Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Boris Rudnev
Carl Reiner
Karl Rayner (ing. Carl Reiner; 20 mart 1922, Bronks, Nyu-York, ABŞ — 29 iyun 2020, Beverli-Hillz, Kaliforniya, ABŞ) — ABŞ aktyoru.
Columba guinea
Columba guinea (lat. Columba guinea) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin göyərçin cinsinə aid heyvan növü.
Rainer Barzel
Rainer Barzel (20 iyun 1924[…] – 26 avqust 2006[…], Münxen) — ) Xristian Demokrat İttifaqının (CDU) alman siyasətçisi idi . O , 1983-1984-cü illərdə Bundestaqın 8-ci prezidenti olub . Barzel 1969-cu ildə partiyası müxalifətə keçməmişdən əvvəl parlament qrupunun lideri və qısa müddət ərzində federal nazir olmuşdu. Daha sonra Barzel partiyanın sədri oldu. O, 1972-ci ildə konstruktiv etimadsızlıq səsverməsi yolu ilə federal kansler olmağa çalışdı və Federal Respublikada buna cəhd edən ilk şəxs oldu. O, gözlənilmədən iki səs az qaldı. 1972-ci ilin noyabrında keçirilən növbəti ümumi seçkilərdə o, CSU/CSU-nun uğursuz əsas namizədi oldu. O, bir il sonra sədrliyini itirdi, lakin parlamentin nüfuzlu üzvü olaraq qaldı. Şərqi Prussiyanın Braunsberg şəhərində (indiki Branievo, Polşa ) anadan olan Barzel 1971-1973-cü illərdə CDU-nun sədri vəzifəsində çalışıb və 1972-ci il federal seçkilərində Villi Brandtın SPD-yə məğlub olaraq CDU-nun Almaniya kansleri vəzifəsinə namizədi kimi çıxış edib . Barzel Konrad Adenauer dövründə Ümumi Alman İşləri Naziri (1962-63) , CDU/CSU-nun Parlament qrupunun rəhbəri (1964-1973), Helmut Kolda Almaniyadaxili Əlaqələr Naziri (1982-1983) vəzifələrində çalışıb.
Dino Runner
Dinosaur Game (həmçinin Chrome Dino kimi də bilinir) — "Google" tərəfindən yaradılmış və "Google Chrome" veb-brauzerində quraşdırılmış brauzer oyunu. Oyunçu yönləndirdiyi tirannozavrı soldan sağa qaçırdaraq hərəkət etdirir və daha yüksək nəticə qazanmaq üçün maneələri aşır. Oyun 2014-cü ildə "Chrome UX" komandasının üzvləri tərəfindən yaradılmışdır. == Geympley == İstifadəçi oflayn olduğu vaxt "Google Chrome"da veb-səhifəyə daxil olmağa cəhd etdikdə, brauzer istifadəçiyə internetə qoşulmaması barədə məlumat verir və səhifədə pikselləşdirilmiş tirannozavr təsvir olunur. Oyun space və ya ↑ düymələrinə basmaqla masaüstündə, "Android" və "iOS" mobil əməliyyat sistemlərində dinozavrın üzərində toxunmaqla başladıla bilər. Əlavə olaraq, brauzerin axtarış çubuğuna chrome://dino və ya chrome://network-error/-106 keçidlərini daxil edərək oyuna girmək olar. Oyun zamanı dinozavr dayanmadan ağ-qara səhra mənzərəsi boyunca soldan sağa hərəkət edir, oyunçu hoppanaraq kaktuslardan və ya əyilərək pterozavr kimi qarşıdan gələn maneələrdən qaçmağa çalışır. space, ↑ düymələrini basaraq yaxud mobil cihazlarda dinozavra basmaq vasitəsilə dinozavrın hoppanmasına, ↓ düyməsinə basmaqla isə əyilməsinə nail olunur. Oyun irəllədikcə, yaxud oyunçu dinozavrı hər hansı bir maneəyə vurana qədər oyunun sürəti yavaş-yavaş çoxalır və oyunun başa çatma ehtimalı getdikcə artır. Oyunçu təxmini 700 xala çatdıqdan sonra oyun ağ fonda tünd qrafikadan qara fonda boz qrafikaya keçir, gündüzdən gecəyə keçişi təmsil edir, gündüz səma qrafikası da gecə səma qrafikinə çevrilir.
