HAND-RAIL

n sürahi, məhəccər; tutacaq

HAND-PICKED
HAND-SAW
OBASTAN VİKİ
Hand Shakers
Hand Shakers (ハンドシェイカー, azərb. Əl sıxanlar‎) — GoHands studiyası tərəfindən Frontier Works şirkətinin və Kadokawa Shoten nəşriyyatının əməkdaşlığı ilə çəkiləcək anime serialı. Premyerasının 2017-ci ilin yanvarında baş tutmuşdur. == Məzmun == Hadisələr Osakadakı AD20XX-də Əl sıxanların ətrafında cərəyan edir. Əl sıxanlar əl-ələ verməklə dərin hislərindən "Nimrod" adlandırılan silahlar çıxara bilən partnerlərdir. Baş mükafatı əldə etmək üçün bir Əl sıxan cütlüyü digər Əl sıxan cütlüklərinə qarşı döyüşməli və mübarizə aparmalıdır. Ən yaxşı Əl sıxan cütlüyü tanrı ilə görüşmək və döyüşmək hüququ qazanacaq. Yarışda 5 cütlük iştirak edir: Çarx, Kart, Kölgə, Qılınc və Zəncir. == Personajlar == === Çarx === Tazuna (コヨリ) Səsləndirən: Soma Sayto Koyori (タヅナ) Səsləndirən: Sumire Morohoşi === Kart === Riri (リリ) Səsləndirən: Ay Kayano Masaru (マサル) Səsləndirən: Ayumu Murase === Kölgə === Çizuru (チヅル) Səsləndirən: Sumire Uesaka Hayate (ハヤテ) Səsləndirən: Kayto İşikava === Qılınc === Kodama (コタマ) Səsləndirən: Mikako Komatsu Hibiki (ヒビキ) Səsləndirən: Tomokazu Suqita === Zəncir === Brik (ブレイク) Səsləndirən: Cun Fukuyama Bind (バインド) Səsləndirən: Yoko Hikasa === Digər === Makihara (マキハラ) Səsləndirən: Şotaro Morikubo Musubu (ムスブ) / Musubu Takatsuki (高槻 結, Takatsuki Musubu) Səsləndirən: Sora Amamiya Tazunanın atası (タヅナの父, Tazuna no chichi) Səsləndirən: Kenciro Tsuda Tazunanın anası (タヅナの母, Tazuna no haha) Səsləndirən: Satomi Sato Tomoki (トモキ) / Tomoki Tachibana (橘 友樹, Tachibana Tomoki) Səsləndirən: Yuusuke Kobayaşi Tanrının səsi (神の声, Kami no koe) Səsləndirən: Daysuke Namikava == Media == === Anime === Layihə 2016-cı ilin martında anons edilmiş, lakin layihənin saytı 2016-cı ilin iyulunda yenilənmişdir. Anime serialı Animate anime personajları məhzulları mağazalarının 30 illiyi münasibətilə çəkilir.
Inter Rail
Inter Rail və ya Inter-Rail — müəyyən bir müddət üçün əhatə etdiyi ölkələrdə 2-ci sinif səviyyəli bütün qatarlarla ödəniş etmədən minmə imkanını təmin edən xüsusi bir qatar bileti. Aprel 2007 tarixinə qədər regional bilet tətbiqi varkən, bu sistem yerini Global (Qlobal) ve tək ölkə şəklində iki növdə buraxmışdır. Inter Rail biletlərini ala bilmək üçün, nəzərdə tutulmuş ölkələrin birində və ya qonşu bir ölkədə ən az 6 ay yaşamış olmaq şərti vardır. Inter Rail biletlərini ala bilmək üçün, nəzərdə tutulmuş ölkələrin birində və ya qonşu bir ölkədə ən az 6 ay yaşamış olmaq şərti vardır. Bilet, istifadəçinin öz ölkəsindəki səyahətlərdə etibarsızdır. Inter Rail bileti, bəzi razılaşmalı dənizyolu və dəmiryolu parkurlarından müxtəlif nisbətlərdə endirim təmin etməkdədir. Azərbaycanın sərhəd qonşusu Türkiyədə Inter Rail biletləri, Ankara və İstanbul (Sirkeci) TCDD gar müdürlüklərində və müxtəlif səyahət agentliklərində satılmaqdadır. Biletlər 26 yaşından böyüklər üçün daha bahalıdır. Qiymətlər ölkəyə və səfərin müddətinə görə də dəyişməkdədir. == Global Bilet == Global bilet alan istifadəçinin yaşadığı ölkə xaric Inter Rail üzrə bütün bölgələrdə etibarlıdır.
Rail Baltica
Rail Baltica — Baltikyanı ölkələri, Şərqi (Polşa) və Qərbi Avropanı birləşdirməli olan standart ölçülü reyslərə sahib bir dəmir yolu layihəsi. Layihəyə əsasən magistral yol Tallin, Riqa, Kaunas, Varşava və Berlindən (və daha sonra Venesiyaya gediş yolunun davamı ilə) keçəcəkdir. Bununla da Mərkəzi və Şərqi Avropa arasında əlaqə yaxşılaşdıracaqdır. Bundan əlavə Tallinn və Helsinki arasında sualtı dəmir yolu tunelinin inşası da planlaşdırılır. Bu layihənin iqtisadi əsassız olduğu təqdirdə şəhərlər arasında bərə açılması planlaşdırılır. Beləliklə, Rail Baltica Finlandiya və Skandinaviyanın bir hissəsini Qərbi Avropa ilə birləşdirə bilər. Rail Baltikanın əsas məqsədi Baltikyanı ölkələrin Avropa dəmir yolu şəbəkəsi ilə birbaşa əlaqəsini və regional inteqrasiyanın inkişafını bərpa etməkdir. Estoniya, Latviya və Litva dəmir yollarının Avropa Birliyinin nəqliyyat sisteminə inteqrasiyası qatarların sürətini, sərnişin, yük axınını və qazancını artıracaqdır. Estoniya, Latviya, Litva və Polşa layihəni nəqliyyat infrastrukturunun inkişafındakı prioritetlərindən biri elan etmişdir. Avropa Parlamentinin və Avropa Şurasının qərarı ilə Dəmiryolu Baltikyanı ölkələrinin 1 nömrəli Pan-Avropa Dəhlizinin bir hissəsi olaraq təyin edilmişdir.
