlar, o cümlədən Teodor Ruzvelt, Attila və T-Rex kimi tanınan personajlar canlanır.
Əl-Ubeyd (şəhər)
Əl-Ubeyd ( ərəb. الأبيض‎, ing. Al-Ubayyid) — Sudanda şəhər, Şimali Kordofan əyalətinin inzibati mərkəzi. Burada dəmiryol stansiyası var. Şose və karvan yolları qovşağı olan şəhərdə sabun istehsal olunur. Burada qummiarabik (yapışqan) ticarəti edilir. 2013-cü ilin hesablamalarına görə şəhərin əhalisi 418,280 nəfərdir. Əhalinin əksəriyyəti müsəlmandır, xristian azlıq var. Əsas etnik qruplar ərəblər, nubalar, becalar və nilotlardır. Şəhər həm də əsasən avropalılar və turistlərdən ibarət kiçik əcnəbi qruplara evdir.
Rüqəyyə Kəbiri
Rüqəyyə Kəbiri - Şair və yazıçı. Öz əsərlərini Azərbaycan və Fars dillərində yazır. Ruqiyyə Kəbiri 1963-cü ildə Güney Azərbaycanın Xoy şəhərində dünyaya gəlmişdir. Orta məktəbi doğulduğu şəhərdə bitirmişdir. Təbriz Universitetinin tibb fakültəsində təhsil almışdır. Təhsilini bitirdikdən sonra bir müddət Salmas və Təbriz xəstəxanalarında işləmişdir. Yaradıcılığa erkən başlsa da, uzun müddət əsərlərini nəşr etdirməmişdir. Müəllifin bədii yazıları, şeir, nəsr, ssenari və tərcümələrdən ibarətdir. “Təbrizin al təbim” (2010) şeir toplusu, “İçimdəki qız” (2013), “Bu qapı heç çalın¬mayacaq” (2011) hekayələr toplusu, “Evim” (2013), “Yerdən uca torpaq” (2014) romanları kitab kimi nəşr olunmuşdur. Çağdaş Güney Azərbaycan ədəbiyyatında mifik qaynaqlardan bəhrələnən, psixoloji detallara önəm verən yazarlardan biri kimi tanınır.
Rüğeyvə (Həftkel)
Rüğeyvə (fars. رغیوه‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Rüğeyvə dehestanında kənd. 2011-ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 112 ailədə 232 nəfəri kişilər və 234 nəfəri qadınlar olmaqla cəmi 466 nəfərdir.
Rüğeyvə bəxşi
Rüğeyvə bəxşi (fars. بخش رغیوه‎) — İranda, Xuzistan ostanının Həftkel şəhristanında inzibati-ərazi vahidi. 2011-ci il siyahıyaalınmasına əsasən bəxşin əhalisi 1.197 ailədə 2.598 nəfəri kişilər və 2.644 nəfəri qadınlar olmaqla cəmi 5.242 nəfərdir və bütünlüklə kənd əhalisidir. İnzibati cəhətdən Gəzin və Rüğeyvə dehestanlarını əhatə edir.
Rüğeyvə dehestanı
Rüğeyvə dehestanı (fars. دهستان رغيوه‎) — İranda, Xuzistan ostanının Həftkel şəhristanının Rüğeyvə bəxşində inzibati-ərazi vahidi. 2011-ci il siyahıyaalınmasına əsasən dehestanın əhalisi 825 ailədə 1.928 nəfəri kişilər və 1.959 nəfəri qadınlar olmaqla cəmi 3.887 nəfərdir. İnzibati cəhətdən 23 kəndi əhatə edir.