Rind
Rind (erm. Ռինդ) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazsində kənd.
Rinel Pius
Runey Mara
Patrisia Runi Mara (ing. Patricia Rooney Mara) — Amerikalı aktrisa.
Rusne adası
Rusne adası (lit. Rusnes sala) — Litva Respublikasının ən böyük adasıdır. İnzibati cəhətdən Klayped qəzasının Şilut rayonu ərazisinə daxildir. 2004-cü ilə olan məlumata görə adada cəmi 1984 nəfər yaşayır. Adada sıxlıq 396,8 nəf./km²-dir. Rusne adasının sahəsi 45 km² təşkil edir. Ada Neman çayının deltasında yerləşir. Burada ada Neman çayının iki iri və bolsulu qolları ilə əhatələnmişdir. Skirvite qolu bolsulu və nisbətən dərin olmaqla, Rusiya Litva sərhədi keçir. Atmata qolu isə nisbətən dayazdır.
Teddi Riner
Teddi Pyer-Mari Riner (fr. Teddy Pierre-Marie Riner; 7 aprel 1989[…]) — 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən fransalı cüdoçu. Üçqat olimpiya, onikiqat dünya, beşqat Avropa və dəfələrlə Fransa çempionu. Cüdo üzrə dünya çempionatları tarixində ən titullu idmançı. O, 2016-cı ildə Rio-de-Janeyro şəhərində keçirilmiş XXXI Yay Olimpiya Oyunlarının açılış mərasimində Fransa bayrağını daşıyıb. "Pari Sen-Jermen" idman klubunun üzvüdür. Riner cüdo aləmi üçün unikal sayıla biləcək nəticəyə malikdir. Belə ki, o, 2008-ci ildən bu günədək peşəkar səviyyədə yalnız üç dəfə — 15 avqust 2008-ci ildə Pekin Olimpiadasının yarımfinalında Özbəkistanlı Abdulla Tanqriyevə, 13 sentyabr 2010-cu ildə Tokio mundialının finalında yerli Dayki Kamikavaya və 30 iyul 2021-ci Tokio Olimpiadasının dörddəbir finalında Tamerlan Başayevə məğlub olub. Riner Fransa dövləti tərəfindən 2008-ci ildə "Xidmətlərə görə" ordeni ilə, 2013-cü ildə isə “Fəxri legion” ordeni ilə təltif olunub. 2012-ci ildə Fransada ilin idmançısı seçilib.
Rainer Mariya Rilke
Rayner Mariya Rilke (1875-1926) - şair Rayner Mariya Rilke 1875-ci ildə Praqada doğulub. Xəstəliyindən dolayı hərbi litseyi yarıda qoyub, ticarət məktəbinə qəbul olundu. İlk şeiri 1891-ci ildə Vyana qəzetində çap olunub. Həyatı boyunca gəzdiyi, dolaşdığı yerlərdə dünya ədəbiyyatının ən öndə gələn şəxsiyyətləri ilə bir araya gəldi. 1926-cı ildə yaxalandığı qan xərçəngi xəstəliyindən qurtula bilməyərək həyata gözlərini yumdu. Məzarı İsveçrə kantonundakı Valaisdə Raron məzarlığındadır. Rayner Mariya Rilke. Bəbir Rayner Mariya Rilke.