Rail Məlikov
Rail Məlikov — 17 dekabr 1985-ci ildə paytaxt Bakı şəhərində doğulub. Hazırda "Sumqayıt FK"-da 2 nömrə ilə çıxış edir.
Rail Ramazanov
Rail Rzayev
Rzayev Rail Qurban oğlu (10 mart 1945, Bakı – 11 fevral 2009, Bakı) — Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı (1993–2009), general-leytenant. Rail Rzayev 1945-ci il mart ayının 10-da Bakı şəhərində anadan olmuşdur. 1962-ci ildə Sumqayıt şəhərindəki 6 nömrəli orta məktəbi bitirdikdən sonra SSRİ Hava Hücumundan Müdafiə Qoşunlarının Orconikidze radiotexnika məktəbində daxil olmuşdur. Rail Rzayev 1966-cı ildə həmin məktəbi bitirərək, Hava Hücumundan Müdafiə Qoşunlarının Bakı Hərbi Dairəsinə göndərilmişdir. O, burada baş texnik, daha sonralar isə hərbi hissədə batareya komandirinin müavini və divizion komandirinin silahlanma üzrə müavini vəzifələrində çalışmışdır. 1975-ci ildə Rail Rzayev SSRİ-nin Marşal Georgi Jukov adına Hava Hücumundan Müdafiə Hərbi Akademiyasına daxil olmuşdur. Akademiyanı bitirdikdən sonra "N" hərbi hissəsində divizion komandiri vəzifəsində xidmət göstərməyə başlamışdır. O, 1980–1992-ci illərdə müxtəlif hərbi hissələrdə hərbi hissə komandirinin müavini, hərbi hissə komandiri vəzifələrini tutmuşdur. Keçmiş sovet silahlı qüvvələrində ştatların ixtisarına görə o, ordu sıralarından ehtiyata buraxılmışdır. 1992-ci ildən etibarən Rail Rzayev Azərbaycan Respublikasının Silahlı Qüvvələrində fəaliyyət göstərməyə başlamışdır.
Rail Rəcəbov
Via Rail
Via Rail Canada (qısaldılmış şəkildə Via Rail və ya Via) — Kanadada şəhərdaxili sərnişin dəmiryolu xidmətləri funksiyasını həyata keçirən, Nəqliyyat Nazirinin maddi yardım etdiyi müstəqil dövlət korporasiyası. Via Rail vasitəsilə səkkiz Kanada əyalətində (Nyufaundlend və Labrador və Şahzadə Eduard Adası istisnadır) Canadian National Railway şirkətinə məxsus olan demək olar ki, 12500 km-dən çox dəmiryolu şəbəkəsində hər həftə 497 qatar fəaliyyət göstərir. Via Rail hər il təxminən 4.1 milyon sərnişin daşıyır.
Hold My Hand
Hold My Hand – Maykl Cekson və Akonun birgə ifa etdiyi mahnı. Mahnı Ceksonun on birinci studio albomu və ölümündən sonra çıxarılmış ilk albomu olan Michael albomundan çıxarılmış ilk rəsmi sinqldır. Mahnı Cekson tərəfindən 2007 – ci ildə yazılmış və Akonun 2008 – ci ildə çıxardığı Freedom albomuna daxil edilməsi nəzərdə tutulmuşdur. Lakin Akon öz ifasını 2010 – cu ildə tamamlamışdır. == Fon == Mahnının müəlliflərindən biri olan Claude Kelly qeyd edir ki, "Hold My Hand" əslində Whitney Houstonla ifa edilməli idi. Mahnının studio çalışmaları zamanı Akon da studioda olub və mahnın eşidib. Kelly mahnı üzərində çalışmalarını bitirdikdən sonra dinləməsi üçün Akona təqdim edib. Mahnını dinlədikdən sonra Akon qeyd edib ki, mahnı çox xoşuna gəlir və onu özünd saxlamaq istəyir. Daha sonra isə Akon mahnını ifa edərək öz versiyasını yazdırıb. Qısa müddət sonra Akon Maykl Ceksonun növbəti albom çalışmalarıyla bağlı Las-Veqasa gedib.
Hand–Şüller–Kristian xəstəliyi
Hand–Şüller–Kristian xəstəliyi — Multifokal Langerhans hüceyrələrinin histiositozu ilə əlaqəli xəstəlik. Bu xəstəlik zamanı ekzoftalm, litik sümük lezyonları (tez-tez kəllədaxili) və şəkərsiz diabet (hipofizin funksiyasının azalması) də müşahidə oluna bilər. Xəstəlik öz adını Amerika pediatrı Alfred Hand Jr, Avstriya nevroluqu və radioloqu Artur Şüller və Amerika cərrahı Henri Eşbari Kristiandan almışdır. Onlar xəstəliyi müvafiq olaraq, 1893, 1915/16 və 1919-cu ildə aşkar etmişdir.