Zübeyrə Tuxuqov
Zubayra Əlixanoviç Tuxuqov (15 yanvar 1991, Qroznı) — rus qarışıq üslublu döyüşçü, yüngül çəki kateqoriyasında təmsilçidir. 2010-cu ildən bəri peşəkar səviyyədə çıxış edir, UFC, Cage Warriors, ProFC, Fight Nights Global mübarizə təşkilatlarının turnirlərində iştirakı ilə tanınır. Tuxuqov peşəkar debütünü 2010-cu ildə Pankration Atrium Cup 2 səkkiz nəfərlik, bir gecəlik turnirdə qazanaraq üç rəqibini məğlub etdi. 10-3 qarışıq döyüş sənəti rekordundan sonra o, Rusiya promosyonu olan Döyüş Gecələri ilə imzalanacaq və burada Romano De Los Reyes, Harun Kina və Vaso Bakoceviçi məğlub edərək 3 döyüşünün hamısında qalib gəlmişdi. Döyüş Gecələrində olduğu müddətdə Tuxuqov CWFC 58-də Denys Pidnebesnyi məğlub edərək Cage Warriors üçün döyüşdü. 2013-cü ilin dekabrında Tuxuqovun UFC ilə müqavilə bağladığı və fevralın 15-də UFC Fight Night: Machida vs. Mousasi-də Tiaqo Tavaresə qarşı promosyon olaraq debüt edəcəyi bildirildi. Bununla belə, Tavares açıqlanmayan zədə səbəbindən yarışı tərk etmək məcburiyyətində qaldı və onu UFC-nin yeni üzvü Duqlas Silva de Andrade əvəz etdi.Tuxuqov döyüşdə üstünlük təşkil etdi və yekdil qərarla qalib gəldi. Tuxuqov daha sonra oktyabrın 4-də UFC Fight Night: Nelson vs. Story-də Ernest Çaveslə qarşılaşdı.O, ilk raundda vurduğu zərbələrə görə texniki nokautla döyüşü qazandı.
Rüqəyyə binti Hüseyn
Ruqəyyə binti Hüseyn (676–680/681) — İmam Hüseynin qızı. Hüseyn və onun tərəfdarlarının kiçik bir qrupu Əməvi xəlifəsi Yezidin (r. 680-683) əmri ilə 680-ci ildə Kərbəla döyüşündə qətlə yetirildi. Daha sonra onların qadınları və uşaqları əsir götürülərək paytaxt Dəməşqə yürüş etdilər və burada deyilir ki, Rüqəyyənin üç yaşında, ehtimal ki, onu əsir götürənlərin düşmənçiliyi ucbatından dünyasını dəyişib. Dəməşqdəki Rüqəyyə ilə əlaqəli ziyarətgah şiə ziyarəti üçün məşhur yerdir.
Əs-Süveydə mühafazası
Əs-Süveyda mühafəzəsi — Suriyanın 14 mühafəzəsindən biri. Mühafəzənin ərazisi 5.550 km², inzibati mərkəzi Əs-Süveyda şəhəridir. 2008-ci ilin yanvarın 1-nə olan rəsmi təxminə əsasən mühafəzənin əhalisi 0.46 milyon nəfərdir.
Əs-Süveydə mühafazlığı
Əs-Süveyda mühafəzəsi — Suriyanın 14 mühafəzəsindən biri. Mühafəzənin ərazisi 5.550 km², inzibati mərkəzi Əs-Süveyda şəhəridir. 2008-ci ilin yanvarın 1-nə olan rəsmi təxminə əsasən mühafəzənin əhalisi 0.46 milyon nəfərdir.
Əs-Süveydə mühafəzəsi
Əs-Süveyda mühafəzəsi — Suriyanın 14 mühafəzəsindən biri. Mühafəzənin ərazisi 5.550 km², inzibati mərkəzi Əs-Süveyda şəhəridir. 2008-ci ilin yanvarın 1-nə olan rəsmi təxminə əsasən mühafəzənin əhalisi 0.46 milyon nəfərdir.