T-Rex Runner
Dinosaur Game (həmçinin Chrome Dino kimi də bilinir) — "Google" tərəfindən yaradılmış və "Google Chrome" veb-brauzerində quraşdırılmış brauzer oyunu. Oyunçu yönləndirdiyi tirannozavrı soldan sağa qaçırdaraq hərəkət etdirir və daha yüksək nəticə qazanmaq üçün maneələri aşır. Oyun 2014-cü ildə "Chrome UX" komandasının üzvləri tərəfindən yaradılmışdır. == Geympley == İstifadəçi oflayn olduğu vaxt "Google Chrome"da veb-səhifəyə daxil olmağa cəhd etdikdə, brauzer istifadəçiyə internetə qoşulmaması barədə məlumat verir və səhifədə pikselləşdirilmiş tirannozavr təsvir olunur. Oyun space və ya ↑ düymələrinə basmaqla masaüstündə, "Android" və "iOS" mobil əməliyyat sistemlərində dinozavrın üzərində toxunmaqla başladıla bilər. Əlavə olaraq, brauzerin axtarış çubuğuna chrome://dino və ya chrome://network-error/-106 keçidlərini daxil edərək oyuna girmək olar. Oyun zamanı dinozavr dayanmadan ağ-qara səhra mənzərəsi boyunca soldan sağa hərəkət edir, oyunçu hoppanaraq kaktuslardan və ya əyilərək pterozavr kimi qarşıdan gələn maneələrdən qaçmağa çalışır. space, ↑ düymələrini basaraq yaxud mobil cihazlarda dinozavra basmaq vasitəsilə dinozavrın hoppanmasına, ↓ düyməsinə basmaqla isə əyilməsinə nail olunur. Oyun irəllədikcə, yaxud oyunçu dinozavrı hər hansı bir maneəyə vurana qədər oyunun sürəti yavaş-yavaş çoxalır və oyunun başa çatma ehtimalı getdikcə artır. Oyunçu təxmini 700 xala çatdıqdan sonra oyun ağ fonda tünd qrafikadan qara fonda boz qrafikaya keçir, gündüzdən gecəyə keçişi təmsil edir, gündüz səma qrafikası da gecə səma qrafikinə çevrilir.
Ruminə Purmuxtari
Ruminə Purmuxtari (12 noyabr 1995) — əslən Cənubi Azərbaycandan olan İsveçin iqlim və ətraf mühit naziri. O, 26 yaşında vəzifəyə yüksələrək İsveçdə Nazirlər Kabinetinin ən gənc naziridir. 12 noyabr 1995-ci ildə Stokholm qraflığının Sundbiberq camaatlığında anadan olub. Onun atası İbrahim Purmuxtari vaxtilə İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərindən siyasi baxışlarına görə təqib və təzyiqlərə məruz qaldığından İsveçə mühacirət edib. 2019-cu ildən İsveç Liberallar Partiyasının gənclik qolu İsveç Liberal Gəncliyi Birliyinin (LUF) sədridir. 2018-ci ildən isə gənclər birliyinin birinci vitse-prezidenti vəzifəsini icra edib. O, Sundbiberqdə böyüyüb və əsasən təhsil, inteqrasiya, feminizm və namus zülmünün qarşısının alınması ilə bağlı siyasi məsələlərlə məşğul olur. Sədr olduğu müddətdə hərbi xidmətə çağırış və digər məsələlərlə yanaşı, hərbi çağırışın sırf peşəkar müdafiə ilə əvəz edilməli olduğunu və əsas partiya olan Liberalların liberal miqrasiya siyasətinə sadiq qalmasını müdafiə etdi. 14 sentyabr 2022-ci ildə Pourmokhtari noyabrda keçiriləcək konqreslə əlaqədar Liberal Gənclər Assosiasiyasının həmkarlar ittifaqı sədri vəzifəsini tərk edəcəyini açıqladı. 2022-ci ildə İsveçdə keçirilən parlament seçkilərində Purmuxtari Stokholm dairəsi və Stokholm bələdiyyəsinin seçki dairələrində Liberallar üçün deputatlığa namizəd olub.
Sidi-Xüiləd
Sidi-Xüiləd (ərəb. سيدي خويلد‎) — Əlcəzairin şərqində, Uarqla vilayətində şəhər və kommuna. Sidi-Xüiled dairəsinin inzibati mərkəzidir. Şəhər vilayətin mərkəzi hissəsinin qərbində, Böyük Səhranın şimalındakı vahələrindən birinin ərazisində, Uarqla şəhərindən şimal-şərqdə, ölkənin paytaxtı Əlcəzairdən təxminən 560 kilometr cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 127 metrdir. Sidi-Xüiləd kommunası Uarqla, Əyn-Beyda, Hasi-Ben-Abdullah və Nəqusa kommunaları ilə həmsərhəddir. Sahəsi 131 km2-dir. Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində çox az yağıntı düşür (orta illik miqdarı 45 mm-dir). Orta illik temperatur 22,2 °C-dir.
Rinə
Rinə — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. Yaşayış məntəqəsinin adı Rünə adından təhrifdir. Oykonimin tərkibindəki Rünə talış dilində "çay kənarı", "çay sahili" deməkdir (Çaykənarı kənd).
Willard van Orman Quine
Willard Van Orman Quine — (d.25 iyun 1908 - ö. 25 dekabr2000), Məntiqin əsasları və xüsusilə də semantik istiqamətləriylə əlaqədar bir qayda inkişaf etdirmiş olan ABŞ-lı müasir məntiqçi və filosofdur. Ümumiyyətlə Russell və Whitehead tərəfindən inkişaf etdirilmiş olan riyazi məntiqə sadiq qalmış olan Quinn, İngilis filosoflarının məntiqin ontoloji olaraq neytral olduğu ümumi fikirinə əleyhdar bir tərzdə , bir məntiq nəzəriyyəsinin qəbulunu ortaya çıxardığı ontoloji nəticələri dilə gətirməyə çalışmışdır. Düzəldilməsi mümkün olmayan analitik mülahizələrlə, təcrübə nəticəsində düzəldilə bilən sintetik mülahizələr arasında əsaslı bir ayrı-seçkilik olduğu nəzəriyyəsi ilə, mənalı hər mülahizənin, birbaşa və vasitəçisiz təcrübələrdən hərəkətlə yaradılmış bir şey olduğu fikirinə şiddətlə qarşı çıxan Quinn, Duhem'i izləyərək, elm adamının təcrübəni sınaqdan keçirməsinə, dağınıq bir mülahizəni deyil, bir sıra təklifləri qəbul etdiyini iddia etdi. Onun fikirinə görə, bir mülahizə yalnız "təcrübələrin yalın bir xülasəsi" deyil, lakin elmi sistemin bir hissəsidir. 1951 (1940). Mathematical Logic. Harvard Univ. Press. ISBN 0-674-55451-5.
Müsnəd İmam Əhməd
Müsnəd İmam Əhməd (ərəb. مسند الإمام أحمد‎) — Məhəmməd peyğəmbərin (s.a.v.) həyat və fəaliyyətinə dair, müəllifi görkəmli hədis alimi, zahid, imam, hənbəli məzhəbinin banisi — Əhməd ibn Hənbəl əl-Şeybani tərəfindən toplanan hədislər toplusu. Əhməd ibn Hənbəl 780-ci ildə Bağdadda anadan olmuşdur. Əhməd hələ çox gənc olanda atası vəfat edib. Atasının ölümündən sonra onun bir az dolanışıq vasitəsi və anası ilə birlikdə yaşadığı ev qalıb. 15 yaşından 20 il hədis və fiqh elmləri ilə məşğul olub. O, müsəlman ilahiyyatının əsas mərkəzlərini ziyarət etmiş, dövrünün demək olar ki, bütün qabaqcıl üləmaları, o cümlədən Əbu Yusif və Şafii ilə görüşmüşdür. O, Hicaz, Suriya və İraqın Vəki ibn əl-Cərrah, Yezid ibn Harun, Yəhya ibn Main kimi nüfuzlu şəxsləri ilə əlaqələr qurur. Dərin biliyi, təqvalı həyat tərzi və əlaqələri sayəsində Əhməd ibn Hənbəl tədricən şöhrət qazanır. Əhməd ibn Hənbəl hicri 241-ci ildə, yəni miladi təqvimlə 855-ci ildə Bağdadda vəfat etmişdir.