Übeyd mədəniyyəti
Übeyd mədəniyyəti və ya Obeyd mədəniyyəti — enolit dövrünə aid mədəniyyət. E.ə. V minillikdə Yaxın Şərqdə, xüsusilə Mesopotamiyada mədəni inkişafın yüksək səviyyədə olmuşdur. Məhz bu dövrdə ilk dəfə olaraq Mesopotamiyada qədim şəhər mədəniyyətinin meydana çıxdığını, Şumer mədəniyyətinin bünövrəsinin qoyulmuşdur. E.ə. V minillikdə Cənubi Mesopotamiyada mövcud olmuş Ubeyd arxeoloji mədəniyyəti e.ə. V minilliyin birinci yarısında daha da inkişaf edərək yayılmış və Mesopotamiyanın şimal əyalətlərini əhatə etmişdir. Мəlum olduğu kimi, Ubeyd mədəniyyəti protoşumerlərə və şumerlərə aid edilir. Şumer dili Hind-Avropa dilləri ilə qohum olmamış, onun türk dilləri ilə bağlı olmasına dair inkaredilməz dəlillər aşkar olunmuşdur. Bu mədəniyyət üçün xarakterik olan arxasıüstə uzadılmış skeletlərin Мesopotamiyada yayılması şumerlərin gəlişi ilə əlaqələndirilir.
Übeyd Zəkani
Xacə Nizaməddin Übeydullah əz-Zakani (fars. خواجه نظام الدین عبید الله الزاکانی‎; 1301 – 1371, Şiraz), daha çox Übeyd Zəkani (عبید زاکانی) kimi tanınır — Elxanilər dövlətində yaşamış fars şairi. O, fars ədəbiyyatının ən yaxşı satiriklərindən biri hesab olunurdu. Onun ən məşhur əsəri dini riyakarlığa hücum edən siyasi satira olan "Muş-o qorbeh"dir ("Siçan və pişik"). Çox məşhur bir şəxsiyyət olsa da, əsərlərinin əksəriyyətində təxribatçı və ədəbsiz mətnlərdən ibarət olduğu üçün Übeydin yaradıcılığına son vaxtlara qədər az diqqət yetirilirdi. O, Fransa maarifçi yazıçısı Volter ilə müqayisə edilmişdir. Übeyd islam dövrünün əvvəllərində İranın şimalında Qəzvinə köçmüş ərəb qəbiləsi olan Bənu Xəfacənin nəslindən olan Zəkani ailəsindən idi. Zəkani ailəsi iki qoldan ibarət idi; biri din sahəsi ilə seçilir, digəri isə Übeydin mənsub olduğu mülkədar və bürokratlardan ibarət idi. Übeydin özünün 1319-cu ildən əvvəl Qəzvində anadan olduğu güman edilir. İran o zamanlar monqol Elxani hakimiyyəti altında idi və bu dövr geniş şəkildə fars poeziyasının qızıl dövrü hesab olunurdu.
Büreydə ibn əl-Hüseyb
Büreydə ibn əl-Hüseyb (v. 680-ci illər, Xorasan, ərəb. بريدة بن الخصيب الأسلمي‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. == Bioqrafiya == Büreydə ibn Hüseyb Bəni Əsləm qəbiləsindən idi. Onun Peyğəmbərlə tanışlığının tarixi Məhəmmədin və digər müsəlmanların Məkkədən Mədinəyə hicrət dövrünə təsadüf edir. Məhəmməd Məkkədən çıxmağa müvəffəq olan gecə Qureyşlülər onu təqib edir, bu da nəticəsiz qalır. Məkkə yaxınlığında yaşayan bütün qəbilələrə, Məhəmmədi diri və ya ölü onlara çatdıra bilən hər kəsə yüz dəvə verməyə vəd edilir. Bu mükafat müqabilində onu tapıb Qureyşə təslim etmək istəyənlər arasında Büreydə də var idi. Bir gün Büreydə və adamları Məhəmməd peyğəmbəri Əbu Bəkrlə birlikdə görür. Görüşdən sonra onlarla söhbətə başlayır, Büreydə və qövmü İslamı qəbul edir.