Müsnəd Əbu Hənifə
Müsnəd Əbu Hənifə (ərəb. سنن النسائي‎) — məşhur müsəlman hüquqşünası və ilahiyyatçısı İmam Əbu Hənifədən nəql olunmuş hədisləri ehtiva edən 15-ə yaxın hədis toplusunun ümumi adı. İmam Şafiinin "Müsnədi" kimi Əbu Hənifənin "Müsnədi" də Əbu Hənifənin özü deyil, onun tələbələri və sonrakı ardıcılları tərtib etmişlər. Hədislərin bu kitablara daxil edilməsinin meyarı Əbu Hənifənin bu hədislərin isnadında (rəvayətçilər silsiləsində) olması, yəni şəxsən onun müəllimlərindən və şeyxlərindən bu hədisləri nəql edən şəxs olması idi. Əbu Hənifədən gələn Müsnədlərin müəllifləri 15 üləmadır: Əbu Abdullah ibn Məhəmməd ibn Yaqub ibn əl-Haris əl-Harisi əl-Buxari, Əbu Abdullah əl-Ustaz adı ilə məşhurdur. Əbul-Qasim Təlhə ibn Məhəmməd ibn Cəfər əş-Şəhid əl-Ədl. Əbülhüseyn Məhəmməd ibn Mütəhhir ibn Musa ibn İsa ibn Məhəmməd. Əbu Nuaym Əhməd ibn Abdullah ibn Əhməd əl-İsfahani. Əbu Bəkr Məhəmməd ibn Əbdül-Baqi ibn Məhəmməd əl-Ənsari. Əbu Əhməd Abdullah ibn Adi əl-Curcaniyyə Əl-Həsən ibn Ziyad əl-Lului.
Müsnəd Əbu Əvani
Müsnəd Əbu Əvanə (ərəb. مسند أبي عوانة‎) — Məhəmməd peyğəmbərin (s.a.v.) həyat və fəaliyyətinə dair Hafiz Əbu Avani əl-İsfərayeni tərəfindən tərtib edilmiş hədislər toplusu. Əbu Avanə Xorasan, İraq, Hicaz, Yəmən, Şam, Ərəbistan yarımadası, Fars, İsfahan və Misiri gəzərək hədisləri toplayıb öyrənirdi. Əbu Avanə əl-İsfərayeninin tələbələri Əbu Əli ən-Neysaburi, İbn Ədi və ət-Təbərani idi. O, Şafii məzhəbini əl-Muzani və ər-Rəbi ibn Süleymandan (İmam Şafiinin şagirdləri) götürərək İsfareyndə ilk yayan şəxs olmuşdur. Əbu Əvanənin "Müsnədi" Müslim ibn əl-Həccac tərəfindən təkrar nəzərdən keçirilmiş Səhihi Müslim kimidir. Məcmuədə Müslimdən gələn hədislərlə yanaşı, Əbu Avanənin özündən də az sayda hədislər vardır. Buda Müsnəddə təkcə etibarlı (səhih) deyil, həm də yaxşı (həsən) və hətta zəif (daif) hədislərin olmasını izah edir.
Müsnəd Əbu Əvanə
Müsnəd Əbu Əvanə (ərəb. مسند أبي عوانة‎) — Məhəmməd peyğəmbərin (s.a.v.) həyat və fəaliyyətinə dair Hafiz Əbu Avani əl-İsfərayeni tərəfindən tərtib edilmiş hədislər toplusu. Əbu Avanə Xorasan, İraq, Hicaz, Yəmən, Şam, Ərəbistan yarımadası, Fars, İsfahan və Misiri gəzərək hədisləri toplayıb öyrənirdi. Əbu Avanə əl-İsfərayeninin tələbələri Əbu Əli ən-Neysaburi, İbn Ədi və ət-Təbərani idi. O, Şafii məzhəbini əl-Muzani və ər-Rəbi ibn Süleymandan (İmam Şafiinin şagirdləri) götürərək İsfareyndə ilk yayan şəxs olmuşdur. Əbu Əvanənin "Müsnədi" Müslim ibn əl-Həccac tərəfindən təkrar nəzərdən keçirilmiş Səhihi Müslim kimidir. Məcmuədə Müslimdən gələn hədislərlə yanaşı, Əbu Avanənin özündən də az sayda hədislər vardır. Buda Müsnəddə təkcə etibarlı (səhih) deyil, həm də yaxşı (həsən) və hətta zəif (daif) hədislərin olmasını izah edir.
Müsnəd əl-Bəzzar
Müsnəd əl-Bəzzar (ərəb. مسند البزار‎) — Məhəmməd peyğəmbərin (s.a.v.) həyat və fəaliyyətinə dair mühəddis Əbu Bəkr əl-Bəzzar tərəfindən tərtib edilmiş hədislər toplusu. Əl-Bəzzar Bəsrədə anadan olub. Dəqiq doğum ili məlum deyil, lakin 825-dən əvvəl deyil. İsfahan, Bağdad, Misir, Məkkə və Ramlada dərs demişdir. O, müsəlman təqvimi ilə 292-ci ildə (905) Ramla (müasir İsrail) şəhərində vəfat etmişdir. Əd-Daraqutni və əl-Hakimə görə, əl-Bəzzar isnad və hədis mətnlərinin nəqlində səhvlərə yol verib. Əl-Bəzzarın tələbələri bunlar idi: ət-Təbərani, Əbu əş-Şeyx və bir çox başqaları. Əl-Bəzzarın Müsnədi bəzən Müsnədin ilk nəşrinə naşir tərəfindən verilən başlığa görə əl-Bəhr əz-Zəhhar (ərəb. البحر الزخار‎) adlanır.
Müsnəd əl-Humeydi
Müsnəd əl-Humeydi (ərəb. مسند الحميدي‎) — Məhəmməd peyğəmbərin (s.a.v.) həyat və fəaliyyətinə dair imam Əbu Bəkr əl-Humeydi tərəfindən tərtib edilmiş hədislər toplusu. Kitabın müəllifliyini bu müsnədin dəqiq olaraq "Müsnədül-Humeydi" adı ilə tanınması, eləcə də məcmuədə nəql olunan bütün hədislərin şəxsən İmam əl-Humeydiyə gedib çıxması təsdiq edir. Kitabdakı hədislərin mənbələri əl-Humeydinin müəllimləri və şeyxləridir (məsələn: Süfyan ibn Uyeynə). Müsnəd əl-Humeydidə Məhəmmədin (s.a.v.) 182 səhabəsindən 1300-ə yaxın hədis toplamışdır ki, bunlardan 582 hədis Səhihi-Buxaridən, 152 hədis isə Müslim ibn əl-Həccacdandır (yəni 1300 hədisdən 830-u səhihdir). "Müsnəd"də səhih hədislərlə yanaşı, yaxşı (həsən) və zəif hədislər də vardır. Sonrakı tədqiqatçıların fikrincə, zəif hədislərin sayı ümumi hədislərin 7%-ni təşkil edir. Bu sünni hədis alimləri arasında əl-Humeydidən gələn rəvayətlərə yüksək dərəcədə etibarlılıq və etibara dəlalət edir. Əl-Humeydi Süfyan ibn Uyeynənin güclü tələbələrindən biri, İmam Şafiinin dostu, əl-Buxari, əz-Zuhli, Əbu Zura ər-Razi və Əbu Hatim ər-Razinin müəllimi idi.
Müsnəd əş-Şafii
Müsnəd əş-Şafii (ərəb. مسند الشافعي‎) — Məhəmməd peyğəmbərin (s.a.v.) həyat və fəaliyyətinə dair hədislər toplusu İmam Şafiinin özü tərəfindən deyil, onun şagirdləri tərəfindən tərtib edilmişdi. "Müsnəd əş-Şafii" məcmuəsinin tərtibçisi bu hədisləri öz müəllimi ər-Rəbi ibn Süleymandan (ərəb. الربيع بن سلي‎) götürmüş Əbul-Abbas əl-Əsammdır (ərəb. أبو العباس الأصم‎). ər-Rəbi ibn Süleyman da öz növbəsində İmam Şafiinin tələbəsi idi. Məcmuədə Şafiinin "əl-Umm" kitabında və digər əsərlərində istinad etdiyi hədislər var. Müsnədin dörd hədisdən başqa bütün hədisləri ər-Rəbi ibn Süleyman tərəfindən birbaşa Şafiidən qəbul edilmişdir. Bu dörd hədis isə Şafiinin başqa bir tələbəsi Yusif ibn Yəhya əl-Bəvitidən nəöql ediləndir. Şafiinin "Müsnəd"i nizamsız təqdimat və eyni hədislərin dəfələrlə təkrarlanması ilə səciyyələnir ki, bu da onların sırasının Şafiinin kitablarındakı hədislərin sırası ilə bağlı olması ilə əlaqədar ola bilər.
Rinə (Mazandaran)
Rinə — İranın Mazandaran ostanının Amul şəhristanının Larican bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 860 nəfər və 259 ailədən ibarət idi.
Rinə bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Müsnəd İshaq ibn Rahaveyh
Müsnəd İshaq ibn Rahaveyh (ərəb. مسند إسحاق بن راهويه‎) — Məhəmməd peyğəmbərin (s.a.v.) həyat və fəaliyyətinə dair sünni mühəddis İshaq ibn Rahaveyh tərəfindən tərtib edilmiş hədislər toplusu. İshaq ibn Rahaveyh Mərvdən idi və müsəlman təqviminə görə 161 və ya 166-cı ildə anadan olduğu ehtimal edilir. Onun "İbn Rahaveyh" ləqəbi atasının Məkkəyə gedən yolda doğulması və Mərv sakinlərinin ona öz dillərində "yolda doğulmuş" mənasını verən "Rahaveyh" deyə müraciət etməsi ilə əlaqədardır. İshaq ibn Rəhaveyh hədis yazmaq və öyrənmək üçün bir çox şəhərlərə səfər etmişdir. Sonralar məşhur imam olan bir çox görkəmli alimlər İshaqdan dərs almışlar. Onların arasında: Hənbəli hüquq məktəbinin banisi Əhməd ibn Hənbəl, ən etibarlı hədislər toplusu olan "Səhih əl-Buxari"nin müəllifi Məhəmməd əl-Buxari, "Səhih Müslim"in müəllifi Müslüm ibn Həccac, Əbu İsa at -Tirmizi, ən-Nəsai və b. İbn Rəhaveyhin "Müsnədi" hədislərin əsas mənbələrindən biri hesab olunur, Əhməd ibn Hənbəlin "Müsnəd"inə, İshaq ibn Rahaveyhin tələbələri olan və ondan hədislər nəql etmiş əl-Buxari və Müslimin toplularına əsasdır. İshaq ibn Rahaveyhin "Müsnədi" bu günə qədər öz orijinal şəklində gəlib çatmamışdır. Hicri 10-cu əsrə qədər kolleksiya tam idi, sonra naməlum səbəblərdən bir hissəsi itirilir.